Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə53/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   ...   49   50   51   52   53   54   55   56   ...   80

 

DAVUD, Ağamirzadə Davud Əsgər oğlu (? - ?) -A zərbaycan şairi. 1918-20 illər milli istiqlal poeziyasının 

nümayəndələrindən biri. Bu dövrdə "Azərbaycan" qəzeti öz ətrafında Cü mhuriyyəti ruh yüksəkliyi, sevinclə qarşılayan 

görkəmli sənətkarlarla yanaşı, gənc ədəbi qüvvələri də birləşdirirdi. Davud da Azərbaycan Xalq Cü mhuriyyəti dövrü ədəbi 

mühitində seçilən şairlərdən id i. Yarad ıcılığında əsgər şeirləri, azad vətəni, milli bayrağı tərənnüm, xalq ı birliyə çağırış 

ruhlu şeirlər mühü m yer rutur. Şair A zərbaycan bayrağını, onun üzərində parlayan ay-ulduzu belə vəsf edird i: 

 

 



 

Üzərində göründükcə ulduzun 

 

 



 

 

Şeir söylər sənə nazlı tiirk qızı 

 

Sən çırpındın, sə n yüksəldin, göründün 

Və tanıtdın millətlərə sən bizi 

 

Davudun  əsgər  şeirlərində  ("Əsgər  şərqisi",  "Məqsədimiz",  "Bir  əsgərin  dilindən",  "Azərbaycan  ordusuna", 



"Əsgər")  vətənə  sonsuz  sevgi,  torpağımızın   hər  qarışı  uğrunda  canını  qurban  verən  Azərbaycan  əsgərinin  şücaəti,  milli 

istiqlalımızın qorunması tərənnü m edilir. 

Davud müstəqillik rəmzi kimi tərənnü m etdiyi üçrəngli milli bayrağı xalq ın əsarət və köləliyinə qoyulan nöqtə kimi 

məna landırır. 



 

Əd.: 

Azərbaycan  Xalq  Cürnhuriyy əti  (ədəbiyyat,  dil,  mədəniyyət  quruculuğu),  B.,  1998;  A ğayev  İ.,  XX  əsrin  əvvəllərində 

Azərbaycan şeri, B., 2002. 

 

DE-FAKTO  (lat ınca de-facto - "əslində", "faktiki ola raq") - beynəlxa lq hüquqda dövləti, ya xud höku məti tanıma  

formalarından biri;  rəsmi olsa da, qəti tanıma deyil.  De-fakto tanıma  müəyyən hüquqi nəticənin  əmələ gəlməsini nəzərdə 

tutsa da, müvəqqəti xarakter daşıyır və de-yure tanımaya b ir növ keçid mərhələsidir. 

DE-YUR E  (latınca  de-jure  - "hüquqa görə", "hüquqi baxımdan")  - beynəlxa lq  hüquqda dövləti, ya xud  höku məti 

tam, qəti və rəs mi tanıma  (ba x hə mçin in De -fa kto). 



DENĠKĠN  Anton  İvanoviç  (16.12.1872,  Varşava  yaxınlığında  -  8.8.1947,  ABŞ,  Miçiqan  ştatı,  Ann-Arbor)  -  rus 

hərbçisi, Oktyabr çevrilişindən (1917) sonra sovet hakimiyyətinə qarşı mübarizə aparmış hərbi qüvvələrin başçılarından biri, 

general-leytenant  (1916).  Birinci  dünya  müharibəsində  (1914-18)  briqada,  diviziya,  korpus  ko mandiri,  cəbhə  ko mandanı 

olmuşdur.  Generallar  L.G.Korn ilov  və  M.Alekseyevlə  birlikdə  Donda  Könüllü  ordunun  yaradılmasında  iştirak  etmiş, 

Kornilov  öldürüldükdən  sonra  ordunun  komandanı  olmuşdur  (1918).  " Rusiyanın   cənubundakı  silahlı  qüvvələr"in  baş 

ko mandanı  kimi bolşevik hakimiyyətinə qarşı barış maz  mübarizə aparmışdır. Den ikin  1918 ilin  iyulunda Moskva üzərinə 

hücuma keçərək, sovet hökuməti üçün ciddi təhlükə yaratmışdı. Den ikin qoşunları  1919  ilin yazında bütün Şimali Qafqazı 

tutub, Dağıstana girmiş, Azərbaycan sərhədlərinə gəlib çatmışdı. " Vahid və bölün məz  Rusiya" şüarı ilə çıxış edən Denikin 

Rusiya imperiyasının əsarəti altında o lan xalq ların ö z müqəddəratını təyin etmək hüququnu qətiyyən qəbul etmirdi. Denikin 

təhlükəsinə qarşı Azərbaycanda Dövlət Müdafiə Ko mitəsi yaradıldı, ö lkədə hərbi vəziyyət elan olundu. Denikin ordusu ilə 

Azərbaycan arasında de markasiya xətti müəyyənləşdirild i (ba x Könüllü ordu ilə Azərbaycan arasında demark asiya xətləri). 

1919  il  iyunun  16-da  Denikin  təhlükəsinə  qarşı  A zərbaycanla  Gü rcüstan  arasında  hərbi-müdafiə   pakt ı  imza landı. 

Azərbaycan Xa lq Cü mhuriyyəti Dağıstan xa lqlarının  Denikinə  qarşı mübarizəsini dəstəklə mişdi. Hərb i uğursuzluqlar, sovet 


328 

 

ordusunun  qaçılmaz  qələbəsi  şəraitində  Denikin  1920  il  fevralın  7-də  Cənubi  Qafqaz  respublikaların ın  müstəqilliyini 



tanıdığını b ildirmişdi. 

1920


 

ilin  martında Könüllü ordu Şimali Qafqazda sovet ordusu tərəfindən məğlub edildikdən sonra Denikin Krıma  

qaçmış, ko mandanlığı general Vrangelə təhvil verərək (1920, 4 aprel), xaricə mühacirət etmişdir. 

1921


 

 

Əd.

 Aзepбaйджанская Демократическая  Pecnублика   (1918-1920); Azərbaycan tarixi, 7 cilddə, c. 5, B., 2001. 

 

DENĠKĠN ORDUS U - bax Könüllü ordu. 

"DENS TERFORS",  D  ə   n  s  t  e  r  f  o  r  s  -  Birinc i  dünya  müharibəsi  (1914-18)  za man ı,  1918  ilin  yanvarında 

general-mayor  Denstervilin  (Dənstervil)  başçılığı  ilə  Mesopotamiyada  yaradılmış  B.Britaniya  xüsusi  hərbi  ekspedisiyası. 

Rəsmən   "Densterfors"  adlanırdı.  Denstervil  missiyası  B.Britaniya  höku məti  üçün  olduqca  əhəmiyyətli  idi  (ba x  Böyük 

Britaniyanın  hərbi  ekspedisiyası).  "Densterfors"un  əsas  məqsədi  alman-türk  qoşunlarının  Əfqanıstan  və  Hindistana  doğru 

hərəkətinə  mane o lmaq  idi.  Bağdad-Ba kı-Bu xa ra  istiqamət ində hərəkət et mə k ə mri a ldıqdan sonra, Denstervil 12  zabit,  40 

əsgər və "Ford"markalı  41 avtomobildən, həmçinin bir  zirehli  maşından ibarət dəstəsi ilə  1918  il fevralın  11-də  Həmədana, 

16-da  Qə zv inə,  18-də  Ən zəliyə  çatdı.  Ən zəli  bolşevik  əhvali-ruhiyyəli  rus  hərbçilərinin  ə lində  olduğundan,  Denstervil 

fevralın  25-də ö z dəstəsi ilə Həmədana qayıtdı. Həmədan-Ənzəli yolu  ilə yanaşı,  Qafqaza  Zəncan və Təbriz vasitəsilə də 

çıxmağın  mü mkünlüyü mü zakirə olundu. Beləliklə, Denstervil  Həmədandan Bakıya yürüş üçün bir neçə istiqamətdə qızğ ın 

fəaliyyətə  başladı.  1918  ilin  ya zınadək  ingilislər  Cənubi  Azə rbaycanın  bir  sıra   vilayətlərini  tutdular  və  Xə zə rin  cənub 

sahillərində  möhkə mləndilə r.  Rus  ordusunun  İranda  qalmış  kaza k  h is sələrinin  ko mandiri  podpolkovnik  L.Biçera xovla  

yaxınlaşan  Denstervil  1918  il  martın  ortalarında  onunla  saziş  imzaladı.  İngilislər  L.Biçeraxovun  kazak  dəstələrinə  Xəzər 

dənizinə  nəzarət i  tə min  edəcək  qüvvə  kimi  ba xırdı.  Göstərəcəyi  xid mət  müqabilində  Denstervildən  böyük  məb ləğdə  pul 

alan  L.Biçeraxov  öz  dəstəsiylə  Denstervilin  hərbi  qüvvələrinə  qatıld ı  və  hazırlan mış  plana  uyğun  olaraq,  martın  28-də 

Qəzv ini tutdu (bax Biçeraxov ordusu). 

1918 il avqustun əvvəllərində B.Britaniya qoşunlarının Ba kıya da xil o lmas ı üçün əlverişli şərait  yarandı. Avqustun 

1-də  daşnak  və  eser-menşevik  tör-töküntülərindən  qurulan  oyuncaq  "Sentrokaspi  dik taturası"  hökuməti  Qafqaz  İslam 



Ordusu ilə  mübarizədə  Denstervildən yard ım istədi. Avqustun 4-də  polkovnik Stoksun başçılıq etdiy i 300 zabit  və əsgərdən 

ibarət  ilk  ingilis dəstəsi Ba kıya  gəld i. Avqustun 9-17 arası üç batalyon, bir s əhra artilleriya batareyası və b ir neçə  zireh li 

maşından ibarət o lan ingilis hərbi qüvvələri də Bakıya daxil oldular. 

Denstervilin  Bakıdakı hərbçilərin in sayı 1000-ə qədər  idi. Ordu qərargahı "Avropa" (indiki Lukoyl şirkətinin binası) 

otelində, ordunun digər xid mətlə ri isə "Metropol" (indiki  Niza mi adına Azərbaycan Ədəbiyyatı Muzey inin binası) otelində 

yerləşdirilmişdi.  ―Sentrokaspi  diktaturası‖  nın  başçıla rı  cəbhənin  ingilislərə  tabe  etdirilməyəcəyin i,  ya lnız  on ların 

nümayəndələrin in cəbhə qərargahına daxil ediləcəyin i bildirsələr də, əslində,  ingilislərin gəlməsi ilə  Bakının qorunmasın ın 

təşkili onların nəzarət i a ltına keçd i.  Cəbhə  xəttinin ən vacib nöqtələrinə  ingilis bölmələ ri yerləşdirildi. Müdafiə  xətt inin sol 

cinahı  Şimali  Stafford  alayına  tapşırıld ı.  Bu  alayın  100  nəfərlik  b ir  dəstəsi  cəbhə  xəttin in  mərkəzində  yerləşdirildi. 

Denstervil yerli hərb i qüvvələrin hazırlıq səviyyəsindən, qeyri-peşəkar döyüş qabiliyyətindən narazı qald ı. İngilislərin bütün 

müdafiə  xəttin i qoru mağa imkan ı olmad ığı üçün cəbhənin ən vacib  sahələrin in qorun masını öz ü zərlərinə götürmüşdülər. 

Cəbhənin  sol  cinahından  başqa  Qurd  qapısı  yüks əkliy i  də  Şimali  Stafford  a layının  nəza rəti  a ltında  id i.  Bundan  başqa  bu 

alayın  kiçik  b ir  dəstəsi  Palçıq   Vu lkan ı  yaxın lığ ına  göndərilmişdi.  Sonradan  Bakıya  gələn  Vervik  və  Uorçester  taborları 

məh z  bu  istiqamətə  göndərilərə k,  oran ın  müdafiəsi  gücləndirilmişdi.  Ön  xətdəki  qoşunlara  rəhbərlik  polkovnik  Keyvorta, 

bütün briqadaya rəhbərlik  isə polkovnik Fav ielə həvalə olun muşdu. Avqustun sonu üçün döyüşlər, başlıca olaraq,  Binəqədi 

yüksəklikləri  ətrafında  cərəyan  edird i.  İngilis  qüvvələri  ilə  "Sentrokaspi"  hissələri  Bakıya  doğru  sıxışdırıld ı.  Şəhərin 

müsəlman əhalisi türklərə  xilaskar kimi baxırdı.  Britaniya  ko mandanlığı aclıq  çəkən şəhərdə əsgərlərini ərzaqla belə təmin 

edə bilmirdi.  İngilislərin  İrandan  Bakıya hərbi sursat daşıması getdikcə çətinləşirdi.  L.Biçera xovdan yardım a lmağa ça lışan 

Denstervil  avqustun  20-də  Də rbəndə  yola  düşsə də,  yerli  bolşeviklər  buna  mane  oldular.  Avqustun  25-də  Ən zəliyə  gələn 

Denstervil,  avqustun  27-də  oradan  silah  və  sursatla  Bakıya  qayıtdı.  Avqustun  sonu  üçün  Bakını  qoru mağın  faydasız 

olduğunu görən Denstervil geniş müşavirə keçirərək ordunu şəhərdən çıxarmaq qərarına gəldi. Qafqaz İslam Ordusunun qəti 

hücumu  ərəfəsində  ingilislər  gəmiləri  səfər  üçün  hazırlay ırd ılar.  Sentyabrın  14-də  axşam  şəhəri  tərk  etmək  qərara  alındı. 

Xəstələr,  yaralılar  "Kursk"  və  "Abo"  gəmilərində,  silah,  sursat  və  şəxsi  heyətin  əsas  hissəsi  isə  "Prezident  Kryuger"də 

yerləşdirilmişdi.  Bakıdan  ç ıxa rılan   ada mla rın   sayı  1300  nəfərə   çatırd ı.  Onların   900  nəfə ri  döyüşçü,  400  nəfəri  isə  a rxa  

cəbhədə  çalışanlar  idi.  Denstervilin  gə misi  Ba kını  sonuncu  tərk  etdi.  Sentyabrın  19-da  Ənzə liyə  çatdıqdan  sonra 

"Densterfors"  rəsmən  bura xıld ı,  b ir  qis mi  is ə  Şima li  İran  ordusu  adlanan  14-cü  d iviziyaya  qatıldı.  Şimali  İran  ordusuna 

general U.To mson komandan təyin edilmişdi. 

Əd.: A zərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; Həsənov C, A zərbaycan beynəlxalq münasibətlər sistemində (1918-

1920-c i illər), B., 1993;  Nəsib zadə N., A zərbaycanın xarici siyasəti (1918-1920), B., 1996;  Əh mədova F., Azə rbaycan Xa lq 

Cü mhuriyyətinin  siyasi  tarixində  Böyük  Britaniyanın  yeri,  "Azərbaycan  Xalq  Cü mhuriyyəti  tarixin in  aktual  problemləri" 

beynəlxa lq e lmi sessiyasının materia lları, B., 5 may 2003; Денс тервиль, По хо д на  Кавка з и Персию. Мемуары, Тифлис , 

1925;  Юсифзаде  С.З.,  Первая  Азербайджанская  Республика:  история,  события,  факты  англо  –  азербайджанских 

отношений, Б., 1998.  



DENSTERVĠL,  D  ə  n  s  t  e  r  v  i  l  (?-?)-  B.Britaniya  hərbçisi,  general-mayor.  1918  ilin  yanvarında 

Mesopotamiyada yaradılmış B. Britaniya xüsusi hərbi ekspedisiyasına  

 

 

 



329 

 

 



(ba x Böyük  Britaniyanın hərbi ek spedisiyası) başçılıq et mişdir.  Denstervilin başçılıq etdiyi hərbi qüvvə "Denster-

fors" adlandırılmışdı. Denstervil  1918  ilin avqustundan sentyabrın 15-dək  Bakın ı  işğal etmiş B.Britaniya hərbi hissələrin in 

ko mandanı olmuşdur. Türk-Azərbaycan hərbi qüvvələrindən ibarət Qafqaz İslam Ordusunun təzyiqinə davam gətirməyərək, 

1918 il sentyabrın 14-dən 15-nə keçən gecə Bakın ı tərk etmişdir. 

Əsəri: По хо д в Кавказ и Персию. Мемуары, Тифлис, 1925. 

DEPORTAS ĠYA  (latınca  deportatio  -  məcburi  köçürülmə,  qovulma,  sürgün)  -  Azərbaycan  hüquqi  sənədlərində 

azərbaycanlıların  tarixi-etnik  torpaqlarından,  əsasən,  Ermənistan  ərazisindəki  ə zə li  torpaqla rından  kütləvi  surətdə  və 

zorakılıqla  sürgün  olunması  nəzərdə  tutulur.  A zərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyev  "1948-1953  illərdə 

azərbaycanlıların Ermənistan SSR ə ra zisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" 1997 il 18 

dekabr tarixli fə rman imza la mışdır. Ətraflı mə lu mat üçün ba x Köçürmə siyasəti. 

DƏRBƏND - qədim A zərbaycan şəhəri, dünyanın ən qədim şəhərlərindən biri. Şimalı Cənubla, Avropanı Yaxın və 

Orta  Şərqlə  əlaqələndirən  mühü m  hərbi-strateji  məntəqə.  Dərbənd  Azərbaycan  dövlətləri  olan  Qafqaz  Albaniyası, 

Şirvanşahlar, Səfəvilər və Fətəli  xanın başçılıq etdiyi Şimali-Şərqi Azərbaycan dövlətinin tərkibində olmuşdur. 1796  ildə rus 

qoşunları tərəfindən işğal olunduqdan sonra, Dərbəndi daim Azərbaycan torpaqlarından təcrid etmək siyasəti yeridilmişdir. 

Buna ba xmayaraq, Də rbənd və Şima li Qafqazda kı digər A zərbaycan torpaqları Ba kı ilə  sıx iqtisadi əlaqələ rin i hə mişə davam 

etdirmişlər. Azərbaycan Xalq Cü mhuriyyəti onu öz ərazisi hesab etdiyini b ild irmişdi.    

 

 

 



 

Petrovsk-Port (Mahaçqala)-Dərbənd-Biləcəri də mir yol  xəttinin çəkilişinin (1900) Də rbəndin Azərbaycanla iqtisadi 

əlaqələrinin davam və in kişaf etdirilməsində  mühüm əhəmiyyəti o ldu. Qafqaz təqvimin in (1917)  məlu matına görə şəhərin 

əhalisi 31168 nəfərə bərabər idi. Onlardan 18438 nəfəri yerli, 12730 nəfəri müvəqqəti yaşayanlar idi. Şəhər əhalisinin 19864 

nəfəri  kişi,  11304  nəfə ri  qadın   id i.  Əha lin in  böyük  ə ksəriyyətini  a zərbaycanlılar  təşkil  edirdilər.  1917  ilin  fevralında 

Dərbənd  fəhlə   və  əsgər  deputatları  soveti  yaradıld ı,  de kabrda  sovet  hakimiyy əti  elan  o lundu.  1918  ilin   iyulunda 

L.Biçeraxovun  12  min lik  o rdusu  Dərbəndə  hücum  edərək,  avqustun  3-də  şəhəri  tutdu.  Oktyabrın  6-da  türk  qoşunları 

Dərbəndi tutsalar da,  Birinc i dünya  müharibəsinin  (1914-18) ye kunlarına görə de kabrda şəhəri tərk et məli oldu.  1919  ilin 

may ında  Dərbənd  Denikin  ordusunun  işğalına  məru z  qaldı.  1920  il  martın  25-də  11-ci  Qırmızı  ordunun  köməyi  ilə 

Dərbənddə sovet hakimiyyəti e lan olundu. 1921  ildə yaradılmış Dağ ıstan Muxtar Sovet Sosialist Respublikasının tərkib inə 

daxil  edildi.  Bununla  Dərbənd,  fakt iki  ola raq,  Azərbaycan m  in zibati-əra zi  tərki-b indən  ahnaraq  Rusiya  Sovet  Federativ 

Sosialist  Respublikasının  tərkib inə  qatıldı.  Sovet  Sosialist  Respublika ları  İttifaqı dağıldıqdan sonra is ə  Dərbənd  Rusiyanın 

tərkib ində qaldı. 

 

Əd.:  Həsənov  Cənubi  Azərbaycan  beynəlxalq  münasibətlər  sistemində  (1918-1920-ci  illər),  B.,  1993;  Султанов 

С.А., Дербент. История возникновения и развития, Дербент, 2003.  



 

DƏRƏLƏYƏZ  -  Azərbaycanın  Naxçıvan  mahalında  tarixi  bölgə;  şimalda  Basarkeçər  yaylası,  şərqdə  Zəngəzur 

silsiləsi, cənubda Ələyə z dağları, qərbdə isə Səlim aşırımı yerləşən hündür dağlarla əhatə olunmuşdur. Ümu mi sahəsi 2304 



k v.k m-dir.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

330 

 

 



Ən  qədim  dövrlərdən  başlayaraq  Azərbaycan  xalqın ın 

təşəkkülündə  iştirak  et miş  türk  tayfa larının   məskunlaşdığı 

Dərə ləyəz-Ələyəz  də rəsi  toponimi  orta  əsrlərdə  in zibati-əra zi 

bölgüsü  mənasında  işlən məklə,  geniş  ərazini  əhatə  etmişdir.  18 

əsrin  əvvəllərində  Osman lı  dövlətinin  idarəsi  altında  olmuş 

Naxçıvan  sancağının  14  nahiyəsindən  biri  də  Dərələyəz  id i.  Bu 

dövrdə  Dərələyəz  nahiyəsi  102  kəndi  əhatə  edirdi.  Xalq 

bölgüsünə  görə,  3  h issəyə  ayrılırdı:  Şərq i  Dərələyəz,  Qərb i 

Dərə ləyəz və in zibati-əra zi bö lgüsünə əsasən tarixən Də rələyə zə 

aid edilən Şərurun dağlıq hiss əsi.    

 

 

 



Rusiya  ilə  İran  arasında  imzalan mış  Türk mənçay  müqa-

viləsindən  {1828)  sonra  Rusiyanın  tərkib inə  qatılan   Də rələyə z 

bölgəsi  İran  və  Türkiyədən  buraya  köçürülən  ermənilərin 

hesabına  etnodemoqrafik  dəyişikliklərə  məru z  qalmışdır; 

köçürmələrə  qədər  bölgədəki  ailələrin  böyük  əksəriyyətini  -  94,1%-n i  azərbaycanlılar,  cəmisi  5,8%-ni  ermənilər  təşkil 

edirdisə, köçürmələ rdən sonra erməni ailələri 25,8%-ə  çat mışdı. Çar höku mətinin  Cənubi Qa fqazda  apardığı inzibati islahata 

əsasən,  1870  ildə  Dərələyəz  İrəvan  quberniyasının  tərkibində  yaradılan  Şərur-Dərələyəz  qəzasına  daxil  edilmişdi.  1897  il 

mə lu matına   görə,  Də rələyə zin   sahəsi  2972,3  k v.k m,  əhalisi  76.551  nəfə r  id i;  hə min  mə lu mata   görə,  əhalinin  70,5% -i 

azərbaycanlı, 27,5%-i e rməni olmuşdur.  Ermən istanda daşnak ağalığı dövründə (1918-20)  Dərələyə zin  azə rbaycanlı əhalisi 

dəhşətli soyqırımına  məruz qalmış, sağ qalan lar is ə ö z doğma  yerlə rin i tərk et məyə  məcbur edilmişlər.  Sovet hakimiyyəti 

illərində Də rələyə z bölgəsi, heç b ir əsas olmadan, Azərbaycandan qoparılıb Ermən istana verilmişdir. 

Azərbaycanlılara  qarşı soyqırımı siyas əti bütün 20 əsr boyu davam etdirilmiş və nəhayət, əsrin sonunda onlar indiki 

Ermənistan ərazisindən, o cümlədən Də rələyə zdən zorla deportasiya olunmuşlar.  

Dərə ləyəz  Na xçıvan  maha lın ın  qədim  mədəniyyət  mərkə zlərindən  olmuşdur.  Qəbiristanlıqlardakı  daş  qoç  hey-

kəlləri,  me ma rlıq  ab idələri  bölgənin  ə zəli  A zərbaycan  torpağı  olduğunu  sübut  edir.  Tarix  boyu  ermənilər  Azərbaycan 

torpaqlarını "özününküləşdirmək" məqsədilə buradakı abidələr ü zərindəki kitabələri saxtalaşdırmış və yaxud  məhv etmişlər. 

Dərə ləyəzdəki A zərbaycan-türk ab idələri də bu cür məhv edilmiş, kitabələr isə saxtalaşdırılmışdır.  

 

 

 



 

Əd

Hacı Qədir Qədirzadə, Naxçıvanın tarixi türk diyarı-Dərələyəz. Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri, 1999, №4; 

Dərələyəzli K., Dərələyəz od içində. B., 2001. 



 

"DĠFAĠ" - Azərbaycan milli partiyası. 1906 ilin ortalarında yaranmışdı. Əsasını Əh məd bəy Ağayev qoymuşdur. 

1905


 

ilin  ermən i-müsəlman  qırğın larından  sonra  ermənilərlə  a zərbaycanlıları  barışdırmaq  məqsədilə  fevra lın  20-

dən  ma rtın  6-dək  Tiflisdə  Qafqaz  canişini  İ.İ.Vorontsov-Daşkovun  sədrliyi  ilə  qurultay  keçirildi.  Qurultayda  ermənilərin 

inadkarlığ ı və barış maz mövqeyi ilə ü zləşən azərbaycanlı nü mayəndələrin b ir hissəsi erməni tenorçularına qarşı duruş gətirə 

biləcə k mütəşəkkil müsəlman təşkilatın ın yaradılması haqda qərar qəbul etdi. Qurultaydan sonra 1906 ilin qış, yaz və yayında 

daşnaklar  Şuşada  və  bütün  Qarabağda,  Naxçıvan  və  İrəvanda  azərbaycanlılara  qarşı  soyqırımları  törətdilər.  Dinc 

azərbaycanlı əhaliyə divan tutuldu. Avqustun ilk günlə rində Əh məd bəy Ağayev Şuşaya gəlib, nüfu zlu şəhərlilə rin iştira kı 

ilə   yığıncaq  keç ird i  və  onun  təşəbbüsü  ilə  Qafqa z  ü mu mmüs əlman  müdafiə  ko mitəsi  -"Difai"  partiyasının  yaradılması 

haqqında  qərar  qəbul  edildi.  Ə.Ağayevin  özünün  rəhbərlik  etdiyi  Mərkəzi  Ko mitə  Bakıda  yerləşird i.  Po lis  sənədlərində 

Mərkə zi  Ko mitənin  tərkibin in  6  nəfə rdən  ibarət  olduğu  göstərilmişdir.  "Difa i‖yə  "hümmətçilər  -  Qa ra  bəy  Qarabəyov, 

Məmməd  Həsən  Hacınski,  İsa  bəy  Aşurbəyov,  Behbud  xan 

Cavanşir, N.Behbudov və b. da daxil  idilər.  Lakin  onların  partiya 

işində  iştirakı  daha  ço x  rəmzi  xarakter  daşıyırdı,  çünki  "Difai" 

əsasən,  Bakıdan  kənarda,  A zərbaycanın  şimal-qərb  qəzalarında 

fəaliyyət  göstərirdi.  "Difai"  part iyasının  ilk  çağırışları  1906  il 

oktyabr ortalarına aiddir. 

Azərbaycanın  əksər  qəza larında  geniş  fəaliyyət  göstərən 

və  əhali  arasında  kifayət  qədər  məşhurlaşan  "Difai"  partiyası 

üzvlərinin  ü mu mi  sayı  1000  nəfərə  çatırdı.  "Difai"  1917  ilədək 

üzvlərinin  sayına, eləcə də  kütlə arasında nüfuzuna görə, əslində, 

ən  böyük  milli  partiya  idi.  Partiyanın   sosial  bazasını  cəmiyyətin 

orta  təbəqələri,  e ləcə  də  ruhanilə r  təşkil  edirdi.  Pa rtiyanın  

möhüründə tiyəsi yuxarı yönələn iki çarpaz qılınc və aypara təsvir 

olunmuşdu. 

 

 

 



 

 

 



 

331 

 

"Difa i"nin  ən  fəal  və  nüfuzlu  ko mitə lərindən  biri  Gəncə  (Ye lizavetpol)  ko mitəsi  id i.  Ko mitəyə  Ye lizavetpol  kişi 



gimnaziyasının  hüquq  müəllimi  axund  Məhəmməd   Pişnamazzadə  sədrlik  edirdi.  Onun  kö məkçisi  vəzifəsini  Gəncənin 

tanınmış  ictimai  xadimi  Ə.Rəfibəyli  yerinə  yetirird i.  Ko mitəyə  H.Usubbəyov  (Nəsib  bəy  Yusifbəylinin  qardaşı), 

Ə.Xasməmmədov (Xəlil bəy Xasməmmədovun qardaşı), M.Ə.Rəfiyev, M.Qazıyev, Molla İs mayılzadə,  Q.M.Həmzəyev və 

b. da xil idilər. 

"Difai"  partiyasının  ən  çoxsaylı  və  fəal  şöbəsi  Şuşada  yerləşirdi.  Bu  şöbə  1907  ilin  ortalarından  "Qarabağ  birlik 

məc lisi" adlandırıld ı. Məclisin təsir dairəsinə Azərbaycanın Zəngəzur,  Qaryagin,  Cavanşir qəza ları da xil id i.  Doktor  Kərim 

bəy  Mehmandarovun  rəhbərlik  etdiyi  Məclisin  Şuşa  ko mitəsinin  tərkib inə  Cahangir  xan   Nu ribəyov,  X.Quliyev, 

M.Ş.Hacıyev, M.Muradov, M.Ə.Əzimov, H.Münşiyev və b. (cəmi 18 nəfər) daxil id i. 

Ağdam ko mitəsinə Zülfüqar bəy Haqverdiyev rəhbərlik edirdi. Ko mitənin üzvləri  S.Rüstəmbəyov, B. və Ş.Kazım-

bəyovlar,  C.Və zirov,  M.M.İbrah imov,  D.Ağamirzəyev,  Q.Cavanşir  və  b.  idilə r.  Bərdə  ko mitəsinin  rəhbəri  Məşədi  Mehdi 

Hacı  Şərif,  eyni  zamanda,  daşnak  təcavüzünə  qarşı  yaradılmış  silah lı  dru jinaya  başçılıq  ed ird i.  Bərdə,  Tərtər,  Cəbrayil, 

Qaryagin ko mitə lərinə 15 nəfə rdən 30 nəfərə  qədər üzv da xil idi. 

"Difai‖nin  əsas  vəzifələrindən  biri  də  silahsız  türk-müsəlman  əhalini  yaxşı  təşkil  edilmiş  və  silahlan mış  daşnak 

quldur  dəstələrindən  ("xu mbalarından")  qorumaq  üçün  hərbi  drujinala r  yarat maq,  həmç inin  silahlı  ə mə liyyatlar,  terror 

aktlarının və q ırğ ınların əsas təşkilatçısı olan çar höku mətin i ö z təxribatçı əməllərindən əl çəkməyə məcbur et mək id i. 

"Difai" partiyası proqramının əsas müddəaları  Ə.Ağayev tərəfindən nəşr edilən "İrşad" qəzetində işıq üzü görmüş 

layihədə  öz  əksini  tap mışdı.  Part iya  əsas  məqsədini  öz  xa lqını  son  za manla r  meydana  çıxmış  erməni-müsəlman 

toqquşmalarından,  sosial-siyasi  və  mədəni  gerilikdən  xilas  etməkdə  görürdü.  Partiya  ermən i  terrorçu larına  qarşı  silah lı 

mübarizəni öz  məqsədlərinin həyata keçirilməsi  metodlarından biri  kimi elan etməyə  məcbur olmuşdu. Proqramda deyilirdi 

ki, "ermən i bo mbala rın ın qorxusu alt ında iş görən hökumət ada mlarının qanunsuz əməllərinə qarşı Difai bomba və qılıncla  

çıxacaq".  Bununla  yanaşı,  proqramda  bild irilird i  ki,  "Difai"  hər  hansı  bir  xalqın  hüquqlarına  təcavüz  edən  təşkilat  deyil. 

"Difai"  daşnaklara  bəyan  etmişdi  ki,  öz  çirkin  əməllərindən  əl  çəkib,  Qafqaz  xalqların ın  bərabər  inkişafına  çalışacaqları 

halda, onlarla da ə mə kdaşlıq et məyə hazırd ır. 

1907  ildə "Qa rabağ birlik  məc lisi"nin də  52 bənddən ibarət proqrafn ı çap olundu.  Bu proqra m "Difa i"nin  b irinci 

proqramımn daha geniş variantı sayıla bilər. Proqramda müsəlmanların məzhəblərə ayrılması qətiyyətlə pislənilir, bu hallara 

yol verənlərin  cə miyyətdən uzaqlaşdırılma lı o lduğu göstərilird i. Müsəlman  ic masından heç kim Məclisin  ica zəsi o lmadan 

hökumət  idarələrinə  səlahiyyətli  nü mayəndə  seçilə  bilməzd i.  Erməni-müsəlman  toqquşmalarına  səbəb  ola  biləcək  şayiə 

yayanlar  və  təhlükə li  əşyalar  satanlar  cə za landırılıb   şəhərdən  çıxa rılma lı  id ilə r.  Aqrar  məsələ   proqra mda  radikal  həllini 

tapmışdı:  torpaq  zəh mətkeşlərin  arasında  bərabər  şəkildə  bölün məli  idi.  1906-08  illər  ərzində  "difai"çilər  bu  istiqamətdə, 

yəni torpaqların mü lkədarla rdan alınıb, kəndlilə r arasında bölüşdürülməsində bir sıra tədbirlə r həyata keçirmişdilər. 

"Difai"çilərin  təbliğat  fəaliyyəti  cəmiyyət  həyatının  bütün  sahələrini  əhatə  edird i.  1907  ilin  avqustunda  tərtib 

edilmiş  polis  raportunda,  "Difai"nin  artıq  ən  ucqar  kəndlərdə  belə  nü mayəndələrinin  o lmasından  və  onların  əhalini 

mütləq iyyətin siyasəti ilə tanış etdiklərindən, sadə xalqın  məktəbə  inanmağa başladığından, bir sözlə, son bir-iki  il ərzində 

yerli əhalidə,  xüsusilə Qa rabağda ictima i işlə rə  ma rağın art masından bəhs olunur. Ye lizavetpol (Gəncə) quberniyasının bir 

çox  yerlərində  əhali  ən  ciddi  prob lemlərlə  bağlı  hakimiyyət  strukturlarına  deyil,  "Difai"nin  ko mitələrinə  müraciət  edirdi. 

Məsələn,  1907-08  illərdə  Cavanşir  qəzasında  38  kənd  ic masından  yalnız  8-i  hakimiyyət  orqanlarına  tabe  olurdu,  qalan 

kənd xudalar  isə  "Difai"nin  rəhbərliyi  a lt ında  işləyird i.  Bə rdə  qəzasında  Məşədi  Mehdinin  rəhbərliy i  ilə   "Difai"  ko mitəsi 

kəndlilərin bəylərə  qarşı ç ıxışlarını təşkil et miş və ko mitə ü zvlə ri buna görə polis tərəfindən həbs olunmuşdular. 

1906  ilin  sonunda "difai"çilər  Şuşa  qeneral-qubernatoru  V.N.Qoloşapovu  və onun  dəftərxana  müdiri  Kleşinskini 

qətlə  yetirdilər.  Onla r  1906  ildə  Şuşada  ermənilə rin  a zərbaycanlılara  qarşı  törətdikləri  qırğınla rın  qarşısını  a lma maqda, 

əksinə,  ermənilərə  kö mək  göstərməkdə  günahlandırılırdılar.  1907  ildə  Naxçıvan  qəza  rəisi  podpolkovnik  Enqel  də  eyni 

ittiha mla   qətlə  yetirilmişdi.  Hə r  bir  a ksiyadan  sonra  "difai"çilər  bəyanat  verir,  məsuliyyəti  ö z  ü zərlərinə  götürürdülər. 

Qəzet lərə  göndərilən bəyanatlarda bu qətllərin səbəbini izah edir, müs əlmanlar ə leyhinə siyasət yeridənlərin  ha mısın ı bu cür 

aqibətin gözləd iyini bildirirdilər. Aksiyala rı, əsasən, Şuşa və Gəncə ko mitələ ri həyata keçirirdi. Əla mətdar ha ldır ki, bu qisas 

aksiyalarından sonra azərbaycanlılara qarşı təxribatlar və q ırğ ınlar səngiyirdi. 

"Difai"çilərin  topladığı  böyük  məbləğdə  vəsaitin  bir  hissəsi  İran  və  Türkiyə  inqilabçılarına  kö məyə  göndərilird i. 

Gənc türklərə can lı qüvvə və silahla yardım edilirdi. 

1908 ildə ça r ha kimiyyət orqanla rı "Difa i"nin ü zvlərinə qa rşı repressiyalara başladı. Qafqaz canişin i 1908 il 4 mart  

tarixli  fə rmanla  "Difa i"  partiyasını  qadağan  etdi.  ƏAğayev  repressiyalara  mə ruz  qald ı,  onun  qəzetləri  bağlandı,  özü  təqib 

edilməyə  başladı.  Nət icədə,  Ə.Ağayev  Türkiyəyə  mühacirətə  get məyə  məcbur  oldu.  "Qa rabağ  birlik  məclisi"nin,  Gəncə, 

Bərdə  ko mitələrinin  ü zvlə ri  küt ləvi  surətdə  həbs  edildilər.  Repressiyalar,  fakt iki  o laraq,  part iyanı  başsız  qoydu.  La kin 

partiyanın fəaliyyəti, passiv də olsa, 1917  ilə  kimi davam etmişdi.  Balkan və Birinci dünya müharibəsi illərində "Difai"nin 

fəaliyyətində  canlanma  baş  verdi.  Bə zi  sənədlərə  əsasən,  hələ  1915  ildə  "Difai"  və  türk  ko mandanlığ ı  nü mayəndələrin in 

Bakı, Gəncə, İrəvan quberniyaları və Dağıstan da daxil olmaqla, müstəqil respublika yaratmaq barədə danışıqları o lmuşdu. 

 

 

 



 

 

 



332 

 

"Açıq  söz"  qəzetinin  1917  il  oktyabrın  13-də  yazdığ ına  görə,  Azərbaycan  siyasi  partiyalarının  Gəncə  müşavirə-



sində "Nicat" və "Difa i" inqilabi part iyala rın ın nümayəndələri proqra mları uyğun gəldiyi üçün "Müsavat" partiyasına daxil 

olmuşdular. 



 

Əd:. 

Seyidzadə D.B., Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar, B., 1998;  Süleymanova S., Azərbaycanda 

ictimai-siyasi hərəkat, B., 1999; Багирова И.С., Политические партии и организации Азербайджана в начале XX века , Б., 1997; Ахмедов 

А., Азербайджанские тюрки в революции 1905 r., B., 2002. 



Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin