Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə34/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   ...   30   31   32   33   34   35   36   37   ...   80

 

BAKI  FƏHLƏ  KONFRANS I  (BFK)  A zərbaycan  Xalq  Cü mhuriyyəti  dövründə  hakimiyyəti  qeyri-qanuni 

yolla ə lə  keç irmək məqsədilə yaradılmış bolşevik təşkilatı. 1918 il dekab rın  15-də  fəa liyyətə başlamışdı. BFK-da fəhlə  

təşkilatla rı 251 nü mayəndə ilə tə msil olun muşdu. Səsvermə hüququna yalnız Ba kı şəhərinin fəhlə  və qulluqçuları malik 

idilər.  Mərkə zi  BFK-dan  ə lavə,  Ba kı  rayon  fəhlə   konfransları  da  yarad ılmışdı.  BFK-nın  "Bak ı  Fəhlə  Konfransının 



Əxbarı" adlı qəzeti nəşr olun muşdur.  BFK öz fəaliyyətinə iqtisadi tələblərlə başlamışdı.  Belə  ki,  BFK yanında yara -

dılmış  tətil  ko mitəsinin  başlıca  vəzifəsi  ö z  rəhbərlikləri  altında  tətillər  təşkil  etmək  idi.  Eser  və  menşeviklərin  redak-

torluğu ilə tətil  ko mitəsinin orqanı olan "Bakı tətil  ko mitəsinin  xəbərləri" qəzeti nəşr olunurdu.  Cəmi üç nö mrəsi işıq  

üzü görmüş qəzetin ilk nö mrəsi  1918  il dekabrın  25-də çıxmışd ır.  Bolşeviklərin təsirilə siyasi  mübarizə yoluna keçən  

BFK-da  liderlik  uğrunda  bolşeviklərlə  eser-menşeviklə r  arasında gərgin  mübarizə  gedirdi.  BFK  1918  il  dekabrın  18-də 

keçirilən  iclasında  siyasi  tələblərlə  (həbs  edilənlərin  azadlığa  buraxılması,  həmkarlar  ittifaq ları,  mətbuat,  yığıncaq 

azadlıqları  və  s.)  tətil  keçirmək  barədə  qərar  qəbul  etdi.  Tətil  1918  il  dekabrın  24-də  başlandı.  A zərbaycan  Xalq  

Cü mhuriyyəti Höku məti üçün ciddi mü xalifətə çevrilmiş 



232 

 

BFK  ingilis ko mandanlığından tələb edirdi  ki,  kollektiv  müqavilən in bərpası üçün neft sənayeçiləri və fəhlə  konfransı 



nümayəndələrindən  ibarət  saziş  ko missiyası  yaradılsın.  Tətilin  gedişində  BFK-nın   xüsusi  iclasında  iştirak  edən 

Məhəmməd Əmin  Rəsulzadə BFK liderlərinin  fəa liyyətinə kəskin etira zın ı b ild irmiş, Azərbaycan Höku mətin in yeganə 

qanuni səlahiyyətli orqan olduğunu vurğulamışdı. Üçgünlük dekabr aksiyası tətilçilə rin üstünlüyi ilə nəticə ləndi. İngilis 

ko mandanlığı həbs edilənlərin buraxılmasına razılıq verd i. Dekabrın 25-də A zərbaycan Parlamentin in iclasında siyasi 

məhbusların a mn istiyası üzrə yarad ılan  ko missiya inzibati qaydada həbs olunmuş bütün şəxsləri tə xirə salmadan azad  

etməyə  çağ ırdı.  De kabr  tətilindən  sonra  müntəzə m  keç irilən  Ba kı  Fəhlə   Konfransı  ic lasları  əsasən,  siyasi  mə zmun  

daşımışdır. 1919 ilin martında bolşeviklər eser-menşevikləri BFK-dan sıxışdıraraq ö z nü mayəndələrini rəyasət heyətinə 

daxil etdirdilər. 1919 il martın 11-də yeni seçilmiş rəyasət heyətinin 10 ü zvündən 7-si ko mmun ist, hümmətçi və əda lətçi 

idi.  1919  ilin  may ında  BFK-nın  bolşevik  liderləri  ü mu mi  iqtisadi  tətil  keçirilməsinə  cəhd  etdilər.  Azə rbaycan  Xalq  

Cü mhuriyyət  Höku məti  BFK-nın  elan  etdiy i  bu  tətili  siyasi  tətil  kimi  q iy mətləndirdi.  Höku mətin   qadağalarına 

baxmayaraq,  1919 il  mayın  6-da tətil başlandı.  La kin  BFK-n ın eser-menşevik və bolşevik  liderlə ri arasındakı ixtila f, 

müsəlman sosialis partiyalarının  Höku mətin  xəttini  müdafiə etməsi, hakimiyyətin qətiyyəti və ingilis ko mandanlığ ının  

onu  dəstəklə məsi  tətili  ilk  gündən  uğursuzluğa  düçar  etdi.  Tətil  mayın  13-də  ta m  iflasla  sona  çatdı.  BFK 

rəhbərliy indəki  eser  menşeviklər  bolşeviklə rlə  əvə z  o lundu.  Bununla  belə  məğ lubiyyətləri  ilə   heç  cür  barışmaq  

istəməyən  bolşeviklər  BFK-n ı  "Fəhlə   parla menti",  "Deputatlar  soveti"  adlandırdılar.  A zərbaycan  Ko mmunist 

(bolşeviklər) Partiyası) Mərkəzi  Ko mitəsi,  Rusiya Ko mmunist (bolşeviklər)  Partiyası Qafqaz  Diyar  Ko mitəsinin  Bakı 

Bürosu ilə birlikə BFK da Azərbaycan Xalq  Cü mhuriyyəti Parlamentin hakimiyyəti təslim etmək barəsində ultimatu m 

göndərmişdi. 



 

Əd.: 

Azərbaycan Kommunist Partiyası tarixinin oçerkl əri, B., 196  Azərbaycan tarixi, 3 cilddə, c.3, B., 1973; Azərbaycan 

tarixi, 7 cilddə, c.5,1 2001; Гусейнов К. А., Найдель М . И., Очерки истории профдвижения в Азербайджане, Б., 1966.  

 

"BAKI  FƏHLƏ  KONFRANS ININ  ƏXBARI"  gündəlik  leqal  bolşevik  qəzeti,  Bakı  Fəhlə  Konfransının 

orqanı 1919  il  iyunun 8-dən avqustun 8-dək Azərbaycan dilində çıxmışdır.  Cəmi  47 nö mrəsi buraxılmışdır.  Kütlələri 

Azərbaycan Xalq  Cü mhuriyyətinin qanuni hakimiyyətinə qarşı  mübarizəyə çağ ıran  materia lla r dərc ed ird i.  Redaktoru  

Əliheydər Qarayev idi. Qəzetin işində Seyid Cəfər  Cavadzadə (Pişəvəri), Həmid Sultanov ("H.S.Yo xsul") və b. iştirak 

etmişlər.  Rusiya  Ko mmunist  (bolşeviklər)  Partiyası  Proqramının  (1919)  xeyli  hissəsi  Azərbaycan  dilində  ilk  dəfə  bu 

qəzetdə dərc olunmuşdur. Nəşri A zərbaycan Xalq Cü mhuriyyəti Hö ku məti tərə findən dayandırılmışdır. 

BAKI  GÖMRÜKXANAS I  -  dövlətin  ticarət  maraqların ı  qoruyan,  yüklərin  daşın masına  nəzarət  edən  və 

gömrük rüsumları toplayan hökumət  müəssisəsi. Rusiya senatının 1807 il  25 yanvar tarixli qanunu əsasında 1809  ildə 

yaradılmışdır.  1918  ilin fevra lında gömrükxananın bazasında Ba kı gö mrü kxanası nəzd ində Fəhlə və Əsgər Deputatları 

Sovetinin  Komissarlığı  yaradılmış,  martında  is ə  ko missarlıq  yenidən  Bakı  gö mrükxanasına  çevrilmişdir.  1918  ilin  

may ında Bakı gö mrükxanası kollegiyadan,  ə məliyyat-te xniki şöbədən və sahil  mühafizəsindən ibarət idi. Cü mhuriyyət 

Höku mətin in  apardığı  islahatlarla  əlaqədar  Bakı  gö mrü xanası  1918  ilin 

avqustunda  Ticarət  və  Sənaye  Nazirliy inin  gömrük  idarəsinə,  1918  ilin 

dekabr - 1919  ilin yanvarında isə Maliyyə Nazirliyin in gömrü k idarəsinə 

tabe edildi. 

Bakı gömrükxanası İran və Avropa dövlətləri ilə bağlanmış ticarət 

müqavilələrinin yerinə yetirilməsində öz səlahiyyətləri daxilində fəaliyyət 

göstərir,  malların qəbulu, yo xlanılması, onlara gömrük rüsumu qoyulması, 

qaçaqmalçılıqla  mübarizə,  Bakı  dəniz  liman ında  olan  bütün  gəmilərin 

uçotu  və  qeydə  alınması  ilə  məşğul  olurdu.  Həmin  dövrdə  Bakı 

gömrükxanası  gəmi  nəzarəti  (kabotaj  ticarətinə  və  xaricə  ticarətə 

nəzarət), pakqauz ko mandası (malların qəbulu, 

SAX

lan ması, çeşidlən məsi 



və  qaçaqmalın  tutulması),  mühasibat  (pul  və  əmtəə  kassası)  və 

dəftərxanadan  (ümumi  ka rgüzarlıq,  məhkə mə  işləri,  müsadirə  işləri, 

inzibati hissə) ibarət idi. 

Azərbaycan Xa lq Cü mhuriyyəti Parla menti 1919 il iyulun 29-da  Maliyyə Na zirliyinin  gömrük idarəsin in ləğvi 

əvəzində nazirliyin dəftərxanası nəzd ində gömrü k rüsumları şöbəsinin yaradılması haqqında qanun qəbul etdi. 

BAKI  HƏMKARLAR  ĠTTĠFAQLARI ġ URAS I  (BHĠġ) - könüllü ictimai təşkilat. Əsası 1917 il  martın 24-

qoyulmuşdu.  Həmin  tarixdə  Bakı  şəhəri  həmkarlar  ittifaqları  nümayəndələrinin  y ığıncağı  ö zünü  təsis yığıncağı  elan  

etmiş  və  Azərbaycanda  ilk  ittifaqlararası  təşkilat  olan  Həmkarkarlar  İttifaqlarının  Mərkəzi  Bürosunu  seçmişdir.  III 

Ümu mrusiya  konfransının  qərarına  əsasən,  mərkəzi  büro  1917  il  6  iyul  tarixli  iclasında  Bakı  Həmkarlar  İttifaq ları 

Şurasına çevrildi. 

1918 il may ın 23-də BHİŞ-in  yeni rəyasət heyəti seçilmişdir. Onun ilk tədbirlərindən biri sənayenin milliləşdi- 

rilməsində həmkarlar  ittifaq larının iştira kı  məsələsinin həlli və bütün həmkarla r ittifaq ları nü mayəndələrinin ümu mbakı 

konfransını çağırmaq  olmuşdur.  22 həmkarlar  ittifaqının  idarə heyətlərinin  iclaslarından birində - 1918  il  iyulun 9-da 

həmkarlar ittifaqlarının nü munəvi niza mna məsi qəbul edilmişdir. 

 

 



 

 


233 

 

 



 

1919 


il noyabrın 1-nə o lan  məlu mata görə,  BHİŞ-ə  16həmkarlar  ittifaq ı daxil id i.  Şura eser-menşeviklərin  

təsiri a ltında  id i. Bakı Xa lq Ko missarları Sovetinin  (BXKS) hakimiyyəti dövründə Şuraya rəhbərlik bolşeviklə rin  ə linə  

keçdi.  BXKS-n in  süqutundan  sonra  həmkarlar  ittifaqlarına  nəzarət  etmək  uğrunda  bolşeviklərlə  eser-menşeviklər 

arasında  mübarizə  yenidən  q ızışdı.  Bu  mübarizə  1919  ilin   yazında  bolşeviklərin  həmkarlar  ittifaqları  ü zərində  tam 

nəzarəti  ilə  nəticələndi.  Sentyabrda  bolşeviklər  sağ  sosiallistlərin  son  dayağı  olan  BHİŞ-i  ə lə  keç ird ilə r.  Bolşevik- 

lərin  bu  quruma  rəhbərliy i  hə mka rlar  ittifaq larını  A zərbaycan  Xalq  Cü mhuriyyəti  hakimiyyətinə  qarşı  mübarizədə  

mürtəce alətə çevird i. 

BHİŞ Bakı proletariatının  ko llektiv müqavilən in bağlan ması uğrunda mübarizəsində, mədən-zavod ko missiya-

larının  təşkilində  mühü m  ro l  oynamışdı.  O,  sahibkarların  qanunsuz  hərəkətlərinə  qarşı  həmkarlar  ittifaq larının  

mübarizəsində  fəal  təşkilatçılıq  işi  görür,  əmək  haqqının  artırılması,  əməkçilərin  mü xtəlif  kateqoriyaları  üçün  sabit 

əmək haqqı dərəcələrinin  işlənib hazırlan masında, həbs olunmuş rəhbərlərin azad edilməsində, həmkarlar  ittifaq larının  

fəaliyyətinin leqa llaşdırılmasında fəhlə lərin tələb lərini dəstəkləyirdi. 

1920 

ilin  iyununda  vahid  respublika  orqanın ın  –  A zərbaycan  Hə mkarlar  İtt ifaqla rı  Şu rasının  



yaradılmasındansonra BHİŞ ləğv edilmişdir. 

BAKI  HƏRBĠ  GENERAL-QUBERNATORU  -Azərbaycan  Xalq   Cü mhuriyyəti  dövründə  Bakı  ətrafında 

müdafiə  sistemi  yaratmaq,  şəhərdə  asayişi  təmin  etmək,  vətəndaşların  əmin-aman lığını  qoru maq,  cinayətkarlığın  və 

dövlətə qarşı təxribatların qarşısını almaq məqsədilə yaradılmış xüsusi qurum. Bakı hərb i general-qubernatoru vəzifəsi, 

bundan  əvvəl  Dövlət  Müdafiə  Ko mitəsinin  qərarı  ilə  (1919,  13  sentyabr)  Bakı  İstehkamç ılar  hiss əsinin  rəisi  təyin 

edilmiş  general-mayor  Murad  Gəray  Tlexasa  (əvvəlki  vəzifələrində  qalmaqla)  həvalə  o lunmuşdu.  Bu  orqan  mülki 

idarəçiliklə  inzibati  idarəçiliyi özündə birləşdirmə klə geniş səlahiyyətlərə malik  idi. M.G.Tle xas Bakının hərbi general-

qubernatoru  kimi  imza ladığ ı  1  saylı  ə mrində  öz  qarşısında  aşağıdakı  və zifə lərin  durduğunu  bildirirdi:  Bakı  general-

qubernatorluğunda cinayətkarlığın aradan qaldırılması; general-qubernatorluqda şəxsi və ictimai  maraqlara və dövlətin 

əmin-aman lığ ına  meylli  olan  əhalin in  işlərinə  geniş  yardım  göstərilməsi;  milliyyətindən,  məzhəbindən,  ictimai 

vəziyyətindən  asılı  o lmayaraq,  hər  b ir  vətəndaşın  mənafelə rinin  qorun ması;  asayişi,  ə min-a manlığı  və  dövlət  quru-

luşunu pozmağa çalışanlara qarşı amansız mübarizə aparılması və s. 

Bakın ın  hərbi  general-qubernatoru  Murad  Gəray  Tlexas  şəhər  ətrafının  müdafiə  sistemin in  qurulmasına 

rəhbərlik  et mə klə  yanaşı,  onun  daxilində  asayiş  yaradılmasını  da  ciddi  nəza rət  altında  saxlayırdı.  Onun  1919  il 

noyabrın  24-də  imzalad ığı  xüsusi  əmrlə,  müvafiq  icazə  olmadan,  küçə  toplantıların ın,  mitinq  və  nümayişlərin  

keçirilməsi  qadağan  edildi.  Aprel  işğalından  (1920)  sonra  Bakı  hərbi  general-qubernatoru  M.G.Tlexas  bolşeviklər 

tərəfindən həbs edildi və bolşevik Əli Bayra movun öldürülməsində ittiha m o lunaraq güllə ləndi. 



 

Əd.: 

Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; Süleymanov M ., M ehmandarov, B., 2000.

 

 

BAKI  HƏRBĠ  QARNĠZONU  -  Bakı  şəhərində  və  onun  ətrafında  yerləşdirilmiş  bütün  hərbi  hissələri, 

təşkilatla rı, hərb i təhsil  müəssisələrini özündə birləşdirən hərbi quru m.  Bakı hə rbi qarnizonu Azərbaycan  Xalq  Cü m-

huriyyəti dövründə 1918 il sentyabrın 15-də A zərbaycan hərbi qüvvələri və Qafqaz İslam Ordusu şəhəri a zad etdikdən 

sonra  formalaşdırılmağa  başlandı.  Tərkibinə  həm  Azərbaycan,  həm  də  türk  hərbi  hissələri  daxil  olan  Qafqaz  İslam 

Ordusunun  qərargah  rəisi  Nazim  bəy  Bakın ın  ilk  hərbi  ko mendantı  təyin  edilmişdi.  1918  il  noyabrın  17-də  müttəfiq  

dövlətlər  adından  Bakıya  daxil  olan  ingilis  hərbi  qüvvələri  buradakı  türk  qoşun  hissələri  ilə  bərabər,  A zərbaycan 

ordusunun  bütün  hərbi  hissələrinin,  bölmə  və  strukturlarının  da  şəhərdən  çıxarılmasın ı  tələb  etdilər.  Beləliklə,  Bakı 

hərbi qarnizonu ləğv edildi. 

Bakı  hərbi  qarnizonu  1919  il  aprelin  5-də  yenidən  formalaşdırılmağa  başladı.  İng ilis  qüvvələri  ko mandan-

lığ ının  razılığ ına  əsasən,  həmin  gün  Azərbaycan  Xalq  Cü mhuriyyəti  ordusunun  Birinci  tatar  süvari  alayı,  b ir  p iyada 

taboru və bir topçu batareyası Bakıya da xil o ldu.  Bakıya da xil olan qüvv ələrə Birinci tatar süvari alayının  komandiri 

polkovnik  Ağalarov  rəhbərlik  edird i.  Ona,  eyni  zamanda,  Bakı  qarnizonunun  rəisi  vəzifəsi  həvalə  olun muşdu.  Bakı 

şəhərinin  ko mendantı  isə  podpolkovnik  A zad  Vəzirov  təyin  edilmişdi  (1919  il  iyulun  9-da  ona  polkovnik  rütbəsi 

verilmişdi). 

Bakıda  hərb i  hissələrin  sayının  artması  və  hərbi  strukturların  genişlən məsi,  həmçinin,  şəhərin  paytaxt  kimi 

əhəmiyyəti nəzərə alınaraq hərbi nazirin  1919  il  7 avqust tarixli əmri  ilə ko mendant vəzifəsinə general-mayor statusu 

verild i. İstefada olan general-mayor Firidun bəy Vəzirov  Bakı  ko mendantı təyin edildi və Aprei işğalına (1920) qədər 

bu vəzifən i daşıdı. Əvvəlki ko mendant polkovnik Azad Və zirov müavin vəzifəsində saxlanıldı. 

1919  il avqustun 16-da  İkinci piyada diviziyasının  ko mandiri general-mayor  İbrahim ağa Usubov Bakı hərb i 

qarnizonunun rəisi təyin edildi. 1919  il sentyabrın 9-da Bakı İstehka mçılar h iss əsinin rəisi təyin edilmiş general-mayor 

Murad  Gəray  Tle xas, eyni  za manda,  Ba kı qarn izonunun rəisi oldu. Hə min  il dekabrın  10-dan  isə Ba kı  İstehkamç ıla r 

hissəsinin və Ba kı qarn izonunun rəisi vəzifəsi general-mayor  Həbib bəy  Səlimova həvalə  edildi.  1920  ilin  fevra lında 

həm də Ba kı İstehka mçılar hiss əsinin rəisi təyin  

 

 



 

 


234 

 

 



edilmiş  İkinci p iyada diviziyasının ko mandiri  general-mayor İbrahim ağa Usubov yenidən qarnizon rəisi o ldu.  

BAKI  XALQ  KOMĠSSARLARI SOVETĠ (BXKS)  -Cənubi Qafqazda sovet hakimiyyətinin ilk səlahiyyətli 

hakimiyyət orqanı. S.Şau myanın başçılığı ilə e rməni-daşnak quldur dəstələrin in türk-müsəlman əhaliyə qarşı törətdiyi 

1918  il  mart soyqırımından sonra Bakıda siyasi vəziyyət bolşeviklərin  xey rinə dəyişdi. Soyqırımından sonra şəhərdə, 

demə k  ola r  ki,  azə rbaycanlı  qalma mışdı.  Şəhərin  türk-müsəlman  əhalisinin   bir  hiss əsi  silahlı  bolşevik-daşnak 

dəstələrin in  qırğ ın  və  talanlarından  qurtulmaq  üçün  Mərkəzi  Asiya  və  İrana  qaçmış,  qalan  hiss əsi  isə  ətraf  kəndlərə  

dağılış mışdı.  "Daşnaksutyun"  rəhbərləri  yüksək  vəzifəli  ermən i  "bolşeviklərin in"  himayəsi  ilə  özlərini  Bakının  əsl 

sahibi kimi aparırdılar. Bakıda erməni-bolşevik siyasi partiyalarının mətbuat orqanlarından başqa bütün qəzet və jurnallar 

bağlanmışdı.  Yeni  yaradılan  əmək  ko missarlığı,  ərzaq  direktoriyası,  bütün  nəqliyyat  bolşeviklərin  sərəncamına 

keçmişdi.  Bütün milli şuraların fəaliyyəti qadağan edilsə də Ermən i Milli  Şurası fəaliyyətini davam etdirirdi. Aprelin  

25-də hakimiyyət orqanı kimi Ba kı Xa lq Ko mis sarları Soveti yaradıldı. 

BXKS-nin sədri və zifəsinə S.Şau myan "seçildi".  O, eyni  za manda,  xarici  işlər ko missarı id i.  Xalq da xili işlə r 

ko missarı  P.A.Çaparidze,  əd liyyə  ko missarı  A.B.Karinyan,  nəqliyyat  ko missarı  Markaryan,  fövqəladə  ko missiyanın 

sədri Ter-Qabre lyan, Dövlət nə zarəti ko missarı A.S.Boqdanov, əmə k  ko missarı  Y.D.Zevin seçild ilə r.  BXKS qatı  mil-

lətçi ermən ilə rdən və onla rla  sıx ə mə kdaşlıq  edən rus bolşeviklərindən ibarət  id i. Azə rbaycanlı  ko missarlara, əsasən, 

təsərrüfatla  bağlı  sahələr  "həvalə"  olunmuşdu.  Nəriman  Nə rimanov  şəhər  təsərrüfatı,  M ir  Həsən  Və zirov  isə  torpaq 

işləri  üzrə  xalq  ko missarları  id ilər.  Beləliklə,  yerli  azərbaycanlı  əhalin in  nümayəndələri,  demək  o lar  ki,  hakimiyyətə 

yaxın buraxılmadı. Mart soyqırımından sonra da müsəlman əhaliyə qarşı əvvəlki kimi qəddar düşmənçilik  münasibəti 

bəslənilirdi. S.Şau myan qarşısına  "demokratiya" və " xa lq  hakimiyyəti" pərdəsi alt ında Azə rbaycanı a zərbaycanlıla rdan 

təmizlə mək,  onun  yeraltı,  yerüstü  sərvətlərini  çap ıb-tala maq,  torpaqla rın ı  qəsb  edib  "Böyük  Ermən istan"  dövləti 

yaratmaq  xü lyasını  reallaşdırmaq  vəzifəsi  qoymuşdu.  O,  BXKS-nin  fəaliyyətini  də  bu  məqsədə  yönəltmişdi.  BXKS 

Moskvanın birbaşa göstərişi  ilə neft sənayesini  milliləşdirdi və  Bakı nefti  Rusiyaya nəql olun mağa başladı. Təsadüfi 

deyil  ki,  Leninin   göstərişi  ilə  BXKS-nə  neftin  hasilatı  və  daşınmasın ı  sürətləndirmək  üçün  yüz  milyon  rubl  pul 

ayrılmışdı.  1917  ilin noyabrından 1918 ilin  martınadək  Rusiyaya 4  milyon  313  min  pud neft daşındığı halda,  1918  il 

aprelin  əvvəllərindən  iyulun  a xırla rınadək  80  milyon  25  min  pud  neft  aparılmışdı.  Bundan  başqa,  Bakıdan  v ə 

Azərbaycanın qəza larından Rusiyaya "qardaşlıq yardımı" adı altında 700 min pud pambıq, 100  min pud qura balıq, xeyli 

miqdarda düyü, duz və s. göndərilmişdi. 

Bakı  Soveti  Fətəli  xan  Xoyskinin  başçıllıq  etdiy i  Bakı  şəhər  dumasını  buraxaraq,  Zaqafqaziya  seymini 

əksinqilab i  quru m  elan  etdi.  Moskva  bütün  vasitələrlə  BXKS-ni  hərbi-siyasi  cəhətdən  qüvvətləndirməyə  çalışırd ı. 

Lenin   hərbi  ko missarlığa  və  inqilab i  mübarizə  şurasına  Ba kıdakı  sovet  qoşunların ı  təcili  surətdə  bütün  zəruri  hərb i 

sursatla təmin et mək göstərişi vermişdi. Hə min göstəriş yerinə yetirilərə k q ısa müddətdə Bakıya 5 min tüfəng, 2 milyon 

patron, 35 


235 

 

pulemyot,  4  zirehli  avtomobil,  13  təyyarə  göndərildi.  Ba kıda  isə  BXKS  o rdusunun  erməniləşdirilməsi  prosesi  başa 



çatdırıldı. Moskvaya göndərdiyi  məktubda Q.Korqanov yazırdı: "Ko mmuna ordusunun sayı 18  mindir, əsgərlərin bö-

yük hissəsi, yəni 13  minə qədəri,  zab itlərin isə demək olar ki, hamısı ermənilərdir". BXKS ordusuna komandanlıq edən 

Z.Avetisyan, N.Qararyan, Ha ma zasp və b. azərbaycanlılara  qarşı ifrat vəhşiliyi ilə ad ç ıxa rmış qaniçənlər idilə r. 

BXKS-ni  istər  milli  tərkibi,  istər  yerli  a zərbaycanlılara   qarşı  yeritdiyi  milli  düşmənçilik  və  dözü msüzlü k 

siyasəti  Moskvanı  tam  qane  edird i.  Be lə   ki,  Moskva  neft  Ba kısını,  bütövlükdə  Cənubi  Qafqa zı  ö z  ə lində  və  nüfuz 

dairəsində saxla maq üçün bu antiazərbaycan hakimiyyət re jiminə ö zünün təsir me xanizmi kimi ba xırdı. 

BXKS-nin qa rşısına qoyduğu ən böyük vəzifələ rdən biri də Gəncəyə hücum edib  Azərbaycan Xa lq Cü mhuriy -

yətini devirmə k id i. La kin iyunun 27-si ilə  iyulun 1-i a rasındakı dörd günlük gərgin vuruşma cəbhənin taleyin i həll etdi. 

Bu döyüşdə xalq  könüllüləri, A zərbaycan və türk hərb i h issələrindən ibarət  Qafqaz İslam  Ordusu BXKS qoşunlarını 

darmadağın  edərək,  Bakı  istiqamətində  hərəkətə  başladı.  Tezliklə,  BXKS  A zərbaycan  mühitinə  yad  bir  quru m  kimi 

tarix  səhnəsindən  çıxd ı.  Ba kıda  hakimiyyəti  zorakı  yolla  zəbt  edən  Bakı  Soveti  dövlət  "əmla kın ı  mən imsədiyi  üçün 

Sentrokaspi" hökuməti tərəfindən həbs edildi.  Qafqaz İslam  Ordusu sentyabrın 15-də  Bakın ı azad edən zaman həbsdə 

olan  Bakı  Soveti  rəhbərliy i  Bakını  tərk  etməyə  cəhd  etdi.  Eserlər  tərəfindən  həbs  edilən  Bakı  Soveti  rəhbərliy i 

sentyabrın 20-də Türkmənistanda güllələndi. 



 

Əd

.: Azərbaycan tarixi, 7cilddə, c. 5, B., 2001; Насиров Т., Борьба за власть большевиков Азербайджана, Б., 1983.  

 

BAKI  XALQ  KOMĠSSARLARI  SOVETĠNĠN  1 MAY  BƏ YANNAMƏS Ġ  -  1918  il  may ın  1-də  "Ba kı 

Sovetinin  Xəbərlə ri"  qəzetinin  81  sayında  dərc  edilmişdir.  Bəyannamədə  apre lin  25-də  yaradılmış  Bak ı  Xalq k omis-



sarları Sovetinin (BXKS) Ümu mrusiya Xalq Ko missarları Sovetinin bütün dekret və sərəncamların ı yerli şəraitə uyğun 

həyata  keçirəcəyi  və  BXKS-n in  fəh lə,  əsgər,  matros  deputatları  soveti  qarşısında  cavabdeh  olacağı  göst ərilird i. 

Ümu mrusiya mərkəzi hakimiyyəti ilə möhkəm əlaqə yaratmaq  BXKS-nin əsas vəzifələrindən biri kimi açıq lanır, sovet 

hakimiyyətinin qarşısında duran vəzifə lər müəyyən edilird i. Onla rın həyata keçirilməsi üçün güclü ordunun yaradılması 

vacib sayılırdı. Azərbaycanın Şamaxı, Lənkəran, Quba və b. yaşayış məntəqələrində türk-müsəlman  əhaliyə qarşı həyata 

keçirilmiş  kütləv i  qırğın lar  bəyənilir,  "qalibiyyətlə  başlan mış  vətəndaş  müharibəsini  (yəni,  soyqırımlarını  —  red.)  

davam etdirmək" nə zərdə tutulurdu.  BXKS  Ba kı fəh lələ rin i "fəa l və  mütəşəkkil  kö mək" göstərməye çağırırdı.  BXKS 

məsuliyyəti  hə m  də   fəhlə   sinfinin  ü zərinə  qoyur,  "səhvlərin  və  müvəffəqiyyətsizliklərin  ta ma milə   təbii  və  labüd" 

olduğunu  bəyan  edərək,  fəhlələrin  hakimiyyətlə  b irlikdə  "ümu mi  məsuliyyət"  daşıdığını  vurğulay ırdı.  S.Şau myan 

tərəfindən yazılmış, bəyannaməni özü və d igər ko missarlar imza la mışlar. 

1 May bəyannaməsi Azərbaycan xalqına qarşı  1918  ilin  ma rtında S.Şau myanın başçılığı  ilə həyata keçirilmiş  

soyqırımların ın qabaqcadan düşünülmüş cinayətkarlıq aktı olduğunu bir daha təsdiq edir. 

 

 

 

 

 

 

 

 

 

 


236 

 

BAKI XALQ  TƏSƏRRUFATI ġ URASI (BXTġ)  -Bakı  Xalq  Ko missarları  Sovetinin (BXKS)  xalq təsərrüfatının təşkili 

və idarəsi o rqanı. Bu  barədə  ilk dəfə  Ba kı  fəhlə, əsgər və  matros deputatları sovetinin 1918 il 19 aprel tarixli qətnaməsində bəhs 

edilmişdir.  Burada  BXTŞ sədrinin  xalq təsərrüfatı  işlərinə baxan  ko missar hüququ ilə  XKS-nə daxil o lması qeyd edilird i. A prelin  

25-də  BXKS təşkil olunduqda, onun tərkibində  BXTŞ da yaradılmış, s ədri İvan Fioletov təyin edilmişdi.  BXTŞ-n ın səlahiyyəti və 

hüquqi  vəziyyəti  onun  hazırlad ığı  və  Bakı  XKS-n in  qəbul  etdiyi  bəyannamədə  əks  olun muşdu.  Bu  orqan  ikiqat  tabeçilikd ə  idi. 

Rusiya  Sovet  Federativ  Sosialist  Respublikası  (RSFSR)  Xalq  Təsərrüfatı  Ali  Şurasının  (1917  il  dekabrın  2  (15)-də  Ümu mrusiya 

Mərkə zi  İcra iyyə Ko mitəsi və XKS tərəfindən yaradılmışdı) yerli və  Ba kı  Sovetinin təsərrüfatı idarə orqanı id i.  Xalq təsərrüfatının 

idarə olun ması sahəsində geniş hüquqlarla yanaşı müsadirə etmə k, daşınar və daşınma z ə mlaka sekvestr qoymaq s əlahiyyəti də var 

idi.  Rəhbər orqanı plenu m, plenar  ic laslar arasındakı dövrdə rəyasət heyəti id i.  BXTŞ plenu munun 1918 il  10  may tarixli qərarına  

görə,  bu  təşkilat  neft,  mexaniki  istehsal,  su  nəqliyyatı,  ticarət,  texn iki-təşkilat  və  statistika  şöbələrindən  ibarət  idi.  Yerli  idarəni 

həyata keçirmə k məqsədilə  BXTŞ-nın rayon ko mitələri yarad ılmışdı. 

Bakı  XKS-nin  xalq  təsərrüfatının  əsas  sahələrində  milliləşdirmə  siyasətini  həyata  keçirməsilə  XTŞ-n in  fəaliyyəti 

genişlənirdi.  1918  il  mayın  12-də  yeraltı  sərvətlərin  milliləşdirilməsi  nəticəsində  neftli  orpaqlardan  istifadənin  icarə  şərtlərinin  

müəyyənləşdirilməsi  BXTŞ-na  həvalə  edildi.  İyunun  1-də  neft  sənayesinin  milliləşdirilməsi  haqqında  dekret  verild i.  Neft 

sənayesində  yaradılmış  fəhlə   nəza rətinin   hüquq  və  vəzifə ləri  də  BXTŞ-nın  1918  il  21  iyul  ta rixli  təlimat ı  ilə   müəyyən  edilirdi. 

Milliləşdirilmiş  müəssisələrdə  bu  nəzarəti  fab rik-zavod  (mədən)  ko mitə ləri  həyata  keçirirdi.  Bu  ko mitələrə   BXTŞ  neft  şöbəsinin 

fəhlə  bölməsi  rəhbərlik  edirdi.  Onun  müdiri  M.V.Basin  idi.  M illiləşdirilmiş  neft  sənayesi  müəssisələrinin   qorunması  işi  də  ona 

həvalə olunmuşdu. 

BXTŞ, əslində,  milliləşdirilmiş   müəssisələrin  məhsulla rın ı,  xüsusilə neft i Sovet  Rusiyasının  mənafeyinə  uyğun müsadirə  

etmə k və ora göndərmə klə  antiazə rbaycan siyasəti yerid irdi.  1918  ilin  mayında  Bakıdan 16609  min  pud neft  məhsulları aparıld ığı 

halda, iyunda bu rəqə m  26449  min puda çatdı. 1918 ilin aprel-iyul aylarında Sovet Rusiyasına 80  min pud neft daşınmışdı.  Bunun 

müqabilində RSFSR höku mətinin ay ırd ığı pul və taxıl o lduqca az idi. BXKS-n in süqutu ilə BXTŞ ləğv edildi. BXTŞ-nın əli ilə Bakı 

neft  sənayesi  hesabına  müəyyən  ehtiyat  yaradan  Sovet  Rusiyası  vətəndaş  müharibəsində  qələbəni  ya xın laşdıra  bildi,  sonradan 

Azərbaycan Xalq Cü mhuriyyətinin şima l sərhədlərində möhkə mlənərək onun devrilməsinə nail oldu. 

Əd:. 

Azərbaycanda  sosialist  inqilabının  qələbəsi  uğrunda  bolşevik lərin  mübarizəsi.  Sənədlər  və  materiallar.  1917-1918,  B.,  1960; 

История  государства  и  права  Азербайджанской  ССР.  Великая  Октябрьская  социалистическая  революция  и  создание  советской 

государственности  в  Азербайджане,  Б.,  1964;  Азизбекова  П.    и  др.,  Советская  Россия  и  борьба  за  установление  и  укрепление  власти 

советов в Закавказье, Б., 1969. 


Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin