Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə24/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   ...   20   21   22   23   24   25   26   27   ...   80

 

 

 

 

 

 

 

162 

 

AZƏRBAYCAN  XALQ  CÜMHURĠYYƏTĠ  HÖKUMƏTĠNĠN  Ġġ LƏR  ĠDARƏSĠ  -  A zərbaycan  Xalq  Cü m-

huriyyəti  Hö ku mətinin  ü mu mi  fəa liyyətini  tənzimləyən  və  həyata  keçirən  quru m.  1918  il  mayın  28-də  A zərbaycan 

Höku məti  fəaliyyətə  başlayarkən  yaradılmışdır.  Azərbaycan  Hökumətinin  1918  il  24  iyun  tarixli  qərarı  ilə  Hö kumət 

dəftərxanasının ştat vahidlərinin  və ə mək haqlarının təyin  edilməsi  Na zirlər  Şurasının sədrinə həvalə o lun muşdu. Əvvəlcə 

işlər  idarəsinin  ştatında idarənin  müdiri, dəftərxananın direktoru və başqa işçiləri,  Nazirlər Şurasının  katibi, onun müavin i, 

həmç inin  Nazirlə r Şurası sədrinin  xüsusi tapşırıqlar üzrə  mə muru nəzərdə tutulmuşdu. İdarə qulluqçularının ştat cədvəli və 

xərc lər  s metası  Na zirlər  Şurası  sədrinin  xüsusi  tapşırıqlar  ü zrə  böyük  mə muru,  xaric i  dillər  üzrə  tərcü məçisi,  hüquq 

məsləhətçisi, mə lu mat bürosunun müdiri və binaya nə zarətçi hesabına genişləndirilmişdi, 

Höku mətin  1919  il  7  may  tarixli  qərarı  ilə  işlər  idarəsində  direktor,  redaktor,  kargüzar,  tərcü məçi,  korrektor  və 

dəftərxana  xid mətçilərindən  ibarət  xüsusi  şöbə  də  yaradılmışdı.  1918  il  mayın  28-dən  1919  il  yanvarın  1-nə  qədər  işlər 

idarəsinin müdiri Rüstəm xan Xoyski (Fətəli xan  Xoyskinin  kiç ik qardaşı), daha sonra fevra lın  5-dək Rəşid bəy A xundzadə, 

1919 il fevralın 11-dən isə mühəndis Pərviz Mirzə olmuşdur. 

Nazirlə r Şurasının bütün kargüza rlıq s ənədləri, na zirliklərdən və Cü mhuriyyətin d igər idarə lərindən Na zirlə r Şurası 

sədrinin adına göndərilən  məktublar  işlər idarəsinə da xil olurdu. Hö ku mətin  1919 il yanvarın  18-də təsdiq etdiyi qaydalara 

əsasən Parlament mü zakirəsinə çıxarılan qanun layihələri müvafiq izahlı məktubla bərabər Nazirlər Şu rasına təqdim edilird i. 

Qanun layihəsi  Höku mət  tərəfindən ba xılaraq  Parla mentin   mü zakirəsi üçün hazır hesab edildikdə  Na zirlə r  Şurasının  ic las 

jurnalından  çıxarışla  bərabər,  iradlar  olduqda  isə  yenidən  işlənilmək  üçün  Nazirlər  Şurası  sədrinin  imzası  ilə  müvafiq  

nazirliklə rə qaytarılırd ı.  Bundan əlavə,  Höku mətin  1919  il  3  mart  tarixli qəra rı  ilə təsdiq olun muş Əsasnaməyə görə  işlər 

idarəsi  1918  il  noyabrın  22-dən  yaradılmış  nazir  müavin lərindən  ibarət  Kiçik  Na zirlər  Şurasının  da  kargü zarlıq  işlərini 

aparırdı. 

İşlər  idarəsi  Höku mətin qərar və sərəncamlarını "Azərbaycan Cü mhuriyyəti  Höku mətinin  xəbərləri" qəzetində və 

"Azərbaycan Cümhuriyyəti Höku mətinin qanun və binagüzarlıqla rı" məc muəsində dərc etdirirdi. 

 

Əd.: 

Aдpec-календары Aзepбaйджанской  Pecnублики нa 1920 год, Б., 1920.

  

 

AZƏRBAYCAN  XALQ  CÜMHURĠYYƏTĠ  NAZĠRLƏR  ġ URAS ININ  SƏDRĠ  -  Azərbaycan  Xalq  Cü mhu-

riyyəti  ali  icra  hakimiyyəti  orqanının  rəhbəri.  Höku mət  başçısı.  1918  il  may ın  28-də  A zərbaycan  Milli  Şurası  tərəfindən 

Azərbaycanın müstəqilliy i barədə İstiqlal bəyannaməsi elan edildikdən sonra, həmin bəyannamənin 6-c ı  maddəsinə əsasən, 

ölkədə Müəssislər Məclisi çağırılana qədər Milli Şura qarşısında  məsul olan Müvəqqəti Höku mət təşkil edildi.  Höku mətin  

təşkili M illi  Şuranın  üzvü Fətə li  xan Xoyskiyə tapşırıldı.  Bir saatlıq tənəffüsdən sonra öz  işinə başlayan Milli Şura  Fətəli 

xan  Xoyski  başda  olmaqla  A zərbaycan  Xalq  Cü mhuriyyətinin  birinci  Müvəqqəti  Hö ku mətini  yaratdı.  Azərbaycan  Xalq  

Cü mhuriyyətinin  fəaliyyət göstərdiyi 23 ay ərzində 5 Höku mət  kabinəsi dəyişmişdir.  Birinci  3 kabinəyə Fətəli  xan  Xoyski, 

sonrakı  2  kabinəyə  isə  Nəsib  bəy  Yusifbəyli  başçılıq  et mişdir.  Hö ku mət  başçısı,  eyni  za manda,  Na zirlər  Şurasının  sədri 

funksiyasını  da  yerinə  yetirird i.  Ölkənin  daxili  və  xarici  siyasət  məsələləri  Nazirlər  Şurası  sədrinin  rəhbərliyi  ilə  onun 

iclaslarında ko lleg ial şəkildə  müzakirə olunur və  müvafiq qərarlar qəbul edilird i.  1918  il  iyunun 17-də Milli Şura  Gəncədə 

öz  fəaliyyətini  dayandırarkən  ölkə  üçün  bir  sıra  həyati  əhəmiyyət  kəsb  edən  məsələlər  istisna  olmaq la,  bütün  hakimiyyət 

funksiyalarını Müvəqqəti Höku mətə həvalə etmiş və Nazirlər Şurasının hüquq və vəzifələrin i  müəyyənləşdirmişdi. 1918 il 

dekabrın 7-də Azərbaycan Parlamenti Bakıda fəaliyyətə başladıqdan sonra ölkən in qanunvericilik hakimiyyəti Parlamentə, 

icra  hakimiyyəti  isə  Nazirlə r  Şurasın ın  səlahiyyətinə  keç mişdir.  Nazirlə r  Şurasın ın  ic laslarında  ayrı-ayrı  na zirliklər 

tərəfindən  hazırlan mış  qanun  layihələrinə  ba xılır  və  bəyənild ikdən  sonra  qəbul  olunaraq  Parla mentin  mü zakirəsinə 

çıxarılırd ı. Bütün bu işlərin icrasına isə bilavasitə Nazirlər Şu rasının sədri rəhbərlik ed ird i. 



AZƏRBAYCAN  XALQ  CÜMHURĠYYƏTĠ  PARLAMENTĠ, M ə c  l  i s i – M ə b u s a n  - A zərbaycan Xalq  

Cü mhuriyyətinin   nümayəndəli  ali  qanunvericilik  orqanı.  1918  ilin  dekabrından  1920  ilin  aprelinədək  fəaliyyət  göstər-

mişdir.  İlk  iclası  1918  il  dekabrın  7-də,  sonuncu  iclası  1920  ii  apre lin  27-də  keçirilmişdir.  Şimali  A zərbaycanın  sovet 

qoşunları tərəfindən işğalı nəticəsində fəaliyyətini dayandırmışdır (bax həmçinin Aprel işğalı (1920)). 

Azərbaycan Xalq  Cü mhuriyyətinin Parla menti A zərbaycan Milli Şurasının  1918 il 19 noyabr tarixli iclasında qəbul 

olunmuş  "Azərbaycan  Məclisi-Məbusanının  təsisi  haqqında  qanun"una  müvafiq  o laraq  formalaşdırılmışdır.  Parlamentdə 

Azərbaycan Xa lq  Cü mhuriyyətində yaşayan  xalq larm nü mayəndələri aşağıdakı  kimi te msil olun muşdu. Azərbaycan  Xalq  

Cü mhuriyyəti  ərazisində  yaşayan  xalqların  sayı  nəzərə  alınaraq,  azərbaycanlılardan  80  nəfər,  ermənilərdən  21  nəfər, 

ruslardan 10 nəfər, yəhudilərdən  1 nəfər, alman lardan  1 nəfər nü mayəndə göndərilmə li  idi.  Qanunda sayları az o lduğuna 

görə  nümayəndə  seçmək  səlahiyyətləri  o lmayan,  lakin  Cü mhuriyyət  ərazisindəki  d igər  azsaylı  xalq lar  arasında  nisbətən 

çoxluq təşkil edən gürcü və polyak  milli  ko mitələrinin  hərəsindən 1 nü mayəndə göndərmələrinə razılıq verilirdi.  Bundan 

əlavə,  Parlamentə  Bakı  həmkarlar  ittifaq ları  təşkilatları  tərəfindən  3  nəfər  və  Bakı  Neft  Sənayeçiləri  İttifaq ından  2  nəfər 

nümayəndənin göndərilməsi də nəzərdə tutulurdu. 

Azərbaycan Xalq Cü mhuriyyətinin Pa rla ment i olduqca çətin tarixi şəraitdə fəa liyyətə başlamışdı. Parla mentin aç ı- 



163 

 

lışı  1918  il  dekabrın  3-nə  təyin  olun muşdu.  Lakin  Bakıda  fəaliyyət 



göstərən  ermən i  və  rus  milli  şuraları  A zərbaycan  Parlamentinin  

açılışına hər vasitə ilə  mane olmağa çalışırdılar.  Onlar  məqsədlərinə 

nail o lmaq üçün bu ərəfədə Bakıya gəlmiş  müttəfiq qoşunlarının baş 

ko mandanı  ingilis  generalı  To msondan  istifadə  etməyə  cəhd 

göstərirdilər.  A zərbaycan  Höku mətin in  general  To msonla  apard ığı 

danışıqların  u zan ması  və  qəzalardan  bütün  deputatların  vaxtında 

Bakıya  gələ  bilməməsi  nəticəsində  Parlamentin  ilk  iclasın ın  açılışı 

dekabrın  7-nə  keçirild i.  Həmin  gün  saat  13-də  Hacı  Zeynalabdin 

Tağıyevin  Nikolay  küçəsində  (indiki  İstiqlaliyyət)  yerləşən  qız 

mə ktəbinin   (indiki  Əlya zma lar  İnstitutu)  binasında  bütün  türk 

dünyasında  və  müsəlman  Şərqində  ilk  Parlamentin  birinci  iclası 

təntənəli şəraitdə açıld ı.  İclası açan Azə rbaycan Milli  Şurasının sədri 

Məhəmməd Əmin Rəsulzadə böyük təbrik nitqi söylədi. 

Parlamentin  ilk  iclasında "Müsavat" fraksiyasının təklifi  ilə 

Əlimərdan  bəy  Topçııbaşov  Azərbaycan  Xalq  Cü mhuriyyəti 

Parla mentinin  sədri,  Həsən  bəy  Ağayev  isə  sədrin  birinci  müav ini 

seçildilər.  Əlimərdan  bəy  Topçubaşov  bu  vaxt  İstanbulda 

olduğundan, Parlamentə Həsən bəy Ağayev sədrlik etdi. Dekabrın 28-

də  Paris  sülh  konfransına  (1919-20)  göndəriləcək  Azə rbaycan  Xalq  

Cü mhuriyyəti nü mayəndə heyətinə sədr təyin olunan Əlimərdan bəy 

Topçubaşov  İstanbuldan  birbaşa  Paris ə  yola  düşdü.  O,  1919  ilin  

dekabrında  yenidən  Azə rbaycan  Xalq   Cü mhuriyyəti  Parla mentinin  

sədri seçilsə də, taleyin hökmü ilə ö mrünün sonuna 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

164 

 

kimi bir daha Azə rbaycana dönə bilməd i. Mehdi bəy Hacınsk i baş katib olmaqla , Pa rla mentin üç nəfərdən ibarət  katib liyi 



seçildi. 

İclasda  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Müvəqqəti  Höku mətinin  başçısı  Fətəli  xan  Xoyski  Hökumətin  fəaliyyəti 

haqqında hesabatdan sonra onun istefa verdiyini elan etdi.Parlament yeni Höku mətin təşkilini təkrarən Fətəli  xan Xoyskiyə 

tapşırdı. 

Azərbaycan  Milli  Şurasının  Parla mentin  təsis  olunması  haqqında  qanununa  uyğun  olaraq  erməni  nü mayəndələri 

üçün  21,  rus  nü mayəndələri  üçün  10,  həmkarlar  ittifaqları  nü mayəndələri  üçün  3  yer  ayrılmasına  baxmayaraq,  onlar 

Azərbaycan Parla mentin in açılışına gəlməkdən imt ina etdilə r.  Bakıda fəa liyyət göstərən Rus Milli Şu rası Azərbaycan Xalq  

Cü mhuriyyətinin   Parlamentində  iştirak  etməmək  barədə  xüsusi  qərar  qəbul  etdi.  On lar  sübut  etməyə  çalışırd ılar  ki, 

Azərbaycan öz müstəqilliy ini elan et mə klə  ―vahid və bölünmə z Rusiya" ideyasına zidd çıxmışd ır. La kin Rus Milli Şurasının  

qərarı  rus  əhalisinin  mövqeyini  ə ks  etdirmirdi.  Belə  ki,  Ba kıda  fəaliyyət  göstərən  Slavyan-rus

 

cəmiyyəti,  Rus  Milli 



Şurasının  əksinə  olaraq,  A zərbaycan  Milli  Şurasının  sədri  Məhəmməd  Əmin  Rəsulzadəyə  müraciət  edərək  onların  

nümayəndələrin in Parlamentə daxil olmalarına razılıq verməsini xah iş etdi. 

Hə min  müraciət nəzə rə alınaraq Slavyan-rus cəmiyyəti üçün Parla mentdə 5 deputat yeri ayrıldı. Be lə olduqda Rus 

Milli Şurası göstərilən cə miyyətlə bütün əlaqələrini kəs mək barədə qərar qəbul etdi. Lakin buna ba xmayaraq, Azə rbaycanda 

yaşayan rus əhalisinin təzyiq i  ilə  Rus Milli  Şurası 1919  il yanvarın  31-də Azərbaycan Parlamentinin  işində  iştirak etmək 

barədə  qərar  qəbul  etməyə  məcbur  oldu.  Erməni  milli  ko mitələri  də  Azə rbaycan  Parla mentinə  qarşı  sərt  mövqe  tutdular. 

Ermənilər  iki  aydan  ço x  müddət  ərzində  Parla mentə  gəlmədilər.  Onlar,  nəhayət,  yalnız  ö zlərinin  sərsəm  "Böyük 

Ermənistan" ideyasını təbliğ et mək üçün yeni tribuna əldə et mə k məqsədilə Parla mentdə iştira k et mə k qərarına gəld ilə r. 

Azərbaycan Xa lq Cü mhuriyyətinin  Parla menti yarandığı gündən öz işini de mokrat ik prinsiplər üzə rində qurmuşdu. 

Parla mentin təşkili haqqında qəbul edilmiş qanunda onun 120 nəfərdən  ibarət olması nəzə rdə tutulsa da, mü xtə lif səbəblər 

üzündən Parlamentdə heç zaman bu sayda deputat iştirak etməmişdir. 

1919 ilin a xırına ya xın, artıq Parla mentdə 11 fraksiya və qrupu cəmi 96 deputat təmsil edirdi. Azərbaycan Xalq Cüm-

huriyyətinin  Parla mentində  tə msil  olunan  siyasi  partiya  və  qurumların  qüvvələr  nisbəti  belə  idi:  "Müsavat"  və  bitərəflər 

fraksiyası - 38 nəfər, "İttihad" - 13 nəfər, "Əhrar" - 6 

 

 


165 

 

nəfər,  sosialistlər  fraksiyası  -  13  nəfər,  partiyasızlar  -  4  nəfər,  müstəqillə r-  3  nəfər,  sol  müstəqillər-  1  nəfə r,  Slavyan-rus 



cəmiyyəti  -  4  nəfə r,  erməni  fraksiyası  -  5  nəfər,  "Daşnaksutyun"  -  6  nəfər,  milli  a zlıqla r  fra ksiyası  -  4  nəfər.  Azərbaycan 

Parla mentində tə msil o lunan və ölkənin  milli  mənafeyini  müdafiə  edən fra ksiyala r və  qrupların ö z fəa liyyət   proqra mları   

barədə  verdikləri  bəyanatlarda  onların  məqsəd  birliy i  diqqəti  cə lb  edird i:  gənc  Azə rbaycan  Xalq  Cü mhuriyyətinin  

müstəqilliy i və ərazi to xunulmazlığın ı,  milli və siyasi hüquqlarını qoruyub saxlamaq, Azərbaycanla qonşu ölkələr arasında 

dostluq əlaqələri yarat maq və bu ə laqələ ri möhkə mləndirmə k, hüquqi-demo krat ik dövlət quruluşunu bərqərar et mə k, ölkəni 

müdafiə edə biləcək güclü ordu yaratmaq, geniş sosial islahatlar həyata keçirmək. 



 

Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin üzvləri 

(1918-20-ci illər) 

 

I. "Müsavat" və  bitərəflər fraksiyası 

 

1.  Məhəmməd  Əmin  Rəsulzadə.  2.  Həsən  bəy  Ağayev.  3.  Nəsib  bəy  Yusifbəyli  (Yusifbəyov).  4.  Xəlil  bəy  Xas-məmmədov. 

5.Məmməd  Həsən  Hacınski.  6.  Abbasqulu  Kazımzadə.  7.  Musa  bəy  Rəfizadə  (Rəfiyev).  8.  Şəfi  bəy  Rüstəmbəyli  (Rüstəmbəyov).  9. 

Cavad  bəy  Məlik-  Yeqanov.  10.  Mehdi  bəy  Hacınski.  11.  Mehdi  bəy  Hacıbabab əyov.  12.  Rəhim  bəy  Vəkilov.  13.  Hacı  Səlim 

Axundzadə.  14.  Mustafa  Mahmudov.  15.  Asəfbəy  Şıxəlibəyov.  16.  Əhməd  Həmdi  Qaraağazadə.  17.  Abuzər  bəy  Rzayev.  18.  Ağa 

Əminov. 19. Nəriman bəy Nərimanbəyli (Nərimanbəyov). 20. Mirzə Sadıx Axundzadə. 21. Müseyib bəy Axıcanov. 22. Mustafa bəy 

Vəkilov. 23. Məmməd Bağır Şıxzamanov. 24. Məmmədəli Rəsulzadə. 25. Murtuza Axundov. 26. Rza bəy Ağabəyov. 27. Məmmədrza 

Vəkilov.  28.  Cəlil  bəy  Sultanov.  29.  Əşrəf  Tağıyev.  30.  Məmməd  Yusif  Cəfərov.  31.  Mirzə  Əsədullayev.  32.  Yusif  Əhmədzadə 

(Əhmədov). 33. Baxış bəy Rüstəmbəyov. 34. Fətəlixan Xoyski. 35. Ağa bəy Səfərəliyev. 36. Əsədulla Əhmədov. 37. Ağa Aşurov. 38. 

Qulamhüseyn bəy Kazımbəyov. 39. Yusifəli Əliyev. 40. Mir Hidayət Seyidov.  

 

II “ Ġttihad” fraksiyası 

 

1.Qara bəy Qarabəyli (Qarabəyov). 2. Mir Yaqub Mehdi-yev. 3. Qazi Əhməd bəy Məhəmmədbəyov. 4. Cəmil bəy Ləmbəranski. 

5. Bəhram b əy Vəzirov. 6. Sultanməcid Qənizadə (Qəniyev). 7. Həmdulla əfəndi Əfəndizadə. 8. Zeynal bəy Vəzirov. 9. Heyb ətqulu bəy 

Məmmədbəyli (Məmmədbəyov). 10. Əli bəy Zizikski. 11. Qara bəy Əliverdilər. 12. Əsəd bəy Əmirov. 13. İsg əndər bəy Axundov. 14. 

Ağa bəy Səfərəliyev 

"Əhrar" fraksiyası 

 

1.  Aslan  bəy  Qardaşov.  2.  Hacı  Molla  Əhməd  Nuruzadə.  3.  Muxtar  əfəndi  Əfəndizadə.  4.  Qərib  Kərimoğlu.  5.  Bayram  Niyazi 

Kiçikxanlı (Kiçikxanov). 6. Hacı Hüseyn Əfəndiyev. 7. Qasımoğlu Hacı Əli. 8. Abdulla əfəndi Qabulov. 

 

IV. S osialistlər fraksiyası 

 

1. Səməd ağa Ağamalıoğlu (Ağamalov). 2. Əliheydər Qarayev. 3. Qasım bəy Camalbəyov. 4. Hacı Kərim Sanılı (Sanıyev)5. 

Əhməd  bəy  Pepinov.  6.  Camo  bəy  Hacınski.  7.  Rza  bəy  Qaraşarlı  (Qaraşarov).  8.  Aslan  bəy  Səfikürdlü  (Səfi-kürdski).  9.  İbrahim 

Əbilzadə  (Əbilov).  10.  Bağır  Rzayev.  11.  Vladislav  Bakradze.  12.  Əkbər  ağa  Şeyxülislamzadə  (Şeyxülislamov).  13.  İbrahim 

İsmayılzadə. 14. Abbas bəy Atamalıbəyov. 

V. Bitərə flər fraksiyası 

 

1. Bəhram bəy Axundov. 2. Behbud xan Cavanşir. 3. Əbdüləli bəy Əmircanov. 4 Əhməd bəy Ağayev

. 

 

VI. Müstəqillər fraksiyası 

 

1.  Əlimərdan  bəy  Topçubaşov.  2.  Səməd  bəy  Mehmandarov.  3.  Xudadat  bəy  Məlik-Aslanov.  4.  Baba  bəy  Qəbul-zadə 

(Qəbulov). 

VII. Sol müstəqillər fraksiyası 

 

1. Abdulla bəy Əfəndizadə (Əfəndiyev

) 

 

VIII. "Slavyan-rus cə miyyəti" fr aksiyası 

 

1. Viktor Klenevski. 2. Vasili Kravçenko. 3. Sergey Remizov. 4. M.N. Vinoqradov. 5. Fyodor Kotilevski. 

 

IX. Milli azlı qlar fraksiyası 

1. Loren s Kun. 2. Moisey Quxman. 3. Vasil Kujim. 4. Stanislav Vonsoviç. 5. Dubrovski. 6. Ollonqren V.K. 7. Mixaylov S.M.  

 

X Erməni fraksiyası 

 

1. Arşak Paronyan. 2. Yervan Taqionosov. 3. İsak Xocayev. 4. Stepan Taqionosov. 5. Georgi Şahnazarov. 

 

XI. "DaĢnaksutyun" fraksiyası 

1.  Arşak  Malxazyan.  2.  Xoren  Amaspür.  3.  Poqos  Çubaryan.  4.  Abqar  Papyan.  5.  Aleksandr  Ter-Azaryan.  6.  Boq-dan 

Balayans. 7. Papyan İ. 

166 

 

Parla mentdə fəaliyyət göstərən fraksiya və qrupla r a rasında ən iri və  aparıc ı  fra ksiya  milli  mənafe lərin daşıyıc ısı 



olan "Müsavat" fraksiyası id i. Bu  fraksiya, demokratik bitərəflər q rupu ilə b irlikdə, Parlamentin  və Höku mətin  fəaliyyətinin  

əsas  istiqamətlərin i  müəyyənləşdirir,  milli  mənafe  ilə  bağlı  bütün  qanun  və  qərarların  qəbul  edilməsində  həlledici  rol 

oynayırdı. 

Parla mentdə  ikinci  iri  fra ksiya  "İttihad"  partiyasına  mə xsus  idi.  Bu  fra ksiya  1919  ilin  dekabrına  qədər  milli-

demokratik cərəyana qarşı mü xalifətdə olmuş və Höku mətlə rin təşkilində iştira k et mə mişdir. 

Parla mentdə ifrat solçu mövqedən çıxış edən fra ksiyalardan biri də sosialistlər b loku idi. Onlar Azə rbaycanın Sovet 

Rusiyasına birləşdirilməsin i, yalnız Qırmızı ordunun Azərbaycana əsl azadlıq gətirə b iləcəyin i, iqtisadi və sosial islahatların  

yalnız sosializm quru luşu şəraitində  mü mkün olacağını təbliğ ed irdilər.  Bu blo k  Şimali Azərbaycanı yenidən işğal etməyi 

qarşısına məqsəd qoymuş bolşeviklərin əlaltısı rolunu oynayırdı. 

Ermənilər  Parla mentdə iki  fra ksiya  ilə  tə msil olunsalar da, əslində b ir  mövqedən çıxış ed ir və ermənilərin A zər-

baycana  qarşı  ərazi  iddialarına  haqq  qazandırmaq  üçün  bütün  imkanlardan  istifadə  edird ilər.  Sovet  işğalı  reallaşdıqda 

erməni fra ksiyaları bolşeviklə rin tərə finə keçdilər. 

Parlamentin  17  aylıq  fəaliyyəti  dövründə  145  iclası  keçirilmişdir.  Yetərsay  olmadığı  üçün  iclaslardan  15—i  baş 

tutmamışdır.  Qalan  130  iclasdan  ikisi  tarixi  (Azərbaycamn   istiqlalının  və  Bakının   azad   olun masının  1-ci  ildönümləri 

münasibətilə  1919  il  28  may  və  15  sentyabr  tarixli  iclasları);  dördü  təntənəli  (rus  inqilab ının  2-ci  və  3-cü  ildönümləri 

münasibətilə 1919 və 1920 il martın 12-də, Azərbaycanın Gürcüstanla hərbi əməkdaşlıq müqaviləsinə həsr olun muş 1919 il 

27  iyun və Paris sülh konfransı tərəfindən Azərbaycanın müstəqilliyin in de-fakto tanın ması  münasibətilə 1920  il  14 yanvar 

iclasları); ikisi  isə fövqəladə iclaslar  (Ermənistanın  Gürcüstana müharibə elan etməsi  ilə əlaqədar 1918  il  20 dekabr tarixli 

və  Azərbaycanla  Gürcüstan  arasında  iqtisadi  əmə kdaşlıq  haqqında  müqavilələrin  təsdiqi  münasibətilə  1920  il  17  mart  

tarixli)  olmuşdur.  Qalan  iclaslarda  ölkənin   daxili  və  xarici  siyasəti,  iqtisadiyyat  və  maliyyə  vəziyyəti,  qanunvericilik 

aktlarının   mü zakirəsi  və  qəbulu,  ordu  quruculuğu  və  s.  məsələlər  mü zakirə  olun muşdur.  Müzakirəyə  çıxarılan  qanun 

layihələ ri, bir qayda olaraq, ya lnız üçüncü o xunuşdan sonra q əbul edilirdi. 

Azərbaycan  Xalq  Cü mhuriyyəti  Pa rla mentinin  fəa liyyəti  dövründə  müzakirəyə  270-dən  çox  qanun  layihəsi  çıxa -

rılmış,  onlardan  təxminən  230-u  qəbul  edilmişdir.  Parlamentin  fəaliyyəti  onun  Nizamnaməsi  rolunu  oynayan "Azərbaycan 

Parlamentinin nakazı (təlimatı)" ilə tənzimlən irdi. 

Parla mentdə  11  ko missiya  fəaliyyət  göstərirdi:  maliyyə-büdcə  komissiyası;  qanunvericilik  tə kliflə ri  ko missiyası; 

Müəssislər  Məclisinə  seçkilər  keçirmək  üzrə  mərkəzi  ko missiya;  mandat  ko missiyası;  hərbi  ko missiya;  aqrar  məsələlər 

ko missiyası;  sorğular  üzrə  ko missiya;  təsərrüfat-sərəncamverici  ko missiya;  ölkənin  məhsuldar  qüvvələrindən  istifadə 

üzərində nəzarət ko missiyası; redaksiya ko missiyası və fəhlə məsələləri ü zrə ko missiya. 

Azərbaycan Xa lq Cü mhuriyyəti Parla mentinin  qəbul etdiy i bütün qanun və qərarla r müstəqil dövlətin  ilk qanun və 

qərarları  olduğu  üçün  böyük  əhəmiyyətə  ma lik  idi.  Bununla  belə,  onların  arasında  müstəsna  əhəmiyyət  kəsb  edən,  yəni 

Azərbaycan  Xalq   Cü mhuriyyəti  fəaliyyətinin  strateji  istiqamətlə rin i  müəyyənləşdirən  bir  sıra  qanunlar  da  o lmuşdur. 

Məsələn,  vətəndaşlıq,  ü mu mi  hə rbi  mü kəlləfiyyət,  mətbuat,  Milli  Ban kın  təsisi,  Bakı  Dövlət  Universitetin in  yaradılması, 

gömrük və poçt-teleqraf xid mətinin təkmilləşdirilməsi, məhkəmə qanunvericiliyi haqqında və bir ço x başqa qanunlar. 

Parla mentdə ordu quruculuğuna aid qanunların mü za kirəsi və qəbulu, de mə k o lar ki, mübahisəsiz və ü mu mi ra zılıq  

əsasında keçirilirdi. 

Ölkədə  xalq   maarifin in  in kişafı,  tədris  və  teatr-tamaşa  müəssisələrinin  milliləşdirilməsi,  yeni  tədris  müəssisələ-

rin in  açılması,  orada  dərs  deyən  müəllimlərin  maddi  vəziyyətinin  yaxşılaşdırılması  məsələləri  daim  Parlamentin  diqqət 

mə rkə zində olmuşdur. Ba kı Dövlət Universitetin in təsisi ilə  bağlı mü za kirə lər xüsusilə qızğ ın keç mişdir və  nəhayət, 1919 il 

sentyabrın 1-də müvafiq qanun qəbul edilmişdir. 

Azərbaycanda  elm  və  təhsilin  inkişafı,  milli  kadrların   yetişdirilməsi  sahəsində  də  Parla ment  mühü m  işlə r  gör-

müşdür.  100  nəfər  azərbaycanlı  gəncin  xarici  ali  məktəblərdə  dövlət  hesabına  təhsil  almaları  üçün  hazırlan mış  qanun 

layihəsi  Parla mentdə  geniş  mü zakirə   edilə rək  qəbul  o lunmuşdu.  Xa ricə  göndəriləcək  tələbələ ri  seç mək  üçün  Pa rla ment 

üzvləri  Məhəmməd  Əmin  Rəsulzadə,  Mehdi  bəy  Hacınski,  Əh məd   bəy  Pepinov,  Qara  bəy  Qarabəyov  və  Abdulla  bəy 

Əfəndiyevdən ibarət xüsusi müsabiqə ko missiyası yaradılmışdı. 

Parlamentin  qarşısında  duran  ən   mühüm  vəzifələrdən  biri  də  A zərbaycanın  istiqlaliyyətinin   beynəlxalq  aləmdə 

tanınmasına  nail  olmaqdan  ibarət  idi.  Buna  görə  də  1918  il  dekabrın  28-də  Parlamentin   sədri,  Azərbaycan  Xalq   Cü m-

huriyyətinin  beynəlxa lq  a lə mdə  tanın masında  əvə zsiz  xid mətləri  olmuş  Əlimə rdan  bəy  Topçubaşovun  rəhbərliyi  ilə  

Fransaya  -  Pa ris  sülh  konfransına  nüfuzlu   nümayəndə  heyəti  göndərilmişdi.  Nü mayəndə  heyəti  1920  il  yanvarın   11-də  

Azərbaycanın müstəqilliyin in konfransdakı əsas ölkə lər tərəfindən de-fa kto tanın masına nail olmuşdu. 1920 il apre lin  22-də  

Azərbaycan Xalq  Cü mhuriyyəti  Parla menti  Paris sülh konfransında öz missiyasını yerinə yetirmiş Azərbaycan nümayəndə 

heyətini bura xmaq, Qərbi Avropa ölkə lərində (İngiltərə , Fransa, İta liya, Sovet Rusiyası, Almaniya, İsveçrə, Polşa) və  ABŞ-

da diplo matik nü mayəndəliklər açmaq haqqında qanun qəbul etmişdir. 

Azərbaycan Xa lq Cü mhuriyyəti Höku mət i Gürcüstanla 1919 ilin  yayında Den ikinə  qarşı b irgə  mübarizə , 1920 ilin  

martında  isə  iqtisadi  və  siyasi  əməkdaşlıq  haqqında  müqavilələr  imzalamış  və  bu  müqavilələr  Parlamentdə  təsdiq 

olunmuşdu. 



167 

 

İranla  münasibətlərin tənzimlən məsi sahəsində də bir sıra  mühüm addımlar atılmışdı. Belə  ki, 1920 il  martın  20-də 



İran  ilə  Azərbaycan  arasında,  ilk  dəfə  olaraq,  Azərbaycanın  de-yure  tanınmasını  təsdiqləyən  dostluq  haqqında  saziş, 

həmç inin konsulluq, ticarət, poçt-teleqraf ə laqələri, məh kə mə qəra rla rın ın icrası və s. haqqında bir sıra  ikitərəfli müqavilə lər 

imzalan mış və Parlament tərəfindən 1920 il aprelin 15-də təsdiq edilmişdir. 

"Müsavat"  partiyası  və  bitərəflər  fraksiyası  tərəfindən  hazırlan mış  Torpaq  islahatı  haqqında  29  maddədən  ibarət 

qanun layihəsi 1920 il fevra lın 21 -də "Azə rbaycan" qəzetində dərc olunmuş və ümu mxa lq mü zakirəsinə ç ıxa rılmışdı. 

La kin  Aprel işğalı (1920) ilə ə laqədar hə min qanun lay ihəsinin reallaşdırılması mü mkün o lmadı. A zərbaycan Xalq  

Cü mhuriyyəti  Parlamenti  17  aylıq  fəaliyyəti  dövründə  yüksək  işgüzarlıq  nümayiş  etdirdi,  Azərbaycan  xalqının  həqiqətən 

parla ment idarəç iliy i səviyyəsinə yüksəldiyini sübut etdi. Aprel işğalı nəticəsində fəaliyyəti yarımç ıq qalsa da, Azərbaycan 

Xalq Cü mhuriyyətinin Pa rla ment i Azə rbaycan xalq ının dövlətçilik və ictimai-siyasi fikir tarixində misilsiz rol oynamışdır. 

 

Əd:  Azərbaycan  Xalq  Cümhuriyyəti  (1918-1920).  Parlament  (stenoqrafik  hesabatlar),  2  cilddə,  B.,  1998;  Paşayev  A., 

Açılmamış  səhifələrin  izi  ilə,  B.,  2001;  Mahmudov  Y.,  Azərbaycanın  dövlətçilik  və  parlamentarizm  ənənələri  tarixindən,  "Müstəqil 

dövlətimiz və parlamentimiz" (məqalələr məcmuəsi), B., 2001. 


Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin