Miratur-rəŞAD” (Hidayət güzgüsü) Müəllif: Ayətullahül-üzma Əbdüllah Mamaqani



Yüklə 93,74 Kb.
tarix25.12.2016
ölçüsü93,74 Kb.
#2896

MİRATUR-RƏŞAD”

(Hidayət güzgüsü)

Müəllif: Ayətullahül-üzma Əbdüllah Mamaqani

Bismillahir-Rəhmanir-Rəhim

ÖN SÖZ

İlahi, ey bizi “hidayətin güzgüsü” kitabına sarı hidayət edən, Sənə şükr edirik. İlahi, Sən bizə nemətlərinin hamısını verməklə kamil şükrünü son çatdırmısan. Feyzini bizə məxsus etməklə bizim üçün rəhmətini tamamlamısan. İlahi, seçib bəyəndiyin Peyğəmbərinə və onun şəriətini kamilləşdirib tamamlayan Əhli-beytinə salavat və salam göndər. 


Əziz oxucular! Qarşınızdakı bu kitabın mətni az amma mənası çox dərindir. Kitabın dərki asan səmərəsi (mətləbləri) şirindir. Bu gözəl ədəb ərkan və əxlaqla ömür sürmüş bir alimin vəsiyyətlərini özündə cəm etmişdir. Bu alim əldə etdiyi ədəb ərkanı və gözəl əxlaqları övladlarına, eləcə də mömin qardaşlarına təqdim etmişdir. Bundan da məqsədi onları kamala çatdırmaqdan ibarət olmuşdur. 
Bir neçə ildir ki, bu kitabın üçüncü dəfə çap olunması üçün səy edirəm. Bu kitaba müəllifin oğlu (Allah onun ömrünü uzun etsin) tərəfindən qiymətli haşiyələr və möhkəm sənədlər artırılıb. Bu əlavələr kitabın mətnində olan əsl mətləblərlə kifayətlənib, bununlada kitabda sözün bir qədər uzanmasına səbəb olub. Müəllif və haşiyə yazan Əhli-beyt əleyhimussalamın rəvayətlərinə əsaslanmışlar. Bu kitabın bu nüsxəsini səfər ayından etibarən siz əziz oxuculara təqdim edirik. Bu nüsxədə bəzi əlavələr olmasına işarə edirik ki, kitabın ikinci çapında həmin əlavələr qeyd olunmamışdır. 
Burada biz bu kitabın çapa hazırlanmasında yaxından kömək edən şəxslərə öz minnətdarlığımızı bildirir və Allahdan onlara işlərində müvəffəqiyyətlər arzulayırıq. Allahdan diləyirik ki, onun razılığını ələ gətirmək üçün bizə yar olsun və bizim xətalarımızı bağışlasın. Bu işdə Allahın köməyi bizə kifayətdir. Allah insan üçün hər bir işdə çox gözəl vəkildir. 
Qum şəhəri, 1397 hicri qəməri ilinin səfər ayı. Məhəmməd Rza Maməqani

MÜQƏDDİMƏ

Bismillahir-Rəhmanir-Rəhim

Həmd və səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Allahın salavat və salamı Onun vəhyinin mühafizlərinə və məxluqları düz yola hidayət edənlərə (Məhəmməd və onun pak Əhli-beytinə) olsun. Onların düşmənlərinə qiyamət gününə qədər Allahın lənəti olsun. İctimaiyyətin müxtəlif təbəqələri tərəfindən bu kitaba (Hidayət güzgüsü kitabına) qarşı rəğbət və təlabat artdıqca (və ondan sonra “Kamal güzgüsü” kitabı ki, bu kitabdan əvvəl sona çatmışdır) başa düşdüm ki, kitabın tədris olunmasına böyük ehtiyac vardır. Çünki bu kitab dini təlimlərin ümdə və əksər mətləblərini əhatə edib. Bu kitab onu mütaliə edənlər üçün həyatın düz yollarını və eləcə də dünya və axirət yollarını işıqlandırır, Yaradana ibadət, Onun məxluqları ilə davranışın yollarını öyrədir. Bu kitab bütün lazımi nöqtələrə, hətta nəzərdən yayınan və ya nəzərə çarpan nöqtələrə işarə edir. Bütün bunlar ilahi vəhydən alınan Əhli-beyt əleyhimussalamın təlimlərinin nurunun sayəsində hasil olub. Əziz oxucu mən də öz növbəmdə Allahdan yardım uman halda, bu xitabı, gözəl surətdə çapa hazırladım. Kitabdan daha artıq faydalanmaq üçün gətirilmiş hədislərin qaynaqlarını və onlara aid digər hədisləri qeyd etmişik. Bütün bunlar kitabdan daha artıq bəhrələnmək üçün əncam verilib. Çünki Əhli-beyt əleyhimüssalamın kəlamlarında elə bir şirinlik və nəfslərə təsir qoymaq qüdrəti vardır ki, onlardan qeyrilərinin kəlamlarında bu xüsusiyyət müşahidə olunmur. İctimaiyyətimizin müxtəlif təbəqələri bu əsərin çeşməsindən sirab olduqlarına görə məsləhət bildim ki, burada bəzi fiqhi məsələlər haqqında olan nəzərləri xülasə şəkildə qeyd edib onların dəlillərinə işarə edim. Sonra öz rəyimi bəyan edib, rəyimə uyğun olan dəlilə işarə edim. Bütün bunlar işarə və ilham yolu ilə əncam verilib ki, bununla da bu kitaba müraciət edən hər bir şəxsə tam fayda versin və kitab bu əlavələrlə öz mövzusundan xaric olmasın. Allah taala bu yolda tofiq verəndir və hər kəsi istəsə ona müvəffəq edər. Bu gün mən birinci kitabı-”Hidayət güzgüsü” kitabını sizə təqdim edirəm. Yaxın bir zamanda Allahın izni ilə ikinci kitabıda təqdim edəcəyəm. Mən rical elmi ensklopediyasında Allahın köməyi ilə qətiyyətlə elmi axtarışlar aparır, bununla da bu elmdə geniş, dəqiq və yeni üslubla çap olunacaq bir ensklopediya hazırlamaq üçün səy edirəm. Belə bir kitab rəhmətlik atam Ayətullah-üzma Şeyx Abdullah Maməqaninin əsəri olan “Tənqihul-məqal” kitabıdır. Hidayət güzgüsü kitabının nəşrindən sonra bu kitabın mövzusuna dair izahatları, haşiyələri və əlavələri hazırlayıb imkan daxilində onları bəhs edib səhvlərini düzəltməyə çalışacağam. 


Burada alim və təhqiqatçılardan arzum budur ki, nəzərlərinə çarpan xətaları və səhvləri yazıb bizə göndərsinlər. Allahdan bu istəyimi həyata keçirməkdə mənə yardımçı olmağını diləyirəm. !

Nəcəfi-Əşrəf,  1386-cı hicri qəməri ili. 


Mühyiddin Mamaqani 

“Gərək sizdən bir dəstə adam camaatı xeyrə (İslam dininə) tərəf dəvət etsin. Onlar camaatı yaxşı iş-lər görməyə vadar edib, pis işlərdən çəkindirsinlər. Belələri nicat tapanlardır.” 

“Hər kəs mömin olan halda saleh əməl əncam versə, istər kişi olsun, istər qadın, biz ona pak və səadətli bir həyat verəcəyik.” 

“Rəbbiniz tərəfindən sizin bağışlanmağınıza səbəb olacaq əməllər etməyə tələsin. Təqvalı adamlar üçün hazırlanmış genişliyi yer və göy qədər olan cənnətə tərəf tələsin.”  


***

BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM

Həmd aləmlərin pərvərdigarı olan Allaha məxsusdur və onun əmin peyğəmbərinə və şərafət sahibi olan əhli-beytinə salavat və salam olsun! 
Zəif və fani olacaq Allah bəndəsi Abdullah Şərəf Mamaqani deyir: Ömrün qısa və etibarsız olduğunu, əcəlin gəldiyi zaman möhlət vermədiyini, ölümün təyin olunmuş vaxta yetişdiyini görüb qorxdum ki, ciyər-param olan oğlum Məhəmməd Həsəni  tərbiyə etməmiş əcəl məni haqlasın (Allah taala hər iki dünyada onu xoşbəxt, elm və əməl sahibi və onunla dinə və şəriətə qüvvət və izzət versin!). Elə buna görə qərara gəldim ki, insanın kamalını təmin, hər iki dünyasına faydalı olan lazımi tövsiyələri kitab şəklində ona, başqa nəvə-nəticələrimə və dostlarıma yazıb çatdıram. Bütün övlad və zürriyyəmdən (əgər davam edəcəksə) və başqa din qardaşlarımdan bu kitabdakılara əməl etməsini rica edirəm. Burada yazılanlara həftədə və ya ayda bir dəfə müraciət etməyən övladlarımdan hər hansı biri mənim üzümə haqq olmuş və nicat tapmayacaq, xeyir görməyəcəkdir. Övladlarım vəsiyyətlərimə bir-bir əməl etməli və çalışıb onu sona çatdırmalıdırlar. Bu vəsiyyətdə məni eşidənlərə Allahdan hər iki dünyada xoşbəxtlik və əzab-əziyyətdən uzaq olmağı, uzun və bərəkətli ömür arzulayıram. Kəramət və ehsan sahibi olan Allahdan diləyim budur ki, qiyamət günü bu kitabın savabından məni və oğlumu binəsib etməsin. Çünki o gün, mal-dövlət, övlad və s. insanın dadına çatmaz. Və mən dostlarıma, yaxınlarıma və övladlarıma etdiyim bu vəsiyyətnaməmi “Hidayət güzgüsü” adlandırdım. 

BİRİNCİ FƏSİL


ÜSULİ DİNƏ AİD BƏZİ MƏTLƏBLƏR



Ey oğul, (Allah taala səni düz yola hidayət etsin, günahlar və xətalardan qorusun) hər şeydən əvvəl sənə “Üsuli-dini” dəqiq öyrənməyin, qəti dəlillərlə öz əqidəni möhkəmləndirməyin, Allahın varlığına, onun peyğəmbərlərinə, vəlilərinə tam yəqinliklə iman gətirməyin vacibdir. Çünki sən heyvanlar kimi azad buraxılmamısan. Bunları deməkdə məqsədim bütün ömrümü “Kəlam” və “Hikmət” elmləri və onların kitablarına məşğul olmaqda sərf etmək deyil. Mən sənə kamilləşməmiş o kitablara müraciət etməyi qəti qadağan edirəm. Çünki onlarda sufizm (səfsətə) mövcuddur ki, səni cəhənnəmə çəkə bilər. Hətta Əhli-beyt (əleyhimussalam)-dan bizə bəzi rəvayətlər çatmışdır ki, onlar bu elmlərə müraciət etməyi mütləq qadağan edir. 
Mənim məqsədim Fazil məclisi və onun kimi şəxsiyyətlərin “Əqidə” haqqında yazdığı kitablarına müraciət etməyin və öz etiqadını düzgün dəlillər üzərində möhkəmləndirməyindir. Allahın isbatı üçün sənə, aləmdə gördüyün qeyri-adi hadisələr, qəribəliklər, onun dəqiq münəzzəmliyi kifayət edər. Hər bir hadisə üçün müəssirin (təsir edən) olması labüddür. Nə gözəl deyilib: 
“Hər bir hərəkət və hər bir sükunət Allahın vücuduna şahid və hər bir şeydə Allahın təkliyinə dəlalət edən nişanə vardır”. 
Başqa bir şair: 
“Yer üzərində (Allaha) nişanələr var ki, onları inkar etmə. Ətrafda olan qəribəliklər onun ayələrindən-dir”. 
Əmirəl möminin Əli əleyhissalamda öz xütbələrində bu nöqtəyə işarə etmişdir: “Onlar elə bilirlər ki, yabanı bitkilər kimi onları əkən və surətlərini müxtəlif yaradan heç bir xaliqi yoxdur. İddia etdiklərinə nə bir dəlil tapa bilərlər və nə onun həqiqəti vardır. Heç bənnasız ev və canisiz cinayət ola bilərmi?” 
Həzrətin məqsədi hiss üzvüləri ilə dərk olunan əşyaları misal gətirməklə isbat etməyin yolunu öyrətmək, Allahı inkar edən şəxsə onun qəbul etdiyi bu (hər bir hadisə üçün müəssirin olması labüddür) qanunun əksini (yəni hər bir hadisə üçün müəssirin qeyri labüdlüyü) iddia etdiyini çatdırmaq və onu bu zərif və dəqiq yollarla çıxılmaz vəziyyətə salmaqdır. Lakin biz bu cür məntiqsiz fikirlərdən uzağıq. Çünki hər hansı bir hadisənin baş verməyində müəssirin vücudu bizim üçün kəşf olub və bu düşünən beyinlər üçün bədihi bir şeydir. Hətta biyabanda yaşayan o zamankı sadə ərəblər Allahın varlığını “dəvə peyini oradan dəvənin, ayaq izləri isə kiminsə oradan keçməsinə əlamətdir” kimi dəlillərlə isbat edib qane olmuşlar. Məgər asimanlar geniş ərazilər “Lətif” və “Xəbir” olan Allaha dəlalət etmirmi? Həqiqətdə, dinimiz də bizə bu yoldan istifadə etməyi əmr edib. Çünki Allahın vücudunu isbat etməkdə ən yaxşı və münasib yol elə bundan ibarətdir.
Ey oğul, (Allah səni şirk və nifaqdan uzaq etsin) Allahın təkliyini isbat etməkdə ağılın irəli sürdüyü bu hökm “onların çox olması mütləq aralarında fərqli cəhət və ixtilaflara səbəb olacaq və bu da aləmin fəsadına və nizamın pozulmasına gətirib çıxaracaq” sənə kifayət edər. Allah taala buna işarə edərək buyurur: 
“Əgər yer və göydə Allahdan başqa məbud olsaydı onda yer və göyün nizamı pozulardı.
Allah özünə heç bir övlad götürməmiş və onunla heç bir tanrı şərik deyildir. Əgər belə olsaydı onların hər biri öz yaratdıqları ilə məşğul olar və bir qismi digərindən üstün olmağa çalışardı”.
Əmirəl mömininin sözləri də elə bunu yetirir: 
“Əgər ondan başqa tanrı olsaydı, mütləq öz peyğəmbərlərini göndərərdi”.  
Həzrət yenə də Allahın vahidliyini inkar edən şəxsi yuxarıda qeyd olunan qanunun əks tərəfindən (hər hansı bir hadisənin baş verməməsi onu törədə bilən qüvvənin olmadığına dəlalət edir) istifadə edərək dəlilsiz bir iddiaçı kimi qələmə vermişdir. Yəni başqa bir məbud və ya tanrı tərəfindən peyğəmbərin gəlməməsi onun göndərəcəyi bir qüvvənin olmadığını göstərir. Deməli başqa bir məbudun mövcud olmağının dəlilə ehtiyacı var. Belə bir dəlil varmı? Başqa bir sözlə desək: Əgər tanrılar çox olsaydı mütləq onlar zatən bir-birindən seçilməliydilər. Zatən fərqli cəhətlərə malik olduqları surətdə onların hər hansı bir obyekt və əşyaya göstərdikləri təsirin eyni olması qeyri mümkündür. Deməli, mövcudatın vahid nizam üzrə hərəkəti onun vahid bir qüvvə tərəfindən idarə olunduğunu kəşf edir. Əgər onların hər ikisinin roluna hər hansı bir işin icrasında ehtiyac duyularsa demək onların biri bu işə kifayət etmir. Bu da hər ikisi üçün nöqsandır və onların arasındakı fərqli cəhəti göstərir. Əgər onların biri kifayət edərsə bu surətdə digəri (bir halda ki, biz onu tam təsirə malik bir qüvvə kimi qəbul etmişik) öz təsir qüvvəsini göstərə bilməz. Bu isə batildir.
Ey oğul, (Allah səni yəqinə çatmağa və xalis bəndə olmağa müvəffəq etsin) Allaha rəva və şəninə layiq olmayan sifətləri tanımaqda onların naqis olduqlarını bilməyin sənə kifayət edər. Naqis isə kamil vücud (Allah) ola bilməz. Həzrət Əli əleyhissalam bəzi xütbələrində buna dəlil gətirməklə sənə yol göstərir: “Allahın vahidliyini bilməyin kamilliyi ona xalis bəndəçilikdədir. İxlasın kamilliyi isə naqis sifətləri inkar etməkdədir”.
Ey oğul, (Allah sənə düz yol göstərsin) ümumiyyətlə peyğəmbərlərin vücudunun zəruriliyini ağıl bədihi olaraq hökm edir. Çünki qüdrətli böyük olan Allah taala ilə hidayətə möhtac olan bəndələr arasında rabitənin vücudu zəruridir. Onlar insanlara Allahın izni ilə vacib və qadağan etdiyi qanunları çatdırır, xeyirli işlərə doğru yol göstərir və pis zərərli şeylərdən çəkindirirlər. Bu isə adi insanlara məxsus olmayan bir məqamdır ki, Allahın vəhyi və ilhamı olmadan hər kəs onu dərk edə bilməz. Belə bir ali məqama ömrünü nəfsani hisslər üzərində çürüdən adi insanlar nail ola bilməz. Bu mənsəbin sahibi qəflət yuxusundan uzaq, hisslərə qapılmayan, bu fani və qaranlıq dünyada rahatlığa qurşanmayan və qiymətli vaxtını batil işlərdə puç etməyən insanlardır ki, öz nəfsi ilə mübarizədə ona ağlı ilə qalib gəlmiş, mənəvi məqamlarda kamala çatmış insanlar arasından Allahın izni və əmri ilə yüksək rəsalət və peyğəmbərlik mənsəbinə seçilmişlər. Şübhəsiz ki, peyğəmbəri tanımaq üçün bütün insanlara pərvərdigarı tərəfindən vəhy göndərilmir. Allah ilə peyğəmbəri arasında xüsusi rabitənin olduğunu kəşf edən təkcə möcüzədir ki, bu xüsusiyyət onu adi insanlardan ayırır. 
Ey oğul, (Allah səni şərdən qorusun) sonuncu peyğəmbərin kimliyini sənə tam aşkar olmağını istəyirsənsə, o bütün kamal sifətlərin sahibi olan Məhəmməd ibn Abdullah Haşimi Qureyşidir (səlləllahu əleyhi və alihi və səlləm). O, Məkkədə peyğəmbərliyə seçildikdən sonra insanları vahid Allahı tanımağa, özünün onun tərəfindən göndərildiyinə və sonuncu peyğəmbər olmasına inanmağa dəvət etmişdir və buna dəlil olaraq çoxlu möcüzələr göstərmişdir. O möcüzələrdən biri olan Qurani-kərim sənə kifayət edər. Çünki peyğəmbərliyi iddia edən yalançı və hiyləgər adamlara möcüzə vermək Allahın şənindən uzaqdır. Bəs ağıl hökm edir ki, o, öz sözündə sadiqdir və Allahın peyğəmbəridir. Belə olduqda, onun xəbər verdiyi yüz iyirmi dörd min peyğəmbər və özünün onların sonuncusu olduğu sabit olacaqdır. Quranın möcüzə olduğuna gəldikdə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) ərəb dilçiləri, fəsahət və bəlağətin incəliklərini dərindən bilən şəxslərlə şərt kəsdi ki, ya Quranda olan surələrdən birinin mislini gətirsinlər, ya da onun peyğəmbərliyini qəbul etsinlər. Əks təqdirdə, müharibə edib onları qətlə yetirəcək, mal-dövlətlərinə sahib olacaq və arvad- uşaqlarını əsir edəcəkdir. Əgər onlar buna qadir olsaydılar, mütləq bu işi görüb öz can və namuslarını itaət və köləlikdən, tələf və israfdan xilas edərdilər. Onlardan bəzisinin qul edilməsi, bəzilərini isə müharibədə qətl və əsir olunması onların aciz olduqlarını kəşf edir. Adi danışıq kəlmələri ilə möçüzə göstərməyin mümkün olmadığını ehtimal verən şəxs çox səhv fikirdədir. Çünki xariquladə və bəşərin aciz olduğu şey möcüzə hesab olunur və bu da onun Allah ilə xüsusi rabitə nəticəsində yarandığını köstərir. Hər bir şeyin xariquladə olması isə həmin sahədəki mütəxəssislərin etirafı ilə sabit olur. Məsələn: Sehirbazların Musanın əsa ilə göstərdiyi möcüzənin müqabilində aciz olduqlarını etiraf etmələri. O zaman ərəb ədəbiyyatını dərindən bilən, məna cəhətindən lətafətli və şirin sözlərlə gözəl tərkibli cümlələr inşa etməyə qadir olan kəslərin bir surə belə gətirməyə aciz olduqlarını söz və əməl ilə etiraf etmələri və “Kəbə” evinin divarlarından asılmış fəsahət və bəlağətdə ən məşhur olan şerləri çıxarıb kənara atmaları bir möcüzə olduğunu göstərir. 
Allahın bütün insanlar üzərindəki rəhbərliyinə “peyğəmbərlərin zəruriliyi” bəhsindəki dəlillərimiz sənə kifayət edər. Amma Allah tərəfindən Peyğəmbərdən sonra müsəlmanlar üçün kimlərin rəhbərliyi təyin olunması isə, Peyğəmbərdən bizə çatmış hədislərdə qeyd olunmuşdur. O hədislərdə, Peyğəmbərdən sonra Əli əleyhissalam və ondan sonra onun on bir pak övladının bir-birinin ardınca imam və rəhbər olmaları barədə açıq-aydın dəlillər mövcuddur. Bundan əlavə, onların hər birindən görünmüş çoxlu kəramət və xariquladə işlər buna dəlildir. Bu hədislərin mənasına bəzi inadkar adamların etdikləri dəlilsiz şübhələr bu mövzuda yazılan kitablarda rədd edilir.
On iki İmamın imaməti o qədər aşkar bir həddə yetişibdir ki, hətta rəqiblərin belə ürəyində şəkk etmələrini və ya xəbərsiz olduqlarını zənn etmirəm (cəhalət və inadkarlıqdan Allaha pənah). 
Məada gəldikdə isə, bütün dinə inananlar icmali şəkildə də olsa onu qəbul edir, inkar etmirlər. Düzdür, “hikmət” və “kalam” alimlərinin onun təfsil atında nəzər ixtilafı vardır. Amma bütün insanlara onu təfsilatı ilə bilmək mümkün olan bir iş deyil. Onların icmalı olaraq məada inanmaqları kifayətdir. Elə ayələr də bunu təsdiq edir və bizə, ona dəlil gətirməyin yollarını göstərir. Və bu barədə hədislər həddən artıq çoxdur. Ağıl da öz növbəsində, həkim olan Allahın bədən üzvləri ilə görülmüş əməllərin müqabilində ədalətli cəza verəcəyini hökm edir. Belə ki, biri o birisinin yerinə cəzalanmayacaqdır. İnsan bədəninin aradan getməsi o demək deyil ki, o bir daha düzəlməyəcək. Bir halda ki, Allaha çürümüş sümükləri diriltmək həmin bədəni heçdən yaratmaqdan çətin deyildir. Allah taala özü Quranda bu mətləbə işarə edibdir.  Və ağıl hökm edir ki, diriləcəyi bədən eynilə həmin əməlləri yerinə yetirmiş bədən olmalıdır. Bu barədə hədislər həddən artıq çoxdur və tam aydın bu mənaya dəlalət edirlər. Bu hədislərin zahiri mənalarını başqa yerə yozmaq sadiq insanın xəbər verdiyi kəlamı yüngül tutmaq deməkdir. Lakin belə fikirlər onun kəlamlarına ləkə gətirə bilməz. Dediklərimizin geniş şərhi haqda müvafiq kitablara müraciət olunsun. 

İKİNCİ FƏSİL


ALLAH TAALAYA ITAƏT, GÜNAH, TƏNBƏLLIK VƏ ÖMRÜ HƏDƏR YERƏ SƏRF ETMƏYIN NƏTICƏSI BAŞQA VƏSIYYƏTLƏR, HAQDA



Ey oğul, (Allah səni itaətə müvəffəq və ona müxalifət etməkdən qorusun) bil ki, Allah öz məxluqatını həddən artıq çox sevir. Ümumiyyətlə bütün sənətkarlar öz yaratdıqlarını çox sevirlər. Ona görə də Allah taala bəndələrin xeyrini nəzərə alıb bəzi hökmləri vacib və müstəhəbb və bəzi hökmlərin isə onların zərərinə olduğunu nəzərə alıb haram və məkruh hesab etmişdir. Nə günahkarın günahının Ona zərəri var, nə də müti (Allahın əmrindən itaət edən) adamın itaətinin Ona xeyri vardır. Şair nə gözəl deyib: 
Gər cumle kainat kafər gərdənd.
Bər daməne kibriyaş nəneşinəd gərd.
“Gülüstani-Sədi”.
Cümlə-aləm dönüb kafir olsa da Allahın şəninə bir toz belə qona bilməz”. Çünki Allah taala qüdrətlidir və heç nəyə ehtiyacı yoxdur. Onun məqsədi şəriət hökmlərini göndərməkdə dünya və axirətdə bəndələrin halını islah etmək, onları düz yola hidayət, zərəri onlardan uzaqlaşdırmaqdır. Belə olan surətdə onun hömklərinə fikir verməmək (bir halda ki, nemət verənə şükür və mövlasına itaət etməyi vacib bilən ağılın hökmü ilə müxalifət edir) səfehlikdir. Çünki bu, xeyiri tərk etmək, özünə zərər vurmaq və zülm etməkdir.
Ey oğul, günah etmə! Doğrudan da günah dünyada səni xar, axirətdə isə əzaba düçar edər. Babamız Adəmin bir xəta ilə cənnətdən çıxarıldığı haqda düşün.
Ey oğul, tənbəllik, səfeh işlə və onlara səbəb olan şeylərdən uzaq ol. Deyilənə görə şeytan və nəfsi-əmmarə pis işləri gözəl, gözəl əməlləri pis cilvələndirməkdən aciz olduqda tənbəllik və bekarçılıq yaradan işlərək ehtiyacdan artıq yemək, yatmaq, rahatlılıq, mal toplamaq, vaxtı görüşlərə, söhbətlərə, uzun-uzadı bəhslərə sərf etməyə üz tutarlar. Bəs onların hər birini insanın gözündə zinətləndirməklə onu bu işləri görməyə vadar edər və nəticədə qiymətli vaxtını itirməklə belə mənfi sifətlərin yaranmağına səbəb olar. 
Ey oğul, ömrünü boş və axirətə xeyri olmayan işlərə sərf etməkdən gözlə. Çünki ömrün hər anı gövhər kimidir, daha doğrusu ondan qiymətlidir. Ona görə ki, gövhəri hər hansı bir yolla əldə etmək olar, ömür isə daha ələ gəlməz. Əcəl gəlsə bir an belə gecikməz.
Ey oğul, belə asanlıqla bu gövhəri hədərə vermə.
Ey oğul, yaşa dolmamış cavanlığın, xəstələnməmiş sağlamlığın, zəiflənməmiş qüvvətin, yalnız olmamış dövlətin, giriftar olmamış asudəliyin, ölməmiş isə həyatın qədrini bil. Hədisdə var ki,  cənnət əhli dünya işlərinin heç birinə deyil, yalnız Allahı zikr etmədikləri an üçün peşman olarlar. 
Peyğəmbər (səlləllahu əleyhi və alih)dən rəvayət olunmuşdur: Hər kəs qiyamətdə özünü danlayacaq. Xeyir işlərin sahibi deyər: Əməllərimi bir az artırsaydım bundan da üstün məqam alardım. Pis işlərin sahibi isə deyər: -Ey kaş, o işləri görməsəydim əzab çəkməzdim. 
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) öz hikmətli kalamlarında Əbuzərə belə buyurur: “Öz ömrünün qədrini bilməkdə dirhəm və dinar toplamaqdan çox həris ol.” 
Hədislərdə deyilir ki, əməllərin Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ın Əbuzərə etdiyi vəsiyyətlərdən. Ən gözəli vaxtı qorumaqdır və hər kəs əkin vaxtını əldən versə biçin vaxtı peşman olar. 
Ey oğul, nəbada ölümdən sonra sənə xeyir verməyən işlərə ömrünü sərf edəsən. Hədisdə var ki, aqil o kəsdir ki, fürsət var ikən sabahı (axirət) üçün iş görür və zirək o kəsdir ki, öz qədrini bilir və ölümdən sonrası üçün çalışır. Axmaq o kəsdir ki, öz nəfsinə tabe olur və Allahdanda məğfirət təmənnası var.” 
Axirətdə faydasız olan işlərə ömrü sərf edən insan o şəxsə bənzəyir ki, yer üzünə tökülmüş qiymətli daş-qaşları qoyub yerin dərinliklərindən çox çətinliklə köhnə saxsı və daş parçaları çıxarır. Ey gözümün nuru oğul, ey ciyər-param, ömrünün qədrini yaxşı bil, onu sənə nicat verməyən işlərdə itirmə və özünü barama qurdu kimi torun içinə salıb məhv etmə.
Ey oğul, (Allah taala səni xeyir işlərdə müvəffəq və şər işlərdən saxlasın) mən sənə ən gözəl əxlaqi sifətləri vəsiyyət edirəm. Bu sifətlər aşağıdakılardır: 

DİLİ QORUMAQ


Sənə heç bir əhəmiyyəti və xeyiri olmayan sözlərdən dilini saxla. Həqiqətdə Adəm övladının xətalarının çoxu dilindən çıxar. İnsanda dil kimi çox günah baş verən ikinci bir üzv yoxdur. 
Elə buna görədə susmaq hikmət qapılarındandır. 
Səni cənnətə aparan xeyirli sözlərdən başqasını dilinə gətirmə. Hədisdə var ki, mömin bəndənin susduğu vaxtlarını onun üçün savab yazarlar. 
“Hər kəs hər iki dünyada salamat qalmaq istəyirsə öz dilini qorusun.” 
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: “Möminin nicatı dilini qorumaqdadır”.  
“İnsanın cəhənnəmə düşməsinə səbəb onların dillərinin törətdiyi bəlalardan bşaqa bir şey varmı?!”  
Bəndənin qəlbi saf olmasa imanı düz olmaz.  Dili düz olmasa qəlbi saf olmaz. Çünki möminin dili qəlbinin arasında olar. Danışmaqdan qabaq deyəcəyi söz haqda fikirləşər.  Münafiqin qəlbi isə dilinin arxasında olar və dilinə gələni deyər, xeyir-şərini fikirləşməz. Susmaq peşmançılıq gətirməz. Nə çox söz-söhbət var ki, dünyada və axirətdə peşmançılıq gətirər. Kişi öz dilinin altında gizlənib. 
Ey oğul, danışmaqdan qabaq düşün və onu ağılın süzgəcindən keçir. Əgər Allaha xatir olsa danış, yoxsa sakit ol, sus, dinmə! Nə gözəl deyilib: “Dil çox başları bəlaya salıbdır, o bizimlə birgə doğulmuş düşmənimiz-dir”. Hədisdə var ki, elə bir bədən üzvü yoxdur ki, deməsin: “Səni Allaha and verirəm, məni əzaba düçar etmə.”  
Deyiblər ki, əgər danışmaq və susmağın eyiblərin görsətmək istəsək danışmaq gümüşdürsə, susmaq isə qızıldır.  Bəzən müəyyən səbəblərə görə danışmaq qızıl olar, sükut isə heç, məsələn, əxlaqdan, şəri qaydalardan danışmaq, yaxud nəsihət etmək. Hətta bəzi hallarda sükut öldürücü zəhər kimidir.  Məsələn, əmr be məruf və nəhy əz münkər zamanı susmaq, düz yola gəlmək istəyənlərə yol göstərməyib susmaq və s. Allah taala səni bəyəndiyi işlərdə müvəffəq və gələcək günlərini isə keçmiş günlərindən xeyirli etsin. 
NƏFSİN MÜHASİBƏSİ 
Hər gecə öz-özünlə hesab çək.
Ey oğul, (Allah sənə hər iki dünyanın xeyrini ruzi etsin) səninlə hesab çəkilməmiş özün özünlə hesab çək. Müdir hər gecə öz işçisi ilə hesab çəkdiyi kimi sən də hər gecə yatmaqdan qabaq bu ötən gün ərzində etdiklərini saf-çürük et. Əgər o işlər arasında günahın varsa Allahdan o günahın bağışlanmağını istə və əgər yaxşı bir əməli tərk etmisənsə yerinə yetirməyi qərara al. Əgər süstlük, ğəflət, bekarçılıq, mal zay etmək kimi hallara düçar olmusansa, özünə moizə və nəsihət verməklə nəfsin ədəbləndir və onu itaət etməyə məcbur et. Tacir kimi dəqiq ol, vaxtını zay etmə, ömrü ucuz və ziyanlı qiymətə satma. Əgər vaxtını yaxşı işlərdə sərf etmisənsə buna görə Allaha şükr et və ondan bu işlərin çoxalmasını istə. İmamlardan rəvayət olunur ki, “Hər gün özü ilə hesab çəkməyən şəxs bizim şiələrimizdən deyil. Əgər gün ərzində xeyirli iş görübsə Allahdan bu işin çoxalmağını istəsin və əgər günah iş görübsə Allahdan bağışlanmağını istəyib tövbə etsin” 

NƏFSİN KEŞİYİNDƏ



Ey oğul, nəfsinin işlərində diqqətli ol. Bunu bil ki, Allah səni görür və hər bir halda etdiyin hərəkətə, işə, dediyin sözə, gördüyün səhvə, atdığın qədəmə, çəkdiyin nəfəsə, hətta keçirdiyin anlara belə agahdır. Allah bəyəndiyini sən də bəyən, Onun seçdiyini sən də seç. Loğmandan hekayət olunur ki, oğluna dedi: “
Ey oğul, Allahla olsan heç vaxt günah etməzsən. Çünki onun gördüyünü və xəbərdar olduğunu bilsən həya səni onunla müxalifət etməyə qoymaz”   
TƏFƏKKÜR
Ey oğul, sənə təfəkkür etməyi vəsiyyət edirəm. Təfəkkür qəflətin qəti düşməni və qəlbin saflaşmasında ən mühüm səbəblərdəndir. Fikirdə olan küdurətin getməyində, qarşısını almaqda, qürur evini (dünya) sadə, əbədişadlıq evinə (axirət) üz tutmaqda təfəkkürün böyük rolu var. O, ibadətlərin başında durur, itaətlərin canı və ruhudur. Hədisdə var ki, ibadətlərin ən əfzəli, Allah və onun qüdrətində təfəkkür etməkdir.  
Təfəkkür bəndənin Allaha yetişməsinə itaəti isə bəndənin Allahın səvabına nail olmasına səbəb hesab edirlər. Allahın özünə yetirən, onun səvabına yetirən əməldən yaxşıdır. Həmçinin təfəkkür qəlbə, ibadət isə bədənə məxsusdur. Qəlb başqa üzvlərdən şərəflidir. Demək qəlbin əməli də, başqa üzvlərin əməlindən şərafətli olacaqdır. Hədisdə var ki, bir saat təfəkkür bir il ya altmış il, yaxud da yetmiş il ibadətdən yaxşıdır.  
Hədislərin müxtəlifliyi təfəkkür dərəcələrinin müxtəlif olduğu ilə əlaqədardır. Təfəkkür insana cəhənnəmdən nicat verər. Necə ki, Hürr ibn Yezid Riyahi azacıq düşünməklə nicat tapdı. Bir il, ya illərlə etdiyi ibadəti qiyamətdə ona xeyir verməzdi, lakin bir az fikirləşib düzgün nəticə alması ona xeyir verdi və cəhənnəmdən nicat tapdı. Ona görə də bir saat fikirləşmək yetmiş ilə (düşünülməmiş) ibadətdən xeyirli hesab olunur. Hədisdə var ki, ibadət, namaz və orucun çoxluğu ilə deyil, (ibadət) Allah və Onun yaratdıqları barədə düşünməklədir. 
Ey oğul, hərdən bir keçmişdəkilər haqda fikirləş. Gör onların əvvəli, axırı və sahib olduqları var-dövlət necə oldu, kimin üçün qoyub getdilər, nə qazandılar, necə öz dünyalarından üzülüşdülər və ondan məhrum oldular? İpək üzərində yatan və yer üzərində saymazyana gəzənlər necə öz malından, əhl-əyalından, qəsr, imarət, kəniz və qulluqçularından ayrıldılar, əyninə kəfən geyib, zərif üzünü torpağa qoyub, əqrəb və ilanlara yoldaş olub tək-tənha qəbirin sakini oldular.” 
Hərdən bir ölüm və onun qəfildən gəlməsini fikirləş. Onun vaxtı vardır ki, yetişdikdə nə bir an tez və nə bir an gecikər və o vaxt heç kimə bir dəqiqə də möhlət verilməz. Bu anı heç vaxt unutma!
Allahın izni olmayınca heç kəsə ölüm yoxdur və hər birinin vaxtı təyin olunmuşdur. 
Fürsət varikən özünü ona hazır et, tövbə və saleh əməl ilə ona hazırlaş, onu yüngül tutma, ondan qafil olma. Çox insanı ölüm birdən yaxalayıb ki, nə Allahı zikr etməyə və nə tövbə etməyə möhlət tapıblar. Tövbəni təxir etdiyinə görə həsrət və peşmançılıq çəkən kəslərdən olmamaq üçün bunu heç vaxt unutma. Allah taala bu barədə belə buyurub: 
“Ey Pərvərdigarım, tərk etdiklərimin əvəzində saleh əməllər yerinə yetirməyim üçün məni yenidən həyata qaytar.”  
Ey oğul, dünya evi əzab, əziyyət, məşəqqət və bəladan başqa bir şey deyil, onun yaxşısı pisinə qarışmış, rahatlığı isə əzabla birgədir. Allah taala burada rahatlıq yaratmamışdır. Allah taala hədislərin birində buyurur: “Bəndələrim məndən dünyada rahatlıq istəyirlər, bir halda ki, mən onu yaratmamışam. Yaratdığım əbədi cənnəti isə məndən istəmirlər”.
Ey oğul, bunları dərk etdikdən sonra çətinliklər sənə asanlaşar, axirət üçün səy etməyə rəğbət və həvəsin çoxalar. Dünyada zəhmət və məşəqqətin labüd olduğunu biləndən sonra daimi olan cənnət xatirinə bu məşəqqətlərə dözmək çox asan olar. Qarşıdan gələn ölümdən sonrakı həyat, qəbir, bərzəx, məhşər, əməllər və əqidəni təcəssümü, hesab, sirat (körpü), mizan, Allahın müttəqilərə vəd etdiyi cənnət və onun növləri, həmçinin günhakarlara vəd etdiyi cəhənnəm və əzabının qisimləri barədə fikirləş.
Ey oğul, sənə var-dövlətinin yalnız Allah yolunda sərf etdiyini fayda verəcəyi haqqında düşün. Çünki onların arasından özünə bircə kəfən apara bilərsən. Arvad- uşaqların, sevimlilərin və yaxınlarının səni tənha öz əməllərinlə qəbirə qoyub getməkdən başqa heç bir çarələri yoxdur. Orada sənə xeyir verən yalnız Allaha xatir etdiyin əməllərindir ki, onlar səninlə bir olacaq və ayrılmayacaqlar. Deyilənlər barədə düzgün fikirləşsən gözəl işləri çoxaldacaq, niyyətini saflaşdıracaq və həlak olmaqdan nicat tapacaqsan, həmçinin fürsəti əldən vermədən sabahın üçün çalışacaqsan. Hədisdə var ki, zöhdün ən fəzilətlisi ölümü yada salmaqdır, ibadətlərin ən fəzilətlisi ölümü yada salmaqdır, təfəkkürün ən fəzilətlisi ölüm haqda fikirləşməkdir.  
Hər kəs ölümü yad etməsə ömrünü faydasız işlərə və hər kəs ölümü yad etsə, ömrünü düz yolda sərf etmişdir. Ölüm insana ən gözəl nəsihətçi və çətinliklərdə yaxın köməkçidir. Ölümü yada salmağın nə qədər mühüm olduğu barədə onun çətinliyə düşmüş insanın işini asanlaşdırmağı, var-dövlətini əcrə səbəb olan yerə xərc etməsi və bəndəni lazımsız işlərdən çəkindirməsi kimi xüsusiyyətlərini demək kifayətdir. Nə gözəl deyiblər: “Ölüm haqda təfəkkür, çətinlikləri asanlaşdırar, qiyamət günü fayda verən işlərə rəğbət artırar, ölümdən qabaq tövbə etməyə və hazırlığa sövq edər, uzun arzulara son qoyar və bəndənin həsrət çəkməyinə imkan verməz”. 

SƏBR
Ey oğul, səbr etməyi sənə vəsiyyət edirəm. Onun insanın nicat tapmağında çox mühüm rolu vardır. Həqiqətən bəndələr hər iki dünyada ali mərtəbələrə səbr ilə nail olarlar. 


“Ruzigarın çətinliklərində səbr paltarını geyin ki, bu gözəl səbrinlə hüsni-aqibətə nail olarsan”.
Ey oğul, nemətlərin şirinliyi kimi bəlaları da özünə xoş bil. Allahın sənin həyatında müqəddər etdiyi sağlamlıq və xəstəliyi, afiyət və bəlanı, cavanlıq və qocalığı, qüvvət və zəifliyi, var-dövlət və kasıblığı səmimi qəlblə qarşıla. Çünki səni bunlara mübtəla edən, hikmət sahibidir ki, hər nəin aqibətini çox gözəl bilir, səni sevir, ata-anandan və özündən çox sənə mehriban odur və bunlar sənin xeyrinədir.
Ey oğul, müsibət gələndə tez təşvişə düşüb canfəşanlıq etmə. Mehriban və həkim Allahın qəza və qədərinə razı ol, şikayətlənib müsibəti dilinə gətirmə. İmam Səccad əleyhissalamdan nəql olunan şerdə Həzrət belə buyurub: “Bəlaya mübtəla olsan kəramət sahiblər tək səbr et ki, bu ən böyük şücaətdir. Rəhimsizlərə belə rəhimli olan Allahın qoyub adi insanların qarşısında şikayətlənməyin”.
Ey oğul, xoş güzaranlıq, var-dövlət və afiyəti sevdiyin kimi çətinlik, yoxsulluq və bəlanı da sevməlisən.  
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunan hədisdə Həzrət belə buyurur: “Hər kəs müsibətə səbr etsə Allah taala onun üçün hər birinin arası yerdən göyə qədər olan üçyüz dərəcə yazar. Hər kəs itaətdə səbr etsə Allah taala onun üçün hər birinin arası yerin dərinliklərindən ərşə qədər olan altıyüz dərəcə yazar. Hər kəs günahın müqabilində səbr etsə Allah taala onun üçün hər birinin arası yerin dərinliklərindən ərşin sonuna qədər olan doqquzyüz dərəcə yazar”. 
Əxlaq alimləri səbri neçə mərtəbəyə bölüblər:  
SƏBRİN MƏRTƏBƏLƏRİ VƏ NÖVLƏRİ
1-İnsanın ürəyi istədiyi sağlamlıq, mal, qohum-əqrəba, cah-cəlal və məqam kimi dünyəvi ləzzətlərin müqabilində edilən səbr. Bəndənin bunların müqabilində səbr edib, öz nəfsini onlara meyl etməkdən, ciddi yanaşıb tüğyana düşməkdən saxlaması nə qədər zəruridir. 
2-İtaətdə səbr. Bu çətin işdir. Çünki nəfs təbii olaraq itaətdən, boyun qaçırır və daha çox ağalığa doğru meyilli olur. Ona görə deyiblər elə bir adam yoxdur ki, Fironun zahir etdiyi onun ürəyindən keçməsin. Lakin Firon imkan tapıb onu aşkar etdi. Elə bir adam yoxdur ki, öz nökərləri ya xadimləri və ya ətrafdakıları ilə bunu bildirməsin. Düzdür, həddini aşmasa da xadimlərin təqsiri olanda onlara acıqla qəzəblənməsi buna dəlildir. Bütün bunlar təkəbbürdən başqa bir şey deyildir.
Ey oğul, itaətdə, həm əmələ başlamazdan qabaq, həm əməlin əsnasında, həm də ondan sonra səbr etməyin lazımdır. Əməldən qabaq, niyyətin düzlüyü üçün, əməlin əsnasında Allahın zikrindən qafil olmamağın üçün və əməldən sonra isə onu qiymətdən salan təkəbbür kimi halətlərin sənə üz verməməsi üçün lazımdır. 
3-Günahların müqabilində edilən səbr. Bəndənin buna lap çox ehtiyacı var. Çünki yalan, qeybət, söz gəzdirmək, böhtan kimi günahlar adətdən doğur və adət isə sabitləşmiş bir xüsusiyyətdir. Şəhvət də bunlara əlavə olsa Şeytanın iki böyük qoşununa çevirilib fitrətə qalib gələrlər. Bəs günah nə qədər ləzzətli olsa ona səbr etmək də bir o qədər çətinləşər. 
4-Xaricdən gələn təsirlərin müqabilindəki səbr. Belə ki, hər hansı bir iş, ya söz ilə sənə əziyyət olunarsa səbr et. Burada onun cavabını verməyib səbr etməyin “gözəl səbr” (şəriətdə) adlanır. 
Ey oğul, sənə pislik yetirən adamın müqabilində səbr edib işi Allaha həvalə et, intiqam almağa imkanın olsa da heç vaxt əks təsir göstərməyə can atma. Bizə yetişən hədislərdən əlavə,  Əli əleyhissalamın oğlu Həsənə olan vəsiyyətlərindən: “Məbadə Allahdan başqa köməyi olmayan kəsə zülm edəsən”.  
Təcrübə göstərir ki, bəzən gec də olsa Allah taala elə bu dünyada çox gözəl əvəzini çıxar və məzlumun intiqamını zalımdan alar. 
5-İxtiyarı əlində olmayan bəlaların müqabilindəki səbr. Əziz adamlarını itirməyin, malın tələf olması, səhhətin pisləşməsi, göz işığının getməsi, bədən üzvlərinin gücdən düşməsi, yoxsulluq və fəqirlik kimi müsibətlərə dözmək və səbr etmək əksər hallarda çox çətin olur və çoxda böyük əcri vardır. Allah taala onlar haqqında buyurur: 
“O kəslər ki, başlarına müsibət gəldiyi zaman səbr edib dedilər: “Biz Allah tərəfindən gəlmişik və Ona tərəfdə qayıdacağıq” onları pərvərdigarı tərəfindən salavat və xüsusi rəhmət gözləyir və onlar doğru yolda olanlardır.” 
Ey oğul, (Allah səbrin bütün qisimlərini sənə əta etsin) səbrin vasitəsilə neçə şey ələ gəlir ki, onlar səbr əhlinə səbrin acısını baldan da şirin edərlər: 1-Axirətdə hesabı məlum olmayan savabın verilməsi hədislərdə var ki, səbr edənlər “Ərəsat”da durmadan, “Mizan” və hesab-kitab görmədən cənnətə daxil olacaqlar. 
Səbr edən şəxs qiymətdə oruc tutub namaz qılanın və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qarşısında qılınc çəkib şəhid olanın dərəcəsinə nail olar.
Yoxsulluğa səbr etmək cihaddır.”  İmam Sadiq əleyhissalam deyir ki, İmam Baqir əleyhissalam buyurubdur: “Səbr edən kəs, səbri ilə oruc tutub namaz qılanın və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qarşısında qılınc vuran şəhidin dərəcəsinə nail olar”. 
Bu mətləbi yuxarıda deyilmiş hədisdən “səbr edən kəs Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qarşısında qılınc vuran şəhidin dərəcəsinə nail olar” anlamaq olar. 
“Səbr etmək altmış il ibadətdən fəzilətlidir.” 
İmam Sadiq əleyhissalam buyurub: “Hər kəs bir gecə öz dərdindən Allaha pənah apara, onun qəbul olmasını istəyə və ona şükr edə altmış illik ibadət kimi olar”. 
“Mömin hər hansı bir bəlaya səbr etsə ona min şəhidin savabı verilər.”  
2-Təcrübə göstərir ki, insan səbrlə ali mərtəbələrə nail olur. 3-Zaman ötdükcə çətinlik aradan gedir, ömür qısalır, keçən anların sevinci və kədəri qalmır, gələcəkdə isə nə olacağını bilmirsən. İndi bir sənsən bir də yaşadığın saatlar. Yaxşı olar insan, ömrünü faydalı olan səbrə həsr etsin. 4-Narazı olub şikayətlənməyin əcri azaltmaqdan başqa bir nəticəsi olmaz. Olacağa çarə yoxdur və Allahın qəza-qədəri dəyişməz. Bəndənin isə qul kimi hər şey qüdrətindən xaricdir. 5-Bu işdə böyük və çətin imtahanlardan çıxmış insanların həyatına nəzər salmağın böyük əhəmiyyəti var. 6-Bəlaya mübtəla olmaq özü bir səadətdir. Bəla dostluğun nişanəsidir. Ümumiyyətlə bəlanın ən şiddətlisinin möminin başına gəlməsi onun Allaha daha yaxın olduğunu kəşf edir. 7-Başa düşməlisən ki, bəlalar həkim və mehriban olan Allah tərəfindəndir O, bəndəsinin xeyrinə olmayan bir şeyi ona məsləhət görməz, ehtiyacsızdır, hər şeyə də qadirdir. 8-Bilməlisən ki, bu yalnız nəfsin islahı və paklığı üçündür. 9-Ah-nalə etməyin düşmənin sevincini və dostun kədərini artırar. 10-Səbr etməyin aqibəti hətta bu dünyada belə yaxşı nəticə ilə qurtarır. Məsələn, Yusif peyğəmbərin çətin sınaq və töhmətlərin müqabilində səbr etməsi onu son dərəcə izzətə yetirdi, zalım padşahı ona qul, qardaşlarını ona tabe, Züleyxanı isə xar olub onun yolunu gözlədikdən sonra (Yusif peyğəmbərin duası ilə) cavanlığı, gözəlliyi və gözünün nuru yenidən qayıdıb onunla izzətlə evləndi. “Yusif” surəsinin təfsirində gələn hədislərə müraciət edənə bu mətləb gizlin deyildir.  
Həmçinin, Allah taala Əyyub peyğəmbərin səbrinə görə, əldən verdiyi səhhətini, övladlarını və əyalını ona qaytardı və ona çoxlu mal-dövlət verdi.  
Ey oğul, müsibət gələn zaman Əhli-beytin müsibətlərini yadına sal. Çünki elə bir müsibət yoxdur ki, onlar onun ən kamil fərdinə mübtəla olmasınlar. İnsanların ağası və məxluqatın yaradılışına səbəb olan İmamların böyük Hətta “Yeri, göyü və onda olanları” Əhli-beytə əleyhissalam xatir yaratmaq barədə çoxlu hədislər nəql olmuşdur.  
Müsibətlərini xatırladıqda öz müsibətin sənə asanlaşar. Şair nə gözəl deyib:
“Sizin müsibətiniz bizim kiçik müsibətlərimizi unutdurdu və qarşıdan gələn müsibətlərimizi də asanlaşdırdı”.
Ey oğul, məbadə bəzi avamlar kimi çətinliklər müqabilində çarəsizlikdən səbr edəsən. Bu aşkar riadır. Sənin səbrin təqvalı insanların səbrindən olsun ki, onlar axirət əcrinin intizarındadırlar. Ən üstünü ariflərin səbridir ki, mehriban və hər şeyi bilən Allahdan gələn bəlaların ləzzətini duyasan. 
Ey oğul, müsibət zamanı səbrin ağlamaq ilə ziddiyyəti yoxdur. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) o əzəmətilə oğlu İbrahimin vəfatında ağlayarkən ondan soruşdular “Sən bizə səbr etməyi əmr edirsən, bəs bu ağlamaq nədir?” Peyğəmbər (s) bunu deyənə acıqla: “Vay olsun sənə! Ürək yanar, göz yaş axıdır, ancaq biz Allahın razı olmadığı və Onu qəzəbləndirdiyi şeyi demərik”  
Ey oğul, müsibət zamanı “İnna lillah və inna iləyhi raciun” ibarətini çox təkrar et ki, ayədə qeyd olunan salavat, rəhmət və hidayətdən məhrum olmayasan və dözümlü və səbirli olmağın üçün böyük səbr sahiblərinin başına gələnləri tez-tez yad etməlisən. 
Ey oğul, İmam Sadiq əleyhissalam buyurubdur: “Səbr kasası daşdıqda ümid qapısı açılar.”  
Təcrübələr də buna şahiddir ki, hər çətinliyin sonunda bir rahatlıq vardı. 
Nə gözəl deyilib: 
“Allahın nə qədər gizli mehr və lütfü vardır ki, ona hətta zəkalı beyinlər yaxın düşə bilməzlər”. 
“Hər bir çətinlikdən sonra hökmən rahatlıq vardır ki, onunla kədərli qəlbinə sevinc bəxş et”. 
“Nə çox olub ki, səhərlər əhvalın narahat olduğun halda axşamlar sənə gözəl ruhiyyə üz gətiribdir”. 
“Hər vaxt əhvalın dəyişsə təkcə uca, vahid Allaha etimad et”.
“Çətin hadisələrlə üzləşdikdə heç vaxt ah-zar etmə. Allahın nə qədər gizli lütfü var”. 
“Dünya sənə dar olsa “ələm nəşrəh” barədə fikirləş ki, hər çətinlikdən sonra iki yüngüllük taparsan. Əgər fikirləşsən fərəhli və şad olarsan”.
Ey oğul, demək olar gözəl əxlaqi sifətlərin çoxunun mahiyyəti səbrlə bağlıdır, lakin hər birinin özünə məxsus adı var” qarın və şəhvətin müqabilindəki səbrə “iffət”, müsibətin müqabilindəki səbrə sadəcə “səbr”, günahın müqabilindəki səbrə “təqva”, özünü cüzi miqdar malla razılaşdırmağa “qənaət”, döyüş və müharibədəki səbrə “şücaət”, qeyz və qəzəbin müqabilindəki səbrə “helm”, dünyəvi bəlaların müqabilindəki səbrə “ürəyi genişlik”, əgər eyş-işrət və firavan yaşamaqdan uzaqlaşarsa “zöhd” və s. deyilir ki, hər biri öz yerində bütün təfsilatı ilə şərh olunmuşdur. 

TƏVƏKKÜL
Ey oğul, (Allah taala sənə hər iki dünyanın xeyrini nəsib etsin) bütün işlərində Allaha təvəkkül və etimad et. Çünki bütün işlər onun tədbiri və qəza qədərilədir. Allaha təvəkkül etməklə həm qəmdən, həm də etdiyin səyin çətinliklərindən rahat olarsan. Çünki həyatda hər hansı bir məqsəd uğrunda səy etməyin həmişə ona yetişməklə nəticələnmir. Əgər Allahın qəzası səyinlə üst-üstə düşməzsə narahatçılıq, kədər və qəm-qüssə səni əldən salacaq və əgər qəza ilə səy uyğun gələrsə bu yolda çəkdiyin zəhmətlərin özü insan üçün böyük bir yükdür. Amma bu işdə Allaha təvəkkül edib onun təqdirinə razı olarsansa, heç bir narahatçılıq keçirmədən aram və rahat olacaqsan. Əhli-beyt (əleyhimüssalam) da “Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha iman gətirərlər” ayəsini  dediyim mətləbin əvvəl və mənfi qismətinə təfsir etmişlər  (Yəni, insanlar adətən öz elm, səy və zəhmətlərini öz məqsədlərinə yetişməkdə Allahdan ayrıca müstəqil bir səbəb hesab edib onların sorağına gedərlər). 


Ey oğul, işlərində alim, xəbərdar və qəza-qədər sahibi olan Allaha təvəkkül et, ondan başqasını gücsüz hətta milçəkdən də aciz bil. Oğul, naşı adamların düzgün başa düşməyib istinad etdikləri (Allah taala bütün işləri yalnız səbəblərilə icra edir) qaydada aldanma. Qaydanın mənası budur ki, heç bir iş səbəbsiz hasil olmur. Lakin bu qaydanın harasında yazılıb ki, bəndə öz işlərini müstəqil səbəb hesab etsin? Dualarda da deyilir ki, yalnız Allah taala müstəqildir və bütün işlərin səbəbi onun əlindədir. O, bu işdə heç kimi özünə şərik etməmişdir. Elmdən əməllərin məsələn, ruzi toplamağın barəsində hədislərdə gələn təkidli hökmlər səni çaşdırmasın. Bunlar aləmlərin pərvərdigarının qurduğu nizam-intizamı saxlamaq üçündür. Ona görə də həmin təkidlərlə yanaşı ifrat etməmək və qənaət haqqında da qəti hökmlər gəlmişdir. 
Ey oğul, səbəb və vəsilələrin hamısını qeyri-müstəqil san, onları öz sahibinə tapışır və bütün ona təvəkkül et. Şair nə gözəl deyib: “Öz işlərinin nəticəsinə arxayın olma, onları qəza-qədərin öhdəsinə burax. Bəzən çətinliklər sovuşar, bəzən də dünya sənə dar gələr. Nə çox ola bilər ki, çətinliklərin sonu sənin xeyrinə tamam olsun. Allah öz istədiyini icra edər, sən buna etiraz etmə”. 
Əgər elm öyrənmək istəmirsənsə onda ehtiyacın qədər qazanc əldə et və qənaətlə xərclə. Hədislər və təcrübə göstərir ki, öz işində Allaha təvəkkül edən şəxsin halı səbəblərə arxayın olan kəsin halından yaxşı olar. Həyatda səbəblərə tam arxayın olan şəxsin, xüsusən onun yaxın bəndəsinin bu işi, Allahın ondan üz döndərməsinə, onu özbaşına buraxmasına hətta səbəblərin belə təsir etməməsinə gətirib çıxara bilər.
Ey oğul, Yusif peyğəmbərin başına gələn o böyük bəlaların müqabilində səbr edib Allaha təvəkkül etməyi sənə kifayət edər. Həmçinin Yəqub peyğəmbərin mübtəla olduğu o ürək ağrıdıcı və acınacaqlı hadisələrin müqabilində bir ləhzə də ondan ümidini üzməyib səbr etməsi bizlərə ən gözəl həyat dərsidir. 
Ey oğul, hacətlərini Allahdan başqasından istəmə, müsibətlərdə təkcə ondan kömək dilə. O, səxavətlidir, kəramət sahibidir. İbrahim peyğəmbərə xəlillik mənsəbini o vermişdir. Çünki İbrahim əleyhissalam heç vaxt özgəsindən bir şey istəməmişdir. 
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: “Mən xeyrin hamısını başqalarının əllərində-kinə tamah salmamaqda gördüm”. 
Başqa bir hədisdə İmam Sadiq Müəmmər Əz-Zəhrədən, o da Əliyibnil Hüseyn əleyhissalamdan nəql edir ki, buyurub: “Mənim nəzərimcə xeyr bütünlüklə insanlardan bir şey ummamaqda cəm olmuşdur”. 
Yenə buyurur: “Sizlərdən hər biri Allahdan istəmədiyi bir şeyi ona verdiyi halda gərək başqaların-dan ümidini üzsün və yalnız ona bel bağlasın. Belə olan surətdə bəndə ona ağız açmamış Allah taala onun qəlbindən keçənləri ona əta edər”. 
Hacətlərin ona əyandır. Bu babın rəvayətlərini nəzərdən keçir, bu mənaya dəlalət edən çoxlu rəvayət taparsan. 
“Səhifəyi-Səccadiyyə”nin on üçüncü duasını yaddan çıxarma, onun ətrafında yaxşı-yaxşı fikirləş ki, səbəblərə müstəqil surətdə üz gətirməyin bəyənilmədiyi haqqında dediklərim sənə aydın olsun.  

QƏNAƏT
Ey oğul, qənaət etməyi unutma ki, həm bədənin rahat olar həm də hər iki dünyada izzətli olarsan. Ona riayət etməməyin başqalarının qarşısında alçalmağına, axirətdə isə əzab-əziyyətə düçar olmağına səbəb ola bilər. Qənaət dedikdə ailəni imkan olduğu surətdə çətinliyə salmağı nəzərdə tutmuram. Çünki hədislərdə ailədə bolluq yaratmaq savab bir iş kimi qeyd olunmuşdur.  Buna riayət etməmək vacib nəfəqənin (ev xərci) tərk olunmasına səbəb olar. Məqsəd budur ki, bacardıqca gücün çatanla razılaşıb öz qazancına münasib olaraq xərcləyəsən. Əgər sərvətlisənsə israfa yol verməmək şərtilə mümkün qədər ailənin maddi ehtiyaclarını artıqlaması ilə təmin et. Bütün işlərini düzgün tədbirlə idarə et ki, nə xəsislərdən nə də israf və bədxərclik edənlərdən sayılasan.


Əgər kasıbsansa qənaət et, qəza-qədərə  razı ol və heç kimə öz sirrini açıb, kasıb olduğunu bildirmə. Dünyapərəst və dar düşüncəli adamlar bunu bilən kimi istehza ilə səni təhqir edərlər.
Şair nə gözəl deyib: “İnsanların ən yaxşısı qənaət edib öz kasıbçılığını gizlədəndir. Qənaət bizə izzət verər, ondan izzətli bir şey yoxdur”.
Ey oğul, (Allah sənin abır-həyanı qorusun) təcrübəmdən deyirəm ki, sirri başqasına açmaq fəqirliyi artırar, adamı alçaldar, Allahın qəzəbinə səbəb olar. Çətinliyini başqasına açmaqla sənə məhəbbət göstərməyini və ya bir şey verməyini istəmə. Ruzi əvvəldən Allahın hikməti üzrə ayrılmışdır. Abrını (həyanı) tökməklə onu artırmaq olmaz, nə də iffət və izzətin onun azalmasına səbəb olar.  Əksinə, bəzən sirri açmaq  Allahdan onun məxluqatına şikayətlənməyə gətirib çıxarar və onun qəzəblənməyi ilə həm dünyada vəziyyətin daha da çətinləşər, həm də axirətdə əzaba düçar olarsan. Hədisləri mülahizə etsən 
Allah taalanın qüdsi  hədisdəki bu kəlamı sənə kifayət edər: “And olsun izzət və cəlalıma, Məndən ümidini üzüb başqasına üz gətirəni mütləq naümid edəcəyəm, insanlar arasında ona zillət paltarı geydirəcəyəm və Öz fəzlimdən onu uzaqlaşdıracağam”. 

HƏYA
Həya insan üçün dünya və axirətdə bəyənilmiş ən gözəl əxlaqi sifətlərdəndir. İmamlardan yetişən hədislərdə buyurulur: Həya imandandır, imanın yeri isə cənnətdir.  


Həya və iman bir-birindən ayrılmaz, əgər biri gedərsə o biri də ona qoşular. 
İmam Sadiq ya Baqir (ə)-dan nəql olunmuşdur ki, buyurub: “Həya və iman bir-biri ilə yanaşıdırlar. Əgər biri getsə (olmasa) o birisi də onunla gedər”. 
Həyası olmayanın imanı da olmaz. 
Dörd şey hər kəsdə olsa, günahları həddən artıq çox olsa belə Allah o günahları savaba döndərər: doğruluq, həya, gözəl əxlaq və şükür. 
Başqa bir hədisdə şükürün yerinə əmanətdarlıq deyilmişdir.  İmam Sadiq əleyhissalamdan nəql olunmuşdur ki, buyurub: “Hər kəsdə bu dörd xislət olsa imanı kamil olmuşlardan sayılar və başdan ayağa qədər günaha batmış olsa belə heç şeyinə mənfi təsir qoymaz. Və o dörd xislət bunlardı: Düzlük, əmanəti əda etmək, həya və gözəl əxlaq”.  

HÜSNÜ-XÜLQ (GÖZƏL ƏXLAQ VƏ RƏFTAR)


Ey oğul, (Allah sənin əxlaqını gözəlləşdirsin) gözəl əxlaq sahibi olasan ki, onun hər iki dünyada böyük faydaları var. Onun nə qədər fəzilətli olmağı barədə Allahın, peyğəmbərlərin ən şərəflisini (Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)) onunla mədh və tərif etməsi sənə kifayət edər.
Hədislərdə var ki, gözəl əxlaq dinin  yarısıdır. İnsana əta olunan ən fəzilətli  sifətdir. Qiyamətdə insanın “mizan”ına ondan  fəzilətli şey qoyulmayacaq. Gözəl əxlaqı olan kəs  gündüzləri oruc tutub gecələri ibadət və Allah  yolunda cihad edənin əcr və savabını qazanır.  
Günəş buzu əritdiyi kimi gözəl əxlaq da xətaları məhv edər. Su duzu həll etdiyi kimi gözəl əxlaq da günahları aradan aparar. 
İslam ümmətinin çoxu həqiqətdə təqva və gözəl əxlaqına görə cənnətə daxil olacaq.  Qiyamət günündə Allah taala cəhənnəmin (odun) gözəl əxlaq sahibinin ətinə yeməsindən həya edər. Gözəl əxlaq ömrü artırar. 
Hədislərdə hətta yəhudi ilə də gözəl rəftar etməyə əmr olunmuşdur.  Mən əxlaqın gözəl və qəribə təsirlərini görmüşəm. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: “Siz heç vaxt öz malınızla bütün insanların vəziyyətini yaxşılaşdıra bilməzsiniz, çalışın açıq üz və gözəl əxlaq ilə onlarla rəftar edin”. 
Həzrət Əli əleyhissalam buyurmuşdur: “Bütün insanlarla gözəl əxlaqla rəftar et ki, bundan sonra onlardan ayrı düşsən də sənə məhəbbət bəslərlər, öləndə sənin üçün: “Biz Allah tərəfindənik və ona tərəf qayıdacağıq” deyərlər. Çalış öləndən sonra da camaat sənin arxanca: “şükr olsun aləmlərin pərvərdigarı olan Allaha” deməsinlər”. 
İmam Sadiq əleyhissalamdan gözəl əxlaqın nəyə deyildiyini soruşduqda Həzrət buyurdu: “Yumşaq və mülayim davran, danışığını gözəlləşdir və din qardaşlarınla gülərüzlə və mehriban rəftar et”. 
Həzrət başqa bir hədisdə belə buyurub: “Möminlərlə gözəl rəftar etmək odur ki, onlara xoş və gülərüz göstərəsən. Müxaliflərlə isə mülayim danışasan ki, onlar imana gəlsinlər. Əgər imana gəlməyəcəyindən ümidin üzülsə o zaman özünü və mömin qardaşlarını onun şərrindən gözlə”.  “İnsanlara xoş sözlər deyin”. ayəsinin təfsirində İmam Həsən Əsgəri əleyhissalamdan nəql olunur ki, İmam Sadiq (ə) bu barədə belə buyurmuşdur: “Bütün insanlara xoş söz deyin, istər mömin olsun, istər qeyri-mömin. Möminlər üçün üzü açıqlıqla və qeyri-möminlərlə onların imana gəlməyi gözəl və mehriban danışsın, çünki faydası olmadığı halda özünü və mömin qardaşlarını onların (qeyri-möminlərin) şərindən qorumuş olar”. 
Allah düşmənləri ilə mülayim rəftar etmək özünün və mömin qardaşlarının xeyrinə ən fəzilətli sədəqədir. 
Ey oğul, məxsusən əhl-əyalın ilə bəd rəftar etməkdən özünü gözlə. Hədisdə var ki, bədrəftarın yeri hökmən cəhənnəmdir.  Sirkə balı xarab etdiyi kimi bədrəftar da imanı aradan aparar.  
Məazın dəfnində yetmiş min mələk hazır olsa da ailəsində bəzi əxlaqi nöqtələrə riayət etmədiyi üçün qəbir sıxıntısı ilə qarşılaşdı.  

HƏLİMLİK VƏ GÜZƏŞT


Ey oğul, sözlərimə dəqiq fikir ver bu iki sifətin sahibi hesab-kitabsız cənnətə daxil olar. Bu iki sifət elə şərafətlidir ki, Mütəal Allah özünü bu sifətlərlə tərif etmişdir. Peyğəmbər və övliyaların bu barədəki, qissələri lap çoxdur və burada onları zikr etməyə imkan yoxdur. Hədislərdə gəlib ki, insan helmsiz abid ola bilməz.  Allah helmli insanı sevər. Həlimlik möminin sifətlərindədir.          İntiqam almağa qüdrəti olan kəs  qəzəbli vaxtı öz hiddətini cilovlayarsa Allah qiyamət günündə onu tam razı salar, qəlbini imanla doldurar və onu əmin-amanlıqda qərar verər.  Onu məxsus ehtiramla çağırıb, deyər hər hansı hurul-eyni seçirsən seç və ona şəhid savabı verər. 
Allah yanında bəndənin içdiyi qurtumların ən qiymətlisi qəzəbinin tüğyan etdiyi vaxt onu səbr və ya helm ilə udduğu qurtumdur.  
Qəzəb və hiddətini saxlayan kimsənin Allah dünya və axirətdə izzətini artırar. Və qiyamət günü Allah bütün məxluqatı bir yerə cəm etdikdən sonra bir səs gəlir: Fəzilət əhli haradadırlar? Onların arasından bir iddəsi baş qaldırdıqdan sonra mələklər onları qarşılayıb soruşarlar: Fəzilətiniz nədir? deyərlər: Bizimlə əlaqəni kəsənlərlə rabitəni kəsmədik, bizi məhrum edənləri məhrum etməzdik və bizə zülm edənləri bağışlayardıq. Bu zaman onlara deyilər: Düz dediniz, hesab-kitabsız cənnətə daxil olun.  
Qələbənin zəkatı güzəştdir.  İnsanların daha çox qüdrətlisi güzəştə getməlidir. Güzəşt etmək  bəndənin izzətini artırar. Güzəşt edin ki, Allahda sizi izzətli etsin.  
Oğul, gərək sənə zülm edəni bağışlayasan ki, Allah taala da onun hökmlərinə müxalifət göstərməklə etdiyin zülmlərin- dən keçsin və qabaqda qeyd olunan yüksək məqamlara çata biləsən. Oğul nəbada qəzəblənsən, bu qəzəblənən insanın iman və əqidəsindəki zəifliyi göstərir. Hədislərdə deyilb ki, sirkə balı korladığı kimi qəzəb də imanı xarab edər. Qəzəb küfrün dirəklərindən biridir.  Qəzəb bütün şər işlərin köküdür.  Qəzəb hikmət sahibinin qəlbini öldürər.  Öz qəzəbini cilovlaya bilməyən kimsə əqlinə sahib ola bilməz.  Lənətlənmiş iblis deyibdir: Qəzəb mənim tor və tələmdir ki, onunla insanların yaxşılarını behiştdən və onun yolundan kənar edərəm.  Qəzəbin qarşısını almaq üçün bir neçə yol göstərib: 
1-Şeytandan uzaq olmaq üçün Allaha pənah aparmaq.  
2-Mütəal Allahı zikr edib yada salmaq. Hədisdə deyilib ki, Tövratda belə yazılmışdır: “Ey adəm oğlu qəzəblənəndə məni zikr et ki, mən də qəzəblənəndə səni zikr edim (bağışlayım), səni həlakətə saldıqlarımın arasında qərar verməyim. Sənə bir zülm olunarsa mənim zəfərimi gözlə ki, mənim zəfərim sənə, özün intiqam almağından çox xeyirlidir”.  
3-Qəzəblənən vaxt, şəxs ayaq üstədirsə otursun, oturmuşsa uzansın, yaxud ayağa dursun. 
4-Qəzəbləndiyin yeri dəyişmək. Bir gün Şeytan Həzrət Musaya dedi: Qəzəbləndiyin vaxt öz yerini dəyiş ki, yoxsa səni fitnəyə salaram. 
5-Soyuq su ilə dəstəmaz və ya qüsl almaq.  
6-Qəzəb olunan şəxs qəzəblənənin əqrəbasından biridirsə öz əlini onun bədəninə sürtsün ki, qəzəbi yatar.  
7-Su içmək.  
8-Üzüm yemək qəzəbi yatırar.  
9-Bu duanı -Əllahummə əzhib ənni ğəyzə qəlbi və əcirni min muzillatilfəitən, əsəlukə cənnətəkə və əuzu bikə mənəşşərəkəti, əllahummə səbbitni ələlhuda vəssəvab, vəcəlni raziyən mərziyyən ğəyrə zallin və la muzillin (ya Rəbb məndən qəlbimin azğınlığını dəf et, məni fitnələrin zəlalətindən qurtar, səndən öz cənnətini istəyirəm, tələlərə düşməkdən sənə pənah gətirirəm, ya Rəbb məni hidayət və doğru yol üstə sabit qədəm et, həm məni razı et həm də məndən razı ol və məni nə əyri yola uğrayan, nə də uğradanlardan et) desin.  Hədislərdə deyilib hər kim başqalarına olan qəzəbini cilovlayarsa Allah qiyamətdə onu qoruyar, eyiblərini örtər və behişt onun üçündür.  
İNSAF VƏ MÜRÜVVƏT
Oğul, bunlara riayət et və heç vaxt tərk etmə ki, insana nicat verənlərdəndir. Mürüvvəti olmayan kimsənin dini olmaz . Allahın xəlqə ən böyük vacib etdiyi şey insanın xalq arasında insaflı olmasıdır.
İnsaf yəni özün üçün bəyəndiyini başqalarına da məsləhət bilmək və bəyənmədiyini isə onlara bilməməkdir.  
VƏDƏ VƏFA ETMƏK
Oğul, (Allah sənə vəfa etsin) vədə verdinsə hökmən ona vəfa et ki, buna həm Quranda həm hədislərdə çox təkid edilibdir. Allah Quranda buyurur: “Öz əhdinizə vəfa edin ki, bu barədə mütləq sorğu-sual olunacaq”.  
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurubdur: Allaha və qiyamətə imanı olan kimsə verdiyi vədə vəfa etsin. 
Həzrət Sadiq əleyhissalam buyurubdur: Mömin bir kimsənin öz mömin qardaşına verdiyi vəd bir nəzirdir ki, başqa bir şeylə əvəz olunmaz. Vədə vəfa etməyən şəxs Allaha vəfa etməmiş və Allahın qəzəbinə uğramışdır.  Vədə vəfa etmənin əzəmətini Quranda Mütəal Allahın İsmail peyğəmbəri “vədə vəfa edən” sifətilə mədh etməsi göstərir. 
Vədə vəfa etməməyin barəsində gələn təkidləri kənara qoysaq, bizə yalnız Mütəal Allahın bu sözü “Ey iman gətirənlər görmədiyiniz bir şeyi niyə deyirsiniz? Bunu dilə gətirməyiniz Allah yanında çox böyük günahdır”  kəlamı kifayətdir. Hədislərdə var ki, İsmail peyğəmbər bir şəxsə müəyyən bir yerdə görüşməyi söz verdi. Lakin o şəxs bunu unutdu. İsmail peyğəmbər onu həmin yerdə bir il gözlədikdən sonra gəlib çıxdı.
Başqa bir hədisdə var ki, İsmail peyğəmbər  hətta günəşin şiddətli vaxtları belə vədəsini pozmamaq üçün kölgəyə tərəf getmədi. Daha başqa bir hədisdə isə deyilir ki, o, gözlədiyi bu müddət ərzində yalnız ağac qabığı ilə qidalanarmış.
Ey oğul, (Allah sənin günahını bağışlasın) vədə vəfa etmədə sən də o cür ol, əgər qadir deyilsənsə çalış özünü ona bənzədəsən. Heç vaxt qüdrətin çatmadığı bir şeyi vəd vermə. Çünki vədi sındırmaq insana ardır. Şair gözəl demişdir:  “Vəd verməkdən qabaq yox deməyin yaxşıdır, amma bəli deyib sonra vəfa etməməyin çox pisdir. Əgər peşman-lıqdan qorxursansa yox ilə başlamağın məsləhətdir”. 
SƏXAVƏT 
Oğul, səxavətli ol ki, onun həm dünyada həm axirətdə nəticəsi var. Səxavətli insan dünya və axirətdə izzətli, xəsis isə hər ikisində zəlil olar. 
Səxavətliyin qiyməti barədə sənə Hatəmin cəhənnəmdə olduğu bir halda atəşin onu yandıra bilməməyi kifayət edər.  
Oğul, bil ki, xəsislik adamı hər iki dünyada üzü qara edər.  
Mütəal Allahın bu kəlamını yaddan çıxarma: “Əlini təmamilə açıb, hər şeyini ehsan etmə ki, sonra özünü danlayıb peşman olasan”.  Xərclədikdə orta bir yol tut” nə xəsislik et, nə də israf. Çünki hər işdə yaxşı cəhət orta həddə riayət etməkdir. 

ÜÇÜNCÜ FƏSİL

MÜXTƏLİF VƏSİYYƏTLƏR

Ey oğul, (Allah səni hər xeyirə nail və bütün şərdən uzaq etsin) sənə tövsiyə edirəm ki, heç vaxt dünya məhəbbətinə qəlbində yer verməyəsən. Çünki dünya məhəbbəti acı zəhər kimidir və dərmanı olmayan bir dərddir. Səni atəşə çəkər və Allahın lütfündən uzaq salar. Dünya məhəbbətini ürəkdən çıxarmaq üçün bu haqda düşünməlisən ki, əgər bu iş bəyənilsəydi onu hamıdan qabaq əql sahibləri (peyğəmbərlər) özləri üçün seçərdilər, insanın yırtıcıdan qorxub qaçdığı kimi ondan qaçmazdılar, və bu qədər bu barədə təkidlə vəsiyyətlər etməzdilər.  Mütəal Allah dünya məhəbbətini əksər ayələrdə məzəmmət etmişdir və bu ayələr hədislərdə açıqlanmış və təfsir edilmişdir. Məsələn, Allah kafirlərin barəsində buyurdu: Dünya həyatı kafirlərin gözündə zinətləndirilmişdir” yəni dünya onların gözünə gözəl görünər, onun məhəbbəti ürəklərində yer salar və özlərini dünyadan ötrü həlakətə salarlar. Möminlərin yoxsullarını, acizlərini məsxərə edib, gülərlər. Lakin möminlərin təqvaları qiyamətdə onlardan (kafirlərdən) yuxarı və yüksəkdədirlər (illiyyin təbəqəsindədirlər)  kafirlər isə alçaqda (siccində) və peşmanlıqdadırlar.  


Dünyanı məzəmmət edən hədislərimiz lap çoxdur və bizi onun məhəbbətindən çox ehtiyatlı olmağa dəvət edir. Hətta hədisdə var ki, dünya məhəbbəti axirəti insana unutdurar. Dünyanı sevənin axirətinə, axirət ardınca olanın isə dünyasına zərər dəyər. Sən bax gör bu iki zərərin hansı biri azdırsa onunla razılaş və qəbul et. Bu iki zərər  heç vaxt bir yerə yığışmaz. 
Bunlar şərq ilə qərb kimidir ki, birinə nə qədər yaxınlaşarsansa o, birindən bir o qədər uzaq olarsan. Yaxud od ilə su kimidir ki, bir yerə yığışa bilməzlər. Çünki dünyanı sevmək axirətə, Quran və hədislərdə buyrulanlara yəqinin olmadığını aşkar edir. Dünyanın axirətə zid olduğu bəlli olduqdan sonra onu sevmək əqlə müvafiq deyil. 
Oğul, dünyanın haramını axirətdə əzabından qorxaraq şübhə doğuran şeylərin (bilmirsən halaldır ya haram) peşmanlıq çəkməmək üçün, hətta halalının belə hesabından uzaq olmaq üçün zahidcəsinə onlardan vaz keç. Lakin şəriətin buyurduqları evlənmə kimi hökmlərə riayət olunmalıdır. Dünyada, sənə ayrılmış ruzi və lazımi qədər geyimlə razılaş və ona qane ol, məqsədin axirət olsun. Əgər dünyada zahid olub özünü onun əsarətindən azad edə bildinsə bu dünyada rahat olub, axirətdə onun ləzzətini duyarsan. Zahidlik tam şəkildə yemək, içmək və geyimin qarşısını almaq deyil, zahidlik qənaətlə yaşamaq, həddini aşmamaq, imkanlı vaxt israfçılığa yol verməməkdir. İmam Sadiq əleyhissalam buyurmuşdur: “Zahidlik əldə olan malı zay edib, halalı haram bilmək deyil, zahidlik budur ki, əlində olan dünya nemətlərinə Allah yanında olan nemətlərdən çox bel bağlamayasan”. 
Həmçinin Əli əleyhissalam buyurmuşdur: “Zahidlik arzularla yaşamamaq, hər bir nemətə şükür etmək və Allahın bütün haram etdiyi şeylərdən qorxub, çəkinməkdir”.  
Oğul, Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və onun pak əhli-beytinə əleyhissalam təvəssül etmək ən mühüm məsələlərdən biridir. Mən bütün hədislərə diqqətlə nəzər salıb görmüşəm ki, Allah heç bir peyğəmbərin hər hansı bir kiçik səhvinə görə Peyğəmbərimiz və onun əhli-beytinə təvəssül etmədən tövbəsini qəbul etməyibdir. 
Hədislərdə var ki, Mütəal Allah Adəm peyğəmbəri yaratmaqla Həzrət Məhəmməd və onun Əhli-beytinin ruhlarını ərşin zirvəsindən Adəmin sülbünə köçürdü. Deməli Allahın, mələklərə Adəmə səcdə etməyini əmr etməsi elə onlara xatir imiş. Mələklərin səcdəsi də Allaha ibadət və bəndəliyi, Peyğəmbər və onun Əhli-beytinə olan təzimi (böyük tutmaq) və Adəmə olan itaəti göstərir. Mütəal Allah Adəmin onların kimliyi haqda soruşduqda ona belə buyurdu: “Bunlar Mənim məxluqatımın ən seçilmiş kəramətli bəndələridir, onlara görə nemətimi alaram və verərəm, onlara görə cəzalandıraram və savab verərəm. Ey Adəm, onlara təvəssül et, hər vaxt sənə böyük bir müsibət üz versə onları mənim yanımda şəfaətçi bil. (de: İlahi, onların xatirinə mənə bu müsibətdən nicat ver) Mən özümə and içmişəm ki, onlara ümid edib gələni heç vaxt peşman etmərəm (istədiyini verərəm), onlara təvəssül edib məndən hacət istəyən kimsəni əli boş geri qaytarmaram”. Adəm də öz xətasından sonra onlara təvəssül edib, Allaha yalvardı və Mütəal Allah da onun tövbəsini qəbul edib, xətasını bağışladı.  Adəmdən sonra Yəqub,  Yusif  və başqaları
Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və onun Əhli-beytinə təvəssül etməyincə nicat tapmayıblar. Oğul, imkan dairəsində hər gün İmam Hüseyn əleyhissalama əza saxla və məclisinin xərcini də öz imkanına uyğun nəzərdə tut. Əgər imkanın yoxdursa heç olmasa əhli-əyalını gündə bir dəfə cəm edib, onlara əza kitabından mərsiyə oxumaqla kifayətlən. Çünki İmam Hüseyn əleyhissalam Allahın əziz bəndəsidir ki, ona itaətdə misilsiz bir dərəcəyə çatmışdır, öz canı, malı, ailəsi və bütün əshabını Allahın yolunda qurban vermişdir. Ona təvəssül etməklə insan hər iki dünyanın xeyrinə və səadətinə nail olar. 
Oğul, gündə bir dəfə İmam Hüseyni (duası ilə uzaqdan) ziyarət et, ayda bir dəfə Həzrətin  ziyarətinə get və əgər imkanın yoxdursa yaxşı  olar “yeddi mərhələ”nin birində,  əgər uzaq şəhərlərin birindəsənsə ildə bir dəfə gedəsən  
Hər kəs hədisləri diqqətlə nəzərdən keçirə və dediklərimə düzgün əməl edib gördüyüm təsirləri o da görərsə heç vaxt mənim sənə dediklərimi əldən buraxmaz. Mən o Həzrətin ziyarəti və ona əza məclisləri qurmağın nəticəsində ağıla sığmaz kəramətlər görmüşəm. Əgər gördüklərimi dilə gətirsəm rahat deyə bilərəm ki, hər ziyarətdən sonra müşküllərim həll olmuş, ruzim artmış və bəndələr üçün Mütəal Allahın yanında olan nemətlər daha çox xeyirli, tükənməz və həmişəlikdir. 
Oğul, (Allah səni bəyəndiyi işlərdə müvəffəq etsin və sənə ömür versin) qoca kişi və qadınların ehtiramını saxla, Allah onlara xatir öz bəndələrindən bəlaları dəf edər.  Məbadə onlara əziyyət edəsən, mən onlara hörmət bəsləməklə elə şeylərə nail olmuşam ki, burada onları qeyd etməyə fürsət yoxdur. Oğul, ata-anaya hörmət və yaxşılıq etməkdə son dərəcə ciddi ol.  Quranda və hədislərdə ən çox təkid edilmiş şey ata-ananın ehtiramını saxlamaqdır və bu işdə heç vaxt süstlük etmə. Hədisdə var ki, İmam Sadiq əleyhissalam buyurubdur: Yusif peyğəmbər (padşah olduqdan sonra) bir dəfə qoca atası Yəqub onu görməyə getdi. Yusif peyğəmbər mindiyi heyvandan enmədən padşah kimi qürurla onun qarşısına çıxdı. Cəbrayıl enib, Yusifə dedi: aç əlini Yusif əlini açdıqdan sonra əlindən parlaq bir işıq çıxıb asimana getdi. Yusif dedi: Ey Cəbrayıl bu əlimdən çıxıb gedən nur nə idi? Cəbrayıl dedi: Daha sənin nəslindən Peyğəmbərliyi kəsdik. Çünki qoca atan Yəqubu qarşılayarkən yerə enmədiyinə görə səni cəzalandırdıq və səndən olanlara peyğəmbərlik yetişməyəcəkdir. 
DİN ALİMLƏRİ VƏ MÜCTEHİDLƏRƏ EHTİRAM
Oğul, din alimlərinin (Allah onlardan razı olsun) ehtiramını saxlamaq sənə vacibdir. Çünki onlar dinin bayrağı, şəriətin (islam) əmanətdarıdırlar. Onlar Həzrət Höccətin (İmam Mehdi (ə.c)) nümayəndələri və xalqı düz yola hidayət edənlərdir.  Lakin onların öz elminə əməl etməyənindən yırtıcıdan qorxub qaçdığın kimi uzaq ol. Çünki belələri İmamların dediyinə görə alim deyil, onların dinə olan zərəri  Yezid ibn Müaviyənin (lənətullahi əleyhima) qoşunun vurduğu zərərdən artıqdır.  

İMAM ƏLİ VƏ HƏZRƏT FATİMƏNİN (ə) NƏSLİNƏ OLAN VACİB EHTİRAM


Oğul, sənə Əli və Fatimənin nəslinə (seyyidlər) ehtiram saxlamaq zəruridir və bu, vacib əməllərdən sayılır. Quranın buyurduğuna görə bu iş müqəddəs risalətin müqabilində istənilən əvəzdir.  
Bacardıqca sən onlara əlindən gələn hörməti et ki, həm Allah və Peyğəmbəri özündən razı edərsən həm də hər iki dünyanın xeyirini görərsən 
Seyyidlərin yalnız yaxşılarına hörmət etməklə kifayətlənmə ki, onların hökmü əməlsiz alimlərin hökmü ilə fərq edir. Çünki onların (seyyidlər) nəsl vasitəsilə olan nisbəti həmişəlikdir ki, günah etsələr də onlardan ayrılmaz və qırılmaz. Lakin hər hansı bir günahlarından uzaqlaşdırmaq üçün yalnız həmin cəhətə görə sərt rəftarın eybi yoxdur, baxmayaraq ki, Əhməd ibn İshaq Əşərinin Hüseyn ibn Həsən fatimi ilə arasında baş verdiyi hadisə bunu da rəva bilmir.  
Yaxşısı budur ki, belələrinin ehtiramı qorunsun və xəlvətdə isə (müxtəlif vasitələrlə) qarşısı alınsın. Lakin bu nəsildən olmayanlara Həzrət Əlinin qardaşı Əqil, Peyğəmbərin əmisi Abbas və başqa Haşimi nəslindən olanlara ehtiram etməyi sənə vacib bilmirəm. Doğrudur ki, onlar da əsli-nəsəbdə şərafətlidirlər, lakin Quranda gələn (Əhli-beyt və seyidlər barəsində) ehtiram hökmü onlara şamil deyil. Həmçinin (yalandan) özlərini seyid sayanlara da ehtiram etməyi sənə vacib görmürəm. Hər vaxt onların seyidlik iddialarının yalan olması aşkar olunsa ehtiram olunmamalı və əgər onun seyid olmasında şübhə varsa çəkinməyin məsləhətdir.
Əlbəttə, təkcə ana tərəfi seyid olanlara da (yəni anası seyid qızı olan) atası seyid olanlar kimi ehtiram etməyi sənə vacib bilirəm. Çünki insana qızının oğlu (nəvə) həqiqətən oğul sayılır və şəri hökmlərdə də müştərəkdirlər. Elə buna görə də İmam Həsən ilə İmam Hüseyn əleyhissalam Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) öz oğulları sayılırdılar. İmam Həsən ilə İmam Hüseynin Peyğəmbərə oğul sayıldıqları kimi indi də ona ana tərəfindən mənsub olanlar onun oğulları sayılır (lakin seyidlik keçməmək şərtilə) amma “xüms” ona düşmür (halal deyil). Buna dəlil Həmmad ibn İsanın İmam Kazimdan əleyhissalam nəql etdiyi hədisdir. 

SİLƏYİ-RƏHM


(Qohum-əqrəba ilə səmimi əlaqə saxlamaq) 
Oğul, siləyi-rəhmi özünə vəzifə bil ki, bu iş ömrü uzadar, ruzini çoxaldar Allahı razı edər  və hər iki dünyada insana fayda verər  səninlə rabitəni qıranlarla da əlaqəni kəsmə və bu barədə Həzrət Əlinin buyurduğu kalamı özünə sərlövhə qərar ver: “Sizinlə rabitəni qıranlarla əlaqəni kəsməyin və sizi hər hansı bir şeydən məhrum edənlərlə kəramət və mərdliklə rəftar edin”. 
Daha doğrusu oğul, əlaqəni kəsənlərlə siləyi-rəhm etmək insanı Allaha yaxınlaşdırar və nəfsi-əmmarəyə tabe olmağa qoymaz. 
QƏTİ-RƏHM   (Qohumluq əlaqəsini kəsmək) 
Əsla qohum-əqrəba ilə qəti-rəhm etmə. Çünki “rəhm” ərşdə asılmış bir kisədir ki, Allaha belə deyər: “Ya Rəbb, hər kim mənimlə əlaqə saxlayıbsa sən də onunla əlaqə saxla və hər kim mənimlə əlaqəni kəsibdirsə sən də onunla əlaqəni kəs”.  
Mən siləyi-rəhm etməklə, məxsusən mənimlə əlaqəni kəsənlərlə elə gözəl, qeyri-adi və mühüm nəticələr əldə etmişəm ki, burada onları deməyə imkan yoxdur. Bu işdə çox ciddi ol və məbada səhlənkarlıq edəsən. Oğul, çarəsiz və köməksiz olan şiələrin halını nəzərə alıb onlara kömək et, məxsusən öz qohum-əqrəba və qonşularına. Bu işinlə sən hər iki dünyanın izzət və iftixarını qazanar, özünü onun bəlalarından qoruyar və Mütəal Allahı razı edərsən. İmam Cəfər Sadiq əleyhissalam buyurubdur: “Yusifin vasitəsilə Yəqubun bəlaya düçar olmasının səbəbi bu idi ki, Yəqub bir gün kök bir qoç kəsdi və həmin vaxt Yəqubun qonşularından (başqa bir hədisdə əshabından) biri axşam orucunu açmağa evində bir şeyi yox idi. Yəqub bundan qafil olduğuna görə o bəlaya (Yusifin bəlasına, ayrılığına) düçar oldu”. 
Oğul, (Allah səni müvəffəq eləsin) bütün işlərində orta həddi riayət elə ki, nəticəsi çox yaxşı olar. Sədəqə vermək həm əqlə, həm də hədislərə görə gözəl bir işdir, lakin Mütəal  Allah Peyğəmbərə buyurur: “Nə əlini möhkəm büküb xəsislik edəsən, nə də artıq hər şeyini əldən verib (ehsan edib) sonradan narahat və peşman olasan”.  Başqa bir ayədə Mütəal Allah buyurur: “Səndən soruşurlar ki, nə qədər sədəqə və ehsan etsinlər? De: orta həddi riayət etsinlər”  ki, bu ayənin təfsiri İmam Sadiqdən rəvayət edilmişdir.  
Oğul, həmişə özündən aşağı və imkansız olanlara bax və öz halına görə Allaha şükür elə. Heç vaxt özündən yuxarı və dövlətli olanlara baxma ki, əziyyət çəkər, rahatlıq tapa bilməzsən və eyni zamanda axirətin əcr və savabını əldən verərsən.  
Mütəal Allah buyurur: “Kafirlərə verdiyimiz dünyanın zinət və gözəlliklərinə gözünü dikmə”. 
Oğul, imkan olduqca həddən artıq camaata (yersiz) qarışma ki, həqqdən qalarsan, ölüm gözündə adiləşər, ibadət (ibadətə ayrılmış vaxt), dinin göstərişləri haqqında düşünmək və onun barəsində fikir-zikrdən səni ayırar, onların əlindəkilər səni tamaha salar, qeybət və töhmətdə şərik olmağa, pis məclislərdə iştirak və boşboğaz adamların sözlərinə qulaq asmağa məcbur edər. Hətta belə məclislərin sonu ola bilsin fitnə və düşmənçiliklə nəticələnsin və sonrakı peşmançılığın fayda verməz, qiyamət günü də “kaş filankəslə dost olmayaydım” (öz yoldaşına),  “kaş mənimlə sənin aranda məsafə, şərqdən qərbə kimi uzaq olaydı” və “ya rəb, qaytar məni ola bilsin tərk etdiklərimin əvəzində (imana qayıdıb) saleh əməllər görüm”  sözləri adamın dərdinə çarə eləməz. Belə isə fürsət var ikən tədarük vaxtını qənimət bil.  
NƏFSLƏ MÜBARİZƏ

Oğul, ehtiraslar və nəfsi-əmmarəyə qarşı ciddi müqavimət göstər ki, onlara tabe olmağın səni acı zəhər və çarəsiz dərd kimi həlak edər. Həzrət Əli əleyhissalam buyurubdur: “Mən sizin üçün iki şeyə görə qorxuram” nəfsi-əmmarəyə tabe olmağınızdan və uzun-uzadı arzulardan. Birincisi insanı həqqdən uzaqlaşdırar və ikincisi isə axirəti ona unutdurar”  Başqa hədisdə deyilir: “Nəfsi-əmmarədən düşməninizdən qorxduğunuz kimi qorxun. Kişilərə nəfsani istəklərin dalınca düşməkdən və öz dillərinin biçdiyi (hasil etdiyi) günahlardan qatı bir düşmən yoxdur  


Oğul, sübh çağı axşamın, axşam isə sabahın fikrini çəkmə ki, arzular insanı qəflətə düçar edər. Həmişə özünü ölmüş və mürdəşirin qarşısındakı meyit kimi hesab et.  

VƏSİYYƏT
Oğul, həddi-buluğa çatan vaxtdan vəsiyyətlərini yazmağa başla və lazım duyduqda hər vaxt istəsən  onları dəyişə bilərsən. Həmişə aldığın,  yaxud verdiyin borcları yaz. Çünki dəfələrlə başıma gəlib soyuq qış gecələrində yatağa girdiyim vaxt yadıma düşüb ki, birindən bir dirhəm, yaxud iki dirhəm borc alıb, dilənçiyə vermişəm, amma qeyd eləməmişəm. Ölümün qəfil gəlişindən qorxub həmin gecə soyuqda yerimdən durub lampanı yandırmışam, aldığım borcu yazıb sonra yatağa girmişəm. Oğul, sən də bu cür ol. Çünki əgər borcu yazmayıb vəfat etsən və borc sahibi də sükut edərsə borc sənin boynunda qalacaqdır. Lakin borcun sahibi sənin varislərindən onu tələb edərsə varislər ondan sübut üçün şahid, yaxud and içməyini istəyərlər. Əgər onun şahidi, yaxud əlində bir sübutu olmazsa varislərin ona bir şey verməzlər və borc yenə də sənin boynunda qalar. Amma əgər şahid və sübut gətirərsə onun sənə etdiyi yaxşılığın müqabilində zəhmətə düşməyinə səbəb olduğun üçün insafsızlığa yol vermiş olarsan. Oğul, əgər aldığın ya verdiyin borcun vaxtı təyin olunarsa qeydsiz-şərtsiz Mütəal Allahın buyurduğunu (borcun miqdar və vaxtını yazmaq və şahid tutmaq haqqında olan əmrini) yerinə yetir.  


Hər kim şəriətin hər hansı bir hökmünü tərk etsə, Allah onu mütləq həmin işdə möhtac edər. Allahın göndərdiyi hökmlərin Özünə heç bir faydası yoxdur. Çünki Mütəal Allah qənidir və heç bir şeyə ehtiyacı yoxdur. Onları oğul, sənə xatir və sənin düzgün faydalanmağından ötrü göndərib. Hər şeydən xəbərdar olan Allahın sənə nişan verdiyi göstərişləri qənimət bil. Oğul, (Allah sənin ömrünü uzun, işlərini avand, hər iki dünyanın xeyrinə nail və elm-əməl sahibi olmaqda müvəffəq eləsin) həyatının bütün sahələrində dinin hökmlərini” qüsl, yemək-içmək, yatmaq, təharət, cima, ev-eşik, geyim və başqa şeylərin qaydalarına riayət elə ki, şəriətdə bunların mənası var, bihudə deyil, hər iki dünyada da faydası çoxdur və onları özünə ağır yük sanma. Bu qaydalar çox və müxtəlif olduğuna görə (Allahın köməyi ilə) sənin üçün onları bir toplu şəklində cəmləyəcəyəm və sən də gərək onlara əməl edəsən, hər ibadət və işlərini onlar üzrə tənzimləyəsən (inşaallah taala). 

ZİKR


Oğul, Mütəal Allahı çox zikr elə ki, ürəyi dirilik, insanı Allaha yaxın, bərəkəti bol, həlakətdən və şeytandan uzaq, Allahın mələklərini və rəhmətini cəlb edər və qəlbə rahatlıq gətirər. Hədislərdə buyurulur ki, “Bizim şiələrimiz xəlvətdə olarkən Allahı çox zikr edərlər”  
“Hər kim Allahı çox zikr edərsə Allah onu sevər”,  “Hər kim Allahı çox zikr edərsə Allah onu iki şeydən azadlıq və qurtuluşunu səbt edər” biri cəhənnəmin atəşindən, o birisi isə nifaqdan və behiştdə Allah onun üzərinə öz sayəsini salar və “Behişt əhli, dünyada Allahı zikr etmədikləri anlardan başqa onun heç bir şeyinin peşmançılığını çəkməzlər”. 
Ey oğul, hər hansı bir məclisdə heç vaxt Mütəal Allahın zikrindən qafil olma. Hədislərdə deyilib: Məclisdə oturanlar Allahı və bizləri (Əhli-beyti) zikr etməzlərsə, o məclis onlar üçün (axirətdə) həsrət və peşmanlığa səbəb olar.  
Zikrdən məqsədim bu deyil ki, dilin dediyindən qəlb xəbərdar olmasın. Əksinə dil zikri qəlbin zikrinə yetişmək üçün başlanğıcdır. Və dil zikri bədən, ürək zikri isə cana bənzəyir. Ürək zikr edərkən, dil zikri olmasa da fayda verəndir. İbrahim peyğəmbərin ürəyi Mütəal Allahdan heç vaxt qafil olmadığına görə Allah taala onu özünə dost seçdi.  
Hədisdə deyilib: Günah və savabları yazan mələk-lərin eşitmədikləri zikrin savabı eşitdiklərindən yetmiş dəfə çoxdur. 

İSTİĞFAR 


(Bağışlanma diləmək)
Oğul, səhər çağları çoxlu istiğfar “Əstəğfirullah” söylə. Hər səhər ardıcıl yüz dəfə  “Maşallahu, la qüvvətə illa billah, əstəğfirullah”  (yəni hər şey Al

ahın istəyilədir, qüvvət və qüdrət Allahdandır, Allaha tövbə edirəm) və on dəfə də “Sübhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər” (yəni Allah pak təmizdir hər pis iş və pis şey ondan uzaqdır və həmd olsun Allaha, Allahdan başqa məbud yoxdur. Allah böyükdür) de.  


Evdən eşiyə çıxdığın vaxt əmmamənin bir ucunu sinənin üzərinə salıb bu duanı “Bismillahi və billahi, aməntu billahi, ma şaəllahu, la həvlə və la qüvvətə illa billahi, təvəkkəltu ələllah” zikrini et.  (Allahın adıyla, ona iman gətirmişəm, hər şey onun istəyilədir, onun köməyi olmadan heç bir şey qüdrət və qüvvət tapmaz, təkcə ona təvəkkül edirəm) 
Oğul, bir şeyi görüb onu bilmək üçün soruşmaqda tələsmə. Bir gün Loğman gördü ki, Davud əleyhissalam dəmirləri öz əliylə buraraq zireh düzəldir. Loğman ondan bu barədə soruşmaq istədikdə hikmətli olduğundan susdu. Davud zirehi düzəldib, geydi və dedi: Döyüş üçün yaxşı zirehdir. Loğman dedi: Susmaq hikmətdir. Lakin onun sahibi çox azdır.  
Oğul, müstəhəbb işləri çalış xəlvətdə gör. Çünki riyakarlıq xəlvətdən uzaqdır. Camaat arasında olarkən “La ilahə illallah” zikrinə məşğul ol ki, o, həm ən üstün zikirlərdən sayılır.  həm də aşkarda zikr edilərkən dodaqlar tərpənmədiyinə görə başqalarının diqqətini cəlb eləməz və heç bir şey gözə çarpmaz. Buna görə ona “gizlin zikr” deyiblər və onun fəziləti aşkarda deyilən zikrlərdən yetmiş dəfə artıqdır.  Zikrlər çoxdur və hər birinində özünəməxsus faydaları var ki, bu barədə müfəssəl yazılmış kitablara müraciət elə.  Oğul, bu zikri də “La ilahə illallah, la hövlə və la qüvvətə illa billahil-əliyyil-əzim və səlləllahu əla Mühəmmədin və alihit-tahirin” çox təkrar elə ki, onun şeytanları uzaqlaşdırmaqda böyük təsiri var.  Oğul, çalış bütün duaları və əməlləri ömründə bir dəfə oxuyasan və yerinə yetirəsən. Çünki əməllərin də özünəməxsus təsirləri var ki, onların hamısını yerinə yetirməklə qiyamətdə Allahın fəzl və kəramətinə nail ola bilərsən. Bəziləri ibadət və duaları meyvəli bağa bənzədib demişlər ki, insan ora daxil olduqdan sonra onun bütün meyvələrindən dadmaq istədiyi kimi yaxşı olar ibadət və duaların da mənəvi təsirlərindən heç olmasa bir dəfə istifadə olunsun.  
Oğul, Qurani Kərimdən hər gün xüsusən səhər vaxtları bir miqdar oxumalı, onun mənalarında düşünməli, ədəb və əxlaqi nöqtələrə diqqət yetirməli və bəzi ayələrin mənalarında müşküllə qarşıladıqda, (o ayə haqqında) imamlardan rəvayət edilən təfsirlərə müraciət etməlisən.  
Oğul, bacardıqca həmişə təharətli (yəni dəstəmazlı) ol ki, bu şeytanı dəf etmək üçün möminin silahıdır, qəbir əzabının qarşısını alır,  hacətlərin qəbul olmasına səbəb olar,  ömrü uzadar,  ruzini çoxaldar,  insanın qədr-qiyamətini, məqamını ucaldar  və bədənə sağlamlıq gətirər, ruhiyəni qaldırar və hafizəni  gücləndirər. 
Hədisdə gəlib ki, dəstəmaz almaq imanın yarısıdır. Mömin dəstəmazlı olduğu müddətdə mələklər onu mühafizə edərlər,  dəstəmazlı ölərsə şəhid sayılar.  Hər kim gecə dəstəmaz alıb yatarsa bütün gecəni ibadət etmiş kimidir. 
Hər kim gecə dəstəmaz alıb, yatağına daxil olarsa, yatağı ona məscid olar.  Mömin yatandan sonra ruhu Allahın yanına gedər. Mütəal Allah özü onu qarşılayar və ona bərəkət və rəhmət əta edər. Buna görədə dəstəmazsız yatmaq məsləhət deyil. 
Oğul, şeytanın vəsvəsəsi zamanı Mütəal Allahdan kömək istəyib, bu zikri “Əuzu billahi minəş-şəytanir-rəcim”  və “Bismillahir-rəhmanir-rəhim, aməntu billahi və rusulihi  muxlisən ləhud-din” duasını səmimi qəlbdən zikr elə.  
Oğul, vacib namazları öz (əvvəl) vaxtlarında qıl ki, belə daha fəzilətlidir və hökm insanın boynundan tez götürülər, zehni azad, bədəni rahat və fikri cəm olar. O cür ki, məlumdur namaz qəbul olunmamış heç bir əməl nəticə verməz. Bəs oğul, namazı öz vaxtında qıl və onu tez yerinə yetirib rahat ol ki, o cürə inşaəllah ruzinin də çoxalmasına səbəb olar. 
Oğul, gecə və gündüzün nafilə namazlarını hətta adi və yüngül tutsanda vaxtlı-vaxtında qıl. Nafilələr vacib namazları mükəmməlləşdirir.  
Bunu sənə öz təcrübəmdən deyirəm ki, gecə nafilələrinin ruzinin çoxalmasında və günorta nafilələrinin isə insanın işinin rast gətirməsində təsiri vardır. Sən əsla və heç vaxt onları tərk eləmə və demə ki, bunlar insanın vaxtını alan bir şeylərdir. Əksinə nafilələr insanın işlərini tənzimləyir. Elmi öyrənirsən ki, ona əməl edəsən və o, əməl müqəddimədir. Bu cür fikirlərlə özünü aldatmağın yeri yoxdur. Oğul, bacardıqca vacib namazları məsciddə camaat ilə qıl, istər sən pişnamaz olasan, istər başqa bir şəxs. Camaat namazının fəziləti çox böyükdür, onu belə rahat əldən vermə. 
Namazlardan sonra Həzrət Fatimə (ə.s)-in təsbihini zikr etməkdə və səcdəyi-şükrü yerinə yetirməkdə ciddi ol.  
Oğul, hər hansı bir çətinliyə düşdükdə səcdəyi-şükr niyyəti ilə alnını yerə qoyub (düz) Cəbrayılın Yusifə öyrətdiyi və Yusif onu oxuyub quyudan nicat tapdığı dua-nı “Allahummə inni əsəlukə bi ənnə ləkəl həmdu, la ilahə illa əntəl mənnanu, bədius-səmavati vəl ərzi, zül cəlali vəl ikram, ən tusəlliyə əla Məhəmmədin və ali Məhəmməd və ən təcələ li mimma ənə fi hi fərəcən və məxrəcən vərzuqni min həysu əhtəsibu  və min həysu la əhtəsibu, əsəlukə bi mənnikəl əzimi və ehsanikəl qədim” sonra üzünün sağ tərəfini yerə  qoyub Yusifin onu oxumaqla zindandan nicat tapdığı duanı “Allahummə in kanət zünubi qəd əxləqət vəchi indəkə fələn tərfəə li iləykə sovtən, və lən təsticibə li dəvətən fə inni ətəvəccəhu iləykə bi nəbiyyikə nəbiyyir-rəhməti Məhəmmə-din və Əliyyin və Fatimətə vəl Həsəni vəl Hüseyni vəl əimməti ələyhimus-salam illa ma fərrəctə ənni”  və sonra isə sol tərəfini yerə qoyub, Cəbrayılın Yaqub peyğəmbərə öyrətdiyi və Yaqub peyğəmbər onu oxuduqdan sonra Allahın onun gözlərinə şəfa verdiyi və iki oğlu-nu özünə qaytardığı duanı “Ya mən la yələmu əhədun kəyfə huvə və həysu və qudrətəhu illa huvə, ya mən səddəl həvaə bəssəmai və kəbəsəl ərzə ələl mai vəxtarə linəfsihi əhsənəl əsmai, itini biravhin minkə və fərəcin min indik” zikr elə.  
Oğul, hər ayın birinci və son pəncşənbələrini və orta on günlərindəki birinci çərşənbəni oruc tut ki, bütün ruzigarın orucuna bərabərdir. 
Oğul, gündə “İxlas” surəsini üç dəfə oxu ki, bütün Quranı xətm eləməyə bərabərdir.  Tarixdə belə gəlib ki, Salman (r.ə) iftixarla “mən bütün ruzigarı oruc tutub, gecələri yatmayıb ibadət edirəm və gündə bütün Quranı xətm edirəm” dediyi vaxt Ömər onun bu sözünü qəbul eləmədi. O vaxt Salman Peyğəmbərin yanında Ömərə belə dedi: Hər ay üç gün oruc tuturam, gecələr dəstəmaz alıb yatıram və hər gün üç dəfə “İxlas” surəsini oxuyuram. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) də onun sözünü qəbul və təsdiq elədi.  
Oğul, müstəhəb oruc tutmuş halda əgər möminlərdən birinin evinə qonaq ya yolun düşərsə və o da səni süfrə arxasına dəvət edərsə təklifini qəbul edib, orucunu aç. Lakin nə bunu ona bildir və nə orucu açmağınla ona minnət qoy. Bu işinə xatir Allah sənin üçün bir ilin orucunu yazar. 
Oğul, hər gün vaxtının bir hissəsini hədis, moizə və nəsihətlərə həsr et ki, qəlbi diriltməkdə və nəfsi-əmmarəni tüğyandan saxlamaqda onun çox böyük təsiri var. Oğul, (Allah səni şərdən saxlasın) yemək zamanı ifrat eləmə ki, çox yemək tənbəllik, süstlük gətirər və qəlbi öldürər.  Hədislərdə deyilib ki, insan qarnının dolu vaxtı şeytana lap çox yaxın olar. Mütəal Allahın ən xoşu gəlmədiyi şey dolu qarındır.  Möminin qəlbinə çox yemək kimi zərərli bir şey yoxdur.  Qarnının üçdən birini su üçün, üçdən birini nəfəs üçün və üçdən birinə də yemək üçün yer saxla. Həm rahat olarsan həm də ruhiyyə və bədən üçün daha münasibdir. 
Belə sanma ki, güc-qüvvət çox yeməklədir. Əksinə o yaxşı həzmlədir və bəllidir ki, yaxşı həzm çox yeyəndə yox az yeyəndə baş verir. Mədə qazana bənzəyir ki, hər vaxt boş yer onda çox olarsa yemək həm tez həm də yaxşı bişər. Doyandan sonra və iştahın olmayan vaxt bir şey yemə. Çünki o səni qarın köpməsinə (ki, qarın köpməsidə çox xəstəliklərə səbəbdir) və istiklik xəstəliyinə və həmaqət “anlamazlıq” xəstəliyinə düçar edər.  
Oğul, çox yatmaqdan özünü gözlə ki, qiymətli ömrün fənaya gedər. Bundan məqsədim özünlə şəriətdə olmayan üslublarla (yoqlar kimi) mübarizə eləmək deyil. Mən sənə o yollardan istifadə etməyi qəti qadağan edirəm. Çünki elə işlər xüsusən bu müqəddəs şəhər (Qum) kimi normal havası və təbiəti olmayan yerlərdə insanın sinir sistemini pozar. Məqsədim, normal yatmağın və həddən artıq ifrata yol verməməyindir. Oğul, gülməyin həddini riayət elə ki, hədislər əsasən çox gülmək qəlbi öldürər,  adamın abırını aparar və imansız edər.  Belə vaxtı sənə başını aşağı salıb diqqətini barmaqlarının ucuna yönəltməyi məsləhət görürəm. Və kəffarə üçün “Allahummə la təmqutni” zikrini deyə bilərsən.  
Lakin əxlaqın xüsusiyyətlərindən olan az miqdarda gülmək yaxşıdır və bəyənilir. Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) gülüşü təbəssüm idi. Çox gülməyi qadağan etdiyim kimi  çox zarafatı da sənə qadağan eləyirəm.  Çox zarafat adamın abırını, imanını aparır, mürüvvətini  azaldar və düşmənçilik gətirər.  Lakin az zarafat yaxşı və müstəhəbdir.  İmamlarımız həm özləri belə edərdilər həm də başqalarına məsləhət buyurardılar və deyərdilər ki, bu iş mömin qardaşın ürəyini sevindirmək üçündür.  Oğul, mömin bir kimsənin öldürülməsinə heç vaxt razı olma ki, İmam Rza əleyhissalam buyurub: “Hər kim bir işin görülməsinə razı olarsa, o işi görmüş kimidir”.  Əgər bir şəxs şərqdə öldürülərsə, onun öldürülməsinə qərbdə razı olan şəxs şəriətə görə qatil ilə şərikdir. Bu səbəbdəndir ki, Həzrət Sahibəz-zaman İmam Mehdi (ə.c) zühurdan sonra İmam Hüseyn əleyhissalamın qatillərinin nəsillərindən qalanları və bu işə razı olanları qətlə yetirəcəkdir. 
“Bəqərə” surəsi, ayə 190: “Onlarla müharibə edib onları öldürün ki, yer üzündə fitnənin kökü kəsilsin və itaət Allah taalaya məxsus olsun”. Bu ayənin təfsiri haqqında deyib “İmam Rza əleyhissalamdan hökmlərin səbəbi haqqında soruşulanda həzrətə deyildi: -Ey Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in balası! İmam Sadiq əleyhissalamdan nəql olunan bu rəvayət haqqında nə deyirsiniz? İmam Zaman əleyhissalam zühur edəndə İmam Hüseyn əleyhissalamın qatillərinin övladlarını onların babalarının əməllərinə görə öldürəcək? İmam Rza əleyhissalam buyurdu: -Bəli, o cürdür. Bu vaxt İmam əleyhissalama dedilər: -Elə isə Allah taalanın bu kəlamının, (Heç bir günahkar başqa bir günahkarın cəzasını çəkməyəcək. “Fatir” surəsi, ayə 18) mənası nədir? İmam Rza əleyhissalam buyurdu: -Allah taalanın bütün sözləri düzdür, lakin İmam Hüseyn əleyhissalamın qatillərinin övladları babala-rının əməllərindən razı olub ona iftixar edirlər. Hər kim bir işdən razı olsa onda o işi əncam verən adam kimi olacaq. Əgər şərqdə bir nəfəri öldürsələr və qərbdə bir nəfər onun qətlinə razı olsa onda o razı olan qatillə şərik olar. Həzrət İmam Zaman əleyhissalam zühur edəndən sonra onları ata babalarını əməllərinə razı olduqlarına görə öldürəcək”. 
Oğul, qeybət və böhtandan uzaq ol ki, hesab-kitabdan saleh əməlləri silib yerini şər əməllərlə doldurar. Çünki sənin xeyr əməllərin qeybətini etdiyin, yaxud böhtan dediyin kimsənin kitabına, onun şər əməlləri isə sənin kitabına köçürülər və ondan sonra sən, həm əli boş qalarsan, həm də başqasının günahlarının yükünü daşıyarsan.  
Oğul, həsəddən özünü qoru ki, həsəd eləyən şəxsin əməlləri Allah dərgahına getməz və öz sahibini əzaba salar. Bu dünyada onu həsəd və həsrət yandırar, axirətdə isə Allahın əzabına düçar olar. 
Bu barədə Şeytanın Adəm peyğəmbərə həsəd  etdikdən sonra əzaba düçar olması sənə kifayət edər. O cümlədən Yusifə qardaşlarının həsəd  etdikdən sonra zəlil kimi onun qarşısında xəcalətli olub ona möhtac olmalarını misal çəkmək olar. Hədisdə var ki, həsəd edən şəxsə səbr  etməyin hökmən sənə nicat verər. Necə ki, Yusif peyğəmbərin Allahdan qorxub zinaya yaxın düşmə-məsi onu necə ali məqamlara çatdırdı. Buna dəlil 
Allahın bu kəlamıdır: “Yusuf dedi: Ey mənim pərvərdigarım! Zindan mənim üçün bu arvadların məni təhrik etdikləri şeydən daha əzizdir. Əgər sən onların məkrlərini məndən uzaqlaşdırmasan onda mən onlara tərəf meyl edərəm və cahillərdən olaram. Allah onun duasını qəbul edib o arvadların hiylələrini ondan uzaqlaşdırdı. Həqiqətən o Allah bütün dua edənlərin səsini eşidəndir və hər şeydən ona pənah aparanın halına agahdır”.  
Heç vaxt yalan danışma ki, Mütəal Allahın yalan danışan kimsəyə qəzəbi tutar və onu xalq içində zəlil edər. Yalançının xalq içində qədri-qiyməti olmaz, onun nə gördüyü işinə və nə danışdığı sözünə etimad eləməzlər. Hətta məsləhət olan yerdə də (tövriyə) yalan danışmamağın gərəkdir (amma həqiqətdə o, yalan deyil). Çünki biz dəfələrlə təcrübə edib görmüşük ki, qurtuluş və nicat düz danışmaqdadır  və çox olub ki, adamlar ən çətin şəraitlərdə düz danışdıqlarına görə nicat tapıblar. Bu, sədaqət və düzlüyün xüsusiyyət-lərindəndir. Heç vaxt başqasına yalan danışmağı öyrətmə ki, Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: “Başqalarını yalana öyrətməyin ki, sizə də yalan danışarlar. Yəqub peyğəmbərin övladları qurdun adam yediyini bilmirdilər. Lakin Yəqub bunu öyrətdikdən sonra onlar belə yalana əl atdılar”  
Heç vaxt giriftar ya müsibətə düçar olmuş bir kimsəyə gülüb tənə vurma. Belə şəxsin əməlləri qəbul olunmaz. Üstəlik, onun başına gələn müsibət mümkündür sənin də başına gəlsin.  
Oğul, qəsavəti-qəlbə mübtəla olmaqdan özünü gözlə ki, lap çox məzəmmət olunan sifətlərdəndir. Sənə yazmağı söz verdiyim “Ədəb” kitabının axırında qəlbə qəsavət gətirən şeyləri ola bilsin qeyd edəm.  
Oğul, (Allah sənə nəfsinə qalib gəlməkdə gömək olsun) təkəbbür və (yersiz) qürurdan çox uzaq ol. Mən şəxsi təcrübəmdən deyirəm, Mütəal Allah həmişə təkəbbürlü adamı zəlil edər və burnunu ovar. Doğrusu qürurlandığım hər bir şeydən həmişə Allah ümidimi kəsmiş və məni məyus etmişdir. Çoxları olub ki, hər bir şeyə qürurlanarkən Allah onları ağla gəlməz, qəribə yollarla zəlil edibdir. Hədislərdə deyilib ki, Allah təkəbbürlü, məğrurcasına yeriyən kimsəni özünə düşmən bilər.  Hər kim yer üzərində təkəbbürlə və saymazyana yeriyərsə ona yer, yerin altındakılar və göydəkilər lənət edərlər. 
Təkəbbürlü şəxs yer və göylərin sahibi olan Allahın düşmənidir.  Oğul, səndən nə gizlədim təkəbbür, saymazyanalıq və dikbaşlıq səfehliyin əlamətləridir. Çünki aqil insan nədən yarandığını, axırda nə olacağını və hal-hazırda nə daşıdığını dərk edərsə onun təkəbbürlüyü səfehlikdir. Bu səbəbdəndir ki, imamlarımız bəni-adəmin əvvəli nütfə, axırı meyit və yaşadığı dövrdə isə qarnında nəcis daşıdığı halda təkəbbür etməsinə təəccüb etmişlər.  Hətta hədislərdə deyilib ki, nəcisin yaradılmasının səbəbi insanın təkəbbür etməsinin qarşısını almaq üçündür.  
Oğul, nəfsini təkəbbür, qürur və buna oxşar sifətlərdən qoru ki, hədislərdə var: Hər kim öz bər-bəzəkli paltarlarını geyib qürurlanarsa behiştin ətri onun burnuna yetişməyəcəkdir,  Allah onun qəbrini cəhənnəm atəşi ilə doldurar və Qaruna yoldaş olar. Çünki Qarun, birinci kəsdir ki, qüruruna görə Allah onu öz evilə birgə torpağın altına çəkdi. Həmçinin, başqalarının  sənə ehtiram əlaməti olaraq ayaq üstə durduğu halda sənin əyləşməyin təkəbbürlüyün əlamətlərindəndir. Hədisdə deyilib hər kim cəhənnəm əhlini görmək istəsə ətrafındakıların ayaq üstə durduğu halda mütəkəbbiranə oturmuş adama baxsın.  
Məsum imamlarımız təkəbbürün əlacı üçün yollar göstərmişlər, məsələn” o yamaqlı paltarlar və cırıq (yaxud köhnə) ayaqqabı geymək, surəti torpağa sürtmək (səcdə), çiyində yük götürüb bazardan evə aparmaq, ulaq minmək, keçi sağmaq, yoxsullarla birgə əyləşmək  və sair (lakin hal-hazırda indiki zamana uyğun olmalıdır). Mütəal Allah bəzilərinin təkəbbürünə görə əlindən çox böyük nemətləri almışdır. Hətta Yusif peyğəmbərin o hərəkət və rəftarından sonra onun nəslindən peyğəmbər-lik götürülmüşdür.  Bunların ən dəhşətlisi Mütəal Allahın Şeytanın təkəbbür edib Adəmə səcdə etmədi-yinə görə öz yanından (ən böyük nemət) qovmasıdır.  
Oğul, özünü təkəbbürdən saxla, himayət et. Hətta təkəbbürün zərərlərindən uzaq olub, qurtulasan. Oğul, təvazökar ol ki, dünya və axirətdə xeyirə çatasan. Hədisdə deyilib ki, təvazökarlıq insanın məqamını yüksəldər,  ona şərəf gətirər, hikmətə  yol açar, cisim və ruhunda Allahdan qorxu və həya  toxumlarını səpər. 
Tam, həqiqi şərəf yalnız Allaha xatir təvazö edənlərdə nöqsansız qala bilər. Mütəal Allah təvazökar bəndə ilə mələklərə fəxr edər. Hər bir insanın boynu bir mələk əlindədir ki, təkəbbürlük etdiyi vaxt onun boynunu yerə sarı çəkib, deyər: “təvazö et, Allah səni endirsin”, təvazö etdiyi vaxt isə onun yuxarı doğru çəkib deyər: “başını qaldır, Allah səni yüksəltsin (məqamı-nı) və bu təvazökarlığına görə səni heç vaxt alçaltma-sın”.  Mütəal Allahın Musanı özü ilə danışmağa nəsib etməsinin səbəbi onun təvazökarlığına görə idi. Musa öz nəfsini ən aşağı saydığına görə Allah onun zəmanəsindən ən yüksək məqamı ona əta etmişdir və insanlar arasında  Allaha ən yaxın olanlar təvazö edən kəslərdir.  
Oğul, məxluqatdan heç bir şeyi kiçik sanıb, ona alçaq nəzərlərlə baxma ki, bu, Allahın məqamına toxunmaqdır. Bir dəfə Nuh peyğəmbər xəstəliyə düçar olmuş bir itin yanından ötərkən bu nəcür itdir dediyi vaxt it dilə gəlib dedi: “Ya Nuh mənim Allahım məni bu cür yaradıbdır, əgər qadirsənsə məni dəyişib, gözəl et”. Nuh peyğəmbər dediyi sözə peşman olub, qırx il ağladı. Allah onun adını Nuh qoyub (ağlayıb çox növhə edən, halbuki əvvəl onun adı Əbdülcabbar idi) buyurdu: ey Nuh nə vaxta qədər növhə edəcəksən? Mən səni bağışladım. Həmçinin, Musa peyğəmbərə Mütəal Allah vəhy etdi ki,  mənimlə münacat etməyə gələndə özündən aşağı bir kimsəni də özünlə gətirərsən. Musanın hər şeydən əli üzüldükdən sonra, axırda xəstəliyə düçar olmuş bir iti özü ilə apardı. Lakin yolda Musa onu da azad edib, aparmadı. Mütəal Allah ilə münacat edərkən Allah and içib buyurdu: Əgər iti gətirsəydi, onu peyğəmbərlər silsiləsindən silərdim. Oğul, sən özünü hətta xəstə və murdar itdən də yaxşı hesab etmə. Bəzi ariflərin dediyinə görə nə qədər ki, bəndə özünü xalq içində bir başqasından yaxşı güman edirsə, o bəndə təkəbbürlüdür.
Oğul, tamahkar olma ki, cəddimiz Adəm peyğəmbər belə behiştdə bütün nemətlərdən istifadə edə biləcəyi halda qadağan olunmuş “buğda”ya tamah saldığına görə behiştdən çıxarıldı.  
Tamahkarlıq haqqında hətta Şeytanın da nəsihət-ləri vardır. Onun Nuh peyğəmbərə olan nəsihətlərindən biri belədir:  “Heç vaxt naməhrəm qadınla xəlvət bir yerdə tək qalma ki, belə halda mən orada hazır olaram və qəlbinə vəsvəsə etməklə səni təhrik edib zinaya mübtəla edərəm.  
Oğul, heç vaxt xudpəsənd olma ki, dinə-imana afət və böyük bir bəladır, saleh əməlləri heç edər və səni həlakətə salar. Bir dəfə İsa peyğəmbər öz müridlərindən biri ilə sudan keçməli olurlar. İsa “bismillah” deyib, suyun üzəri ilə getməyə başlayır. O da İsanın ardınca sidq ürəkdən “bismillah” deyib yola düşür. Gedərkən birdən ürəyindən belə bir fikir keçir:- İsada suyun üzərində yeriyir məndə, daha onun məndən nəyi artıqdır? (onun mənə olan fəziləti nədir? Bu söz ürəyindən keçən kimi suya batır və İsadan kömək istəyir. Həzrət İsa tez özünü yetirib onu sudan çıxarır. Sonra İsa ondan suya batmağının səbəbini soruşduqda öz ürəyindən keçəni İsaya söyləyir. Həzrət İsa ona deyir ki, sən özünü layiq olmadığın bir məqamda gördüyün üçün Allahın sənə qəzəbi tutdu. Bu fikrinə görə tez tövbə et. O, tövbə etdikdən sonra Mütəal Allah onu əvvəlki mərtəbəsinə qaytarır.  
Oğul, (Allah səni şərdən saxlasın) nəfsində xudpə-səndliyə yol vermə və heç vaxt həddini aşma. 
Oğul, məbadə riyaya mübtəla olasan ki, mötəbər hədislərə görə bu, Allaha şərik qoşmaqdır. Hədisdə var, hər kəs əməllərini Allahdan qeyrisi üçün görərsə Allah qiyamət günü əməlini öz əlinə tapşırar.  Riyakarı qiyamət günü dörd ad ilə çağırıb deyərlər: -Ey günahkar, ey kafir, ey xain, ey ziyankar, əməllərin batildir və savabı da heç. Bu gün sənə qurtuluş yoxdur və əməllərini kimə xatir edirdinsə savabını da ondan tələb et.  Bundan əlavə, hədislərdə belə gəlib ki, bəndənin Allah üçün sidq ürəklə gördüyü az əməlini Allah qiymət verib artırar və onun başqalarına görə min bir zəhmətlə gecələri oyaq qalıb gördüyü saysız əməllərini isə Allah qiymətsiz bir şey kimi eşidənlə-rin gözündə azaldar. 
Həmçinin ağıl da zahirdə Allah üçün, batində isə hər hansı bir bəndəyə göstərmək məqsədilə görülən əməli bəyənmir və çox pis bir iş bilir. İnsanın başqa bir insana, yaxud özündən zəif və hətta bit-birə, ağcaqanad və milçək kimi xırda həşəratların zərərindən özünü qoruya bilməyən və onların sorub çəkdiklərini, geri qaytarmaqda aciz olan məxluqatın hər hansı birinə ibadət etmək heç də aqilanə bir iş deyildir. 
Oğul, Mütəal Allahın rəhməti çox genişdir. Elə buna görədə (günahkar olsanda) heç vaxt onun rəhmət və fəzlindən naümid olma. Həmçinin qəzəbi də çox şiddətlidir ki, heç vaxt nəyəsə arxayın olma. Çünki bu iki sifət Mütəal Allahı qəzəbləndirən kəbirə günah-lardandır  ikisi də Allahı saymayıb, ona aşağı nəzərlə baxmağa ehtiramsızlığa gətirib çıxarar. Mən bəzi adamların şahidiyəm ki, Şeytan onları cürbəcür günahlara sövq etməklə kifayətlənməyib hətta vəsvəsə ilə də aldadıb, Allahın rəhmətindən məyus və nəticədə tövbə etməkdən də naümid etmişdir. Onlar bu halda həm Allahın rəhmətindən məyus və günahları məhv edib paklayan tövbədən məhrum olmaqla iki böyük günaha mübtəla olmuşlar. Oğul, hər zaman Şeytan vəsvəsə edib, səni günaha salarsa tez tövbə edib Allaha yalvar ki, bu sənin günahının bağışlanmasına səbəb olar. Tam ciddiyyətlə edilən tövbə günahı məhv edib paklayar.
Oğul, gərək bu işdə çox dəqiq olub daim  tövbə etməlisən. Bəndənin hər vaxt günah və xəta, bəzən də üstün sayılan işləri tərk etməsi mümkündür.
Oğul, bil ki, tövbə yalnız istiğfar (əstəğfirullah) demək deyil. İstiğfarla yanaşı günah Mütəal Allahı məsxərə etməkdir. Mükəmməl tövbə məsumların dediyinə görə altı şərtdən ibarətdir: keçmiş günahlardan peşman olmaq, qəti qərara gəlib birdə o günahları etməmək, yediyin camaatın haqqını özlərinə qaytarmaq və halallıq almaq, zülmlə aldığın şeyləri öz sahiblərinə qaytarmaq, vacib əməllərin qəzasını yerinə yetirmək, haram və günahdan əmələ gəlmiş bədənindəki əti oruc və ibadətin ağrı-acısıyla dərin sümüyə yapışana qədər əritməli və yerinə təzəsi gəlməli, öz bədənin məsiyətin şirinliyinə öyrətdiyin kimi, ibadətin də zəhmətinə dözüb, onun çətinliyini bədəninə dadızdırmalısan. Bun-dan sonra əstəğfirullahın mənası var və mükəmməl tövbə budur.  Əslində bizim əqidəmizə görə Həzrət Peyğəmbərin bərəkətilə müsəlman ümməti keçmiş günahlarına peşman, gələcəkdə bir daha o günahları etməməyi qərar alıb, istiğfar etdikdən sonra Allahın əzabı onlara şamil olmayacaqdır.  Lakin islamdan qabaqkı keçmiş millətlərin dini hökmlərini açıqlayan hədislər göstərir ki, onlara nazil olan hökmlər son dərəcə ağır və çətin imiş. Həzrət Əli əleyhissalamdan rəvayət edilmiş geniş şərhli bir hədisdə Həzrət Mütəal Allahın Peyğəmbərin bərəkətinə islam ümmətinə etdiyi böyük minnəti “Bəqərə” surəsinin 286-cı ayəsinin təfsirində belə bəyan etmişdir: “Mütəal Allah Öz peyğəmbərinə (meracda) buyurdu: Keçmiş ümmətlərin üzərinə qoyduğum ağır hökmləri sənin ümmətindən götürdüm... Hər vaxt günah etdikdə günahlarını onların qapılarına yazardım, tövbələrini qəbul edərkən onlara ən dadlı yeməkləri haram edərdim. Lakin onu sənin ümmətindən götürdüm, etdikləri günahları isə özüm ilə onların arasında gizli saxlayaram və onların üzərinə qalın pərdələr çəkərəm. Tövbələrini də onlara ləziz yeməkləri haram və hər hansı bir cəzaya mübtəla etmədən qəbul edərəm. Keçmiş ümmətlərdə hər kim bir günah etsəydi yüz, səksən və ya əlli il tövbə edəndən sonra dünyada da ona bir cəza verməmiş tövbəsini qəbul etməzdim və bu da ağır hökmlərdən birisidir ki, sənin ümmətinin üzərindən götürdüm. Sənin ümmətindən hər kim iyirmi, otuz, qırx, yaxud yüz il günah etdikdən sonra tövbə edib, bir an peşman olarsa mən onun bütün günahlarını bağışlayaram”.  
Mütəal Allah doğrudanda tövbəni bu ümmət üçün Peyğəmbərin kəramətinə xatir asanlaşdırmışdır. Hətta rəvayət olunur ki, günahkar bir şəxs doxsan doqquz nəfər adamı nahaq yerə öldürmüşdü. O, bir müddət keçəndən sonra öz etdiklərinə peşman olub, tövbə etmək üçün bir abidin yanına gəlir və etdiyi cinayətləri ona söyləyir. Abid ona deyir: sənin tövbən qəbul olmaz, sənin tövbə ilə nə işin var?! Şəxs bunu eşidən kimi cumub abidi öldürür. Bir müddətdən sonra o, bir alimin yanına gəlib, məsələni ona açır. Alim ona deyir get filan yerə, orada bir peyğəmbər ya bir alim olmalıdır ki, onun yanında tövbə edə bilərsən. O, həmin yerə gedərkən yolda əcəli çatıb ölür. Rəhmət mələkləri ilə qəzəb mələkləri onun ruhunu almaq üçün yerə enirlər. Lakin rəhmət mələkləri deyirlər ki, biz onun ruhunu almalıyıq. Çünki o tövbə etməyə gedirdi. Əzab mələkləri isə deyirlər, biz onun ruhunu almalıyıq. Çünki hələ tövbə etməyibdir. Mütəal Allah yeri ölçün, görün o, hansı tərəfə yaxındır - deyə mələklərə vəhy etdi. Onlar yeri ölçüb, gördülər ki, bir qarış ya bir az çox tövbə yerinə tərəf yaxındır. Ondan sonra onun ruhunu rəhmət mələkləri aldılar. Başqa bir rəvayətdə deyilir ki, tövbə tərəfə düşən hissə çox olduğundan Allah tez yerə əmr edir və yerin həmin hissəsi çəkilib bir yerə yığılır. Nəhayətdə bu tərəfin ölçüsü o biri tərəfinkindən az gəlir. Gör Mütəal Allahın bəndəsinə etdiyi lütf və rəhməti nə qədər böyükdür və necə zərif və mehribanlıqla rəftar edir. 
Oğul, tövbə qapısı genişdir və mərhəmətli Allah tövbə edən bəndəsini çox sevir. Hədisdə var ki,  Mütəal Allah bir şəxsin itirdiyi ən qiymətli şeyini tapdığı zaman şad olmasından çox mömin bəndənin tövbə etməsinə sevinər. 
Oğul, tövbə işində çox ciddi ol və fürsəti əldən vermə. Tələs! Çünki fürsət əldən çıxsa etdiyin günahların cəzasını çəkməli olacaqsan. Tövbəni təxirə salıb tənbəllik etmə ki, onu gecikdirməyin müsibətləri qarşıdadır və əcəl zamanı ölüm mələyi (Əzrayıl) sənə fürsət verməyəcəkdir. Tövbəni sonraya atan şəxs o kəsə bənzər ki, vaxtında çıxarılmalı bir ağacı günbəgün, ayba-ay hətta ilbəil təxirə salır və tənbəllik göstərir. Halbuki, özü də bilir ağac qaldıqca kökləri artacaq və çıxarılması daha da çətinləşəcəkdir. Ömür keçdikcə bədən zəifləyir, qüvvəsini əldən verir və get-gedə acizlik ona hakim olur. Belə olduqda onu bilə-bilə təxirə salmaq dəlilik və səfehlikdir. Oğul, bil ki, Mütəal Allah bəndənin günahını yazmaqdan qabaq ona yeddi saat ya doqquz saat və ya bir gün vaxt verər (vaxtların müxtəlif olması rəvayətlərlə bağlıdır). 
Bəndə bu vaxtlarda tövbə edərsə Allah onun üçün günah yazmaz. Allah göstərməsin, birdən günah etsən çalış yuxarıda qeyd olunan vaxtlar ötməmiş tövbə et ki, günahın qarşısını almaq onu silib məhv etməkdən daha asandır.  
Oğul, tövbə etmək ömürü uzadar, ruzini çoxaldar, tövbə edənin ruhiyyəsində yaxşı təsir qoyar. Oğul, bir daha deyirəm tövbəni təxirə salma və bu işdə süstlük və tənbəllik etmə. Oğul (Allah sənə təmkin və izzət versin) yaxsulluğa ürəkdən razı olmalı, onun çətinlik və acılığına dözməlisən. Rəvayətdə var ki, Mütəal Allah Həzrət Musaya buyurdu: Əgər gördün “dünya” sənə tərəf üz gətirib tez bu duanı “inna lillahi və inna iləyhi raciun” və əgər gördün “dünya” səndən üz döndəribsə saleh bəndələrin “mərhəba olsun sənə” (yoxsulluq) olan şüarını zikr et. 
Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: Yoxsulluq Mütəal Allahın xəzinələrindən biridir,  yoxsulluq Allahdan bir kəramətdir,  yoxsulluq elə bir şeydir ki, Mütəal Allah onu yalnız mürsəl peyğəmbərə və ya ən əziz mömin bəndəsinə verər, yoxsulluq möminin zinətidir,  behişt əhlinin çoxu fəqirlər və miskinlər-dir,  behiştdə ən az olan sinif varlılar və qadın-lardır, bəndənin imanı artdıqca dolanışığındakı çətinliklər də artar.  Həzrət Süleyman dünyada verildiyi nemətlərə görə bütün peyğəmbərlərdən sonra behiştə daxil olacaqdır, yoxsulluğa səbr etmək cihaddır və altmış ilin ibadətindən üstündür, yoxsullar varlılardan yarım gün əvvəl behiştə gedərlər ki, orada yarım gün bizim beş yüz ilimizdir, behiştdə qırmızı yaqutdan otaqlar var  ki, behişt əhli o otaqlara yer əhlinin göydəki ulduzlar seyr etdiyi kimi baxarlar.  O otaqlara yalnız yoxsul peyğəmbər ya yoxsul şəhid ya da yoxsul möminlər daxil ola bilər, yoxsullar behiştin padşahlarıdırlar,  hamı behişti istəyir, behişt isə yoxsulları,  yoxsullar hesab-kitabsız behiştə daxil olarlar,  yoxsullar varlılardan beş yüz il əvvəl behiştə daxil olarlar və oranın bir ili bizim min ilimizdir və başqa rəvayətə görə onlardan qırx milyon il əvvəl daxil olarlar,  hər kim yoxsullara yaxşılıq və ya kömək etmişsə, hətta bir içim su ilə də olsa yoxsullar o dünyada ona şəfaət edərlər,  yoxsulun verdiyi bir dirhəm sədəqə varlının verdiyi yüz min dirhəm sədəqədən üstündür,  dünyada möhtac olan bəndədən qiyamət günü Mütəal Allah qardaşın qardaşdan üzr istəməsi kimi üzr istəyər. Halbuki, Allah nə ona yaxın mələkdən və nə mürsəl peyğəmbərdən üzr istəyibdir. Bu barədə soruşdular ki, necə üzr istəyər? Həzrət buyurdu: Nida olunar ki, möminlərin yoxsulları haradadır? Onların arasından bir hissəsi ayağa durarlar. Mütəal Allah onlara deyər: and olsun izzət və cəlalıma, uca məqamıma və nemətlərimə dünyada sizin istədiklərinizi verməməyimin səbəbi sizlərə etinasızlıqdan deyildir. Mən onları bu günə xatir sizin üçün saxlamışam. Allahın sizin istəklərinizi bu gün üçün saxlamışam - deməsi üzr istəmək deyilmi? Sonra Mütəal Allah buyurar: Bəndələrimdən hər kim sizə hətta bir içim su minnət etmişsə məndən ona behişti mükafat verin.  Və bunun kimi hədislər bu mövzuda yazılan kitablarda müfəssəl zikr edilibdir. Oğul, şəriət bəyəndiyi yoxsulluğun şərtləri var: Yoxsul özünü elə iffətli və həyalı aparmalıdır ki, başqaları onu yoxsul bilməsinlər,  rəftarı xalq içində sadə və gözəl olub, ehtiyaclarını zəruri olmadan heç kimə bildirməməli  və əgər bu vəziyyət onu təngə gətirərsə yaxın dostun ya mömin bir qardaşın bu işdə köməyi dəyəcəyini hiss edib ona aça bilər. Amma bunu gizli saxlamağın daha yaxşıdır. Əgər o, öz yoxsulluğunu xalqa aşkar etməyib, gizlədərsə hökmən Mütəal Allah onun ruzisini verəcəkdir. Lakin başqalarına aşkar edib, şikayətlənərsə onu təhqir edib, daha saymazlar.  
Bu barədə Loğman oğluna belə demişdir: oğul, mən səbrin nə olduğunu daddım (acılığını), ağacların qabığını yedim amma, yoxsulluqdan acı bir şey görmədim. Oğul, bir gün yoxsulluğa düçar olsan onu başqalarına bildirmə çünki səni istehza edib kömək etməzlər. Səni o bəlaya düçar edənin sorağına get ki, sənin müşkülünü həll etmək ona çox asandır. Ondan istəyənlərin hansı birinə o əta etməyib, ona bel bağlayanların hansı birinə nicat verməyib.  Mütəal Allahın verdiyi ruzini qənaətlə sərf etməli, onun faydalarına qabaqda işarə etdik. Allahın ona müqəddər etdiyinə səbr etməli və razı olmalı, buna da əvvəldə işarə edildi. İmam Sadiq əleyhissalamdan rəvayətdir ki, Cəbrayıl əleyhissalam yerə enib Peyğəmbərə dedi: Ey Rəsulullah, Mütəal Allah sənin üçün bundan qabaq heç kimə verilməmiş bir hədiyyə göndərib. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: O nədir? dedi: səbr və səbrdən də gözəl. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: O nədir? Dedi: qənaət və ondan da gözəl. Peyğəmbər buyurdu: O nədir? dedi: Allahdan razı olmaq ta ki, ... Razı olan şəxs istər dünya nemətlərindən əlinə bir şey çata, istər çatmaya heç vaxt sahibinə (Allah) etiraz etməz və gördüyü az əməllərilə də heç vaxt razılaşmaz.  
Oğul, qəza-qədərə razı olmaq çox əzəmətli bir məqamdır. Onu ələ gətirmək üçün çalışmaq lazımdır. Eyni halda razılığın əksi olan narazılıq və etiraz ən pis xüsusiyyətlərdən sayılır. Bu barədə Mütəal Allah “hədisi-qüdsi”də buyurur: Bəlalarıma səbr və qəza-qədərimə razı olmayan kəs özünə məndən başqa bir Allah tapsın və yer və göylərimdən xaric olsun. Hədisdə var ki,  Allahın verdiyi ruziyə razı olan kəs əlindən gedən şeylərə narahat olmaz və amma Allahın verdiyi ruzilə razılaşmayan və şikayətlənib səbr etməyən kəsə heç bir savab yazılmaz və qiyamət günü də Allah onu qəzəbli halda qarşılayar. Oğul, onun sənin barəndə yazdığı bütün hökmləri sidq ürəklə qarşılamaq üçün əlindən gələn səyi göstər və heç vaxt narahat halda bir kimsəyə şikayətlənmə. İnsan gərək bütün hallarda rahatçılıq və çətinlikdə, pullu və yoxsul olarkən də Allaha şükr etsin. Mütəal Allah Quranda səbr ilə şükürün bir yerdə rəayət olamalarını qeyd etmişdir və şükr edənlərə öz fəzl və minnətini küfr edənlərə isə şiddətli əzablara düçar olacağını vəd etmişdir.
“Bununla da öz qüdrətini bəzi dəlillərlə sizə göstərsin. Çünki bütün bunlarda bəlalara səbr edib, nemətlərin müqabilində şükr edən adamlar üçün nişanələr vardır”. 
“Ey Peyğəmbər! Sən onlara keçmiş ümmətlərə ariz olmuş müsibətləri və bəlaları xatırlat. Çünki bu xatırlatmada bəlalara səbr edib nemətlərin müqabilində şükr edən hər kəs üçün möhkəm nişanələr və ibrətlər vardır”. 
Yoxsulluğun faydalarını biləndən sonra ona tərəf meyli artmalı və bu işə ürəkdən sevinməlidir. Oğul, o vaxt ən varlı olan Qarunu Allah yerin altına çəkdi, ən yoxsul bir insan olan İsa peyğəmbəri isə göylərə qaldırdı. Qarşıya gələn hadisələrə görə Mütəal Allaha etiraz etməməlidir. Haram və şübhəli (haram ya halal olması bəlli olmayan) şeylərdən çəkinməlidir. Mütəal Allahın buyuruqlarını yerinə yetirməli, qadağan etdiklərinə yaxın düşməməli, yoxsulluğa görə gördüyü ibadətlərini azaltmasın və öz imkanına uyğun sədəqə verməkdən də çəkinməsin. Varlılarla çox da qarışıb qaynamamalı, onlara var-dövlətinə görə təvazö etməməlidir. Hədislərdə deyilmişdir ki, hər kim varlının evinə daxil olduqdan sonra varına xatir ona təvazö edərsə dinin üçdən biri, başqa bir rəvayətə görə dininin yarısı, başqa bir hədisə görə isə dininin üçdən ikisi gedər.
“Möminlərin müqabilində təvazökar ol”. Hər kəs varlının qarşısında özünü  alçaldarsa cənnətdə ona nəsib olacağı məqamları itirər. Hər kim varlıya varına xatir ehtiram edərsə, asimanlarda onu Allahın və peyğəmbərlərin düşməni adlandırarlar. Onun nə bir duası qəbul olar və nə istədiyini verərlər. Bu barədə başqa kitablarda müfəssəl yazılmışdır. Oğul, fəqirlik və miskinlik gətirən, qəm-qüssəni çoxaldan, adamın yaddaşını və ömrünü azaldan şeylərdən çəkinib, uzaq olmalı, ruzini çoxaldan, rahatlıq gətirən, ömürü uzadan və hafizəni gücləndirən şeylərə ciddiyyətlə əməl etməlisən. Bu barədə sənə yazmağı vəd etdiyim “Ədəb” kitabının sonunda inşaallah lazımı məlumatı qeyd edəcəyəm.  
Oğul, (Allah sənə imanı nəsib və münafiqlərin şərrindən hifz etsin) möminlərin, boynundakı qardaşlıq haqqını ödəməlisən ki, möminin mömin üzərinə düşən haqqı ödəməmiş və ya halallıq almamış onun üzərindən götürülməz və mömin o haqqı ödəməzsə qiyamət günü mütləq ondan tələb olunacaq və onun cəzasını çəkəcəkdir. Möminlərin hüquqlarını sənin üçün vəd etdiyim həmin kitabın bəzi fəsillərində inşaallah yazacağam.  

DÖRDÜNCÜ FƏSİL



ELM VƏ TƏHSIL ALMAQ, ELMIN FƏZILƏTI VƏ ONA DAIR VƏSIYYƏTLƏR

Oğul, (Allah səni razı olduğu işlərə doğru hidayət və gələcək işlərində səni keçmişdəkilərdən çox müvəffəq etsin) vəsiyyətlərimdən biri olan təhsil almağı sənə tövsiyə edirəm. Elm və təhsil almaq (dini) Allah tərəfindən vacib və onun vacibat və haramlarını öyrənməkdə necə mühüm və zəruri olmasından əlavə, elm özü zatən və bədihi olaraq xüsusi gözəllik fəzilət, şərafət, yüksək mərtəbə və dərəcəyə malikdir. Həm əqlin həm də hədislərin bu barədə nəzəri birdir. Əqlə gəldikdə icmali surətdə hökm edir ki, elm insanın heyvandan fərqləndirən ümdə cəhətidir. Lakin əqlin hökmünü təfsili surətdə açıqlasaq görərik ki, əql aləmi iki qismə “mövcud” və “qeyri mövcud”a, sonra mövcudu canlı və cansıza (camid), canlını heyvan və nəbatata, heyvanı şüurlu və şüursuza, şüurlunu isə alim və cahilə bölür. Bütün bu bölmələrdə şübhəsiz birinci qrup ikincisindən üstündür. O cümlədən də alim cahildən və sonda bu nəticəni alırıq ki, alim məxluqatın ən üstünüdür. Nəqli dəlillərə gəldikdə isə (Quran və hədislər) Quranın “Ələq” surəsində (çox müfəssirlərin dediyinə görə birinci surədir ki, Həzrət Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) nazil edilmişdir) Allah belə buyurur: “Bütün məxluqatı yaradan Allahın adı ilə oxu. O insanı bir parça laxta qandan yaratdı. O ki, sənin pərvərdigarın hər şeydən uca və əzəmətlidir. O kəsdir ki, qələm ilə (yazıb-oxumağı) öyrətdi. İnsana bilmədiyi şeyləri öyrətdi”. Mütəal Allah ilk mübarək kəlamını başlanğıcında birinci nemət olaraq “xilqəti” sonra onun ardınca ikinci nemət olaraq “elmi” qeyd etmişdir. Əgər elmdən yüksək bir nemət olsaydı onu qabaqca zikr etməzdi. Xüsusən, burada, Mütəal Allah insanın ən aşağı mərtəbədən (laxta qandan) ən üstün mərtəbəyə (elm mərtəbəsinə) çatdırılmasını bəyan edir. Quranın müxtəlif surələrində Mütəal Allah bu nöqtəyə işarə etmişdir: “(deyin görüm) Bilənlərlə bilməyənlər bərabərdirlərmi?! Bunu (öyüd və nəsihətləri) yalnız ağıl sahibləri yada salarlar (düşünərlər)”, “Hər kəsə hikmət verilmişsə ona çox böyük “xeyir” əta olunmuşdur” müfəssirlər hikməti bu iki nemətin: elm ilə əməlin birlikdə əta olunmağına təfsir etmişlər, “Bəndələrin arasında yalnız alimlər Allahdan qorxarlar”. Əksər ayələrdə Allah taala həqiqi və ilahi elm sahiblərini öz mübarək adı ilə bir yerdə zikr edibdir. Hərçənd o ayələrdə həqiqi elm sahibləri “Əhli-beyt”ə şamildir, lakin o ayələrdə elm kəlməsinin gəlməsi onun fəzilət və qiymətini sübut etmək üçün gözəl dəlildir. Abdullah ibn Məymun Əlqəddahın etdiyi rəvayətdə İmam Sadiq əleyhissalam Həzrət Peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) belə nəql edir: “Dini təhsil almaq üçün qədəm götürən kəs üçün Allah behiştə doğru yol açar, mələklər Allah xatirinə onun üzərinə qanadlarını açarlar, göy-lərdə və yerdə olanlar hətta dəryaların dibindəki köpək balıqları Allahdan onun bağışlanmağını istərlər, alimin abid üzərinə olan fəziləti on dörd gecəlik ayın ulduzlara olan nisbəti və fəziləti kimidir, alimlər peyğəmbərlərin varisləridir və peyğəmbərlər dinar-dirhəm yox elmi irs qoymuşlar və hər kim elmə sahib olarsa ona çox böyük nemət nəsib olmuş-dur”. 
Əsbəğ ibn Nubətənin Həzrət Əli əleyhissalamdan nəql etdiyi rəvayətdə gəlib ki, Həzrət buyurmuşdur: Elm öyrənin ki, elm öyrənməyin xüsusi savabı var. Onu öyrənmək Allahı sənə, bu sahədə axtarıb-araşdırmaq cihad, onu bilməyənlərə öyrətmək sədəqə, elm əhlini Allaha yaxınlaşdıran, halal ilə haramı ayıran və elmi sevib axtaranlara behiştə doğru yol açan bir vəsilədir, narahatçılıq vaxtı ülfət və munis, düşmənlərə qarşı silah və dostların bəzəyidir. Mütəal Allah elmlə bəzi insanları xeyir işlərdə ucaldıb, başqalarına rəhbər qərar verər. Əməlləri başqalarına ibrət dərsi və əsərləri isə nəsilbənəsil qorunub saxlanılar, mələklər onlarla rəfiq olmağa can atar və namazlarında onlara qanadlarını sürtərlər. Həqiqətən elm qəlblərə həyat, gözlərə işıq və bədənlərə qüvvətdir. Mütəal Allah elm sahibini “Əxyar”ların (behiştə yüksək bir məqam sahibləri) məqamına çatdırar və onlara hər iki dünyada həmsöhbət və ünsiyyətdə olmağı nəsib edər. Elmlə Mütəal Allaha ibadət və itaət olunar, onu tanıyıb, vahid bilmək olar, elmlə qohumluq əlaqələri saxlamaq və halalı haramdan ayırmaq olar, elm ağla yol göstərən və ağıl isə ona tabedir. Mütəal Allah onu (elmi) napaklara yox alicənab və bəxtiyar insanlara verər. Həsən ibn Əbu Həsən Farisinin nəql etdiyi hədisdə İmam Cəfər Sadiq əleyhissalam rəvayət edir ki, Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) belə buyurmuşdur: “Elm öyrənmək hər bir müsəlmana vacibdir. Eşidin! Allah elmə məhəbbət bəsləyənləri sevər”. Əbu İshaqın nəql etdiyi hədisdə Həzrət Əmirəl-möminin Əli əleyhissalam buyurur: “Ey camaat bilin ki, dinin kamil olması elm öyrənib ona əməl etməklədir, sizə elm öyrənmək mal toplamaqdan artıq vacibdir, mal sizin üçün qabaqcadan bölünmüş bir qismətdir ki, onu ədalət sahibi (Allah) sizin üçün bölmüş və özü də buna zamindir, öz vədəsinə vəfa edəcəkdir. Elm isə elm əhlində xəzinə olunubdur. Yaxşı bilirsiz ki, sizə onu öz əhlindən soruşub öyrənmək vacibdir. Bəs onda soruşub öyrənin”. Əbu Baxtərinin dediyi rəvayətdə İmam Sadiq əleyhissalam buyurmuşdur: “Alimlər peyğəmbərlərin varisləridir, çünki peyğəmbərlər dirhəm və dinar yox yalnız öz hədislərini miras qoymuşlar. Hər kim o mirasdan bir şey götürərsə çox böyük şeyə nəsib olar. Baxın görün bu elmi kimdən alırsınız. Bizim (Əhli-beytin) hər bir gələn nəsillərimizdə adil bəndələr çıxacaq ki, dində ifrat edənlərin təhriflərinin, yolunu azanların və cahillərin dindən çıxardıqları səhv fikirlərinin qarşısını alacaqdır”. 
Əbu Həmzə Sumali rəvayət edir ki, Həzrət Əli ibn Hüseyn (İmam Zeynəlabidin) əleyhissalam buyurmuşdur: “Camaat, elm öyrənməyin nə kimi faydaları olduğunu bilsələr hətta öz canlarını qurban və ya dəryalara baş vurub onu öyrənmək üçün can atarlar. Mütəal Allah Danyal peyğəmbər vəhy edib dedi: Bəndələrimdən mənə ən çox düşmən olanı elm əhlinin haqqını qiymətləndirməyən və onların göstərişlərinə əməl etməyən cahil adamlardır. Bəndələrimdən mənə ən sevimli olanı isə təqvalı olub axirət üçün çalışan, həmişə alimlərlə məsləhətləşən, rəftarında səbirli və həlim insanları nümunə bilən və hikmət və zəka sahiblərinin sözlərini eşidənidir”. Başqa bir rəvayətdə isə İmam Məhəmməd Baqir əleyhissalam belə buyurmuşdur: “Elmi fayda verən alim yetmiş min abiddən üstündür”. Müaviyə ibn Əmmar deyir İmam Sadiqə belə dedim: “Sizin hədislərinizi rəvayət edib camaata çatdıran, onların və şiələrinizin qəlblərini ruhlandıran və qüvvətləndirən şəxslə bunları etməyənin hansı biri üstündür? Həzrət buyurdu: Bizim hədislərimizi rəvayət edən və şiələrimizin qəlblərini qüvvətləndirən kəs min abiddən fəzilətlidir”. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) demişdir: “Yaşayışda yalnız iki nəfər xeyir görər” biri sözünə qulaq verilən alim, o biri isə eşidib, anlayan kəsdir”. İmam Sadiq əleyhissalam Bəşir Dəhhana demişdir: “Bizim səhabələrimizdən dinin buyruqlarında təfəkkür etməyən adamın xeyiri yoxdur. Ey Bəşir sizlərdən dini elmlərində bilikli və alim olmayan şəxs onlara (sünnü alimlərinə) möhtac olar. Bu vaxt o şəxs özü də bilmədən onların təsiri altına düşər”. Süleyman ibn Cəfərin İmam Sadiq əleyhissalamdan nəql etdiyi rəvayətdə Həzrət Əli əleyhissalam buyurmuşdur: “Alimin savabı gündüzləri oruc, gecələri ibadətlə məşğul olub Allah yolunda cihad edən bəndənin savabından çoxdur. Alim ölsə (dində) elə boşluq yaranar ki, qiyamətə kimi onun yerini dolduran bir şey tapılmaz”. “İblisi ən çox xoşhal etdiyi şey alimin (dini) ölməsidir”. İmam Musa ibn Cəfər əleyhissalam demişdir: “Mömin bir alimin ölümünə mələklər, üzərində ibadət etdiyi yerlər və əməllərinin keçdiyi göylərin qapıları ağlayarlar və islamda qiyamətə kimi doldurulması mümkün olmayan bir boşluq yaranar. Çünki dini alimlər islam üçün şəhərlərin ətrafına çəkilən möhkəm divarlara bənzəyərlər”. Bu mövzuya aid olan kitablarda çoxlu hədislərimiz var ki, müfəssəl zikr edilmişdir.    Oğul, (Allah işlərini avand etsin) bu (elm) böyük mərtəbə, yüksək dərəcə, hədsiz savab, gözəl və qiymətli mükafatı belə asanlıqla əldən vermə, dünyanın dəyərsiz nemətləri səni aldatmasın ki, elm öyrənməyi unudasan. Bu yolda aclığa, yoxsulluğa dözsən həmişəlik və əbədi nemət və izzətə nail olarsan. Hər zaman məvacib və ruzin azalarsada axirətdə Allahın sənə verəcəyi gözəl savab və əcrləri yada salsan yoxsulluğun çətinliklərini unudarsan. Sən özünü elmdən uzaqlaşıb dünyada malı toplamaqla (bir halda ki, dünya malının qiyməti çox azdır) məşğul olan kəs ilə müqayisə etsən görərsən ki, belə bir vəziyyətdə sən axirətdə fayda verəcəyi şeyləri ələ gətirmisən. Lakin onun isə axirətdə həm elmdən həm maldan əli boşdur. Oğul qənaətə riayət et, dünya və onun zinətlərini unut, ondan xeyir gözləmə. Dünya hətta peyğəmbərin nəvəsi İmam Hüseyn əleyhissalamı zülmlə alçaltdı və Yezidi ucaltdı. Ümumiyyətlə dünyanın işi belədir ki, fəzilətli insanları aşağı, liyaqətsizləri isə yuxarı qaldırar. Necə ki, İbn Sina şerlərindən birində buna işarə etmişdir: Zaman nə pis zamandır ürəyində Hər möhtərəm, fəzilətli insana kin saxlamış Görürsən ki, hər alçağa yer verib öz qəlbində Eşqin nəticəsində onlara meydan açmış. 
Oğul, elmin xatirinə təhsil yolunda qarşına çıxan hər cür çətinliklərdən heç vaxt narahat olma. Oğul, (Allah səni bəlalardan qorusun) dünyanın rahatlığı ondan uzaqlaşmaq və onu unutmaqdadır. Dünya rahatlıq yox, əzab, əziyyət evidir. Əgər ona meyl salsan cazibəlidir, səni özünə tərəf çəkər, öz ağırlıqlarını sənin üzərinə yükləyər və səni öz oxları ilə yaralayar. Ona meyl saldıqdan sonra da həmişə əzab-əziyyətdə olacaqsan. Çünki nəfs, dünya kimidir, heç vaxt gözü doymaz, hey tələb edər, arzusuna çatmayanda da insanı bəlaya salar. Əgər ondan yaxa qurtarsan rahat olacaqsan, mənəvi-ruhi hisslərin artacaq, nəfsi boğub əzabda çırpındığını gördükdə gözlərinə nur gələcək və axirət sənə aşkar olacaqdır. And içirəm oğlum, dünya məhəbbətini qəlbindən çıxarmağın elə ləzzəti var ki, ona məhəbbət göstərənlər bu ləzzətin mində birini belə dadmayıblar. Məqsədim dünyadan uzaqlaşıb “Sufiyyə” qoşulmaq, camaat arasında qəti surətdə yemək, içmək və geyimi azaldıb zahidlik etmək və bütün var yoxunu ehsan edib, özünü çətin vəziyyətə salmaq deyil.  Məqsəd Əhli-beytin göstərişlərinə əsaslanaraq dünyaya məhəbbət və meyl salmamaq, onun ləzzətlərindən əl çəkmək  və insanı əldə olan dünya nemətlərinə, axirətdə Allahın verəcəyindən ümidinin çox olmamağı, hər cür şəraitdə Allahın qəza və qədərinə tam şəkildə razı olmaqdır.  
Bu məna Abdullah ibn Əbu Yəfurun nəql etdiyi rəvayətdə çox gözəl bəyan olunmuşdur. Buyurur ki, bir nəfər İmam Sadiq əleyhissalama belə dedi: “İstəyirik dünya nemətlərindən bizədə nəsib olsun- dedikdə İmam buyurdu ki, əgər verilsə nə etmək fikriniz var? Dedi: istəyirəm onu özüm və ailəm üçün xərcləyəm, onunla qohumlarıma baş çəkəm və həccə gedəm. Həzrət buyurdu: Bunların heç biri dünya arzusunda olmaq deyil, əksinə axirəti qazanmaqdır”.  

TƏHSİLDƏ QƏSDİ-QÜRBƏT



Oğul, (Allah sənə hər iki dünyanın xeyrini nəsib eləsin) təhsil alarkən Allaha qəsdi-qürbət edib niyyətində pak, qəlbini dünyanın çirkin fikirlərindən uzaq, özünü elmlərə yiyələnməyə hazır, nəfsi rəzil sifətlərdən təmizləməli və onu fəzilətli sifətlərlə bəzəməli, şəhvət və qəzəb qüvvələrini cilovlamalısan. Əhli-beytdən bizə çatan hədislərdə bu barədə çoxlu məlumatlar var. Həfs ibn Qiyas nəql edir ki, İmam Sadiq əleyhissalam buyurmuşdur: “Hər kəs elmi Allaha görə öyrənib ona əməl edərsə onun adı asimanlarda əzə-mətlə yad edilər: bu bəndə Allaha görə öyrənmiş, Allah xatirinə əməl etmiş və Allaha xatir öyrətmişdir”.  
İbad ibn Suheyb Bəsrinin etdiyi rəvayətdə Həzrət belə buyurur: “Elmi öyrənənlər üç qismə bölünür, hər birini öz xüsusiyyətləri ilə tanı” birinci dəstə onu boşboğazlıq və yersiz mübahisə üçün, ikinci dəstə onu fırıldaq və hiylə üçün və üçüncü dəstə isə ona yiyələnmək və düşünüb dərk etmək üçün öyrənərlər. Birinci dəstə əziyyət və münaqişə edər, ləyaqətsiz adamların arasında söz açıb elm və helmdən danışar, zahirdə cilddən-cildə düşər amma onda təqvadan əsər-əlamət olmaz. Allah taala belələrinin burunlarını ovub zəlil edər. İkinci dəstə hiyləgər, lovğa və münafiqdir. Özü kimilərini aldadar, varlıların yanında təvazökarlıq göstərər, onların ən yaxşı varından yeyib dini əqidələrini zay edər. Allah həqiqi elmi onlardan alıb alimlərin sırasından kənara atar. Üçüncü dəstə isə həmişə əzab-əziyyət və zəhmətdədirlər, qaranlıq gecələrdə yerindən qalxıb, öz əbasına bükülüb Allahı çağırar, qiyamətin əzablarından lərzəyə gəlib zar-zar ağlayar və Allaha pənah aparar. Öz zamanında hamıdan ağıllı, həyatında çox ehtiyatlı olub heç kimə etibar eləməz. Allah onların özlərini və əqidələrini möhkəm və sarsılmaz edib, qiyamət günü də nicat verər”.  
Suleym ibn Qeysin Həzrət Əli əleyhissalamdan nəql etdiyi rəvayətdə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) belə buyurur: “İki nəfər var ki, heç vaxt doymaz” dünyapərəstlə elm aşiqi. Hər kəs dünyadan ona nəsib olan halal malla razılaşarsa nicat tapar və hər kəs haram yollarla mal ələ gətirərsə həlakətə uğrayar. Lakin tövbə edib düz yola qayıdırsa həlakətdən qurtular. Hər kəs elmi öz əhlindən öyrənib ona düz əməl edərsə nicat tapacaqdır və əgər onu dünyası xatirinə öyrənərsə nəsib olduğu şey yalnız dünya olacaqdır”. 
Əbu Xədicənin İmam Sadiq əleyhissalamdan nəql etdiyi hədisdə Həzrət belə buyurur: “Hər kim hədisləri-mizi (dini elmləri) dünyəvi mənfəətlər xatirinə öyrənərsə axirətdə ona bir şey nəsib olmaz və hər kim onu axirətdə xeyrini görmək məqsədilə öyrənərsə Mütəal Allah ona hər iki dünyanın xeyrini əta edər”. 
Həfs ibn Qiyas İmam Sadiq əleyhissalamdan belə nəql edir: “Əgər görsəniz ki, bir alim daha çox sizin malınıza meyl göstərir, dininizi xətərdən qorumaq üçün ona etibar etməyin”. “Allah taala Davud peyğəmbərə vəhy edib dedi: Heç vaxt özünlə mənim aramda dünyaya məftun olmuş alimi vasitə qərar vermə ki, mənə olan məhəbbətindən səni ayırar. Belələri həmişə mənim müridlərimin yolunu kəsərlər. Onlara verəcəyim ən sadə cəzam budur ki, qəlblərindən münacatımın ləzzətini çıxararam”. 
Səkuni nəql edir ki, İmam Sadiq əleyhissalam buyurmuşdur: “Peyğəmbər buyurur din alimləri nə qədər ki, dünyaya qoşulmayıblar peyğəmbərin əmanətdarlarıdır. Ondan dünyaya qoşulmağın mənasını soruşduqda Həzrət bunu onların “sultan”a tabe və saray əhlinə çevrilmə-ləri kimi məna etdi. Hər vaxt bu işi görsələr dininizi onların xətərindən gözləyin”. 
Ribi ibn Abdullahın nəql etdiyi hədisdə İmam Baqir əleyhissalam belə buyurur: “Hər kəs elmi alimlərin sırasına girib özünü öyüb, fəxr etmək ya səfeh və nadanlara özünü göstərmək yaxud camaatı özünə tərəf cəlb etmək məqsədilə öyrənərsə indidən öz yerini atəş üçün hazırlasın. Çünki rəyasət və məqam öz əhlindən başqasına layiq deyildir”. 
Oğul, məbadə elm öyrənəndən (dini hökmləri) və həqiqət sənə tam aydın olandan sonra günah edəsən. Çünki alimə həqiqət aşkar olduqdan sonra üzərinə düşən yük çox ağır və çətindir. Allah taala Qurani-Kərimdə buyurur: “Allahın yanında yalnız cəhalət və nadanlıq üzündən məsiyət edənlərin tövbəsi qəbul olacaqdır” 
Sadiq əleyhissalam Həfs ibn Qiyasa buyurur: “Ey Həfs, alimin bir günahı bağışlananca cahilin yetmiş günahından keçəcəklər”. 
Oğul, elm (dini) öyrənməyə başladıqda gərək özünə əməli saleh, dindar və təqvalı bir müəllim və ustad seçəsən ki, bundan qeyrisinin yolu azdırmamaq və zəlalətə salmamağına əmin olmaq olmaz. Burada İmam Sadiq əleyhissalamın bu ayə - “İnsan gərək yediyi təamına diqqət yetirsin” - haqqda verdiyi təfsiri bizim üçün gözəl dəlildir. Həzrət ayədə gələn təam kəlməsinin elmə işarə olunduğunu bəyan etmişdir.  
Oğul (Allah səni xeyir işlərdə müvəffəq və pis əməllərdən qorusun) rəhmətlik Şəhid Saninin təlim-tərbiyənin yolları barədə yazdığı “Munyətil-murid” kitabına mütləq müraciət etməli və onun faydalı məsləhətlərindən istifadə etməlisən. Çünki düzgün yolla yerinə yetirilməyən əməl heç vaxt şəriət tərəfindən bəyənilmir. O kitabda gələn ən mühüm göstərişlərdən biri, əməli saleh olan alimlərin, məxsusən ondan dərs aldığın ustadın ehtiramı haqdadır. Şəriətə görə insana üç nəfər ata hesab olunur, onlardan biri də ona dərs vermiş ustadıdır.  
Sabit ibn Dinar Sümali rəvayət edir ki, Həzrət Əli ibn Hüseyn əleyhissalam buyurmuşdur: “Ondan elm öyrəndiyin ustadın sənin üzərinə düşən haqqı belədir” onun və məclisinin ehtiramını saxlamalı, ona qulaq asıb, sözlərini maraqla dinləməli, səsin onun səsindən uca olmamalı, ondan bir sual soruşularkən cavab verməyib səbr etməli, dərs vaxtı məclisində başqası ilə danışmamalı, onun yanında qeybətə yol verməməli, birdən sənin yanında onu pisləyib təhqir etsələr onu müdafiə etməli, eyblərini örtüb, fəzilətlərini deməli, onun düşmənləri ilə oturub- durmamalı və dostları ilə də düşmənçilik etməməlisən. Əgər bu deyilənləri edərsənsə Allahın mələkləri şəhadət verərlər ki, məqsədində düzsən və elmi də Allaha xatir öyrənmisən”. 
Amma səndən elm öyrənənlərin sənin üzərində olan haqqı belədir: bilməlisən ki, Mütəal Allah verdiyi elm və qiymətli xəzinəsi ilə səni onların dini işlərində məsul təyin edibdir. Əgər sən onları heç bir çətinliyə salmadan gözəl təlim-tərbiyə versən, Allah da öz fəzilini çoxaldar və əgər sən elmi onlara öyrətməyib, yaxud elmi öyrənməkdə çətinlik törədərsənsə Allah elmi sənin əlindən alar, qəlbindən elmin mənəvi gözəlliyini silər və onların ürəklərindən sənə qarşı olan məhəb-bəti yox edər. 
Süleyman ibn Cəfəri rəvayət edir ki, İmam Sadiq əleyhissalam Həzrət Əli əleyhissalamdan belə nəql edir: “Alimin haqqı budur ki, ona həddən artıq suallar verməməli, ətəyindən çəkməməli, yanına daxil olarkən, kənarında bir dəstə adam əyləşmişsə hamısına salam verib, onunla xüsusi salamlaşmalı, arxasında yox, qarşısında əyləşməli, məclisində ona-buna göz ucu ya əllə işarə etməməli, sözlərinə müxalif olan başqalarının fikirlərini yersiz ortalığa atmamalı, onu uzun söhbətlərindən narahat olmamalısan. Alim xurma ağacına bənzər ki, meyvəsi yetişənə qədər gözləməlisən ta ondan bir şey sənin əlinə yetişsin”.  
Oğul, (Allah səni əməli saleh alimlərdən eləsin) mütləq öz bildiklərinə əməl etməlisən, çünki elm o vaxt qiymət tapır ki, sonradan ona əməl olunsun. Elə bu cəhətdəndir ki, əməlsiz alimi barsız ağaca bənzədiblər. Bunu da yaxşı bil ki, insanın öz bildiklərinə əməl etməməsi sonradan öz başına çox böyük bəla açar. Bunu deyən çox gözəl demişdir: “Bütün bəndələr (Allahın hökmlərinə) əməl etməyə borcludular, lakin alimin haqqında bu təklif qətidir”. Mütəal Allahın Peyğəmbərin öz xanımları barəsində buyurduğu hökmü burada bir dəlil kimi misal göstərmək olar. O ayədə buyurur, “əgər onlar günaha mürtəkib olsalar əzabları iki bərabər və əgər itaətkar olub yollarını azmasalar başqa qadınlara nisbətdə savabları da iki bərabər olacaqdır”.  
Süleyman ibn Qeys Hilalinin verdiyi mənbədə Həzrət Əmirəl-möminin Əli əleyhissalam Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən belə nəql edir: “Alimlər iki dəstəyə bölünürlər, bir dəstəsi öz elmlərinə əməl edib, nicat tapacaqlar, o biri dəstə isə bildiklərinə əməl etmədikləri üçün həlakətə uğrayacaqlar. Belə alimlərin murdar iyindən hətta cəhənnəm əhli də əziyyət çəkəcəklər. Cəhənnəm əhlindən ən çox peşman olub, həsrət çəkəni, o kəsdir ki, başqaları onun sözünə qulaq asıb behiştə daxil olacaq, özü isə öz elminin əksinə əməl edib, ehtiraslarına tabe və mənasız uzun arzularla ömrünü keçirdiyinə görə cəhənnəmə düşəcəkdir. Ehtiras-lara tabe olmaq adamı haqq yoldan uzaqlaşdırar, uzun arzular isə axirəti yaddan çıxarar”. 
İsmayıl ibn Cabir nəql edir ki, İmam Sadiq əleyhissalam buyurmuşdur: “Elm ilə əməl bir-birinə bağlıdır, hər kim bilsə əməl edər, hər kim əməl etsə bilər. Elm həmişə əməli səsliyər, əgər cavab versə (yəni insan öz elminə əməl etsə) elmə sahib olacaq. Əgər belə olmazsa, elm heç vaxt qəlblərdə yer salmaz”. 
Abdullah ibn Qasim Cəfərinin verdiyi mənbədə İmam Sadiq əleyhissalam belə buyurur: “Alim əgər öz elminə əməl etməzsə, yağış damcılarının saf daşın üzərində qalmayıb süzüldüyü kimi, onun da məsləhətləri ürəklərdə yer salmayıb süzülüb gedər”. 
Əli ibn Hamim ibn Bureyd nəql edir ki, bir dəfə bir kişi İmam Səccadın əleyhissalam hüzuruna gəlib ondan müxtəlif şeylərin barəsində suallar soruşdu. İmam da onların hamısına bir-bir cavab verdi. O yenidən bu cür suallar verməyə başladıqda, İmam Səccad əleyhissalam dedi ki, bunda “İncil”də vardır. İkincisi, bildiklərinizə əməl etməyincə heç vaxt bilmədiyiniz şeylərdən soruşmayın. Əgər elmə əməl olunmazsa sahibinin fikirlərində küfrdən başqa bir şey oyatmaz və onu Allahdan da uzaqlaşdırar.  
Nəql olunan rəvayətlərə görə, Həzrət Əli əleyhis-salam xütbələrinin birində belə deyirmiş: “Camaat, hər vaxt bir şeyi bilsəniz, ona əməl edin ki, ola bilsin hidayət tapasınız. Öz elminə əməl etməyən alim (dini hökmləri bilən şəxs) cəhalətdə qərq olmuş nadana bənzəyir. Onun üzərinə düşən hökm çox ağır və həsrəti də nadanınkından çox çəkəcəkdir, hər ikisinin axirət xurcunu boş olacaq və çox his çaşqın vəziyyətə düşəcəklər. Əsla bir şeyə şübhə ilə yanaşmayın ki, şəkkə düşərsiniz, şəkk etsəniz küfr edərsiniz, özünüzü boş buraxmayın ki, etinasız olarsız, haqqı yüngül tutmayın ki, ziyan görərsiniz. Haqq və həqiqətin şərti budur ki, onun barəsində diqqətlə düşünəsiniz və düşünüb dərk etməyin şərti budur ki, bildiklərinizə qürurlanmaya-sınız. Hər kim məsləhətə qulaq asıb öz qədrini bilərsə, Allahın ən itaətkar bəndəsi və hər kim nəticə çıxarmayıb özünü aldadarsa, onun ən günahkar bəndəsidir. Allaha itaətkar olan şəxsi aman və bəşarət, günahkar bəndəni isə, ziyan və peşmançılıq gözləyir”. 
Abdullah ibn Məymun Əlqəddahın verdiyi mənbədə İmam Sadiq əleyhissalam öz babalarından belə nəql edir: “Bir kişi Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) hüzuruna gəlib ona belə dedi: -Ey Allahın rəsulu, elm nədir? Peyğəmbər buyurdu: -Sükut. -Daha nə? -Dinləmək. -Daha nə? -Yadda saxlamaq. -Daha nə? -Ona əməl etmək. -”Daha nə, ey Allahın rəsulu?”-dedikdə Peyğəmbər belə buyurdu: -Onu yaymaq və bilməyənlərə çatdırmaq.  
Ey oğul, sənə vacibdir ki, elmi onun əhlinə öyrədəsən. Çünki məsum imamlardan bu haqda belə varid olub: “Elmin zəkatı budur ki, onu Allah taalanın bəndələrinə təlim verəsən.”  
“Həqiqətən Allah taala cahillərə elm öyrənməyi vacib etməzdən qabaq, üləmadan elmi cahillərə öyrətmək haqqında əhd-peyman alıb”. 
Bəli, başqa bir rəvayətdə gəlib ki, Həzrət İsa əleyhissalam Bəni İsrailə söylədiyi xütbəsində buyurub: “Hikməti cahillərə öyrətməyin ki, bununla ona (hikmətə) zülm edərsiniz və hikmət əhlini ondan məhrum etməyin ki, bu işinizlə onlara zülm etmiş olarsınız”. 
Ey oğul, (Allah taala sənin ömrünü uzun etsin, səni istədiyi və bəyəndiyi şeylərə nail olmaqda müvəffəq etsin) gərək öz ömrünü sair elmlərin təhsili üçün lazım olan miqdarda sərf edəsən, amma ömrünün qalan hissəsini isə “Fiqh” (din) elminin təhsilinə sərf etməlisən. Çünki elmin qiymətli olmasına səbəb ona əməl etməkdədir. Əməlində möhtac olduğun şey yalnız fiqh elmidir. Fiqh elminin vasitəsilədir ki, Allah taalanın əmrləri müəyyən olur və əncam verilir, qadağan etdiyi şeylər məlum olur və onlardan pərhiz olunur. Çünki fiqh elminin mövzusu (onlar Allah taalanın hökmlərindən ibarətdirlər) ən şərafətli mövzular-dandır. Bundan əlavə fiqh elmi camaatın məişət işlərini, dini əsaslara uyğun olaraq tənzim edir. Bu elmin vasitəsi ilə insan kamala yetişər. “Məalimul-üsul” kitabının müəllifi fiqh elminin əhəmiyyətini sübuta yetirmək üçün dəlil gətirdikdə çox gözəl deyib: “Bizim (müsəlmanların) əqidəmizə görə haqq budur ki, həqiqətən Allah taala əşyaları müəyyən bir qərəz və məsləhət üzrə xəlq edib. Şübhəsiz, yer üzündə insan bütün cisimlərdən şərafətlidir. Beləliklə onu (insanı) yaratmaqda mütləq bir məsləhət vardır. Mümkün deyildir ki, bu qərəzdə insana zərər yetirmək məqsədi güdülsün. Çünki bu iş yalnız “cahil” və “möhtac“ olan bir şəxs tərəfindən baş verə bilər və Allah taala bu cür naqislikdən uzaqdır. Bəs məlum olur ki, bu qərəz insaniyyətə fayda verməkdən ibarətdir. Bu faydanın Allah taalaya qayıtması caiz və mümkün deyildir. Çünki Allah ona möhtac deyil və O, hər cəhətdən kamildir. Belə olan surətdə labüddür ki, bu fayda və mənfəət bəndəyə şamil olsun. Dünyəvi mənfəətlər həqiqətdə mənfəət olmadığı üçün təkcə çətinlikləri dəf etməyə görədir və onlara heç vaxt mənfəət adı vermək olmaz, bəzi şəraitlər müstəsnadır. Heç ağla sığmır ki, bu cür şərafətli məxluqu (insanı) icad etməkdə qərəz, dünyəvi nemətlər olsun. Məxsusən bu nemətlər müvəqqətidir və eyni zamanda çətinlik və bəlalarla qarışıqdır. Belə olan halda məqsəd başqa bir şey olmalıdır ki, o da axirətdə veriləcək mənfəətlərdir. Həqiqətdə bunlar nemətlərin ən böyüyü və bəxşişlərin ən qiymətlisidir. Belə olan halda heç vaxt bir kəsə əvəzsiz verilməyəcək və bəndənin ona ləyaqəti nəticəsində hasil olacaqdır. Ləyaqət isə bu dünyada əməlin vasitəsi ilə ələ gəlir və əməl də qabaqcadan onun keyfiyyətinə (xüsusiyyətlərinə) vaqif olmaqla (bu isə fiqh elminin vəzifəsidir) hasil olur. Bu böyük mənfəəti ələ gətirmək üçün fiqh elminə doğrudan da ehtiyac duyulur”.  O, Əban ibn Təğlibin İmam Sadiq əleyhissalamdan nəql etdiyi rəvayəti gətirmişdir: “Çox istərdim əshabımın başları üzərin-də qamçı ilə dayanıb onları fiqh elmində çalışmaq üçün məcbur etsinlər”.  
Əli ibn Həmzənin İmam Sadiq əleyhissalamdan nəql etdiyi rəvayətdə deyilir: “Çalışın dinin hökmlərində fəqih olasınız. Həqiqətən sizlərdən dinində fəqih olmayan hər kəs bədəvi ərəb kimidir”.  Allah taala Qurani Kərimdə buyurur: “Gərək onlar dində fəqih və müctəhid olsunlar. Onlar təhsil alıb el-obalarına qayıdanda öz tayfalarını Allah taalanın hökmlərini bəyan etməklə onları Allah taalanın qəzəbindən qorxutsunlar. Bununla da onlar qorxub Allah taalaya itaət edəcəklər”. 
Müfəzzəl ibn Ömərin İmam Sadiq əleyhissalamdan nəql etdiyi rəvayətdə deyilir: “Həqiqətən hər kim Allah taalanın dinində fəqih olmasa Allah taala qiyamət günü ona etina etməyəcək və onun heç bir əməlini islah etməyəcəkdir”. 
Müfəzzəl ibn Ömər Həzrət İmam Cəfər Sadiq əleyhissalamdan belə nəql edir: “Allah taalanın dinində ictihad edib fəqih olun və bədəvi ərəblər kimi olmayın. Həqiqətən hər kim Allah taalanın dinində fəqih olmazsa Allah taala qiyamət günü ona nəzər salmaz və onun heç bir əməlini islah etməz”. 
İbrahim ibn Əbdulhəmidin İmam Kazim əleyhis-salamdan nəql etdiyi rəvayətdə deyilir: “Bir dəfə Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) məscidə daxil olanda gördü ki, camaat bir nəfəri dövrəyə alıblar. Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: -Nə olub belə? Dedilər:-Bu əllamədir (bilicidir). Həzrət buyurdu: -Əllamə nədir? Ərz etdilər:-Bu adam ərəblərin nəsəbləri, onların əhvalatları, cahiliyyət dövrü və ərəb şerlərinə hamıdan çox agahdır. Həzrət Rəsul (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: -Bu bir elmdir ki, onu bilməyənə heç bir zərər yetirməz və onu bilənə də heç bir fayda verməz. Sonra Həzrət (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: Həqiqi elm üç şeydən ibarətdir: Düzgün əqidə, əxlaq və sabit sünnətdən. Bu üç şeydən sonra bilməli nə varsa yalnız fəzilətdir”. 
İmam Baqir əleyhissalamdan nəql olunub ki, o Həzrət belə buyurub:  “Kamal-dində fəqih olmaq, müsibət-lərə səbr etmək və həyatda iqtisad və qənaətlə dolanmaqdan ibarətdir”.  
Həmmadın İmam Sadiq əleyhissalamdan nəql etdiyi rəvayətdə deyilir: “Hər vaxt Allah taala öz bəndəsinə bir xeyir vermək istəsə onu dinində fəqih edər”.  
Həzrət İmam Sadiq əleyhissalamdan belə rəvayət olunub: “Alimlər ümmətin əmin adamları, təqvalı adam-lar fəth olunmaz qalaları və vəsilər isə rəhbərləridir-lər”. 
Ey oğul, bil və agah ol! həqiqətən elmi müzakirə etmək ibadətdir və sən də elmi müzakirələrdən uzaq olma. Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: “Elmi müzakirə edib bir-biriniz ilə bəhs edin və bir-birinizə hədis nəql edin. Həqiqətən hədislər qəlblərin cilalayıcısıdır. Qılınc paslandığı kimi qəlblər də paslanır və qəlblərin pasını təmizləyən hədislərdir”.  
İmam Baqir əleyhissalam buyurub: “Allah taala rəhmət etsin elmi dirçəldən bəndəyə. Elmin dirçəlişi isə din və təqva əhlinin onu müzakirə etməsidir”.  
Ey oğul, (Allah taala səni elm öyrənmək və saleh əməllərdə müvəffəq etsin) əgər zamanın tələbinə görə zillətə və yaxud qeyri-şəri yollara düçar olmaqdan qorxub pul qazanmağa məşğul olsan da belə təhsildən kənar düşməməlisən. Belə bir zamanda günün bir hissəsini təhsilə, digər hissəsini isə qazanca sərf etməlisən. Rəvayətlər əsasında təcrübə olunub ki, insanların ruzisi əvəlcədən bölüşdürülüb, nə səy göstərməklə artar və nə az səylə azalar.  
Ey oğul, belə bir vaxtda bütün ömrünü təkcə öz güzaranını yaxşılaşdırmağa sərf edib, təhsili birdəfəlik tərk etməkdən özünü gözlə ki, nəticədə heyvan səviyyəsinə yaxud ondan da aşağı bir səvviyyəyə düşərsən. Bundan sonra dini vəzifələrini anlama-yacaqsan, oxuduğun Quran və dualar dilində lağlağaya çevriləcək, amma mənasını başa düşməyəcəksən. 
Oğul, mən rövzə oxuyub dolanışığını təmin etməyi sair qazanc yollarından sənə üstün bilirəm. Çünki rövzə oxumaqla sən, dini mətnləri araşdıracaqsan. Bu da sənin təhsilini davam etdirməyinə kömək olacaqdır. 
Oğul, əgər rövzə oxumağı özünə peşə seçdinsə dilini Əhli-beyt (əleyhimussalam)-a yalan və böhtan deməkdən qorumalısan. Hər vaxt məclisdə hər hansı bir müsibəti oxuyarkən onun səhih mənbədən nəql etdiyini (əgər varsa) qeyd etməli və ya savadlı, alim adamlardan eşitdiyin hekayətləri söyləməlisən. Elə güman etmə ki, camaatın ağlamağına səbəb, onlara çoxlu rövzə və müsibət oxumaqladır. Xeyr, əksinə hüzn, qəm və ağlamaq şiənin qəlbinə müsibəti gözəl bəyanla yetirməklə hasil olur. Buna görə də Əhli-beyt (əleyhimussalam)-dan hər birinin müsibətini oxumaq istədikdə əvvəlcə onun kəramətlərindən birini, sonra isə onun müsibətini zikr et. Çünki bunun qəlblərdə müsibətin təsir qoymağına böyük əhəmiyyəti vardır. Necə ki, bu, təcrübə və müşahidə olunmuşdur. 
Oğul, heç vaxt təbib olmağa meyl göstərmə. Çünki tibbin xətəri böyükdür və ağır nəticələri çoxdur. Sonradan o nəticələrdən qurtulmaq çox çətindir, məxsusən öz əlinlə müalicəni aparmış olsan.
Ey oğul, əgər təhsildə elmin yuxarı mərtəbəsinə yetişdinsə heç vaxt rəyasət arzusunda olma və nəfsini ona tərəf meyl etməyə qoyma. Çünki rəyasət insanı həlakətə çəkər, onun dinini məhv edər.  Həzrət İmam Sadiq əleyhissalamdan rəvayət olunub: “Hər kim rəyasət arzusunda olsa həlak olar”.  
İmam Sadiq əleyhissalam buyurub: “Rəyasətdən özünü qoru və camaatın dalınca sürünməkdən çəkinin. Ravi deyir: İmam əleyhissalama ərz etdim:    -Sizə qurban olum, mən dediyiniz rəyasəti başa düşdüm. Amma camaatın dalınca getmək məsələsinə gəldikdə isə, mənim malımın üçdən iki hissəsi bu yolla əlimə gəlir. Həzrət buyurdu: -Xeyr, məqsədim bu deyil. Heç vaxt bacarıqsız bir adama rəhbərlik verib onun hər sözünü təsdiq etmə”. 
Mən sənə agah, bu işdə təcrübə görmüş bir adam kimi xəbər verirəm ki, əgər bu işdə (rəyasət sahibi olsan) haqqın acılığını üzərinə götürüb onu müdafiə etsən, heç vaxt qəlbində rahatlığın olmayacaq və camaatın arasında da məzəmmət olunacaqsan. Amma əgər camaatın meyli ilə hərəkət etsən onda axirətini əlindən verəcəksən. Oğul, rəyasətdən yırtıcıdan qaçdığın kimi qaç. Çünki səni ibadətdən ayıran və camaat arasında məzəmmətə düçar edən bir şeyin heç bir xeyri yoxdur. Mən ömrümdə elə bir vəzifə sahibi görməmişəm ki, elminə, dininə vəfadar olsun və kənardan təzyiqlərə məruz qalmasın. Bəzən olub ki, adamın bütün malını və namusunu özlərinə halal, ona böhtan və söyməyi cai

və hətta onunla “Hərbi kafir” (yəni heç bir cəhətdən ehtiramı vacib olmayan kafir) kimi rəftar ediblər.


Ey oğul, məbadə rəyasətə çatmaq üçün müqəddimə və hazırlıq görəsən! Çünki bu işinlə özünü həlakətə aparar, rahatlığını və dinini əldən verərsən. Əgər hər hansı bir vəzifə icbari surətdə sənə tapşırılarsa onda sənə vacibdir ki, nəfsini hər an onun fitnəsindən qoruyasan. Çünki onun xətəri böyük, inhirafı çox, mənfəəti az və zərəri böyükdür. Onun acı nəticələrindən salamat qurtaranlar çox azdır.
Ey oğul, alim üçün ən qorxulu olan şeylərdən səni nəhayət dərəcədə çəkindirir və onlardan uzaq olmağı sənə tövsiyə edirəm: Onlardan biri qəzavət və hakimlikdir. Həqiqətən qəzavət xətərli zəhər və müalicəsi mümkün olmayan xəstəliyə bənzəyir. Oğul, ondan uzaq ol! Çünki qəzavət qədəmlərin haqq yolundan azdığı və sürüşdüyü yerdir. Məxsusən indiki zamanda dindarlar çox azdır və şeytanın bəndələri və hiyləgər adamlar çoxdur. Belə olan surətdə hansı ağıllı adam bir işin ki, sahibləri dörd qisimdir və o dörd qismin üçü cəhənnəmdə, yalnız bir qismi cənnətdə olacaq onu özünə peşə seçər?!  Hansı tacir bir ticarətə əl atar ki, faydası zərəri ilə bərabər olmaya?! Dindar olan bir adam necə Peyğəmbər və Peyğəmbərin vəsisinə (İmama) məxsus olan bir mənsəbdə əyləşməyə cəsarət edər? Kimdir o kəs ki, özünə arxayın halda o məqama layiq olduğunu iddia edə, amma həlakətə düşəcəyini ehtimal verməyə?
Ey oğul, (Allah taala səni xətalardan qorusun!) şeytanın sənin gözündə gözəl cilvələndirdiyi şeylərdən və onun xülyalarından çəkin. Elə güman etmə ki, hökm vermək daha sənə vacibdir. Belə etmə ki, sən də hökm verməklə bilməyərəkdən bədbəxtliyə düçar olasan. Oğul, əgər bir məntəqədə olasan ki, zehnini hər şeydən pak edib fikirləşəndən sonra sənə məlum ola ki, həqiqətdə fətva vermək vacibi eynidir (hər iki səciyyəni özündə cəm etdiyin üçün)  və əgər sən fətva verməyi tərk etsən camaatın namusunda, nəfsində, malında hərc-mərclik yaranar. Haqq sahibini tanısan hər iki tərəfi ehtiyata əməl etməyə vadar et və sülh yarat. İkincisi: Xəyanət Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) övladlarından və sair nəsillərdən olan fəqirlərin, miskinlərin haqqlarına xəyanət etmək. Bəzən bu xəyanət heç bir şəri səbəb olmadan özünün və əyalının yaşayışını firavanlaşdırıb onları sair yoxsullardan üstün etməklə olunar. Bəzən də yoxsulun malını sərf etməkdə nəfsin əmrinə tabe olub onu sahibinə çatdırmaqda xəyanət olunar.  Oğul, mənim ustadım və atamın (Allah taala onun dəlilini mənə işıqlan-dırsın) etdiyi vəsiyyəti sənə vəsiyyət edirəm: -Əgər mərcə (müctehid) oldun ilk mərtəbədə beytul-malı özün və əyalın üçün sərf etməkdən imkan daxilində imtina et. Hədiyyələrlə qane ol. Mən xatircəm deyiləm çünki sən əgər birinci dəfə lazimi qədər beytül-maldan götürsən sənin ürəyin bərkiyəcək və ondan sonra rifaha çatmaq dərəcəsi qədər götürməyə cürət tapacaqsan. Ondan sonra şadlıq edib kef çəkmək üçün ondan götürməyə cəsarət edəcəksən. Ondan sonra o malları özündən sonra övladların və əyalın üçün mülk yığmağa sərf etməyə cəsarət edəcəksən. Beləliklə öz nəfsinə həlakət gətirəcəksən. Ehtiyac (qiyamət) günündə əzaba layiq müstəhəqq olarsan. Həqiqətən hüquq (beytul-mal) şübhəli şeylər kimidir. Hər kim onun ətrafına dolansa ona giriftar olacaq. Bəli, əgər mərcəi təqlid və hüquq (beytul-mal) olmadın, onda beytul-maldan ehtiyacını dəf etmək üçün, lazımı miqdarda götürməyinin qorxusu yoxdur. Elə güman etmə ki, əgər sən beytul-malı özün və əyalın üçün sərf etməkdən imtina etsən acından öləcəksən. Həqiqətən ruzinin qəyyumu əmindir. Əgər səni beytul-maldan imtina etdiyini görsə onda sənə təyin etdiyi miqdarda hədiyyələrdən ruzi verəcək. Necə ki, qəti təcrübələr bunu sübuta yetirib. Oğul! Mən beytul-malı özümə və əyalıma sərfindən xərcləməkdən imtina etdiyimə görə çox təəccüblü nəticələr, çoxlu qəribə faydalar görmüşəm. O imtinadan qəlbimdə nur, ömrümdə bərəkət, itaət etməkdə tovfiq (müvəffəqiyyət) və zillətdən qurtuluş görmüşəm. Kərim və səxavətli olan Allahdan diləyirəm bütün bunları sənə əyani olaraq göstərsin, çünki bəyan əyan kimi ola bilməz. İkinci budur: oğul, beytul-malı sahibinə çatdıranda gərək qürbət qəsdi edəsən. Heç vaxt etdiyin bəxşişi puç olan dünyəvi niyyətlərlə əncam vermə. Beləliklə də məbada sənə xidmət edib təzim göstərənə əta edəsən və sənə yaxınlaşmayıb, sənə etina etməyənin haqqını kəsəsən. Heç bir şəri səbəb olmadan sənə yaxın olanın payını uzaq olanın payından çox edəsən. Bu işin sənə yaxın olduğuna görə və sənə sədaqət göstərdiyinə görə yox, əksinə bu işin verdiyin o adamın imanına və təqvasına görə olmalıdır. Gərək sənin əta etdiyin adamı şəri fəzilətinə görə başqalarından üstün edəsən. Çünki beytul-malı əta edib sahibinə çatdırmaq ibadətdir və ibadətdə qəsdi-qürbət etmək şərtdir. Bu qürbət qəsdi ilə boş və puç qərəzlər ziddiyyət təşkil edirlər. Əgər ibadətdə niyyət xalis olmasa onda haqqın sahibinin və fəqirlərin hamısının müqabilində borclu qalacaqsan. Qiyamət günündə sənin şəfaətçilərin sənə düşmən olacaqlar. Onda malı əlindən çıxardığın üçün dünyada ziyankar, qürbət qəsdi etmədiyin üçün də axirətdə ziyankar olacaqsan. Bununla da şairin dediyi bu şerin nümunəsinə çeviriləcəksən “Gördünmü nə iş gördü eşşək, özü zəhmət çəkdi, amma başqası xeyrini gördü.” Üçüncü: Fətva verməkdə tələsmək. Fətva verməkdə tələsmək böyük bir dərddir. Oğul, bu dərddən uzaq ol. Oğul, fiqhin bütün bölmələrini əhatə etməmişdən qabaq heç vaxt fətva vermə. Çünki fiqhin bəzi bölmələri biri-digəri ilə əlaqədardır. Mən dəfələrlə müasir alimlərin fətvalarında elə bir məsələyə rast gəlmişəm ki, müəyyən bir qaydaya əsasən icma (rəy birliyi) edilib yaxud da həmin məsələ barəsində icmanın əksinə və o bölməyə münasib olan əsasların zahirinə etimad edilib. Çünki onlar bu ünvanla əlaqədar olan ayrı bölmədəki azacıq bir əlaqəyə agah olmayıblar. 
Əgər sən “Vəsailüş-şiə” kitabının icarə bölməsində  (27-ci bölmə) qatırın icarəsi haqqında Əbu Vəlladdan nəql olunmuş rəvayətə nəzər etsən onda fətva verməyin xətasının nə dərəcədə böyük olmasını başa düşərsən. Əgər bir neçə dirhəmin haqqında düzgün olmayan fətva göyün yağışı dayandırmasına və yerin bərəkətini yox etməsinə səbəb olarsa onda malların, namusların və möhtərəm nəfslərin haqqında Allah taalanın nazil etdiyi hökmlərin əksinə fətva verməyin işi necə olacaq? Nəql edirlər ki, Əllamə Hilli oğluna yuxuda xəbər verib ki, “Əgər yazdığım “Əlfeyn” kitabı olmasaydı və Həzrət İmam Hüseyn əleyhissalamı ziyarət etməsəydim onda o kitabda verdiyim fətvalar məni bədbəxt edəcəkdilər”.       Halbuki, Əllamə Hilli Ayətullah idi. Fiqh elminə, rəvayətlərə, rəvayətlərin sənədlərinə və onları nəql edən ravilərin tərcümeyi-hallarına agah idi. 
Ey oğul! Fiqh elmini tam surətdə əhatəli mənimsəməmişdən qabaq fətva verməyi öhdənə götürmə. Hətta tam surətdə onu mənimsəməkdən sonra da bu məqamı öhdənə alma, yalnız naçar olan halda və fiqh elmini əhatə etmək, yalnız sənə sənin fətva verməyinə bağlı olan surətdə bunu edə bilərsən. Əgər imtina etməyin camaatın haqq yolundan azıb zəlalətə düşməsinə və cahillərin o məqamı ələ keçirməsinə səbəb olsa onda fətva ver. Dördüncü: Şöhrətpərəstlik. Şöhrətpərəstlik və cah-cəlal çox vaxt mərcəiyyətlə bir yerdə olur, əcri batil edib həlakətə səbəb olur. Oğul özünü ondan hifz et və hər an öz nəfsini ondan gözlə. Həqiqətən nəfs insanı pis işlərə tərəf sövq edir. Yalnız Allah taala rəhm edib onu saxlasa ondan qurtulmaq olar. Oğul Allah taala səni və məni nəfsi islah edib meyli ki, ondan uzaqlaşdırmağa müvəffəq etsin. Həqiqətən Allah taala öz bəndələrinə qarşı mehribandır və muradını əncam verməyə qadirdir. Beşinci: Təzvir. Təzvir özünü zahidliyə vurmaqla, zahiri gözəlləşdirməyə qənaət edib batinə əhəmiyyət verməmək və batinin zahirlə ziddiyyətli olmasından ibarətdir. Bu iş bizim zəmanəmizdə çox geniş yayılıb və o dərəcəyə yetişib ki, onunla məzəmmət olunuruq. Oğul, ondan pərhiz edib uzaq ol. Çünki o böyük olan Allaha qarşı gizli şirkdir. Bəlkə də aşkar şirkdir. O əmələ mürtəkib olan camaatı Allah taaladan uzaqlaşdırıb başqasına tərəf sövq edir. Batində olan şeylər heç vaxt məxfi qalmaz onların aşkara çıxması riyakarın camaatın nəzərindən düşməsinə və onun bəndələr arasında biabır olmasına səbəb olar. 
Oğul, tayfanın böyüyü ilə dost ol, bəlkə də hamısı ilə dost və rəfiq ol. Özünlə onun arasında olan anlaşılmazlığı islah etmək və hər bir cəhətdən zahirlə batin arasında bərabərliyi riayət etmək sənə vacibdir. Şair bu haqqda gözəl deyib: 
“Ey kaş, mənimlə sənin aranda bir abad edən olaydı. Mənimlə aləmlər arasında bir viranə var.” 

BEŞİNCİ FƏSİL

MƏIŞƏT IŞLƏRINƏ AID VƏSIYYƏTLƏR
MƏSKƏN, PALTAR, DOSTLA OTURUB-DURMAQ, AILƏ HƏYATI QURMAQ, HƏYAT YOLDAŞI ILƏ RƏFTAR VƏ ÖVLAD TƏRBIYƏ ETMƏK HAQQINDA VƏSIYYƏTLƏR

Oğlum, (Allah taala sənin işini avand və ömrünü uzun etsin. Allah səni razı olduğu işlərə nail edib sənin gələcəyini keçmişindən xeyirli etsin) sənə vəsiyyət edirəm o vaxta qədər ki, sənin yaşayışın ortabab, hətta haram işlərə düçar olmadan aşağı səviyyədə də keçsə Nəcəf şəhərində sakin ol və bir neçə şeyə görə zillətə qatlaşma. Onlardan biri budur ki, Həzrət Əmirəl-möminin əleyhissalamın öz qonşularını himayə edib onları adamların şərindən hifz etməkdə özünə məxsus səciyyə var. Necə ki, axırıncı on illikdəki təcrübə və qabaqkı əsrlərdəki müşahidələr buna dəlalət edir. Həzrət Əmirəl-möminin əleyhissa-lamın kəlamı bunu sübuta yetirib: “Nəcəf mənim hərəmimdir. Hər zülümkar pis niyyətlə ona tərəf üz qoysa Allah taala onun belini sındırar”. 


Həzrət Əmirəl-möminin Kufənin arxa nahiyəsinə (Nəcəfə) işarə edərək buyurub: “Hər bir zalım ora (Nəcəfə) pis niyyətlə hücum çəkibsə Allah taala onu qatili ilə dala qaytarıb”.  Həzrət əleyhissalam digər bir yerdə buyurub: “Hər vaxt dünyanın sair məntəqələrində bəla qulağın ucuna qədər olsa onda səndə topuğa qədər olacaq”.  Hər kim ağılları heyran qoyan bu tənəzzül edib fəsada uğradan zəmanəmizə diqqət etsə  bu rəvayətin mənasını başa düşəcək və Həzrət Əmirəl-möminin əleyhissalamın öz qonşusunu nə dərəcədə himayət etdiyini dərk edəcək. İkincisi budur ki” -Həzrət Əmirəl-möminin əleyhissalamın ziyarətində və onun yanında namaz qılmaqda böyük fəzilət var. Aqil adam özünü o fəzilətə nail olmaqdan məhrum etməz. 
Üçüncü: -Nəcəfdə sakin olmaq məcburi surətdə günahlardan uzaq olmağa səbəb olur. Çünki o günahların müqəddimələri sair məkanlarda olduğu kimi mümkün olmur. Dünyanın sair nöqtələrində üləma üçün müyəssər olan dünyəvi rəyasətlər kimi (məxsusən İran kimi) və bundan başqa şeylər ki, insaflı, dərrakəli adamdan gizli deyil. Əgər Nəcəfdə sakin olmaq sənin üçün müyəssər olmasa, yaxud Nəcəfdə sakin olmaq şəri hökmlərlə müxalifət etməyə bağlı oldu yaxud da zillətə düçar olmağa bais oldu onda sənə oradan xaric olmaq vacibdir və digər müqəddəs astanələrin birində sakin ol. Kərbəladan başqa hər hansı bir astanəni Nəcəfə müqəddəm et. Çünki hədisdə var ki, Kərbəlada sakin olmaq məkruhdur.  Məlum olan təcrübələr göstərir ki, Kərbəlada sakin olmaq ürəyin daşlaşmasına səbəb olur. Kərbəlada sakin olmaq insanın etinasız olmasına gətirib çıxarır.  
Oğul, o vaxta qədər ki, müqəddəs məkanı sənin yaşayışın harama mürtəkib olmağa və zillətə düçar olmağa səbəb olmayıb onlardan başqa şəhərlərdə yaşamaqdan pərhiz et. Çünki müqəddəs astanalarda yaşamağın axirət faydaları var. Hətta elə dünyəvi faydaları var ki, o faydalar onlardan başqa şəhərlərdə yoxdur. Oğul, əgər bu müqəddəs məkanların heç birində sakin olmaq sənin üçün müyəssər olmasa onda elə bir şəhəri yaşamaq üçün seç ki, onun əhalisi təqvalı, saleh, təmkinli, vüqarlı, dərrakəli və elmli olsunlar. 
Ey oğul, müqəddəs məkanlarda birində sakin olanda həmin məkanlara yaxın olan məhəllədə bir ev al. Çünki mənzilin məzardan uzaq olması bəzi vaxtlar qorxuya görə ya yağışa görə, ya şəhərdə olan fəsada görə, ya vaxtın azlığına, görə ya bunlar kimi sair işlərə görə ziyarəti tərk etməyə bais olur. Əgər müqəddəs məkanların başqa bir şəhərdə sakin olsan onda həmin şəhərin mərkəzində sakin ol. Çünki şəhərin mərkəzində sakin olmaq zərər-ziyandan salamat və uzaq olma deməkdir.  
Oğul, səy et imkan daxilində kiçik də olsa, yaşamaq üçün bir mülk və ya şəri cəhətdən yaşamağı caiz olan bir ev əldə edəsən. Çünki maliki olduğun və ya mülk misalında olan bir ev (kiçik də olsa) dünya və din cəhə-tindən geniş, icarə olan evdən yaxşıdır. Çünki icarə olunan evdə sakin olmaq zillət düçar olmağa bais olar.
Ey oğul, hər vaxt ev almaq və ya icarə etmək istəsən qonşular haqqında təkidlə axtarış et. Əvvəl qonşu sonra ev.  Həqiqətən mən bundan qafil oldum, nəticədə uzun müddət qonşularımdan mənə elə narahatçılıqlar yetişdi ki, onların bəzilərinə dözmək az qala mənim taqətimdən xaric oldu. Əgər Allah taalanın lütfü və hifzi olmasaydı onda mən xoşa gəlməz vəziyyətdə qalardım.
Ey oğul, əgər sənin məskəninin təmirə ehtiyacı olsa onda onun hamısını bir ildə təmir etmə. Hər il onun bir tərəfini təmir et. Əvvəllər təmir etdiyin yerin hamısını sökmə. Onun möhkəm olan yerini saxla. Çünki təcrübə olunub ki, hər kim evini bir ilin içində əsaslı surətdə təmir etsə o evdə sakin olmaq ona nəsib olmaz və ondan doymaz. Bundan əlavə möhkəm olan yeri sökmək malı tələf və israf etməkdir.
Ey oğul, evini hər cəhətdən əsaslı təmir etməkdən pəhriz et. Mal-dövlət sahibi olanda lazım olan miqdarı təmir etməklə qane ol. Çünki dünya əbədi qalmaq və şadlıq yeri deyil. Ondan o qədər istifadə et ki, sənə bəs etsin. Ehtiyacını yox etmək üçün lazım olan qədər dünya malı ilə qane ol. Qalan malları isə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in pak zürriyə-lərinə, şiələrin yaxşılarına, əta etməkdə onların subaylarını evləndirməkdə, onların kasıblarına kömək göstərməkdə və s. yerlərdə xərclə. Oğul, əgər imkanın olsa geniş bir ev al. Çünki insanın səadə-tindən biri hər iki dünyada evinin geniş olmasıdır. 
Oğul, Allah taala mənə və sənə o səadəti nəsib etsin. Ey oğul, sənə tövsiyə edirəm (Allah taala səni təqva paltarı ilə geyindirsin) orta səviyyəli paltarlardan gey ki, o cür paltarı varlı və yoxsul geyir. Çünki sən əgər yoxsul olsan o cür paltar geyməklə həddini aşmış sayılmazsan. Onunla camaatın mallarını və haqqını lazım olan miqdardan artıq xərcləməklə pis vəziyyətdə qalmazsan. Əgər varlı olsan orta səviyyəli paltar geyməklə xərcində dünyada zahid olarsan və fəqirlər sənə müsəllət olacaq. Çünki bu yaramaz dünya daim dəyişməkdədir. Əgər sənin nəfsin orta səviyyəli paltarları geyməyə adət etsə onda dünya malı səndən üz döndərəndə sənin yoxsul olmağın bilinməz. Əgər sənin nəfsin varlıların geydiyi paltarlara adət etsə, dünya səndən üz döndərəndə əgər adət etdiyin paltarları geyinməyə davam etsən onda öz nəfsini qüdrətin çatmadığı şeyə vadar etmiş olarsan. Bəzi vaxtlar ona görə harama giriftar olarsan. Əgər əvvəllər geydiyin paltarlardan aşağı dərəcəli paltar geysən onda həyatındakı boşluq, paltarındakı və üzündəki zillət zahir olar.
Ey oğul, nadir fəxri paltar geyməkdə, zahidlikdə və dəbdəbədə ifrata uğrama. Çünki bu iş qadağan olunub. Ən yaxşısı ortabab olmaqdır.  Oğul, paltar geyəndə şəri cəhətdən məqsədə uyğun paltarlardan gey. Pak və təmiz olsun. Ağlın və şəriətin hökmünə əsasən təmiz kətan paltar çirkin xəz paltardan üstündür. 
Ey oğul, (Allah taala sənə yaxşı dostlarla oturub-durmağı nəsib etsin) hər vaxt bir nəfərlə oturub-durmaq istəsən bax gör kiminlə oturursan. Çünki insan müsahibi ilə tanınır. Oğul, əqidəsi xarab, günahkar, şəxsiyyətsiz, rəzil, yaramaz, pis adət və əxlaq sahibi olan adamlarla oturub-durma. Çünki insan hər bir müsahibindən onun xislətlərini götürür. Oturub durmaq özü insana təsir edən bir işdir. Həzrət Əmirəl-möminin əleyhissalama mənsub olan külliyyat  bu dediyimi əhatə edib: “Cahil qardaşınla oturub-durma, ondan uzaq gəz.”. Nə qədər dünyada cahil adamlar var ki, onunla qardaşlıq edən aqil adamı həlak edib. Kişini onunla yol gedən adamla müqayisə edərlər. Hər bir şeyin başqa şeylər arasında bənzəri var. Rəvayət olunub ki, Loğman oğluna dedi: “Ey oğul! Öz elmin üçün bir dost seç”. Əgər müsahiblərini Allah taalanı zikr edənlərdən görsən onda onlarla otur-dur. Əgər özün alim olsan elmin sənə fayda verəcək və əgər cahil olsan onda onlar sənə öyrədəcəklər. Çünki bununla ümid edirəm ki, Allah taala onlara öz rəhmətini şamil edər və o rəhmət səni də onlarla bir yerdə əhatə edər.  
Həzrət Əbul-Həsən İmam Museyi Kazim əleyhis-salamdan rəvayət olunub: “Həqiqətən alimlə zibilliyin üstündə oturub söhbət etmək cahil adamla məxmər xalça üstündə söhbət etməkdən yaxşıdır”.  Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm)-dən rəvayət olunub: “Həvarilər (Həzrət İsa əleyhissalamın şagirdləri) İsa əleyhissalama dedilər: -Ey Ruhullah, biz kiminlə oturub-duraq? Həzrət İsa əleyhissalam buyurdu: -Hər kimin görüşü Allah taalanı sizin yadınıza salır, məntiqi sizin elminizin artmasına kömək edir və elmi sizi axirətə qarşı rəğbətləndirir onunla oturub-durun”.  
Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: “Din əhli ilə oturub-durmaq dünya və axirət üçün şərəfdir”.  
Əbu Cəfər İmam Məhəmməd Baqir əleyhissalam buyurub: “Etimad etdiyim adamla bir məclisdə oturub söhbət etmək mənim üçün bir ilin əməlindən etibar-lıdır”.  Əmirəl-möminin əleyhissalamdan rəvayət olunub: “Şəxsiyyətsiz adamla oturub-durmaqdan çəkin. Çünki şəxsiyyətsiz adam xeyrə tərəf aparmaz”.  
Şeyx Səduq (r.h) deyib: “Şəxsiyyətsizin” mənası  Haqqında gəlmiş rəvayətlər bir neçə surətdədir: “Şəxsiyyətsiz o kəsdir ki, özünün dediyi və başqasının onun haqqında dediyi sözlərə heç bir əhəmiyyət verməz”, “Şəxsiyyətsiz o adamdır ki, tənbur (tara oxşar musiqi aləti) çalar”, “Şəxsiyyətsiz o adamdır ki, ehsan onu sevindirməz və pislik onu naraht etməz”, “Şəxsiyyətsiz o adamdır ki, rəhbərlik iddiası edər, amma özü rəhbərliyə layiq olmaz”. Bütün bunlar şəxsiyyətsiz adamın sifətləridir. Hər kimdə bu sifətlərin bəzisi yaxud hamısı olsa belə bir adamla qaynayıb qarışmaqdan uzaqlaşmaq vacibdir. Bəli əgər günahkar və alçaq adamla oturub-durmaqdan məqsədin onu islah etmək və onu rəzil əxlaqlardan pak etmək olsa (onda pis adətləri kəsb etmədən və camaat arasında ittiham olunmadan) onda sənə onu islah etmək üçün lazımi qədər onunla oturub-durmaq vacibdir. Çünki kamil insan yalnız öz nəfsini tərbiyələndirib cəhənnəmin odundan özünü nicat verən adam deyildir. Əksinə kamil insan o kəsdir ki, başqasını da tərbiyələndirsin. Buna görə də “Əmr be məruf və nəhy əz münkər” ən mühüm vaciblərdən biri kimi qərar verilib. Əmr be məruf və nəhy əz münkər bütün vacib yetirməyə təkid edir. Çünki bu iki əməldə başqasını tərbiyələndirib onu günah etməkdən çəkindirib itaətə sövq etmək və onu cəhənnəmin odundan xilas etmək kimi xüsusiyyət vardır. Ey oğul! Əgər evlənmək istəsən (Allah taala sənə hər iki dünyada xeyir versin) evlənmək istədiyin qadının əsil-nəsəbini axtar. Çünki uşaq ondan doğulacaq. Çünki ona bətninin və südün uşağa təsiri var. 
Oğul, sənə vacibdir ki, evlənmək istədiyin qadında şəri cəhətdən bəyənilmiş sifətlərin olmasını nəzərə alasan. Oğul, o qadının nəsəbinin ar gətirən səbəblərdən salamat, imanlı və təqvalı olduğuna yəqin edəndən sonra səy et onun gözəl olub olmadığına agah olasan ki, o qadınla evlənməklə başqa arvadlarda gözün olmasın. Çünki arvadın gözəl olması onunla ünsiyyətdə olmağa və ondan başqalarından göz yummağa səbəb olar. Qadınlarla onların mallarına və gözəlliklərinə görə evlənməyin qadağan olmasına dəlalət edən hədislərdən məqsəd onların dindar olub-olmadıqlarını nəzərə almadan bu iki xüsusiyyətə (gözəllik və mal-dövlət) riayət etməkdir. Əks təqdirdə əgər onların dindarlığı nəzərə alınsa heç şübhəsiz gözəl qadınla evlənmək çox yaxşıdır. Hər kim rəvayətlərə müraciət etsə buna agah olar.  Həzrət İmam Rza əleyhissalamdan, babalarından rəvayət olunub: Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: Xeyri gözəllərdə axtarın. Çünki onların işləri gözəl olmağa daha ləyaqətlidir”.
Həzrət İmam Museyi Kazim əleyhissalamdan rəvayət olunub: “Üç şey göz oxşayar” Yaşıllığa baxmaq, axar suya baxmaq və gözəl çöhrəyə baxmaq”. 
Həzrət İmam Cəfər Sadiq əleyhissalamdan rəvayət olunub: “Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: Mənim ümmətimin ən yaxşı qadınları üzdə gözəl və məhriyələri az olan qadınlardır”.
Habelə əgər qadın saleh din və təqva sahibi olsa onda sənin onunla onun malına görə (əgər malı halal və malının haqqını (xüms və zəkat) ödəyən olsa) evlənməyinin heç bir qorxusu yoxdur. Hətta ey oğul, əgər sən kasıb olsan onda sənə vacibdir belə bir qadınla evlənəsən. Çünki onun malı onun övladlarına fayda verər və onların elm təhsilinə məşğul olmaları üçün kömək olar. Çünki elm təhsili üçün pulu olan qadın, yoxsuldan yaxşıdır. Lakin ey oğul, dindarlıq və nəcabət qeydi yadından çıxmasın. 
Ey oğul! Heç vaxt təzəcə nemətə yetişmiş sərvətli qadınla evlənmə. Çünki o, malın möhtacıdır. Mümkündür sənə qarşı lovğalıq etsin və səni alçaltsın. Nəticə də möhnətə və bəlaya düçar olarsan. Buna görə də təzə var-dövlətə yetişmiş adamdan borc almaq məkruhdur. 
Həzrət İmam Sadiq əleyhissalamdan rəvayət olunub: “Yalnız xeyir, bərəkət içində böyümüş adamlarla qaynayıb qarışın və müamilə edin”. 7-ci hədisin məzmunu da bu mənaya uyğundur. Həfs ibn Buxtəri deyir: Qəhrəman Həzrət İmam Cəfər Sadiq əleyhissalam üçün bir nəfərdən təam borc aldı. O adam borcu qaytarmaq üçün çox israr etdi. Həzrət İmam Cəfər Sadiq (əleyhissalam) ona dedi: Aya mən sənə deməmişəm ki, sonradan mal dövlətə yetişən adamdan mənim üçün borc alma?  Ey oğul, arvadını, qızlarını və sənə məhrəm olan sair qadınları evdə saxla. Onların çölə çıxmağına mane ol, yalnız zəruri olan miqdarda çölə çıxmağa onlara icazə ver. Çünki qadının digər qadınlarla ünsiyyəti çoxalsa və evdən çölə çox çıxsa dinini və dünyasını xarab edər. Buna görə də rəvayət edilir ki, qadınların danışmaqda aciz olanlarını sükutla və övrətlərini evdə saxlamaqla hifz edin.  Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: “Arvadlar məqsədlərini başa salmaq üçün danışmağa acizdirlər və övrətdirlər. Övrətləri evdə saxlamaqla və acizləri sükutla hifz edin”. 
Ey oğul, övladlarını (oğlanları və qızları) uşaqlıqdan şəri və əqli ədəblərlə tərbiyə et. Belə demə ki, “o, uşaqdır, Allah taalanın xitabı ona aid deyildir”. Çünki uşaq əgər uşaqlığın əvvəlindən tərbiyə olunmasa böyüyəndən sonra onu tərbiyələndirmək mümkün olmaz. Şair bu haqda çox gözəl deyib: 
“Balaca uşağını böyüməmişdən qabaq tərbiyə etmək üçün vur. Demə ki, o, uşaqdır, hələ həddi buluğa yetişməyib. Bəzən sənin uşağı vurmamağın böyüyəndən sonra onun qan axıtmağına və vəhşi olmağına səbəb olar”. 
Ey oğul! Övladına uşaqlıqdan dinin əsaslarını və aləmlərin rəbbinin hökmlərini təlim ver. Çünki uşaqlıqdan zehnə həkk olunan məlumat heç vaxt yaddan çıxmaz. Ona Kitabullahı xətm (Quranı) edəndən sonra “Kitabul-Həsəniyyə” və imamların  möcüzələri haqqında bəhs edən kitabları təlim ver. Qoy onun qəlbi İmamların (əleyhimussalam) məhəbbəti ilə dolsun və onun şiəliyi ata babadan təqlid üzündən olmasın. Əksinə gərək dəlil və sübut üzündən olsun. Uşağı tərbiyələndirmək üçün sənə lazım olan ən əhəmiyyətli üsullardan biri budur ki, tənha evdən çıxmağa qoymayasan və küçədə uşaqlarla oynamağına mane olasan. Hətta imkan daxilində evdə onu uşaqlarla oynamağa qoymayasan. Çünki uşağın təbiəti sürətlə hər bir şeyi əldə etməkdədir. Mümkündür bəzən o pis adət sahibi olan uşaqla qaynayıb qarışsın. Nəticədə uşaq ondan o pis adəti sürətlə özünə götürəcək. Hətta əgər uşaq elm öyrənməyə başlayanda onu onun yaşıdları ilə (hətta ondan böyük olanlarla) ünsiyyətdə olmağa qoyma. Yalnız elm öyrənmək və elmi müzakirələr etmək üçün lazım olan miqdarda ona icazə ver. Gərək uşağın elm öyrəndiyi və müzakirə etdiyi yer elə bir yerdə olsun ki, orada uşağın çəkindiyi üçüncü bir adam olsun. Onunla da uşaq üçün fitnə və fəsadın yollarını öyrənməyə imkan olmasın. Mən bütün bunları özüm təcrübədən keçirəndən sonra sənə danışıram. Çünki mənim uşaqlıqda oturub-durduğum, bəhs etdiyim adam özü saleh və saleh adamın oğlu idi. Mən ondan heç bir pis şey öyrənmədim və yalnız məni siqaret çəkməyə öyrətdi. Mən yaşa dolandan sonra o vaxt peşiman oldum ki, peşimançılığımın faydası olmadı. 
Mən siqaret çəkməyin zərərini və nə qədər bu zərərin çox olduğunu dərk edəndən sonra onu tərk etdim. Onu tərk etdiyimə gör mənə böyük ziyan dəydi. Ona görə də yenidən siqaret çəkməyə başladım. Çünki bəzən insanın təbiəti qidanı həzm etmək və bədəndəki artıq rütubəti (bəlğəmi) dəf etmək üçün siqaret çəkməyə adət edir. Siqareti tərk etməklə rütubət çoxalır və xəstəlik əmələ gəlir.
Ey oğul! Heç vaxt uşağı pula öyrəşdirmə. Uşağa pul vermə və onu xərcləməyi uşağa öyrətmə. Çünki bu işdə çox böyük bədbəxtliklər vardır ki, yalnız təcrübə edən adam onu bilir. Çünki əgər uşaq pulun faydasını başa düşsə uşaqlıqdan onun qəlbi pula bağlanar. O əlaqə onun qəlbindən çıxmaz. Nəticədə uşaq dünya malına və qızıla həris olar. Bundan əlavə bəzən uşaq pul tapa bilməz və onu ələ keçirmək üçün mümkün olan hər bir yola əl atar. Ona görə də böyük fəsadlara düçar olar. 
Ey oğul! Uşağı yaxşı yeməyə və yaxşı geyinməyə adət verməkdən çəkin. Çünki əgər uşaq onlara adət etsə və digər tərəfdən də zəmanə onun adət etdiyi şeylərdə ona yar olmasa həyatı daralıb qaralacaq. Amma əgər əksinə olsa uşaq ortabab və aşağı dərəcəli şeylərə adət etsə onda yaxşı şeylər onun əlinə keçsə şad olacaq. 
Ey oğul! Sənə lazım olan ən əhəmiyyətli şeylərdən biri övladlarını həddi-buluğ dövranının əvvəllərində evləndirməkdir. Oğul bunu etməklə onların dinini və şərəfini hifz etmiş olarsan. Oğul, kasıblıq səni bundan qorxutmasın. Oğul, əgər mənim sənə əmr etdiyim bu işi əncam verməsən onda mənə aqq olarsan və əgər mənimlə müxalifət etsən onda ruhum səndən razı olmaz. Oğul, əgər kasıb olsan imkanın daxilində oğlunu kasıb bir qızla evləndir ona qənaət etsin, bununla da Allah taala sənin yaxud onun işini qaydasına salsın. Sənə vəsiyyətimdən sözümün xülasəsi budur ki, dünya və axirət işlərində daim ağlını işlət. İşin aqibətini nəzərə alaraq şərən və əqlən üstün olan işi əncam ver. Allah taala səni bəyəndiyi işlərdə müvəffəq etsin. Sənin gələcək işlərini keçmişindən yaxşı qərar versin. 
Və səlləllahu əla Muhəmmədin və alihit-tahirin və lənətullahi əla ədaihim ila yəvmid-din (Məhəmməd və onun pak Əhli-beytinə Allahın salavat-salamı, onların düşmənlərinə isə qiyamət gününə qədər Allahın lənəti olsun!)
Yüklə 93,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin