Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə9/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   ...   5   6   7   8   9   10   11   12   ...   80

Mətbuat.  A zərbaycan  mətbuatı  tarixində  1918-20  illə r,  bütün  əvvəlki  dövrlərə   nisbətən,  ən  yüksək  inkişaf 

mə rhələsidir.  Bu dövrün  mətbuatı hə m  keyfiyyət, hə m də  kə miyyət ba xımından,  milli  mədəniyyətin  mühüm tərkib h issəsi 

kimi, A zərbaycan həyatının canlı salna məsinə çevrildi. İki  il içə risində ölkədə 100-ə ya xın adda qəzet və  jurnal ç ıxmışdır. 

Cü mhuriyyət dövrü mətbuatının  səciyyəvi xüsusiyyəti təkcə onun say göstəricisində deyil, hər şeydən əvvəl ideya-məzmun  

zənginliyində idi. 

1918-20  illər  mətbuatını  ideya  istiqaməti  ba xımından  tə xminən  aşağıdakı  kimi  q ruplaşdırmaq  ola r:  Azə rbaycan 

Xalq  Cü mhuriyyəti  ideyalarını  təbliğ  edən  milli  mətbuat,  Cü mhuriyyət  Höku mətinə  mü xalifətdə  olan  bolşevik  mətbuatı, 

bolşevik  mətbuatı  ilə  mü xalifətdə  olan  eser-menşevik  mətbuatı,  ermən ilərin   Azərbaycana  qarşı  ərazi  iddialarına  haqq 

qazandırmaq üçün canfəşanlıq edən erməni-daşnak  mətbuatı, ö zünü bitərəf adlandıran və heç bir siyasi partiyaya  mənsub 

olmayan  informat ik  qə zetlə r,  jurnallar.  Lakin  onların  içə risində  daha  real  həyat  qüvvəsinə  və  geniş oxucu  auditoriyasına 

ma lik olanı Azə rbaycan Xalq Cü mhuriyyətinin ideyaların ı təbliğ edən və dəstəkləyən mətbuat idi. 

Cü mhuriyyət  Hö ku məti  dövründə  Bakı,  Gəncə,  Şuşa,  Tiflis,  İrəvan  və  digər  mədəni-inzibati  mərkəzlərdə  çıxan  

mətbuat nümunələri təkcə A zərbaycan-türk d ilində deyil,  rus, gürcü, ermən i, po lyak, fars, a lman və  qeyri d illə rdə də nəşr 

edilird i. 

Azərbaycan  Xalq  Cü mhuriyyəti  dövründə "İstiqlal"  (1918-20),  "Azə rbaycan"  (1918-20),  "Övraqi-nə fisə"  (1919), 

"Müsəlmanlıq" (1917-19), "Qurtuluş" (1920), "Mədəniyyət" (1920), " Gənclər yurdu" (1918), "Şeypur" (1918-19), "Zənbur" 

(1919) kimi milli istiqla l ideyalı mətbuat orqanları nəşr olun muşdur. 

Azərbaycan Xalq  Cü mhuriyyətinin bütün digər  ictima i-siyasi quru mları  kimi, onun dövri  mətbuatı da b irdən-birə  

yaranmamışdı.  Hələ  19  əsrin  1-ci  yarısında  Azərbaycanda  milli  və  ü mu mbəşəri  idealların  məfkurəçiləri  və  təbliğatçıları 

olmuş Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli A xundzadə kimi yazıçı, mütəfəkkir və ictimai xad imlər tərəqqinin  başlıca 

yolunu, milli  istiqlalın təntənəsini dövri  mətbuat nəşr etməkdə,  mənəvi və ə xlaqi qurumları  inkişaf etdirməkdə görürdülə r. 

Bu yolun davamçısı olan Həsən bəy 

 

 


74 

 

Zərdabi  öz  böyük  s ələflərinin  arzu larını  yerinə  yetirmiş, 



1875  ildə  "Ək inçi"  qəzetinin  timsalında  ilk  milli  mətbuatı 

yaratmışdı.  " Əkinçi"  qəzetin in  milli  maarifçilik  ənənələri-

nin  davamı  o laraq,  19  əsrin  sonlarında  Tiflisdə  Cəla ləddin  

və  Səid  Ünsizadə  qardaşların ın  "Ziya"  (1879-80),  "Ziyayi-

Qafqa ziyyə" (1880-84) və "Kəşkül" (1883-91), 20 əsrin ilk 

illərində  isə  Məhə mməd  ağa  Şahta xtlının  "Şə rqi-Rus" 

(1903-05)  qə zetlə ri  meydana  çıxmışdır.  Rusiyada  1905  il 

inqilab ından  sonra  Əli  bəy  Hüseynzadə  və  Əh məd  bəy  

Ağayevin  "Həyat"  (1905-06)  qəzeti,  Əli  bəy  Hüseynzadə-

nin  "Füyuzat"  (1906-07)  jurnalı  milli  idealları  yeni  tarixi 

mə rhələdə davam etdirmişlə r. 

Cü mhuriyyətə 

gələn 

yolda 


Azə rbaycan 

mətbuatının  inkişafında  "Molla  Nəsrəddin"-in  təbliğ  etdiyi 

dərin  de mokratizm  və  azadlıq  ideyaları  impe ria lizmin  

müstəmləkəçilik  siyasətinə,  geriliyə,  mövhu mata,  cəhalətə, 

xu rafata  qarşı  mübarizədə,  maarif  və  mədəniyyətin  

tərəqqisində mühü m rol oynadı. Be ləliklə, 19 əsrin sonları - 

20  əsrin  əvvəllə rin in  bütün  bu  dövri  mətbuat  nümunələri 

Azərbaycanda  milli-ictima i  fikrin,  azad lıq  ideyalarının  

oyanışında müstəsna əhəmiyyət kəsb etmişdir. 

Azərbaycan  və  ü mu mtürk  milli  mə fku rəsinin  

formalaşmasında və inkişafında  mühüm  rol oynayan Həsən 

bəy  Zərdabi,  Əlimərdan  bəy  Topçubaşov,  İsmayıl  bəy  

Qaspralı  və  digərləri  milli  mətbuatın  tərəqqisinə  də  güclü  

təsir göstərdilər. 

Azərbaycan Xalq Cü mhuriyyəti mətbuatının həqiqi  

sələfləri 1911  ildən sonra  meydana gəlmişdilər.  Hələ   1912 

il  martın  6-da  bir  qrup  ziyalı  Bakıda  Orucov  qardaşlarının  

mətbəəsində  gələcək  Xalq  Cü mhuriyyətinin  ictima i-siyasi 

mə ra mlarını  ilk  dəfə  konsepsiya şəklində  təbliğ  edən  "İqbal"  (1912-15)  gündəlik  qə zetinin  nəşrinə  başlamışdıla r.  1915  il 

aprelin  27-nə  kimi  davam  edən,  923  sayı  çıxmış  bu  qəzeti  mü xtəlif  va xtla rda  Sənətulla  Eynullayev  ( İ b r a h i mov),  Seyid  

Hüseyn  Sadıq  (Kazımoğ lu),  Məhəmməd  Əmin  Rəsulzadə  və  M.Ə.Əbdüləzizzadə  redaktə  etmişlər.  "İqbal"  qəzetinin  

fəaliyyətində  Azərbaycan  milli  fikrin in  Əlabbas  Müznib,  Üzey ir  Hac ıbəyli,  Əli  Ra zi,  Sə məd  Mənsur,  Əlipaşa  Səbur, 

Hüseyn Cavid və b. görkəmli xadimləri yaxından iştirak etmişlər. 

1914


 

il  oktyabrın  15-də  Ə.Mü znibin  redaktorluğu  ilə  digər  b ir  milli  mətbuat  nümunəsi  -  "Dirilik"  jurnalı  nəşrə 

başlayır.  Burada  Ə.Mü znibin  və M.Ə.Rəsulzadənin A zərbaycan  xalqın ı ö zünüdərkə hazırlayan poetik və publisist əsərləri 

dərc edilmişdir. 

1915

 

il o ktyabrın  2-də  Bakıda, ilk dəfə o laraq,  milli proqramlı  "Açıq  söz"  qəzetinin  nəşrinə  başlanır.  "Açıq söz", 



əslində, qeyri-leqal şəkildə fəaliyyət göstərən "Müsavat" partiyasının orqanı idi. Bu qəzetin  də rəhbərləri və yazarları "İqbal" 

və  "Dirilik"  qəzet lərinin  əsas  müə lliflə ri  id ilə r.  "Açıq  söz"  qəzeti  İsa  bəy  Aşurbəyovun  keçmiş  "Kaspi"  mətbəəsində, 

Məmmədə li  Rəsulzadənin  müdirliy i  və  Məhəmməd  Əmin  Rəsulzadənin  redaktorluğu  ilə  çıxırd ı.  "Açıq  söz"  qəzeti 

Azərbaycanın  ictimai-siyasi  fikir  ta rixində,  ilk  dəfə  ola raq,  xa lqın  istiqlal  uğrunda  gələcək  mübarizə  konsepsiyası  olan 



"Türkləşmək,  islamlaşmaq,  müasirləşmək"  şüarını  açıq   şəkildə  təbliğ   edird i.  "Açıq  söz"ün  səhifələrində  20  əsr 

Azərbaycan  milli  fikrinin  ən  görkə mli  xad imləri  -  Sey id  Hüseyn,  Nəriman  Nərimanov,  Üzeyir  Hac ıbəyli,  Ömə r  Faiq  

Ne manzadə,  Həsən bəy Ağayev, Hüseyn Cavid, Əhməd Cavad, Abdulla Şaiq,  Əlabbas Müznib, gənc şair və dramaturqla r - 

Cəfə r Cabbarlı və M irzəba la Mə mmədzadə  çıxış  edird ilə r. "Açıq söz" Cü mhuriyyət dövrü ərəfəsində Azə rbaycan həyatının 

mühü m  ictimai-siyasi hadisələrin in canlı salnaməsi  idi.  Bu qəzet  xüsusilə Rusiyada 1917 il  inqilabı dövründə Azərbaycan 

xalq ının  milli  müstəqilliyi yolunda başlıca maneələr olan rus-bolşevik və ermən i-daşnak irticasına qarşı fikir  mübarizəsinin  

başında dururdu. M.Ə.Rəsulzadə "Açıq söz"ün ilk sayında dərc olunmuş proqram  məqaləsində yazırdı:  "Müttəhid bir ruh 

və müştərək bir qayəyə malik olmayan millətlərlə yeni əsaslar üzərində qurulacaq həyat hesablaşmayacaq və böylə bir 

silahdan məhrum qalan camaatlar kimsəyə söz eşitdirməyəcəklər" ("Açıq söz", 1915, 2 o ktyabr). 

Bu dövrün "İqbal", "Dirilik", "Təkamü l", "Açıq söz", "İstiqlal" və s.  mətbuat orqanları A zərbaycanın  mədəni hə-

yatına  böyük  təsir  göstərir,  xalqı  milli  mədəniyyətə,  milli  şüura  yiyələn məyə  çağ ırır,  beləliklə,  milli  məfkurən in  for-

ma laşmasına əvə zsiz yardım edirdilər. M illi-siyasi birliyə çağırış A zərbaycan Xalq  Cü mhuriyyətinin yaran ması ərə fəsində 

bütün Azərbaycan milli mətbuatının başlıca şüarına 

 


75 

 

çevrild i.  Sənətulla  Eynullayev  ―Açıq  söz‖  qəzetin in  15  mart  tarixli  sayında  Bakıda  yaxınlaşmaqda  o lan  rus -



bolşevik və erməni-daşnak təcavüzü barədə yazırdı: "Dəhşətli saat gəlir, birlik gərək!". Müəllif Azərbaycan xalqının siyasi 

partiyalarını  xarici  irticaya  qarşı  milli  birliyə  çağırır  və  xəbərdarlıq  edirdi:  əks  halda,  "Baş  kəsildikdə,  saqqalla  bərabər 



gedəcəkdir". 

"Müsavat" partiyası Azərbaycan  xalq ını  milli  mübarizələrə hazırlamaq üçün 1917 il iyulun  10-da "Müsavat" adlı 

qəzetin  nəşrinə  başladı.  Cə mi  a ltı  sayı  işıq  üzü  görmüş  bu  qəzet  "Yaşasın  Cümhuriyyəti-ənam,  var  olsun  milli-məhəlli 

muxtariyyət!" şüarı ilə ç ıxırdı. 

1917


 

ilin  oktyabrından  sonra  "Müsavat"  partiyasının  siyasi  proqramında  dəyişiklik  edilərək,  "milli  muxtariyyət" 

tələbi "milli müstəqillik "lə əvəz olunduqda "Müs avat" qəzetinin nəşri dayandırılır və 1918  il fevra lın 4-dən "Türk  Ədə mi-

Mərkə ziyyət "Müsavat" firqəsinin nəşri-əfkarı" başlığı ilə "İstiqla l" qəzeti çıxmağa başlayır. 

1918

 

ilin  əvvəllə rində  Azərbaycanda  siyasi  hakimiyyət  uğrunda  mübarizə  ö zünün  ən  yüksək  həddinə  çatır.  Rus-



bolşevik  və  ermən i-daşnak  irticası  "Müsavaf‖ın  hakimiyyətə  gəlməsinə  mane  olmaq  üçün  dəridən-qabıqdan  çıxır,  ö lkədə 

hərc-mərc lik,  fitnə-fəsadlar,  soyqırımları  törət məyə  başlayır.  1918  il  mart ın  31-də  Bakıda,  habelə  Azə rbaycanın  mü xtə lif 

bölgələrində  erməni-daşnak  və  rus-bolşevik  qaragüruhçuları  tərəfindən  türk-müsəlman   əhaliyə  qarşı  törədilən  kütləvi 

soyqırımları  bu dövr Azərbaycan milli mətbuatının başlıca mövzusu idi. Milli mətbuatın şüurları oyatmaq fəaliyyəti, apard ığı 

maarifçilik təbliğatı yaxın  oynayırdı. 

"İstiqlal" qəzetinin  məramı onun başlığında verilən məşhur epiqrafda aydın ifadə edilirdi: 



Millət yoludur, haqq yoludur tutduğumuz yol.   

 

 

 

 

 

 

 

Ey haqq! Yaşa, ey sevgili millət, yaşa, var ol! 

(Tofiq Fikrət) 

 

"İstiqlal‖da Əh məd  Cavad, Mirzəbala Məmmədzadə,  Seyid Hüseyn, Abdulla Şaiq, Hüseyn Mirzəcamalov, Fərhad 



Ağazadə,  Əli  Yusif,  Xəlil  İbrah im  və  başqa  müəlliflər  çıxış  edirdilər.  Beləliklə,  yeni  dövrdə  Azərbaycan  xalqının   milli 

özünüdərkində Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli A xundzadədən başlamış, Mirzə  Cəlil və Mirzə  Ələkbər Sab irə 

qədər yaradıcı ziya lıla r böyük rol oynamışlar. Artıq  Cü mhuriyyət qurularkən millət ö zünü, soykökünü, görkə mli ada mla rını 

tanıyır, milli idarəçiliyi milli məfkurən in təzahürü kimi qəbul edirdi. 

Azərbaycanda milli istiqlal elan  edildikdən sonra, milli mətbuatın qarşısında yeni vəzifələr durdu. Əsas vəzifə  Xalq  

Cü mhuriyyətinin  qorunub saxlan masından, daxili və  xaric təhlü kələrə qarşı  ideoloji  mübarizə aparmaqdan ibarət  idi  Yeni 

tarixi  vəzifə ləri  həyata  keç irmək  üçün  Azərbaycan  Xa lq  Cü mhuriyyəti  1918  ilin  aprelindən  "Azərbaycan‖  qəzetini  nəşr 

etməyə başladı. Qə zet in  mü xtəlif va xtla rdı  redaktorla rı Ceyhun bəy Hacıbəyli, Şə fi bəy  Rüstəmbəyli  Üzeyir bəy Hacıbəyli 

və Xəlil İbrah im o lmuşlar. 

Azərbaycan  Xa lq  Cü mhuriyyətinin  rəsmi  orqanı  olan  "Azərbaycan"  qəzetinin  başlıca   mə ra mı  yenicə  qurulmuş  

milli Hö ku məti müdafiə etmək idi. Cü mhuriyyətin bütün 


76 

 

siyasi-ictima i,  iqtisadi  və  mədəni  təsisatların ın  tarixi  mən-



zərəsi  bu  qəzetdə  öz  ə ksini  tap mışdır.  "Azərbaycan"ın  ilk  4 

sayı  Gəncədə çıxmış , sonralar  isə  Bakıda A zərbaycan və  rus 

dillərində nəşr olun muşdur. Dörd  s əhifəlik qəzetin  iki səhifəsi 

Azərbaycan, iki səhifəsi isə rus dilində bura xılmışdır. Qə zetin 

ilk  nö mrəsində  Bakının  azad  edilməsi  (1918,15  sentyabr)  ilə 

bağlı  xəbərlər,  Məhəmməd  Hadinin  türk  əsgərinin  şücaətini 

vəsf edən "Türk nəğməsi" şeri də dərc edilmişdir. 

"Azərbaycan" qəzetinin sentyabrın 19-da  rus dilində 

çapdan  çıxmış  sayında  Şəfi  bəy  Rüstəmbəyli  "Düşünmək 

vaxtıdır"  məqaləsində  "Daşnaksutyun"  partiyasının  Azər-

baycan  xalqına  qarşı  düşmənçilik  siyasətini  ifşa  edir  və 

ermənilərə  xəbərdarlıqla  ya zırdı:  "...hələ  nə  qədər  ki,  gec 



deyil,  erməni  xalqı  öz  qonşuları  ilə  səmimi  və  mehriban 

yaşamaq yoluna qədəm qoysun. Başqa yol onlar üçün daim 

fəlakətli olacaqdır". 

Paris sülh konfransında (1919-20) iştirak etmək üçün 

Azərbaycan Cü mhuriyyəti nü mayəndə heyətinin tərkib inə müşavir qis mində "Azərbaycan" qəzetinin  redaktoru Ceyhun bəy 

Hacıbəyli də daxil edilmişdi. 

Azərbaycan  Xa lq  Cü mhuriyyəti  Höku mətin in  qərar,  sərənca m,  fə rman  və   digər  normativ   sənədlərinin   xüsusi 

nəşrlərdə  verilməsi  "Azərbaycan"  qəzetinin  səhifə lərində  daha  çox  nə zəri  məqalə lərin,  A zərbaycana,  hə mçin in  dünya  və 

region ölkələrinə aid xəbərlərin, o xucu ları maraqlandıran başqa yazıların dərc edilməsinə imkan yarad ırdı. 

Azərbaycan Milli Şurasının, xüsusilə onun A zərbaycan Parla mentin in çağırılması sahəsindəki fəaliyyəti "Azərbay-

can" qəzetinin səhifələrində geniş əks olunmuşdur. Azərbaycan Parla menti  1918  il dekabrın 7-də işə başladıqdan sonra isə 

qəzet  onun  fəaliyyətini  daha  geniş  işıqlandırmış,  Parla mentin  mühü m  ic laslarından  stenoqrafik  hesabatları  "Azərbaycan 

Məclisi-Məbusanında"  rubrikası  alt ında  dərc   et mişdir.  Bundan  başqa,  qəzetdə  "Rəs mi  xəbərlə r",  "Te leqraf  xəbərləri", 

"Rusiyada",  "Ermən istanda",  "Gürcüs tanda",  "Türkiyədə",  "İrəvan  müsəlmanlarının  halı",  "Teatr  və  musiqi"  və  s.  kimi 

daimi rubrika lar da var idi. 

Məhəmməd  Əmin  Rəsulzadə,  Üzeyir  bəy  Hac ıbəyli,  Xəlil  İbrahim,  Fərhad  Ağazadə,  Hacı  İbrahim  Qasımov, 

Məhəmməd ağa Şahtaxt lı, Adil  xan Ziyad xanov, Əlabbas Müznib, Şəfiqə Əfəndizadə,  İstanbulda təhsil alan Əmin Abid və 

b. "Azərbaycan" qəzetinin səhifə lərində dərc o lunan məqa lələ ri, əsərlə ri A zərbaycan tarixin in,  mədəniyyətinin,  maarifinin  

inkişafına,  milli şüurun oyanmasına,  milli ö zünüdərkin  təşəkkülünə yard ım etmiş, azərbaycançılıq,  istiqlalçılıq, türkçülü k, 

islamçılıq,  müasirlik  məfkurəsinin təbliğində  mühüm ro l oynamışdır.  Qəzet səhifələrində Məhəmməd  Hadi,  Əh məd Cavad, 

Seyid  Hüseyn, Cəfər  Cabbarlı,  Yusif  Vəzir  Çəmən zəminli və b. vətənpərvər, yurdsevər şair və ədib lərin  milli  müstəqillik 

hissləri  aşılayan,  "vətən  qayğısı  və  millət  duyğusunu  hərşeydən  üstün  tutmağa"  çağıran  əsərlərinə  geniş  yer  verilird i. 

Azərbaycan Xalq  Cü mhuriyyəti dövründə milli ideologiyanın təşəkkü lündə və inkişafında  Üzey ir bəy Hacıbəylinin  böyük 

xid mət i o lmuşdur. İct ima i-siyasi həyatda gedən proseslərin fəa l iştira kç ısı olan  peş əkar  jurnalist kimi, o, dövri  mətbuatda 

milli  mədəniyyətimizin  bu və ya digər sahələrinə da ir  məqalə lərlə ç ıxış et miş,  milli azad lıq  və  istiqlalç ılıq  konsepsiyasını 

yaradıcılığ ının başlıca məramı saymışdır. 

Ü.Hacıbəyli  ö z  yazılarında  ermən i-daşnak  quldurlarının  azərbaycanlılara  qarşı  törətdikləri  soyqırımların ın, 

Qarabağ  ermənilərinin   Azərbaycan  Höku mətinə  tabe  olmaq  istəməmələrinin   siyasi  mah iyyətini  açır,  bütün  bunların  əsl 

səbəbkarı o lan rus-bolşevik-daşnak qüvvələrini ifşa edirdi. 

Qəzet   Azə rbaycan  Xalq   Cü mhuriyyətinin  dövlət,  ict ima i-siyasi,  iqtisadi  və   mədəni  həyatını  geniş  ə ks  etdirirdi. 

Azərbaycanın 1918-20 illə r tarixin in öyrənilməsində bu qəzetin müstəsna əhəmiyyəti vard ır. 

Azərbaycan Höku məti və Parla menti  mətbuatın və nəşriyyatların işini dövrün tələbləri səviyyəsində qurmaq üçün 

bir  sıra  qərarlar  qəbul  etmişdi.  Parlamentin  1919  il  30  oktyabr  tarixli  qərarı  ilə  qəbul  etdiyi  "Mətbuat  haqqında 



nizamnamə"də  göstərilirdi  ki,  "Mətbuat,  litoqrafiya  və  buna  bənzər  müəssisələrin  açılması  iiçiin,  habelə  çap 

məhsulunun nəşri və satılması iiçün Hökumət idarələrinin heç bir icazəsi tələb olunmur".  Dövri nəşrlərin təsis olunması 

üçün ancaq öz məqsədləri barədə  mətbuat işləri ü zrə baş müfəttişə ərizə təqdim ed ilməsi kifayət idi. Nizamnaməyə əsasən, 

mətbuat  orqanı  ancaq  qüvvədə  olan  qanunları  pozub,  cinayət  törətdikdə  məh kə mənin  qərarı  ilə  məsuliyyətə  cəlb  edilə  

bilərd i.  Cü mhuriyyət  Höku məti  mətbuat  azadlığ ını  milli  şüurun,  milli  mədəniyyətin  in kişafı  üçün  mühü m  ş ərtlərdən  biri 

hesab  edirdi.  Mə lu mdur  ki,  A zərbaycan  Xa lq  Cü mhuriyyəti  yaranana  qədər  çar  Rusiyası  tərkibində  olan   Azə rbaycanda 

mətbuat azadlığı yo x  idi. Ana dilində yazıb o xu maq böyük  maneələrlə qarşılaşır, qə zet və ju rnallar c iddi senzuraya  məru z 

qalırd ı.  Çarizmin Azərbaycan xalqını u zun  müddət milli  müstəmləkə əsarətində saxlaması  milli şüurun, milli  mədəniyyətin 

inkişafına  ağır  zərbə  vurmuşdu.  Azərbaycan  Xalq  Cümhuriyyəti  Hökumətinin  1918  il  9  noyabr  tarixli  sərəncamı  ilə 



mətbuat və 

 

 


77 

 

 



kütləvi informasiya  vasitələrinin  məzmunu,   nəşri və yayılması üzərində dövlət nəzarəti ləğv olunmuşdu. 

Azərbaycanın  1918-20  illərdəki  dövri  mətbuatı  əhalinin  mü xtə lif  zü mrə lərinin  ma raqlarını  ə ks  etdirirdi.  Be lə  ki, 

gənclərə  mə xsus  "Gənclər  yurdu",  tələbə  və  müəllimlərə  a id  "Əfkari-mütəə llimin",  e lm  və  incəsənət  xadimlərinin  

"Mədəniyyət"  kimi  qə zet  və  jurnalları  nəşr  olunurdu.  Onların  səhifələrində  milli  dirçəliş  naminə  təhsil,  elm,  maarif  və  

mədəniyyətin  inkişafına,  milli  ruhlu  yeni  nəslin  yetişdirilməsinə,  eyni  za manda,  ölkədə  baş  verən  ictimai-iqtisadi,  siyasi 

hadisələrə dair məqalə lər dərc  olunurdu. 

1919  il  martın  11-də  nəşrə  başlayan  "Övraqi-nəfisə"  jurnalı  Azərbaycan  mətbuatı  tarixində  ədəbiyyat  və  incə-

sənətdən bəhs edən ilk dövri mətbuat orqanı idi. 1919 ilin ma rt-avqust aylarında Bakıda cə mi 6 nö mrəsi nəşr edilmiş hə min  

jurnalın  redaktoru  Əlabbas  Müznib,  naşiri  bəstəkar  Zülfüqar  bəy  Hacıbəyli,  rəssamı  Əzim  Əzimzadə  idi.  Jurna lın  

səhifələrində  Firidun  bəy  Köçərli,  Abdulla  Şa iq,  Ca mo  bəy  Cəbrayılbəyli,  Zülfüqar  Hacıbəyli,  Əlabbas  Müznib,  Əmin  

Abid, Məhə mməd Hadi və başqa müəlliflər çıxış  edirdilər. Jurnalda musiqi, teatr, me marlıq abidələri haqqında məqa lələ r və  

fotoşəkillə r  dərc  olunur,  aktyorların  həyatı  və  səhnə  fəaliyyəti  barədə  yazılar  verilirdi.  Ermən ilə rin  a zərbaycanlıla ra  qarşı 

törətdikləri  soyqırımına,  qanlı  daşnak  irticasına  dair  yazılar  da  topluda  geniş  yer  tuturdu.  "Övraqi-nəfisə"də  milli 

özünüdərkin,  milli  ruhun  aşılan ması,  türkləşmək,  islamlaş maq,  müasirləş mək  ideyalarının  təbliğ i  məsələləri  böyük 

əhəmiyyət kəsb edirdi. Jurnalın 5-ci sayında yazıldığ ına görə, "Övraqi-nəfisə" kağız qıtlığ ı üzündən bağlanmışdı. 

İlk  nö mrəsi  1920  ilin  əvvəlində  çıxmış  "Qu rtuluş"  jurnalı  da  ədəbi-mədəni  sahədə  xey li  iş  görmüş,  Azərbaycan 

xalq ının  milli  mədəniyyətinin  təbliğinə  çalışmışdır.  Vətənpərvər  və  milliyyətçi  ziyalılardan  Abdulla  Şaiq,  Hüseyn  Cavid, 

Salman Mü mtaz, Feyzulla Sacid, Əli Yusif, Əbdürrəhman Dai və başqaları topluda əməkdaşlıq etmişlər. 

1918-20  illə rdə  Azə rbaycan  Xalq   Cü mhuriyyəti  Höku mət inə  mü xa lifətdə  olan   mətbuat  içərisində  ən  fəa lı  və  

güclüsü bolşevik  mətbuatı  idi.  Bu  mətbuat həmin  illərdə  Şimali Azərbaycanın Sovet  Rusiyası tərkibinə qatılması uğrunda 

mübarizə  aparırd ı.  Rusiyadan  təkcə  ideolo ji  deyil,  həm  də  maddi-texniki  cəhətdən  yardım  alan  Azərbaycan  bolşevikləri 

geniş mətbuat şəbəkəsi yaratmağa nail olmuşdular.  Bolşeviklər  1917-20 illərdə A zərbaycanda qırxdan artıq adda qəzet və 

jurnal ç ıxarmışlar. Bolşevik mətbuatını ço x hazırlıqlı siyasi qüvvələr idarə edirdi. 

Bolşevik  mətbuatının aparıcı orqanı "Hü mmət" qəzeti  idi.  Qəzet 1917-18 illərdə yazıçı və publisist Məmməd Səid  

Ordubadi və  inqilabçı-publisist Dadaş Bünyadzadənin redaktorluğu ilə  çıxırdı.  Bo lşevik  mətbuatının ən fəa l nümayəndəsi 

Əliheydər  Qarayev  id i.  O,  1918  ildə  bir  müddət  Tiflisdə  Gürcüstan  menşevik  hökuməti  daxilində  "Hümmət"  partiyasının 

millətçi  fraksiyasına  mə xsus  "Al  bayraq"  adlı  qəzet in  redaktoru  o lmuş,  1919  ildən  Ba kıya  gəlib,  bolşeviklə rlə   fəa l 

əməkdaşlığa başlamışdı. Ə.Qarayev 1918-20 illərdə rus və A zərbaycan dillərində nəşr ed ilən  "Al bayraq", "Zəhmət sədası", 

"Azərbaycan füqərası", "Bednota", "Raboçaya pravda", "Qolos truda", "Məşəl", "Oktyabr inqilab ı" kimi qəzet və jurnalla rın  

redaktoru olmuşdur. Bütün bu dövri  metbuat orqanları  zahirən nə qədər rəngarəng olsa da, məzmunca bir o qedər yekrəng 

idi.  Bo lşevizmə  xid mət  edən  bu  mətbuat sosializm  ideyalarını  təbliğ  edir,  küt lələ ri  sosialist  inqilabı  uğrunda  mübarizəyə  

çağınr,  xalqın  milli  b irliyini,  ənənəvi  idealların ı  sinfı  qarşıdurma  ideyası  ilə  zəhərləy irdi.  1918-20  illərdə  Bakıda  yerli 

bolşeviklərlə  bir  mövqedə  dayanan  və  Azərbaycanda  Milli  Höku mətlə  mü xalifətdə  olan  "Bakinets"  (1907-20), 

"Bakinskayajizn",  "Bakinskiy  raboçiy"  (1906-20,  RSDFP  Bakı  ko mitəsinin  orqanı),  " Bakinskoye  slovo",  "Bakinskoye 

utro", "İskra", "Nabat" (1919), "Naşa jizn" (1919), "Proletariy" və s. rus-dilli qəzet və  jurnallar da çıxırdı.  1918-20  illərdə 

Azərbaycanda erməni dilində çıxan qəzet və  jurnallar  içərisində  milli Hö ku mətə qarşı qatı düşmənçilik  mövqeyindən çıxış 

edən "Artsax", "Aparaj" və s. qəzet və jurnallar  xüsusilə fəallıq göstərirdi.  Rus dilində çıxan daşnakyönlü "Znamya truda", 

"Yedinaya  Rossiya"  ("İskra"),  "Naşe  vremya",  "Vperyod"  kimi  qəzetlər  Milli  Höku mətin  əleyhinə  təbliğatda  heç  də 

onlardan geri qalmırdı.  Bu nəşrlərin  redaksiya heyətləri Azərbaycan  xalq ının  milli  mənafe lərinə  xid mətdən və onu təmsil 

etmə kdən  çox  uzaq  idi.  On lar  milli  partiya lara,  hər  cür  milli  ideyaya,  milli  ö zünüdərkə  qarşı  qızğ ın  mübarizə  aparır, 

fəhlələ ri hər vasitə  ilə   milli a zad lıq hərə katından uzaq laşdırmağa çalışır,  xalq ın hürriyyət və Cü mhuriyyət arzularına qarşı 

çıxırd ılar.  Sosialist  və  bolşevik  mətbuatı  Bakıda  və  Azərbaycanın  bir  ço x  şəhər  və  kəndlərində  erməni-bolşevik 

quldurlarının türk-müsəlman əhaliyə qarşı 1918  il  mart qırğının ı, sonrakı soyqrımları daha da qızışdırır, yeni təxribatlara əl 

atırdı.  "Znamya  truda"  qəzeti  yazırdı  ki,  "Bakıdakı  mart  hadis ələrin in  milyon  izahı  var".  " Vperyod"  qəzeti  isə 

müsavatçıların guya rusları Azərbaycandan sıxışdırıb çıxartd ığını iddia edird i. 

1918-20  illə rdə Ba kıda gürcü, yəhudi, polyak, fars və başqa dillərdə də, əslində, Milli  Höku mətə qarşı çıxan, ayrı-

ayrı xarici qüvvələrin mənafey ini müdafie edən bir sıra dövri mətbuat orqanları nəşr edilirdi. 

 

 



 

 

 



 

 

 



 

Bu 


78 

 

illərdə  A zərbaycanda  milli  ideyalı  "Şeypur" və  "Zənbur"  adlı  satirik  jurnallar  ç ıxırdı.  İlk  nö mrəsi  1918  il  oktyabrın  5-də  



çıxmış  "Şeypur"un  naşiri  Səməd  Mənsur,  redaktoru  Məmmədəli  Sidqi  idi.  1919  ilin  aprelindən  nəşr  edilən  "Zənbur"da 

Məmmədə li Sidqi,  Əli Nə zmi, Sə məd Mənsur, Balaqardaş Səttaroğlu və başqa müəlliflə rin g izli  imzala rla şeir və publisist 

yazıları  dərc  olunurdu.  Jurnaldakı  rəngli  karikaturalar  rəssam  Əzim  Əzimzadəyə  məxsus  idi.  Həftədə  bir  dəfə  çıxan  

"Zənbur"un cəmi 24 nö mrəsi nəşr edilmişdir. 

1918-20  illə rin   satirik  mətbuatı  mütərəqqi  ideyaların  carç ısı  olan  "Molla  Nəsrəddin"  ədəbi  mə ktəbinin   satira  

ənənələrindən faydalanaraq, azadlıq və istiqlal düşmənlərini,  imperializmin  müstəmləkəçilik siyasətini, geriliyi, cəhaləti və 

xu rafatı satira atəşinə tutur, xalqı elmi b iliklərə yiyələn məyə, müasirləşməyə səsləyirdi. 

Ümu miyyətlə,  1918-20  illərin  mətbuatı  o  dövrə  qədərki  Azərbaycan  milli  mətbuatının  demo kratik  ənənələrinin  

yekun  mərhələsi  idi.  Bu dövrün  mətbuatında Azə rbaycanın  milli,  ictima i-siyasi  fikri, 1905  il  inqilabından sonra çarizmin  

müstəmləkəçilik  siyasətinə  qarşı  xalq ın  etirazı,  1911  ildən  sonra  milli  mu xtariyyət  ideyası,  Rusiyada  1917  il  o ktyabr 

çevrilişindən sonra isə milli istiqlal  idealları ö z əksini tapmışdır. A zərbaycan Xalq  Cü mhuriyyəti dövrünün milli  mətbuatı 

bütün bu tarixi mübarizələrin salnaməsidir. 



Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin