Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə27/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   ...   23   24   25   26   27   28   29   30   ...   80

 

AZƏRBAYCAN  MĠLLĠ ġ URAS I -  Rusiyada Fevral  inqilabından (1917) sonra Cənubi  Qafqazın türk-müsəlman  

əhalisi  tərəfindən  Ümu mrusiya  Məclisi-müəssisanına  (Parlamentinə)  seçilmiş  deputatlardan  ibarət  qanunvericilik 

səlahiyyətinə  malik  o lan  hakimiyyət  orqanı.  Zaqafqaziya  seyminin  Müsəlman  frak siyası  əsasında  forma laşmışdı. 

Zaqafqaziya  seymi  dağıld ıqdan  bir  gün  sonra  -  1918  il  may ın  27-də  Sey min  Müsəlman  fraksiyasının  bütün  üzvləri 

Azərbaycanın istiqla liyyətini e lan et mək və müstəqiı dövlət yarat maq məqsədilə  Tiflisdə toplaşaraq, hərtərəfli mü za-kirədən 

sonra,  yaranmış  tarixi  şəraitdə  Azərbaycanın  idarəsini  öz  ü zərlərinə  götürmək  qərarına  gəldilər  və  Azərbaycan  Milli 

Şurasının  yaradıldığını  elan  etdilər.  Milli  Şuran ın  rəyasət heyətinə "Müsavat" partiyasından Məhəmməd  Əmin   Rəsulzadə, 

Həsən bəy Ağayev, Məmməd  Həsən Hacınski,  Nəsib bəy  Yusifbəyli, Xə lil bəy Xas mə mmədov, Mə mməd   Yusif  Cəfərov, 

sosialistlər b lokundan Xudadat bəy Məlik-Aslanov, Ca mo bəy Hacınski,  Əkbər ağa Şey xülisla mov, "İttihad" partiyasından 

isə Xosrov Paşa bəy Sultanov daxil o ldular. Məhə mməd Əmin Rəsulzadə M illi Şu ranın sədri (bu za man o, Batumda türklə rlə  

danışıqlar aparırdı), doktor Həsən bəy Ağayev isə onun müavini seçildilər. 

Mayın  28-də  Tiflisdə,  keçmiş  Qafqaz  canişininin  iqa mətgahında  Həsən  bəy  Ağayevin  sədrliyi  ilə  Milli  Şuranın  

iclası keçirildi.  

 

 



 

 


188 

 

Uzun və hərtərəfli  mü za kirə lərdən sonra Milli  Şura Azərbaycanın İstiqlal bəyannaməsini qəbul etdi. Bəyannamədə  Cənub-



Şərqi Qafqazda  müstəqil Azərbaycan dövlətinin yaradıld ığı,  müstəqil dövlətin idarə formasının  xalq cü mhuriyyəti olduğu, 

yeni  yaranmış  dövlətin  xarici  ölkələrlə,  xüsusilə  öz  qonşuları  ilə  yaxın  qonşuluq  əlaqələri  yaradacağı  milli,  din i,  sinfi 

mənsubiyyətindən,  cinsi  və  sosial  vəziyyətindən  asılı  o lmayaraq,  əra zisində  yaşayan  bütün  əhalinin  vətəndaşlıq 

hüquqların ın  təmin  olunacağı,  ölkədə  yaşayan  xalqların   müstəqil  inkişafı  üçün  şəraitin  yarad ılacağı,  Müəssislər  Məclisi 

çağırılana  qədər  ölkəyə  siyasi  rəhbərliyi  ü mu mi  səsvermə  yolu  ilə  seçilmiş  üzvlərdən  ibarət  Milli  Şuranın  və  Milli  Şura 

qarşısında məsul olan Müvəqqəti Höku mətin həyata keçirəcəyi bildirilird i. 

Milli Şura elə həmin  iclasında Fətəli  xan  Xoyski başda olmaqla A zərbaycan Xalq  Cü mhuriyyətinin ilk Müvəqqəti 

Höku mətin i - birinci Höku mət kabinetini də yaratdı. 

Azərbaycan Xalq Cü mhuriyyətinin (AXC) yaradılması və elan olunması ilə bağlı təşkilati işləri 1918 il mayın 28-dən 

Tiflisdə  yerinə  yetirən  Azərbaycan  Milli  Şurası  və  Hö ku məti  ö lkəyə  rea l  rəhbərliyi  həyata  keç irmə k  üçün  iyunun  16-da  

Gəncəyə köçdü. 

Azərbaycan Milli Şu rası və Hö ku məti  Gəncədə ciddi çət inliklərlə ü zləşdi.  Bakıdan qaç mış  milli burjuaziyanın və  

Gəncə quberniyasının müflisləşmiş mülkədarlarının nü mayəndələri burada "daha çox inqilabi ruhlu Azə rbaycan Milli Şurası 

və Höku mətinə" qarşı geniş təbliğat aparırdılar. On lar hələ  mayın a xırlarında  Gəncəyə gəlmiş və burada rea l hakimiyyətə 

ma lik olan  Qafqaz İslam Ordusunun komandanı  Nuru paşa ilə sıx ə laqə yarat mışdılar və ona A zərbaycan Milli  Şurası və  

Höku məti barədə yanlış məlu matlar vermişdilər. Həm bu səbəbdən, həm də digər mü lahizələrə görə Nuru paşa Milli Şuraya 

və Azərbaycan Höku mətinə et imadsızlıq göstərdi. 

Be lə b ir şəraitdə 1918 il iyunun 17-də Gəncədə Məhəmməd  Əmin  Rəsulzadənin sədrliyi ilə M illi Şuranın  iki ta rixi  

iclası keçirildi. Bu iclaslarda Milli Şura və Azərbaycan Hö ku məti ətrafında yaranmış mürəkkəb  şərait ço x gərgin vəziyyətdə 

ətraflı  mü zakirə olundu. Milli Şura, ço x çətinliklə əldə olun muş razılıqdan sonra, o  zaman  mü mkün o lan yeganə düzgün 

addım  atdı:  bütün  səlahiyyətləri  yeni  yarad ılacaq  Müvəqqəti  Höku mətə  verməklə,  daha  münasib  vaxta  qədər  özünü 

buraxmağı qərara aldı. 

Fətəli  xan  Xoyski  Tiflisdə  yaratdığı  birinci  Höku mət  kab inetinin  qısa  müddətdəki  fəaliyyəti  haqqında  hesabat 

verərək,  ö z  Höku mətin in  istefasını  qəbul  et məyi  M illi  Şuradan  xah iş  etdi.  M illi  Şura   Fətə li  xan  Xoyskin in  birinci 

Höku mətin in istefasını qəbul edərək, Hö ku mətin təşkilini yenidən ona tapşırdı. Milli Şura Fətəli xan Xoyskinin  təklif etdiyi 

yeni, ikinci Müvəqqəti Höku mətin tərkib ini təsdiqlədi və iclasın sonunda ikinci Müvəqqəti Hökumətin hüquq və vəzifələri 

barədə, həmç inin A zərbaycan Milli Şurasının bura xılması haqqında iki mühü m qərar qəbul etdi. 

1918  il  iyunun  17-də  Gəncədə  fəaliyyətini  dayandırmağa  məcbur  olmuş  Azərbaycan  Milli  Şurası beş  aydan sonra

həmin il noyabrın  16-da türk əsgərləri Azə rbaycandan gedəndən sonra və ingilis generalı To mson başda olmaqla   müttəfiq  

qoşunların  Bakıya gəlməsi ərəfəsində  fəaliyyətini yenidən bərpa etdi. İclasda Azərbaycan Hö ku mətinin  başçısı Fətəli  xan  

Xoyski  Milli  Şura  ü zvlərinə  mü raciətlə  çıxış  etdi  və  Höku mətin  Müəssislər  Məclisinin  çağınlmasının  təşkilinə  vaxtı 

çatmadığından bu vəzifəni Milli Şuranın öz üzərinə götürməsini xahiş etdi. Milli Şura bu təklifə razılıq verdi. 

Azərbaycan  Milli  Şurasın ın  1918  il  noyabrın  19-da   Məhə mməd  Əmin  Rəsulzadənin  sədrliyi  ilə   keçən   növbəti 

iclasında  120  nəfərdən  ibarət  Parlament  yaratmaq  haqqında  Azərbaycan  Höku mətinin  təqdim  etdiyi  qanun  layihəsi 

mü zakirə və qəbul olundu. 

Azərbaycan Parla mentinin təsisi ilə bağlı M illi Şuranın Məhə mməd  Əmin Rəsulzadə tərəfindən imza lan mış "Bütün 



Azərbaycan əhalisinə!" müraciətna məsi noyabrın 29-da hə m A zərbaycan, həm də rus dillə rində dərc edildi. Müraciətdə yeni 

yaradılacaq A zərbaycan Parlamentin in  ilk iclasının  1918 il dekabrın  3-də açılacağ ı elan olunurdu.  La kin  Bakıda  fəaliyyət 

göstərən  ermən i  və  rus  milli  şuraları  general  To msonun  bu  arada  Bakıya  g əlməsindən  istifadə  edərək,  A zərbaycan 

Parlamentinin açılışına hər vasitə  ilə  mane o lmağa cəhd göstərdilər. A zərbaycan Höku mətinin general To msonla apard ığı 

danışıqların  uzan ması nəticəsində Parlament ö zünün ilk  iclasını dekabrın  3-də deyil, 7-də  keçirməli oldu. Parlamentin   ilk 

iclasın ı  giriş  sözü  ilə  Milli  Şuranın  sədri  Məhəmməd  Əmin  Rəsulzadə  açaraq  geniş  nitq  söylədi.  Azərbaycan  Xalq  

Cü mhuriyyətinin  qanunverici  orqanı  olan  Parlamentin  işə  başlaması  ilə  A zərbaycan  Milli  Şurasın ın  fəaliyyətinə  xitam 

verild i. 



Əd.:  Azərbaycan  Xalq  Cümhuriyyəti  (1918-1920).  Parlament  (stenoqrafik  hesabat),  c.  l,  B.,  1998;  Aзepбaйджанская 

Демократическая  Pecnублика (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998;  Paşayev A., Açılmamış səhifələrin 

izi ilə, B., 2001. 

AZƏRBAYCAN  MĠLLĠ  ġ URAS ININ  BURAXILMAS I  HAQQINDA  QƏRAR-  1918  il  iyunun  17-də  qəbul 

edilmişdir. Belə  ki,  iyunun 16-da  Gəncəyə köçən Azərbaycan Milli Şurasının və Hökumətinin tərkib inə etimadsızlıq siyasi 

böhrana  səbəb  olmuşdu  (bax  İyıın  böhranı  (1918)).  Azərbaycanın  Türkiyəyə  ilhaq  edilməsinin  tərəfdarı  olan lar  Milli 

Şuranın və Hö ku mətin  işini pozmağa cəhd etdilər.  Yaran mış  mürəkkəb  siyasi şəraitdə Azərbaycanın dövlət  müstəqilliy ini 

qoruyub saxla maq na minə Milli  Şuranın bura xılması qəra ra alındı. Qə rarda deyilirdi  ki, A zərbaycanın ağır da xili və  xa ric i 

vəziyyətini nə zərə  ala raq, bütün hakimiyyət Fətəli xan Xoyskinin  s ədrliyi ilə  təşkil olunan Höku mətə  verilir və bu Höku mət  

öz hakimiyyətini q ısa müddətə çağırılmalı olan Müəssislər Məclisindən başqa heç kəsə güzəştə getməməlidir. 

 

Əd.: 

Aзepбaйджанская Демократическая  Pecnублика (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998;  



 

AZƏRBAYCAN  MĠLLĠ  ġ URAS ININ  SƏDRĠ  1918 il  mayın  28-də Tiflisdə Azərbaycan Xalq  Cü mhuriyyətini 

elan etmiş ko llegial quru mun - ilk A zərbaycan Parlamentin in sədri.  

 

 

 



189 

 

Zaqafqaziya  seymi  dağıld ıqdan  sonra  Seymin  Müs əlman  fra ksiyasının  üzvləri  1918  il  mayın  27-də  Tiflisdə  toplanaraq 



yaranmış  ağır  tarixi  şəraitlə  bağlı  hərtərəfli  müzakirələr  apardıqdan  sonra  Azərbaycanın  idarəsini  öz  üzərlərinə  götürmək 

qərarına gə ldilər və özlərin i A zərbaycan Milli Şurası elan etdilər. Be ləliklə, Azərbaycanın ilk Parla menti fəa liyyətə başladı. 

Hə min  ic lasda  Milli  Şuran ın  rəyasət  heyəti  və  onun  sədri  seçild i.  Gizli  səsvermə  yolu  ilə  Milli  Şuranın  sədri  vəzifəsinə 

həmin  va xt  Batumda  Türkiyə  nümayəndə  heyəti  ilə  danışıq lar  aparan  Məhə mməd  Əmin  Rəsulzadə  seçildi.  Milli  Şuranın  

sədri  Milli  Şuran ın  və  onun  rəyasət  heyətinin  iclaslarına  s ədrlik  ed ir,  Şuranın  işlərinə  ü mu mi  rəhbərliyi  həyata  keç irird i. 

Milli Şu ranın  iclasları p rotokollar vasitəsilə  rəsmiləşdirilir, Milli Şuran ın sədri və katibi tərəfindən imzalanırd ı. Milli  Şura 

adından verilən bəyanatlar, mü raciətlər və b. sənədlər də Milli Şuranın sədri tərəfindən imzalan ırdı. 

Əd.: 

Aзepбaйджанская  Демократическая   Pecnублика  (1918-1920), Законодательные  акты  (сборник  документов),  Б.,  1998; 

Aдpec-календары Aзepбaйджанской  Pecnублики нa 1920 год, Б., 1920; 

AZƏRBAYCAN  MÜƏLLĠMLƏRĠNĠN  BĠRĠNCĠ  QURULTAYI  -  məktəb islahatı sahəsində əsaslı  məsələləri 

ətraflı  müzakirə  etmək,  lazımi  təkliflər  hazırlayaraq,  Höku mətə  təqdim  etmək  məqsədilə  çağırılmış  A zərbaycan 

müəllimlərinin ali məclisi. A zərbaycan Xalq Cü mhuriyyəti Höku mətin in qərarı ilə 1919 il avqustun 20-dən sentyabrın 1-dək 

Bakıda,  birinci  realnı  məktəbin  (indiki  A zərbaycan  Dövlət  İqtisad  Universitetinin)  binasında  keçirilmişdir.  Quru ltayın 

keçirilməsi  üçün  Hökumətin  1919  il  2  avqust  tarixli  qərarı  ilə  Xalq  Maarifi  Nazirliy inin  sərəncamına  35600  manat 

məb ləğində  vəsait  ayrılmışdı.  Qurultayda  Azə rbaycanın  bütün  bölgələrini  və  tədris  müəssisələrini  tə msil  edən 

nümayəndələr  iştirak  edird i.  Quru ltayı  Türk  Müəllimləri  İttifaq ının  sədri  Ağa  bəy  İsrafilbəyov  açaraq  qurultay  işti-

rakçıların ı onun məqsəd və vəzifələri ilə tanış etmişdi. 

Qurultayın Xalq Maarifi Nazirliyinə təqdim etdiyi təkliflər əsasında, bütövlükdə,  məktəb islahatı,  xüsusilə təhsilin  

mə zmunca  milliləşdirilməsini əsas tutan proqram və dərsliklərin nəşri üzrə  müvafiq lay ihə hazırla maq  məqsədilə Höku mət 

komissiyası yaradıldı. 1919  il noyabrın 7-də Maarif Na zirliyi yanında yaradılan islahat ko missiyasına xalq  maarifi nazirinin  

müavini Həmid bəy Şahtaxtlı  (sədr), Nurməmməd bəy Şahsuvarov, Azad bəy Əmirov, Fətulla bəy Rzabəyov, Sultanməcid  

Qənizadə,  Abdulla  bəy  Əfəndizadə,  Sara  xanım  Yaqubova,  Sara  xanım  Xuramoviç,  Əh məd  bəy  Pepinov,  Xədicə  xanım 

Ağayeva, Məhəmməd ağa Şahtaxtlı, Cabbar bəy Orucəliyev və Saleh bəy Vəkilov daxil idilər. Ko missiya qarşısında növbəti 

dərs ilinin əvvəlinə kimi mə ktəb islahatı, o cü mlədən təhsilin  mə zmunu ilə  bağlı məsələ lərin həlli ü zrə Höku mət  proqra mını 

hazırlamaq vəzifəsi qoyulmuşdu. Cü mhuriyyət Höku mətin in devrilməsi nəticəsində komissiya öz işini başa çatdıra bilməsə 

də, həmin məsələ lərin həlli üzrə müəyyən işlər də görülmüşdü. 

 

 



 

 

 



 

 

 



Əd

.:   Aзepбaйджанская Демократическая  Pecnублика  (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998; 

Aзepбaйджанская   Pecnублика (документы  и  материаль,  1918-  1920) . Б.,  1998;M ərdanov  M  .,  Quliyev  Ə., Azərbaycan  təhsili  Xalq 

Cümuhuriyyəti illərində (1918-1920), B., 2003. 

 

AZƏRBAYCAN MÜVƏQQƏTĠ ĠNQĠLAB KOMĠTƏS Ġ (AMİK), Azərbaycan H ə r b i- İ n q i la b  K o  mit ə s i,  

A z ə  r b a  y c a n   İ n q i l a b   K o  m  i t ə  s i  - Aprel işğalı (1920) nəticəsində Şimali Azərbaycanda yaradılmış a li dövlət 

hakimiyyəti orqanı. 1920 il apre lin 28-də A zərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Ko mitəsi tərə findən elan  

olunmuşdu.  AMİK-in  tərkib inə  Nəriman  Nərimanov  (sədr),  Əliheydər  Qarayev,  Həmid  Su ltanov,  Qəzən fər  Musabəyov, 

A.Alimov, M irzə  Davud Hüseynov, Dadaş Bünyadzadə daxil  idilər. Nə riman Nə rimanov AMİK-in tərkibinə qiyabi olaraq  

daxil  edilmişdi.  AMİK  Bakı  şəhəri  və  Azərbaycan  əhalisinə  1920  il  28  aprel  tarixli  mü raciətində  "Müsavat"  partiyası 

hökumətin in  devrild iyin i,  əvəzində  fəhlə-kəndli  hakimiyyətinin  qurulmasını  bəyan  etdi.  Müvəqqəti  İnqilab  Ko mitəsinin  

həmin tarixli qərarı  ilə A zərbaycan Sovet Sosialist Respublikası Xa lq Ko missarları  Sovetinin t ərkibi təsdiq olundu. AMİK-

in yerlə rdəki orqanları qə za, nahiyə,  kənd inqilab ko mitələ ri id i.  Bu orqan Azə rbaycan SSR Mə rkə zi  İcra iyyə Ko mitəsinin  

təşkilinə qədər (1921 il, 19 may) fəaliyyət göstərmişdir. 



 

Əd.: Декреты  Азревкома, Б.,1988. 

 

AZƏRBAYCAN  ORDUS U,  Azərbaycan  Xalq   Cü mhuriyyəti  Ordusu  -  Şimali  A zərbaycan  müstəqillik 

qazandıqdan  sonra  Azərbaycan  Xalq   Cü mhuriyyəti  Höku mətin in  yaratdığı  milli  ordu.  A zərbaycan  Xalq  Cü mhuriyyəti 

silahlı qüvvələrin in təşkilinə Cü mhuriyyətin elan edildiy i gündən başlanmışdı. 

Yeni yaradılacaq ordunun əsasını Müsəlman  korpusu təşkil edirdi. Ordu quruculuğuna rəhbərlik üçün ilk Höku mət 

kabinəsinin tərkibində Hərb i Na zirlik də nəzə rdə tutulmuş və Xosrov Paşa bəy Sultanov hərbi nazir təsdiq edilmişdi.  La kin  

bu  kabinənin  bura xılması  ilə   hərbi  na zir  və zifəsi  də  ləğv  edilmiş  və  Azə rbaycanda  ordu  quruculuğu  prosesinə  rəhbərlik 

Höku mətin  qərarı  ilə  Qa fqaz  İslam  Ordusunun  komandanı  Nuru  paşaya  həvalə  olunmuşdu.  Hökumət  strukturunda  isə 

Qafqaz  İslam  Ordusu  komandanlığı  ilə  əlaqələri  nizamlayacaq  hərbi  işlər  üzrə  baş  müvəkkil  vəzifəsi  təsis  olun muş  və 

İsmayıl xan Ziyadxanov bu vəzifəyə təsdiq edilmişdi. 

1918  il iyunun 26-da Hö ku mətin qərarı  ilə Müsəlman korpusu Əlahiddə Azərbaycan korpusu adlandırıldı və onun 

ştat  cədvəlində  qismən   dəyişiklik  edildi.  General-leytenant  Əlağa  Şıxlinski  korpusun  komandiri  kimi  vəzifəsini  yenə  də 

davam etdird i. 

Ordu quruculuğu sahəsində irəliləyişə nail olmaq üçün Höku mət b ir sıra tədbirlər həyata keçirdi. İyun ayının  əv-

vəllərindən Gəncə Hərbi Mək təbi fəaliyyətə başladı. Hö ku mətin qərarı ilə çağırışçıla r üçün yaş senzi 19 yaşa endirildi.   

 

 

 



 

190 

 

Sonra 1894-95 illərdə doğulmuş və islam d ininə  mənsub gənclərin  xid mətə çağırılması barədə qərar qəbul edildi.  Çağırış - 



səfərbərlik  işinin təşkili, bu sahədə mövcud olan əyintilərin qarşısının alınması üçün Daxili İşlər  Na zirliyinin sərəncamına 5 

min  rubl  vəsait  ayrıldı.  Hö ku mətin  qərarı  ilə  Yelizavetpol  ə xzi-əsgər  (əsgərliyə  çağırış  və  ya  hərbi  çağırış)  idarəsi 

Azərbaycan ə xzi-əsgər idarəsi adlandırıld ı və bütün ölkə üzrə çağırış işinin təşkili bu idarədə cə mləşdirild i. 

Ordu quruculuğunun ilkin  mərhələsi  S.Şau myanın  başçılıq etdiyi Bakı Ko missarlığı daşnak-bolşevik hərbi qüvvə-

lərinin  Gəncə  istiqamətində  fəa l  döyüş  əməliyyatlarına  başlaması  ilə  bir  va xta  düşdüyündən  ciddi  çətinliklərlə  qarşılaşdı. 

Çünki yeni qoşun hissələrinin formalaşdırılması, çağırış və təchizat işlərin in yaxşılaşdırılması gərgin  döyüşlərin aparılması ilə 

eyni vaxta düşmüşdü. Buna görə də Nuru paşanın başçılıq etdiy i türk hərbi qüvvələri A zərbaycanı tərk edəndə Cü mhuriyyət 

ordusu zəruri döyüş hazırlığ ı səviyyəsinə ma lik deyildi. 

Ordu quruculuğunu gücləndirmək  məqsədilə  1918  il noyabrın  1  -də  Hərbi  Nazirliyin  yenidən bərpa edilməsi qə-

rara alındı. Hökumətin qarşısında duran tarixi vəzifələrin həllində bu struktura ço x böyük əhəmiyyət verild iyi üçün ilk vaxtlar 

ona rəhbərliy i Na zirlər Şurasın ın sədri F.x.Xoyski öz ü zərinə götürdü. Na zir müavin i is ə ta m a rtilleriya generalı Sə məd  bəy 

Mehmandarov  təyin  edildi  və   nazirliyin  forma laşdırılması  ona  tapşırıldı.  Ordu  quruculuğu  prosesin ə  rəhbərlik  edəcək 

mə rkə zi hərb i idarəet mə orqanla rın ın təşkilinə başlandı. Qısa müddət ərzində Hərbi Nazirliyin aparatı yaradıld ı. Noyabrın 15-

də ordunun Ümu mi qərargahın ın təsis edilməsi barədə S.Meh mandarovun müvafiq ə mri imzalandı. 

Mudros  barışığının  (1918)  şərtlərinə  görə  müttəfiq  dövlətlər  ad ından  Bakıya  göndərilən  ing ilis  qüvvələrinin  

ko mandanı general To mson hələ Azərbaycana gəlməmiş türk qoşunları  kimi, Azərbaycan qoşunlarının da 1918  il noyabrın 

17-dək  Ba kıdan  çıxarılmasını  tə ləb  etdi.  Çünki  To mson,  öz  ölkəsinin  xarici  siyasətinə  uyğun  olaraq,  Bakın ı  istər  iqtisadi 

baxımdan,  istərsə  də hərbi-siyasi  baxımdan  mühüm  strateji  mərkəz  sayırdı  və  ona  nəzarəti  tamamilə  ö z  əlində  saxlamaq  

istəyirdi. O, müstəqil Azə rbaycan Höku mətin i tanımaq istəmədiy i kimi, onun nəzarəti alt ında olan hərb i qüvvələrə də  etibar 

etmird i.  Ona  görə  1918  il  noyabrın  22-də  Hərbi  Nazirlik  Gəncəyə  köçürüldü.  İngilis  ko mandanlığı  nazirliy in  Bakıdan 

kənarda fəa liyyət göstərməsinə etira z et mird i. 

1918  il noyabrın  27-dən dekabrın  3-dək  Gəncə və Ağdam ətrafındakı hərb i h issələrə səfər edən  S.Meh mandarov 

şahidi olduğu nöqsanları ü mu miləşdirərək, xüsusi əmrlə hissə komandirlərindən onların aradan qald ırılmasını tələb etdi. 

1918 ilin sonu - 1919 ilin  əvvəllə rində Hərbi Nazirliyin  rəhbərliyində və strukturunda qismən dəyişiklik ed ild i. Na -

zirlər  Şurasının 25 dekabr  1918 il tarixli qərarı  ilə ta m art ille riya generalı Sə məd bəy Mehmandarov hərbi nazir,  29 dekabr 

1918 il tarixli qərarı ilə isə general-leytenant Əlağa Şıxlinski hərb i nazirin müav ini təyin ed ild i. 

Ordu quruculuğunda müsbət dəyişikliklər baş verdikcə  mövcud idarəetmə strukturları da təkmilləşdirilirdi.  Hərb i 

nazirin  1918  il  31  dekabr  tarixli  40  saylı  əmrilə  Ümu mi  qərargahın  tərkibindəki  topçu  şöbəsinin  əsasında  Topçu  idarəsi 

yaradıldı.  İdarə texn iki və təftiş bölmələrindən ibarət  idi. Texn iki bölmə Azərbaycan ordusunun bütün nizami h issələrinin  

topçu  texnikası,  sursat  və  ləvazimatla  təchiz  o lunması,  bütünlükdə,  topçu  əmlakın ın  mühafizəsi  ilə  məşğul  olmalı,  bunun 

üçün lazımi metodiki göstərişləri hazırlamalı, təftiş bölməsi isə topçu hissələrinin döyüş hazırlığ ı ilə məşğul olmalı və bunun 

üçün zəruri olan təlimatları, həmçinin metodiki sənədləri hazırlamalı idi. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


191 

 

Bir qədər sonra Ümu mi qərargahın tərkibindəki  İstehkamat şöbəsi də 



İstehkamat idarəsinə çevrildi. 

Nazirliyin   rəhbərliyi  hərbi  xid mət in  təşkilinin  hüquqi  əsasda 

nizamlan masına  xüsusi diqqət yetirird i. Azərbaycan ordusunun qanunvericilik 

bazasını  qısa  müddətdə  yaratmaq  mü mkün  olmadığ ı  üçün,  hərbi  nazirin  1919 

ilin  əvvəlində  imzaladığ ı  ə mrlə   keç miş  Rusiya  imperiyasında  1917  il  yanvar 

ayının  1-dək  qəbul  edilmiş  hərbi  qanunvericilik  aktları,  müvəqqəti  olaraq, 

qüvvədə saxlanıldı. Bura hərbi n izamnamələr, döyüş təlimatları, hərbi xid mətin  

bütün  sahələrini  tən zimləyən  sənədlər,  səfərbərlik,  hərbi  məhkəmə  işlərinin  

aparılması  ü zrə  təlimatlar  və  s.  daxil  idi.  Lakin   bu  qanunvericilik  aktlarının  

Azərbaycanın  müstəqilliyi,  milli  orduda  xid mət in  bu  və  ya  digər  tələbləri  ilə  

uyğun gəlməyən cəhətləri ləğv edilir, həmin  məqamlar təkmilləşdirilir və ya yenisi ilə əvəz o lunurdu. Həmin qanunvericilik 

aktlarına uyğun olaraq, Rusiya ordusunda tətbiq edilən  hərbi rütbələr o lduğu kimi, hərbi rütbələrin  fərq lən mə nişanları o lan 

poqonlar  isə  təkmilləşdirilə rək  Azə rbaycan  ordusunda  istinad  edilməyə  başlandı.  Əsgər  heyəti  üçün  çavuş  və  baş  çavuş 

rütbələri  tətbiq  edildi.  Zabit  rütbələri  isə  aşağıdakı  kimi  idi:  praporşik,  podporuçik,  poruçik,  ştabs-kapitan,  kapitan 

podpolkovnik, polkovnik, general-mayor, general-leytenant, tam general. Süvari qoşunlarında tətbiq edilən rütbələr qis mən 

fərqli  idi  -  praporşik,  kornet,  poruçik,  ştabs -kapitan,  rotmistr,  podpolkovnik,  polkovnik,  general-mayor,  general  leytenant, 

tam genara l. 

Rütbələrin  fərqlən mə  n işanları  o lan  poqonlar  da  Rusiya  ordusunda  istifadə  olunan  poqonlar  id i.  Ancaq  həmin  

pcqonların üzə rində "Azərbaycan" sözü yazılmışdı. Hə rbi nazirin 1918 il 27 dekabr tarixli 34 saylı ə mri ilə hərbi qulluqçular 

arasında salamlaş manın A zərbaycan dilində və azərbaycanlıların  salamlaşma ənənələrinə uyğun aparılması təmin  olundu.

 

Azərbaycan  dili  orduda  da  dövlət  dili  kimi  qəbul  edildi.  Qeyri-azə rbaycanlı  zab itlərdən  bir  ay  müddətində,  heç 



olmasa, ko manda sözlə rin in a zərbaycanca qarşılıq larını öyrənmə k və əsgərlə rə A zərbaycan dilində ko manda vermə k tə ləb 

olunurdu. Bu tələbi yerinə yetirə b ilməyən zabit lər dərhal ordudan xaric ed ilməli  idilər. Azə rbaycan dilin in öyrənilməsi və 

savadsızlığın  ləğvi  üçün  orduda  müvafiq  kurslar  yaradıldı  və  həmin  kursların   aparılmasına  təcrübəli  mütəxəssislər  cəlb 

olundu. Hərbi qulluqçularim geyim formasında  milli üsluba uyğun dəyişikliklər ed ild i.  Bununla əlaqədar yaradılan  xüsusi 

ko missiyaya general-leytenant Əlağa Şıxlinski sədrlik edirdi.  Ko missiyanm hazırladığ ı geyim forması 1919  il yanvarın 11-

dən rəsmiləşdirild i. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


192 

 

 



Milli hərb i kadrların ha zırlan ması üçün tədbirlə r həyata keç irildi. Gəncədə fəaliyyətə başlamış milli hərbiyyə (pod-

praporşiklər)  məktəbinin fəaliyyəti yenidən quruldu və onun statusu artırılaraq praporşiklər  məktəbinə çevrildi.  Bu statusun 

mah iyyəti ondan ibarət id i  ki, əgər əvvəlcə bu  mə ktəbi b itirənlər ilkin  zab it rütbəsini yaln ız h issələrdə bir neçə ay  xid mət 

etdikdən  və  zabitliyə  layiq   olduqlarını  sübuta  yetirdikdən  sonra  alırdıla rsa,  praporşiklər  mə ktəbini  bit irənlərə   ilkin  zabit 

rütbəsi  olan  praporşik  rütbəsi  dərhal  verilirdi.  1919  ilin  sonunda  isə  praporşiklər  məktəbin in  bazasında  Hərbiyyə  məktəbi 

açıld ı.  Bundan  başqa,  milli  hərb i  kadrlar  hazırlayan  İstehkamçılar,  Hərbi  dəmiryolçular  və  Hərbi  feldşer  məktəbləri  də 

açılmışdı. 

1918


 

il dekabrın 25-də S.Meh mandarov hərbi  xid mətə çağırışı yaxşılaşdırmaq  məqsədilə  xalqa  müraciət etdi. Mü-

raciətdə  əvvəllər  çağırış  işində  yol  verilən  nöqsanlara,  his sələrdə  əsgərlərə  qarşı  fiziki  güc  tətbiq  edilməsinə,  ağır  məişət 

şəraitinə to xunulmaqla bərabər, bu halların aradan qald ırılması üçün qətiyyətli tədbirlərin həyata keçirilməsinə başlandığı da 

bəyan edilird i. 

1919


 

il  yanvarın  10-da  Hərbi  Nazirlikdə  müvəqqəti  hərbi  şura  yaradıldı  (bax  Hərbi  Şura).  Əsasnaməsi  və  daimi 

tərkib i  təsdiq  edilənə  qədər  Şura  hərbi  qanunvericilik  və  hərbi  idarəet mə  sahəsində  mühüm  məsələlə rin  müza kirəsi  və 

müvafiq  qərar  qəbul  edilməsi  ilə  məşğul  olurdu.  Onun  tərkib inə  p iyada  və  süvari  div iziyalarının   ko mandirləri,  Ümu mi 

qərargahın  rəisi,  topçu,  istehka mat  və  yeni  yaradılmış  ləva zimat  idarələ rin in  rə isləri,  General-k vartirmeyster,  növbətçi 

general  və  tapşırıq  generalı  da xil  idi.1919  ilin  mart ında  Azərbaycan  ordusunun  idarəetme  orqanlarında  mühüm  keyfiyyət 

dəyişikliyi  meydana gəldi. Hə rbi na zirin ə mri  ilə  mart ayın ın 26-da  Baş ərkani-hərb (Baş qərargah) təsis edildi və general-

leytenant  Məmməd  bəy  Sulk eviç  bu  orqanın  rəisi  təyin  edildi.  Bundan  sonra  ordu  hiss ələrinin  formalaşdırılması  daha 

ahəngdar  xara kter a ldı.  2-c i  Ba kı piyada alayın ın formalaşdırılması sürətləndirild i,  3-cü Şə ki süvari alayının təşkili tezliklə  

başa çatdırıldı. 

Azərbaycandakı  ingilis  qüvvələrinin  ko mandanlığı  1919  il  apre lin  əvvəllərində  milli  qoşun  hiss ələrinin  a zsaylı 

kontingentinin  Bakıda  da  yerləşdirilməsinə  icazə  verdi.  Hərb i  nazirin  əmri  ilə  Bakıda  yerləşəcək  hissə  və  bölmələr 

dəqiqləşdirildi.  Bu  qüvvələrə bir piyada taboru,  400 nəfərlik süvari və b ir topçu batareyası daxil id i. Aprelin  5-də hə min 

qüvvələr  Bakıya  daxil  o ldu  və  Salyan  kazarmalarında  yerləşdirildi.  Azərbaycan  qoşun  hissələrinin   Bakıya  daxil  olması 

münasibətilə  hərbi  nazir  S.Meh mandarov  da  paytaxta  gəldi.  Şəhər  əhalisi  A zərbaycan  ordusunun  qoşun  hissələrini  ço x 

böyük ruh yüksəkliyi və təntənə ilə qarşıladı. 

1919  ilin  yayında  və  payızında  Azərbaycan  ordu  hissələrinin  formalaşdırılması  böyük  sürətlə  davam  etdirild i. 

İngilis  qoşunlarının  A zərbaycan  ərazisin i  tərk  etməyə  başlaması  ilə  1919  il  iyunun  sonu  -  iyulun  əvvəllərində  Hərbi 

Nazirliyin rəhbər orqanları yenidən Bakıya köçürüldü. 

1919  ilin  iyun  -  iyul aylarında Zaqatala və   Bakı piyada alay larının  forma laşdırılması başa çatdıqdan sonra  İk inci 



piyada diviziyasının təşkil edilməsi zərurəti yarandı. Hərb i nazirin 1919 il 14 iyul tarixli müvafiq əmri ilə 1-ci Cavanşir, 2-ci 

Zaqatala və 3-cü Gəncə alay ları Birinci 



193 

 

piyada diviziyasında, 4-cü Quba və 5-ci Bakı piyada alayları isə 2-ci piyada div iziyasında birləşdirild ilər. 

Milli  ordunun  qoşun  hissələri  1919  il  avqustun  12-dən  sentyabr  ayının  3-dək  Lənkəran  əməliyyatında  iştirak 

edərək, ölkənin cənub bölgəsində respublikanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı döyüş tapşırığ ını uğurla yerinə 

yetirdilər. 

1919  ilin payızında təşkil edilən ən  əhə miyyətli hərb i strukturlardan biri Bak ı istehkamçılar hissəsi idi.  Bu struk-

turun yaradılmasından başlıca  məqsəd şimaldan,  xüsusən dənizdən ehtimal olunan Denikin təhlü kəsinin qarşısını almaq və 

bütünlüklə, Bakı şəhərinin etibarlı müdafiəsin i təşkil etmək idi. 

Sentyabr  ayında  Bakı  hərbi  limanın ın,  təyyarə  dəstəsinin,  zireh li  avto mobillər  taqımının,  mövqe  batareyasının 

ştatlarının formalaşdırılmasına başlandı. Sentyabrın 14-dən təyyarə dəstəsinin və zirehli avto mobillər dəstəsinin, sentyabrın 

24-dən mövqe batareyasının, oktyabrın 1-dən isə "Astarabad" hərbi gəmisinin ştatların ın formalaşdırılması başa çatdırıldı. 

6-c ı  Göyçay  piyäda  alay ının  forma laşdırılmas ı  böyük  sürətlə  aparılırdı.  Qışla ların  çat ışma masına,  geyim,  ərzaq  

çətinliklərinin o lmasına baxmayaraq, 1919 il o ktyabrın sonuna qədər alayın təşkili, demək olar ki, başa çatdırıldı. 

Milli ordu hissələri 1919 il noyabrın 3-dən 7-əsasən, 1-c i p iyada diviziyasının hissələrindən təşkil edilmiş Zəngəzur 



ekspedisiyasının  tərkib ində  ermən   qüvvələrinə  qarşı  döyüş  tapşırığını  yerinə  yetird ilər.  1919  ilin  sonuna  kimi  Lənkəran 

kö məkçi  (ehtiyat)  taboru  alaya  çevrilərək,  7-ci  Şirvan  alay ı  adlandırıld ı.  Həmin  il  8  -ci  Ağdaş  piyada  alayının  və 

Zəngəzurda yerli əhalidə ibarət  xüsusi hərbi h issələrin forrnalaşdırılması başa çatdırıldı. 

Hərbi nazirlik bütün bu təşkilat i işləri həyata keçirmə klə   1919 ilin sonunadək Azərbaycan ordusun heyətinin sayını 

20 min nə fərə, ordudakı atla rın  sayını isə 5 min  başa, 1920 ildə isə ordunun sayını 40 min nəfərə , at ların  sayını 10 min başa 

çatdırmağı nəzərdə tuturdu. Buna nail olmaq üçün 1920 ilin ilk günlərindən etibarən çox geniş quruculuq işlərinin aparılması 

planlaşdırıldı.  Tərtib  edilmiş  fəaliyyət  planına  görə  il  ərzində  9-cu 

piyada  alayı,  4-cü  süvari  alay ı,  iki  qaubitsa  batareyası,  qaubitsa 

divizionunun  qərargahı,  bir  dağ-süvari  batareyası,  dağ-süvari 

divizionun  qərargahı,  üç  batareyadan  ibarət  yüngül  səhra  divizionu 

və  onun  qərargahı,  hər  biri  bir  bölükdən  ibarət  olan  məhə lli 

ko manda və hər b iri yarım bölükdən ibarət olan  üç məhəlli ko manda 

yaradılmalı idi. 

1919  ilin  yayından  əvvəlcə  Qarabağda,  sonra  Lənkəranda, 

daha  sonra  isə  Zəngəzurda   hərbi  şəraitin   kəskinləş məsinə 

baxmayaraq,  hərb i  nazirliyin  rəhbərliyi  on  quruculuğu  işindəki 

ahəngdarlığ ı  sa xla mağa  ça lışırdı.  1920  ilin  e lə  ilk  günündən  3-cü 

zirehli  qatarın  ko mplektləşdirilməsinə  başlandı.  1920  ilin  

əvvəllərində növbəti çağırış 


194 

 

səfərbərlik  ka mpaniyası  başlandı  və  ordunun  ali  idarəet mə  orqanlarında  əsaslı  struktur  dəyişiklikləri  aparıld ı.  Hə min  ilin 



mart ayında Baş ərkani-hərblə (Baş qərargahla) Ümu mi qərargah birləşdirilərək Azərbaycan Ordusunun Qərargahı yaradıldı. 

Mərkə zi tə minat və təchizat orqanları isə birləşdirilə rək Azərbaycan ordusu təchizat rəisinin idarəsi təşkil edildi. 

1920  il  bolşevik  işğalı  ərəfəsində  Azərbaycan  ordusunun  əsas  döyüş  hissələri  və  birləşmələri  aşağıdakılar  id i:  8 

alaydan ibarət iki piyada diviziyası,  3 alaydan ibarət süvari div iziyası və iki topçu briqadası. Bunlardan başqa, ordunun  bir 

sıra  yardımçı  hissə,  bölmə  və  müəssisələri  də  var  idi.  Hər  bir  piyada  alay ı  3  tabordan,  hər  bir  tabor  isə  dörd  piyada 

bölüyündən və bir pulemyot bölüyündən təşkil edilmişdi.  Hər pulemyot bölüyünün tərkibində  8 pulemyot var id i.  Bundan 

başqa, hər alayda bir süvari kəşfiyyat bölüyü, bir piyada kəşfiyyat bölüyü, bir istehkam bölüyü, bir rabitə-telefon bölüyü və 

bir qeyri-niza mi bölük var  idi. A layların ştat tərkibi onların hamısında eyni deyildi. Məsələn,  1-c i Cavanşir piyada alayın ın 

ştat tərkib i 2881 nəfər, 2-ci Zaqatala p iyada alayın ınkı isə 2834 nəfər idi. 

Süvari  alayları  üç  süvari  bölüyündən,  pulemyot  bölüyündən,  təlim  və  rab itə  ko mandalarından  ibarət  idi.  Süvari 

bölüyünün ştat tərkibi 356 nəfərdən, süvari alayının ştat tərkibi isə 744 nəfərdən ibarət id i. 

Topçu briqadaları  iki diviziondan təşkil edilmişdilər.  Bu divizionlardan biri yüngül topçu divizionu, digəri  isə dağ 

topçu divizionu idi.  Yüngül topçu divizionunda üç batareya,  dağ topçu divizionunda isə iki batareya vardi.  Hər batareyanın 

sərəncamına dörd ədəd top verilmişdi. 

1920  ilin  mart  ayında  bu  qüvvələr  bütünlüklə  Qarabağ  əməliyyatına  və  Ermən istanla  sərhəd  xəttində  irimiqyaslı 

erməni təcavüzünə qarşı  mübarizəyə səfərbər olundular.  Nəticədə, şima l sərhədinin  müdafiə sisteminin  zə iflə məsi bolşevik 

işğalı  üçün  daha  əlverişli  şərait  yaratdı.  A zərbaycan  Xalq  Cü mhuriyyətinin  süqutu  ilə  ölkənin  müstəqilliyinə  və  milli 

mənafe lərə   xid mət  edən  ordu  quruculuğu  yarımç ıq  qaldı.  Aprel  işğalından (1920)  dərhal  sonra  Cü mhuriyyət  ordusunun 

hissələri ləğv edildi, müstəqillik dövründə milli ordu üçün yaradılmış maddi-te xn iki baza isə talan olundu. 


Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin