Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə11/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   ...   7   8   9   10   11   12   13   14   ...   80

Ədəbi  mühit.  Dünyanın  ən  zəngin   ədəbiyyatlanndan  birini  yaratmış  Azərbaycan  xalq ı  tarix  boyu  haqq-ədalət, 

bərabərlik, azad lıq idealları  ilə yaşamış, bu idealla r uğrunda  daim  mübarizə aparmışdır. Hə min  ideallar və onlar uğrun-dakı 

mübarizə  xalqın əsrlərcə yaratdığ ı edəbiyyatda -  istər fo lklorda, istərsə də yazılı bədii əsərlərdə əksin i tap mışdır. "Kitabi-

Dede  Qorqud",  "Koroğlu"  eposlarmda,  digər  qəh-rəmanlıq  dastanlannda,  Nizami  Gəncəvi,  Xaqani  Şirvani,  İmadəddin 

Nəsimi, Şah  İsmayıl  Xətai, Məhəmməd Füzu li və b. ədəbiyyat korifey lerinin eserlərində ümu mbəşəri  ide-a lla r, hu manizm, 

haqq-ədalət,  o  cümlədən  insan  haqları,  azadhq  və  vətənpərvərlik  ideyaları  tərennü m  edilmişdir.  Bütün  bunlar  19  əsrdən 

etibarən  azərbaycançıhq  ideyala-rının  meydana  gəlməsinə  zə min  yaratmışdır.  Bu  dövrdə  milli  birlik,  müstəqil  dövlətçilik 

idealları üzərində daha ar-dıcıl, daha dərindən düşünme - milli özünüdərk Azərbay-can xalqın ın daxili ehtiyacı id i. 19 əsrin  

sonu  -  20  əsrin  əv-vəllərində,  hətta  sonralar  da,  bütün  milli  a zadhq  hərəka-tlarmın  ideoloji  əsasmda  Abbasqulu  ağa 

Bakıxanov,  Mirzə  Fətəli  A xundzadə,  Cəmaləddin  Əfqani,  Həsən  bey  Zərdabi  və  bu  dövrün  digər  görkəmli  yaradıcı 

ziyalıları dayanırdı.  Bu  ideyalar, nəhayət, 20 əsrin əwelinde azerbaycançıhq ideologiyasının təşəkkülünə daha güclü təkan 

verdi.  Azə r-baycançılıq  ideologiyası,  Azə rbaycanda  milli  dövlətçilik  tə-fə kkürü  dövrün  Cə lil  Mə mmədquluzadə,  M irzə  

Ələkbər Sab ir,  Nəriman Nerimanov, Əbdürrehim bəy Haqverdiyev, Əli bəy Hüseynzadə, Hüseyn Cavid, Məhəmməd Had i, 

Abbas  Səhhət,  Abdulla  Şaiq,  Süley man  Sani  A xundov,  Yusif  Və zir  Çe mənzə min li,  Firidun  bəy  Köçerli  ve  onla rca  digər 

yazıçı,  publisist  və  maarif  xadimlərin in  əsərlərində,  konkret  fealiyyetlerində  əksini  tapdı.  Bu  dövrün  ədəbiyyatında  xalq  

kütlələrin in  azadlıq  istəyi,  inqilabi  hərəkatın  güclən mesi,  milli  şüurun  güclü  oyamşı  ilə  əlaqədar  o laraq  tənqidi  rea-lizm 

aparıcı  istiqamətə  cevrildi.  Həmin  dövrdə  Azərbay-canda  geniş vüsət  alan  istiqlaliyyət  uğrunda siyasi  mübarizə  ilə  bağlı 

azerbaycançıhq  ideologiyası  məzmunca  və  keyfıy-yətcə  yeni  mərhələyə  qədəm  qoydu  və  Azərbaycan  Xalq  

Cü mhuriyyətinin  qurulması ilə yüksək zirvəyə çatdı. Azər-baycanın şimalmda müstəqil dövlətçilik ənənelerinin d irçe-lişi və 

xalq ın  milli  təfəkküründə  baş  verən  oyanış,  mədə-niyyətin  mü xtəlif  sahələrində  olduğu  kimi,  ədebi  müh itdə  də  böyük 

canlanmaya səbəb oldu. 

Azərbaycan  Xalq  Cü mhuriyyəti  A zərbaycan  xalquun  tarixi,  siyasi  və  mənevi-psixo loji  həyatında,  o  cümlədən  o 

dövriin  ədəbi-bədii  fikir  nümunəlerində  silin məz  izlər  buraxmışdır.  Cü mhuriyyət  dövrünün  öz  böyük  poeziyası,  nəsri, 

dramaturg iyası və publisistikası o lmuşdur. Araşdır-malar göstərir  ki, hətta ay da, u lduz da rəmz ve obraz  kimi rəs miləşən 

milli simvolikaya - üçrəngli bayrağa və gerbə poeziyadan, ro mantik nəsrden ve inqilab i publisistikadan keçərə k gəlmişdir. 

Aşkar  həqiqətdir  ki,  Cü mhuriyyət  dövrünün  ədəbiyya-tını  ilk  dəfə  araşdıran  və  dəyərlendirən lər  də  elə  Cü mhu-

riyyeti və  onun mədəniyyətini yaradanların ö zlə ri olmuşla r. Ədəbi prosesi tənzim edənlər və yaradanla r - Məhe mməd  Əmin  

Rəsulzadə,  M irzəba la  Mə mməd zadə,  Pa rla mentin  sedri  Əlimə rdan  bəy  Topçubaşov,  s ədr  müavin i  Həsən  bəy  Ağayev, 

Cü mhuriyyət höku mətin in sədri Fətəli xan Xoyski, həmçinin Əli bəy Hüseynzadə, Əh məd  bəy Ağaoğlu, Üze-yir və Ceyhun 

bəy Hacıbəyli qardaşları, Hüseyn Cavid, Cəlil Mə mmədqulu zadə, Məhə mməd Hadi, Əh məd Cavad, 



85 

 

 



 

86 

 

Abdulla Şaiq, Salman Mümtaz,  Əlabbas Müznib və başqa-ları idilər. Xüsusən, "Cümhuriyyət şairi" Əhməd  Cavadın, 



Əli  Yusif, Ümmügülsüm, Əmin Abid (Gü ltəkin), Cəfər  Cabbarlı,  Bədri  Seyidzadə, Mürşid, Davud (Ağamirzadə), Əli Şövqi 

kimi  gənclərin  şeirləri  el  arasında  süretlə  yayılır,  marşa,  himnə,  nəğməyə  çevrilirdi.  Azerbaycamn  istiqlalma,  milli  dövlətə, 

bayrağa və gerbə, türkçülük idealma, ü mum-bəşəri və  islami dəyərlərə həsr olun muş en yaxşı ədəbi-bədii, elmi-publisistik, 

fəlsefı-tarixi  əsərlər  məhz  Cü mhu-riyyət  dövründə  yaranmışdır.  Azərbaycanın  tam  müstəqil-liyi  və  istiqlah  ideyası  əksər 

ziyalıları bir bayraq altında birləşdirir və ədəbi hərəkat da en çox bu yöndə irəliləyird i. Məhəmməd Əmin Rəsulzadə, Əh məd  

bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Ceyhun bəy Hacıbəyli  kimi  xad imlər Avropada və Rusiyada vüsət tapan xristian birliyi 

hərəkatı müqabilində "türkləşmə, isla mlaşma  və  müasirləşmə" ide-yasını irəli sürür və onun qəlebəsinə çalışırdılar.  Bu ideya 

Azərbaycanda siyasi, sosioloji ve fəlsəfı istiqamətə yönəlir, azərbaycançılıq təlimi ilə qaynayıb-qarışırdı. 

Məhəmməd Əmin Rəsulzadə 1919 ildə "Azərbaycan" qəzetində yazıçı və şairləri bu ideyanı əks etdirməyə çağırır və 

yazırdı:  "Mətbuatın,  ədəbiyyatın  millətin  qəlbinə  mil-liyyət  və 



istiqlal toxumu saçan bir əməl olduğu məlum-dur... 

Ey  millətin  lisanül-qeybi  olan  şairlər,  ədiblər!  Millətin 

əməllərini,  ülvi  niyyət və  məqsədlərini  oxşayımz,  kəndisinə  millət 

sevgisi, vətən məhəbbəti, hürriyyat eşqi təlqin ediniz". 

1918-20 illə rdə gənc edebi qüvvələrin  bir a ma l uğ-runda 

təcrübəli nəsillərə  birləş mək a rzusu duyulurdu. 

"Gəliniz  əsrlərlə  millətin  ürəyində  daş  bağlayan 

dərdlərini  açıb  tökək!"  -  deyən  Mirzə  Cəlil  güneyli,  quzey li 

Azər-baycan m taleyin i düşünürdü. 

Cü mhuriyyətin  əvvəlcə Ukraynada, sonra isə Türki-yədə 

rəsmi elç isi olan  Yusif  Və zir  Çə mən ze minli " Bu gün yazıçıya nə 

gərəkdir?"  sualına  be lə  cavab  verirdi:  "Dil  a zadlığı,  qələ m 

azadlığı!". Başqa görkəmli sənət ustalan da 

 

 


87 

 

Cü mhuriyyətin  verd iyi  qələm  azadhğından  bəhrələnird ilər.  Nəcəf  bəy  Vəzirov,  Süley man  Sani  A xundov,  Yusif 



Vəzir  Çə mən zə minli, Sey id  Hüseyn, Abdulla bəy  Divanbəyoğlu və başqaları pedaqoji  işdə, publisistika  sahəsinde, dövlət 

işlərində çalışır, siyasi həyata qoşulurdular. Firidun bey Köçərlini,  Yusif  Vəzir  Çəmənzəmin lini,  Seyid Hüseyni və Salman  

Mümtazı daha ço x ədəbiyyat tarixi  məsələləri dü-şündürürdü. Belə  ki,  Yusif  Vəzir "Litva tatarların ın tarixi" , "Azərbaycan 

ədəbiyyatı  tarixinə  bir  nəzər"  kitablarım  yazır,  Salman  Mü mtaz  A zerbaycanın  klassik  şairlərinin  əsərlərini  toplayırd ı. 

Əbdürrəhim  bəy  Haqverdiyev,  Əliqulu  Qəmküsar,  Ömer  Faiq,  Eynəli  bəy  Sultanov,  Hüseyn  Minasazov  və  başqaları 

Tiflisdə çalışırd ılar. 

1919  il  avqustun  26-da  "Yaşıl  qələ m"  ədəbi  b irliy i  yığ mcağ mın  Parla ment  binasmda  keçirilməsi,  Məhə mməd  

Əmin Rəsulzadənin o rada iştirakı və çıxışı da milli dövlətin ədəbiyyata və ədəbiyyat xadimlərinə qayğısmdan xəbər verird i. 

Seyid  Hüseynin sədrliyi ilə keçən  iclasda birliy in  məramnaməsi qəbul edildi. Salman Mü mtazın  təklifı  ilə  məramnaməyə 

"itib-batmış tiirk lüğətlərinin toplanması" da bir bənd kimi art ırıldı. 

Yeni  quru luşun  tələblərinə  ən  ço x  publisistika  və  lirik  şeir  kimi  kiçik  və  çevik  janrlarda  yazılan  əsərlər  uyğun 

gəlird i.  İstiqlal  dövrü  ədəbiyyatmın  ən  geniş  yayılmış  qolu  poeziya  idi.  Xa lq m  20  əsrin  əvvəlindən  uğrunda  mübarizə  

apardığı  milli  istiqlal  ideallarmm  artıq  qalib  gəldiy i  dövrün  poeziyası  olan  Cü mhuriyyət  şeri  bu  ideallarm  qorunub 

saxlan ması  uğrunda  mübarizənin   əksi  idi.  A zərbaycan  şair-lərin in  1918-20  illərdə  istiqlala  qoşduqları  h imn,  marş  və 

mah mlar  bütöv  bir  silsilə  təşkil  ed ir.  Məhəmməd  Əmm  Rəsulzadə  elə  o  günlərdə  şairləri  bu  işə  həvəsləndirmək  üçün 

yazırd ı: ''Bir alay əsgərin milli nəğmələr ötərək bir-dəfəlik keçişi mətbuatın 10 sənəlik təbliğatından əhali üzə-rində daha 

böyiik təsir buraxır". 

Cü mhuriyyətin  bayrağındakı  rənglərin  -  türkçülük,  müasirlik  və  islam  ideallarmın,  türk  və  islam  tarixin in  tə-

rənnümü,  ilk  müstəqil,  suveren  milli  dövlətin  dəstəklən-məsi,  onun  salnaməsinin   yaran ması,  milli  dövletçilik  ideo-

logiyasınm ifadesi, təsbiti, ordunun hərbi uğurların m bədii təminatı, ermənilərin Qarabağ qiyamı, Azərbaycanda ermə-nilərin  

dinc əhaliyə  qarşı törətdiklə ri soyqırımları, vəhşi-liklə r, əra zinin qəsb və talan olun ması, daşnakların Bakıda tarixi abidə ləri, 

elm  və  mədəniyyət  ocaqlarını  yandırması,  mart   qırğ mları,  milli  keç miş  v ə  isla m  tarixində  şehidlik  və  qəhrə man lıq  

səhifələrinin mədhi və yada salmması, şimal-dan ya xmlaşan qara buluddan və vətənin başı üstünü al-maqda olan təhlü kədən 

doğan həyəcan və təşviş istiqlal dövrü poeziyasının ü mdə mövzuları idi. 



Milli  intibah, hürriyyət düşüncəsi ve istiqlal ovqatı Cü mhuriyyət romantizmin in parlaq nü mayendesi Məhəm-məd  

Hadinin  də şeirlə rin in leytmot ivini təşkil edir. Milli müstəqillik və a zad lıq  uğrunda mübarizə  aparan şair A zər-baycan Xalq  

Cü mhuriyyətinin quru lmas mı ruh yüksəkliyi i'ıə qarşılamış, ona "Şühədayi-hürriyyətimizin ərvahına it- 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



88 

 

haf', " Əsgərlərimizə, könüllülərimizə", "Məfkureyi-aliy-yəmiz" ("Azərbaycan dövləti-növzadımıza") şeirlərin i həsr 



etmişdir. Məhəmməd Hadi sonuncu şerdə xalqm milli istiq-lal ruhunu və əzmini ifadə edərək yazırdı: 

Çıxsın dilərsə, qarşımıza həp məzarımız, Dönməz məzaridən bu dili-əzmkarımız... Vicdani-millətə yazılıbdır bu 

ayəmiz, Ən şanlı, ən şərəfli həyat iştə qayəmiz. 

("Məfkureyi-aliyyə miz") 

Bu  əhvali-ruhiyyə  şairin  "Zəfəri-nahiyyəyə  doğru",  "Aydınhq  bir  gecedə  təfəkkür  dəqiqələ ri",  "Kor  -  soqqur", 

"Baharm ilhamları və ictimai rəmzlər", "Hərarətli şeir və yaxud qızd ırmalı hahmda saçmalarım" şeirlərində də davam eləyir. 

Məhəmməd  Hadi  "Şühədayı  -  hürriyyətimizin  ərva-h ma   ithaf'  şerində  "Sizinlə  buldu  bu  millət  şərəfli  istiqlal",  -  deyə 

Azərbaycanm  müstəqilliy i uğrunda mübarizedə şəhid olmuş vətən övladlarımn  müqəddes ruhunu həzin təranələrlə o xşayır, 

"Əsgərlərimizə, könüllülərimizə" sil-silə şeirlərində isə yurddaşlarını bu istiqlalm qorun masma çağın rdı. 

Müsavat və istiqlal amalları A.Şaiqin  "İntizar qarşısm-da", "Arazdan Turana", " Yeni ay doğarkən", " Vətənin  ya-

mq səsi", "Türk ədə mi-mə rkə ziyyət fırqəsi" ("Marş") şeirlə rində də əksini tapmışdır. "Birləşəlim, türk oğlu, bu yol millət 

yoludur",  -  deyən  şair  hamım  milli  b irliyə  səsləyir,  A zərbaycan  istiqlalmm  qorunmas ma,  vətən  yolunda  əzmkarlığa  

çağırırdı: 



Ildırımlar gurlasm, 

Buludlanm hazırlansın tufana! 

Dağım, daşım boyansın həp al qana, 

Şimşəklərim parlasm... 

"Ölüm " deyə, "Vətən " deyə coşarız. 

Bu torpaqlar qammızla boyansa, 

Nəfəsimiz qalınca öc alarız. 

Eyni  motiv  o  dövrdə  nəşr  olunmuş  "Milli  şərqilər"  (1919)  adh  seçmə  şeirlər  toplusunun  da  əsas  mövzusunu  və 

vahid ideya-bədii pafosunu təşkil edirdi: 

Türküstan yelləri öpüb alnını,  

Söyləyir dərdini sana, bayrağım!  

Üçrəngli əksini Quzğun dənizdan  

Ərməğan yollasın yara, bayrağım! 

(Əh məd Cavad, "Azorbaycan bayrağına") 

Cəfə r  Cabbarhmn  istiqla l  möv zulu şeirləri  1918-20 illərin  inqilab i və ro mantik əhval-ruhiyyəsini  xüsusilə qabarıq  

ifadə edən fəlsəfı-rə mzi nümunələ r  idi.  Şair " Yaşıl donlu, al yanaqlı,  mavi gö zlü sevdiyim" dediyi  məşuqəyə eşq elan edir 

və onun tarixi simvo likasım belə aç ırd ı: 

 

 

Bu göy boya göy moğoldan qalmış bir türk nişanı, 

bir türk oğlu olmalı. 

Yaşıl boya islamlığm sarsılmayan inamı, ürəklərə dolmalı. 

Al boya da azadlığın, təməddünün gümanı, 

mədəniyyət bulmalı. Səkkiz guşə bu ulduz da səkk iz hərfli "Odyurdu".  

Əsarətin gecəsindən fiirsət bulmuş quş kimi 

səhərlərə uçmusdur.  

Bu hilal da türk bilgisi, düzgün sevgi nişanı, 

yurdumuzu qucmuşdur. 

Gənc  şairin  "Sevdiyim",  "Sevimli  ölkə m", 

"Salam"  şeirlərində  də  müstəqil  Azərbaycan,  türkçülük, 

turançılıq ideyaları tərənnüm edilird i. 

Cü mhuriyyətin  ilk  qadın   şairi  Ümmügülsü mün 

şeirləri  vetənin  sabaha  uçuş  və  döyüş  cəngisi  kimi 

səslənirdi: 

Annəciyim, mənim bu yaşıl dağlar, 

 Mənsiz nəşə bulmaz çiçəkli bağlar.  

Mənsiz bülbül ötməz, çəmənlər ağlar,  

Yurduma buraxmam alçaq düşməni...  

Ey buzlu şimaldan qopan ruzigar,  

Toxunma qəlbimə, atəşi parlar.  

Saqın, gəlmə, səni nəfəsim boğar,  

Dəf ol, vətənimdə görəməm səni... 

("Çəkil, dəf ol") 

Bu  dövr  poeziyasmda  " Cü mhuriyyət  şairi"  

Əh məd  Cavad m  səsi  daha  gur  eşidilirdi.  Əh məd  Cavadın 

həyat və yaradıcıhğ mm ən parlaq və   məhsuldar dövrü  20 

əsrin  10-cu  illerinin  ortalarına  və  A zərbaycan  Xalq 

Cü mhuriyyəti  döv-rünə  təsadüf  edir.  Bu  illərdə  onun 

"Qoşmalar"   (1916)  və  ―Dalğa‖  (1919)  adlı  şeir  topluları 

nəşr edilmişdir. Hə min dövrdə  


89 

 

Əhməd  Cavadın  fəaliyyəti  bilavasitə  M.Ə.  Rəsulzadə  ilə  bağlı  olmuşdur.  Əhməd  Cavad  məhz  M.Ə.Rəsulzadənin  təklifl  ilə 



"Müsavat" partiyasına daxil olmuşdur. 

Daim  ictimai-siyasi  hadisələrin  mərkəzində  olan  Əhməd  Cavad  Cümhuriyy ətin  qurulmasını  "Azərbaycan,  Azərbaycan!"  və 

"Canım-gözüm,  gözüm-canım Azərbaycanım" şeirləri ilə alqışlamışdır. 28 May - istiqlal günü, milli ordu, türk birliyi, üçrengli, səkkiz 

guşəli ay-ulduzlu bayraq onun şeirlərinin əsas atributları idi. 

Azərbaycan  hərbi  birlikləri  ilə  türk  ordu  hissələri  Bakıya  daxil  olduqda,  Əhməd  Cavad  əs gər  yoldaşlan  ilə  bərabər  Bakmın 

Yasamal dağındakı səngərlərdə düşmənlə vuruşurdu. "Bismillah" şerini də o, həmin döyüş meydanın-da yazmışdır: 



Atıldı dağlardan zəfər topları,  

Yürüdü irəli əsgər, Bismillah.  

O, Xan sarayından çiçəkli bir qız,  

Bəkliyor bizləri zəfər, Bismillah.   

Ey hərbin taleyi, bizə yol ver, yol.   

Sən ey coşan dəniz, gəl türkə ram ol.  

Sən ey sağa, sola qıhnc vuran qol,   

Qollarma qüvvət gəlir, Bismillah. 

Şair "Ey əsgər" şerində Azərbaycan əs gərinin döyüşdə göstərdiyi şücaəti belə tərənnüm edirdi: 



Dağa-daşa sancağını öpdürüb,  

Duman kimi bu dağları bürüyən.  

Dənizlərə salam rəsmi yapdırıb,   

Göylərdəki bulud kimi yürüyən. 

 

 

 

 

 

 

 

 

 

Yürü-yürü, batan günün izinə,  

Gülümsəyir doğan günəş üziinə. 

Əhməd Cavadın ikinci şeir kitabı olan "Dalğa"da (1919),  əsasən, istiqlal dövründə yazdığı şeirləri toplan-mışdı. Şair tükənməz  

ilhammı  sonsuz,  ülvi  məhəbbətlə  sevdiyi  Azərbaycan  milli  istiqlalının  tərənnümüne  həsr  etmişdi  ("Nədən  yarandın",  "Azerbaycan 

bayrağına", "Al bayrağa", "Gəlmə", "Bakı deyir ki...", "Qardaş", "İngilis" və s. şeirlər). 



"Mən çeynənən bir ölkənin haqq bağıran səsiyəm ", -deyən Əhməd Cavad milli azadhğı təhdid edən şimal yelinə, azad dağları 

bürümək istəyən dumana, milli dövləti devirmeye çalışan təcaviizkar qüvvələrə qəzəblə xəbərdar-lıq edirdi: 



Bu dağlar mənimdir, yeni gün gördü,  

Boğar səni ahım, ey duman, gəlmə!...  

Sən ey gözlərimə batan quruntu,   

Sağlam bir imanə səndən nə qorxu?!  

Bəslərsə vicdanlar pək böyük duyğu,  

Yıxılmaz qaladır hər vicdan, gəlmə! 

("Gəlmə") 

Əhməd  Cavad  ömrünün  sonuna  qədər  milli  istiqlal  ideallarına  sadiq  qalmış  və  bu  yolda  şəhid  olmuşdur.  Bunu  onun 

Cümhuriyyətin süqutundan, Aprel işğalından (1920) sonra yazdığı əsərlər də sübut edir. 1925 ildə yazdığı "Göy-göl" şerində şair müstəqil 

Azərbaycanın dövlət bayrağındakı ay-ulduza işarə edərək deyirdi: 


90 

 

Sənin gözdlliyin gəlməz k i saya, Qoynunda yer vardır ulduza, Aya, Oldun sən onlara mehriban daya, Fələk  büsatmı 



quralı, Göygöl. 

Şair bu şerə görə həbs olunmuşdu. 

Milli istiqlahn qorunmasına çağınş ruhu Ə.Müznib in "Azərbaycan", Balaqardaş Mürşidin "Əsgər şeirləri" silsi-ləsi 

("Əsgər  hərbə  gedərkən",  "Ana  deyir",  "Bu  günün  gənclerinə",  "Qarabağda  helak  olmuş  arkadaşımın  ruhuna  ithaf'), 

Davudun  "Əsgər  şərqisi",  "Məqsədimiz",  "Azər-baycan  ordusuna",  "Bir  əsgərin  dilindən",  Ümmügülsümün  "Əsgər 

anasma",  "Bir  mayıs  günündə",  Əli  Şövqinin  "Azərbaycana",  Ümid  Gəncəlin in  "Azərbaycan  vətən şər-qisi",  Əli  Yusifın  

"Bayraq", "Azərbaycanlıya" əsərlərində də güclü id i. Mürşid "Sühədayı-Vətən" şerində yazırdı: 

Sən dəfəxr et, bambaşqadır bu ölüm, Bənzəməzsən sən bir adi ölmüşə. Cismin əgər gömülmüssə məzara, Ruhun 

millət qəlbindədir həmişə. 

İstiqlal poeziyas mda orijinalhğı ilə seçilən gənc sima-lardan biri də istedadlı şair  Əli  Yusif  idi. İstiqlalı böyiik se-

vinclə,  ruh yüksəkliy i  ilə qarşılayan gənc şair istibdad zən-cirindən qurtarmağı A zerbaycan üfüqündə doğan sönməz u lduz 

kimi mənalandırır, ilk dəfə milli dövlət elan edil-məsindən qürurla öyünürdü: 



Ey vətəndaş, bu gün sənin taleyinə Bir əbədi sönməyəcək  ulduz doğur. 

..Bıından sonra Azərbaycan ölkəsində, Azadhğın, istiqlalın kölgəsində Sənin dəxi bir müqəddəs vətənin var, 

Bayrağın var, buludlardan uca qalxar'. 

1918-20 illərdə  Cü mhuriyyət şeri nü munələri, əsasən, "Azerbaycan", "Açıq söz", "Müsavat", "Bəsirət", "İstiq-lal"  

qəzetlərində,  "Övraqi-nə fısə",  "Qurtuluş"  jurnalların-da  dərc  olunurdu.  Bu  illərdə  Ə.Cavadm  "Da lğa",  türk  şairi  Fey zulla  

Sacidin "Fə ryad" kitablan, habelə "Milli şərqilər", "Ordu marşlan" topluları nəşr edilmişdir. 

Poeziyadan  fərqli  olaraq,  yeni  həyatı  öyrən mək,  mü-rəkkəb  ictima i-siyasi  duru mu  qavramaq  və  sənətə  gətirmə k 

prosesinin  mürəkkəbliyi  ilə əlaqədar o laraq bu dövrün nəs-rində yeni quruluşla bilavasitə bağh olan, onu alqışlayan, onun 

teləblərinə cavab verən əsərlə r az o lsa da, ənənəvi a ilə-mə işət və tarixi mövzu larda  yazılan bir ço x nəsr əsər-lərində dövrün 

ictima i-siyasi,  milli-mənəvi  proble mlərinin  bədii  ə ksinə,  cərəyan  edən  hadisələrin  mahiyyətinə  nüfuz  et məyə  müəyyən 

cəhdlər göstərilirdi. 

"Molla  Nəsrəddin"  jurnalı  ilə  ədəbi  hərə katı  canlan-d ıran  Cə lil  Mə mmədquluzadə  bu  illərdə  "Konsulun  arvadı", 

"Qəssab",  "Xanm  təsbehi",  "Nigarançılıq",  "Rus  qızı",  "Zırra ma"  hekayələrində  ənənəvi  sosial,  ailə-məişət  mövzula rı  ilə  

yanaşı,  vətenin,  millətin  taleyi,  insan,  o  cü m-lədən  qadm  hüquqlan  kimi  ən  ü mdə  problemlərə  de  to xu-nurdu.  Bu  

hekayələrdə za ma mn  ruhuna uyğun olaraq, ö ldü-rücü satiradan daha ço x yu mşaq, düşündürücü yumor güclü  id i. Əla mətdar 

cəhətdir ki, bu hekayələ rdə ədib ziyalı anla -yış ma yeni, müasir ba xımdan yanaşırdı. Cəlil Mə mməd - 

 

 


91 

 

quluzadə bu dünyaya gözünü Azərbaycan dərdi ilə, bu  mil-lətin ö zünüdərki a rzusu ilə  aç mışdı.  İlk irihəc mli nəsr 



əsəri olan "Danabaş kəndinin əhvalatları" povestində bu dərdin yüksək bədii ifadəsi öz əksini tap mışdır. Milletin geriliy ini 

və  onun  bu  gerilikdən  qurtulması  yollarmı  göstərməyə  çalı-şan  Mirzə  Cə lil  belə  məqa mlarda  tip ikliye  daha  çox  diqqət 

yetirirdi. 

"Molla Nəsrəddin" edəbi məktəbin in nü mayəndəsi Əbdürrəhim bey Haqverdiyevin "Şair" hekayəsində milli dövlət  

quruculuğu  dövründe  ziyalı  p roblemi  müstəqil  döv-lət  üçün  milli  kadrlar  yetişdirilmesi  problemi  ilə  səsleşirdi.  Əsərin  

qehrəma m Mirzə Sə fər mühəndis və həkim oğlan-larına xa lqa ö zü kimi namusla xid mət göstərməyi vesiyyət edir. 

Abdulla Şaiq in "Əsrimizin qəhrəmanları" ro manında Azərbaycan genclərinin həyatı, arzu və amalları, dünyaba-xışı 

və  əmə llə ri  ön  plana  çəkilir.  Müəllifin  ilk  bölü mlərini  hə lə  1909  ildə  yazd ığı  bu  əsərə  9  ildən  sonra,  1918  ildə  yenidən 

qayıtmasın m bir səbəbi də bu dövrdə  milli  istiqlal arzularımn  gerçəkləşməsi  imkan mın  güclənməsi və bu yol-da gənclərə 

olan ümidi, inamı ilə bağlı id i. 

Ağababa  Yusifzadənin   ro mantik  ruhlu  "Sın ıq  qanad"  əsəri  1918-20  illərdə  Abdulla  Şaiqin  "Əsrimizin   qehre-

man larr'ndan sonra meydana çıxan ikinci  ro man nümunə-sidir.  Əsər ənənəvi məhəbbət  mövzusunda olsa da, burada örtülü 

şəkildə  ictimai  məsələlərə də to xunulur. Müəllif göstərirdi  ki, dbvlətin milli kadrlara ehtiyacını ödəmək, istedadh gənclərə 

arxa durmaq üçün varlılar da vətən-daşlıq qeyrəti göstərməli, onlara arxa olmahdırlar; millətin müstəqilliyi və xoşbəxtliyi 

hamının birliyindən, bir-birinə yardıntından asıhdır. 

Azərbaycanm  müsteqilliyə  can  at ması  Antanta  döv-lətlərini,  rus  bolşeviklərini  və  daşnakları  təşvişə  salmışdı. 

Bolşevik Rusiyası hər tərəfdən A zərbaycana qarşı fıtnələr törəd ir, ermən i daşnaklanndan istifade edirdi. Belə fıtnə-lərdən ən 

böyüyü 1918  ilin   martmda erməni daşnaklarmın  Bakıda, həmçinin  Azərbaycamn başqa yerlərinde azerbay-canlılara qarşı 

törətdikləri  soyqırımları  idi.  Bakı  sovetinin  əsasən  daşnak  quldurlarından  ibarət  olan  qoşunları  Bakıda  min lərlə 

azərbaycanlın ı  qətlə  yetirdile r,  qədim  b inaları,  məscidlə ri  dağıtdıla r,  əlya zmala rmı,  kitab xanaları  yandırdı-lar.  Məhə mməd  

Əmin  Resulzade,  Əlimərdan  bəy  Topçu-başov,  Üzeyir  bəy  Hacıbəyli,  Mirzəbala  Məmmədzadə,  Seyid  Hüseyn,  Abdulla 

Şaiq kimi qabaqcıl A zərbaycan ziyalıları ö z əsərlerində bu vəhşiliy i lenətləyird ilər. 

Bakıda ermen i daşnakların ın vəhşicəsinə yandırdıqları abidelərdən biri də  milyonçu Musa Nağıyevin oğlu  İsma -

yıhn  xatirəsinə  ucaltdırdığ ı  İs mailiyye  binası  idi.  Binanm  yandırılması  bir  yana,  millətə  qənim  kəsilən  daşnaklar  İs-

ma iliyyənin sökülməsinə ça lışırdılar. 

Azərbaycanlılara  qarşı  hazırlanan  bu  qəsdin  üstünü  aç-maq  üçün  Seyid  Hüseyn  "Hezin  bir  xatirə.  İs ma iliyyə" 

hekayəsini yazmışdı. Dərin lirizmi, güclü vətəndaşlıq duy-ğusu və publisistik ruhu ilə  seçilen bu hekayə İsma iliyyənin tarixi 

bədii salna məsidir. Vətəndaş yazıç rya görə, binanın xa lq qarşısındakı b ir-birindən dəyərli xid mətlə rindən ən q iy mətlisi onun 

siyasi  cəreyanlar  meydanına  çevrilə rək,  xa lqın  milli-mənəvi  tarixində  əvəzsiz  rol  oyna masıdır.  Qabaqcıl  A zərbaycan 

ziyalıları bu binanı  xalq m,  millətin amal və əməl dayağı,  müqeddəs və toxunulmaz  məbədi sayır, azadlıq və  istiqlal rəmzi 

kimi dəyərlendirirdilər. He -kayənin sonluğu son dərəcə həyəcanlı və dərin vətəndaş narahatlığı  ilə dolu  çağırış notları ilə  

bitir: 


"Ey  bakıh  qardaş,  ey  azərbaycanh  vətəndaş,  niyə  dayanıb  baxıyorsan?  Coş!  İsmailiyyənin,  hər  vaxt  böyük 

salonunda öz gələcəyin iiçün gün ağladığın İsmailiyyənin qarşısına gəl. Onu səndən ayırırlar. Onu lüzumsuz bir meyit kinti 

dəfn  ediyorlar.  Həm  də  sənin  gözünün  qaba-ğında  dəfn  ediyorlar.  Halbuk i  onun  məhzun  gözləri  səni  gözləyir,  sənin 

həsrətini çəkir". 

Maraqlıd ır  ki,  Seyid  Hüseynin  bu  hekayəsinden  sonra  "Yaşıl  qələm"  ədəbi  birliy i  "İsmailiyyə"  müsabiqəsi  elan  

edərək,  he min  mövzuda,  he mçin in  Azərbaycan  bayrağına  həsr  olunan bir  neçə  poetik  əsərin  de  üzə  çıxmasına  nail  olu r, 

başlıcası isə, "İsmailiyye"nin dağıdılmasımn  və onun timsalında azərbaycanhlann azadlıq  və milli istiqlaliyyət duyğularımn  

qırılmasınm qarşısı alın ır. 

Bu  mövzuya bir də qayıdan Seyid Hüseyn 1920 ildə "İsmailiyye" adlı yeni hekayə də yazmışdır.  Həmin yazıda da 

binanm  xa incəsinə  və  alçaq  niyyətlə  yandırıldığ ı,  bundan  doğan  vətəndaş  qəzəb  və  hiddəti  dərindən  duyulmaqdadır. 

"İsmailiyyə"  Cü mhuriyyət  dövrü  ədəbiyyatında  zaman m  ən  başlıca  probleminə  to xun maqla  milli  dövlətçiliyi,  milli  Hö-

ku məti, "üçrəngli, səkkizguşə ulduzlu" bayrağı be lə böyük ürəklə  alq ışlayan,  xa lqı onun qədrini bilməye  çağıran  yega-nə 

bədii nəsr əsəri idi. 

Cü mhuriyyət  dövrü  ədəbi  prosesinin  canlan masında  dramaturgiya  da  ehəmiyyətli  yer  tuturdu.  Bu   dövr  drama -

turgiyası  müasirliy i  ilə  seçilird i.  A zərbaycanm  o  zamankı  duru mu  və  gələcək  müqəddəratı  ilə  sıx  bağlı  o lan  məsə-lələr  - 

milli oyanış,  milli azad lıq  hərəkatı, istiqlaliyyət,  müstəqil dövlətçilik  məsələləri, əski  inanclara,  xalq ın yad-daşma qayıd ış 

kimi duyğular onun en yaxşı nümunəlerin in əsas mövzusu idi. Bu dövr dramaturg iyasında Azərbaycan, Turan, Qafqaz, Türk 

dünyası obrazları ço x qabarıq verilmiş-dir. 

Cə lil Mə mmədquluzadə, Hüseyn Cavid, Cəfə r Cabbarlı kimi tanın mış sənətkarlar daha məhsuldar çalışırdılar. Azər-

baycan  dramaturgiyasımn  şah  əsərlərindən  olan  "Anamın  kitabı"  (C.Məmmədqulu zadə),  "İblis"  (H.Cavid),  "Aydm" 

(C.Cabbarlı)  məh z  bu  dövrdə  yaranmışdır.  Cəfər  Cabbar-lın ın  "Ədirnə  fəthi"  və  "Trablis  müharibəsi",  yaxud  "Ul-duz"  

pyeslərin in  mövzusu  Ya xm  və  Orta  Şərqdə,  o  cü m-lədən  Türkiyədə  milli  azadhq  hərəkat mdan  götürülmüşdür.  Xüsusilə 

"Ədirnə  fəthi"  Balkan   müharibələri dövründə türk  xalq ın m istiqlal  mübarizəsi  ilə  zəngin tarixin in parlaq  bir səhifəsindən 

bəhs edir. Öz ölkəsinin və xalq ımn istiqla liy-yət və a zad lıq yollan barədə düşünən C.Cabbarlı hə min əsərləri ilə bu ideyaları 

alqışlayırdı. Müəllif milli istiqlal və dövlətçilik amallannın gerçəkləşdiyi, tarixi yetkinlik çağ- 



92 

 

 



 

93 

 

larının  yaxınlaşdığı  ərəfədə  qardaş  türk  xalqın m  istiqlal  savaşmdan  nümunə  götürməyə  çağırır,  vətənpərverlik 



hissini  oyatmağa  çalışırdı.  İsa  bəy  Aşurbəylinin  istiqlal  möv-zusunda  yazdığı  "Azerbaycan"  pyesi  də  böyük  maraqla  qar-

şılan mışdı. 

Mirzə  Cə lilin bu  illə rdə "Ka mança", "Anamın kitabı"  kimi  əsərlə rlə  yeni  möv zula ra ü z tut ması böyük  əhə miyyət 

kəsb edirdi.  Bu əsərlə rdə o, hadisələri qavra maqda ve də-yərləndirmə kdə  mütəfə kkir vətəndaş kimi çıxış ed ird i. "Anamın  

kitabı"nda  ədibin  vətən,  millət,  ana  dili  an layış-larmın  ideya-estetik  tutumu  Cü mhuriyyət  istəkleri  ilə  tam  səsləşirdi. 

Müəllifin  milli  özünəqayıdış,  milli  ö zünüdərk  ideyası  üç  qardaşın  münasibətlərində,  rəmzi  obraz  kimi  verilən   "Anamm 

kitabı"n m  yozu munda  üze  çıxır.  Pyesdə  son  dərəcə  mühüm  bir  mövzu-tarixi  ədalətsizlik  nəticə-sində  parçalan mış,  ayrı 

düşmüş  Azərbaycan  xalq mın  bir-ləş mesi  ideyası  yüksek  bedii  şəkildə  ü mu miləşdirilmişdir.  "Kamança"da  isə  çarizmin, 

eləce  də  bolşeviklərin  təhriki  və  daşnaklarm  bilavasitə  iştirakı  ilə  azə rbaycanlılara  qarşı  törədilən  qırğınla rın  ibrətli  tarixi 

bədii əksini tap mışdır.  Əsərdə Azərbaycan xalq ın m yüks ək insanpərverliyi, en ağır cinayətləri belə bağışlaya bilməsi rə mzi 

baş qəhrəman Kamança obrazında son dərəcə təsirli ifadə olunmuşdur. 

Hüseyn Cavidin bütün zamanlarm ən kəskin və əbədi bir problemin in -  xey irlə şərin,  iblislə bəşərin əzəli və əbədi 

mübarizəsinin  yüksək  bədii-fəlsəfı  şəkildə  ü mu mi-ləşdirildiy i  "İblis",  C.Cabbarlın m  "pulun  şeytana  namaz  qıldırdığı" 

altun dünyasmda insan arzuların m daşlara çır-pılıb puç olduğunu yüksək sənətkarlıqla əks etdirən "Aydm" faciələri təkcə o 

dövrün deyil, ü mu miyyətle, Azər-baycan dramaturg iyasının nailiyyəti idi. 

Bütövlükdə,  bu  illərdə  yaranan  pyeslər  milli-mənəvi,  inqilabi-fəlsəfi  tutumu,  mövzu  və  ideyası  ilə  birlikdə  janr, 

üslub və obrazlar aləmi  ilə də seçilirdi. Sey id Hüseyn və başqa tənqidçilər, haqlı olaraq, həmin pyesləri ədəbi  mühitə yeni 

nəfəs gətirən əserlər kimi dəyərləndirird ilə r. 

1918-20  illərdə  Azərbaycanda  ideoloji  müba rizənin  bütün  ağırlığı  dövri  metbuatın  kesərli  silah ı  olan  publisis -

tikan m ü zərinə düşürdü. Azərbaycan publisistikası ideya-mövzu cehətdən çox rengarəng və zengin idi: çarizm əsa-rətindən 

yenicə  qurtulmuş  Şima li  A zərbaycanın  milli  müs  təqilliyinin   qorunub  saxlan ması,  milli  ordunun  yaran ması,  ö lkədə  

demokratik parlament seçkiləri ve islahatlarm keçirilməsi, bolşevik və Denikin  təhlükəsinin dəf edilməsi, Qarabağda erməni 

millətç ilə rinin  törətdiyi  müharibə  yanğı-nmm  söndürülmesi,  ölkə  da xilindəki  təfriqəç ilik,  Ba kı  neft i  uğrunda  xa ric i 

imperialistlerin didiş məsi və s. publisisti-kanın to xunduğu əsas məsələlər  idi. Milli publisistikan m esasında xalq ın gələcəyi 

ilə  bağh  böyük  siyasi-ictimai  kon-sepsiya  dayanırdı.  Bu  konsepsiya  20  əsrin  əvvəllə rində  Azərbaycanda  intişar  tapmış 

"türkleşmək, islamlaşmaq, müasirləşmek" ideahnda təcəssüm olunurdu. 

1918-20  illə r  milli  publisistikasımn  ön  sırasmda  "Azər-baycan"  qəzeti,  onun  əsas  redaktorlarından  olmuş  Üzeyir 

bəy Hacıbəyli dururdu. Üzey ir bəyin publisistikasmda  milli b irliye,  milli hə mrəy liyə  çağırış, da xili siyasi pəra kəndə-liyin  

tənqidi  daha  geniş  yer  tuturdu  ("Mühüm  mes ələ lər",  "Part iyalan mıza",  "Teessürat",  "İstiqlal  və  istiqbal  ümidi",  "Qara  

təhlükə", "Bir yaş", "Seddi-İskəndər" və s. məqa-lələ r).  O, A zerbaycanın istiqla lım hədələyənlərin təkcə e r-mən i daşnaklan 

ve rus şovinist generalı Den ikindən ibarət olmad ığ mı  xalqa başa salır, "diinənə qədər əsir və qul olan bir milləti bu gün 

azad və sərbəst görmək  istəməyən, lal edilmiş bir millətin dilinin bu gün açılıb söz söyləməsini eşitmək  istəməyən, bir əsrdən 

artıq  məhkum  qalan  bir  mil-lətin  bu  giin  müstəqil  və  azad  olmasını  qəbul  etmək  istə-məyən  "  "içimizdəki  denikinlər"  - 

Azərbaycanm milli müs -təqilliyini görmə k istəməyən mü xa lifətçi part iyala r barədə mə lu mat verirdi. 

1918-20  iller  A zərbaycan  publisistikasmın  ən  parlaq  nümunələ ri  Məhəmməd  Əmin  Rəsulzadəyə  mə xsusdur. 

Cü mhuriyyətin   ilk  günlərində  qələmə  ald ığı  "Azərbaycan  paytaxtı"  adlı  tarixi-publisistik  yazısı  indi  də  öz  ictimai  təsir 

qüwəsini  saxlamaqdadır.  A zərbaycan  türklərinin  tarixi  keç-mişindən,  yaşadığı  ərazin in  coğrafi  hüdudlarmdan  behs  edən 

silsilə  məqa lələ rdən  ibarət  bu  yazı  vətəni,  milləti  sev məyə  çağırırdı.  Məhə mməd  Əmin  Rəsulzadənin  siyasi  məqalə ləri 

ideya-mə zmun  zənginliyi  ile  yanaşı,  həyat  fakt-ların ı  seç mek  və   onları  ü mu miləşdirmə k  bacarığ ı  ilə   də  fə rqlənirdi.  Bu  

cəhətdən  onun  "Samoupravleniye"  ("Özü-nüidarə")  adlı  məqaləsi  Azə rbaycanı  da xili-siyasi  çəkiş-mə lərlə   parçala mağa  

çalışan  mü xalif partiyalara  kesərli cavab id i. M.Ə.Rəsulzadənin A zərbaycan Parlamentindəki çıxışları natiqlik sənətinə və 

publisistikaya  gözəl  nü mu-nədir.  Bu  çıxışlarında  o,  respublikadakı  ağır  siyasi-iqtisadi  durumun  səbəblərini  açır,  xalqın  

gələcəyə ina mmı səfərbər ed irdi. 

Yusif  Və zir  Çe men zə minlinin  Azə rbaycanda  müstəqil  dövlətin  qurulması  ərə fəsində  "Açıq  söz"  qəzetində  çap 

etdirdiyi "Türk millətinə xitab" adlı silsilə məqalələri xal-qımızm milli azad lıq şüurunun oyamşmda mühüm rol oyna-mışdır. 

Müəllif  Rusiya imperiyasmın dağılmasmdan sonra yaranmış imkandan istifad ə etməyə,  milli azad lıq amalı uğ-runda bürün 

siyasi qüvvələri b irləşməyə çağırırdı.  Ya zıç ı bütün mü xa lif qüvvələrə  mü raciətlə  yazırd ı: "İndi əqidə davası eləmək zamam 

deyil...". Yusif Və zirin 1919 ilin ağır 


94 

 

 



 

95 

 

 



erməni-daşnak təcavüzü dövründə yazılmış "Ermənilər və  biz" publisist məqaləsində bu təcavüzün tarixi  kökləri 

və siyasi-ictima i dayaqları təhlil edilir, onun iki yüz illik tarixi araşdırılırd ı. 

Ceyhun bəy Hacıbəyli,  Hüseyn bəy Mirzəcama lov, Fə rhad Ağazadə,  Əlabbas Müznib və  başqalarının ya zıla rında  

ən  mühü m  ictimai-siyasi  məsələlər  ço x  sərrast  şəkildə,  vətəndaşlıq  mövqeyindən  işıqlandırılırdı.  Bu  dövrdə  Azərbaycan 

publisistikası  cəmiyyətə  təsir  etnıək  üçün  daha  çox  tarixi  yaddaşa  müraciət  ed ir,  keçmişin  qəhrəmanhq  ənənələrin i  yada 

salır,  xalqı  milli  ö zünüdərkə  çağırırd ı.  Lakin  1920  ilin  Aprel  işğalı  nəticəsində  Cü mhuriyyət  dövrünün  istiqlalçı  ədəbi 

qüvvələrinə ağır zərbə vuruldu. Qan lı repressiyalar, təqiblər A zərbaycan Xalq Cü mhuriyyəti dövründə başlanmış yeni ədəbi 

oyanışın, müvəqqəti olaraq qarşısını ald ı. 



Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin