Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu


AZƏRBAYCAN  ORDUS U  TƏCHĠZAT  RƏĠS ĠNĠN  ĠDARƏSĠ  -



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə28/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   ...   24   25   26   27   28   29   30   31   ...   80

AZƏRBAYCAN  ORDUS U  TƏCHĠZAT  RƏĠS ĠNĠN  ĠDARƏSĠ  -  Azərbaycan  ordusunun  təchizat  məsələlərini 

həll edən qurum.  Hərb i na zirlikdə təchizat sahəsində aparılan islahatlar nəticəsində 1920 il  ma rtın  15-də yaradılmışdı.Milli 

ordunun  təchizat  və  təminat  məsələlə rin i  mərkə zləşdirilmiş  şəkildə  həll  edən  bu  orqanın  tərkibinə  ləva zimat  idarəsi, 

istehkam  təchizat ı  idarəsi,  topçu  təchizatı  idarəsi,  hərbi-səhiyyə  hissəsi  rəisinin  idarəsi  və  hərbi-baytar  hissəsi  rəisin in 

idarəsi  da xil  idi.  Müstəqil  şəkildə  fəa liyyət  göstərdikləri  va xtdan  fərqli  ola raq,  yeni  strukturun  tərkibində  bu  idarələr  baş 

idarə  deyild ilə r.  Hərbi  na zirin  1920  il  15  mart  tarixli  ə mri  ilə  general-mayor  Məhə mməd  Mirzə  Qacar  Azərbaycan 

ordusunun təchizat idarəsinin rəisi təyin edilmişdi. 

AZƏRBAYCN  ORDUS UNUN  QƏRARGAHI  A zərbaycan  Xalq  Cü mhuriyyəti  ordusunun  ali  hərbi  idarəetmə 

orqanı.  Qoşun  hissələrinin  yaradılması,  ko mplektləşdirilməsi,  təlim-tərbiyəsi,  dislokasiyası,  daxili  təsərrüfat  xid mətlərin in 

qurulması və döyüş tapşırıq larının yerinə yetirilməsi işlərinə rəhbərlik edirdi.  Hərbi nazirin  1920  il  17 fevral tarixli əmrinə 

əsasən,  Baş  ərkani-hərb  və  Ümu mi  qərargah  birləşdirilmiş,  hər  iki  quru mun  funksiyaları  A zərbaycan  ordusu  qərargahına 

həvalə olunmuşdu. General-mayor Həbib bəy Sə limov Azərbaycan ordusu qərargahının rəisi təyin ed ilmişdi. 

Azərbaycan ordusu qərargahının strukturu belə id i: l.Növbətçi generalın idarəsi: a ) ü mu mi bölmə, b) təft iş bölməsi, 

c) pensiya bölməsi, ç) qeyri-nizami bölmə, d) nəşriyyat; 2.  General-kvartirmeyster idarəsi: a) əməliyyat-kəşfiyyat bölməsi, 

b) səfərbərlik bölməsi və  məhəlli qoşunlar şöbəsi, c ) hə rbi əlaqə lər (daşın mala r) bölməsi, ç ) niza mi və ü mu mi bölmə, d) 

rabitə ko mandası; 3. Hərb i topoqrafiya şöbəsi: a) xəritəçəkmə  bölməsi, b) anbar; 4. Hə rbi əd liyyə h issəsi; 5. Hərb i na zirliy in 

dəftərxanası:  a )  qanunvericilik  -kodifikasiya  bölməsi,  b)  maliyyə  bölməsi.Hərb i  na zirliy in  aparatı  da  da xil  olmaqla, 

Azərbaycan ordusu qərargahının ştatında 11 general, 33 qərargah zabiti, 25 baş zabit, 18 məmur və 270 əsgər, hə mçin in 16 at 

və 26 nəqliyyat vasitəsi var idi. 



 

Əd.: B., Aзepбaйджанская Демократическая  Pecnублика (1918-1920). Армия (документы и материаль), Б., 1998; Süleymanov 

M, Azərbaycan ordusu (1918-1920), B., 1998; yenə onun, M ehmandarov, B., 2000. 



 

AZƏRBAYCAN-OS MANLI    MÜQAVĠLƏLƏRĠ- (1918) - A zərbaycan Xalq Cü mhuriyyəti ilə Os manlı impe-

ratorluğu arasında bağlanmış sülh, dostluq və əməkdaşlıq müqavilələri. Batumda və Gəncədə bağlanmış bu müqavi- 

 

 

 



195 

 

 



 

196 

 

 



lələ rə  əsasən  iki  dövlət  arasındakı  sərhədlər,  ticarət,  poçt-teleqra f  əlaqələ ri  və  digər  iqtisadi-siyasi  məsələ lər  n iza ma  

salınırdı (bax Batum müqavilələri (1918); Batum müqaviləsinə əlavə sazişlər), 



"AZƏRBAYCAN   RES PUBLĠKAS ININ   1920  ĠL  ÜÇÜN  ÜNVAN-TƏQVĠMĠ"  məlu mat-soraq kitabı. 

1919 il iyunun 28-də Azə rbaycan Höku məti rus və türk (A zərbaycan) dillərində mə lu mat kitabın ın nəşrini bəyənmiş və 

Parla mentə  hə min   toplunun  nəşri  barədə  qanun  layihəsi  təqdim  et məyi  qərara   almışdı  (ba x  "Adres-k alendar 

Azerbaydjanskoy Respublik i na 1920 qod"). 

AZƏRBAYCAN  TELEQRAF  AGENTLĠYĠ  (AZƏRTAc)  -  A zərbaycan  Xalq  Cü mhuriyyətinin  dövlət 

informasiya orqanı. A zərbaycan Xalq Cü mhuriyyəti Höku mətin in 1919 il 3 mart tarixli qərarı ilə yarad ılmışdır. Hə-min  

qərara əsasən, əvvəllər Maarif  Na zirliy i yanında fəaliyyət göstərirdi. Sonra Poçt və Teleqraf Na zirliy inin s ərən-ca mına  

verilmiş,  yaln ız  1919  ilin  avqustundan  müstəqil 

fəaliyyətə  başlamışdı.  Hö ku mət  1920  il  fevralın  2-də 

poçt  və  teleqraf  nazirinin  təqdimatı  ilə  Azərbaycan 

Teleqraf  Agentliyinin  yaradılması  haqqında  yeni  qərar 

qəbul etmişdi. Qə rara əsasən agentliyin Əsasnaməsi və 

ştatı Parlament tərəfindən təsdiq edilənə qədər nazirlik 

onun  xərc lərini  radio  verilişlə rindən  əldə  olunan 

gəlirlə rin  hesabına  ödəməli  id i.  Belə liklə,  AZƏRTAc 

1920 


il 

martın 


1-dən  

Azərbaycan 

Xalq 

Cü mhuriyyətinin  Nazirlər  Şurası  yanında  müstəqil 



quruma  çevrilmişdi. 

Bu 


zaman  A zərbaycanın 

müstəqilliy i artıq Antanta dövlətləri tərəfindən de-fakto 

tanınmış,  Azərbaycan  Xalq  Cü mhuriyyətinin  xaricdə 

nümayəndəlikləri  yaradılmışdı.  Bakıda  isə  xarici 

dövlətlərin  diplo matik  nü mayəndəlikləri  fəaliyyət 

göstərirdi.  Xarici  dövlətlərlə  əlaqə  yaratmaq  üçün 

naqilsiz  teleqra f  aparatla rı  da  alın mışdı.  Agentliy in 

xəbərlə ri qəzetlə rdə dərc olunurdu. Hə m A zərbaycanın 

daxilində,  hə m  də  ölkə   xa ric ində  baş  verən  hadisələr 

operativ işıqlandırılırdı. Agentliyin axırıncı xəbərləri 



197 

 

 



1920  il  28  apre l  tarixli  qəzetlə rdə  verilmişdi.  Aprel  işğalından  (1920)  sonra  AZƏRTAc  Azə rbaycan  Mətbuat 

Mərkə zin in  tərkib ində  Rusiya  Teleqra f  Agentliy i  Qafqaz  Ölkə  Müvəkkilliy inin  şöbəsi  kimi  fəa liyyət  göstərmiş, 

Azərbaycan  SSR  Xalq   Ko missarları  Sovetinin  qəra rı  ilə   1921  ildən  Azə rbaycan  Teleqraf  Agentliy inə  (A zər.TA) 

çevrilmişdi.  1972  ildən  "Azərin form"  adlanırd ı.  Sovet  İttifaqı  Teleqraf  Agentliyinin  (SİTA)  tərkibinə  daxil  id i.  Azər-

baycan yenidən dövlət müstəqilliyi qazandıqdan sonra Azərbaycan Respublikası Pre zidentinin  1992 il 18 dekabr tarixli 

sərəncamı ilə  bu quru mun tarixi adı (AZƏRTAc) ö zünə qaytarılmışdır. Azə rbaycan Respublikası Pre zidentinin  1995 il 

3  ma rt  tarixli  fə rmanı  ilə  ənənəvi  adı  sa xlan ılmaqla,  A zərbaycan  Respublikasının  Na zirlər  Kab ineti  yanında  Dövlət  

Teleqraf  Agentliyinə,  2000  il  17  yanvar  tarixli  fə rmanla   isə  müstəqil  A zərbaycan  Dövlət  Te leqraf  Agentliyinə  

çevrilmişdir. 

"AZƏRTAc"  müasir  Azərbaycan  həqiqətlərini,  ölkədə  demokratik,  hüquqi,  dünyəvi  dövlət  quruculuğunu, 

iqtisadiyyatın  inkişafını,  sosial-mədəni  sahədə  qazanılmış  uğurları,  respublikan ın  beynəlxalq  aləmdə  nüfuzunun 

yüksəlməsini əks etdirən informasiya və fotoinformasiyaları yayır, dünyada cərəyan edən ən  mühüm hadisələr barədə 

operativ mə lu mat verir. 

 

Əd.:  Azərbaycan  Xalq  Cümhuriyyəti  (1918-1920).  Parlament  (stenoqrafik  hesabatlar),  B.,1998;  Aзepбaйджанская 

Демократиская  Pecnублика (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998;  

 

 

 



AZƏRBAYCAN  TÜRK  DÖVLƏTĠ  -  1918-20  illərin  mətbuat  səhifələrində  Azərbaycan  Xalq  

Cü mhuriyyətinin  adlarından biri. Dövrün bir ço x ziyalıları öz yazılarında Azərbaycan Xalq Cü mhuriyyətini Azərbaycan 

Türk Dövləti adlandırırdılar. 

AZƏRBAYCAN  VƏTƏNDAġ LIĞI  HAQQINDA  ƏSASNAMƏ  -  Azərbaycan  Xalq  Cü mhuriyyətinin  

vətəndaşlıq  norma larının   müəyyən  edən  hüquqi  sənəd.  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Hökumətinin  1918  il  23  avqust 

tarixli qərarı  ilə  təsdiq olunmuşdur.  Əsasnamənin birinci  maddəsinə görə, 1914  il  iyulun 19-na qədər A zərbaycan Xa lq 

Cü mhuriyyətinin  ərazisində yaşamış və hər hansı in zibati idarə və ya ictimai zü mrə tərəfindən qeydə alın mış hər bir şəxs, 

həmç inin  istər ölkə  da xilində və ya onun xa ric ində Azərbaycan vətəndaşından doğulmuş, ölkə əra zisində 5  ildən yuxa rı 

yaşamış və ölkədə məskunlaşmış, yəni evləri, iş yerləri olan  şəxslər Azərbaycan vətəndaşı hesab edilird i. Xarici vətəndaş 

Azərbaycan vətəndaşı ilə n ikaha g irdikdə o, Azə rbaycan Xalq   Cü mhuriyyətinin vətəndaşı hesab olu-nurdu. Azərbaycan 

vətəndaşı  eyni  vaxtda  başqa  ölkənin  vətəndaşı  ola  bilmə zdi.  Ya lnız  A zərbaycan  Xalq  Cü mhuriy-yətinin  vətəndaşları 

ölkədəki bütün siyasi hüquqlara (mərkəzi qanunvericilik və yerli özünüidarə orqanlarına seçki-lərdə fəal və passiv iştirak 

etmək hüququna və s. hüquqlara) ma lik idilər. Əsasnaməyə görə, Höku mətə xaric i ölkə və-təndaşların ın dövlət qulluğuna 

dəvət  etmək  səlahiyyəti  verilirdi.  Əsasnamədə  xaric i  vətəndaşın  Azərbaycan  vətəndaş-lığın ı  qəbul  et məsi  və  ya 

Azərbaycan  vətəndaşının  digər  ölkənin  vətəndaşlığına  keç məsi  qaydalarının  xüsusi  qanunla  müəyyən  ediləcəyi  qeyd 

olunmuşdu. 

1919  il  avqustun  11-də  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Parla mentində  Azərbaycan  Vətəndaşlığı  Haqqında 



Qanun qəbul edildikdən sonra Höku mətin Azə rbaycan Vətəndaşlığı Haqqında Əsasnaməsi qüvvədən düşdü. 

Əd.: 

Aзepбaйджанская Демократиская  Pecnублика (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998; 

 

 

 



AZƏRBAYCAN  VƏTƏNDAġLIĞI  HAQQINDA QANUN - A zərbaycan Xalq Cü mhuriyyətinin vətəndaşlıq 

normalarını  müəyyən  edən  qanunvericilik  aktı.  1919  il  avqustun  11  –də  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Parlamenti 

tərəfindən qəbul edilmişdir. Qanun 4 bölmədən ibarət idi: 1. Vətəndaşlığın müəyyən edilməsi; 2. Vətəndaşlığın verilməsi; 

3.  Vətəndaşlığın  itirilməsi;  4.  A zərbaycan  vətəndaşlığı  haqqında  1918  il  23  avqust  tarixli  Əsasnamənin  qüvvədən 

düşməsi. 

Qanunun  birinci  bölməsinin  1-ci  maddəsinə  əsasən,  milliyyətindən  və  dini  mənsubiyyətindən  asılı  o lmayaraq, 

özləri  və  ya  valideynləri  Azərbaycan  Xalq  Cü mhuriyyəti  ərazisində  doğulmuş  keç miş  Rusiya  imperiyası  vətəndaşları 

Azərbaycan Xalq Cü mhuriyyətinin vətəndaşları hesab olunurdu. 

Qanuna görə, Azərbaycan vətəndaşlarından doğulanlar, Azərbaycan vətəndaşlarına ərə getmiş xarici vətəndaşlar, 

17  yaşı  tamam  olmamış  və  Azərbaycan  vətəndaşı  tərəfindən  övladlığa  götürülmüş  xarici  vətəndaşlar  Azərbaycan  Xalq 

Cü mhuriyyəti vətəndaşı hüququ qazanırd ılar. Xarici vətəndaşa ərə getmiş Azərbaycan vətəndaşı boşandıqda, 17 yaşına 

çatmamış Azərbaycan vətəndaşının  xarici vətəndaşdan doğulmuş övladı, elmi və d igər  istedadı ilə Azərbaycana  xüsusi 

xid mət  göstərmiş və A zərbaycana köç müş xaric i vətəndaş, Azərbaycanda hərbi və mülki xid mətdə olan xa ric i vətəndaş da 

Azərbaycan  vətəndaşlığı  hüququ  əldə  edirdi.  A zərbaycan  vətəndaşlığını  qəbul  edən  hər  bir  şə xs  Azə rbaycan  dövlətinə 

sədaqət barədə Əsasnamədə olan xüsusi mətn əsasında and iç məli id i (ba x Vətəndaşlıq haqqında and). 

Azərbaycan vətəndaşı başqa ölkənin vətəndaşlığını qəbul etdikdə o, A zərbaycan vətəndaşlığı hüququnu itirird i. 

Azərbaycan  vətəndaşlığından  çıxmaq  istəyən  şəxslər  yerli  da irə   məhkə mə lə rin in  in zibati  bölməsinə  ərizə  ilə   mürac iət 

etmə li  və  öz  ərizələ rində  hansı  ölkənin  vətəndaşlığını  qəbul  etdiklərini  bildirmə li  idilər.  Azə rbaycan  vətəndaşlığından 

çıxmış  şəxs  yenidən  Azərbaycan  vətəndaşlığına  qayıtmaq  barədə  yalnız  5  ildən  sonra  ərizə  ilə  mü raciət  edə  bilərdi. 

İcazəsiz  olaraq   xarici  vətəndaşlığı  qəbul  etmiş  şəxslər  isə  yaln ız  Cü mhuriyyət  Höku məti  daxili  işlər  nazirinin  xüsusi 

icazəsi ilə yenidən Azə rbaycan vətəndaşlığını qəbul edə bilərd ilə r. 

 

Əd.: 

Aзepбaйджанская Демократиская  Pecnублика (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998; 

 

 

 



 

198 

 

AZƏRBAYCANIN BATUM BAġ  KONS ULLUĞU -  Türkiyə və Avropa ölkələri ilə normal iqtisadi və ticarət 

əlaqələri  saxlamaq,  beynəlxalq  aləmdə  baş  verən  hadisələrdən  müntəzəm  və  operativ  xəbər  tutmaq  üçün  Azər-baycan 

Xalq  Cü mhuriyyətinin təsis etdiyi nü mayəndəlik. Qara dəniz hövzəsində ən mühüm liman şəhəri, Azərbaycan dəmir yolu 

və ağ neft kə mərin in Avropaya çıxış məntəqəsi olan Batumda nü mayəndəlik yaradılmasının zəruriliyini Məhəmməd Əmin 

Rəsulzadə 1918 ilin yayında İstanbulda Azərbaycan nümayəndə heyətinin başçısı kimi fəa liyyət göstərərkən bildirmişdi. 

Azərbaycan Höku məti Batu mun ölkə üçün iqtisadi, ticarət və Avropa dövlətləri  ilə ə laqələr qurmaq ba xımından 

mühü m əhəmiyyətini nəzərə alaraq, 1918 il noyabrın  10-da orada konsulluq yaratmağı qərara aldı. Doktor Mah mud bəy 

Əfəndiyev  Azərbaycanın  Batumda  konsulu  təyin  edildi.  Konsulluğun  katibi  doktor  Əziz  bəy  Qədimbəyov,  kargüzarı 

Safuət əfəndi Ağayev idi. 

Azərbaycanın  Batumdakı  konsulluğu  ölkəyə  aid  yüklə rin   Batu m  liman ında  qəbul  edilməsi  və  yola  salın ması, 

nəqliyyat vasitələri, xüsusən yük vaqonları və vaqon-sisternlərlə bağlı mübahisələrin tənzimlən məsi, d iplo mat ik kuryer və 

poçtla əlaqədar məsələlərin n izama salın ması sahəsində mühüm rol oynamışdı. 

Konsulluq bölgədə türk və müsəlman əhalinin p roblemlərinin həllində də fəal iştirak edirdi. Məsələn, konsul-luq 

1919 ilin mart ay ında bölgədəki A zərbaycan təbəələrinə 10 min rubl, 1919 ilin may ında normal fəaliyyət göstər-məsi üçün 

Batu mdakı türk məktəbinə 10 min rubl yard ım etmişdi. 

1919  il sentyabrın 27-də  konsulluq nəzdində ticarət şöbəsi yaradıldı.  Şöbənin tərkibinə yollar, ticarət və sənaye, 

həmç inin  ərzaq  na zirliklərinin  nü mayəndələri  da xil  ed ild i.  Hə min  ilin  oktyabr  ayında  Batumda kı  konsulluq  baş 

konsulluğa çevrild i. Oktyabrın 18-də Batum baş konsulluğuna Azərbaycan Dövlət bankının  mü xb iri vəzifəsi həvalə ed ildi 

və  Batumda  A zərbaycan  Höku mətinin  hesabına  daxil  olan  vəsaitin  Dövlət  bankına  köçürülməsini  tə min  et mə k  ona 

tapşırıldı.  Oktyabrın  22-də  isə  Batu m  baş  konsulluğunun  ticarət  şöbəsi  yanında  Azərbaycan  Maliyyə  Nazirliyi 

nümayəndəliyin in təsis edilməsi qərara alındı. 

Azərbaycanın Batu m baş konsulluğu fəaliyyət göstərdiyi dövr ərzində Azərbaycan dövlətinin və vətəndaşlarının  

mənafey inin qorun masında mühü m ro l oynamışdı.  



 

Əd.: 

Aзepбaйджанская Демократическая  Pecnублика (1918-1920),Внешняя политика (документы и материалы), Б., 1998; 

Aзepбaйджанская Демократическая  Pecnублика (1918-1920), Законодательные акты (сборник документов), Б., 1998. 

 

 



 

AZƏRB AYCANIN DAĞLILAR RESPUB LĠKAS INDA DĠPLOMATĠK NÜMAYƏ NDƏ LĠYĠ  A zər-baycan 

Xalq  Cü mhuriyyətinin  xarici ölkələrdə yaratdığı diplo matik nümayəndəliklərdən biri.  1919  ilin fevral-sentyabr aylarında 

fəaliyyət göstərmişdir.  Cü mhuriyyət Höku mət i  Dağlıla r  Respublikası   ilə  müntə zə m ə laqələr yarat maq,  Şimali  Qafqa zda 

baş  verən  siyasi  və  hərb i  prosesləri  yaxından  izləmək  üçün  1919  ilin   əvvəlində  Dağlılar  Respublikasında  diplo matik 

nümayəndəlik  yaratmağı  qərara  ald ı.  Fevralın  ilk  günlərində  Dağlılar  Respublikası  höku məti  Əbdürrəhim  bəy 

Haqverdiyevin  diplomat ik  nü mayəndə  təyin  olunmasına  razılıq  verdi.  Fevra lın  25-də  Azərbaycan  Höku məti 

Ə.Haqverdiyevi bu vəzifəyə təyin etdi və Temirxan-Şuraya göndərdi. Azərbaycan diplo matik nü mayəndəliyi  martın 28-

də Temirxan-Şu rada fəaliyyətə başladı və elə həmin gün Azərbaycan Xaric i İşlər  Na zir-liyinə  Denikin ordusunun və rus 

kazaklarının  Terek v ilayətinə, həmçin in Çeçenistana hücum etmələri haqqında məlu mat göndərdi. Ə.Haqverdiyev 1919 il 

martın  30-da  öz  etimadnaməsini  Dağlılar  Respublikası  hökumətin in  sədrinə  təqdim  etdi,  31-də  isə  bütün  nazirlərlə 

görüşdü və Dağlılar parlamentin in iclasının iştirakçısı o ldu.

 

Dağlılar  Respublikası  üçün  son  dərəcə  ağır  olan  həmin  günlərdə  A zərbaycan  diplo matik  nümayəndəliyinin  



Temirxan-Şurada fəa liyyətə başlaması  Dağlılar  Respublikası və bütün Şimali  Qafqa z  xa lqlarına böyük  mənəvi və siyasi 

yardım  idi. Ona görə də A zərbaycan Xalq  Cü mhuriyyəti Hö ku mətinin bu addımı  Şimali  Qafqazda sevinclə qarşılan mış, 

ruh  yüksəkliyi  doğurmuşdu.  Diplo matik  nü mayəndəlik  Dağlılar  Respublikasındakı  Azərbaycan  vətəndaşları  ilə  əlaqə 

yaratmış, onların hüquqlarının qorun ması, ehtiyacı olanlara yardım göstərilməsi işin i təşkil etmişdi. 

Ə.Haqverdiyev  aprel-may  ay larında  Azərbaycan  Xarici  İşlər  Nazirliy inə  göndərdiyi  məlu matlarda  Denikin  

ordusunun  Dağlıla r  Respublikasına  qarşı  hərb i  ə məliyyatları,  Dağlıla r  parla mentində  və   ict ima i  dairə lərdə   Dağ ıstanın 

Azərbaycanla  birləşməsi  məsələsinin  qald ırılması  və  bununla  bağlı  mü zakirələ rin  gedişi,  may ın  31-də  Dağ lılar 

Respublikasında  general  M.Xəlilovun  hakimiyyət  başına gəlməsi  haqqında  dəqiq  və  təfsilatlı  informasiya  vermişdi.  O, 

iyunun  7-də  göndərdiyi  mə lu matda  Den ikin  o rdusunun  bütün  Dağıstanı  tutması,  Port -Petrovsk  və  Dərbənddəki  hərbi 

qüvvələrin  sayı  və  tərkib i  haqqında  bilg i  vermiş,  yerli  əhalinin  əhvali-ruhiyyəsini  nəzərə  alaraq,  Cənubi  Dağ ıstanın 

Dərbəndlə birlikdə Azə rbaycana birləşdirilməsi üçün təcili addımla r atılmasın ı məsləhət görmüşdü. 

Azərbaycan diplo mat ik nü mayəndəliyin in bu fəaliyyəti Denikin ordusunun komandanlığ ını qəzəb ləndirmiş, Tere k 

və Dağıstan vilayətlə rin in hərbi rə isi genera l Erdelinin tə ləbi ilə Ə.Haqverdiyev 1919 il iyulun 3-də Te mirxan-Şuranı tərk 

edərək  Azə rbaycana  qayıtmalı  olmuşdu.  Azərbaycanın  konsulluq  nümayəndəsi  yalnız  Port -Petrovskdan  Azərbaycana 

gəlmək  istəyənlərə  bura xılış  vərəqələri  verilməsini  teşkil  et mə k  üçün  saxlan ılmışdı.  La kin   general  Erdeli  Azə rbaycan 

konsulluq  nümayəndəsinin  də  fəaliyyətini  qadağan  etdi.  Bununla  əlaqədar  A zərbaycan  xarici  işlər  nazirliyi  1919  il 

oktyabrın 1-dən Azərbaycanın Dağlılar Respublikasındakı diplo matik nümayəndəliyini ləğv etdi. 

 

Əd.: 



Aзepбaйджанская Демократическая  Pecnублика (1918-1920), Внешняя политика (документы и материалы), Б., 1998;

 

 

 

 

 

 

199 

 

 



 

 

AZƏRB AYCANIN  DOVLƏT  MÜS TƏQĠLLĠYĠNĠN  ELAN  EDĠL MƏS Ġ  HAQQINDA  QƏRAR  Azərbaycan 

Milli Şurasının  qərarına  (1918,  28  may)  əsasən,  Azərbaycanın  müstəqilliyini  rəsmən  elan  edən  sənəd.  Ətraflı  məlu mat 

üçün (bax İstiqlai bəyannaməsi). 



AZƏRB AYCANIN  GÜRCÜS TANDA  DĠPLOMA TĠK  NÜMAYƏNDƏ LĠYĠ  -  Azə rbaycan  Xalq   Cü mhu-

riyyətini Gürcüstan Respublikasında tə msil edən elç ilik. 1918 ilin iyun ayında təsis edilmişdi. Azərbaycan Milli Şurasının 

üzvü  Məmməd  Yusif  Cəfərov  Azərbaycanın  Gürcüstanda  diplomatik  nümayəndəsi  təyin  olunmuşdu.  Azərbaycan 

Höku məti  Gəncəyə  köçdükdən  (1918,16  iyun)  sonra  iki  ölkə  arasında  müntəzəm  əlaqələrin  qurulması  və  inkişaf 

etdirilməsində  bu  nümayəndəliy in  misilsiz  ro lu  oldu.  M.Y.Cə fərovun  1918  il  iyunun  21-də  Xaric i  İşlər  Na zirliy inə 

ünvanladığı  məxfi  məlu matında  Gü rcüstan  hökumətinin   Azərbaycanla  münasibətləri  yaxşılaşdırmaq   istəyi,  keçmiş 

Zaqafqaziya höku mətinin əmlakın ın bölüşdürülməsi təklifi,  Gü rcüstandakı alman alayın ın Bakıya hərəkət etmək n iyyəti 

haqqında  bilgi  verildi.  İyunun  22-də  isə  Azərbaycan  xarici  işlər  naziri  ona  tapşırıq  verdi  ki,  A zərbaycan  Höku mətin in 

mübahisəli ərazilər  məsələsinə baxılması üçün xüsusi ko missiya yaradılması haqqında təklifini  Gürcüstan və Ermənistan 

hökumətlərinə çatdırsın. 

Qeyd etmə k la zımd ır  ki, Azə rbaycanın  Gürcüstandakı diplo mat ik nü mayəndəsi ilk va xt lar A zərbaycan Höku mə -

tinin  tapşırıqların ı  Ermənistan  hökumətinə  çatdırmaq  funksiyasını  da  icra  etməli  oldu.  Çünki  A zərbaycan  Höku məti 

yalnız  1918  il  sentyabrın  12-də  Ermənistan  Respublikasında  dip lo matik  nümayəndəlik  yaratmağı  qərara  ald ı.  1918  il 

avqustun 15-də Mə mməd  Yusif  Cəfə rov Azərbaycan Höku məti adından Ermənistan Respublikasının  Gürcüstandakı işlər 

vəkili  A.Ca ma lyana  nota  verərə k,  Andronikin  başçılığı  ilə  e rməni  hərb i  h issələrinin   Zəngəzur  və  Şuşa  bölgələrinə 

soxulmasını A zərbaycan Respublikasına qarşı düşmənçilik aktı kimi dəyərləndirmiş və bu hərb i b irləşmələrin  dərhal geri 

çağırılmasın ı tələb etmişdi. 

Azərbaycan Höku mət inin  1918  il, 12 iyul tarixli qərarı ilə  Azə rbaycanın  Gürcüstandakı dip lo matik nümayəndə-

liy inin  1  katib,  1  kargüzar,  1  makinaçı və 1 kuryerdən  ibarət ştat tərkibi  müəyyən edild i.  1919  ilin yazında Denikin təh-

lükəsinə qarşı hərbi əməkdaşlığı təşkil etmək üçün diplo matik nü mayəndəlik yanında hərbi attaşe vəzifəsi təsis edildi və 

Azərbaycan hərbi na zirin in təqdimatı ilə  podpolkovnik Mə mməd bəy Əliyev 1919 il apre lin 8-də bu vəzifəyə təyin edildi. 

1919  il  mayın  26-da  isə  Gürcüstandakı  dip lo matik  nü mayəndəlik  yanında  Azərbaycan  Maliyyə  Nazirliyinin   agentliyi 

yaradıldı. Avqustun 25-də ona Tiflisdə Azərbaycan Dövlət bankının agenti vəzifəsini icra etmək də həvalə olundu. 

Azərbaycanın Gürcüstandakı diplo mat ik nü mayəndəliyi Borçalı qə zasının a zərbaycanlı əhalisinin hüquqların ın qo-

runması, onların ermən i və gürcü silahlı dəstələrin in basqınlarından  müdafiəsi üçün də fəal  iş aparırdı. 1919 il avqustun  

sonunda  M.Y.Cəfə rov  Almaniya    höku mətinin  Qafqa zdakı  nü mayəndəsi  general  fon  Kresso  3  dəfə  müraciət  et miş, 

Borçalı  qəzasında  anarxiyaya  və  azərbaycanlı  əhaliyə  qarşı  ö zbaşınalığa  son  qoyulması  üçün  beynəlxalq  ko missiya 

yaradılmasın ı və qəzan ın özündə təhqiqat aparılmasını təklif etmişdi. 

1918  ilin  dekabrından  M.Y.Cəfərov  Azərbaycan  Parlamentinin   üzvü  kimi  Bakıda  çalışdığından,  Azərbaycanın 

Gü rcüstandakı  diplo matik  nü mayəndəliy inə  onun  müavini  Faris  bəy  Vəkilov  rəhbərlik  etmişdir.  F.Vəkilov  1919  il 

yanvarın 16-da Azərbaycan Höku mətin in başçısı Fətəli  xan  Xoyskiyə göndərdiyi teleqramda türk qoşununun Qars vila-

yətindən geri çəkilməsindən sonra həmin əra zinin  Gü rcüstan və Ermən istan tərəfindən işğal olunmaq təhlükəsi haqqında 

mə lu mat  vermiş,  təcili  tədbirlər  görülməsi  zəruriliy ini  qeyd  etmişdi.  Azə rbaycan  Höku mət inin  tapşırığı  ilə   F.Və kilov 

1919  il  iyulun  12-də  Cənubi  Qafqa zdakı  Britaniya  qüvvələrinin  ko mandanı  general  Q.N.Koriyə  nota  verərək  İrəvan 

quberniyasında  yaşayan  azərbaycanlıların  Ermənistan  nizami  ordusu  tərəfindən  qətl  və  qarətlərə  məru z  qalmasına  qəti 

etiraz bildirmiş, dinc əhaliyə qarşı  kütləv i  zorakılıqlara son qoyulması üçün Ermənistan hökumətinə təsir göstərilməsini 

tələb etmişdi. 

1920  il  fevralın  6-da  F.Vəkilov  Azərbaycan  Xalq  Cü mhuriyyətinin  Gürcüstan  Respublikasındakı  dip lo matik 

nümayəndəsi təyin edild i. O,  1920  il aprelin  9-da Tiflisdə işə başlamış  Cənubi  Qafqaz  respublikaları nü mayəndələrin in 

konfransında  Azərbaycan  nümayəndə  heyətinin  üzvü  kimi  iştirak  etmişdi.  Aprelin  19-da  A zərbaycanın  Gürcüstandakı 

diplo matik  nümayəndəliyi  yanında  konsulluq  şöbəsi  yaradıldı.  Şöbəyə  R.Nəcəfov  müdir  təyin  edildi.  Konsulluq  şöbəsi 

Gü rcüstandakı  A zərbaycan  vətəndaşlarına  ticarət  işlərində,  əmlak,  vərəsəlik  məsələləri  ilə  bağlı  mübahisələrdə  qanun 

çərçivəsində yardım göstərməli id i. 

Azərbaycanın  Gürcüstandakı  dip lo matik  nü mayəndəliy i  ö z  fəaliyyəti  ilə  iki  ölkə  a rasında  norma l  münasibətlər 

qurulması və  inkişaf etdirilməsində, Azə rbaycan Höku məti  ilə  Tiflisdəki Antanta təmsilç ilə ri və d igər  xa ric i  missiyalar 

arasında əlaqələr saxlanılmasında mühüm ro l oynadı. 



 

Əd.: 

Aзepбaйджанская  Демократиская   Pecnублика  (1918-1920),  Внешняя  политика  (документы  и  материалы),  Б.,  1998; 

Документы и материалы по внешней политике Закавказья и Грузии,  Тифлис, 1919.


Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin