Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu


AZƏRBAYCANIN  UKRAYNADA  DĠPLOMATĠK  NÜMAYƏNDƏLĠYĠ



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə30/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   ...   26   27   28   29   30   31   32   33   ...   80

 

AZƏRBAYCANIN  UKRAYNADA  DĠPLOMATĠK  NÜMAYƏNDƏLĠYĠ  -  Azərbaycan  Xalq  

Cü mhuriyyətini Ukraynada təmsil edən elçilik. A zərbaycan Cü mhuriyyətinin Nazirlər Şurası  1918  il sentyabrın 12-də 

Ukraynaya işlər vəkilin in göndərilməsi haqqında qərar qəbul etdi. Qərara uyğun olaraq,    1918  il noyabrın   1-də Mir 

Yusif Və zirov (Yusif Və zir Çə mənzəminli) Azərbaycan Hökumətinin Ukraynada diplo matik nü mayəndəsi təyin edildi.  

 

 

 



 

206 

 

Elə hə min  ay M.Y.Vəzirov Kiyevdə diplo mat ik fəa liyyətə başladı. Birinci dünya müharibəsində (1914—18) "Dördlər 



ittifaqi‖nın məğlub olması, Ukraynadan Almaniya, A zərbaycandan isə Osmanlı qoşunlarının geri çəkilməsi və hər  iki 

ölkəyə  Antanta  qoşunlarının  yeridilməsi,  keçmiş  Rusiya  imperiyası  ərazisində  yaranmış  hər  iki  yeni  dövlətin  həm 

bolşevik  hakimiyyəti,  həm  də  Den ikin  tərəfindən  təhdid  olunması  onların  beynəlxalq  aləmdə  o xşar  mövqedən  çıxış 

etmə lərini  zəruriləşdird i.  Buna  görə   Ukrayna  höku məti  də  A zərbaycan  Xa lq  Cü mhuriyyəti  ilə  sıx  d iplo matik  əlaqə  

qurmaq  məqsədilə  1919  il fev ralın  8-də A zərbaycana göndərilmək üçün keç miş da xili  işlər na ziri İvan Kraskovskinin 

başçılığı ilə xüsusi diplomatik missiya yaratdı. 

1919  ilin  martında  Azərbaycan  və  Ukrayna  nümayəndəlikləri  Antanta  dövlətlərinin  İstanbuldakı  hərb i 

rəhbərliy inə  müraciət  edərək  onlara  Paris  sülh  konfransında  (1919-20)  iştirak  et mə k  üçün  şərait  yaradılmasın ı  xah iş 

etdilər.  Hə min  va xt  Odessa  ş əhərində  müttəfiq ləra rası  ko missiya  fəaliyyətə  başlamışdı.  A zərbaycan  Hö ku məti  bu 

ko missiyada ölkənin mənafeyini tə msil et mək üçün 1919 il mart ın 14-də Rüstəm bəy Sultanovu nümayəndə təyin etdi. 

1919  ilin yazında Ukraynanın  Denikin o rdusu tərəfindən tutulması nəticəsində Azərbaycanın  Kiyevdəki dip -

lo matik  nümayəndəliyinin  normal  fəaliyyət  göstərməsi  pozuldu.  M.Y.Vəzirov  Odessaya  getmək  məcburiyyətində 

qaldı.  Burada  o,  İngiltərə  baş  konsulu  Kukla  görüşərək,  Azərbaycan  haqqında  ona  ətraflı  məlumat  verdi.  Lakin  yeni 

yaranmış dövlətlərin dip lo matik nümayəndələri burada da Den ikin o rdusu nümayəndələri tərəfindən təzyiqlərə və qaba 

münasibətə məruz qaldılar. İngilis və fransız nü mayəndəlikləri  isə baş verənlərə seyrçi  münasibət bəslədilər.  Nəticədə 

Mir Yusif Və zirov (Çə mən zə minli) may ın 14-də vətənə dönmə k üçün Odessanı tərk etdi və bolqar gə misi ilə  İstanbula 

yollandı. 

Cü mhuriyyət Höku məti 1920 ilin yanvar ayında keçmiş Rusiya imperiyası ərazisində yeni yaranmış dövlətlərə, 

o cümlədən Ukraynaya diplo matik  missiya göndərməy i qərara aldı.  Lakin Aprel işğalı (1920) nəticəsində Azərbaycan 

Xalq Cü mhuriyyətinin süqutu buna imkan vermədi. 



 

Əd.: 

Aзepбaйджанская  Демократическая   Pecnублика  (1918-1920),  Внешняя  политика  (документы  и  материалы),  Б., 

1998;  Aзepбaйджанская Демократическая  Pecnублика (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998.

 

 



"AZƏRBAYCANIN VƏ BAKl ġƏHƏRĠNĠN BÜTÜN ƏHALĠSĠNƏ" (1920, 28 APREL) Azərbaycan Mü-

vəqqəti  İnqilab  Ko mitəsinin   Xa lq  Cü mhuriyyətin in  devrilməsi,  sovet  hakimiyyətinin  qurulması  haqqında  müraciət i, 

Azərbaycanda  sovet  hakimiyyətinin  ilk  rəs mi  sənədi.  Azə rbaycan  Xalq  Cü mhuriyyəti  öz  yaran masını,  dünya  təcrü-

bəsinə  uyğun  olaraq  İstiqlal  bəyannaməsi  vasitəsilə  ifadə  et mişdisə,  İnqilab  Ko mitəsi  yalnız  mü raciətlə  kifayət-

lən mişdi.  Bu sənəddə Azərbaycan Xalq Cü mhuriyyətinin fəa liyyətinin tarixi əhə miyyəti açıq aşkar təhrif olunur, sovet 

hakimiyyəti siyasətinin əsas istiqamətləri göstərilirdi. Mürac iətdə inqilabi proletariat və kəndlilə rin qabaqcıl h issəsinin 

ölkədə  bütün  hakimiyyəti  İnqilab  Ko mitəsinə  verdiyi  bəyan  edilirdi.  A zərbaycan  Xalq  Cü mhuriyyəti  hakimiyyətinin  

mah iyyəti,  ilk  dəfə  rəsmi  ola raq,  kobud  şəkildə  təftiş  edilmiş,  belə liklə,  sonrakı  sa xtalaşdırma lar  üçün  ideolo ji  ba za  

yaradılmışdı.  Müraciətdə  deyilirdi:  " Yoldaşlar!  "Müsavat"  partiyasının  cinayətkar  hökuməti  devrilmişdir".  Bunun 

ardınca o zamankı bolşevik  leksikonuna uyğun olaraq, siyasi rəqib ən kəskin ifadələrlə təhqir olunurdu. "İstismarçılar, 

qəsbkarla r və za limlə r güruhunun hakimiyyət günlərinin və saatlarının ö mrünə az qalıb". İnqilab ko mitəsi Azərbaycan 

Sovet Respublikası adından RSFSR-lə ittifaq təklif ed ir, Sovet Rusiyası ilə Sovet Azərbaycanının fəhlə və kəndlilərinin  

qüvvələrinin birləşdirilməsini, qarşılıqlı  kö məy ini Qa fqazda və  Şərqdə  fəhlə  inqilabla rın ın qələbəsinin  möhkə m rəhni 

hesab  edirdi.  Sovet  Rusiyasının  Qırmızı  ordusu  Azərbaycanın  da xili  işlərinə  qarış mağa,  ölkədə  sovet  hakimiyyətini 

möhkəmləndirməyə  dəvət  olunur,  onun  antiazərbaycan  fəaliyyəti  pərdələnirdi  (" Yoldaş  fəhlə  və  kəndlilər!  Biz  sizin  

azad o lunmağ ınız üçün, burada, Qafqazda  və müsəlman  Şərq ində inqilab ın qələbəsi üçün Qırmızı o rdunu buraya dəvət 

etmişik").  Azərbaycan  ordusu  əsgərlərinin  Qırmızı  orduya  müqavimət  göstərməməsi,  sovet  hakimiyyətinin  tərəfinə 

keçməsi  təbliğ  o lunurdu.  İnqilab  ko mitəsi  vətəndaş  müharibəsi  tərəfdarı  olmadığın ı  bəyan  etsə də,  ona  qarşı  hər  bir 

hərəkəti ağ te rror elan ed ir və buna qarşı a mansız kütləvi qırmızı terro rla  cavab verməyə hazır olduğunu bildirirdi ("Biz 

burjuaziyanın və mü lkədarların ağ terroruna amansız q ırmızı terrorla cavab verəcəyik.  Siz yü zlərlə  fəhləni qətlə yetirə 

bilərsin iz, b iz onların qanın ı bütöv qatillə r sinfinin  - ağ terrorçuların  məhv edilməsilə a lacağıq"). Mürac iətin sonunda 

Azərbaycanda  fəhlə  və  kəndlilə rin  qə ləbəsi,  müstəqil  Azərbaycan  Sovet  Respublikası,  Sovet  Azərbaycanı  və  Sovet 

Rusiyası  fəhlə  və  kəndlilərinin  inqilab i  ittifaqına  dair  üç  şüar  verilmişdi.  Sənəd  Azərbaycan  Müvəqqəti  İnqilab  

Ko mitəsinin  ü zvləri  (Nə riman  Nə rimanov,  Əliheydər  Qa rayev,  Hə mid  Su ltanov,  Qəzənfə r  Musabəyov,  A.Əlimov, 

Mirzə Davud Hüseynov) adından imzalan mışdı. 

 

Əd.: 

Декреты Азревкома (1920-1921 гг.) Сборник докунментов,Б., 1988. 



 

AZƏRBAYCANIN  ZAKASPĠDƏ  KONS ULLUĞU- Azərbaycan Xalq Cü mhuriyyətinin  Zakaspi müvəqqəti 

hökuməti yanında nümayəndəliyi. A zərbaycan Höku məti  1919  il aprelin 2-də Əkbər ağa Sadıqovu Zakaspi  müvəqqəti 

hökuməti  yanında  konsul  təyin  etdi.  İyunun  5-də  A zərbaycan  diplo matik  missiyası  Aşqabadda  fəaliyyətə  başladı. 

Konsulluq Zakaspi müvəqqəti hökuməti yanında Azərbaycan Xalq Cü mhuriyyətinin maraqların ı təmsil etməli id i. 

Konsulluq  1918  ildə  Ba kıda  mart  soyqırımı  və  bolşevik-daşnak  ağalığ ı  dövründə  Türkmənistana  qaçmış  

Azərbaycan vətəndaşlarına  da,  imkan  da xilində,  kö mək edird i. 

 

 



 

207 

 

Azərbaycan Höku məti  1919  il  24 iyul ta rixli qəra rı  ilə qaçqınlara yard ımı təşkil et mək üçün konsulluğa 75  min  manat 



vəsait və 50 pud un ayırmışdı.  Bu vəsait və ərzaq  Qızıl Arvadda yemə k  məntəqəsinin təşkili,  Krasnovodskda bundan 

əvvəl  açılmış  yeməkxana  və  gecələmə  evinin  fəaliyyətinin  davam  etdirilməsi  üçün  nəzərdə  tutulmuşdu.  Azər-baycan 

Xalq  Cü mhuriyyəti hə min dövrdə Mərkəzi Asiyanın digər bölgələrin in türk-müsəlman əhalisinə də yardım göstərird i. 

1919 il iyunun 20-də A zərbaycan Höku mət i Türküstan Xalq Şurasına 500 min manat məbləğində faizsiz borc  vermişdi. 

Türküstan  Xalq  Şurasının  ü zvü  Mircəlilovla  imzalan mış  müqaviləyə  görə,  Türküstan  tərəfi  bu  borcu  2  il  ərzində 

qaytarmalı idi. 

Zakaspi müvəqqəti hökuməti də Bakıda konsulluq açmışdı. Lakin 1919 il o ktyabrın əvvəlində Zakaspi müvəq-

qəti höku mətinin  bura xılması ilə  əlaqədar o laraq  bu konsulluq Denikin  ordusunun Bakıdakı nü mayəndəliy i ilə b irləşdi. 

Bununla bağlı, Azərbaycanın Zakaspidəki konsulluğu da fəaliyyətini dayandırdı. Azərbaycan Xarici  İşlər  Nazirliy inin  

əmri ilə 1919 il noyabrın 1-dən Azərbaycan Respublikasının Zakaspidəki konsulluğu ləğv edild i. 



 

Əd.:

  Aзepбaйджанская  Демократическая   Pecnублика  (1918-1920),  Внешняя  политика  (документы  и  материалы),  Б., 

1998;  Aзepбaйджанская Демократическая  Pecnублика (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998.

 

 



AZƏRBAYCANLA  DAĞLILAR  RESPUBLĠKAS I  ARASINDA  MÜQAVĠLƏLƏR  -  Azərbaycan  Xalq  

Cü mhuriyyətinin   Şimali  Qafqaz  Dağ lılar  Xalqları  İttifaqı  Res publikasına  (qısaca  -  Dağlılar  Respublikası)  maliyyə, 

iqtisadi  və  hərbi  yardım  göstərməsi  haqqında  sənədlər.  A zərbaycanın  qabaqcıl  ziyalıla rı,  ict ima i  xadimlə ri,  əvvəlki 

dövrlərdə olduğu kimi, 1917-18  illərdə də Şimali  Qafqazın dağlı  xalqlarının  milli azad lıq  mübarizəsini rəğbətlə izləyir 

və bütün vasitələrlə  onlara  yardım ed irdilər.  Zaqafqaziya seyminin Müsəlman  fra ksiyasına daxil olan deputatlar 1918 

ilin ma rt ayında dağlı nümayəndəliy inin Zaqafqaziya seyminə qatılmaq və bo lşevik təhlü kəsinə qarşı b irlikdə mübarizə  

aparmaq  haqqında  müraciətin i  dəstəklədilər.  Lakin  seymin  erməni  və  gürcü  nü mayəndələri  həmin   təklifin   əleyhinə 

çıxd ıqları üçün bu iş nəticəsiz qaldı.  Belə olduqda, Müsəlman  fraksiyası ü zvləri  Şimali Qafqazdan gəlmiş  nümayən-

dələrlə   ikitərəfli  münasibətlər  yarat maq  üçün  Fətəli  xan  Xoyski,  Nəsib  bəy  Yusifbəyli,  Aslan  bəy  Səfıkürdski, 

Məhəmməd  Qazi  Dibirov,  Ba mmat  Heydər,  Əbdülməcid  Çermoyevin  da xil  o lduqları  xüsusi  ko missiya  yaratdıla r. 

Məhz seymdəki a zə rbaycanlı  ictimai  xad imlərin səyi nəticəsində dağlı nü mayəndələrinin  Trab zon sülh danışıqlarında 

iştirakı  mü mkün  oldu.  Həmin  danışıqlar  uğursuzluqla  bitd ikdən  sonra  dağlı  nümayəndələri  İstanbula  gedib  Osmanlı 

dövləti ilə əlaqə yaratdılar və Şimali Qafqaz Dağlılar Xalq ları İttifaq ı Respublikasının yarad ılması haqqında bəyannamə 

qəbul etdilər (1918,11  may). Mayın 24-də isə  Gəncədə Əbdülməc id  Çermoyevin başçılığı ilə  Dağlılar höku mət i təşkil 

olundu.   

 

 



 

 

 



 

 

 



 

 

 



Azərbaycan 

Xalq   Cü mhuriyyəti  yarandığ ı  ilk  günlərdən  Dağlılar  Respublikası  ilə  əlaqələri 

möhkəmləndirməyə  başladı.  1918  ilin   sentyabr-oktyabr  aylarında  Osmanlı  və  Azərbaycan  Xalq   Cü mhuriyyəti 

Höku mətlərin in yardımı  ilə Dərbənd və Dağıstanın  xey li hissəsi azad edildi.  Vətənə qayıdan Dağlılar höku mətinə ilk 

ma liyyə  yardımını  A zərbaycan  Xalq  Cü mhuriyyəti  Höku mət i  göstərdi.  Oktyabrın  8-də  Azərbaycan  tərəfi  dağlılara  l 

milyon rubl həc mində  faizsiz  kredit  verdi.  1 ay sonra  Dağ lılar höku mət inin  maliyyə na ziri  Vassan Gəray   Cabagiyev 

Bakıya  gələrək,  bu  dəfə  500  min  rubl  həcmində  vəsait  aldı.  Həmin  vaxt  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Dağlılar 

Respublikasına təmənnasız olaraq yanacaq, silah-sursat və s. göndərirdi. Nəhayət, 1918 il noyabrın 28-də A zərbaycan 

Xalq  Cü mhuriyyəti  ilə  Dağlılar  Respublikası  arasında  birinci  müqavilə bağlandı.  Müqaviləni  Azərbaycan  tərəfindən 

ticarət  və  sənaye  naziri  Behbud  xan  Cavanşir  və  ma liyyə  naziri  Mə mməd  Həsən  Hacınski,  Dağlılar  höku mət inin  

səlahiyyətli nümayəndələri - sənaye və ticarət naziri  Bahadur bəy Malaçixan və yollar, poçt və teleqraf naziri İbrahim 

bəy  Heydərov  imza ladılar.  Müqaviləyə  əsasən,  Azərbaycan  tərəfi  Dağlılar  höku mətinə   10  milyon  rubl  məbləğ ində 

faizsiz kred it verdi. Dağ lılar hökuməti bu borcu 2 il müddətində buğda ilə qaytarmalı idi. 

Azərbaycan  Xalq  Cü mhuriyyəti  ilə  Dağlılar  Respublikası  arasında  1919  il  yanvarın  9-da  ikinci  müqavilə 

imza landı. Azə rbaycan tərəfindən Fətəli  xan Xoyskinin üçüncü Hökumət kab inəsində ərzaq naziri o lmuş K.N.Lizqarın  

və Dağlıla r  Respublikasının A zərbaycandakı nü mayəndəsi Əlixan  Qantə mirin  imza ladıq ları bu  müqaviləyə görə  Dağ-

lılar  Respublikası höku məti Azərbaycana 50 vaqon buğda göndərməli, A zərbaycan tərəfi  isə pudu 60 rubldan haqqını 

dərhal ödəmə li idi. Bütün taxılın müqavilənin imza lan masından sonrakı 4 ay ərzində göndərilməsi ra zılaşdırıld ı. 1919 il 

fevralın  23-də  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Hö ku məti  ilə  Dağlılar  Respublikası  arasında  üçüncü  müqavilə 

bağlandı.  Bu  müqaviləyə  əsasən, Azərbaycan  tərəfi  Dağlılar  höku mətinə  daha  10  milyon  rubl  faizsiz  kred it  verməyi 

öhdəsinə götürdü. Bu vəsaitin 5 milyonu dərhal verildi. 

Azərbaycan Xalq Cü mhuriyyəti 1919 ilin əvvəlində Şimali Qa fqazın Den ikin tərə findən işğalına qarşı Dağ lıla r 

hökumətinə həm də dip lo matik və hərbi yardım göstərdi.  Fevralın  25-də öz səlahiyyətli elçisi  Əbdürrəhim bəy  Haq-

verdiyevi  Te mirxan-Şuraya  göndərdi.  Martın  1-də  A zərbaycan  Höku məti  Denikinə  qəti  etira zını  b ild ird i.  Şima li 

Qafqazın   işğalını  beynəlxalq  ictimaiyyətin  diqqətinə  çatdırmaq   üçün  addımlar  atdı.  Martın   6-da  Nazirlər  Şurasının  

sədri Fətəli  xan Xoyski  Bakıdakı  müttəfiq qoşunlarının  ko mandanı general  U.To msona nota təqdim etdi.  Notada An-

tanta dövlətlərindən "...qan tökülməsinin  və bütün Qafqazı bürüyə biləcək böyük yanğının qarşısını almaq   məqsədilə 

general  Denikin in  Könüllü  o rdusunun  Şimali  Qafqaz  Dağlılar  Xalqları  İttifaqı  Respublikasına  qarşı  təcavüzkar 

hərəkətlərinə dərhal son qoyması üçün ən qəti tədbirlə r görülməsi" istənilirdi.  

 

 



 

 


208 

 

Aprelin  6-da A zərbaycan Xalq  Cü mhuriyyəti Hö ku məti Dağlılar Respublikasına hərbi yard ım göstərməy i qərara  ald ı. 



Bu  məqsədlə  həm  könüllü  dəstələrin   yaradılmasına  və  Şima li  Qafqaza   göndərilməsinə  başlandı,  hə m  də  dağlı 

döyüşçülərinə  tibbi  yardım  üçün  sanitar  briqadaları  təşkil  ed ild i.  Aprelin  17-də  isə  Azərbaycan  Cümhuriyyəti 

Parlamenti  Dağlılar  Respublikası  hökumətinə  daha  30  milyon  rubl  faizsiz  kred it  vermək  haqqında  qanun  qəbul  etdi. 

Belə liklə,  1918 ilin  sonu- 1919 ilin  ilk aylarında Azərbaycan Xa lq  Cü mhuriyyəti  Höku məti, ö zünün çətin və ziyyətdə 

olmasına  ba xmayaraq,  Dağlılar  Respublikasına  50  milyon  rubl  həc mində  maliyyə  yardımı  göstərdi.  Denikin  1919  il 

may ın  sonunda bütün  Şimali  Qafqazı  ələ  keçird ikdən  sonra  isə  Dağlılar  Respublikası  höku mətin in  üzvlərinə  Bakıda 

sığınacaq verild i. Azərbaycan Xalq   Cü mhuriyyəti  Höku məti, bundan əlavə, Dağıstan qaçqınlarına yardım göstərilməsi 

üçün 1 milyon rubl vəsait ayırd ı. 

Be ləliklə,  A zərbaycan,  əvvəlki  tarixi  dövrlə rdə  olduğu  kimi,  1918-20  illərin   ağır  şərait ində  də  Dağıstan 

xalq larına arxa durdu. 



 

Əd:.  Nəsibzadə  N.,  A zərbaycanın  xarici  siyasəti  (1918-1920),  B.,  1996;  Göyüşov  A.,  1917-1920-ci  illərdə 

Şimali Qafqaz dağlıların ın azadlıq uğrunda mübarizəsi, B., 2000. 

 

 

 



 

 

 



AZƏRBAYCANLI      TƏLƏBƏLƏR      ĠTTĠFAQI-  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Höku mətin in  Qərb i 

Avropa  ölkələrinə  ali  təhsil  a lmaq  üçün  göndərdiyi  tələbələ rin  A lmaniyada  yaratdığı  könüllü  ict ima i  təşkilat. 

Almaniyada  qeydiyyatdan  keçmişdi.  İttifaqın,  ü zərində  Azərbaycan  Xalq  Cü mhuriyyətinin  əsas  rə mzlə rindən  olan  

səkkizguşəli  u lduzun  ətrafında  Azərbaycan  və  alman  d illə rində  "Azərbaycan  tələbələri  ko mitəsi.  Berlin"  sözləri 

yazılmış  möhürü  var  id i.  İttifaq ın  bütün  işlərini  xaricdə  ali  təhsil  alan  azərbaycanlı  tələbələrin  ü mu mi  yığ ıncağında 

seçilmiş idarə heyəti həyata keçirirdi.  İttifaq ın cari  işlərinə idarə heyəti tərəfindən seçilən sədr rəhbərlik edird i.  İttifaq  

adından  Azərbaycan  Hökumətinə  və  digər  təşkilatlara  göndərilən  rəs mi  sənədləri  idarə  heyətinin  sədri  və  katibi 

imzalayırd ı. 

1923  ildə ittifaqın tərt ib etdiyi siyahıda  xa ricdə ki a zərbaycanlı tələbələ rdən 54 nəfərin in Alman iyada, 13 nə-

fərinin Fransada, 3 nəfərinin  İstanbulda və 1 nəfərin in İtaliyada təhsil aldığ ı bildirilird i.  Bu siyahıda onların  ixt isasları 

və təhsil a ldıq ları a li mə ktəblərin adları, habelə təhsillə rini başa çatdırma larına nə qədər va xt qaldığ ı da göstərilird i. 

AZƏRĠTTĠFAQ  -  istehlak  kooperasiyasının rəhbər təşkilatı və təsərrüfat  mərkəzi  (bax Azərbaycan İstehlak 

Cəmiyyətləri İttifaqı). 

"AZƏRTAc" (A zərbaycan Teleqraf Acentası) - bax Azərbaycan Teleqraf Agentliyi. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


209 

 

B

 

 

BAĞIRLI  Abdulla  Sadıq  oğlu  (?-?)-  A zərbaycan  Xalq  Cü mhuriyyəti  Parlamentinin  xüsusi 

qərarına  (bax  Xaricə  təhsil  almağa  göndərilən  azərbaycanlı  tələbələr  haqqında  qərar)  əsasən,  dövlət 

hesabına  ali  təhsil  almaq  üçün  xaricə  göndərilmiş  tələbələrdən  biri.  Kiyev  Ko mmersiya  İnstitutunda 

oxu muş, lakin Rusiyada Oktyabr çevrilişindən (1917) sonra təhsili yarımçıq buraxıb vətənə qayıtmışdır. 

Parla mentin  1919  il  1  sentyabr  tarixli  qərarına  əsasən,  təhsilin i  iqtisadiyyat  sahəsində davam  etdirmə k 

üçün Kiyev Kommeürsiya İnstitutuna göndərilmişdir. Sonrakı taley ı barədə  məlu mat aşkar olun mamışdı

 

Bakı - Azə rbaycan Xalq  Cü mhuriyyətinin payta xtı (1918, sentyabr - 1920 aprel). Azərbaycanın 

ən  qədim  şəhərlərindən  olan  Bakı,  həm  də,  Cənubi  Qafqazda  və  bütün  Rusiyada  çox  mühü m  iqtisadi, 

siyasi və  mədəniyyət mə rkə zlərindən biri id i. Tarix boyunca Azərbaycanın Avrasiya  məkan ı,  Ya xın  və 

Orta  Şərq  ölkələri  ilə  ticarət  və  mədəni  əlaqələrində  mühü m  rol  oynamış  Bakı  qüdrətli  Şirvanşahlar 

dövlətinin  paytaxtı  o lmuş,  18  əsrin  ortalarında  Azərbaycanda  xan lıq lar  yarandıqda,  eyniadlı  xan lığ ın 

mə rkə zinə çevrilmişdi. 1806 il oktyabrın  6-da Rusiyaya ilhaq edilmişdi. 1807 ildə  Bakıda 4,5 min, 1859 ildə  13,0 min, 

1886  ildə  45  min, 1890  ildə  105,0  min,  1897 ildə  111,9  min, 1909  ildə 222,7  min ,  1920 ildə  312,7  min əha li qeydə 

alın mışdı.  Şəhər  1806-40  illərdə  Bakı  əyalətin in,  sonra  isə  qəzanın  mərkəzi  o lmuşdu.  1859  il  Şamaxı  zəlzələsi 

nəticəsində quberniya mərkə zin in Ba kıya  köçürülməsi şəhərin həyatında mühüm ro l oynadı. Zəngin neft ehtiyatlarının  

istifadəyə verilməsi  19 yüzilliyin  sonlarına doğru şəhərin  iqtisadi həyatında böyük dəyişikliklər yaratdı. Ta rixən q ısa 

müddət  ərzində  neft  çıxarılması  3,9  milyon  puddan  (1873)  667,1  milyon  puda  (1901)  çatdı.  Bu,  düny ada  istehsal 

olunan neftin yarıdan ço xunu təşkil edird i.  Bakıda neft hasilat ı  ilə  birgə neft e ma lı sənayesi, digər sənaye sahələri və  

şəhər infrastrukturu, nəqliyyat və rabitə sistemi də sürətlə inkişaf edird i. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

210 

 

 



20 yüzilliyin  əvvəlində  Bakı əsas iqtisadi  mərkəz o lmaqla bərabər, siyasi və  mədəni  mərkəz  kimi də Rusiya 

imperiyasının  həyatında  mühü m  ro l  oynayırdı.  19  əsrin  ortalarından  başlayaraq,  Bakıda  sosial-siyasi  hərəkat  da  ge-

nişlənmişdi. Burada Ümu mrusiya partiyaların ın yerli təşkilatları və milli partiyalar fəaliyyətə başlamışdı. Çarizmin ağır 

müstəmləkə  rejiminə  qarşı  milli  azad lıq  hərəkatı  da  genişlənməkdə  idi.  1905-07  illər  rus  inqilabı  şəhərin  siyasi 

həyatında  mühüm  rol  oynadı.  1905  ilin  avqust-sentyabr  aylarında  çar  höku mətinin  ya xından  iştira kı  ilə  şəhərdə  er-

mən ilə rin  a zərbaycanlıla ra  qarşı  soyqırımı  törədild i.  La kin  bu,  Azə rbaycan  xa lqının  milli  a zadlıq  mübarizəsinin  qar-

şısını  ala  bilmədi.  Çar  II  Niko layın  (1894-1917)  1906  il  28  oktyabr  tarixli  fərmanına  əsasən,  Bakı  qradonaçalnikliy i 

(Bakı şəhər rəisliyi) yarad ıld ı. "Qafqaz təqvimi"nin  (1917)  məlu matına görə,  Bakı qradonaçalnikliy ində 405829 nəfər 

əhali yaşayırdı.On lardan 173489 nəfəri yerli sakinlər, 232340 nəfəri müvəqqəti yaşayanlar id i. 

Fevral  inqilabından  (1917)  sonra  Bakıda  da  ikihakimiyyətlilik  yarandı.Müvəqqəti  hökumətin  yerli  o rqanı 

İctimai  Təşkilatlarını  İcraiyyə  Ko mitələri  və  onların  seçdiyi  ko missarlar  oldu.  Bakı  şəhər  icraiyyə  ko mitəsi  ictimai 

qradonaçalniki  və  onun  köməkçisini  seçməli  idi.  Martın  5-də  Bakıda  İctima i  Təşkilat ların  İcra iyyə  Ko mitəsi  (sədri 

əvvəlcə kadet Bisç, sonra menşevik Fro lov idi) yaradıldı. Martın 7-də Bakı fəhlə deputatları soveti seçildi. Martın 29-da 

Bakı  Müsəlman  Şurası  (Məhəmməd  Əmin  Rəsulzadə,  Məmməd  Həsən  Hacınski,  Əlimərdan  bəy  Topçubaşov,  Fətəli 

xan Xoyski, Mirzə Əsədullayev və b.) təşkil edildi. Oktyabrın sonunda Bak ı Şəhər dumasına seçkilər keç irildi. 

Petroqradda bolşeviklərin hakimiyyəti ələ keçirməsindən (1917, oktyabr) sonra oktyabrın 31-də (noyabrın 13-

də) Ba kı Sovetinin geniş iclasında hakimiyyətin Bakı Sovetinə keç məsi haqqında qətnamə qəbul olundu. Noyabrın 2 (15)-

də  Bakı  Sovetinin  İcraiyyə  Ko mitəsi  ali  hakimiyyət  orqanı  elan  edild i.  Bununla  İctima i  Təşkilatların  İcra iyyə 

Komitələrinin  ləğv  edilməsinə  başlandı.  Noyabrın  29-da  Bakıda  Müəssislər  məc lisinə  seçkilə r  keç irildi.  Seç kidə  

"Müsavat" partiyası da böyük uğur qazandı.  Dekabrın  12-16-da isə  Bakı Sovetinə yeni seçkilər o ldu. 190 deputatdan 

51-i  bolşevik,  38-i  sol  eser,  41—i  daşnak,  28-i  sağ  eser,  21-i  " müsavat‖çı,  11-i  menşevik  idi.  1918  il  yanvarın  1-də 

P.A.Caparidze  Bakı  Soveti  İcraiyyə  Ko mitəsinin  sədri  seçildi.  V.İ.Lenin  başda  olmaqla  Sovet  Rusiyası  Bakı  Soveti 

vasitəsilə  bütün  Azərbaycanda  hakimiyyəti  ələ   keç irmək  siyasəti  yerid ird i.  Bu   məqsədlə  Rusiya  Xa lq  Ko missarları 

Soveti  (XKS)  Bakı  Sovetinə  500  min   rubl  pul  ayırmaq  haqqında  qərar  qəbul  etmiş,  S.Şau myan  Qafqaz  işləri  üzrə 

fövqəladə komissar təyin olunmuşdu. S.Şaumyanın başçılığı  ilə  Bakı Soveti bir sıra sosialist tədbirləri həyata keçirmiş, 

erməni-daşnak  birləş mələ rindən  ibarət  sovet  hərbi  qüvvələrini  yarat mışdı.  Ba kı  Soveti  azərbaycanlıla rın  mart  



soyqırımının (1918) təş- 

 



211 

 

kilatçısı  idi. Bakı Soveti hakimiyyətini  möhkəmləndirməyə nail olduqdan sonra, aprelin 25-də Bakı Xalq Komissarları 



Sovetini təşkil etdi.  Ba kı Xa lq Ko missarları Soveti  1918  il  may ın 28-də yarad ılmış A zərbaycan Xalq  Cü mhuriyyətinə 

qarşı amansız  mübarizə aparırdı. Azərbaycan Xalq  Cü mhuriyyəti Hö ku məti  isə Bakının azad edilməsinə və paytaxtın  

buraya köçürülməsinə böyük önəm verird i.  İyulun  31-də  Bakı  Xalq  Ko missarları Sovetinin süqutundan sonra şəhərdə 

hakimiyyət ermən i-daşnaklardan və eser-menşeviklərdən  ibarət olan  Sentrokaspi diktaturasına keçdi,  ingilislər  Ba kıya  

dəvət olundu. Şiddətli müqavimətə ba xmayaraq, sentyabrın 15-də Bakı Azə rbaycan Xalq  Cü mhuriyyətinin  hərbi hissə-

ləri və ona qardaşlıq  yardımı göstərən türk qoşunları tərəfindən azad  edildi. A zərbaycan Xa lq  Cü mhuriyyətinin pay-

taxtı  Gəncədən Bakıya köçürüldü.  Bundan sonra Bakmının sosial-siyasi, iqtisadi və  mədəni həyatında böyük hadisələr 

baş verdi. Azərbaycan Xalq Cü mhuriyyəti Hö kuməti 1918 il sentyabrın 14-də Bakı quberniyasında inzibati hakimiyyətin 

bərpası  üçün  vəsait  ayrılması  barədə  qərar  qəbul  etdi.  Sentyabrın  18-də  Bakı  şəhər  ictima i  özünüidarəsinin  bərpası 

haqqında qərar  verild i.  Birinci  dünya  müharibəsində  (1914-18)    Türkiyənin    məğ lubiyyəti    türk    hərbi    qüvvələrinin  

Azərbaycanı  tərk  et məsinə  səbəb  oldu.  İng ilis  qoşunları  Ba kıya  da xil  oldu  v ə  Bak ı  ingilis  general-qubernatorluğu 

yaradıldı.  Buna  baxmayaraq,  A zərbaycan  Xalq  Cü mhuriyyəti  Hö ku məti  dövlət  quruculuğunu,  fəal  daxili  və  xarici 

siyasətini davam etdirməyə çalışırdı. De kabrın 7-də Ba kıda A zərbaycan Xalq  Cü mhuriyyətinin Pa rla menti  iş ə başladı. 

Şəhərin sosial-siyasi və  mədəni həyatında böyük canlan malar baş verdi. Parlament 1919 il sentyabrın 1-də  Bakı şəhə-

rində universitet açmaq haqqında qanun qəbul etdi, noyabrın 15-də universitetdə dərslər başlandı. 1920 ilin yanvarında 

Azərbaycan Xalq  Cü mhuriyyətinin dünya birliyi tə rəfindən tanınması Bakıda təntənə ilə qeyd olundu. Lakin Sovet Rusi-

yası  Bakını  tutmaq  plan ından  əl  çəkməmişdi.  V.İ.Lenin  1920  il  martın  17-də  Qafqaz  cəbhəsi  hərbi  inqilabi  şurasına 

teleqramında yazırdı  ki, "Bakını almaq bizə olduqca zəruridir. Biitün səyinizi buna verin, həm də bəyanatlarda son 



dərəcə diplomatik olmaq və möhkəm yerli Sovet hakimiyyəti hazırlandığını tamamilə yəqin etmək lazımdır...".  Buna 

uyğun olaraq, Bakı əməliyyatı (1920) hazırlandı və aprelin  25-dən 26-na keçən gecə  Sovet Rusiyasının  11-ci  Qırmızı 

ordusu Azərbaycan Xalq Cü mhuriyyətinin sərhədini keçə rək, Bakıya doğra irəlilədi.  Aprelin 27-də Azə rbaycan 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



212 

 

Ko mmunist  (bolşeviklər)  Partiyasının  Mərkəzi  Ko mitəsi,  Rusiya  Ko mmunist  (bolşeviklər)  Partiyası  Qafqaz  Diyar 



Ko mitəsinin  Ba kı  bürosu  və  fəhlə  konfransı  adından  hakimiyyətin  bolşeviklə rə  verilməsi  haqqında  Parla mentə  ulti-

matu m  verildi.  Parla ment,  hərbi  müda xilə  şəraitində,  a xşam  saat  11-də  hakimiyyətin  bolşeviklərə  verilməsi  haqqında 

qərar çıxarmağa məcbur oldu. Az sonra 11 -ci Qırmızı ordu hiss ələri Bakıya da xil oldu. A zərbaycan Xalq  Cü mhuriyyəti 

süqut etdi. Hakimiyyət Azərbaycan Hərbi-İnqilab  Ko mitəsinin əlinə  keçdi.  Bakı Azərbaycan Sovet Sosialist  Respuli-

kasının (A zərbaycan SSR-in) paytaxtı oldu. 

 

Əd

.:  Azərbaycan  Xalq  Cümhuriyyəti  (1918-1920).  Parla ment,  cild  1  -2,  B.,  1998;  (1918-1920). 

Aзepбaйджанская 

Демократическая  Pecnублика (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998; 

Lenin  V.İ.,  Əsərlərin in tam 

külliyyatı, c.51, B., 1984; Aşurbəyli S., Bakı şəhərinin  tarixi (orta əsrlər dövrü), B.,1998; 

Декреты Азревкома (1920-1921 

гг.)  Сборник  докунментов,Б.,  1988;  Интернанициональная  помощь  XI  армии  в  борьбе  за  победу  советьской  власти  в 

Азербайджане, Б., 1989; Мильман А., Политический строй в Азербайджане в XIX  – начале XX  веков, Б., 1966; Тагиев  Ф. 

А. История города Баку в первой половине XIX века (1806- 1859), Б., 1999. 

 


Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin