Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə5/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   2   3   4   5   6   7   8   9   ...   80

Ölkənin müdafiəsinin təĢkili. Azərbaycan Xalq Cü mhuriyyəti Höku məti qarşısında duran başlıca vəzifələrdən biri 

ölkənin   müdafiəsinin və ərazi bütövlüyünün təmin edilməsi  idi.  Ölkədə yaran mış son dərəcə ağır hərb i-siyasi şərait bunu 

tələb  edirdi  və  Cü mhuriyyətin  elan  edilməsinin  e lə  ilk  günlərindən  həmin  vəzifənin  həlli  istiqamət ində  lazımi  addımların 

atılmasına başlandı. Hələ müstəqilliyin  elan  edilməsi ərəfəsində formalaşdırılmasına başlan mış Müsəlman korpusunun hissə 

və bölmələ ri də bu işə cəlb ed ild ilər və art ıq Gəncəyə doğru hərəkətə  başlamış Bakı Sovetinin  bolşevik-daşnak qoşunların m 

qarşısını kəs mək üçün cəbhə xettinə göndərildilər. Lakin hələ tam formalaş-mamış olan Müsəlman korpusu bolşevik-daşnak 

qoşunlarının və S.Şau myanla əlbir olan  quldur Andronikin yaxşı silah lan mış dəstələrin in müqavimətini qırmaq üçün kifayət 

qədər hərbi gücə malik deyild i. Yen i hərb i qüvvələrin forma laşdırılmasına  isə va xt  yo x id i. Belə  bir və ziyyətdə Azərbaycan 

Höku məti  hərb i  yardım  üçün  Osmanlı  dövlətinə  müraciət  etdi.  Nəticədə,  soyqırımına  məruz  qalmış  Azərbaycan  xalq ının 

kö məyinə gəlmiş türk hərb i h issələri  ilə  milli tərkib li qoşun hissələrinin əsasında Qafqaz  İslam  Ordusu yaradıldı və Nuru 



paşa onun komandanı təyin edild i.  Qafqaz İslam Ordusunun fəaliyyət dövrü ölkənin müda-fiəsinin təmin edilməsinin  ilkin 

mə rhələsini təşkil edir.  Bu   mərhə lədə  müstəqilliy in tə minatçısı o lacaq  milli qoşun hissələrinin  yaradılmasına  rəhbərlik də 

türk  hərbçilərinə  həvalə  olun muşdu.  Ancaq  ölkə  ərazisində  ciddi  döyüşlərin  getdiyi  bir  vaxtda  milli  qoşun  hissələrinin 

formalaşdırılması  üçün  normal  şərait  yo x  id i.  Bununla  belə,  bütün  imkan lar  dövlət  müstəqilliyin in  qorunmasına  səfərbər 

olundu.  Höku mət  tərəfindən  Hərbi  vəziyyətin  elan  olunması  haqqında  qərar,  Hərbi  vəziyyətin  elan  olunması  haqqında 

qərara  əlavə  kimi  mühüm  sənədlər  qəbul  edildi,  Müs əlman  korpusu  Əlahiddə  Azərbaycan  korpusu  adlandırıldı.  Çağırış -

səfərbərlik işləri yenidən quruldu, bir sıra  bölgələrdə könüllü xa lq dəstələri təşkil edildi. Ba kı uğrunda döyüşlər za man ı ətra f 

kəndlərdə toplan mış könüllü dəstələr Maştağa dəstəsində birləşdirildi. 

Türkiyə  və  A zərbaycan  hərbi  qüvvələrinin   birgə  mübarizəsi  nəticəsində  1918  ilin  iyun-avqust  aylarında  Gəncə 



ermənilərinin  tərk silah  edilməsi  həyata  keçirildi,  Qaraməryə m  döyüşü,  Kürdəmir  döyüşü,  Ağsu  döyüşü,  Şamaxı  döyüşü, 

Salyan  döyüşü  uğurla  başa  çatdırıldı.  Birinci  Qafqaz  Qırmızı  Korpusunun  və  ingilis  hərbi  qüvvələri  tərəfindən  müdafiə 

olunan "Sentrok aspi diktaturası"nın qoşunlarına sarsıdıc ı zə rbə endirird i. 1918 il sentyabrın 15-də Ba kı şəhəri azad  edilərə k 

müstəqil A zərbaycan dövlətinin paytaxtına çevrildi. 

Azərbaycan Höku məti Bakıya köçdükdən sonra ölkənin ə razi bütövlüyünün təmin edilməsi üçün həyata keçi- 



50 

 

rilən  qətiyyətli  tədbirlə rdən  biri  də  Qafqaz  İslam  Ordusunun  Qarabağ  hərəkatı  oldu.  Bu  hərəkatda  iştira k  edən 



qüvvələrin  əsasını  Azərbaycanın  Birinci  piyada  diviziyası  və  türk  hərbi  bölmələri  təşkil  edirdi.  Hərəkata  rəhbərlik  Cəmil 

Cahid  bəyə tapşırılmışdı. Qısa müddət ərzində Qa rabağda Azərbaycan hakimiyyəti bərqərar edild i, separatçı ermən i daşnak 

qüvvələrinə ağır zərbə vuruldu. 



Mudros barışığının (1918) şərtlərinə əsasən türk hərb i qüvvələri A zərbaycanı tərk etdikdən sonra ölkən in  müda-

fiəsinin  təşkilində yeni  mə rhələ başlandı.  Bu  mə rhələdə bütün ağırlıq Azə rbaycan Hökumət inin üzə rinə düşdü. Türk hərb i 

qüvvələri  A zərbaycanı  tərk  edəndə  ölkənin  müdafiəsini  ö z  ü zərinə   götürməyə  qadir  olan  müstəqil  milli  ordu  hə lə 

formalaşmamışdı.  Bir  tərəfdən  əsas  diqqətin  döyüşlərin  aparılmasına  yönəldilməsi,  d igər  tərəfdən  də,  milli  ordu 

quruculuğuna  rəhbərlik  edən  bəzi  türk  zab itlərinin  əsaslandırılmamış  struktur  eksperimentlərinə,  xid mətin  təşkilində  və 

çağırış-səfərbərlik işlərin in aparılmasında nöqsanlara yol vermələri A zərbaycan ordusu hissələrinin  formalaş masını ləngitdi. 

Bu və zifənin həllinə nail o lmadan ölkənin müdafiəsini də etibarlı şəkildə təşkil et mə k mü mkün deyildi. Ona görə də Nazirlə r 

Şurası  Hərbi Nazirliyin yaradılması haqqında qərar qəbul etdi. Hərbi nazir vəzifəsi ilk vaxtlar Höku mətin sədri Fətəli  xan 

Xoyskiyə həvalə olundu. Hərbi Nazirliyin  təşkili və ordu quruculuğuna birbaşa rəhbərlik isə əvvəlcə nazir  müavini,  1918  il 

dekabrın 25-dən isə hərbi nazir təyin edilmiş Səməd bəy Mehmandarova tapşırıldı. 

Höku mətin  və  Hərbi  Nazirliy in  ölkən in  müdafiəsin in  təşkili  və  ordu  quruculuğu  istiqamətində  ümu mdövlət  mə-

nafelərini  əks  etdirən  qarşılıqlı  fəa liyyəti  güclü  hərbi  qüvvələrin   yaradılmasına  yol  açdı.  Bu  sahədə  yeni  siyasət  for-

malaşdırıld ı  və  onun  bütünlüklə  həyata  keçirilməsi  təmin  edildi.  Qısa  müddətdə  Hərbi  Nazirliy in  aparatı  fo rmalaşdırıldı. 

Buraya  Ümumi  qərargah,  Ləvazimat  idarəsi,  Topçu  idarəsi,  Hərbi-tibb  idarəsi,  Hərbi-baytar  idarəsi,  General-



kvartirmeyster şöbəsi və digər strukturlar daxil id i. Bundan başqa, Hərbi Nazirliyin ştatı barədə qanun, Əxzi-əsgər (ça-ğırış) 

təşkilatının  yaradılması  haqqında  qanun,  Hərbi  və  polk   məhk əmələrinin  yaradılması  barədə  qanun  qəbul  edildi.  Kifayət 

qədər hərbi biliyə və təcrübəyə  malik  zab itlər olan  Əlağa Şıxlinsk i, Həbib bəy Səlimov, Murad  Gə ray Tlexas, İbrahim ağa 



Usubov, Hə mid bəy Qaytabaşı, İbrahim ağa Vək ilov, Süley man bəy Əfəndiyev, Cavad bəy Şıxlinsk i, Feyzulla M irzə  Qacar 

və başqaları məsul vəzifə lərə  təyin edildilər. 

Azərbaycanda  milli  ordu  yaradılması,  b ir  tərəfdən  dövlət  quruculuğunun  mühüm  tərkib  hissəsi,  digər  tərəfdən  də 

konkret  tarixi  şəraitdə  Azərbaycanın  ərazi  bütövlüyünün  qorunması  üçün  atılan  zəruri  addım  idi.  Nazirlər  Şurasının  sədri 

Fətəli xan Xoyski 1918 il dekabrın 26-da Azə rbaycan Parla mentində ç ıxış edərkən ordunun üzərinə düşən vəzifəni 


51 

 

belə səciyyələndirirdi: "Gə rək hər bir dövlət daima özünü müdafiə etmək iiçün qüvvə  hazırlasın. Ona  görə bizim 



həm xarici düşmənlərimizə qarşı, bizim istiqlalımıza hücum  edənlərə qarşı  müdafiə edəcək bir qiivvəmiz olsun ". Hərb i 

nazir  Sə məd  bəy  Meh mandarov  is ə  Höku mətin   ordu  quruculuğu  ilə   bağlı  müəyyənləşdirdiyi  və zifələ ri  belə   açıq layırdı: 



"...Azə rbaycan  qoşunları  heç   bir  təcavüzkar  məqsəd  güdmür.  O  yalnız  dövlət  sərhədinin  miidafiəsi,  dövlət  daxilində 

qanun  və  qaydanın  qorunması,  mümkün  olacaq 

anarxiyanın 

aradan 

qaldırılması, 

bandaların 

soyqunçu  basqınlarına  son  qoyulması  məqsədilə 

yaradılmış və yaradılmaqdadır ". 

Parla ment  də  ordunun  forma laşdırılmasına, 

ölkənin  müdafiəsinin  təşkili  məsələlərinə  ciddi  d iqqət 

yetirirdi.  Ordu  quruculuğu  və  müdafiə   məsələlə rin in 

mü zakirəsi  zamanı  Nazirlər  Şurasının  sədri  və  hərb i 

nazir  vaxtaşırı  Parlamentə  dəvət  edilird i.  Parlamentdə 

hərbi  məsələlər  ü zrə  xüsusi  komissiya  yaradılmışdı. 

Ko missiyanın  üzv ləri,  hə mç inin   digər  millət  vəkillə ri 

müvafiq  sənəd  layihələrini  hazırlayıb  Parlamentin 

mü zakirəsinə təqdim etməklə bərabər, hərb i hissələrə, 

obyektlərə, gərgin döyüş bölgələrinə gedir, ü mu mordu 

miqyaslı  tədbirlərdə  fəal  iştirak  edird ilər.  Parlamentin 

fəaliyyəti 

dövründə 

ordu 

quruculuğu 



və 

ölkəmüdafiəsinin  təşkili  ilə  bağlı  9  qanun  qəbul 

edilmiş,  Azərbaycan-Gürcüstan  hərbi-müdafiə  sazişi 

(1919)  ratifikasiya  olunmuş,  Qarabağda  və  ölkənin 

şimalında  yaranmış  təhlükəli  vəziyyətlə  bağlı 

növbədənkənar mü zakirələr aparılmışdır. 

Ordu quruculuğundakı uğurların əsas 

səbəblərindən biri onun milli dəyərlərə söykənməsi idi. 

Azərbaycan dili orduda 



52 

 

 



 

53 

 

 



 

 

54 

 

  



55 

 

  



 

da  dfövlət  dili  kimi  qəbul  edild i.  A zərbaycan  dilinin  öyrənilməsi  və  savadsızlığın  ləğvi  üçün  kurslar  yaradıldı, 

həmin kursla rın aparılmasına təcrübəli mütə xəssislər cəlb ed ild i.  

Azərbaycan ordusunun mənəvi durumuna, hər bir döyüşçünün mənsub olduğu xalqın tarixi  keçmişini öyrənməsinə, 

qəhrəmanlıq nü munələri əsasında tərbiyələndirilməsinə böyük diqqət verild i. Bu  ba xımdan  Sə məd bəy Meh mandarov ço x 

dəyərli fikir və tə kliflə r  irə li sürdü. Hə min  fikirlərin  mahiyyəti bundan ibarət idi ki, Azərbaycanın qəhrə manlıq tarixi hə m 

araşdırılmalı, həm də  xalq  kütlələrinə çatdırılmalı  idi. Hərbi nazir bu istiqamətdə aparılan  işlərdə, eyni  zamanda, ifratçılığa 

varmağın,  milli  tərbiyənin  millətçiliklə  əvəz  o lunmasının   da  tərəfdarı  deyildi.  Nazir  Azərbaycan  xalqının  qəhrəmanlıq 

tarixinin kitablar halında çap edilərək qoşun hissələrinə çatdırılmasın ı vacib vəzifələrdən biri sayırd ı. 

Milli ordu quruculuğunda atılan ilk addımlardan biri də yeni hərb i geyim  formasına  keçilməsinin qərara alın ması 

oldu. Milli üslubda hazırlan mış yeni hərbi geyim əsgər və zabitlərdə milli ruhun fo rma laşdırılmasına müsbət təsir göstərirdi. 

Bu  məqsədlə  xüsusi  komissiya  yaradılmışdı.  Hə min  ko missiyaya  general-leytenant  Əlağa  Şıxlinski  rəhbərlik  edirdi. 

Azərbaycan ordusu 1919 il yanvarın  11-dən yeni-milli hərbi formaya keçdi. 

Milli hərbi  kadrla rın hazırlan ması da Hərb i Na zirliyin qarşısında duran mühüm vəzifə lərdən idi. Bu  məqsədlə hələ 

türk  qoşunlarının  Azərbaycanda  olduğu  vaxt  Gəncədə  fəaliyyətə  başlamış  podpraporşiklər  məktəbin in  fəaliyyəti  yenidən 

quruldu və onun statusu artırılaraq, Praporşik lər mək təbinə çevrildi. Məktəbdə təlim-tərbiyə işləri də  yenidən quruldu. 1919 

ilin  sonunda  Praporşiklər  məktəbin in  əsasında  Hərbiyyə  məktəbi,  Azərbaycan  ordusu  üçün  milli  hərbi  kadrlar  hazırlayan 

İstehkamçılar məktəbi, Hərbi dəmiryolçular məktəbi və Hərbi feldşer məktəbi də açılmışdı. 

Hərbi  Na zirliy in fəaliyyəti sayəsində, çətinliklər o lsa da, orduya çağırış işi yeni sistem əsasında quruldu. Nəticədə, 

əhali  orduda  xid mətə  müsbət  münasibət  bəsləməyə  başladı.  Bir  sıra  məmurların  qanunsuz  hərəkətlərinə,  varlıların  rüşvət 

verərək,  övladla rın ı  hərb i  xid mətdən  a zad  et məsinə,  fərarilik,  zabit lər  arasında  intiza msızlıq  hallarına  ba xmayaraq,  ordu 

quruculuğunda müsbət dəyişikliklər üstünlük təşkil edirdi.  Bunun bir səbəbi də o idi ki, Hərbi  Nazirlik  mənfi hallara qarşı 

digər müvafiq orqanlarla, xüsusilə Da xili İşlə r Na zirliyi ilə ə lbir mübarizə aparırd ı. 

Hərbi  na zir  Sə məd  bəy  Mehmandarov  ordu  quruculuğundakı  çətinliklə rdən  bəhs  edərkən  hələ  1918  ilin  deka-

brında göstərirdi ki, fərariliy in əsas səbəblərindən biri çağırış orqanlarının  fəaliyyətinin  düzgün qurulmaması ilə bağlıdır. O, 

açıqca bildirird i ki, hərbi xidmətə yalnız rüşvət verib "canlarını qurtara bilməyən " şəxslər cəlb olunurlar və buna görə də 

qoşun hissələrində bir nəfər də olsun imkanlı adamın övladı yoxdur. İmkanlı adamların övladlarına yalnız Praporşiklər 

məktəbində rast gəlmək olardı ki, onlar da öz arzuları ilə təhsil almağa gəlmişdilər. Hərbi mükəlləfiyyətin əsas ağırlığı 

kasıbların üzərinə düşiirdü. 

 

 

 

 

 

 

 

 

 

 

1918  il dekabrın  25-də Səməd bəy Mehmandarov hərbi  xid mətə çağırışı yaxşılaşdırmaq  məqsədilə  xalqa  müraciət 

etdi.  Müraciət  A zərbaycan  və  rus  dillərində  çap  ed ilərək  əhali  arasında  yayıldı.  Hərbi  nazirin  mü raciətində  türk  qo-

şunlarının Azərbaycanda olduğu zaman çağırış  işində yol verilmiş nöqsanlara, o cümlədən, hərbi hissələrdə əsgərlərə qarşı 

fiziki güc tətbiq edilməsinə, əsgərlərin ağ ır  məişət şəraitinə to xunulur, onların aradan qald ırılması üçün görülən qətiyyətli 

tədbirlərdən  bəhs  olunurdu:  "İndi  isə  qoşun  düzəltməyi  öz  öhdəmə  götürmüşəm  və   cəmi  vətəndaşları,  istər  fəqir,  istər 



dövlətli, əsgərliyə çağırıram. Hər kəs ki, bir dövlətli uşağını qələmdən salıb azad etsə, böyük cəzaya düçar olacaqdır və 

burası da məlum olsun ki, əsgərlər yaxşı geyinəcəklər və yeməklərinin də yaxşı olmağına mən çox çalışıram. Otaqları isti 

olacaq və hər bir əsgər üçiin ayrı yorğandöşək hazırlatmışam ". 

Həyata keçirilən bu tədbirlər A zərbaycan ordusunun forma laşdırılması işini xey li sürətləndirdi. 

Güclü ordu formalaşdırılması üçün vacib olan mü xtəlif hərb i strukturun yaradılması, qoşunların ərzaq və digər va-

sitələrlə tə min olun masının ya xşılaşdırılması, hə mç inin  zabit lərin  maaşlarının va xtaşırı art ırılması hə m Hö ku mətin, hə m də 

Hərbi  Na zirliyin  daimi  nə zarətində  id i.  Bu  sahədə  hərbi  nazirliklə  Na zirlər  Şurası  arasında  sıx  əlaqə  yaradılmışdı.  Hərb i 

nazir 1919 ilin apre lində ordunun forma laş dırılması üçün büdcədən ayrılacaq vəsaitin miqdarı barədə Höku mətə tə klif verdi. 

Höku mət bu təklifi təsdiq etdi.  Həmin vəsait 399,4  milyon  manata bərabər  idi  ki, bu da dövlət büdcəsinin 27,7%-ni təşkil 

edirdi. 


Ölkənin  müdafiə qüdrətinin  möhkəmləndirilməsi üçün Azərbaycan Höku məti həm də  fəal  xarici siyasət yeridirdi. 

Bu baxımdan, həm nüfuzlu dünya ölkələri  ilə, həm də yaxın qonşularla qarşılıq li əlaqələrin qurulmasına cəhd göstərilirdi. 

Belə  ki, Azərbaycanla  Gürcüstan arasında hərbi əməkdaşlıq gücləndirildi və bu ə mə kdaşlığı niza mlayan hüquqi baza  kimi 

1919 il iyunun 16-da iki respublika a rasında hərbi saziş imza landı. Sa zişi Azə rbaycan Höku mət i tərə findən xa ric i işlə r na ziri 

Məmməd   Yusif  Cəfərov, hərbi na zir Sə məd bəy Meh mandarov və Baş ərkani-hərbin  (Baş qərargahın)  rəisi Mə mməd bəy 

Sulkeviç imzaladılar. Tiflisdə üç il  müddətinə imzalan mış həmin sazişə görə tərəflərlərdən hər hansı biri  xarici  müdaxiləyə 

mə ruz  qala rsa,  digəri  ona  kö mə k  göstərməli  idi.  Tə rəflərin  razılığına  əsasən,  2  həftə  ərzində  Ermənistana  da  bu  sazişə 

qoşulmaq hüququ verilird i. Ancaq Azərbaycan və Gürcüstan torpaqlarına göz dikən Ermənistan bu müqaviləyə qoşulmad ı. 

Göstərilən sazişdən əlavə, Azərbaycanla  Gürcüstan arasında hərbi-texniki əməkdaşlıq haqqında da sənəd imzalandı. 

Hə min  sənədə  əsasən,  Gürcüstan  həm  hərbi  te xnika  və  sursatla,  həm  də  hərbi  kadrların  hazırlanması  işində  Azərbaycana 

kö mək  göstərdi.  Gürcüstandan  gətirilmiş  silah,  sursat  və  təchizat  Azərbaycanın  şimal  sərhədlərini  qoruyan  qoşun 

bölmələrinin maddi-texniki imkan ların ı xey li yaxşılaşdırdı. 

Höku mətin,  o  cümlədən  Hərb i  Nazirliyin  gördüyü  tədbirlər  nəticəsində  Azərbaycan  ordusunun  döyüş  qabiliyyət 



56 

 

getdikcə güclənir, ölkənin  müdafiə imkan ları artırdı.  1919  ilin yayında Denikin qoşunlarının Azərbaycana hərbi müda xiləsi 



təhlükəsi artdığı  za man, ölkənin əra zi bütövlüyünün qorunub saxlan ması üçün bütöv müdafiə sisteminin yaradılmasına nail 

olundu,  Şimal  sərhədinin  müdafiə  sistemi,  Abşeronun  müdafiə  sistemi,  Bak ının  müdafiə  sistemi  quruldu,  bu  müdafiə 

sistemlərinin  möhkə mləndirilməsi üçün kifayət qədər qüvvə və vəsait ayrıldı.  1919  ilin  iyununda  Dövlət Müdafiə Komitəsi 

yaradıldı və bununla da ö lkənin  müdafiəsinin təşkili konkret bir orqanda mərkəzləşdirild i. Nazirlər Şurası sədrinin rəhbərlik 

etdiyi  bu  orqan  hərbi  quruculuq  sahəsində  həm  zə ruri  olan  qəra rla r  qəbul  ed ir,  hə m  də  ö zü  bu  qərarların  icrasını  təşkil 

edirdi. 


Höku mətin  gördüyü qəti tədbirlər nəticəsində texmi-nən il yanm ərzinde, mü rəkkeb tarixi şəraitdə, iqtisadi və hərbi 

bazanm  ço x  zəif  olmasına  baxmayaraq,  kifayət  qədər  yüksək  döyüş  qabiliyyətinə  malik  bir  ordu  yaradıldı.  Bu  ordunun 

təşkili Azə rbaycan Xalq Cü mhuriyyətinin ən mühüm nailiyyətlərindən biri idi. 

1919  ilin  avqustunda Azərbaycan  ordusunun  artıq  kifayət  qədər  forma laşmış  hərbi  hissələri  Lənkəran  bölgəsinin 

Azərbaycan  Höku mətinə  tabe  olmayan  qiyamç ılardan  tə mizlən məsi  məqsədilə   Lənk əran  əməliyyatını  uğurla  yerinə 

yetirdilər.  Qiya mç ı  qüvvələrin  məğlub  edilməsi  və  bölgədə  A zərbaycan  Xalq  Cü mhuriyyəti  hakimiyyətinin  bərqəra r 

olunması hərb i nazirin əmri ilə yarad ılmış  Lənkəran dəstəsinə tapşırıld ı.  Dəstənin ko mandanlığ ı general-mayor  Həbib bəy 

Səlimova həvalə olun muşdu. 

Lənkə ran dəstəsinin qətiyyətli və  çevik  fəaliyyəti nəticəsində sentyabrın 3-də  bölgədəki rus hərbi qüvvələri tərk-

silah  edild ilə r.  Bununla  əlaqədar  ola raq  hərbi  na zir  Sə məd  bəy  Meh mandarovun  1919  il  19  sentyabr  tarixli  420  saylı 

əmrində  deyilird i:  "Lənkəran  şəhərinin  tutulması,  həmin  rayonda  qayda-qanunun  bərpa  edilməsi  və  Azərbaycan 

Hökumətinin hakimiyyətinin təsdiq edilməsi üçün  mənim tərəfimdən Lənkərana  Ümumi qərargah  rəisi general-mayor 

Səlimovun komandanlığı altında üç qoşun növünd ən ibarət xüsusi dəstə təchiz edilmiş və göndərilmişdi. 

Hacıqabuldan Lənkərana və geriyə olan 430 verstlik məsafəni bərk  istilərdə bizim gənc ordumuz xəstələr və ar-

xada qalanlar olmadan 15 günə qət etmişdir. Bütün yürüş ə rzində dəstədə qayda-qanun pozulmamış, yerli sakinlərdən 

heç birinə kiçik bir ziyan da vurulmamışdır. Yol-boyu şəhər və kəndlərin əhalisi dəstənin zabit və əsgərlərinin nəzakətli 

davranışlarını  böyük  minnətdarlıqla  qeyd  edirdilər.  Mən  buna  dəstə  qayıdandan  sonra  Lənkərana  olan  şəxsi  səfərim 

zamanı əmin oldum. Öz əsl hərbi görkəmi və nümunəvi nizam-intizamı ilə hamıda güclü təəssürat yaradan dəstə zəngin 

hərbi qənimətlə Lənkəran qəzasını və Muğanı əzizimiz Azərbaycanın ağuşuna qaytardı, zülmdən və anarxiyadan əziyyət 

çəkən əhalini sakitləşdirdi və əmin-amanlığı təmin etdi. Bütün bunlar bir damla qan tökulmədən həyata keçirildi. 

Azərbaycan ordusunun birinci hərbi yürüşündə özlərini qoçaq və şərəfli döyüşçü kimi göstərən gənc  əsgərlərə 

ürəkdən "sağ ol!" deyirəm". 

Azərbaycan ordusunun nəyə qadir olması  Qarabağın dağlıq hissəsini Azərbaycandan qoparmaq  məqsədilə həyata 

keçirilən  ermən i-daşnak  təcavüzünün  aradan  qaldırılması  üçün  aparılan  Qarabağ  əməliyyatında  özünü  bir  daha  bariz 

nümayiş etdirdi.  Bu təcavüz Azərbaycanın işğalı və bölüşdürülməsi  məqsədilə Sovet  Rusiyası ilə erməni-daşnak qüvvələri 

arasındakı  sövdələşmə  nəticəsində  həyata  keçirilird i.  Erməni-daşnak  qüvvələri  bütün  Qarabağı  ələ  keçirməyə  cəhd 

göstərməklə, həm də A zərbaycanın şimal sərhədlərin in  müdafiəsinin tamamilə zəiflədilməsinə və 



 

57 

 

bununla da bolşevik işğalının asanlaşmasına əlverişli şərait yaratma lı id i. 



Erməni qüvvələri Novru z bayra mı günlərində,  mart ın  22-də gecə saat 3-də eyni va xtda Şuşa, Xankəndi,  Əsgəran, 

Xocalı və Tərtərdə yerləşən qoşun bölmələrinin ü zərinə hücu ma başlasalar da, hərb i təşəbbüsü ələ ala bilmədilər. Birinci 

piyada  diviziyasının  ko mandiri  general-mayor  Cavad  bəy  Şıxlinski  erməni  silahlı  dəstələrin in  Əsgəran  qalası  ü zərinə 

hücumu  başlanandan  sonra  Nazirlər  Şurasının  sədri  Nəsib  bəy  Yusifbəyliyə  göndərdiyi  teleqramında  yazırdı:  "Əsgərlər 



qalanın bir hissəsini hələ də əllərində saxlayırlar... ya başımızı verəcəyik, ya da Əsgəranı qoruyacağıq". 

Qarabağ  müharibəsi  Azərbaycan  ordusunun və  onun  rəhbərliyinin  müstəqillik  dövründə  rastlaşdıqları  ən  ağır  və 

həm də ən şərəfli sınaq idi. Qısa  müddətdə Azərbaycanın bütün müdafiə qüvvələri səfərbərliyə a lındı.  Vətənin i və yurdunu 

sevən  Azərbaycan  oğulları  ölkənin  ə ra zi  bütövlüyünün  təmin  ed ilməsi  üçün  əsl  qəhrə manlıq  nü munələri  göstərirdilər. 

Azərbaycanın  hərb  tarixinə  Qarabağ  müharibəsi  adı  ilə  da xil  o lmuş  bu  müharibənin  uğurla  başa  çatdırılması  Azə rbaycan 

ordusu əsgərlərinin, zab it və generallarının Vətənə əsl xid mət nü munəsi id i. Hərb i na zir Sə məd bəy Meh mandarovun strateji 

rəhbərliy i, general  Əlağa Şıxlinskin in təşkilatçılıq  qabiliyyəti, genera l-mayor Həb ib bəy Sə limovun, general-mayor Cavad 

bəy Şıxlinskin in, genera l-mayor Tey mur bəy Novru zovun və yüzlə rlə d igər zab itlərin şücaəti A zərbaycan ordusunun qüdrət 

və  qabiliyyətini  nümay iş  etdirdi.  Ermən i  silahlı  qüvvələri  göstərdikləri  bütün  cəhdlərə  ba xmayaraq,  Qarabağın  A zərbay-

candan qoparılmasına nail o la bilməd ilər. 

Qarabağdakı  güclü  erməni  təcavüzü  dəf  olunsa  da, şimaldan  yaxınlaşan  hərbi  müdaxilənin  qarşısını  almaq  mü m-

kün olmadı, çünki A zərbaycan ordusunun şimal sərhədlərini qoruyan hərbi hissələrin Qarabağın  müdafiəsinə cəlb edilməsi 

nəticəsində buranın müdafiə  imkan ları ço x zəiflə mişdi. Qa rabağdakı qüvvələrin yenidən şima la at ılması üçün isə nə vaxt  var 

idi, nə də imkan. Hə m də, 1920 il apre lin 16-da Fətəli xan Xoyski b ild ird i ki, Qarabağdan qoşunları heç b ir vəchlə ç ıxa rmaq 

olma z, çünki bu, ermən i silahlı qüvvələrin in A zərbaycan torpaqlarına qarşı təcavüzünün yenidən güclənməsinə səbəb ola 

bilər. 


1920  il aprelin 27-də Sovet Rusiyası hərbi qüvvələrinin Azə rbaycan sərhədlərini po zması  xəbəri a lınan kimi, hərbi 

nazir  Sə məd  bəy  Meh mandarov  Birinci  piyada  diviziyasının  ko mandiri,  general-mayor  Cavad  bəy  Şıxlinskiyə  teleqra m 

göndərib şimal sərhədinin  müdafiəsinə hərbi qüvvə ayırması barədə əmr verd i: "Bolşeviklər Yalama stansiyasına hücum 

etdilər.  Onlar  dayanmadan  irəliləyirlər.  Xudatı  ələ  keçiriblər.  Çıxılmaz  vəziyyətdəyik.  Günü  bu  gün  Qızılburuna 

Qazaxdan bir tabor və Gəncədən bir tabor göndərməyinizi əmr edirəm.  Hər bir taborda ən azı 500 süngü və pulemyot 

olmalıdır.  Yük  qatarı  artıq  göndərmişik.  Həmin  hissələrin  gəlməsi  vaxtını  teleqramla  bildirin.  Biz  taborları  sabaha 

gözləyirik". 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Hərbi  na zir  Sə məd  bəy  Mehmandarov  bu  əmri  ilə ,  göründüyü  kimi,  şima l  cəbhəsinin  müdafiəsi  üçün  köməyi 

Qarabağdan deyil, Gəncə və Qazaxdan gözləyird i. Çünki yaran mış vəziyyətdə Qarabağda olan qüvvələrin şimala gətirilməsi 

belə, A zərbaycan ordusu ilə müqayisədə çox böyük zə rbə qüvvəsinə malik o lan Qırmızı ordunun qarşısını ala b ilməyəcəkdi. 

Hə m  də,  ermən i  təcavüzka rla rına  qarşı  aparılan  hərbi  ə mə liyyatlarda  Azərbaycan  ordusu  xeyli  canlı  qüvvə,  maddi  it kilə r 

vermişdi. Şimal sərhədi boyunca müdafiədə dayanan azsaylı hərb i h issələr bütün qüvvələri  ilə  müqavimət göstərsələr də, 

sayca qat-qat  çox  olan  və  hərbi  te xn ika  ilə  ya xşı  təchiz  olun muş  bolşevik  müda xiləç ilə rin in  qarşısını  sa xla maq  mü mkün 

olmadı. 


İşğalçı ordunun əsas zərbə qüvvəsinin zirehli qatarlarla Bakıya girməsi və şəhərin giriş-çıxış yollarının tutulması ilə 

Azərbaycan Xalq Cü mhuriyyətinin müqəddəratı həll edild i və Azə rbaycanın müstəqilliyinə son qoyuldu. 



Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin