Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu


BAKI  QUBERNĠYAS ININ  MÜSƏLMAN  ƏHALĠS ĠNĠ  SAVADLANDIRMA  CƏMĠYYƏTĠ



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə36/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   ...   32   33   34   35   36   37   38   39   ...   80

BAKI  QUBERNĠYAS ININ  MÜSƏLMAN  ƏHALĠS ĠNĠ  SAVADLANDIRMA  CƏMĠYYƏTĠ  -  20  əsrin  

əvvəllərində  çarizmin  müstəmləkə  əsarətinə  qarşı  Azərbaycanda  milli  azadlıq  hərəkatın ın  geniş  vüsət  almaqda  olduğu 

şəraitdə meydana gəlmiş maarifçi cəmiyyət. 1906 ildə yaradılmışdır (bax "Nəşri-maarif" cəmiyyəti). 

BAKI  QUBERNĠYAS ININ  NEFT  RÜS UMLARI  ÜZRƏ  AKS ĠZ  ĠDARƏS Ġ  -  A zərbaycan  Xalq  Cü mhuriy -

yətinin  maliyyə  sistemin i  möhkə mləndirmə k  məqsədilə  ya radılmış  qurum.  1918  ilin  oktyabrında  fəa liyyətə  başlamışdır. 

Və zifəsi Bakı quberniyasında neft rüsumlanm toplamaqdan ibarət idi. 

Azərbaycan Xalq  Cü mhuriyyəti  Höku mətin in 1919  il 20 yanvar tarixli qəra rı ilə hər pud  xa m neftə  3, ağ neftə 5, 

benzin və sürtkü yağına 7  manat rüsum a lınırdı. Hö ku mətin  1919  il  26  may tarixli s ərənca mı ilə  Neft  Sənayeçilə ri Şurası 

nəzdindəki büroya Batuma  neft və neft məhsulla rın ı güzəştli şərtlərlə göndərməyə ica zə verilmişdi.  Belə  ki,  Batu ma ixrac  

olunan neft satılana qədər rüsumların alın ması təxirə salınırd ı. 

"BAKI  MƏSƏLƏS Ġ"  -  Osman lı imperiyası, Alman iya və Sovet Rusiyası arasında  Bakı nefti uğrunda 1918 ilin  

yayında  gedən  diplomatik  mübarizən in  şərti  adı.  Bakı  neftinə  yiyələn mək  uğrunda  mübarizə  Dörd lər  ittifaqı  ilə  Antanta 

dövlətləri arasındakı qarşıdurmanın əsas səbəblərindən biri id i. S.Şau myanın başçılıq  etdiyi  Xalq  Ko missarları  Sovetinin 

(XKS) hakimiyyəti a ltında olan Ba kının a zad edilməsi A zərbaycan Xalq  Cü mhuriyyətinin qarşısında duran başlıca və zifə  

idi.  XKS-nin  hərb i  qüvvələri  ilə  Ba kmı  ə ldə  saxlaya  bilməyəcəyini  nəzə rə  alan  Rusiya  diplo mat ik  təz-yiqi  gücləndird i. 

Rusiya Sovet Federativ  Sosialist Respublikasının (RSFSR) Berlindəki səfiri A.İoffe Almaniyaya nota verərək, Brest-Litovsk 

müqaviləsinin şərtlərinin  pozulmasına etirazını bildirmiş və Osman lı ordusunun Bakı istiqamətində hərəkətin i dayandırmaq  

üçün  işə  qarışmasını  tələb  etmişdi.  Müttəfiqi  Osmanlı  imperiyasının  ona  neft  vəd  etməsinə  baxmayaraq,  Alman iya  bu 

təklifdən  yararlan maq  qərarına  gəld i  və  Sovet  Rusiyasının  ona  neft  verəcəyi  təqdirdə  Osman lı  ordusunun  hücumunu 

dayandırmaq üçün işə qarışacağını bild irdi. A lman iya ilə Rusiya arasında ilkin razılıq əldə ed ild i. Alman iyanın müdaxiləsi 

ilə  Os manlı ordusunun fəal hərb i ə mə liyyatları  müvəqqəti dayandırılsa da,  iyulun sonlarında Osman lı - A zərbaycan hərbi 

qüvvələrinin Bakıya yaxın laşması Alman iya -  Rusiya danışıqlarını yenidən canlandırd ı. "Bakı  məsələsi" ilə bağlı  Berlində 

və  Moskvada  danışıqların  dava m  etdiyi  müdd ətdə  Bakı  uğrunda  hərbi  ə mə liyyatlar  kəskinləşdi.  Ba kı  XKS-nin  

L.Biçeraxovun  kö məyindən  istifadə  etməsi  də  uğurla  nəticələn mədi.  "Sentrokaspi  diktaturası  "nın  dəvəti  ilə  ingilis 

qoşunlarının  Bakıya  gəlməsi  Antantanın  Qafqazı,  xüsusən  də  Bakın ı  ələ  keçirməsi  üçün  əlverişli  şərait  yarad ırdı.  Lakin  

Bakıya  gəlmiş  ingilis  qoşunları  Osman lı  -  A zərbaycan  ordusunun  qarşısını  almaq  üçün  kifayət  etmədi.  "Bakı  məsələsi" 

bey-nəlxalq əhə miyyət kəsb etdi.  Bununla belə, A zərbaycan Xa lq Cü mhuriyyəti  Höku məti bu  məsələdə qəti və prinsipial 

mövqe tutdu: "Necə olursa-olsun Bakını almaq, almaq və almaq lazımdır" (M.Ə.Rəsulzadə). 

1919

 

il  avqustun  sonlarında  Almaniya  Osmanlı  qüvvələrin in  Bakıya  hücumunun  dayandırılmasına  bu  şərtlə 



razılıq verdi  ki,  RSFSR  Britaniya qüvvələrini  Bakıdan çıxarsın. Üç ayadək davam edən Almaniya-Rusiya danışıqları  1918 

il  avqustun  27-də  Almaniya  ilə  RSFSR  arasında  Brest-Litovsk  müqaviləsinə  əlavə  olaraq  mə xfi  sazişin  imza lan ması  ilə  

nəticələndi (ba x Bre st-Litovsk  müqaviləsinə əlavə məxfi saziş). Azərbaycan Xalq Cü mhuriyyətinin əra zi bütövlüyünə qarşı 

yönəlmiş  bu  sazişə  görə  RSFSR  Bakını  ələ  keçirdikdən  sonra  hər  ay  Bakıda  çıxarılan  neftin  dörddə  bir  hissəsini 

Almaniyaya vermə li id i. A lmaniya 27 avqust sazişini müttəfiqlə rindən gizlin imza lasa da, onun 

 

 



 

 

 



 

245 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

246 

 

 



 

247 

 

 



 

 


248 

 

üstü  açıld ı.  İstanbulda  olan  Azərbaycan  nümayəndələri  Alman iya  -  Rusiya  məxfi  sazişinə  qarşı  mübarizəyə  başladılar. 



Onlar  Osman lı  dövlətin in  baş  naziri  Tələt  paşa  ilə  "Bakı  məsələsi"ndə  Alman iyanın  mövqeyini,  Bakının  tezliklə  azad  

edilməsin in  zə ruriliyin i  mü zakirə  etdilə r.  A zərbaycan  nümayəndələri  1918  il  sentyabrın  12-də  Azə rbaycan  Xalq 

Cü mhuriyyəti Höku mətinin etiraz notasını Almaniyanın Os manlı dövlətindəki səfirinə təqdim etdilər.  Berlinə gəlmiş Tələt 

paşa Almaniyadan 27 avqust sazişinin təcili o laraq ləğv olun masını tələb etdi. Sentyabrın əvvəllərində beynəlxalq  vəziyyət 

Antantanın  xeyrinə  dəyişdi.  Rusiyanın  ingilisləri  Bakıdan  çıxarmaq  imkanın ın  olmadığ ını  görən  və  Britaniyanın  Bakıda 

güclənəcəyindən  ehtiyat  edən  Almaniya  "Bakı  məsələsi"ndəki  mövqeyindən  çəkildi.  Bakının  ing ilislərdən  azad  

olunmasında Almaniyanın iştirak etməsi cəhdi də baş tutmadı.  1918  il sentyabrın 15-də Bakının azad edilməsi  xəbəri Tələt 

paşanın  Berlində  apardığ ı  danışıqlara  da  ciddi  təsir  göstərdi.  Tələt  paşa  türk  hərbi  hissələrinin   Azərbaycanda  çox 

qalmayacağını bild irdi. Sentyabrın 23-də Almaniya ilə Os manlı dövləti arasında protokol imzalandı. 

Almaniya 1918 il 27 avqust sazişindən rəsmi şəkildə imtina etdi, Azərbaycanı bir dövlət kimi tanıyacağını, Bakıda 

tezliklə  konsulluq açacağını b ild ird i. 

1918  il sentyabrın 20-də Sovet  Rusiyasının  xalq   xarici  işlər ko missarlığ ı  Osman lı dövlətinin  xarici  işlər nazirinə 

nota verərək, Ba kın ın türk qoşunları tərəfindən alın masın ı Rusiyanın əra zisinə təcavüz kimi q iy mətləndirmiş, Brest-Litovsk 

müqaviləsinin  Os manlı  dövlətinə  aid   hissəsinin  qüvvədən  düşdüyünü  bildirmişdi.  Rusiya  Osmanlı  dövlətindən  Brest-

Litovsk müqaviləsində göstərilən hüdudlara çəkilməyi, tərk etdiyi əraziləri  Sovet Rusiyasına verməyi, Türkiyə ordusunun 

Rusiyaya vurduğu ziyanı  müəyyən etmək üçün beynəlxalq ko missiya yaradılmasını tələb edirdi. Rusiyanın iddiaları əsassız 

olduğundan, Berlində aparılan Osman lı-Rusiya danışıqları baş tutmadı. 

Be ləliklə, " Bakı  məsələsi" Azərbaycan Xalq  Cü mhuriyyəti Höku mət inin qətiyyətli və prinsipia l  mövqeyi,  Qafqa z 

İslam  Ordusu hissələrin in rəşadətli yürüşü və Azərbaycan diplo matiyasının uğuru sayəsində özünün ədalətli həllini tapdı. 

Bakın ın  azad  edilməsi  ilə  Cü mhuriyyəti  öz  hakimiyyətini  ölkə  ərazisində  bərqərar  etdi.  Bakı  Azərbaycan  Xalq  

Cü mhuriyyətinin paytaxtı elan o lundu. 

 

Əd.: 

Azərbaycan tarixi, 7 cilddə,  c.5, B., 2001; Həsənov C, Azərbaycan beynəlxalq münasib ətlər sistemində (1918-1920-ci 

illər), B., 1993; Nəsibzadə N., Azərbaycanın xarici siyasəti (1918-1920), B., 1996. 

 

BAKI  MÜDAFĠƏ  RAYONU  HƏRBĠ  GEN ERAL-QUBERNATORUNUN  ĠDARƏS Ġ  -  A zərbaycan  Xalq  

Cü mhuriyyəti  ərazisinin  müdafiəsin i  möhkəraləndirmək  məqsədilə  yaradılmış  xüsusi  hərbi  idarəçilik  orqanı.  Denikin  

ordusu  və  erməni-daşnak  quldurla rı  tərəfindən  yaranmış  təhlükə  ilə  ə laqədar  1919  ilin  payızında  Azərbaycan  ordusu 

sərhəddə  cəmləşdirilmişdi.  Hə rbi  hissələrin  və  po lisin  fəaliyyətini  əlaqələndirmə k,  Bakının  müdafiəsini  vahid  idarə  

orqanında  birləşdirmək  məqsədilə  1919  il  sentyabrın  13-də  Dövlət  Müdafiə  Komitəsi  Bakı  müdafiə  rayonunun  rəisi 

vəzifəsini  təsis  etdi  və onu  hərbi  general-qubernator  vəzifəsi  ilə  birləşdirdi.  Ba kı  şəhər  rəisliy inin  bütün  ərazisi  və  şəhər 

rəisinin ö zü Bakı müdafiə  rayonunun rəisinə, o isə hərbi na zirə tabe id i. 

Müdafiə  rayonunun  rəisi  hərbi  nazirin  təqdimatı  ilə  Nazirlər  Şurasının   sədri  tərəfindən  təyin  edilirdi.  General-

mayor Həbib bəy Səlimov müdafiə rayonunun rəisi, general-mayor Murad  Gəray Tlexas isə Ba kı  müdafiə  rayonunun hərbi 

general-qubernatoru təyin olunmuşdu. 



BAKl  MÜLK SAHĠB LƏRĠ ĠTTĠFAQI - mü lk sahiblərinin mənafeyini qorumaq məqsədilə yaradılmış birlik 

 

 



249 

 

1917 ilin  mayında təşkil olun muş, Azərbaycan Xalq Cü mhuriyyəti dövründə fəaliyyət göstərmişdir. İttifaqın  məqsədi mülk 



sahiblərinə  kö mə k göstərmə k, abadlıq, sanitariya və  təhlükəsizlik  məsələlə rinə  dair tədbirlər ha zırlayıb həyata  keçirmə k, 

fərdi,  kooperativ və səh mdar cə miyyətləri vasitəsilə ev  tikintisin i təbliğ  et mək,  mü lk sahibləri  ilə  kirayənişinlə r a rasında 

qarşılıq lı  münasibətləri  tənzimləmək  və  s.  id i.  İttifaqın  İdarə  şurası,  həmçin in  hüquq,  texn iki  və  məlu mat  vasitəçilik 

büroları fəaliyyət göstərirdi. 



BAKI  MÜRSƏ L PAġA  (1881, Ərzuru m  - 1945, İstanbul; mə zarı  1988  ilin noyabrında Ankaradakı dövlət qəbi-

ristanlığına  köçürülmüşdür)  -  türk  generalı.  A zərbaycana  hərbi  yard ım  üçün  göndərilmiş  Qa fqaz  İslam  Ordusunun 

tərkib indəki Beşinci Qafqaz firqəsinin komandiri. 1898 ildə hərbi  mə ktəbə da xil olmuş,  1901  ildə oranı poruçik (teğ men) 

rütbəsində bitirmişdir.  1904  ildə Hərbi Akademiyanı bitirmiş,  1910 ildə hərbi biliklərini artırmaq 

üçün  Alman iyaya  ezam  olun muşdur.  1913  ilin   sonunda  39-cu   alay ın  ko mandiri,  1914  ilin 

yanvarında isə 11 -ci suvari briqadasının (tuğayının) ko mandiri təyin edilmişdir. Sonrakı bir neçə 

il  ərzində  Türkiyə  ordusunun  34-cü  piyada  diviziyasına,  2-c i  süvari  diviziyasına,  32-c i  və  12-c i 

piyada  diviziyalarına  ko mandirlik  etmişdir.  Mürsəl  paşa  1918  il  martın   28-də  Qafqaz  İslam 

Ordusunun yaradılması ərəfəsində, 5-ci  Qafqaz  firqəsinin  ko mandiri təyin edildi və həmin  firqə 

ilə  A zərbaycana  daxil  oldu.  Türkiyə  hökumətin in  qərarına  əsasən, Azərbaycanda  vəzifəsini  ic ra 

edən  türk  zabitlə rin in  rütbəsi,  fə xri  ola raq,  bir  pillə  qa ldırılma lı  idi.  Buna  görə  də  artıq  1918  il 

iyulun axırından polkovnik (albay) rütbəsini daşıyan Mürsəl paşaya general (paşa) rütbəsi verild i 

və  o,  Qafqaz  İsla m  Ordusunun  köməyi  ilə  düşmən  qüvvələrindən  azad  edilmiş  Ba kıya  o,  qalib 

paşa  kimi  varid  o ldu.  Mudros  barışığının  (1918)  şərtlərinə  görə,  türk  hərbi  qüvvələri  Azərbaycanı  tərk  etdi.  1919  ildə 

Mürsəl  paşa  Batumda  ingilislər  tərəfindən  həbs  olundu.  Lakin  tezliklə  həbsdən  azad  olunan  Mürsəl  paşa  Türkiyəyə 

qayıdaraq,  Atatürkün  başçılıq  etdiyi  İstiqlal  savaşına  qoşulmuşdur.  6-cı,  1  -ci  süvari  d iviziyalarının   və  2-ci  süvari 

korpusunun komandiri olmuş, xid mətlərinə görə general rütbəsinə layiq görül-müşdür. 1922 il avqustun 31 -də Mürsəl paşa 

növbəti  hərbi  rütbə  -  tü mgeneral  rütbəsini  almışdır.  1938  ildə  istefaya  çıxmışdır.  20  əsrin  30-cu  illərində  Türkiyədə 

soyadların tətbiqinə başlananda, Mürsəl paşa Bakı adını fəxarətlə ö zünə soyadı seçmişdir. 

BAKI  MÜSƏLMAN  XEYRĠYYƏ  CƏMĠYYƏTĠ  (BMXC)  -  mədəni-maarif  və  sosial  yardım  sahələrində 

fəaliyyət göstərən könüllü  ictima i qurum.  Niza mna məsi  1905  il oktyabrın 10-da Tiflisdə Qa fqaz canişini qraf  Voronsov-

Daşkov  tərəfindən  təsdiq  edilmişdi.  Cəmiyyətin  ilk  iclasında  onun  11  nəfərdən  ibarət  idarə  heyəti  seçilmişdi.  Hacı 

Zeynalabdin Tağıyev idarə heyətinin sədri, İsrafil Hacıyev müavini, Hacı Mustafayev xəzinədar, Əh məd bəy Ağayev katib, 

Əsədulla Əh mədov, İsmayıl bəy Səfərəliyev, Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov və b. idarə heyətinin üzvləri 

seçilmişdilər.  Cəmiyyəti,  əsasən,  Hacı  Zeynalabdin  Tağıyev  və  digər  Bakı  milyonçuları  maliyyələşdirirdi.  BMXC-nin 

ideya  istiqa mətin i  Həsən  bəy  Zərdabi  və   onun  həmfikirləri  müəyyənləşdirirdi.  Cə miyyətin  məqsədi,  ma liyyə  mənbəyi, 

fəaliyyət me xan izmi onun niza mna məsində dəqiq ifadə olunmuşdu. Cə miyyətin idarə heyəti "İsma iliyyə"də (hazırda Milli 

Elmlər A kademiyası Rəyasət Heyətinin İstiqlaliyyət küçəsindəki binası) yerləşirdi və bütün tədbirləri bu binada keçirilirdi. 

Cə miyyət  əvvəllər,  başlıca  olaraq,  Ba kıda  və  onun  ətrafında  fəaliyyət  göstərirdi.  Birinci  dünya  müharibəsi  (1914-18) 

illərində öz niza mna məsində bəzi dəyişiklik edərək, geniş fəaliyyət göstərmiş, Qafqa z cəbhəsindən qaçqın düşənlərə, yetim 

uşaqlara,  əsir  düşmüş  türk  əsgərlərinə  yardım  etmişdir.  "Qafqaz  cəbhəsində  qaçqınların  yerləşdirilməsi  ü zrə  baş 

müvəkkilliyin" nəzd ində BMXC-nin baş müvəkkili var idi. Bu vəzifə Xosrov Paşa bəy Sultanova həvalə olunmuşdu. 

Müharibə dövründə cəmiyyətin onlarla şəhərdə məntəqələri fəaliyyət göstərirdi.  Qars, Ərzuru m və Tiflisdə  xüsusi 

şöbələri açılmış, bu şəhərlərdə onun müvəkkilləri çalışırd ı.  Cəmiyyətin nəzdində "Fəlakət və hərbzədələrə yard ım şöbəsi" 

yaradılmışdı. 

Rusiyada Fevral inq ilab ından (1917) sonra BMXC müsəlman ictimaiyyətinin əsas dayaq nöqtəsi olmuşdur. 1917 il 

martın  9-da  cəmiyyətin  binasında  Bakının   bütün  müsəlman  təşkilatların ın  və  müsəlman  ictimaiyyəti  nü mayəndələrinin 

yığıncağı keçirilmiş və Müvəqqəti hökumətlə həmrəylik haqqında qətnamə qəbul olun muşdu. 

Cə miyyət  Azə rbaycan  Xalq   Cü mhuriyyəti  dövründə  də  fəaliyyətini  dava m  etdirmişdir.  Bu   dövrdə  cə miyyətin  

sədri  Qasım  Qasımov  olmuşdur.  Cə miyyət  qaçqınlara,  yaralı  türk  əsgərlərinə  yardım  göstərirdi.  Qaçqın lar  İçərişəhərdəki 

keçmiş  əsgər  kazarmasında,  "Səfa"  məktəbində,  qaçqın  uşaqları  isə  yetimxanalarda  yerləşdirilmişdi.  1919  ilin  yayında 

BMXC  Bakın ı azad  edərkən  (1918, sentyabr) şəhid olmuş əsgərlərin qəbri üzərində ab idə qoyulması və oraya  Şollar su 

kə məri xəttinin çə kilməsi təklifi ilə çıxış et mişdi. 

Cə miyyət 1920 ilin  əvvəlində A zərbaycan Xalq  Cü mhuriyyəti Xa lq Maa rifi Na zirliy inə ərizə  ilə  mürac iət edərə k, 

müsəlman  yetimxanalarında  dərzilik,  çəkməçilik,  xarratlıq  sənətləri  ü zrə  peşə  emalatxanaların ın  yaradılmasını  xahiş 

etmişdi. BMXC Azərbaycanın ictimai-siyasi, sosial və mədəni həyatında əhəmiyyətli rol oynamışdır. 

 

Əd.: 

Cavadov  C,  Azərbaycanda  xeyriyy əçilik  hərəkatı  (XIX  əsrin  sonu  və  XX  əsrdə),  B.,  1999;  Süleymanova  S., 

Azərbaycanda  ictimai-siyasi  h ərəkat  (XIX  yüzilliyin  sonıı  -  XX  yüzilliyin  əvvəlləri),  B.,  1999;  Гусейнова  Л.  Дж.,  Деятельность  

неправительственных общественных организаций в период АДР (1918-1920),  автореф. Канд. Дисс., Б., 1996. 



 

BAKI   MÜSƏLMAN   ĠCTĠMAĠ   TƏġ KĠLATLARI  KOMĠTƏS Ġ - Rusiyada Fevral inqilab ından (1917) sonra 

baş  verən  proseslərdə  müsəlman ların  fəallığ ını  təmin  et mək,  A zərbaycan  milli  qüvvələrin i  birləşdirmək  məqsədilэ  təsis 

olunmuş qurum.  

 

 



 

 


250 

 

1917 il martın  29-da  yaradılmışdı. Ko mitənin sədri Mə mməd Həsən Hacınski, müavini Məhə mməd Əmin  Rəsulzadə idilə r. 



Ko mitənin   "Kaspi"  qəzetində  dərc  olunmuş  "Müsəlmanlara!"  müraciətində  onun  təşkil  olun ması  səbəbləri  izah  ed ilir, 

müsəlman  təşkilatların ın  birləşməsin in  zəruriliyi  vurğulanırdı.  Ko mitə  bütün  müsəlmanları  şəxsi  inciklikləri,  ixtilafları 

unudub,  milli-siyasi  şüarlar  ətrafında  birləş məyə  çağırırdı:  "Əldə  edilmiş  azadhğı  qorumaq  və  ondan  məqsədə  uyğun 

surətdə  istifadə  etmək  iiçün  birləşmək  lazımdır".  Müvəffəqiyyəti  yalnız  "İttihad  və  təşkilat  yolunda"  görən  Komitənin  

qarşısına  qoyduğu  ən  yaxın  vəzifələrdən  biri,  özünün  proqram  məqsədlərini  müəyyən  etmək  üçün  ümu mmüsəlman  

qurultayını  çağırmaq  idi.  Ko mitənin  qurultay  ərəfəsində  Qafqaz  müsəlmanlarına  müraciətində  deyilirdi:  "Ko mitə 

ümu mmüsəlman  qurultayı  çağırılmadan,  özünün  milli-siyasi  proqramını  irəli  sürməkdən  imtina  edir,  lakin  millətlərin  

mənafeyini ən yaxşı təmin edə biləcək dövlət idarəç iliy i haqqında fikrini  məh z  indi bildirməyi  zəruri sayır...  Be lə bir  idarə  

forması, söz yo x ki, yaln ız demokratik respublikadır".  

Ko mitənin  təşkili yerlə rdə  milli  ko mitələ rin yaran ması prosesinə təkan verdi.  Bu,  xa lq küt lələ rin in  maariflən mə -

sində,  birləşməsində  mühüm  rol  oynadı.  1917  il  may ın  21-də  ə rzaq   ko mitə lərinə  keçirilən  seçkilə r  ko mitənin  nüfu zunu 

nümayiş  etdird i.  Ko mitənin  siyahısına  25550  səs,  yəni  səslərin  ü mu mi  sayının   51,6%-i  verilmişdi.  Bakı  şəhərinin  

azərbaycanlı əha lisin in, de mək o lar  ki, ha mısı yekd illiklə  ko mitənin siyahısına səs vermişdi.  Ko mitənin uğuru digər siyasi 

qüvvələri, xüsusən eser-menşevikləri təşvişə salmışdı. 

Fevral inqilabından sonrakı ilkin mərhələdə ko mitə və yerlərdəki milli quru mlar A zərbaycan milli hərəkatının təş-

kiledic i  və  ə laqələndirici  mə rkəzi  funksiyasını  yerinə   yetirird i.  Ko mitənin  mətbuat  orqanının  nəşri  haqqında  "Kaspi" 

qəzetinin  redaksiyası  ilə ə ldə edilən  ra zılığa əsasən, 1917  il  30 apre l tarixli  95-ci sayından etibarən qəzetin  4-cü səhifəsi 

"Bakı  müsəlman  ictimai  təşkilatları  ko mitəsinin  xəbərləri"  adı  ilə  çıxmağa  başladı.  "Xəbərlər"in  müvəqqəti  redaktoru  

iyunun 9-dan Ceyhun Hacıbəyli oldu. 



Qafqaz müsəlmanlarımın qurultayında (1917) Qafqazda müsəlman  milli  ko mitələrin in və onların rəhbər orqanla-

rın ın təşkili haqqında qəbul edilən qərara görə,  Cənubi Qafqaz üzrə Mərkəzi  Büronun yaradılması  Bakı Müs əlman İctimai 

Təşkilat larının  Ko mitəsinə  tapşırılmışdı.  Bu   qərarı  ge rçəkləşdirmə k  üçün  ko mitə   Bakı  Müsəlman   İctimai  Təşkilat ları 

Şurasına çevrildi. 

Şuranın tərkibinə əlavə olaraq  mü xtəlif  müsəlman  milli partiyalarının, ictimai-siyasi təşkilatların,  mədəni-maarif 

müəssisələrinin  və  həmkarlar  ittifaq larının  üzv ləri  daxil  edildi.  Şuranın  tərkib inə  siyasi  partiyaların  hər  birindən  üç, 

həmkarlar ittifaqla rın ın hər b iri  iki,  rayon ko mitələri bir,  mədəni-maa rif və  xeyriyyə cə miyyətləri hər biri iki nü mayəndə 

göndərdilər.  Bundan  əlavə,  şəhər  və  kənd  kooperativlərin in,  neft  sənayeçilərinin,  tacirlərin,  ziyalıların,  tələbələrin, 

ruhanilərin,  Ba kı qarnizonu  müs əlman əsgərlərin in tə msilç iləri  Şuranın tərkibinə da xil o ldular.  33 nəfər üzvdən ibarət  bu 

şuranın  tərkibinə  "hümmət‖çilər  daxil  ed ilmədilər.  Şuraya  nümayəndələrin  seçkiləri  gizli  səsvermə  ilə  aparılırdı.  Bakı 

Müsəlman  İctimai  Təşkilatları  Şurasının  rəhbər  orqanları  Ko mitə  və  İcraiyyə  bürosu  olmuşdur.  1917  il  iyulun  12-də 

Ko mitənin sədri  Əlimə rdan bəy Topçubaşov, onun müavinlə ri Mə mməd Həsən Hacınski və Məhəmməd Əmin  Rəsulzadə, 

katibi  isə Mir  Həsən  Vəzirov seçildilər. A zərbaycanın gələcə k quruluşu proble mi  ko mitənin fəa liyyətində başlıca  məsələ  

olmuşdur.  Müsəlman  milli  ko mitəsinin   sədri  Əlimərdan  bəy  Topçubaşov  1917  il  avqustun  12-də  Moskvada 

A.F.Ke renskinin  s ədrliyi  ilə   keçirilən  ü mu mrusiya  müşavirəsində  iştirakı  za manı,  Rusiya  müs əlmanla rı  adından  çıxış  

etmiş,  həmin  mərhələdə  Rusiya  müsəlman larının  milli-mədəni  mu xtariyyət  məsələsini,  Müəssislər  məclisi  toplaşandan 

sonra isə müsəlman xa lqla rın ın öz müqəddəratını təyin et məsi haqqında məsələ qaldıracaqlarını bildirmişdi. 

Ko mitə  əhalini  narahat  edən  bir  çox  məsələlərlə  məşğul  olmuşdur:  ticarət,  kənd  təsərrüfatı,  təhsil  və  s.  Kadr 

məsələ lərinin  hə llinə  də   müda xilə   et mişdir.  Be lə  ki,  Müsəlman   Ko mitəsi  Petroqradda  Qafqa z  işləri  ü zrə  ko missarlıqda 

ermənipərəstliy i  ilə  məşhur  olan  Yevanqulovun  təyinatına  qarşı  çıxmış,  antimüs əlman  mövqeyi  ilə  seçilən  

V.N.Taranovskinin  və  başqalarının  höku mət  strukturlarından  kənarlaşdırılması  məsələsini  qoy muşdur.  Müs əlman  

Ko mitəsinin a ktiv fəaliyyəti sayəsində Azərbaycanın icra strukturların ın əksəriyyətinə a zərbaycanlılar yerləşdirilmişdi. 

1917 il sentyabrın 5-də Bakı Müsəlman İctimai Təşkilatları Şurasına əlave seçki keçirilmiş, şurada fəhlə və kəndli 

nümayəndələrinin sayı artmışdı. Lakin onların sayının yeni qaydaya görə 60 nəfər nəzərdə tutulduğu halda, 25 nəfər o lması 

eser,  "Hü mmət",  " Birlik"  təşkilatlarının  etirazına  səbəb  oldu.  Seçilənlər  arasında  ziyalıların   nümayəndələri  də  vard ı. 

Şuranın  mədəni-maarif  bölməsi  seçilmişdi.  "Qaladakı  Xan  sarayı"ın  (Şirvanşahlar  sarayı)  müsəlman  ko mitəsinin  

sərəncamına vermə k tə klif olundu. 

Bakı Müsəlman İctimai Təşkilatları Şurasının İcraiyyə Ko mitəsi 1917 il avqustun 29-da Korn ilov əksinqilab i q iya-

mını  qətiyyətlə  pisləyərək,  Müvəqqəti  hökuməti  tam  müdafiə  etdiyini  b ild irdi.  "Müsavat"  partiyasının  1917  ilin  ok-

tyabrında  keçirilən  birinci  qurultayı  Azərbaycanın  ictimai-siyası  həyatında  əhəmiyyətli  hadisə  oldu.  Müsəlman  Milli 

Ko mitəsinin  sədri  Əlimərdan  bəy  Topçubaşov  qurultaydakı  çıxış ında  bəyan  etdi  ki,  M illi  Ko mitənin  a rzu  və  məqsədlər 

"Müsavat‖ın  arzu  və  məqsədləri  ilə  tamamilə  uyğun  gəlir.  Bakı  Müsəlman  İctimai  Təşkilatları  Ko mitəsi  ilə  "Müsavat‖ 

partiyasının  proqramları  üst-üstə  düşdüyündən  onlar  1917  ili  o ktyabrında  Bakı  şəhər  dumasına  seçkilərə  vahid   siyahı  il 

gedirdilə r.  Ok tyabr  çevrilişindən  (1917)  sonra  Milli  Ko mitə  Rusiyadakı  bolşevik  höku mətinin  hakimiyyətini  tanımad ı, 

hakimiyyətin  ümu mrusiya  Müəssislər  məclisinə  verilmə  tərəfdarı  kimi  ç ıxış  etdi.  1917  il  noyabrın  9-12-də  "Müsavat" 

partiyasının rəhbərliyi altında  Cənubi Qafqazın  müsəlman   milli  ko mitələrin in konfransı keçirildi.  Konfrans  millətlərin ö z 

müqəddəratlarını  təyin  etmə  hüququnun  həyata  keçirilməsinə  tərəfdar  olduğunu  bildirdi.  Cənubi  Qafqaz  Mərkəzi 

Müsəlman Ko mitəsi konfransının qərarına görə, A zərbaycan Məclisi-Müəssisanını bir ay ərzində toplamalı id i. 

 

 

 



 

251 

 

Milli  şuraların  vətənpərvər  qüvvələri  öz  ətrafında  birləşdirib,  yerlərdə  hakimiyyəti  ələ  ald ıqları  halda,  Bakı 



Müsəlman  Şurasın ın  vəziyyəti  çətin   id i.  Onun  qarşısını  bolşeviklərin  başçılıq  etdiyi  Bakı  Soveti  kimi  güclü  bir  rəqib  

kəsmişdi. M illi hərb i h issələrin yaradılması yerli milli şuraların əsas fəaliyyət istiqa mətlə rindən biri idi. Fevra l inqilabından 

(1917) sonra müsəlman amilin in Qafqazda, A zərbaycanda, xüsusən də Bakıda hər hansı dərəcədə güclənməsinin qarşısını 

almaq  məqsədilə  bir  ço x  qüvvələr,  xüsusilə  ermən ilə r  və   ruslar  müsəlmanla rın   silah lan ması  haqqında  yalan  şayiələ r 

yaymağa başlamışdılar. Bununla əlaqədar Bakı Müsəlman İctimai Təşkilatları Ko mitəsi öz mətbu orqanı o lan "Xəbərlər"də 

dəfələrlə  təkzib  bəyanatları  vermə li  o lmuşdu.  Bolşeviklə r  hakimiyyətə  gəldikdən  sonra  da  azə rbaycanlıla rın  milli  hərb i 

hissələr yarat maq prosesinə əngəl törədilir, üstəlik, a zərbaycanlı əha li, əsassız o laraq,  zorakılığa   məru z qalırd ı. 1917  ilin  

dekabrında  Dağıstanda  antibolşevik  q iyamı  ilə  əlaqədar  Şimali  Qafqazdan  taxıl  gətirilməsinin  dayanması  səbəbindən 

Bakıda yaranan ərzaq  qıtlığı şəhərin  müsəlman əhalisin in antiazərbaycan silahlı dəstələri tərəfindən kütləvi şəkildə ərzaq  

müsadirəsinə, qarətə, zorakılığa məru z qalması ilə nəticələndi. Azərbaycanlılar etiraz əlaməti olaraq  1917 il dekabrın  13-də 

"İsmailiyyə"  binasında  izdihamlı  mitinq  keçirib,  Milli  Ko mitədən  şəhərdə  qayda-qanun  yaradılmasını,  azərbaycanlıların  

mən zillərində özbaşına a xtarışlara , talan lara son qoyulmasını tə ləb etdilə r. 

Məhəmməd Əmin  Rəsulzadənin təklifi ilə  mitinqdə Milli Ko mitənin beş nəfərdən ibarət komissiyasının seçilməsi 

və ko missiyanın Hərbi-İnqilabi Ko mitə ilə b irlikdə qəbul edilən qərarların həyata keç irilməsi üçün la zımi tədbirlər görməsi 

barədə  qətnamə  qəbul  olundu.  Hə min  gün,  dekabrın  13-də  Milli  Ko mitənin  təcili  iclası  keç irilmiş,  Əlimərdan  bəy 

Topçubaşov,  Məhəmməd  Əmin  Rəsulzadə,  B.Aşurbəyov,  İbrahim  Heydərov  və  Məmməd  Həsən  Hacınskidən  ibarət 

ko missiya  seçilmişdi.  Ko missiya  üzvlərinin   Bakı  Soveti  İcraiyyə  Ko mitəsi  ilə  əlbir  fəaliyyəti  nəticəsində  hərbi-inqilabi 

ko mitə  azə rbaycanlı əha liyə qarşı törədilmiş qanunsuz hərəkətlə ri pislə mişdi. Müsəlman Ko mitəsinə ciddi siyasi rəqib kimi 

baxan  bolşeviklər  Azərbaycanın  mu xtariyyəti  ideyasına  qarşı  qətiyyətlə  mübarizə  aparırdılar.  S.Şau myanın  "milli 

ko mitə lərə"  qarşı  əsas  ittihamı  bu  ko mitələrin  " müsəlman  qoşunları  yaratmaq  və  Bakı,  Ye lizavetpol  və  İrəvan 

quberniyalarında yeni  müsəlman  dövləti elan etmək" niyyəti  ilə bağlı  idi.  1918 ilin fevralında Şau myan  Cənubi Qafqazda 

mövcud  olan   iki  real  hakimiyyəti  qarşı-qarşıya  qoy muşdu:  "demokratik  təşkilatlar"  və  " milli  ko mitələr".  Bolşeviklərin  

Müsəlman Milli  Ko mitəsinə qarşı apardığı  mübarizə 1918 ilin  martında türk-müsəlman əhaliyə qarşı  kütləvi soyqırımı ilə 

nəticələndi. 

Bakı  Müsəlman  İctimai  Təşkilatları  Ko mitəsi  Azərbaycan  siyasi  qüvvələrinin  rəhbər  orqanına  çevrilmiş,  A zər-

baycan milli hərəkat ında görkə mli ro l oynamışdır.  Ko mitə  mürə kkəb tarixi şəraitdə Azə rbaycan xalq ının  ma raqlarını  ifadə  

və  müdafiə  et mişdir.  Ba kı Müsəlman  İctimai Təşkilat ları  Ko mitəsinin təbii va risi  1918  il  mayın  28-də  Azərbaycan  Xalq  

Cü mhuriyyətinin yaradılmasını elan edən Azərbaycan Milli Şurası oldu. 



 

Əd.: 

Azərbaycan tarixi, 7 cildd ə, c.5, B., 2001;  Süleymanova  S., Azərbaycanda ictimai-siyasi hərəkat (XIX yüzilliyin sonu  - 

XX yüzilliyin əvvəlləri), B., 1999; Агамалиева Н.А., ―Комитет Бакинских мусульманских общественных организаций в политической 

системе  Азербайджана  в  1917  г.‖,  в  кн.:  Труды  научной  конференции,  посвященной  дню  восстановления  Азербайджанской 

государственности, Б., 1991; Балаев  А., Азербайджанское  национальное  движение  1917-1918  rr., Б.,  1998;  Гасанов Г., Коьитет  Бакинских 

мусульманских организаций, "Tarix və onun problemləri", Б., 2003, №2. 



Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin