Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə8/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   ...   4   5   6   7   8   9   10   11   ...   80

Nə qliyyat. Azərbaycan Xalq  Cü mhuriyyətinin yaradılması ərəfəsində ölkədə quru və su yolları,  xüsusən də dəmir 

yolu və boru kə mərləri nəqliyyat ə laqələrində mühü m rol oynayırdı. Bu  dövrdə dəmir yollarının  ü mu mi u zunluğu 954,2 k m  

idi.  Onun 498,2  k m-i Bakı - Böyük Kesik, 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


69 

 

187,8  k m-i  Biləcəri  -  Ya la ma,  189,2  k m-i  



Ulu xanlı  -  Culfa,  51,2km-i  Ələt  -  Zubovka  (indiki  Əli 

Bayramlı  şəhəri),  27,1  km-i  Bakı  -  Balaxanı,  Sabunçu  – 

Suraxanı  xətlərinin  payına  düşürdü.  Həmin  dövrdə 

iqtisadi və tica rət əhə miyyətli şose və torpaq yolların sıx 

şəbəkəsi də mövcud idi. Bu tip li yolların ü mu mi u zunluğu 

4169,1 k m, o  cümlədən şoseləşdirilmiş yolların u zunluğu 

1507,3  k m  id i  və  bölgələr  üzrə  aşağıdakı  kimi 

bölünmüşdü: 

Bakı quberniyası - 1507,3 km, o cü mlədən şose - 

484 k m;  Gəncə quberniyası - 1966,1 k m, o cümlədən şose- 

682,7 k m; Zaqatala  mahalı -  384,8 k m, o cümlədən şose - 

131,2 k m; Na xç ıvan və Şə rur - Dərə ləyəz qəza ları - 401,1 



k m, o cümlədən şose - 309,4 k m. 

Bu  yollarla  qəza  mərkə zlə rindən  dəmir  yolu  stansiyalarına  və  ə ksinə  yük,  sərnişin  daşınma ları  üçün  dördtəkərli 

furqon tipli arabala rdan və avtomobillərdən istifadə olun masına başlanmışdı. 

Bəhs  olunan  dövrdə  Azərbaycanın  əsas  su  yolları  Ba kıdan  Xəzə r  vasitəsilə  Salyan,  Lənkəran,  Ənzə li,  Port -

Petrovsk (Mahaçqala), Həştərxan  istiqamətlə rində  idi.  Xə zər t icarət donanmasında 17 böyük bu xar gə misi vardı. Dən izdən 

Yevlax  stansiyasına  kimi  554,7  km-lik  məsafədə  Kür  çay ından  da  gəmi  gediş-gəlişi  vard ı.  Kür  çayı  ilə  Salyanla  Yevlax 

arasında 10 gəmi işləyirdi. 

Birinci dünya  müharibəsi  (1914-18) ərəfəsində A zərbaycanda istifadədə olan  neft  kəmərlərin in ü mu mi u zunluğu 

834,7  k m-ə  çat ırdı.  Onun  525,9  k m-i   Bakı-Batu m  neft  kə mərinin   Azə rbaycan  sahəsinin,  263,5  k m-i   Abşeron  yarı-

madasındakı neft kəmərlərinin, 44,3 km-i Dəllər-Gədəbəy neft kəmərinin payına düşürdü. 

Müharibə dövründə, xüsusən də 1917  - 18  illərdə  xalq təsərrüfatında baş verən böhran və dağıntılar nəqliyyata ağır 

zərbə  vurdu.  Höku mət  başçısı  Fətəli  xan  Xoyski  Azə rbaycan  Parlamentinin  1918  il  26  dekabr  tarixli  ic lasındakı  çıxışında 

bildirmişdi  ki,  yaxın  keçmişdə  ölkənin  dəmir  yollarına  güclü  zərbələr  dəymişdir.  Birinci  zərbə  1917  ilin  sonu  -1918  ilin  

başlanğıcında Qafqaz cəbhəsindən qayıdan 500  min lik  Rusiya qoşunları keçib gedəndə vuruldu. Hərbçilər dəmir yolların ı, 

qatarları  söküb  dağıtdılar.  Digər  zərbə  hərc-mərclik  və  özbaşınalıq   nəticəsində  yaranmış  sahibsizlik  və  təsərrüfatsızlıq  

nəticəsində  dəydi.  Ən  ağ ır  zə rbə  isə  Bakı  uğrunda  döyüşlər  za manı  vuruldu.  Bakı  Xa lq  Ko mis sarları  Sovetinin  daşnak-

bolşevik qoşunları türk və Azərbaycan Xalq  Cü mhuriyyəti hərb i qüvvələrinin  Bakıya doğru irəliləməsinə mane olmaq üçün 

Ələt-Cu lfa  dəmir  yolunda  relsləri  sökdürdülər,  Kür  çayı  ü zərindən  salın mış  Qafqazda  ən  böyük  dəmir  yolu   körpüsünü 

yandırdılar.  Gəncə  ilə  Bakı  arasındakı  dəmir  yolu  magistralında  da  ziyankarlıq lar  törədildi.  Dəmiryolçuların  içərisində 

qeyri-a zərbaycanlıların ço xluq təşkil et məsi bütün bu düşmən ziyankarlıqlarının törəd ilməsinə əlverişli şərait yaradırdı. 

Müharibə və hərc-mərclik su nəqliyyatına da ağır  zərbə vurdu. Ticarət gəmilərinin   xey li hissəsi Azərbaycan sər-

hədlərindən  çıxarılıb  aparıldı  və  ya  yararsız  hala   salındı.  Qalan  t icarət  gə miləri  və  Bakı  liman ı  1918  il  noyabrın  29-dan 

ingilis  ko mandanlığının  s ərənca mına  keçdi.  Ticarət  donanmasını  idarə  et mə k  üçün  Ba kıda  "İngiltərə  dəniz  nəqliyyatı" 

şirkəti yaradıldı. 

Azərbaycan Xa lq Cü mhuriyyəti yarandığı ilk gündən xa lq təsərrüfatın ın bu vacib  sahəsinin bərpasına və inkişafına  

xüsusi  diqqət  yetirməyə  başladı.  Bu  məqsədlə  Yo llar  Nazirliyi  yarad ıld ı.  Bu  nazirlik  ilk  vaxtlar  dəmir  yolu  nəqliyyatına 

rəhbərlik edirdi. Azərbaycan Parla mentinin  1919  il 17  mart tarixli qərarı ilə bütün şose və torpaq yolları, onların üzə rindəki 

süni qurğular, yol  inşası və bərpası işləri də  Yo llar  Nazirliyin in sərəncamına verild i.  Həmin  il aprelin  2-də verilən qərarla 

ölkədəki avto mobil emalatxanaları və anbarları da Yo llar Nazirliyinin ixtiyarına keçd i. 

Yo llar Na zirliyi də mir yolu nəqliyyatını sahmana salmaq  üçün parovoz və  vaqon parkın ın tə miri, yeni neqliyyat 

vasitələrinin  a lın ması,  də mir  yolu  qulluqçularının  məvaciblə rin in  artırılması,  onlara  güzəştli  şərtlə rlə  ərzaq  verilməsi, 

parovoz  maşinistlərinə  və  onların  kö məkçilərinə  həqiqi  hərb i  xid mətdən  möhlət  verilməsi,  dəmir  yolu  stansiyalarının  

qaydaya  salınması,  mühafizəsinin  təmin  edilməsi  və  s.  kimi  mühü m  tədbirlər  gördü  (bax  Azərbaycan  dəmir  yolu 

məqa ləsinə). Bütün bu tədbirlə r te zliklə ö z bəhrəsini verdi. Art ıq 1919 il iyulun 15-dən Ba kı - Batu m istiqa mətində gündə 4 

cüt qatarın, həmin ilin sonundan isə Bakı - Po rt-Petrovsk (Mahaçqala) istiqamətində də ciddi qrafik üzrə gündə 4 cüt qatarın  

hərəkəti tə min edildi. 

1918  il  o ktyabrın  30-da  Bakı  ticarət  limanı  idarəsinin  fəaliyyəti  bərpa  edild i.  Ticarət  gəmiləri  ilə  Bakı  ilə  Port-

Petrovsk (Mahaçqala), Sa lyan, Lən kəran liman ları a rasında sərnişin və yük daşınması təşkil edildi. Höku mət in c iddi səyləri 

nəticəsində  1919  ildə  Bak ı-Batum  neft  k əməri  də bərpa  edilib  istifadəyə  verildi.  1919  ilin  avqust  ayında  ingilis  qoşunları 

Azərbaycandan çıxdıqdan sonra Bakı limanı və ticarət  donanması da Cü mhuriyyət Hö ku mətinin  sərəncamına keçdi, ölkənin  

ticarət gə miləri A zərbaycan Xa lq Cü mhuriyyətinin bayrağı alt ında üzməyə başladıla r. 

Azərbaycan  Höku məti  şose  yollarının   bərpası  üçün  1919  il  fevra lın  17-də   Yo lla r  Nazirliyin in  sərəncamına  1 

milyon manat kredit ayırd ı. Həmin il aprelin 24-də isə bilavasitə Yevlax-Şəki  şose yolunun təmiri və seldən 

 

 



70 

 

qorunması üçün bənd tikilməsinə 210  min  manat vəsait verildi. Hö ku mət nəqliyyat vasitələrin in təmiri və normal 



istismarı  məsələlərini  daim  diqqət  mərkə zində  saxlayırd ı.  1919  il  apre lin  28-də  Ba kıda  avto mobillə rin  ilkin  tə miri  və  

avtomobil  zavodunun s axlan ması üçün 175  min  manat vəsait ayrıldı. Hə mç inin,  Yo lla r  Nazirliyinə tapşırıld ı  ki, avtomobil 

zavodunun gəliri və xərc ləri haqqında əsaslı məru zə ha zırlasın. 

Azərbaycan Xa lq Cü mhuriyyəti o lduqca çətin və mü rəkkəb şəra itdə həyata keç irdiy i tədbirlə rlə ö lkədə  nəqliyyatın  

işini,  əsasən,  qaydaya sala  bildi.  Dəmir  yolu  və  su  nəqliyyatı,  neft  kəmərin in  istismarı  dövlət  xəzinəsinə  gəlir  gətirməyə 

başladı. 



Səhiyyə.  Rusiya  impe riyasının  ye ritdiy i  ayrı-seçkilik  siyasəti  nəticəsində  müstəmlə kə  əsarəti  alt ında  olan  d igər 

milli ucqarlarda olduğu kimi, A zərbaycanda da əhaliyə tibbi  xid mət ço x aşağı səviyyədə idi. Əhalinin sağlamlığını qoruyan 

dövlət  sistemi  yo x  idi.  İqtisadi  və  sosial  gerilik,  məişət  və  əmək  şəraitinin  aşağı  səviyyədə olması,  əhali  arasında  kəskin  

yoluxucu  xəstəliklərə  (ma lyariya, tra xo ma, vərə m və s.) qarşı pro fila ktik tədbirlə rin, de mək ola r ki, həyata keç irilmə məsi 

nəticəsində tez-tez ağ ır ep ide miya lar, kütləv i ölü m halları baş verird i. 

Azərbaycan Xa lq  Cü mhuriyyəti  Höku məti yarandığı gündən əhalinin  sağla mlığı qayğısına qalmış və  səhiyyə sa-

həsində  ciddi  tədbirlər  görmüşdür.  Bu  sahədə  ən böyük  uğurlardan  biri  ö lkən in  səhiyyə sisteminin  yaradılması  və  təşkili 

işlərinə bilavasitə rəhbərlik edən dövlət icra orqanının - Səhiyyə Nazirliy inin yaradılması idi. 1918 il iyunun 7-də Fətəli xan  

Xoyski tərə findən təşkil edilmiş  2-c i höku mət  kabinəsi  Gəncədə fəa liyyət göstərərkən Müsəl man Milli Şurası nəzdindəki 

qaçqın şöbəsi əsasında Azərbaycan Cü mhuriyyəti Xalq  Səhiyyəsi və Himayədarlıq Nazirliyi yarad ıld ı. Azərbaycanın ilk ali 

təhsilli cərrah həkimlərindən olan Xudadat bəy Rəfibəyli A zərbaycan Xalq Cü mhuriyyətinin xalq  səhiyyəsi və himayədarlıq  

naziri təyin edildi. 

Azərbaycan  Xalq  Cümhuriyyəti  Hö kumət i  Ba kıda  fəa liyyətə  başlayarkən  (1918,  sentyabr)  bu  nazirlik  əsasında  2 

yeni nazirlik yarad ıld ı: Xalq Səhiyyə Nazirliy i və Himayədarlıq və Dini Etiqad İşləri Nazirliyi. 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Parlament və Hökumət,  xüsusən də Xalq Səhiyyə Nazirliyi əha lin in sağ-

lamlığına  mənfi  təsir  göstərən  antisanitariya  ilə  ciddi  mübarizə  aparmağa,  xarici  mühit  və  məişət  şəraiti  ilə  bağlı  mənfi 

amilləri  aradan  qaldırmaqla  yolu xucu  xəstəliklərə,  ağır  epide miya lara  qarşı  profila ktik  tədbirlər  həyata  keçirməyə  başladı. 

Az vaxt içərisində  Gəncə yaxınlığındakı Zəyəm və Zurnabad kəndlərində taun (yoluxucu  xəstəlik) əleyhinə  məntəqə təşkil 

olundu. Səhiyyə şəbəkəsinin genişləndirilməsinə başlandı. Kənd yerlərində xəstə xanalar, a mbulatriyala r, feldşer məntəqələri 

və  s.  müa licə   müəssisələri  açıld ı,  yeni  tibb  ocaqlarının  bünövrəsi  qoyuldu.  Dövlət  tibb  müəssisələrini  dava-dərman la, 

avadanlıqlarla  təmin  etmək  məqsədilə  lazımi  tədbirlər  görü ldü.  Bunun  üçün  dövlət  aptek  anbarı,  laboratoriyası  və  s. 

yaradıldı.  A zərbaycan  Xalq  Cü mhuriyyəti  Parlamenti  və  Höku məti  sağlamlığ ın  mühafızəsinə  dair  vəzifələr  və  tədbirlər 

barədə bir sıra  qanun və qərarlar qəbul etdi. 

Cü mhuriyyət  Höku məti  tibb  xid məti  heyətini  genişləndirmək  məqsədilə  səhiyyə  sistemində  qısamüddətli  tibb  

işçiləri  kursları açdı.  Bütün bunların nəticəsi idi  ki, Xalq  Cü mhuriyyəti dövründə kənd yerlərində Səhiyyə Nazirliyinə tabe 

olan 33 kənd  xəstəxanası  fəaliyyət göstərirdi. On ların hərəsində  1 hə kim, 2 fe ldşer və  xid mətçi tibb bacıları işləy irdi.  Bu  

tibbi personal  6 çarpayılıq   kənd  xəstəxanalarında  xəstələrə  xid mət ed ir, ambulator  müalicəyə ehtiyacı olanlara  isə pulsuz 

tibbi yardım göstərirdi. 

Cu mh u riy y ə t in  s ə h iy y ə  n a ziri  Xu d a da t  bə y  Rə fib ə y li h ə mka rla r ı a ra s ın d a 

 

 



71 

 

Azərbaycan  Xa lq  Cü mhuriyyəti  dövründə  ölkənin  bütün  səhiyyə  qüvvələri  ermən i-daşnak  quldur  dəstələrinin  



törətdikləri  qanlı  faciələr,  vəhşiliklər  nəticəsində  d idərgin  və  qaçqın  salın mış  soydaşlarımızı  yerləşdirmək,  yaralılara  və 

xəstələrə t ibbi ya rdım göstərmə k sahəsində fəal  iştirak edir,  mü mkün o lan bütün tədbirləri görürdülər.  Bununla ə laqədar, 

Cü mhuriyyət  Hö ku məti  Gəncə  maha lında,  Şa ma xı,  Şuşa  və  b.  yerlərdə  xəstəxanala rın  aç ılmasına,  a mbulatoriyala rın  

təşkilinə, tibb  müəssisələrin in  lazımi dava-dərman və avadanlıq lar ilə  təchizinə da ir əlavə vəsaitin ayrılması üçün qərarlar 

qəbul  etmişdi.  Qaçqınla rın  daha  çox  o lduğu  yerlərdə  epidemiyala rın  qarşısının  alın ması,  sanitariya  tədbirlərinin  həyata 

keçirilməsi üçün əlavə 15 yeni həkim nəzarəti dəstəsi yaradılmışdı.  Bundan əlavə, dövlət, digər hərbi strukturların, təşkilat, 

idarə və müəssisələrin vəsaitinin bir h issəsi səhiyyənin təşkilinə və in kişafına sərf edilird i. 

Orduda  tibb  işçilərinə  rəhbərlik  etmək  üçün  Hərbi  Nazirliyin  tərkib ində  hərbi-sanitar  (xəstə)  hissəsi  adlı  bölmə 

yaradılmışdı.  Ordunun  sıraları  genişləndikdə,  Hö ku mətin  razılığı  ilə,  həmin  bölmə  ayrıca  idarəyə  çevrildi  və  onun  ştatı 

artırıldı.  Hərbi-tibb  kadrları  olmadığı  üçün  ordu  strukturundakı  tibb  ştatları  Səh iyyə  Nazirliy inin  sərəncamında  olan 

həkimlər hesabına ko mple ktləşdirilird i.  Həkimlər ya könüllü ş əkildə Hərbi  Na zirlik sistemində işlə məyə cəlb olunur, ya da 

icbari  qaydada  s əfərbərliyə   alınırdılar.  Sə fərbərliyə  alınan  həkimlərə   müvafiq  mə mu r  rütbəsi  və  dövlət  vəsaiti  hesabına 

xüsusi geyim verilirdi. 

Höku mətin  qayğısı  nəticəsində  tibb  xid mətinin  yaxşılaşdırılması  məqsədilə  hərb i  hissələrdə  əsgər  xəstəxanaları,  

Şuşada, Gəncədə, Bakıda hərb i xəstəxanalar açıldı. Xalq Cü mhuriyyəti Höku məti orduda tibb xid mətin in yaxşılaşdırılması, 

tibb obyektlərin in dava-dərmanla tə min edilməsi üçün 1919  ilin sonlarında  2  milyon 200  min  manat v əsait ayırdı.  Hərbi-

sanitar  kadrlarına  olan  ehtiyacın  aradan  qaldırılması  üçün  hərbi  nazirin  ə mri  ilə  hərbi  h issələrdə  2  aylıq  sanitar  kursları 

açıld ı. 1920 ilin əvvəllərində isə Şuşada hərbi-feldşer məktəbi fəaliyyətə başladı. 

Ali  təhsilli  t ibb  kadrlarına  olan  ehtiyacın  aradan  qaldırılması  üçün  ölkənin  ilk  a li  təhsil  ocağı  o lan  Ba kı  Dövlət 

Universitetində  tibb  fakü ltəsi  təşkil  olundu  (1919).  A zərbaycan  Xa lq  Cü mhuriyyəti  Hö ku məti  xa ric i  ölkələ rin   ali  təhsil 

ocaqlarında  da  tibbi  kadrların   hazırlan masına  xüsusi  diqqət  yetirirdi.  Bu  məqsədlə  Parlamentin  1919  il  sentyabrın  1-də 

qəbul etdiyi qanuna görə, Avropa ölkələrinə təhsil almağa göndərilən 100 nəfə r arasında tibb elminə yiyələnəcək tə ləbələr 

də vardı. 

Bu  dövrdə  qeyri-höku mət  tibbi  cəmiyyət,  birlik  və  təşkilatlarının  da  fəaliyyəti  geniş  vüsət  almışdı.  Bakı  şəhəri 



həkimlər  cəmiyyətinin  əsas  fəaliyyət  istiqa məti  sənayə  gigiyenası,  yatalaq  epide miyasının  aradan  qald ırılması  o lmuş dur. 

Cə miyyət  Ba kı  Dövlət  Universiteti  t ibb  fa kültəsinin  avadanlıq la  təchiz  ed ilməsinə  yardım  göstərmə k  üçün  Avropanın 

(İtaliya,  İsveçrə,  Almaniya)  aparıcı  klinikaları  ilə  əlaqə  yaratmışdı.  Bakının  tanın mış  həkimləri  təbabətin  mü xtəlif 

sahələrində elmi na iliyyətlərin  mübadiləsi  məqsədilə cə miyyətdə məru zələ r edird ilə r.  Onun nəzdində boş iş yerlərini qeydə 

almaq,  işsizləri  həmin  yerlərə  yerləşdirmək,  onlara  vaxtaşırı  yardım  göstərmək  məqsədilə  Həkimlərə  yardım  bürosu 

yaradılmışdı.  1919  ildə  Bakıda  təsis  edilmiş  qeyri-höku mət  tibb  cəmiyyətlərindən  biri  də  Uşaq  həkimləri  dərnəyi  idi. 

Dərnək  uşaqlar  və  yeniyetmə lər  a rasında  yayılmış  yoluxucu  xəstəliklərin  profila ktikası  və  müalicəsi  sahəsində  təcrübə 

mübadiləsi aparır, qabaqcıl  müalicə üsulların ın tətbiqinə səy göstərir, təbliğat və təşviqat işi ilə  məşğul olurdu. 1920  ilədək 

Azərbaycanda, artıq 353 həkim, 450 o rta tibb işçisi, 1123 yerlik xəstəxana var id i. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


72 

 

Azərbaycan  Xalq  Cü mhuriyyəti  Höku mət i  ya xın  



gələcəkdə,  xüsusilə  1920  il  ə rzində  kənd  yerlə rində  əhaliyə  

tibbi  xid məti  ya xşılaşdırmaq  məqsədilə   qə zala rda  kənd 

xəstəxanala rın ın  sayını  2  dəfə  artırmağı,  ölkəyə  la zım  olan  

dərman  preparatla rının  təchizi  işini  ya xşılaşdırmağ ı,  tibb  

müəssisələrini  mərkəzləşdirilmiş  şəkildə  dava-dərmanla 

təmin  et məyi  planlaşdırmışdı.  La kin   1920  il  aprelin  28-də  

Azərbaycanın bolşevik  Rusiyası tərəfindən işğalı nəticəsində 

Azərbaycan Xalq Cü mhuriyyətinin süqutu bütün bu planların  

həyata keçirilməsinə imkan verməd i. 

Dil 

siyasəti. 

Müstəqil  dövlətin  mühüm  at-

ributlarından  biri  olan  dövlət  d ili  məsələsi  yenicə  yaran mış 

Azərbaycan 

Xa lq 

Cü mhuriyyəti  Höku mətinin  d iqqət 



mə rkə zində  idi.  Cü mhuriyyət  Höku məti  1918  il  27  iyun 

tarixli qəra rı  ilə  o  za man türk d ili ad lanan Azərbaycan dilin i 

dövlət  dili  elan  etdi.  Həmin  qərar  Gü lüstan  (1813)  və 

Türkmənçay  (1828)  müqavilələri  ilə  Azərbaycanın  ikiyə 

bölünməsindən  sonra  ana  dilin in  dövlət  dili  kimi 

işlədilməsinə aid  ilk sənəddir.  Qeyd edilməlidir  ki, dövlət dili haqqında qərar Höku mətin  Gəncəyə köçdükdən sonra qəbul 

etdiyi  ilk  qərarlardan  birid ir.  Bu  fakt   Azərbaycan  Xa lq  Cü mhuriyyəti  Höku mətin in  dövlət  dili  məsələsinə  necə  mühü m 

diqqət yetirdiyini aydın göstərir. 

Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında qərara əsasən, ölkədə  məhkə mə, in zibati  idarəçilik və d igər 

vəzifələ rin   başında  duranlar  dövlət  d ilin i  la zımi  s əviyyədə  öyrənənədək,  Höku mət   müəssisələrində  rus  dilinin  də  

işlən məsinə yol verilirdi  (bax Azərbaycan dilinin dövlət dili elan olunması haqqında qərar). Lakin bu real şəraitdən doğan 

müvəqqəti tədbir olmuş və yalnız idarəçilikdə milli kadrların yetiş məsinə qədər olan müddət üçün nəzərdə tutulmuşdu. 

Qərardan sonra daxili işlə r naziri Behbud  xan  Cavanşir "Azərbaycan" qəzetinin  mü xb iri  ilə  müsahibəsində bildir-

mişdi  ki,  "Azərbaycan  müəssisələrində  rus  dilinin  işlədilməs...  hazırkı  dövrün  zərurətindən  irəli  gəlir.  Əlbəttə,  bu  çox 



davam  etməyəcəkdir.  Yüksək  vəzifədə  işləyən  və  türk  dilini  bilməyən  məmurlar  uzun  müddət  işləyə  bilməyəcəklər.  İki 

ildən  sonra  Azərbaycanın  bütün  müəssisələri  milliləşdiriləcəkdir.  Türk  dilini  bilməyən  məmurlar  isə  vəzifələrini 

itirməməkdən ötrü bizim dili öyrənməli olacaqlar". 

Höku mət qeyri  millətlərdən olan Azərbaycan vətəndaşlarının dövlət dilini öyrən məsi üçün tədbirlə r görürdü. 1919 

ilin sentyabrında türk dilin in öyrədilməsi üçün kurslar təşkil edilmişdi və bu məqsədlə 351 min manat vəsait ayrılmışdı. 

Parlament  üzv ləri  A zərbaycan  türk  dilinə  vaxtaşırı  münasibət  bild irird ilər.  Parlamentin  1919  il  avqustun  21-də 

keçirilən  iclasında  gündəlikdəki  məsələ  -  Bakı  Universitetin in  açılması  ilə  bağlı  deputatların  çıxışlarında  dil  məsələsinə 

xüsusi diqqət yetirilmişdi.  Çıxış edənlərin, demək olar  ki, hamısı universitetdə, ölkən in bu ilk ali  məktəbində tədrisin hansı 

dildə aparılması məsələsinə böyük əhəmiyət vermişdilər. 

Bakı  Universitetinin  açılması  məsələsinə  həsr  olunan  təkcə  elə  bu  iclasda  Azərbaycan  dilin in  dövlət  dili  kimi 

inkişafı,  onun  tədris  və  təhsil  işində  yeri  haqqında  ciddi  mülahizələr  səslənmişdi.  Parlamentdə  sol  müstəqil  Abdulla  bəy 

Əfəndizadə  deyirdi:  "İndiki  darülfununu  yetişdirən  müəllimlər  gərək  türk  dilinə  aşina  olsunlar.  Ona  görə  də  lazımd ır  ki, 

darülfünuna elə  müəllimlər dəvət edək ki, türk d ilini yaxşı bilsin... Hər şöbədə, necə ki, qeyd olunubdur, türk dili  məcburi 

olsun. Bir  məcburi de məklə o lma z.  Gə rək bunun proqramı o lsun...". Tədrisdə ana dili  məsələsinə böyük əhəmiyyət verən 

məc lis üzvü universitet mə zunla rın ı nə zərdə tutaraq, bu məsələnin vacib liy ini bir daha vurğulayır: "Bir şə xs ki, darülfünunu 

ikmal etdi... edadidə tədris edəndə də darülfunundan özünə götürdüyü elmləri  la zımdır  ki, gö zəl ədəbi türk dilində tədrisə 

müqtədir o lsun". Göründüyü kimi, A.Əfəndizadə tədris işində dövlət dilin in zəruriliyin in tam tələb karı kimi çıxış etmişdi. 

Parla mentdə "Müsavat" və bitərəflər fraksiyasının üzvü  Yusif bəy Əhmədzadə də eyni fikirdə idi: "Biz  istərdik  ki, 

hər bir təsisat ki, yapırız, onu öz dilimizdə yapa idik. La zımd ır ki, hər b ir millət ça lışıb yoldaşa elmdə  bərabər olsun. Gü man  

ediyorum ki, hər bir tesisat öz dilimizdə o la". 

"Əhrar"  fraksiyasına  daxil  o lan  məclis  üzvü  Mu xtar  Əfəndizadə  məsələni  qəti  qoyur:  "Qonşularımız  ermən i  və 

gürcülər  bizə  gülüyorlar:  "Bizim  (yəni  ermən i  və  gürcülərin)  məmləkətdə  ana  dili  işlədig i  halda,  hənuz  rus  dili  işlənir". 

Parlament üzvlərin in bu çıxışları, istisnasız o laraq, Höku mətin "Dövlət dili haqqında qərarı"na uyğun idi. 

Ana dilinin dövlət dili elan edilməsi  ilə əlaqədar olaraq, təhsil  müəssisələrinin  milliləşdirilməsi qarşıda duran əsas 

məsələ lərdən  idi. A zərbaycan Xa lq  Cü mhuriyyəti  Höku məti  1918  il avqustun 28-də  ibtida i və  orta təhsil  müəssisələrində 

təhsilin ana dilində aparılması haqqında qərar qəbul etdi. Qəra ra görə, bütün ibtidai tədris müəssisələrinde tədris ana dilində 

aparılır, eyni zamanda, dövlət dili 



73 

 

icbari qaydada tədris olunurdu (bax hə mçinin Xalq maarifi bölməsi). 



1918  il  dekabrın  27-də  Azərbaycan  Xalq  Cümhuriyyəti hərbi naziri  Səməd bəy Meh mandarovun 34 saylı əmri ilə 

Azərbaycan-türk dili orduda da dövlət dili qəbul edilmişdi. Bununla bağlı, hərbi nazir orduda xid mət edən, lakin dövlət dilini 

bilməyən  zabitlə r  qarşısında  belə  bir  tələb  qoydu  ki,  bir  ay  müddətində,  heç  olmasa,  komanda  sözlərin in  azərbaycanca 

qarşılıq larını  öyrənsinlər  və  əsgərlərə  A zərbaycan  dilində  komanda  versinlər.  Bir  ay  müddətində  bu  tələbi  yerinə  yetirə 

bilməyən  zabit lər  dərhal  ordudan  xaric  edilmə li  idilər.  Azərbaycan  dilinin  öyrədilməsi  və  savadsızlığ ın  ləğvi  üçün  orduda 

müvafiq kurslar yaradıldı və həmin kursların aparılmasına təcrübəli  mütəxəssislər cəlb olundu. Höku mət 1919  il fevralın 11-

də Azərbaycan milli ordusunda türk dilində süvari qoşunları niza mna məsinin təsdiqi haqqında qərar qəbul etmişdi. 

Cü mhuriyyət  Höku mətin in başçısı  Fətəli  xan  Xoyskinin çıxışlarında dövlət d ili sahəsində görülən işlər barəsində 

vaxtaşırı  verilən  məlumatlar  ana  dilinin  Höku mətin  daim  d iqqət  mərkəzində  durduğunu  göstərirdi:  "Şimdi  məktəblər 

milliləşdilər. İbtidai məktəblər və bəzi sini flər milliləşmişlər, bir çox yeni məktəblər açılmışdır" və yaxud "İmdi şükürlər 

olsun bir çox ədliyyə idarələrinə türk dili bilən adamlar təyin edilmişlər". 

Azərbaycan  dilin in  sözün  əsl  mənasında  dövlət  dili  kimi  işlən məsi  təcrübəsi  geniş  şəkildə  ilk  Azə rbaycan  Par-

la mentinin dilində əksini tapmışdır.  Dövlət idarə lərində müəyyən müddət ərzində rus dilinin  işlənməsinə də ica zə verilməsi 

Parla mentə  aid  deyildi.  Ona  görə  də  Parlamentdə  dillə rin  işlən məsi  məsələsi,  təbii  o laraq,  qanunverici  hakimiyyətin, 

Parlament üzv lərinin öhdəsinə buraxılmışdı.  Parlamentin istifadə etdiyi dil dövlət dili statusuna malik Azərbaycan türkcəsi 

idi. Qeyri-yerli  Parla ment nümayəndələri ç ıxışların  rus dilində olmasını təklif etdikdə,  Parla mentin  iclaslarından birində bu 

məsələ  ayrıca  müza kirə  olun muş  və  bu  xüsusda  qərar  qəbul  edilmişdi.  Qərara  əsasən,  Parlamentin  rəsmi  dili  Azə rbaycan 

türkcəsi elan olunmuş, digər  millətlərin nü mayəndələrinin  rus dilində çıxış etmələri  məqbul hesab edilmişdi.  Bununla belə, 

rəsmi sənədlərin hamısı dövlət dilində tərtib edilird i.  Dövlət dilində olmayan sənədlərin  üstündə Parla mentin sədr  müav ini 

Həsən bəy Ağayev, adətən, belə bir mə zmunda dərkənar qoyurdu"Ərizə türkcə lisanda olmadığı iiçün əncamsız qalır". 

İlk Azərbaycan Parlamentin in dilin in özünəməxsusluğunda bir məsələni  xüsusilə qeyd etmək gərəkdir: dövlətin bu 

ali orqanında yazılı dillə şifahi nitq arasında ciddi fərq olmuşdur. Bəzi istisnalar nəzərə alın mazsa, sənədlərin, təkliflərin d ili 

ümu mi, bəlkə də, məcburi bir prinsipə əsaslanmış, şifahi nitqdə isə, bir qayda olaraq, sərbəstliyə imkan verilmişdir. 

Azərbaycan  Xalq  Cü mhuriyyətinin  Parla ment  dilində  çıxış  etiketi  də  dil  ba xımından  maraqlıdır.  İclas  protokolla-

rında  Parlament  üzvlərin in  aşağıdakı  müraciət  formalarına  rast  gəlinir:  "Həzərat",  "Möhtərəm  parlament  əzası", 

"Əfəndilər", "Möhtərəm məbuslar", "Möhtərəm məclis üzvləri", "Möhtərəm Azərbaycan parlament əzası", "Möhtərəm 

əzalar", "Möhtərəm parlament əzaları", "Möhtərəm məclis əzaları", "Möhtərəm parlament iizvləri". 

Azərbaycan Cü mhuriyyəti Parla mentində iclasla rın gedişi və protokollardakı re marka ların dili xeyli sadə və bir ço x 

cəhətdən indiki parla mentdəkindən a z fə rqlənirdi. Bununla belə, ö zünə mə xsusluqlar ço x idi. 

İclasların gedişində, bəzi gərgin liklər nəzərə alın mazsa, dil etiketi yetərincə gözlənilirdi.  Nəin ki təhqiredici, hətta 

kobud, qəzəbli mürac iətlə r, hədələ r ölkənin ilk Parla mentin in ic laslarına yad olmuşdur. 


Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin