Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə19/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   ...   15   16   17   18   19   20   21   22   ...   80

 

ARAZ  TÜRK CÜMHURĠYYƏTĠ, T ü r k  A r a z  C   ü   m   h   u   r   i   y   y   ə   t   i ,  A  r a z  C ü m h  u r i y y ə t i 

- Azə rbaycanın Na xç ıvan bölgəsində və onun çevrəsindəki əra zilərdə yarad ılmış dövlət qurumu . 

1918  ilin  noyabrından  1919  ilin  ma rtınadək  fəaliyyət  göstərmiş  Ara z  Türk  Cü mhuriyyəti  Na xçıvan,  Şərur-

Dərə ləyəz və  Ordubad mahalların ı, habelə Sə rdarabad, Ulu xanlı,  Ved ibasar, Qə mэrli, Mehri və b. Azə rbaycan torpaqlarını 

əhatə etmişdir. Mərkəzi Naxçıvan şəhəri idi. 

Araz  Türk  Cü mhuriyyətində  də  siyasi  durumun  mürəkkəbliyinə  görə  geniş  fəaliyyət  göstərə  bilməyən  bir  sıra 

dövlət  strukturları-hakimiyyət  orqanları  mövcud  olmuşdur.  Onun  parlamenti  bölgədəki  müsəlman  milli  şuralarının  üzv-

lərindən  ibarət  id i.  A raz  Türk  Cü mhuriyyəti  höku mət inə  -Na zirlə r  Şurasına  Əmir  bəy  Əkbərzadə  başçılıq  ed ird i.  Hö-

ku mətin  tərkib inə  isə  İbrahim  bəy  Cahangirzadə  -  hə rbi  nazir;  Əli  bəy  Qə mbə r  Bənyari  -  in zibati-əra zi  işləri  üzrə  nazir;  

Həsən ağa Səfa zadə - xa rici işlər na ziri; Mə mməd Bəyzadə - əd liyyə na ziri; M irzə Hüseyn Mirzə Həsənzadə və Müfti Xoca  

Ekit Əfəndi daxil idilər. General Əli Əşrəf bəy hökumətə yard ımçı olaraq seçilmişdi. 

Cü mhuriyyətin meydana gəlməsi bölgədə ağır tarixi-siyasi şəraitlə sıx bağlı o lmuşdur. Osmanlı ordu hissələrinin 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

135 

 

bölgəni  tərk  et mələ ri  və  mahalın  türk-müsəlman  əhalisinin  erməni-daşnakların  təcavüzü,  soyqırımı  siyas əti  ilə  üzü zə  



qalması, burada güclü dövlət quru munun və nizami hərb i qüvvələrin təşkilinə ciddi ehtiyac yaratmışdı. Belə bir ağ ır şəraitdə 

bölgənin türk-müsəlman əhalisinin başbilən ləri və öndə gedənləri məhəlli siyasi-dövlət qurumu yaratmaq qənaətinə gəld ilər. 

Onların  bu  qənaəti,  əsasən,  aşağıdakı  səbəblərlə  izah  olunurdu:  birincisi,  ermən i-daşnakların  bölgəyə  dair  əsassız  ərazi 

iddiaların ı  gerçəkləşdirmələrinə,  burada  öz  hakimiyyətlərini  yaratmalarına,  yerli  türk-müsəlman  əhalisinin  soyqırımına 

imkan  vermə mək,  ikincisi,  hə min  dövrdə  Qafqazda  gedən  proseslər  və  baş  verən  hadisələrlə  ə laqədar  A zərbaycandan 

müvəqqəti olaraq ayrı düşən Naxçıvan mahalın ın tezliklə A zərbaycan Xalq Cü mhuriyyətinə qatılmasına nail olmaq. 

Ordubad Milli  Ko mitəsinin sədri Mir  Hidayət Seyidzadənin A zərbaycan Xalq Cü mhuriyyətinin Na zirlər  Şurasının  

sədri  Fətəli  xan  Xoyskiyə  göndərdiyi  1918  il  22  dekabr  tarixli  bəyanatından bəlli  olur  ki,  bölgədə  siyasi  birliy in  -  Ara z 

Respublikasının  yaradılması  təşəbbüsü  ilə  Naxçıvan,  Şərur  müsəlmanları  çıxış  etmişlər  və  onların  təklifi  ilə  bu  prosesə 

ordubadlılar da qoşulmuşlar. Mir Hidayət Seyidzadə bu  mühü m təşəbbüsü dəstəkləmələrini aşağıdakılarla əsaslandırmışdı: 

Tiflisə  və  Gəncəyə  yolla rın  bağlan ması;  türklərin  Ordubaddan  getmələri  ilə   əlaqədar  o laraq  şəhərə  yardım  -  ərzaq  

gətirilməsinin   dayandırılması;  b ir  sıra  əngəllərin  təşkilatı  (M illi  Ko mitəni)  zə iflət məsi  və  kimə   tabe  olmağın,  kimdən  

göstəriş almağ ın bilin məməsi;  Naxçıvan və Şərur  müsəlman larının da bu cür vəziyyətə düçar olmaları və  müsəlman - Araz 

dövlətini  yaratmaq  qərarına  gəlin məsi;  Araz  höku mətinin  də  Gəncə  Höku məti  (Azərbaycan  Xalq   Cü mhuriyyəti)  ilə 

yaxınlaşmaq  istəməsi.  Azərbaycan  Xalq  Cü mhuriyyəti  xarici  işlər  naziri  Məmməd  Yusif  Cəfərovun  hökumətin  Baş  naziri 

Nəsib bəy Yusifbəyliyə ünvanladığı 1919 il 17 iyun tarixli mə ktubundan isə aydın olur ki, Osmanlı qoşunları Azərbaycandan 

getdikdən sonra Naxç ıvan bölgəsinin Ermənistan tərəfindən işğal olun maq təhlükəsi  mahalın yerli əhalisinin Ara z  Cü mhu-

riyyətini  yarat maq la,  ö zünün  müvəqqəti  (yəni  Azərbaycan  Xalq  Cü mhuriyyəti  ilə  birləşənədək)  müstəqilliyin i  elan  

etməsiylə nəticə lən mişdir. 

Araz Türk  Cü mhuriyyətinin  Nazirlər Şurasının  sədri  Əmir bəy  Əkbərzadə bölgə əhalisi arasında və siyasi dairə-

lərdə  ço x  bacarıqlı,  vətənpərvər  və  millətsevər  bir  şəxsiyyət  kimi  dəyərləndirilirdi.  Os manlı  dövlətinin  Ara z  Türk 

Cü mhuriyyəti  höku məti  yanındakı  daimi  hərb i  müşaviri  Xəlil  bəy,  Kəlbalı  xan,  Cəfərqulu  xan,  Abbasqulu  xan  və  b.  da 

Cü mhuriyyətin fəaliyyətinə yaxından yardım göstərənlərin sırasında id ilər. 

Araz  Türk  Cü mhuriyyətinin  hərbi  naziri  İbrahim  bəy  Cahangirzadənin  rəhbərliy i  ilə  qısa  müddətdə silahlı  qüv-

vələr  yaradılmışdı.  Bu  hərbi  h issələr  -  könüllü  xa lq  dəstələri  20  tabordan  (batalyondan)  ibarət  idi.  Hə min  taborlardan  4-ü  

Naxçıvanda,  3-ü  Şərur-Dərələyəzdə,  d igərləri  isə  Ordubad,  Ved ibasar,  Qəmərli  və  s.  ərazilərdə  yerləşdirilmişdi.  Tabor 

ko mandirlərindən  Kəblə   Mu xtar  (Nehrə m),  Kəblə   Kərim  (Cəhri),  İbrahimxə lil  A xundov  (Ordubad),  Həsən  Şahverdioğlu 

(Şərur-Dərələyəz) və b. Araz Türk Cü mhuriyyəti ərazilərinin erməni quldur dəstələrinin silahlı basqınlarından müdafiəsində 

xüsusilə  fərqlən mişdilər.  Araz  Türk  Cü mhuriyyətinin  hərbi  hissələrinin   yaradılmasında  və  onların  fəaliyyətinin  təşkilində 

Osmanlı  dövlətinin  9-cu ordusunun  komandanı  Yaqub  Şevqi  paşa  və  9-cu diviziya  ko mandiri  polkovnik  Rüştü bəyin  böyük 

əməyi olmuşdu. Araz Türk  Cü mhuriyyəti Azərbaycan Xalq Cü mhuriyyəti  ilə sıx əlaqələr yaratmağa çalış mış və ona qatıl-

maq üçün yollar aramışdır. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən də müvafıq  işlər görülmüşdü. "Azərbaycan 

Xalq  Cü mhuriyyəti  Parlamentinin  təsisi  haqqında  qanun"da  Azərbaycan  Parlamentinə  Naxçıvan,  Şərur  və  Ordubaddan  üç 

nəfər  millət  vəkilinin  seçilməsi  nəzə rdə  tutulmuşdu.  Azərbaycan  Xalq  Cümhuriyyəti  Parla mentinin  açılışında  Araz  Türk 

Cü mhuriyyətinin rəsmi nümayəndəsi Paşa Əliyev də iştirak etmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin təşkili Araz 

Türk  Cü mhuriyyətinin  türk-müsəlman   əhalisi  tərəfindən  razılıqla  qarşılan mışdı.  Ordubaddan  səlahiyyətli  müvəkkil 

A.Hacıyevin imzası ilə Azərbaycan Parlamentinə ünvanlanan təbrik teleqramında həmin  mahalın əhalisi bu qurumu özlərinin  

ali qanunverici hakimiyyət orqanı kimi q iy mətləndirmiş və ona hər cür yardım göstərməyə hazır o lduqlarını b ild irmişdi. 

Araz  Türk  Cü mhuriyyəti  Bakıda  fəaliyyət  göstərən  bir  sıra  ictimai  siyasi  qurumlarla  da  sıx  əlaqələrə  malik  ol-

muşdur.  Onun  nümayəndəsi  P.Bayrambəyov  İrəvan  quberniyası  ictimai  xadimlərinin  1919  il  yanvarın  2-də  keçirilən 

müşavirəsində iştirak və çıxış etmişdir. P.Bayrambəyov öz çıxışında keçmiş İrəvan mahalı müsəlmanlarının faciəli duru mu və 

Araz  Cü mhuriyyətinin  yaranması  tarixi  barədə  ətraflı  məlu mat  vermişdi.  Həmin  müşavirənin  qərarında  Ermənistan 

Respublikasında  türk-müsəlman  əhaliyə  qarşı  yeridilən  soyqırımı  siyasətinə  son  qoyulması  üçün  tədbirlər  görülməsi,  bu 

məqsədlə  də  bölgəyə  qarışıq  tərkibli  ko missiya  göndərilməsi,  Ba kıda kı  ingilis  general-qubernatoru  Tomsonla  mü zakirə lər 

aparılması,  müvafıq  qurumlara  me morandu mlar  verilməsi  və  s.  nəzərdə  tutulurdu.  Keçmiş  İrəvan  quberniyası 

müsəlman larının  yenicə  yaradılan  "Həmyerlilər"  cəmiyyətinin  toplantısında  (1919,  6  yanvar)  isə  Mirabbas  Mirbağırovun 

xüsusi səlahiyyətlərlə bölgəyə ezam olunması və P.Bayrambəyovun Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının sədri Fətəli 

xan  Xoyski ilə görüşünün keçirilməsi ra zılaşdırıld ı. Qaçqınlara ayrılan bir  milyon manat vəsaitdən 900000  manat Na xç ıvana 

aparılmaq üçün P.Bayrambəyova verilmişdi. 

Araz  Türk  Cü mhuriyyətinin  geniş səlahiyyətlərə  malik  olan  və  Azərbaycan  Xalq  Cümhuriyyəti  Höku mətinə  ezam 

edilən  xüsusi  nümayəndə  heyəti  1919  il  martın  8-də  Na xç ıvandan  Bakıya  gəlmişdi.  Tərkibinə  görkə mli  şair  və  dra maturq 

Hüseyn  Cavidin  də  daxil  o lduğu  həmin  nü mayəndə  heyəti  Azərbaycan  Xalq  Cü mhuriyyəti  rəhbərliyi  ilə  müəyyən 

məsləhətləşmələ r aparmışdı. Özünün çox ağır iqtisadi- 

 

 



136 

 

ma liyyə  vəziyyətinə  baxmayaraq,  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Höku mət i  1919  ilə  a id  dövlət  büdcəsində  yalnız  Ələt-



Culfa  dəmiryolunun tikintisinə 100026000 çe rvon vəsait ayırmışdı. 

Ço x q ısa bir  zaman kəsiyində  mövcud olan və fəaliyyət göstərən Araz Türk  Cü mhuriyyəti, əsasən, Naxçıvan böl-

gəsi  və  çevrəsinin  e rmənilərin   güclü  hərbi  və   siyasi  -  dip lo matik  tə zyiqinə  məruz  qalması,  bu  dövrdə  Azərbaycanda 

sözükeçən başlıca xarici qüvvənin (ingilislərin) Araz Türk Cü mhuriyyətini dəstəkləməməsi və əslində, ermənipərəst mövqe 

tutması, A zərbaycan Xalq Cü mhuriyyətinin Araz Türk Cü mhuriyyəti ilə geniş əlaqələr yarada və ona yetərincə hərbi, siyasi, 

ma liyyə yardımı göstərə bilmə məsi və s. səbəblərə görə süquta uğradı. Ara z Türk Cü mhuriyyətinin süqutu ermənilərin 1919 

ilin əvvəlində bölgəyə hücumları ilə bağlı yaranan ağır və mürə kkəb şərait lə də ə laqəli idi. 

İrəvan  quberniyası  müsəlmanları  "Həmyerlilər"   cəmiyyətinin  1919  ilin  yanvar-fevralında  bölgəyə  göndərdiyi 

Mirabbas Mirbağırovun öz səfəri barədəki  məru zəsindən  məlu m olur  ki, b irincisi, ermənilərin  Qəmərliyə hücumu  zamanı 

Araz  Türk  Cü mhuriyyəti dağılmışdı,  ikincisi,  Kəlbalı  xan  400 nəfərədək olan  Naxçıvan dəstəsini toplayıb Şərur əhalisinin  

kö məyinə  getmiş,  ermən iləri  darmadağın  etdikdən  sonra  bölgədə  Cəfərqulu  xan,  Kəlbalı  xan  və  Kərim  xan  İrəvanskidən 

ibarət diktatura hökuməti yaran mışdı. 

Araz  Türk  Cü mhuriyyətinin  yaradılması  və  qısamüddətli  fəaliyyəti  böyük  tarixi  əhəmiyyətə  malik  id i.  Bu  Cü m-

huriyyət Şima li A zərbaycan üçün çox ağır və gərg in bir dövrdə Na xçıvan bölgəsi və çevrəsin in türk-müsəlman əhalisinin  

erməni  işğalçılarına  qarşı  mübarizəyə  səfərbərliyə  alın masında  mühüm  rol  oynadı.  Ən  başlıcası  is ə,  bu  ərazilə rin  e rməni 

daşnaklarının əlinə keçməsinə imkan verməməklə A zərbaycan Cü mhuriyyətinin ərazi bütövlüyü təmin ed ild i. 



 

Əd.: Musayev İ., Azəıbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti (1917-1921-ci 

illər), B., 1996; y e n ə  o n u n, Azərbaycanın xarici siyasəti (XX əsr), 3 hissədə, 1-ci hissə, B., 2003. 



 

ARXĠV  Ġġ Ġ  -  Azərbaycan  Xalq  Cü mhuriyyəti  dövründə  dövlət  və  hökumət  orqanlarının  sənədlərin  saxlan ması 

məqsədilə gördüklə ri tədbirlə r.  Çarizm dövründə Şimali Azə rbaycanda vahid arxiv sistemi yox  idi.  Çar höku mətin in süqutu 

və 1917-18 illərdə baş verən mürə kkəb hadisələr dövlət və höku mət idarə lərinin, sahibka rla ra mə xsus fabrik, zavod və digər 

müəssisələrin  sənəd  və  materialların ın  toplan ması  və  saxlan ması  işin i  çətinləşdirmişdi.  Bu  vəziyyət  Azərbaycan  Xalq  

Cü mhuriyyəti  Höku mətin in  nəzərindən  yayınmadı.  Dövlət  nəzarəti  idarəsi  1918  il  noyabrın  3-də  Azərbaycan  dövləti 

ərazisindəki, demək olar, bütün dövlət təşkilatlarının  kargüzarlıq və qeydiyyat işinin müharibə və inqilabi şəraitlə əlaqədar 

olaraq  bərbad  və ziyyətə  düşdüyünü  və  əsaslı  surətdə  qaydaya  salın malı  olduğunu  bildirdi.  A zərbaycan  Hö ku məti  çətin  

şəraitdə  fəaliyyət  göstərməsinə  baxmayaraq,  bu  məsələyə  xüsusi  diqqət  yetirirdi.  Höku mətin  Tiflisdə  yaradılması,  bir 

müddət  orada  fəaliyyətdən sonra  Gəncəyə  köçürülməsi,  nəhayət,  Bakıda  fəa liyyətə  başlaması  formalaş maqda  olan  dövlət 

hakimiyyəti  orqanla rın ın  kargüza rlıq  sənədlərinin  mühafizəsində  çətinlik  yaradırdı.  La kin  bu  sahəyə  qayğı  işin  təşkilinə  

müsbət təsir göstərirdi.  1918  ilin o ktyabrında sığorta cəmiyyəti  idarələrindən biri b inasını dəyişərkən  keçmiş hərbi-sənaye 

ko mpleksinin  atılmış  arxiv  sənədləri  aşkar  edilmişdi.  Onların  siyahısı  dərhal  tutulmuş,  pərakəndə  sənədlər  yığılıb  rəflərə 

qoyulmuş,  bir  h issəsi  bağlanıb  ayrıca  otağa  yerləşdirilmişdi.  Azərbaycan  Xalq  Cü mhuriyyətinin  Xarici  İşlər  Nazirliyi 

haqqında Əsasnamədə də arxiv  işinə böyük əhəmiyyət verilirdi. Həmin Əsasnaməyə görə Xarici İşlər Nazirliyi dəftərxanası 

tərkib ində arxiv yarad ılırd ı. Bu rada Azərbaycanda baş verən mühüm hadis ələrə  aid a ktla r və sənədlər, habelə qaytanlanan 

kitabla r  və  nazirliy in  bütün  şöbələrin in  sənədləri  mühafizə  edilird i.  Arxivariusa  Cənubi  Qafqa za,  başlıca  o laraq, 

Azərbaycana aid a ktla rı, sənədləri və d igər kağızları toplayıb sistemləşdirmə k tapşırıld ı. Belə liklə, kargüza rlıq xid mətinə və  

arxivə vahid  sistem kimi ba xılırd ı. Sənədlər ko mple ksi bu və ya digər qərarların qəbul edilməsində mühüm rol oynamalı id i. 

Qəza təşkilat larında və yerlərdə də kargüzarlıq yüksək səviyyədə aparılırd ı.  Cavad qəzası polis idarəsində tərtib edilmiş işin 

titul vərəqi və sərlövhəsi diqqəti cəlb edir. Bu rada idarənin ta m adı səliqə ilə ya zılmış, ka rgüzarlıq nömrəsi qoyulmuş, işin  

dəqiq  sərlövhəsi,  sənədlərin  ilk  və  son  tarixlə ri  göstərilmişdir.  Məruzə   və  mə ktublarda  dərkənar,  qeydiyyat  ştampları, 

sənədlərin  da xil və xaric  olma nö mrələ ri, tarix və  s. qoyulmuşdur. Tərt ib ed ilmiş sənədlərin  ha mısında kargüza rla rın  imzası 

zəruri  idi.  Sənədlərin tərt ibində  xüsusi blankdan geniş istifadə olunurdu. Onlar tərtib üsuluna və keyfiyyətinə görə yüksək 

tələblərə cavab verirdi. 

Azərbaycanda  dövlət  arxiv ləri  yalnız  Apre l  işğalından  (1920)  sonra  yaradılmışdır.  1920  il  de kabrın  13-də  Azər-

baycan  İnqilab  Ko mitəsi  '"Azərbaycan  SSR-də  arxiv  işinin  mərkə zləşdirilməsi  və  Respublika  Xalq  Maarifi  Ko missarlığı 

yanında  Mərkəzi  Dövlət  Arxiv inin  təşkili  haqqında"  dekret  verdi.  Bu  dekretlə  Azərbaycanda  arxiv  işinin   mər-

kə zləşdirilməsinin əsası qoyuldu. 



ASLANOV  Tey mur  bəy  Zəkəriyyə  oğlu  (5.1.1890,  Şuşa  -  16.8.1964,  Ba kı)  -  Azə rbaycan  Xalq  Cü mhuriyyəti 

Parla mentinin  xüsusi  qərarına  (bax  Xaricə  təhsil  almağa  göndərilən  azərbaycanlı  tələbələr 



haqqında qərar) əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. 

Bakı kişi gimnaziyasını əla qiy mətlərlə bitirmişdir (1919). Parla mentin 1919 il 1 sentyabr tarixli qə-

rarına  əsasən,  təhsilini  tarix-filo logiya  sahəsində  almaq  üçün  Fransanın  Paris  Un iversitetinə 

(Fransa)  göndərilmişdir.  Tey mur  bəy  1921  ildə  A lmaniyaya  köçmüş,  Kotbus  şəhərindəki 

toxuculuq mühəndisləri ali  məktəbini  bitirmişdir (1924). 

 

 



137 

 

Vətənə qayıtdıqdan sonra Gəncə to xuculuq ko mbinatında mühəndis, 1931-32 illə rdə A zərbaycan SSR Xalq  Yüngül Sənaye 



Ko missarlığında  (XYSK)  mühəndis,  1933  ildən  Gəncə  to xuculuq  ko mbinatının  d irektor  müavini  və  direktoru  işləmişdir. 

Yenidən XYSK-da fəaliyyətə başlayan Aslanov 1939 ilin yazında Moskvadan ezamiyyətdən qayıtdıqdan sonra həbs olunmuş, 

Kotlasda (Arxangels k vilayəti) cə za  çəkmişdir. 1950 ildə  ona Qa za xıstana köç məyə ica zə  verilmiş, Ba lxaş şəhərində dəmir-

beton  mə mulatla rı  ko mb inatının  tikintisinə  rəhbərlik  et mişdir.  1956  ildə  bəraət  almış,  ö mrünün  sonuna  kimi  A zərbaycan 

SSR Xalq Təsərrü fatı Şurası Yüngül Sənaye İdarəsində işlə mişdir. 

AġURBƏYOV  İsa bəy Mehdiqulu oğlu (1878, Bakı -1.10.1938, Bakı) - ictimai-siyasi xad im, xeyriyyəçi, jurnalist, 

naşir. Azərbaycanın tanın mış  milyonçu  xeyriyyəçilərindən olan Mehdiqulu bəy Aşurbəyovun yeganə övladı idi. Aşurbəyov 

gənclik illərində sosial-de mo krat ideyalarına meyl etmişdir. O, 1910 ildə Bakı şəhər dumasının, həmçinin "Nicat" və kimsəsiz 

uşaqları  aclıqdan  və  ölü mdən  xilas  edən  "Bir  damla  süd"  xeyriyyə  cəmiyyətinin,  Birinci  dünya  müharibəsi  (1914-18) 

illərində  isə  "Əsir  düşmüş  türk  əsgərlərinə  yardım  ko mitəsi"nin  üzvü  seçilmişdi.  Mü xtəlif  va xt larda  "Difa i",  "İttihad"  və 

"Hümmət" partiyalarının ü zvü olmuşdur. 

Aşurbəyov  tanınmış  xeyriyyəçi  id i.  O,  Əh məd  bəy  Ağayevin  "İrşad"  qəzetini  maliyyələşdirirdi.  Üzeyir  Hacı-

bəylinin  " Leyli  və  Məcnun"  operasının  ilk  ta maşalarından  biri  Aşurb əyovun  Persidski  (indiki  Murtu za  Mu xtarov) 

küçəsindəki ev ində olmuşdur.  1912 ildə Aşurbəyov Hacı  Zeynalabdin Tağıyevin  "Kaspi" qəzetinin   mətbəəsində fəaliyyət 

göstərmiş, sonradan həmin  mətbəəni  icarəyə götürərək, şəxsi  mü lkünün zirzəmisində yerləşdirmiş, Mirzə Ələkbər  Sabirin  

satirik şeirlərini,  müəllimlər üçün həftəlik "Şəlalə" və " Vodopad", şagirdlər üçün isə "Məktəb" jurnalların ı A zərbaycan və 

rus dillə rində nəşr etdirmişdir. 

1918  ildə  mart  soyqırımı  za manı  Aşurbəyov şəxsi  ə laqələrindən  istifadə  edərək,  türk  qoşunlarının  Bakıya  da xil 

olmasına fəal kö mək göstərmişdi. Azərbaycan Xalq Cü mhuriyyəti dövründə Xalq Maarifi Nazirliy inin nəzdindəki nəşriyyata 

rəhbərlik et mişdir.  Sovet hakimiyyəti qurulduqdan sonra yenidən nəşriyyata rəhbərlik et məyə dəvət olunmuş, la kin  keç miş 

fəaliyyətinə  görə  tezliklə  tutduğu  vəzifədən  uzaqlaşdırılmışdır.  Ərəb  və  fars  dillərini  mü kə mməl  b ild iyinə  görə  SSRİ  EA  

Azərbaycan  Filia lına  iş ə  dəvət  edilmiş  və  1937  il  dekabnn  31-dək  (türk  qoşunlarının  Bakıya  dəvət  olunmasında  iştirakına  

görə həbs olunanadək) tərcü məçi kimi fəaliyyət göstərmişdir. 1938 ilin oktyabrında "xarici ölkələrlə casusluq əlaqələrinə və 

millətç i hərə katda iştira kına görə" məhkə mənin qərarı ilə güllələn mişdir. 

AġUROV Ağa Hacı Aslan oğlu (1880,  Bakı - 1936,  Rostov) - ictimai-siyasi və dövlət xadimi.  Bakı gimnaziyasını 

bitirmişdir.  A lmaniyada  mühəndis-texnoloq  ixtisası  üzrə  ali  təhsil  alıb   Bakıya  qayıtmış,  şəhər  bələdiyyə  idarəsində 

işləmişdir.  Bakının  abadlaşdırılması  və  tərəqqisi  üçün  həyata  keçirilən  bir  sıra  tədbirlərə  başçılıq  etmişdir.  1908  ildə 

Aşurovun  rəhbərliyi  ilə  Bakıda  yeni  elektrik  stansiyasının  tikilməsi  barədə  müqavilə  bağlan mışdır.  Bakıya  Şollar  su 

kə mərinin çə kilməsində geniş fəaliyyət göstərmişdir. Aşurov "Nəşri-maa rif‖ cə miyyətinin rəhbərlərindən biri olmuş, şəhər 

dumasının ü zvü seçilmişdir. 

Aşurov  1906  ildə  Əlimərdan  bəy  Topçubaşovun  sədrliyi  ilə  Ümu mrusiya  müsəlmanların ın  Nijn i-Novqorodda 

keçirilən  3-cü  qurultayında  iştirak  etmiş  və  qurultayın  rəyasət  heyətinin  tərkibinə  seçilmişdir.  Milli  hərəkatın  fəal  ü zv-

lərindən  olan  Aşurov  Fevral  inqilabından  (1917)  sonra  Müsəlman  M illi  Şurasının  Müvəqqəti  İcra iyyə  Ko mitəsinin  ü zvü 

seçilmiş,  Qafqaz  müsəlmanların ın  Bakı  qurultayında  iştirak  et mişdir.  1918  ilin  mart  qırğın ları  zaman ı  hərbi  əməliyyatları 

dayandırmaq üçün müsəlman nü mayəndə heyətinin tərkib ində İnqilabi Müdafiə Ko mitəsinin, Erməni Milli Şurasın ın üzv ləri 

və İranın Ba kıda kı konsulu Həbibulla xanla danışıq lar aparmışdır.  

Azərbaycan  Xalq  Cü mhuriyyətinin  ikinci  Höku mətində  bitərəf  Aşurov  ticarət  və  sənaye  naziri  işlə miş,  eyni 

zamanda,  1918  il  o ktyabrın  6-dək  Ərzaq  Nazirliyinə  rəhbərlik  etmişdir.  Cü mhuriyyətin  mövcudluğunun  ilk  mərhələsində 

dövlətin ticarət-sənaye və ərzaq siyasətini, əsasən, Aşurov müəyyən etmişdir.  İqtisadi böhranla  mübarizədə Aşurov xüsusi 

rol oynamış, iqtisadiyyata dövlət nəzarəti sisteminin yarad ılması yönündə əzmlə çalış mış, möhtəkirliklə, fəaliyyətləri dövlət 

maraqlarına zidd olan xüsusi mü lkiyyətçilərlə mübarizədə qətiyyətli və sərt tədbirlərin tərəfdarı olmuşdur. 

Aşurov  dövlətin  müstəqil  iqtisadi  xəttin in  prinsipial  müdafiəçisi  id i.  1918  il  oktyabrın  6-da  Hö ku mətdə  bəzi 

dəyişikliklə rlə   ə laqədar  poçt  və  teleqra f  na ziri  təyin   olun muşdur.  Aşurov  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Parla mentinin  

üzvü  seçilmiş,  "Müsavat"  və  bitərəflər  fraksiyasında  təmsil  olunmuşdur.  1918  il  dekabrın   ortalarında  bütün  Hökumət 

kabinəsi  ilə  birlikdə  istefaya  çıxmışdır.  O,  Cü mhuriyyət  dövründə  Bakıda  həyata  keçirilən  bir  sıra  mədəni-maa rif 

tədbirlərinin də təşkilatçılarından olmuşdur. 

Aşurov 1920  il aprelin 27-də bolşeviklərin hakimiyyəti təslim etmək tələbinin əleyhinə səs verən yeganə parlament 

üzvü idi.  Buna görə də ertəsi gün hakimiyyətə gələn bolşeviklər onun həbs edilməsi barədə göstəriş versələr də, ələ  keçirə 

bilmə mişdilər.  Aşurov  Türkiyəyə  mühacirət  et məyə  cəhd  göstərmiş,  bu  baş  tutmadıqda,  Rostov  ş əhərinə  köçüb,  orada 

ixtisası üzrə mühəndis-texnoloq işləmişdir. Rostovun tatar qəbiristanlığında dəfn olun muşdur. 

"  ATAMALIBƏ YOV  Abbas  Seyfulla   bəy  oğlu  (26.2.1895,  Tiflis  -  1971,  ABŞ,  Klivlend)  -  A zərbaycan  Xa lq  

Cü mhuriyyəti Parlamentinin  xüsusi qərarına  (bax Xaricə təhsil almağa göndərilən azərbaycanlı tələbələr haqqında qərar) 

əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri, A zərbaycan siyasi mühacirətin in tanın mış 

nümayəndəsi. İlk təhsilini Şamaxıda, Tiflisdə almışdır. Topçu zabit olmaq  istəyən Atamalıbəyovun görmə qabiliyyəti  zəif 

olduğundan onu hərbi məktəbə qəbul etməmişdilər.  1914 ildə Peterburq Poli- 


138 

 

texnik  İnstitutunun  dəniz  mühəndisliyi  fakültəsinə  qəbul  olunmuş,  bu  dövrdə  sağ  eserlərə 



qoşulmuş,  müsəlman  həmyerlilər  ko mitəsinin  sədri  seçilmişdi.  Rusiyada  inqilabi  hərəkatda 

yaxından iştirak etmiş, hərc-mərclik yarandığından Qafqaza dönmüş, eserlər partiyasında siyasi 

fəaliyyətini  dava m  etdirmiş dir.  Atama lıbəyov  Azərbaycan  Milli  Şurasının  və  Cü mhuriyyət 

Parla mentində ―‖Sosialistlər bloku‖ fraksiyasının üzvü idi.  

 

 

 



 

 

Parla mentin  1919  il  1 sentyabr tarixli qərarına əsasən, təhsilin i gə miqayırma  sahəsində 



davam  etdirmə k  üçün  Paris  Universitetinə  (Fransa)  göndərilmişdir.  A zərbaycan  Xarici  İşlər 

Nazirliyi  Paris  sülh  konfransında  (1919-20)  A zərbaycan  nümayəndə  heyətinin  ü zvü 

M.Məhərrə movu  əvəz  etmək  üçün  Atamalıbəyovu  Fransaya  ezam  et miş  və  o,  nümayəndə 

heyətinin  tərkibində  katib   kimi  fəaliyyət  gös-tərmişdir.  Aprel  işğalından  (1920)  sonra  xaricdə 

dövlət hesabına  təhsil  alan  azərbaycanlı  tələbələrin  vəziyyətini  öyrənən  Azərbaycanlı  Tələbələr 

İttifaqının 1923-25 illər üçün məlu matında Atamalıbəyovun təhsilinin bitməsinə 1 il qald ığı göstərilird i. 

Parisdə siyasi fəaliyyətini dava m etdirmiş Atama lıbəyov, mühacirət dairə lərində tanınan siyasətçilərdən olmuşdur. 

Fransa  hökumətin in  SSRİ-yə  qarşı  siyasətinin  mühacirlər  üçün  yaratdığı  əlverişli  imkanlardan  istifadə  edərək,  Parisdə 

Siyasi  Elmlə r Məktəbin i bitirmişdir. A zərbaycan mühacirətində Məhəmməd Əmin Rəsulzadəyə mü xa lif olan qrupa mənsub 

idi. Qə rargahı  Cenevrədə olan Millətlə r  Cə miyyətinin, siyasi tədbir və  müza kirə lərində vaxtaşırı  iştirak etmişdir. Əlimərdan 

bəy  Topçubaşovun  vəfatından  (1934)  sonra  Pa risdə  cəmləşən  Azərbaycan  mühacirət inin  rəhbəri  id i.  Əmə kdaşlıq  etdiyi 

"Revyu de Prometey", "O" jurnallarında Cənubi Qa fqaza  dair məqalə ləri dərc  olun muşdur. 

Fransa  almanlar  tərəfindən  işğal  olunduqdan  sonra  Berlində  yaşamış,  orada  Qırmızı  Xaç  Ko mitəsində  çalışmış, 

azərbaycanlı  əsirləri  xilas  et mək  üçün  böyük  işlər  görmüşdür.Siyasi  fəa liyyətini  burada  da  davam  etdirən  Ata ma lıbəyov 

Azərbaycan legionu ilə Hitle rin o rdu qərargahı a rasında əlaqə sa xlayan üç nəfərdən ibarət qrupa (Ə.Fətəlibəyli-Düdənginski 

və F.Əmircanla b irlikdə) da xil olmuşdur. 1944  ilin oktyabrında Qafqaz Şurasının yaradılmasının  təşəbbüsçülərindən olmuş, 

Şuranın  1947 ildə  Lo zannada keçirilən toplantısında iştirak etmişdir. Sonralar b ir  müddət Çilidə, MƏR-də,  1967 ildən  isə 

ABŞ-da yaşamışdır.  Ömrünün sonunadək Azərbaycanın istiqlalı uğrunda mübarizə aparmış, vətəninə qovuşacağına inamını 

itirmə mişdir.  Uzun  sürən  ağır  xəstəlikdən  sonra  vəfat  etmişdir.  Ölü mündən  bir  a z  əvvəl  fransızca   yazmağa  başladığı 

xatirə ləri ya rımçıq qa lmışdır. 

 

Əd.:  Həsənov  C,  Azərbaycan  beynəlxalq  münasibətlər  sistemində  (1918-1920-ci  illər),  B.,  1993;  İbrahimli  X.,  Azərbaycan  siyasi 

mühacirəti, B., 1996; İsmayıl Umudlu, Səksən il yol gələn görüş, "Ayna" qəzeti, 2002, 7 iyun. 



Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin