Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə12/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   ...   8   9   10   11   12   13   14   15   ...   80

Teatr  və  musiqi. T e a t r. Azərbaycan Xalq Cümhuriyyətinin  yaran ması milli teatrın fəaliyyətində də canlan maya  

səbəb  oldu.  Dövlətin  fəa l  kö məyi  və  müda xiləsi  nəticəsində  Azərbaycan  teatrının  inkişafında  mühüm  keyfiyyət 

dəyişikliklə ri  baş  verdi.  Teatrın  repertuarına  Azərbaycan  tarixi  və  milli  a zadlıq  mübarizəsi  ilə  bağlı  yeni  əsərlər  gəld i. 

İctimai həyatda teatrın rolu artdı. 

Əsası  1873  ildə  qoyulmuş  peşəkar  Azərbaycan  teatr  sənəti  20  əsrin  əvvəlində  milli  mədəniyyətin  ən  sürətlə  irə-

liləyən  sahələrindən  idi.  1900  ildə  Əbdürrəhim  bəy  Haqverdiyevin  rəhbərliy i  ilə  ilk  daimi  teatr  truppası  yarandı.  "Nicat" 

mədəni-maarif  cə miyyətinin  nə zdində  yaradılan  teatr  bölməsi  (1906),  qabaqcıl  teatr  xadimlə rin in  bir  truppada 

birləşdirilməsi milli teatrın inkişafında mühü m ro l oynadı. 1912 ildən "Səfa" cəmiyyətinin teatr bölməsi fəa liyyət göstərirdi. 

Azərbaycan  teatr  sənətinin  korifeyləri  Hüseyn  Ərəblinski,  Cahangir  Zeynalov,  M irzağa  Əliyev,  Hüseynqulu 

Sarabski, Sidqi  Ruhulla və b. ço x çətin şəraitdə fəa liyyət göstərsələr də, həqiqi  xa lq sənəti uğrunda fədakarlıq la və ina mla  

mübarizə aparırdılar. 

Azərbaycan  teatrının  qabaqcıl  nü mayəndələri  cə miyyətin  mütərəqqi  qüvvələrinin   yardımına  a rxa lanaraq,  teatrın  

ideya-bədii  səviyyəsini  qaldırmaq  və  onu  təşkilati  cəhətdən  möhkə mləndirmə k  üçün  pərakəndə  teatr  truppaların ın  bir-

ləşdirilməsinə  ça lışırdılar.  Məh z  bunun  nəticəsində  aktyorların  yaradıc ılığ ının  inkişafına,  onların  peş əkarlığ ının  yük-

səldilməsinə qayğı göstərən "Müsəlman  artistləri cə miyyəti" yaradıldı. Bütün bu truppalar  milli dra maturgiyanın və dünya 

dramaturg iyasının ən yaxşı əsərlərini uğurla tamaşaya qoyurdular. 

Lakin  1918 il mart soyqırımı zamanı Bakıda olan teatr və aktyor truppaları pərakəndə hala düşmüş, demək o lar ki, 

fəaliyyətlərin i  dayandırmışdılar.  Ya lnız  A zərbaycan  Xalq  Cü mhuriyyəti  qurulduqdan  sonra  Bakıda  teatr  truppalarının  

yenidən  təşkil  olunmasına  şərait  yarandı.  Cü mhuriyyət  dövründə  Bakıda  fəaliyyətini  bərpa  et miş  ilk  truppa  "Hacıbəyli 

qardaşları"  olmuşdur.  Truppa  tanınmış  sənətkarlardan  Hacağa  Abbasov,  Mirzağa  Əliyev,  Əh məd  Ağdamski,  Cəlil 

Bağdadbəyov,  Hüseyn  Ərəblinski,  Hüseynqulu  Sarabski,  Mu xtar  Məhəmməd zadə,  Rza  Darablı,  Sidqi  Ruhulla,  Ələkbər 

Hüseynzadə,   Məmmədtağı   Bağırzadə,   Bağır 

 

 



96 

 

 



Cabbarzadə,  Əbülhəsən  Anaplı,  Əh məd  Anatollu,  M ir  Mah mud  

Kazımovski, Məğfurə  xan ım,  Yeva (Yevgeniya)  Olenskaya, Semnur  xanım Mina  xanım və başqalarını bir yerə toplayaraq, 

həftədə  üç gün növbə  ilə  dra m,  ko mediya,  opera  və  operetta  tamaşaları  göstərir,  repertuarın ı    zənginləşdirmə k  qayğısına 

qalırd ı. 

"Hacıbəyli  qardaşları"nın  teatr  truppasında  Əbdürrəhim  bəy  Haqverdiyevin  "Dağ ılan  tifaq",  "Pəri-cadu",  "Ağa 

Məhəmməd şah Qacar", Şə msəddin Sa min in " Gaveyi-ahəngər", Sultan məcid  Qən izadənin "A xşam səbri xey ir ola r", Mehdi 

bəy Hacınskinin "Su ltan Əbdülhə mid in " xəl" i və ya xud  zülm və  istibdadın axırı",  Cə fər  Cabbarlın ın "Ənvər bəyin  Ədirnə  

fəthi", İsa bəy Aşurbəylinin "Azərbaycan" kimi dra m əsərləri, Üzeyir bəy  Hacıbəylin in "Arşın  ma l a lan", "O o lmasın, bu 

olsun" ("Məşədi İbad"), "Ley li və Məcnun", "Əsli və  Kərə m", "Şah Abbas və Xurşid banu", Zülfüqar  Hacıbəylinin "Aşıq 

Qərib", "Evliy kən subay", Müslüm Maqo mayevin "Şah İs mayıl" kimi opera ları və operettaları dəfə lərlə göstərilmişdir. 

Cü mhuriyyət dövründə Azərbaycanın digər şəhər və qəzalarında da teatr truppaları təşkil olundu. Şuşada Hacıbəyli 

qardaşlarının teatr müdiriyyətinin filialı yaradıldı. 

Bu  dövrdə  tamaşaların  göstərilməsi  üçün  daimi  teatr  binasının  olmaması  (musiqili  tamaşalar  şəxsi  teatrların  

səhnəsində göstərilirdi), mürtəcə qüvvələrin A zərbaycan teatrının tərəqqisinə əngəl törət məsi və s. çətinliklərə ba xma- 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


97 

 

 



 

98 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



yaraq, ölkən in mədəni həyatı canlan ır, yenilik abhavası aydın hiss edilird i. Cü mhuriyyət Höku mətinin teatrın inkişaf 

etdirilməsində  məqsədyönlü işlərindən biri də Azərbaycan Dövlət Teatrının təşkili oldu.  Azə rbaycan professional teatrının 

tarixi 1873 ildən başlansa da, yalnız A zərbaycan Xa lq Cü mhuriyyəti dövründə Dövlət Teatrı statusu aldı. 

Cü mhuriyyət Hö ku mətin in 1918 il 9 oktyabr tarixli qərarına əsasən teatr işi maarif nazirliyinin sərəncamına verildi. 

Oktyabrın  18-də  isə  Höku mət  Dövlət  Teatrının  təşkili  haqqında  xalq  maarifi  nazirinin  məru zəsini  d inləyərək,  Mayılov 

qardaşları  teatrının  binasını  (indiki  Azərbaycan  Dövlət  Akademik  Opera  və  Balet  Teatrı)  həmin  teatr  üçün  almaq  barədə 

qərar qəbul etdi. Qəra rda Bakıda dövlət teatrın ın yaradılmasın ın vacib liy i və  bunun üçün Mayılov qardaşları teatrı binasının  

daha münasib olduğu nəzərə alınaraq, xalq maarifi nazirinə teatrın b inasını məcburi surətdə, lakin ədalətli qiy mətlə nazirliyin  

sərəncamına almaq və bundan sonra onu Dövlət teatrı ad landırmaq tapşırılırdı. Azə rbaycan səhnə sənətinin  xadimlə ri yeni 

yaradılmış teatrın tərkib inə daxil oldular.   

 

 

 



 

 

 



 

Azərbaycan Dövlət  Teatrının aç ılışı və  fəaliyyəti Xa lq  Cü mhuriyyəti dövründə  mədəni həyatın ən parlaq səhifə -

lərindən biri id i. Əgər bu va xta  qədər "Hac ıbəyli qardaşları" truppası, əsasən, opera və operetta ta maşaları göstərmişdisə, 

Dövlət  Teatrı  təşkil  edildikdən  sonra  onun  repertuarı  zənginləş miş,  Mirzə  Fətəli  A xundzadə,  Nəriman  Nərimanov, 

Əbdürrəhim  bəy  Haqverdiyev,  Nəcəf  bəy  Vəzirov,  Cəlil  Məmmədquluzadə,  Hüseyn  Cavid,  Cəfər  Cabbarlı  və  digər 

görkəmli dramaturqların əsərləri ilə yanaşı, dünya klassiklərinin əsərləri də səhnəyə qoyulmuşdur. 

Dövlət Teatrın ın açılmasını, onun tarixi əhəmiyyətini və vəzifələrini, aktyorluq sənəti və teatr qarşısında meydana 

çıxan b ir sıra  məsələləri etraflı şəkildə  işıqlandıran ictimai  xadim, publisist Mirzəbala Məmməd zadə "Höku mət və teatro" 

məqa ləsində  milli  və  qüdrətli  bir  səhnəyə  malik  o lmaq  üçün  yüks ək  səviyyəli  əsərlər  meydana  qoya  biləcək  ya zıçıların, 

həmç inin  hə min  səhnə  əsərlərini  mü kə mməl  sənətkarlıq la  xalqa  çatdırmağa  qadir  olan  aktyorların  yetiş dirilməsini  zəruri 

sayır və onların hər ikisinin mövcud olduğunu bildirird i. 


99 

 

 



 

100 

 

 



 

 

 



 

 

Azərbaycan Xalq  Cü mhuriyyəti dövründə Dövlət Teatrının 



binasında  opera,  musiqili  teatr  tamaşaları,  xalq  musiqisindən  ibarət 

konsertlərlə  yanaşı,  mühü m  dövlət  tədbirləri  də  keç irilirdi.  Dövlət  

Teatrının  pərdələri  ilk  dəfə  1918  il  noyabrın  4-də  Nəriman  

Nərimanovun "Nadir şah" faciəsinin ta maşası ilə  açıldı. 

1919  il  avqustun  22-də  Bakı  "Türk  aktyorla rı  ittifaqı"  

idarəsi  ilə  "Hacıbəyli  qardaşları"  müdiriyyətinin  birgə  ic lasında 

"milli  səhnəmizi  daha  müntəzə m  bir  ha la  salmaq"  məsələsi 

mü zakirə  edilmiş,  repertuardakı  istər  dramatik,  istərsə  də  musiqili 

əsərləri həyat gerçəkliyinə uyğunlaşdırmaq, müqtədir aktyor  və 

aktrisala r  hazırla maq,  onların  peş əkarlıq  səviyyəsini  yüksəltmə k 

məqsədilə   dörd  şöbədən  ibarət  "bədaye  kursları"nın  təsis  edilməsi 

qərara  alın mışdı.  Onun  dra m  şöbəsinə  Abbas  Mirzə  Şərifzadə, 

Hüseynqulu  Sarabski,  ko med iya  şöbəsinə  Mirzağa  Əliyev,  musiqi 

şöbəsinə  Zülfüqar  və  Üzeyir  Hacıbəyli  qardaşları,  Müslü m 

Maqomayev,  Qurban  Pirimov,  ədəbiyyat  şöbəsinə  isə  Əlabbas 

Müznib  və  Rza  Zəki  müəllim  təsdiq  olunmuşdular.  Kurslara 

azərbaycanlı həvəskar aktyorla r, habelə mü xtəlif millət lərdən olan a ktrisala r cə lb edildilər. 

Azərbaycan Höku məti müsəlman teatr truppasını ö z himayəsinə götürməyi qərara almışdı. Na zirlər Şurası 1919 il 17 

noyabr  tarixli  iclasında  maarif  nazirinin  türk  opera-dram  teatrının  təşkili  haqqında  məruzəsini  dinləyərək,  Dövlət  Türk 

Opera-Dra m Teatrının yaradılmasın ı nə zərdə tutan qanun layihəsini bəyəndi və dövlət teatrının bərpası üçün 300  min  605 

manat vəsait ayırdı. Be ləliklə, Azərbaycan türk teatrı milliləşdirild i və dövlətin  himayəsinə verild i. Bağ lanılan müqavilələ rin  

və dövlət xid mətin in şərtləri ilə tanış olmaq üçün aktyor və aktrisaların dövlət teatrına dəvət olunmasına başlandı. 

Xalq  Maarifi  Nazirliyi  teatrın  inkişafına  qayğı  göstərərək,  Parlamentə  teatr  ko llektiv ləri  və  d igər  mədəniyyət 

müəssisələri üzərinə qoyulmuş vergilərin  ləğv olun ması barəsində  məruzə təqdim etdi. Məruzədə həmin verg ilərin hədsiz 

dərəcədə  çox  olmasını  təsdiq  edən  faktlar  göstərilirdi.  Nəticədə,  Parla ment  teatr  tamaşalarına  və  digər  kütləvi  ta maşalara  

qoyulmuş dövlət vergilərini yarıbayarı azaltdı. 

1919 il oktyabrın  24-də teatr mövsümünü A zərbaycan Dövlət Dram Teatrının  opera və operetta truppası açdı. Par-

la ment  və  Höku mət  ü zvlərin in  iştira k  etdiyi  açılışda  İsa  bəy Aşurbəyovun "Azərbaycan  "  adlı  tarixi  pyesi  böyük  uğurla 

oynanıldı. 

Azərbaycan  Xalq  Cü mhuriyyətinin  mədəniyyətin  inkişafına  göstərdiyi  qayğı  nəticəsində  milli  teatrın  inkişafında  

müəyyən  nəzərəçarpan  uğurlar  qazanıldı.  "Dəmirçi  Gavə",  "Nadir  şah",  "Ölülər",  " Yağışdan  çıxd ıq,  yağmura  düşdük", 

"Bə xtsiz cavan", "Əlli yaşında cavan", "Şamdan bəy", "O olmasın, bu o lsun", "Ağa Məhəmməd şah Qacar", "Şah İsmayıl", 

"Pəri-cadu", "Otello", "Qaçaqlar", "Dağ ılan tifaq", "Əlmənsur", "Hacı Qara", "Bədbə xt  milyonçu", "Vətən, yaxud Silistrə", 

"Ev tərbiyəsinin bir şəkli", " Evliykən subay", "Arşın ma l a lan" əsərləri milli teatrın repertuarında ən yaxşı ta maşalar idi. 

Xeyriyyə ta maşala rın ın təşkili teatrın fəaliyyətində, b ir növ, ənənəyə çevrilir, "Azərbaycan" qəzetində hə lak olmuş  

döyüşçü  ailələrinin  xeyrinə  təşkil  olunan  teatr  tamaşaları  barəsində  tez-tez  elanlar  verilirdi.  Bu  işdə  Üzeyir  və  Zü lfüqar 

Hacıbəyli  qardaşlarının   truppası  xüsusi  fəallıq  göstərird i.  Dövlət  teatrının  d irektoru  Zülfüqar  Hacıbəyli  tərəfindən  təşkil 

edilmiş xey riyyə tamaşasından Azərbaycan ordusunun bölməsinə 22292 manat 80 qəpik pul vəsaiti köçürülmüşdü. Ağdaşda 

yerli  ziyalıların  təşkil  etdikləri  xeyriyyə  tamaşasından  toplanmış  vəsait  Dağıstanın  "Qızıl  Aypara  Cəmiyyəti‖nə 

göndərilmişdi. 

Azərbaycan teatrının repertuarında  müstəqillik uğrunda  mübarizə ta rixinə həsr olun muş dra m əsərlə ri  mühüm yer 

tuturdu.  Mirzəbala  Mə mməd zadənin  "Bakı  uğrunda  müharibə",  İsa  bəy  Aşurbəyovun  "Azərbaycan",  Cəfər  Cabbarlının  

"Bakı müharibəsi", "Ədirnə fəthi" kimi vətənpərvərlik ruhlu əsərləri oynanılırdı. 

Teatrda tamaşaya qoyulan əsərlərin  keyfiyyətinə, cəmiyyətin bədii zövqünün düzgün formalaş masına ciddi d iqqət 

yetirilirdi. Səhnə əsərlərinin seçilməsi və onların ədəbi və bədii  keyfiyyətlərinə  la zımi d iqqət yetirilməsi üçün  xüsusi ədəbi 

ko missiya yaradılmışdı. 

Azərbaycanın  mədəni  həyatında  teatr  ço x  böyük  rol  oynayırdı.  Rəsmi  Hö ku mət  qəzet lərinin  səhifə lərində  teatr 

tamaşaları  haqqında  elan lar,  ro lların  ifaçıları  barədə  məlu matlar  və  d igər  zəru ri  in formasiyalar  çap  o lunurdu.  Hüseyn 

Ərəblinskin in faciəli surətdə ölü münün cəmiyyət və Höku mət dairələrində doğurduğu əks-səda dövlətin teatra necə böyük 

əhəmiyyət  verdiyini  göstərirdi.  Böyük  aktyor  və  rejissorun  matəm  mərasimindəki  çıxışında  Məhəmməd  Əmin  Rəsulzadə 

onun  fəaliyyətini  yüksək  qiy mətləndirmiş,  A zərbaycanda  səhnə  sənətinin  inkişafında  və  çiçəklənməsində  böyük 

xid mət lərini  qeyd  etmişdi.  O,  Hüseyn  Ərəblinskinin  ən  böyük  xid mət inin  xalqa  a zadlıq  və  müstəqillik  ruhunun  və 



101 

 

ideyalarının  aşılan ması  ilə  bağlı  o lduğunu,  Azərbaycanın  müstəqilliyi  ideyasının  mədəniyyət  xad imlərinin   fəaliyyəti 



hesabına gerçəkləşdiyini xüsusi olaraq vurğulayırd ı. 

 

 



102 

 

Cü mhuriyyət  dövründə  Azərbaycanın  digər  mədəniyyət  mərkəzlərində  də  teatr  sənəti  inkişaf  etməkdə  idi. 



Naxçıvan  teatrı  bunların  içərisində  xüsusilə  fərqlənirdi.  Naxçıvan  teatrın ın  (təməli  19  əsrin  80-ci  illərinin  əvvəllərində 

qoyulmuşdur)  təşəkkülündə  dövrün  ictimai-siyasi  və  fəlsəfi  fikrin in  inkişafı  şəraitində  yetişən  maarifpərvər  ziyalıla-

rımızdan  Cəlil Məmmədqulu zadə,  Böyük  xan  Naxçıvani,  Əliqulu  Qəmküsar,  Rza  Təh masib,  Rza İsfəndiyarlı, Mir Həsən 

Mirişli  və  b.-nın  mühüm  xid məti  olmuşdur.  "Ölülər",  " Evliykən  subay",  "Arşın  mal  alan",  "Dağılan  tifaq",  "Hacı  Qara", 

"Bə xtsiz cavan" və digər əsərlər ta maşaya qoyuldu. Aktyorlar M irzə  Ələkbə r Sabirin və  onun ədəbi məktəbin in dava mçıları 

olan şairlərin satiraları əsasında səhnəciklər hazırlan masına da xüsusi diqqət yetirirdilər. 

Bu  illərdə  Rza  Təh masibin  rejissorluğu ilə  Cə lil Mə mmədquluzadənin " Ölü lər"  ko mediyası ta maşaya qoyuldu və 

Naxçıvanın  mədəni həyatında böyük hadisəyə çevrild i. "Ölülər" Naxçıvan teatrının səhnəsində görünməmiş uğur qazandı. 

Qüdrətli  aktyor  Rza  Təh masibin  və  mollanəsrəddinçi  şair  Əliqulu  Qəmküsarın  böyük  məharətlə  yaratdıqları  İsgəndər  və 

Şey x  Nəsrullah  obrazları A zərbaycanın teatr tarixinə q ızıl hərflərlə yazıld ı.  1919 ilin  martında Əliqulu  Qəmküsar Tiflisdə 

qaraguruhçular tərəfindən xaincəsinə qətlə yetirild i. 

Azərbaycan teatrının  müqtədir ustadları  Hüseyn Ərəblinski, Mirzağa Əliyev, Sidqi  Ruhulla və b.  Na xç ıvana gələ-

rək  yerli  a ktyor  və  rejissorlarla  birlikdə  ta maşalar  göstərir,  dəyərli  məsləhətləri  ilə  teatrın  tərəqqisinə  yaxından  kömə k 

göstərirdilər. 1919 ildə Naxçıvan teatrı Təbrizdə qastrol səfərində də olmuşdur. 

Azərbaycan teatrının qonşu ölkələrin  incəsənət xadimlə ri  ilə  tarixi ə laqələ ri davam edir və genişlənirdi. 1918  ilin  

oktyabrında  Tiflisdəki  A zərbaycan  teatr  truppası  Türkiyəyə  qastrola  yola  düşdü.  Onun  tərkibində  Mir  Seyfəddin  

Kirmanşahlı,  Mustafa  Mərdanov,  İbrahim  İsfahanlı  və  başqa  səhnə  xad imləri  çıxış   edird ilər.  A zərbaycan  artistlərinin  

qastrolları təkcə İstanbulda 3 aydan çox çəkmişdi. Türkiyə qəzetləri yazırdı  ki,  "Qa fqazın zəngin səhnələrində tamaşalar 



verməyə  alışmış  aktyorlar  qətiyyən  Avropanı  yamsılamadan,  öz  milli  xəzinələrindən  götürülmüş  və  bizim  ruhumuza  

tamamilə uyğun olan tamaşalar verirlər". 

"Hacıbəyli  qardaşları"  teatr  truppası  Qafqazın  bir  ço x  şəhərində,  İranda  qastrolda  olmuş,  Rəşt  və  Ənzəli  şəhər-

lərində teatr tamaşaları göstərmişdi.  1920 ilin yazında  Bakıdan Təbrizə teatr  xadimlə ri qrupu göndərilmişdi. Təbrizdə Şey x 

Məhəmməd Xiyabani onla rı qəbul et miş, kö mə k göstərmişdi. 

Azərbaycan Xa lq Cü mhuriyyəti illə rində maarif xad imləri, yaradıc ı ziya lılar, ədib və  mühərrirlər (Əbdürrəhim bəy  

Haqverdiyev, Üzeyir bəy Hacıbəyli, Seyid  Hüseyn, Hacı  İbrahim Qaşımov, Xəlil İbrahim, Mehdi bəy Hacınski və b.) teatr 

tənqidi ilə  məşğul olur, bu sahədə baş verən prosesləri d iqqətlə izləyir, yeni ta maşalar,  rejissor işi və aktyor oyunu barədə 

fikirlər söyləyir, teatr sənətinin inkişaf proble mlə rinə dair  məqalə lər dərc etdirirdilər.  Cü mhuriyyət illərində teatr sahəsində 

həyata keçirilən mühü m tədbirlər sonralar Azə rbaycanda teatr sənətinin inkişafında mühü m rol oynadı. 

M u s i q  i. Azərbaycan teatrı  milli opera sənətinin yaranmasında  xüsusi rol oynamış və  ilk Azə rbaycan operaları 

məh z bu teatrın səhnəsində tamaşaya qoyulmuşdu. "Leyli və Məcnun" operasının tamaşaya qoyulduğu 1908 il yanvarın 12-

si  Azərbaycan  musiqisi  tarixində  milli  A zərbaycan  operasının  yarandığı  gün  oldu.  Üzeyir  bəy  Hacıbəyli  ilk  "Ley li  və  

Məcnun" operasından s onra "Şeyx  Sənan", "Əsli və Kərə m", "Rüstəm və Söhrab", "Şah Abbas və Xurşidbanu" kimi digər 

muğam operalarını da yaratdı. O, Azərbaycanda musiqili  ko mediya janrın ın da banisidir. Onun "Ər  və arvad", "O olmasın, 

bu olsun" ("Məşədi İbad"), "Arşın mal alan" musiqili ko mediyala rında A zərbaycan xa lqının  adət-ənənələri, həyat və məişəti 

öz əksini tap mışdır. 

 

 


103 

 

Üzeyir  bəy  1919  ildə  "Dağ ıstan"  ("Qaytağı"),  tərəkəməsayağı  "Azərbaycan"  adlı  xoreoqrafik  əsərlərin i  bəstələ-



mişdi  ("Azərbaycan"  əsəri  pro fessional  milli  baletimizin  ilk  nü munəsi  sayılır).  O  dövrün  mətbuatından  məlu m  olur  ki, 

həmin  xo reoqrafik  əsər  səhnə  üçün  hazırlanırdı.  Bəstəkar  teatrın,  o  cü mlədən,  musiqili  teatrın  xa lqın  maa riflən məsində, 

bədii  zövqünün  inkişafında  oynadığı  böyük  ro lu  nəzərə   alır  və  opera  yaradıc ılığ ı  ilə  yanaşı,  öz  fikirlə rini  mətbuatda  da 

açıqlayırdı. 

Milli  musiqi janrların ın yaranması yolunda Üzeyir bəy Hacıbəyli ilə çiy in-çiyinə çalışan böyük sənətkarlardan biri 

də Müslüm Maqo mayev idi. Teatr fəa liyyətinə orkestrin skrip kaçısı  kimi başlayan Müslüm Maqomayev tezliklə  orkestrin  

dirijoru   olmuş  və  A zərbaycan  opera  s ənətinin  daha  bir  klassik  əsərini  -  "Şah  İsmayıl"  operasını  yarat mışdır.  1916  ildə  

yazılmış bu opera məhz 1919 ildə, A zərbaycan Xalq Cü mhuriyyəti dövründə səhnəyə qoyulmuş və böyük uğur qazan mışdı. 

Azərbaycanın  musiqi-konsert  həyatı  da  getdikcə   canlanırdı.  Bir  ço x  görkə mli  musiq içilər  Bakıya  qastrol  s əfər-

lərinə  gəlir,  xa rici  və  yerli  aktyorların  qüvvəsilə  rus  və  italyan  bəstəkarların ın  operaları  ta maşaya  qoyulur,  simfonik 

konsertlər  verilirdi.  Xalq ın  maariflən məsində,  milli  ənənələr,  vətənpərvərlik  ruhunda  tərbiyə  olunmasında,  milli 

mədəniyyətin inkişafında bütün bunların böyük əhə miyyəti var id i. 

Azərbaycan Xalq  Cü mhuriyyəti yarandığı gündən istiqlal hərə katı fədailəri,  ziya lıla r  milli  mənlik şüurunun, milli 

ruhun  və  ideologiyanın  dirçəldilməsi  sahəsində,  tarixi  və  milli  varislik  ənənələrinin  təbliğ i  və  tədqiqində  önəmli  rol 

oynadılar. 1918 ilin sonlarında Bakıda "Türk gecələri" konsertlərin in təşkili də bununla əlaqədar idi. 

Geniş proqramlı "Türk gecələri"ndə türk  xalqlarının   musiqisinə və ədəbiyyatına geniş yer verilir, "Azərbaycanın  

müstəqilliy i",  "Türk  qadın ının  dünyası",  "Türk  tip ləri",  "Milli  birlik"  və  s.  tamaşalar  göstərilir,  tatarlar,  osmanlı  türkləri, 

Azərbaycan və Türkiyə şair və  yazıçıları, a rtist və rəssamları iştirak edirdilər. Gecə lərdə türk xa lqla rın ın etnoqrafiyasına və  

mə işətinə  həsr  olun muş  "Türk  ocağı",  "Türkmən  çadrası",  "Atəşgah",  "Şərq  salonları"  kimi  s ərgilə r  nü mayiş  etdirilird i. 

"Türk gecələri" konsertlərində Azərbaycan Höku mətinin ü zvləri və d igər siyasi xad imlər də iştirak ed irdilər. 

Görkəmli teatr və musiqi  xadimləri  Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski, Mirzağa  Əliyev,  Cahangir Zeynalov, 

Sidqi Ruhulla, Üzeyir Hacıbəyli, Zülfüqar Hacıbəyli və başqaları mü xtəlif teatr və konsert tamaşaları təşkil edird ilər. 

Azərbaycan  musiqi  mədəniyyətinin  inkişafında  xa lq  xanəndələri  və  e l  aşıqla rı  müstəsna  rol  oynamışlar.  Xa lq  

içərisindən çıxmış, öz gözəl səsi və sənəti ilə nəinki Azərbaycanda, həmçin in bütün Qafqazda və  Yaxın Şərqdə də  məşhur 

olan Qaryağdı oğlu Cabbar, Keçəçi Məhəmməd, Seyid Şuşinsk i, Məcid Behbudov və başqaları ölkənin  mədəni həyatında, 

bayramlarda,  xeyriyyə  konsertlərində və başqa el şənliklərində ya xından iştira k ed ird ilə r. Bu  illərdə, eyni  za manda, ustad 

aşıqlardan Abbasqulu, Nəcəfqulu  və  Ələsgərin  iştirakı  ilə "Şərq  konsertləri" verilirdi. A zərbaycanda  xanəndəlik sənətinin 

yüksəlişi ilə əlaqədar olaraq çalğ ı musiqisi də in kişaf etmiş, Məşədi Cəmil Əmirov, Qurban Pirimov və başqa ustad tarzənlər 

yetişmişdir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 Fit ri  istedada,  güclü  və  gözəl  səsə,  yüksək  aktyorluq  məharət inə  ma lik  olan  Fat ma   Muxtarova  bir  ço x  məşhur 



müğənnilərlə çıxış etmiş, böyük şöhrət qazanmışdır. 

Bu dövrdə A zərbaycanın musiqi həyatında "Beynəlmilə l", "Marselyoza" kimi inqilabi mahnıların, Koroğlu, Qaçaq  

Nəbi, Səttarxan haqqında tarixi mahnıların xa lq arasında yayılması təsadüfi deyildi. Dövrün ü mu mi əhvali-ruh iyyəsi, xa lqın  

inqilab i  fəallığı,  de mokratik  meyllər  belə  mahnıla rın  özünə mə xsus  melodiya larında  öz  ifadəsini  tapırdı.  Üzey ir  bəy 

Hacıbəyli  "Azərbaycan  marşı"nı  (sözləri  Əh məd   Cavadındır)  məh z  həmin  mahnıların  təsiri  altında  yazmışdı.  Bu  əsərdə 

bəstəkar Cü mhuriyyət dövründə xa lqının  qəlbində baş qaldıran vətənpərvərlik hisslərini,  mütərəqqi ideyala rı,  milli qüruru  

ifadə  et mişdi.  Üzeyir  Hacıbəyli  tərə findən  yazılmış  "Azərbaycan  marşı"  1992  il  27  may  tarixli  fərman la  A zərbaycan 

Respublikasının Dövlət himn i kimi qəbul o lundu, 1993 il martın 2-də isə onun Əsasnaməsi təsdiq edildi. 



Təs viri  sənət  və  me marlıq.  Azə rbaycan Xa lq  Cü mhuriyyəti e lan edildiy i gündən dövlət rə mzlərinin  yaradılma -

sına  xüsusi  önəm  verird i.  Ən  mühü m  dövlət  atributlarından  biri  kimi  Dövlət  bayrağının  qəbul  ed ilməsi  daha  tez  həyata 

keçirildi.  Əli  bəy  Hüseynzadənin  məşhur  "türkləşmək,  islamlaş maq  və  müasirləşmək"  şüarı  bu  işdə  əsas  görürülmüşdü. 

Cü mhuriyyət Hö ku məti 1918 il noyabrın 9-da "yaşıl, q ırmızı və mav i rənglərdən, ağ aypara və səkkizgüşəli ulduzdan ibarət" 

bayrağın milli bayraq kimi təsdiq olunması haqqında qərar qəbul etdi. 

Azərbaycan  Xalq  Cü mhuriyyəti  Hö ku məti  1919  il  martın  23-də  dövlət  gerbinin  və  rəsmi  sənədlərdə  üzərində  

dövlətin  adı  və  gerbi  təsvir  edilən  dövlət  möhürünün  layihələrini  hazırlamaq  məqsədilə  müsabiqə  elan  o lun ması  barədə 

qərar qəbul et mişdi. Ço x gü man ki, müsabiqəyə göndərilən layihə lərin heç b iri bəyənilmədiy indən qəbul edilmə mişdi. Buna 

görə  də  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Höku məti  hərbi  ordenlər,  milli  himn,  dövlət  gerb i  və  möhürü  üçün  layihələrin  

hazırlan ması üçün yeni müsabiqə elan olunması barədə qərar çıxardı. 

Dövlət gerbinin, orden və medalların hazırlan masında ilk peşəkar heykəltəraş Zeynal Əlizadə iştirak ed irdi.  Onun 

layihəsinə  əsasən  buraxılmış  döş  və  xat irə  medallarında  Parla ment  binası,  bayraqlar,  aypara,  s əkkizguşəli  ulduz,  günəşin 

doğması,  gül  çələngləri  həkk  olun muşdu.  Ən  yaxşı  layihə  Hö ku mət  mükafatı  üçün  nəzərdə  tutulmuşdu.  Lakin  1920  il 

aprelin  27-də Azə rbaycanın Sovet  Rusiyası tərəfindən işğal o lunması nəticəsində  milli dövlətçiliy in süqutu bu tədbirlə rin  

başa çatdırılmasına imkan verməd i. 1991 ildə A zərbaycan xalq ı dövlət müstəqilliy ini bərpa edəndən sonra Azərbaycan Xalq  

Cü mhuriyyəti dövründə hazırlan- 



104 

 

mış  gerb  layihəsi  təkmilləşdirildi.1993  il  19  yanvar  tarixli 



Konstitusiya  qanunu  ilə  Dövlət  gerbinin  rəngli  və  ağ-qara  təsviri, 

fevralın 23-də isə Əsasnaməsi təsdiq edildi. 

Milli  rəssamlıq   sənətinin  inkişafına  xüsusi  əhəmiyyət 

verilirdi.  1919  ildə  nəşr  olunan  "Zənbur"  jurnalında  Azərbaycan 

satirik  qrafıkasının  banisi  Əzim  Əzimzadənin  zamanın  ictimai-siyasi 

problemlə ri ilə  səsləşən karikatura ları dərc  olunurdu. Karikatura lardan 

birində  silahlı  Denikin i,  Kolçakı  və  Androniki  c iblə rində  gəzdirən 

ingilis  qəsbkarla rı  təsvir  olun muşdu.  Onun  rəsmlərində  cəhalət, 

nadanlıq,  qaniçən  erməni-daşnak  quldurlarının   vəhşi  və  iyrənc 

əməlləri  ifşa  edilird i.  Bu   mövzu   rəssam  Bəhru z  Kəngərlinin  də 

yaradıcılığ ında  əhəmiyyətli  yer  tuturdu.  Onun  erməni-müsəlman 

münaqişəsini  əks  etdirən   məşhur  "Qaçqınlar"  silsiləsi  realist 

Azərbaycan  rəssamlıq  sənətinin  nailiyyəti  idi.  Əzim  Əzimzadə 

"Otello",  "Aşıq  Qərib",  "Dəmirçi  Gavə"  tamaşaların ın  bədii  tərtibatı 

üçün  dekor  və  geyim  eskizləri  hazırlamışdı.  Bəhru z  Kəngərli 

Naxçıvan  teatrında  "Hacı  Qara",  "Ölü lər",  "Dağılan  tifaq",  "Pəri-

cadu" və s. tamaşalara tə rtibat vermişdi. M illi  mədəniyyətin tərəqqisi 

və  inkişafı  yolunda  ilk  c iddi  addımla r  atılmışdı.  Əli  bəy 

Hüseynzadənin  "Şeyxülamın  portreti"  və  "Bibiheybət  məscidi" 

tabloların ı  xüsusilə qeyd etmək  lazımd ır.  Bu dövrdə rəssamlar plakat 

sahəsində də diqqtəlayiq əsərlər yarat mışlar. 

Memarlıq  və  heykəltəraşlıq  sənəti  sahəsində  də  müəyyən 

tədbirlər  həyata  keçirilmişdi.  Bakı  Te xniki  Məktəbinin  nə zdində 

heykəltəraşlıq sinfinin aç ılması nə zərdə tutulmuşdu. 1918 ildə Bakın ın 

erməni-daşnak  quldurla rı  tərəfindən  yandırılmış  möhtəşəm  bina ları  - 

Hacı Zeynalabdin Tağıyevin qızlar  məktəbi, "İs mailiyyə" Azərbaycan 

Xalq  Cü mhuriyyəti dövründə şəhərin baş me marı vəzifəsində çalışan görkəmli  me ma r Zivər bəy Əh mədbəyovun layihələri 

əsasında  bərpa  olunmuşdu.  Ermən i  millətçilərinin  basqını  nəticəsində  xarabalığa  çevrilmiş  Şamaxı  şəhərini  bərpa  etmək 

üçün Zivər bəyin təşəbbüsü ilə "Yen i Şirvan cəmiyyəti təsis olunmuşdu. O,  mühəndis Ömər bəy Avuyevlə birlikdə "İslam 

incəsənətini sevənlər və qoruyanlar cə miyyəti"ni də yarat mışdı. Zivər bəy Əh mədbəyov, me mar Nəb ioğlu Qacar, mühəndis 

Məmməd  Həsən Hac ınski və  Hac ı bəy A xundov Şirvanşahlar Sarayı ko mp le ksin tədqiqi sahəsində fəaliyyət göstərmişlə r. 

Sənətşünaslardan  Məhəmməd  Ağaoğlu,  Hüseyn  bəy  Mirzəcamalov,  me ma r  Nəbioğlu  Qacar  isla m  mədəniyyəti, 

mu zeyşünaslıq qədim maddi mədəniyyət nümunələrin i qoru maq sahəsində fəal çalışmışlar. 

1920 il yanvarın  1-də "Türk aktyorları ittifaqf‖ı y ığıncağında məşhur aktyor, peşəkar milli teatr sənəti banilərindən 

biri  Hüseyn  Ərəblinskinin  qəbri  ü zərində  monumental  abidənin  uca ldılması  qəra ra  a lın mışdı.  Zivər  bəy  Əh mədbəyov 

şəhərin  daşnaklar  və  eser-menşeviklərdən  ibarət  "Sentrokaspi"  hökumətindən  azad  edilməsi  (1918,  15  sentyabr)  zamanı 

şəhid  olmuş  azərbaycanlı  türk  əsgərlərinin  xat irəsini  əbədiləşdirmək  üçün  Çənbərəkənd  qəbiristanlığ ında  (indiki  Şəhid lər 

Xiyabanı) ucaqdılacaq türbənin görünüşündə orta əsr Azərbaycan memarlıq incilərindən məharətlə istifadə olun muşdu. Bakı 

müsəlman xeyriyyə cəmiyyətinin təşəbbüsü ilə tikiləcək bu abidənin  inşaat işləri 1919 il sentyabrın 15-də başlamalı və 1920 

ilin  sentyabrınadək  başa  çatmalı  idi.  Belə  abidələri  Gəncədə  də  ucaltmaq,  o  cü mlədən  burada  Nizami  Gəncəviyə  o  dövr 

üçün müasir üslubda abidə ucaltmaq nəzərdə tutulurdu. Azərbaycan Xalq  Cü mhuriyyəti  xarici işlər nazirin in  müavini Adil 

xan  Ziyad xanov  Tehranda  nəşr  olunmuş  me muarlarında  bu  abidənin  layihəsinin  mövcud  olduğunu  xatırlayır.  Digər  bir 

qaynaqda  Xalq  Maarifi  Na zirliyi  tərəfindən  Gəncədə  Niza mi  məqbərəsinin  tikintisinə  500  min  manat  vəsait  ayrıld ığı 

bildirilir. 

Səyyahların diqqətini cəlb edən Bibiheybət məscidi me ma rlıq abidəsi Azərbaycanda Aprel işğalından (1920) sonra 

vəhşicəsinə  dağıdılmışdı.  Hə min  abidə  prezident  Heydər  Əliyevin  xüsusi  qayğıs ı  sayəsində  və  Əli  bəy  Hüseynzadənin 

tablosu əsasında 2000 ildə bərpa olun muşdur. 

Ölkənin  mədəni yüksəlişində kadrların həlledici  rolunu nəzərə alan  Cü mhuriyyət Höku məti  mü xtəlif sahələr üzrə 

ali  təhsilli  peşə  sahiblərinin  ha zırlan masına  xüsusi  qayğı  göstərirdi.  A zərbaycan  Parla mentinin  1919  il  1  sentyabr  tarixli 

qərarı ilə  100 nəfər a zərbaycanlı gənc Avropanın a li məktəblə rində  təhsil a lmağa  yola salındı. Onla rın  içə risində rəssamlıq, 

heykəltəraşlıq və me marlıq ixtisaslarına y iyələn mə k üçün göndərilən tələbələr də vardı. 


105 

 

Əd:. Azərbaycan Xalq Cü mhuriyyəti (1918-1920).  Parlament (stenoqrafik hesabat), c.1,2,  B.,  1998; Azərbaycan tarixi, 

7 c ilddə, c.4,5,6,  B.,  2000;  2001;  Fətəli  xan Xoyski.  Həyat və fəa liyyeti  (sənədlər və  materia lla r),B.,  1998; Mə mmədzadə  

Mirzə  Ba la, Milli Azə rbaycan hərəkatı,  B., 1992;   Rəsulzadə M.Ə., Azə rbaycan Cü mhuriyyəti,  B,,  1990; y e n  ə  o  n u n, 

Əsrimizin  Səyavuşu,  Çağdaş  Azərbaycan  ədəbiyyatı,  Çağdaş  Azərbaycan  tarixi,  B.,  1991;  y  e  n  ə    o  n  u  n,  Əsərləri 

(toplayanı,  tərtib  və  transliterasiya  edəni  p rof.  Ş.Hüseynov),  c.l  (1903-09),  c.2  (1909-19...),  B.,  1992;  y  e  n  e    o  n  u  n, 

Bolşeviklərin   Şərq   siyasəti,  B.,  1994;  Şey xzamanlı  N.,  Azərbaycan  istiqlal  mücadiləsi  xatirələri,  B.,  1998;  Topçubaşov 

Ə.M.,  A zərbaycanın  təşəkkülü,  Azərbaycan  EA  Xəbərləri  (tarix,  fəlsəfə  və  hüquq  seriyası).  1990,  №  3;  Azərbaycan 

Demokratik  Respublikası: tarix,  ictimai-siyasi və  mədəni həyat, B.,  1992; "Azərbaycan Xalq  Cü mhuriyyəti tarixin in aktual 

problemlə ri".  Beynəlxa lq sessiyanın  materialları (ma rt-may, 2003),  B.,  2003, №  1-17;  Azə rbaycan Xalq   Cü mhuriyyəti və  

müasir dövr,  B., 1999; Azərbaycan Cü mhuriyyəti (1918-1920),  B., 1998; Azərbaycan Xalq  Cü mhuriyyəti  (ədəbiyyat, dil, 

mədəniyyət  quruculuğu),  B.,  1998;   Aze rbaycanda  dövlətçilik  və  onun  rə mzləri  (tərtib  edəni  və  mətnin  müə llifi  N. 

Vəlixanlı),  B.,  2000;  A xundov  N.,  Azərbaycanın  dövri  mətbuatı  (1832-1920),  B.,  1987;  Bayka ra  H.,  Azə rbaycan  istiqlal 

mü-barizəsi tarixi,  B.,  1992;  Əliyev  İ„ Məhərrəmov   E., A zərbaycan  Res-publikasımn  Dövlət rəmzləri,  B.,  2000;  Hacıyev 

A., Qars və Araz-Türk  Respublika larının tarixindən, B.,1994; Həsənov C, Azərbaycan beynəlxa lq  münasibətlər sistemində 

(1918-1920-ci iller),  B.,  1993; Hüsey-nov Ş., Müstəqilliyin çət in yolu,  B., 1996;  İsgəndərov A., 1918-ci  il  mart q ırğ mının  

tarixşiinaslığ ı,  B.,  1997;  Qasımov  C,  Repressiyadan  deportasiyaya  doğru,  B.,  1998;  Quliyev  V.,  A zərbaycanı  dünyaya 

tanıdan cümhuriyyət. B., 1998; Mah mudov Y., A zərbaycanın dövlətçilik tarixindən, "Azərbaycan Respublikası 1991-2001"  

kitabında,  B.,  2001; y e n ə  o n u n, A zərbaycanın dövlətçilik və parlament ənənələri tarixindən, "Müstəqil dövlətimiz və 

parlamentimiz"  kitabında,  B.,  2001;  Məmmədov  X.,  A zərbaycan  milli  hərəkatı  (1875-1918),  B.,  1996;  Mərdanov  M„ 

Quliyev  Ə.,  Azə rbaycan  Respublikasının  dövlət  rə mzləri,  B.,  2001;  Musayev  İ.,  Azərbaycanın  Na xçıvan  və  Zəngəzur 

bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti (1917-1921-ci illər), B., 1996; y e n ə  o n u n, A zərbaycanın xarici 

siyasəti (XX əsr), 3 hissədə, h.l, (mart 1917-1920-ci illər), B., 2003; Müstəqil dövlətimiz və parla mentimiz,B.,2001;  N ə c  ə  

f  o  v    В.,  ADR  (da xili  və  xaric i  siyasət).  B.,  1992;   Nəsib zadə  N.,  A zərbaycan  De mo kratik  Respublikası  (məqalə lər  və  

sənədlər),  B.,  1990; yenə  onun Azərbaycanın xaric i siyas əti (1918-1920),  B.,  1996; Nə zirli Ş., Arxivlərinin sirri aç ılır,  B., 

1999;  yenə  onun,  Cümhuriyyət  generalları,  B  Oruclu  M.,  Azərbaycanda  və  mühacirətdə  müsavat  partiyasının  fəaliyyəti; 

(1911-1992),  B.,  2001;  Paşayev  A.,  Açılma mış  s əhifə lərin  izi  2001;  Seyid zadə  D.,  A zərbaycan  XX  əsrin  əvvəllərində: 

müstəqilliyə;  aparan  yollar,  B.,  2004;  Sü leymanov  M.,  A zərbaycan  ordusu  1920),  B.,  1998;  yenə  onun,  Qafqaz  İslam 

Ordusu və Azərbaycan 1999;     Süley manova     S.    Azə rbaycanda  ictimai-siyasi  hərə kat yü zilliy in sonu -  XX yüzilliyin  

əvvəli),  B.,  1999;  Tahirli  A.,  A zərbaycan  mühacirəti,  B.,  2001;  yenə  onun,  Azərbaycan  mühacirət  mətbuatı,  h.  1-2,  B., 

2002-2003; Yaqublu N., Azə rbaycan milli mücadiləsi və M.Ə.Rəsulzadə, B., 2001; yenə   onun, Müsavat partiyasının tarixi, 

B., Və kilov  R.Ə., A zərbaycan respublikasının yaran ma  tarixi, B. Aдpec-календары Aзepбaйджанской  Pecnублики нa 1920 

r.,   B., 1920;  Aзepбaйджанская Демократическая  Pecnублика   (1918-1920),  Армия (документы и материалы), Б., 1998; 

Aзepбaйджанская  Демократиская    Pecnублика  (1918-1920),  Внешняя  политика  (документы  и  материалы)  ,  Б.,  1998; 

Aзepбaйджанская  Демократическая    Pecnублика      (1918-1920),  Парламент  (стенографические  отчеты),  Б.,  1998; 

Aзepбaйджанская  Демократиская    Pecnублика  (1918-1920),  Законодательные  акты  (сборник  документов),  Б.,  1998; 

Aзepбaйджанская Pecnублика. Документы и материалы (1918-192 гг.), Б., 1998;  Т о п ч и б а ш е в А. М.., Меморандум, Б., 

1993;  y e n ə  o n u n ,  Дипломатические беседы А.А. Т о п ч и б а ш е в а   в Стамбуле (Записи чрезвычайного посланника и 

полномочного министра Aзepбaйджанской    Pecnублики  (1918  -1919  гг.),  Б.,  1994;  Гаджибейли  Дж.,  Избранное,  Б.,  1993; 

Aзepбaйджанская  Pecnублика    (1918  -1920  гг.),  Б.,  1998;  Агамалиева  Н.,  Худиев  Р.,  Aзepбaйджанская  Pecnублика. 

Страницы  политической  истории  1918  –  1920  гг.,  Б.,  1994;  Багирова  И.С.,  Политические  партии  и  организации 

Азербайджана в начале XX века , Б., 1997; Балаев А., Азербайджанское национально – демократическое движение 1917 – 

1920 гг., Б., 1990; Дарабади П.Г., Военные проблемы политической истории Азербайджана в начале в  XX века, Б., 1991; 

Исторические факты о деяниях армян на азербайджанской земле (редакторы – согставители Тамилла Мусаева  и Адиль 

Мамедов), Б., 2003. 


106 

 


Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin