Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə7/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   2   3   4   5   6   7   8   9   10   ...   80

Sosial-iqtisadi   vəzi yyə t.  Cü mhuriyyət  Hö ku məti  ict ima i-siyasi  həyatın  digər  sahələrində  olduğu  kimi,  müstəqil 

milli  iqtisadiyyat  quruculuğu  və  sosial  sahədə  də  mühüm  tədbirlər  həyata  keçirirdi.  "Azərbaycan  Xalq   Cü mhuriyyətinə 

abidə ucaldılması haqqında" Azərbaycan Respublikası Pre zidentinin s ərəncamında göstərildiyi  kimi, "Gərgin və mürəkkəb 

ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, 

mədəniyyət,  təhsil,  hərbi  quruculuq  və  sair  sahələrdə  həyata  keçirdiyi  işlər  xalqımızın  tarixində  dərin  iz buraxmışdır" 

(Heydər  Əliyev).  A zərbaycan  Xalq  Cü mhuriyyəti  müstəqil  Azə rbaycan  ideyasını  müstəqil  A zərbaycan  iqtisadiyyatı 

yaratmaqla  reallığa  çevirmə k  üçün  ciddi  addımlar  atdı.  İstiqlalın  görkə mli  öndərləri  olan  Məhəmməd  Əmin  Rəsulzadə, 

Fətəli  xan  Xoyski,  Əlimərdan  bəy  Topçubaşov  və başqalarının  sosial-iqtisadi  ba xışlarında  elə  bir  de mokrat ik  cə miyyətin 

qurulması nəzərdə tutulurdu ki, orada vətəndaşlar arasında siyasi bərabərliyin bərqərar edilməsi ilə yanaşı, sosial ədalətsizlik 

də  aradan  götürülsün.  "Fikri,  milli  və  siyasi  istiqlalların  kökü  iqtisadi  istiqlaldır"  (M.Ə.Rəsulzadə)  konsepsiyası 

Azərbaycan Xalq Cü mhuriyyətinin bütün fəaliyyəti dövründə daim diqqət mərkə zində saxlanılırdı. 

Azərbaycan Xa lq  Cü mhuriyyətinin  iqtisadi p latformasında  mü lkiyyət plüra lizmi-dövlət  mü lkiyyəti,  xüsusi, şə xsi, 

səhmdar,  bə lədiyyə  mü lkiyyəti  və  digər  mü lkiyyət  forma larının   inkişafı  üçün  bərabər  imkanlar  yaradılması  nə zərdə 

tutulurdu. 

Bolşevizmdən  fərqli olaraq,  Cü mhuriyyət liderləri  fabrik,  zavod, torpaq və digər əsas istehsal vasitələri ü zərində 

xüsusi  mülkiyyəti  rədd  etmird ilər.  Əksinə,  hesab  edirdilər  ki,  "bu  cür  mülkiyyəti  tamamilə  aradan  qaldırmaq  indiki 



vəziyyətdə insanların şəxsi təşəbbüs qüvvətini zorakı olaraq aradan götürür".   

 

 

 

 

Eyni  zamanda,  xüsusi  mülkiyyətin  miqyası  müəyyənləşdirilir, bu  işdə ifrata varmağın   zərərli olduğu göstərilirdi. 

Qeyri-məhdud  mü lkiyyət  hüququ  və  mənimsə mədə  ifratçılıq  xüsusi  mülkiyyətin  yoxluğu  qədər  zərərli  sayılırdı.  "Hə r  bir 

əkinçi ö zünün əkib-biçə biləcəyi miqdarda torpağa sahiblik etməlid ir!" prinsipin i əsas götürən Azərbaycan islahatçıları geniş 

torpaqları ölü halında buraxan torpaq sahiblərinin mü lkiyyət haqqını rədd edirdilər. 

Bu cür torpaq sahələri əvvəlki sahiblərindən alınıb, əkinçi vətəndaşlar arasında yenidən bölüşdürülməli idi. 

Azərbaycan Xalq  Cü mhuriyyətinin  iqtisadi siyas ətində nəzərdə tutulurdu ki,  xüsusi mü lkiyyətin  mövcudluğu mül-

kiyyətin ta ma milə xırdalan masına aparma ma lıdır. Xüsus ən də, fabrik və zavodların xırda lan ması yolverilmə z hesab edilirdi. 

Respublikan m  iqtisadi  qanunvericiliyinə  görə,  dövlət  mü lkiyyətinə,  qis mən  də  bələdiyyə  mülkiyyətinə  "dövlətin 

sərvət və gəlir qaynağını təşkil edən yeralt ı mədənlər", hə mç inin  "dəmir yolu, işıq, su, teleqraf və sair bu kimi ü mu mi işlə rə 

xid mət edən quruluşlar" da xil edilirdi. 

Azərbaycan Xa lq  Cü mhuriyyətinin aqra r proqra mın ın əsasını aqrar islahatı haqqında Parla mentə təqdim o lunmuş 

"Müsavat"  fraksiyasının  və  əkinçilik  nazirliy inin  mövqeyini  əks  etdirən  qanun  layihələri  təşkil  edirdi.  Göstərilən  qanun 

layihələ rin in hər ikisinin məqsədi, müəyyən fərq lərinə ba xmaya raq, torpaqsız və a ztorpaqlı əhalin i torpaqla tə min et mə k idi. 

Hə m də, xüsusi torpaq mülkiyyətini ləğv etmə k deyil, torpağı xüsusi mü lkiyyətə elə  istehlak normala rı ü zrə  vermə k nə zərdə 

tutulurdu  ki,  bir  tərəfdən  kənd  əhalisini  gəlirlə  tə min  et mək  mü mkün  olsun,  digər  tərəfdən  istifadəsiz  xüsusi  sahibkar 

torpaqları qalmasın. 

"Müsavat" fraksiyasının qanun lay ihəsində torpaqların  əvəzsiz paylan ması, digər qanun layihəsində isə  müəyyən 

əvəz  müqabilində verilməsi nəzərdə tutulurdu.  Birinci qanun layihəsində əvvəlki sahibkarların  mülkiyyətində 75 desyatin, 

digər  qanun  layihəsində  isə,  yerli  şəraitdən  asılı  ola raq,  mü xtə lif  miqdarda  torpaq  sahəsinin  saxlan ması 

müəyyənləşdirilmişdi. 

Mövcud olduğu 23 ay ərzində  Cü mhuriyyət Höku məti bir sıra cari təsərrüfat  məsələlərinin həllində  mühüm uğur-

lar qazanmışdı.  Neft sənayesi ağır vəziyyətdən çıxarılmış, dağıdılmış Bakı - Batum neft kəməri bərpa olunmuş, Bakı -Culfa 

dəmiryolu  inşası  davam  etdirilmiş,  Kür  çayı  üzə rində  körpü  salın mış,  Azərbaycan  Dövlət  Bank ı  yaradılmış,  milli  pul 

nişanları buraxılmış, Xəzər dəniz gəmiçiliyi inkişaf etdirilmişdi. 

Müstəqil dövlətin atributu kimi,  milli pul vahidinin buraxılması  Cü mhuriyyətin  maliyyə siyasətinin mühü m uğuru 

idi.  1918  ilin əvvəlindən Ba kıda yeni kağ ız pulla r - "Ba kı bonları" bura xıldı (bu  za manadək tədavüldə "Nikolay" pulları və 

"Kerenski" pul vahidlə ri işlənird i). Milli pul vahid inin möh kə mləndirilməsi, onun alıcılıq qabiliyyətinin qorunub saxlan ması 

ilk  va xt lardan  Höku mətin  iqtisadi  siyasətinin  əsas  məsələsi  oldu.  Çünki  milli  valyuta  inflyasiya  ş əraitində  dövriyyəyə 

buraxılmışdı. Höku mət həm əvvəlki 

 

 



64 

 

dövrdən miras qalan, həm də respublikanın  mövcudluğu dövründə baş verən inflyasiyaya qarşı mübarizə aparmalı 



olurdu.  Bu  məqsədlə  müstəqil  dövlətin  ma liyyə,  vergi,  bank-kredit  siste mi  ya radıldı.  1919  ilin  sentyabrında  Azərbaycan 

Xalq  Cü mhuriyyətinin Dövlət Bankı açıldı. Maliyyə Nazirliy inin 1919 il 20 iyul tarixli qərarı ilə əmtəələrin sərbəst ixracına 

nail  o lun ması  nəzərdə  tutulurdu;  Parlament  xəzinəyə  müəyyən  rüsum  (ixrac  olunan  xammalın  dəyərinin   25  faizi  qədər) 

keçirmək  şərti  ilə  xammal  ixracına  icazə  verilməsinə  dair  qanun  (1919,  11  dekabr)  qəbul  etdi.  Xaricə  gizli  yolla  gümüş, 

qızıl, platin  aparılmasına görə  məsuliyyət  məsələsinə baxıldı. Qüvvədə olan  1914  il  15 noyabr tarixli qanunun 1919  il  20 

oktyabr tarixli qanunla əvəz edilməsi, bu sahədə məsuliyyəti artırd ı. Ölkən in sərhədləri da xilində mal mübadiləsini tənzimlə -

mə k  məqsədilə  1919  ilin  avqust  ayından Azərbaycana  xaricdən  gətirilən  bir  sıra  zinət  şeylərinə  müvəqqəti  olaraq  xüsusi 

gömrük  tarifləri  tətbiq  olundu.  Eyni  zamanda  daxili  bazarı  tənzimləmək  məqsədilə  Azərbaycandan  kənara  göndərilən 

əmtəələr üçün yeni müvəqqəti gömrü k qaydalarının tətbiq edilməsi haqqında qanun qəbul edildi (1920,  9  fevral).  Höku mət 

çevik vergi siyasəti yeridir, dövlət xərclərin in ixtisar edilməsi istiqamətində tədbirlər görürdü. Bu məqsədlə xaricdən ölkəyə 

gömrüksüz  gətirilən  malların  siyahısı  müəyyənləşdirilmiş  (bu  siyahıya  200-dən  çox  məhsulun  adı  daxil  edilmişdi),  xarici 

sərmayəçilərə və A zərbaycana sərmayə qoymaq a rzusunda olanlara güzəştli şərtlərlə Ba kı bonları təklif o lunmuşdu. 

Yeni əsaslarda beynəlxa lq  iqtisadi əlaqə lərin qurulması da Hö ku mətin qarşısında duran  mühüm  məsələ lərdən  idi. 

İstiqlal  bəyannaməsində  xarici  ölkələrlə,  xüsusilə  yaxın  qonşularla  iqtisadi  əlaqələr  yaratmaq  və  bu  əlaqələri  geniş-

ləndirmə k  nə zərdə  tutulurdu.  Təsadüfi  deyil  ki,  Pa rla mentin  fəa liyyətində  mühüm  rol  oynayan  "Müsavat"  partiyası  öz 

mə ra mna məsində  Azərbaycanın  müstəqilliyinə,  onun  xa ricdən  müdafiəsinə  və  hüquqi  cəhətdən  tanıdılmasına  nail  o lmaq 

üçün  iqtisadiyyata,  iqtisadi  əməkdaşlığa  böyük  əhəmiyyət  verirdi.  Cü mhuriyyətin  iqtisadi  p latformasında  xarici  ölkələrlə 

iqtisadi  ə məkdaşlığı  asanlaşdırmaq,  bu  sahədə  maneələri  a radan  qaldırmaq,  digər  tərə fdən  isə  bu  cür  ə məkdaşlığ ı  dünya 

normaları əsasında həyata keçirmək nəzərdə tutulurdu. 

Ölkə  iqtisadiyyatında inflyasiyanın qarşısını almaq üçün Höku mət bir sıra tədbirlərin həyata keçirilməsini nəzərdə 

tuturdu. Zəruri tədbirlər sırasında ə mtəələrin sərbəst ixracına nail olun ması da var idi. Xaricdən Azərbaycana gətirilən spirt li 

içkilərə, balıq  məhsullarına gömrük rüsumlarının artırılması haqqında 1919  ilin avqust ayında Parlamentin  maliyyə-büdcə 

ko missiyasında bəyənilən qanun layihələri də daxili bazarın qorunması və inflyasiyanın qarşısının alın masına xid mət edirdi. 

Xarici  iqtisadi-tica rət  fəaliyyətinin  iqtisadiyyatın  sağlamlaşdırılması  və  pul  tədavülünün  tənzimlən məsində  rolu 

Parlamentin  1919  il  24  noyabr  tarixli  iclasında  geniş  müzakirə  o lunmuşdu.  Höku mətin  iqtisadi  platformasında 

Cü mhuriyyətin yaran masından əvvəl  formalaşmış iqtisadi əlaqələrə  münasibət, əsasən, birmənalı  idi.  Bu əlaqələri  kəsmək 

yox,  müstəqil  dövlətin  iqtisadi  əlaqələri  kimi  genişləndirmək  məqsədəuyğun  sayılırdı.  Azərbaycanda  fəaliyyət  göstərən 

xarici  kapital  nümayəndələri  ilə  münasibətləri  yeni  əsaslarda  inkişaf  etdirmək  üçün  konkret  addımlar  atılırd ı.  Məsələn, 

Azərbaycan Höku mət inin  1919  il oktyabrın  18-də  qəbul etdiy i qəra rda  Böyükşor gölünün bir hissəsinin Nobel qardaşları 

birliy inə ica rəyə verilməsi haqqında vaxt ı bit miş  müqavilənin bərpa olun ması göstərilir, bu  müqavilənin şərtlə rində edilən 

yeni dəyişikliklər əsaslandırılırd ı. 

Ümu miyyətlə, A zərbaycanda  xarici  kapital və konsessiya məsələsində həm Parlamentin  və həm də  xarici  kapital 

nümayəndələrin in  fikirləri  uyğun  gəlirdi.  Fransız  kapitalistlərin in  nümayəndəsi  Manronun  fikrincə,  xarici  kapitalın,  o 

cümlədən fransız kap italının  Azərbaycana gəlməsi gənc müstəqil dövlətin  yaşamasını, onun məhsuldar qüvvələrin in inkişaf 

etməsini tə min edərd i. 

Höku mət başçısı Nəsib bəy Yusifbəylin in Parlamentin 1919 il 22 dekabr tarixli  iclasında elan etdiyi bəyannamədə 

güclü  iqtisadiyyatın  yaradılması  zərurəti  Azərbaycanın  azad   və  müstəqil  yaşamasının  şərti  kimi  göstərilird i.  Hö ku mətin 

xarici tica rət siyasətində köklü dəyişiklik et mə k nəzə rdə tutulurdu. İndiyədək ticarət  siyasətində id xalı art ırmaq  və  ixracı, 

imkan da xilində, aza lt maq üstünlük təşkil ed ird isə və nəticədə pul q iy mətdən düşürdüsə, artıq  indi ixrac ı stimullaşdırmaq 

istiqamət ində tədbirlərin həyata keçirilməsinin mü mkünlüyündən və zəruriliyindən bəhs olunurdu. 

Azərbaycan  Höku mət inin  xaric i  iqtisadi  fəaliyyətində  rea llaşdırmağa  çalışdığı  başlıca   vəzifə lərdən  b iri  əha lin in 

zəruri  malla ra  olan  ehtiyacın ı  tə min  et məkdən  və  xə zinənin  gə lirlə rini  a rtırmaq  üçün  əlavə  mənbələr  a xtarıb  tap maqdan 

ibarət idi. Belə  əlavə mənbələrdən biri də gömrük gəlirləri idi. Bu və ya d igər məhsulun xa ricə  satışına icazə  verilməsi və ya 

onun qadağan edilməsi  zamanı həmin  məhsulun əhali üçün nə dərəcədə gərəkli o lması,  Höku mətə nə qədər gəlir gətirməsi 

halları diqqətlə nəzərə alınırdı. Höku mətin hazırlad ığı 1919 il 20 fevral tarixli qanun layihəsi ilə xaricə konyak, ü zü m və tut 

spirtinin  ixracına  icazə  verilirdi  (Cü mhuriyyət  dövründən  qabaq  xaricə  spirtli  içkilərin  satışı  qadağan  olunmuşdu.  Bu  da 

təsərrüfatların və  Höku mətin  ma liyyəsinə olduqca mənfi təsir göstərmişdi).  Höku mət hesab edirdi  ki,  xaricə spirt satışında 

nəinki  dövlət  xə zinəsi  və  araq  çəkmə klə  məşğul  olan  adamla r,  hə mç inin  bütün  əhali  maraq lıd ır.  Öz  təsərrüfat  məhsulları 

olan üzü mü və  tutu şərab zavodlarına sat maq onlara  əlverişli idi. Bu qanun layihəsini işləyib ha zırlayarkən Höku mət onu da 

nəzərdə tuturdu ki, əhali üçün spirt ancaq te xn iki və tibbi məqsədlər üçün zəruridir. Xa ricə satışına ica zə  verilən 85 dərəcə li 

konyak  spirti  və  40-45  dərəcəyə  qədər  olan   üzü m  və  tut  spirti  isə  bu  məqsəd  üçün  yaranır.  Buna  görə   də  onun  xaricə 

satışından əhaliyə heç bir ziyan dəyə bilmə z. 

Parla mentin Azə rbaycan Cü mhuriyyətinin sərhədlərindən kənara xa mma l ixrac ının ş ərtləri haqqında qəbul etdiyi 



65 

 

qanun da (1919, 11 dekabr) Cümhuriyyətin xarici iqtisadi fəaliyyəti üçün çox əhəmiyyətli idi. Bu qanuna görə, pam-



bıq,  yun,  ipək,  frizon  (ipək  istehsalında  tullantı),  barama  kimi  xammalların  azad  şəkildə  ixracına  xammalın  dəyərinin  25 

faizinin  əvəzsiz  o laraq  xə zinənin  hesabına  keçirilməsi  şərtilə   ica zə  verilirdi.  Bu,  xa ric i  valyuta  əldə  et məyə  və  ya  əmtəə 

mübadiləsi  qaydası  ilə  dövlətə  lazım  olan  zəruri  məhsulları  almağa  imkan  verirdi.  Bu  qaydada  xammal  ixracının  nisbətən 

səmərəli  b ir  tədbir  kimi  ortaya  çıxması  ço xlu   mübahisələrin,  fikir  ayrılıqla rın ın  təsiri  nəticəsində  aşkar  oldu.  Tica rət  və 

sənayə  nazirliy i  ilk  va xt lar  valyuta  ə mtəələrinin  xaric i  bazarlarda  satışını  özünün  xüsusi  agentləri  vasitəsilə  təşkil  et məyə 

çalışırdı.  Lakin  bu  agentlərin  Qərb   bazarların ın  qayda-qanununu  kifayət  qədər  bilməməsi  və  həmin  qaydaların  hələ 

Höku mət  üçün  də  qaranlıq  olması  nazirliyin  bu  tədbirdən  daşınmasına  səbəb  oldu.  Göstərilən  dövrdə  xarici  valyuta  əldə 

etmə k məqsədilə bu cür ə mtəə lərin a zad satışına icazə  verilməsi, a zad ticarət  prinsipinin tətbiqi kimi mülahizə lər də mövcud 

idi.  Lakin  hə min  mü lahizə lər  on ların  tətbiqində  ciddi  çətinliklə r  ucbatından  həyata  keçirilmədi.  Məsələn,  bütün  qonşu 

respublika larda ə mtəə mübadiləsi sistemi üstünlük təşkil etdiyindən a zad t icarət prinsipinə keçid  əlverişli o la b ilmə zdi. Be lə 

şəraitdə azad ticarətin  yalnız A zərbaycanda tətbiqi respublikadan hər şeyin  ixracına səbəb olar,  id xal isə  min imu m həddə 

enərdi.  Qonşu  respublika lar  Azə rbaycan  əmtəə lərindən  özlə rində  ə mtəə   mübadilə ləri  ə məliyyatları  üçün  istifadə  et miş 

olardılar. Bütün bunların nəticəsində, Azərbaycan Hökuməti,  xəzinəyə  müəyyən rüsum keçirmək şərti  ilə,  xammal ixracına 

icazə   vermə k  qaydasını  üstün  tutdu.  Xa mma l  ixrac ına  dair  bu  cür  qaydanın  işlənib  hazırlan ması  o  dövrdə  iqtisadi  fikrin 

mühü m nailiyyəti idi. 

Azərbaycan Xalq Cü mhuriyyəti  xa ric i-iqtisadi siyasət sahəsində fəaliyyətini ancaq qanunların işlən ib hazırlanması 

ilə  məhdudlaşdırmır, onla rın həyata keçirilməsi  istiqa mətində də  mühüm addımla r atırd ı. Məsələn,  xarici dövlətlərlə ə mtəə 

mübadiləsini qaydaya salmaq üçün ağır  ma liyyə şəraitində  20  milyon  manatlıq fond yaradılmış və  Höku mətin  1919  il  12 

fevral ta rixli qərarı ilə bu fonddan ilkin ehtiyac lar üçün 10 milyon manat h əcmində kredit bura xılması qəra ra a lın mışdı. Eyn i 

za manda, Ticarət və Sənaye Nazirliyinin nəzdində "Xaric i dövlətlər və bir-birinə ya xın sahələrlə ə mtəə mübadiləsi ko mitəsi" 

fəaliyyət  göstərirdi.  Xüsusi  əsasnamədə  göstərilirdi  ki,  ə mtəə  mübadiləsi  ko mitəsinin  mühüm  və zifələ rindən  biri  res-

publikanın   iqtisadi və  maliyyə vəziyyətinin  əsasını təşkil edən neft  ixracın ı və satışını təşkil etməkdir. Əmtəə  mübadiləsi 

ko mitəsinin  1919  il  15  mart  tarixli  plenar  ic lasındakı  geniş  diskussiya  bütün  əmtəələrin  iki  böyük  qrupa  ayrılması  ilə 

nəticələndi:  xaricə  ixrac  edilməsinə,  ü mu miyyətlə,  icazə  ve rilməyən  ə mtəələ r  və  ya  ko mitənin  ixrac  et mə k  səlahiyyəti 

olmayan ə mtəələr; ko mitənin ica zəsi ilə ixrac edilməsinə ica zə verilən ə mtəə lər. 

Bundan  dərhal  sonra  Ticarət,  Sənaye  və  Ərzaq  Na zirliyi  ixraca  dair  Əsasnamə  təsdiq  etdi.  Əsasnamədə  ixrac ına 

icazə  verilməyən ə mtəə lərə  ta xıl, un, çörək, yarma, ye m, at, iri və xırda buynuzlu ma l-qara, ət və  onun bütün növləri, qənd, 

külçə və pul şəklində qızıl və gü müş, dəmir, soyuq 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



66 

 

silahlar və s. da xil edilird i. Na zirliyin xaricə satışına ica zə  verdiyi ə mtəə lərə düyü, ma karon, hər cür to xu m və tərə -



vəz, çay, qəhvə, bitki yağı, şərab, duz, sabun, meş ə materia lları, neft və neft məhsulları, q ızıl və gümüş mə mu latı,  maşın və 

alətlər və s. aid edilird i. Əsasnamədə bu iki qrupa aid o lmayan bütün əmtəələrin a zad satışına ica zə verild iyi göstərilirdi. 

Höku mət 1919 il iyunun 28-də xüsusi sərəncamla əmtəələrin ixracına dair qaydaları təsdiq etmişdi. 

Qonşu dövlətlərlə  iqtisadi əlaqələrin genişləndirilməsinə  xüsusi əhəmiyyət verən Azərbaycan Xalq  Cü mhuriyyəti, 

hələ  özünün  mükə mməl  iqtisadi  bazasını  yarad ıb  başa  çatdırmadığ ı  halda,  hu manizm  prinsiplərindən  çıxış  edərək, 

Dağıstana  50  mln.  manat  məbləğ ində  yardım  göstərmişdi  ki,  bu  da  respublikanın  büdcə  məxaricinin  1/8  h issəsini  təşkil 

edirdi. 

Cü mhuriyyətin  xarici  iqtisadi  əlaqələrin in  formalaş ması  baxımından  Gürcüstanla  bağlanan  müqavilə  mühü m 

əhəmiyyətə  malik  idi.  1918  il  dekabrın   26-da  bir  illik  müddətə  bağlanan  bu  müqaviləyə  əsasən,  böyük  ehtiyac  olan 

məhsulla rın,  bu  respublika ların  tələbatları  çərç ivəsində  gömrük  vergilə ri  qoyulmadan  alın ıb-satılmasına,habelə  Gü rcüstan 

əhalisinin və dəmir yolunun ehtiyacları üçün  müəyyən hədd həcmində neft,  mazut,  kerosin və yağların  rüsumsuz  ixracına 

icazə  verilird i. Müqavilədə göstərilirdi ki, gürcü əhalisi üçün kerosin buraxılması 1 milyon puddan, neft və neft məhsullarının  

ümu mi satışı  isə 20  milyon puddan çox olmamalıdır.  Gürcüstanın bəzi  məhsullarının  (daş kö mür,  meşə  materialları və s.) 

neftin  dəyərinin  1/ 10  hissəsi  həcmində  A zərbaycana  gömrüksüz  satılması  nəzə rdə  tutulurdu.  Müqaviləyə   görə,  a lman  

məhsulla rın başqa ölkə lərə satışına ica zə verilmird i. 

Azərbaycan Xalq  Cü mhuriyyəti  Rusiya ilə  iqtisadi ə məkdaşlığa da böyük əhəmiyyət verir, neft, pa mb ıq və başqa 

ixrac məhsulları üçün Rusiya bazarının əhəmiyyətini nəzə rə a lırdı. 

1920  il  martın   30-da  Sovet  Rusiyası  və  A zərbaycan  birgə  ko missiyasının  iclasında  ticarət  müqaviləsi  imzalan-

mışdı. Lakin Rusiya Azərbaycanı qane edə biləcək bir sıra şərtlər vəd etsə də, onlara əməl etməd i. 

Azərbaycan Xalq   Cü mhuriyyətinin  iqtisadi proqra mında  xa ric i  iqtisadi-ticarət strategiyası mühü m yer tuturdu. Bu  

baxımdan  Paris  sülh  konfransının  Ali  Şurasına  Azərbaycan  nümayəndə  heyəti  tərəfindən  təqdim  o lunan  memo randum 

böyük  əhəmiyyət  kəsb  edirdi.  Sənəddə  iqtisadi  əlaqələrin  pozulması  nəticəsində  Azərbaycanda  yaranmış  iqtisadi-maliyyə 

böhranı  faktlarla  səciyyələndirilir,  onun  aradan  qaldırılması  üçün  müəyyən  məbləğ  borc  alınması,  borcların  isə 

Cü mhuriyyətin real malik o lduğu neft, pambıq, yun, ipək hesabına ödənilməsi öhdəyə götürülürdü. 

Azərbaycan  Xalq  Cü mhuriyyəti  dövründə  də neft  sənayesi  iqtisadiyyatın  öncül  sahəsi  sayılırdı,  çünki  bu  za man  

neft  dünyanın  ən  önəmli  hərəkətverici  qüvvəsi  idi.  Odur  ki,  Parlament  və  Höku mət  neft  hasilatı  və  emalının  vəziyyətini 

vaxtaşırı təhlil ed ir, dünya neft bazarını öyrənirdi. Təb ii sərvət iqtisadi inkişaf üçün maddi baza olsa da, iqtisadi qüdrət və 

gücün  təbii  sərvətdən  asılılığının  həmişəlik  o lmadığ ı  və  gələcəkdə  dəyişəcəyi  Azərbaycan  Xalq  Cü mhuriyyətinin  istinad 

etdiyi başlıca iqtisadi müddəalardan biri id i. 

Azərbaycan  Xalq  Cü mhuriyyətinin  iqtisadiyyatın  dövlət  tərəfindən  tənzimlən məsi  sahəsində  təcrübəsi  də  maraq  

doğurur.  Cü mhuriyyət  dövründə dövlət sektoruna  dövlətin  iqtisadiyyata  təsir  amili  kimi  baxılır,  mü lkiyyətin  çoxnövlüyü 

təmin edilərkən dövlət mülkiyyətinə xüsusi əhəmiyyət verilirdi. Belə  hesab olunurdu ki, dövlətin  gücü təkcə və hətta başlıca 

olaraq,  onun  qanunvericilik  fəa liyyətində  deyil,  dövlət  mülkiyyətinin  güclü  o lmasındadır.  Dövlət   milliləşdirmə  və  

əksmilliləşdirmə tədbirlərini həyata keçirməklə yanaşı, əmək  münasibətlərinin qaydaya salınmasını da təmin edirdi. Daxili 

və xa ric i iqt isadi fəaliyyətin tənzimlən məsi üçün iqtisadi-hüquqi qanunların hazırlan masına, onların yerinə yetirilməsinə də 

böyük  əhəmiyyət  verilirdi.  Az  vaxtda  yaln ız  maliyyə,  verg i,  bank-kredit  sahələri  ü zrə  82-dən  ço x  qanun  layihəsi  işlənib  

hazırlan mış, bir ço x qanunlar təsdiq olunmuşdu. 

İlk  dəfə  tərtib  olunan  müstəqil  dövlət  büdcəsi  iqtisadi  tənzimləmə  və  gəlirlərin  bölgüsü  işinin  yoluna  qoyulma -

sında və ümu miyyətlə, makroiqtisadi tarazlıq  yaradılmasında müstəsna əhəmiyyət kəsb etdi. 

Azərbaycan  Xalq  Cü mhuriyyəti  dövlət  əhəmiyyətli  mühü m  məsələ lərin  həllində  geniş  konsensusa  nail  olmağa  

çalışırdı.  Parlamentin  qanunlar  vasitəsilə  həyata  keçirdiy i  ü mu mi  tənzimləmə  tədbirləri  dövlətin   timsalında  qeyri-

mə rkə zləşdirilmiş de mokratik ö zünüidarə forma la rına əsaslanan tədbirlərlə  əlaqə ləndirilirdi. 

Höku mətin   iqtisadi  proqramı  qarşılıqlı  razılaş ma  əsasında  ayrı-ayrı  partiyaların  məramnamələrində  qoyulan  iq-

tisadi məsələ lərə uyğun işlənib hazırlanırdı.  Bə zən alternativ variantla rın  mövcudluğu daha səmərəli fəa liyyət istiqa mətinin  

müəyyən  olun masını  tələb  edirdi.  Bununla  əlaqədar  Parlamentdə  iqtisadi  təmayüllü   bir  neçə  ko missiya-maliyyə,  büdcə, 

fəhlə,  aqra r,  ölkənin  məhsuldar  qüvvələrindən  istifadə  ko missiyaları  yaradılmışdı.  Dövlət  və  Höku mət  strukturunda  olan 

Əkinçilik, Əmlak, Ərzaq, Dövlət nəzarəti, Maliyyə, Ticarət və Sənaye nazirlikləri, Milli Bank, A zərbaycan Xəzinə Palatası, 

Aksiz Pa latası,  Əınə k  mü fəttişliy i  kimi quru mlar dövlətin  iqtisadi tənzimlə mə  fəa liyyətinin  həyata keçirilməsində  mühü m 

rol oynayırdılar. 

Dövlətin  mühü m  iqtisadi  tənzimləmə  aləti  mütərəqqi  gəlir  verg isi  hesab  olunurdu.  Bu  vergi  müəssisə  və  təşki-

latlarda qazanılan mənfəətin 30%-ni təşkil edird i. Do layı vergi kimi şərab, tütün və neft məhsullarına qoyulan aksizlər aktiv  

iqtisadi tənzimləyic i ro lunu oynayırdı. 

Azərbaycan Xa lq Cü mhuriyyətinin fəa liyyətində sosial yönü m xüsusi diqqət mərkəzində idi. Bu, təsdiq olunan qa-

nunlarda, həyata keçirilən konkret tədbirlə rdə özünü göstərirdi. 

Dövlətin sosial siyasəti iki baxış üzərində qurulmuşdu. Birincisi, hər bir cəmiyyət üzvünün (Azərbaycan vətənda-

şının) iqtisadi fəallıq göstərməsi və gəlir əldə etməsi üçün 



67 

 

şərait  yaratmaq,  beləliklə,  yo xsulluğu  min imu m  həddə  endirmək.  İkincisi,  cəmiyyət  üzvlərinə  elə  b ir  gəlir  əldə 



etməyə tə minat verilsin ki, onlar bu gəlirlə ö zlərinin  ictima i-zə ruri ehtiyacla rın ı ödəyə bilsinlə r. Qısa bir  müddətdə ölkədə  

həm sosial müdafiə, hə m də sosial təminat sistemlə ri formalaşdırılır və inkişaf edirdi. 

Dövlətin sosial siyasətini reallaşdırmaq üçün aşağıdakı əsas göstəricilərə nail o lun ması nəzərdə tutulmuşdu: ü mu mi 

daxili məhsulda istehlak fondunun payının artırılması, əhalinin hər nəfərinə görə istehlak fondunun, ümu mi da xili məhsulda 

milli gəlirin və  məşğulluq səviyyəsinin artırılması; ə mək şəraitin in ya xşılaşdırılması; təhsil, səhiyyə,  mənzil və  ko mmunal 

təminatı  səviyyəsinin  yüksəldilməsi.  La kin  mürə kkəb  beynəlxa lq  və   da xili  vəziyyət,  iqtisadi  çətin liklər,  yolu xucu  

xəstəliklə r,  keç miş  İrəvan  quberniyası  ərazisində  ermənilə r  tərəfindən  soyqırımına  mə ruz  qalan  150  mindən  ço x  türk-

müsəlman  əhalinin  öz  tarixi  vətənlərindən  didərgin  düşüb  Cümhuriyyətə  pənah  gətirməsi,  əhalinin  ço xluğunu  təşkil  edən 

kəndlilərin həyat şəraitini ya xşılaşdırmağ ın əsas amili o lan torpaq məsələsinin həll olun ma ması və s. sosial vəziyyəti  xeyli 

çətinləşdirirdi.  Belə  ağır  şəraitdə  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Parlamenti  və  Höku məti  sosial  gərginliyi  aradan 

qaldırmaq məqsədilə təxirəsalın maz tədbirlər həyata keçirird i. 

Qaçqınların  maddi ehtiyaclarının ödənilməsi və yerləşdirilməsi, on lara tibbi  xid mət göstərilməsinin  təşkili və bu-

nunla bağlı başqa məsələlərə xüsusi qayğı göstərilird i. Hö kumətin "Qaçqınlara yardımın təşkil edilməsi haqqında" (1918, 13 

iyul),  "Qaçqınların  yerləşdirilməsi  məsələsini  nizama  salmaq  üçün  Şamaxı  qəzasına  ko missiya  göndərilməsi  haqqında" 

(1919,  17  fevral),  "Qaçqın  və  köçkünlərin  vəziyyətinin,  onların  daimi  yaşayış  yerlərinə  qayıtması  məsələsinin  

aydınlaşdırılması  üçün  mərkəzi  ko missiyanın  yaradılması  haqqında"  (1919,  23  iyun),  "Qaçqınların   yer ləşdirilməsi  üçün 

təcili tədbirlə rin  görülməsi haqqında" (1919, 8 noyabr) qərarları və s., Pa rla mentin "Qaçqın ların ehtiyacla rı üçün 21 milyon 

manat  pul  ayrılması  haqqında"  (1920,  8  yanvar),  " Epidemiya  ilə  mübarizə  və  qaçqınlara  tibbi  yardım  göstərilməsi  üçün 

epidemiyaya qarşı  12  mübarizə  dəstəsinin yaradılması haqqında" (1920, 26  fevral) qanunları bu istiqa mətdə atılan  mühüm 

addımlardan idi. Ölkədəki ağ ır vəziyyətə baxmayaraq, A zərbaycan Höku məti Gü rcüstan və Ermən istan ərazilərində yaşayan 

azərbaycanlı əhaliyə də müntəzə m yard ım edird i. 

1919  ilin  əvvəllərindən  1920  ilin  əvvəllərinə  qədər  təkcə  Ermənistanın  azərbaycanlı  əhalisinə  yardım  göstə-

rilməsinə  aid  6  qəra r  qəbul  edilmişdi.  Qeyd  et mək  la zımd ır  ki,  ö z  tarixi  ənənələrinə  sadiq  qalan  Azərbaycan  Höku mət i, 

milliyyətindən asılı olmayaraq, sosial və ziyyəti ağır o lan bütün ins anlara yardım göstərird i. Məsələn,  Höku mət  1919  ildə  

Müsəlman qadın xeyriyyə cəmiyyəti ilə yanaşı, Rus xeyriyyə cəmiyyətinə, Yəhudi xeyriyyə cəmiyyətinə, Erməni və Yəhudi 

Milli Şuralarına və digər cəmiyyətlərə uşaqların, qocaların və b. imkansız adamların  saxlanılması üçün xeyli vəsait ayırmış, 

1920 ilin fevralında Gürcüstanda baş verən zəlzələ nəticəsində ziyan çəkmiş əhaliyə yard ım etmişdi. 

Yo lu xucu  xəstəliklər, həkim və başqa tibb kadrlarının, dərmanla rın çat ışma ması səhiyyə sistemində vəziyyəti son 

dərəcə  ağırlaşdırmışdı.  Bu   sahədə  vəziyyəti  qaydaya  salmaq  məqsədilə  bir  sıra  qanun  və  qərarlar  qəbul  edilmişdi. 

Höku mətin  1918 il 27 iyun tarixli qərarı ilə yolu xucu xəstəliklərlə mübarizə üçün Gəncə şəhər özünü-idarəsinə əvəzsiz suda 

verilmişdi.  Parlamentin  1919  il  25  yanvar,  17  mart,  2  iyun  tarixli  qanunları  ilə  Bakı,  Gəncə,  Şəki  və  Quba  şəhər 

özünüidarələrinə  faizsiz borclar verilməsi nəzərdə tutulurdu. Höku mətin  1919  il 1 noyabr tarixli qərarı  ilə  Gəncə əhalisinə 

tibbi yardım göstərmək üçün 500  min  manat vəsait ayrılmışdı. Hö ku mət, həmçin in,  müalicə  müəssisələrini dərman la təmin  

etmə k üçün vəsait ayrılması haqqında qərarlar qəbul et mişdi (1919, 5 noyabr, 3 dekabr və s.) 

Beşinci  Höku mət  kabinəsinin  təsdiqindən  sonra  Parlament  üzv ləri  qarşısında  yeni  Höku mətin  gələcək  vəzifələri 

haqqında çıxış edən baş nazir  Nəsib bəy  Yusifbəyli  xalq səhiyyesi sahəsində yaranmış ağır vəziyyəti yaxşılaşdırmaq üçün 

bir sıra tədbirlərin heyata keçirilməsini  - bataqlıq  və göllərin  qurudulmasın ı,  içməli suyun keyfıyyətinin yaxşı-laşdırılması 

üçün müəyyən işlərin görülməsin i, tibbi kadrlar hazırlan masım, onlarm sayca artırılmas mı zəruru hesab etdi. Lakin bürün bu 

işlərin yerinə yetirilməsi üçün tələb olunan külli miqdarda maliyyə vəsaitini tap maq isə çox çətin idi. 

İnflyasiya    ilə  əlaqədar  olaraq  əhalinin  mü xtəlif  təbəqələrinin  maaşlarının  artırılması  məsələsi  Höku mətin  sosial 

siyasətinin mühü m  istiqamətin i təşkil edirdi.  Cü mhuriyyət Höku mətinin  1918  il  3  iyul,  21 sentyabr, 13 o ktyabr, 1919  il 10 

fevral, 21 aprel, 1920 il 5 yanvar tarixli qəra rları ilə  Hö ku mət qulluqçuların ın (hərb i və mü lki idarələ rin işçiləri) maaşlarının  

artırılması  nəzərdə  tutulurdu.  Bu  məqsədlə  Parlament  "Qulluqçulara  müavinət  verilməsi  haqqında"  (1919,  10  yanvar), 

"Dəmir yolu qulluqçularının və ziyyətini ya xşılaşdırmaq haqqında" (1919,  4  fevral), "Da xili  İşlər  Nazirliyi işçilərinin ə mə k 

haqqının  müvəqqəti  artırılması  haqqında"  (1919,  7  aprel),  "Hö ku mət  qulluqçularının  maaşlarına  müvəqqəti  əlavələr 

haqqında"  (1919,  12  may),  "'Bahalıq la  əlaqədar  mülki  və  hərb i  təyinatlı  Höku mət  idarələrində  qulluqçuların  maaşlarına 

əlavələr haqqında" (1920, 15 mart) və b. qanunlar qəbul etmişdi. 

Parla mentin 1919  il  12  may tarixli  müvəqqəti qanunu ilə ibtidai  məktəb  müəllimlə rinin  maaşları artırılmış, 1919  il 

23 iyun tarixli qanunu ilə isə aşağı yaşayış minimu mu  qaldırılmışdı. 

Höku mətin   "Kasıb  ailələrdən  olan  uşaqlara  yardım  ed ilməsi  haqqında"  1919  il  12  fevral  tarixli  qərarı  və 

Parlamentin  "Bakı  şəhərində  1-ci  qadın  milli  gimnaziyası  nəzd ində  uşaq  bağçasının  açılması  haqqında"  1920  il  1  mart 

tarixli qanunu bu sahədə həyata keçirilməsi nəzə rdə tutulan diqqətəlayiq tədbirlərdən idi. 

Azərbaycan  Xalq  Cü mhuriyyəti  Höku mət i  və  Parla menti  fəhlə lərin  sosial  vəziyyətinin  ya xşılaşdırılması  isti-

qamətində də bəzi işlər görmüşdü. 1919 ilin yanvarından 



68 

 

bahalıqla  əlaqədar  o laraq,  fəhlələrin  maaşı  artırılmış,  Höku mət  fəhlələrin  maaşların ı  ödəmək  üçün  neft  sənaye-



çilərinə maliyyə yard ımı verilməsi və onun qaydaları haqqında qərarlar (1919, 16-17 mart) qəbul etmişdi. Höku mətin  sosial 

siyasətindəki əsas  məsələlərdən b iri  fəhlə  qanunvericiliy inin formalaşdırılmasından ibarət  idi. Əmə k Na zirliy inin tə ləbi ilə  

Parla ment  bu  nazirliyin  nəzd ində  fəhlə  məsələsinə  aid  xüsusi  məşvərət  şurasının  təsis  olunması  haqqında  qanun  qəbul 

etmişdi (1919, 10  mart). Məşvərət şurası əməyin  mühafizəsi,  fəhlə və sahibkarlar arasındakı  münasibətlərin tənzimlən məsi 

məsələ ləri  ilə  məşğul o lurdu. Məşvərət şurası beş nefər fəh lədən və beş nəfər də sahibkardan olmaq la, on nəfərdən ibarət  

idi.  Onun  ə məyin   mühafizəsi  və  zəh mət keşlərin  maddi  və ziyyətinin   ya xşılaşdırılmasına   yönəldilən   bütün  tədbirlər  ü zrə  

qüvvədə  olan  qanunların  icra  olun masına  nəzarət  etmək  hüququ  var  idi.  Lakin  Parlamentin  açılışında  "Müsavat" 

partiyasının  bəyan  etdiyi  8  saatlıq  iş  günü,  fəhlələrə  ildə  bir  aylıq  məzuniyyət  verilməsi,  gecə  xid mətin in  qadağan 

olunması,16 yaşınadək uşaqların  işləməsinin  qadağan olunması,  16-18 yaşlarında olanların   6 saatdan artıq  işlədilməməsi, 

qadınların   səhhətinə  və  fiziki  imkanlarına  uyğun  olmayan  işlərə  qəbul  edilməməsi,  hamilə  qadınlara  güzəştlər  ed ilməsi, 

müessisələrdə işləyən qadın ların südəmər uşaqları üçün xüsusi yerlərin ayrılması, fəh lələrin  sığorta edilməsi, müəssisələrdə 

tibb təşkili kimi vəzifə ləri rea llaşdırmaq mü mkün o lmadı.  

Höku mət fəhlə  məsələsi üzrə qanun layihələri paketini hazırlayıb  mü zakirə üçün Parlamentə təqdim etmişdi.  Lakin  

bu layihələr uzun müddət deputatların diqqətindən kənarda qalmış və parla mentin iclasla rına ç ıxa rılma mışdı. 

 

 

Nəticədə, Parla mentin 1919 il 8 yanvar tarixli aç ılış ic lasında əmə k nazirinə ünvanladığı sorğusunda fəhlələrin ağır 



vəziyyətindən  bəhs  edən  Məhəmməd  Əmin  Rəsulzadənin  dediyi  "Bu  zülmətdən  istiqlalımıza,  hürriyyətimizə  düşmən 

olanlar istifadə edirlər" sözləri özünü doğrultdu. 

Digər tərəfdən, fəhlə  və dövlət qulluqçularının  məvacibin in həc minin dəfə lərlə  qaldırılması haqqında Hö ku mətin  

qəbul etdiyi qərarla r büdcədə böyük kəsir yaradırdı və bu kəsirin də ödənməsi tarif norma larının art ırılması və əlavə  kağız 

pulların  kəsilməsi  hesabına  həyata  keçirilirdi.  Bütün  bunlar  həm  də  bahalığa  və  inflyasiyaya,  zeh mətkeşlərin   sosial 

vəziyyətinin p isləşməsinə səbəb olurdu. 

Sosial-iqtisadi sahədə xeyli  işlər görülsə də, fəhlə  məsələsinin, e ləcə də Azərbaycan Xalq  Cü mhuriyyətinin varlığ ı 

üçün ən vacib məsələlərdən olan Aqrar məsələnin həll o lunmaması əhalinin vəziyyətini p isləşdirirdi.  Bundan istifadə edən 

sosialistlər  fra ksiyası  və  A zərbaycan  Ko mmunist  (bolşeviklər)  Part iyası  əhali  içərisində  narazılığ ı  a rtırmaq  üçün  öz 

pozuculuq  fəaliyyətlərin i  daha  da  genişləndirmiş  və  Aprel  işğalı  (1920)  ərəfəsində  Azərbaycan  Xalq  Cü mhuriyyətinin  

devrilməsi üçün əlverişli zə min yarada bilmişdilə r. 

Azərbaycan Xalq Cü mhuriyyətinin qarşısına qoyduğu sosial-iqtisadi  inkişaf proqramının ta m həyata keçirilməsinə  

Aprel işğalı (1920) imkan vermədi. 



Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin