Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə21/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   ...   17   18   19   20   21   22   23   24   ...   80

AYOLLO  Q.Q.  -  Bakı  menşeviklərinin   liderlərindən  biri.  1917  il  ma rtın   7-də  Ba kı  rayonu  Fəhlə   Deputatları 

Sovetinin  1-c i  iclasın ın  sədri  olmuşdur.  1917-18  illərdə  Bakı  Sovetinin  deputatı  olan  Ayollo  bolşeviklərə  qarşı  fəa l 

mübarizə  aparmışdır.  "Sentrokaspi  diktaturası"  hökumətinin  tərkibinə  daxil  idi.  A zərbaycanda  sovet  hakimiyyəti 

qurulduqdan (1920) sonra mühacirət etmişdir. 



AZADISTAN, A z a d l ı q  ö l k ə s i ,  A z a d ı s t a n   m ə m l ə  k ə t i - Azərbaycanın cənubunda şahlıq re jiminə qarşı 

Şey x Məhəmməd  Xiyabaninin başçılığ ı  ilə  milli azad lıq  hərəkatı nəticəsində yaradılmış respublika tip li demokratik dövlət 

qurumu,  Milli Höku mət (1920, aprel - sentyabr). 

Birinci dünya  müharibəsinin (1914-18) doğurduğu tarixi şəraitdə Azərbaycanın şimalında (Şimali Azərbaycanda) 

olduğu  kimi,  ölkənin  cənubunda  (Cənubi  Azərbaycanda)  da  xalq  ö z  milli  dövlətçilik  ənənələrinin  d irçəlişi  uğrunda 

mübarizəyə qalxd ı. 

 

 

 



144 

 

Müharibə  illərində  İran  ərazisi,  o  cü mlədən  ölkən in  şimal-qərb ini  əhatə  edən  Azərbaycan  (Cənubi  Azərbaycan) 



torpaqları  da  xarici  dövlətlərin  hərb i  əməliyyat  meydanına  çevrilmişdi.  İran  irticası  və  yadelli  işğalçıların   ağalığı  xalqın  

onsuz da ağ ır olan vəziyyətini daha da ağırlaşdırmış, ö lkə daxilindəki ziddiyyətləri son həddə çatdırmışdı. Rusiyada 1917 il 

Fevral inqilabı nəticəsində çar mütləqiyyəti devrilsə də, rus qoşunları hələ də Cənubi A zərbaycanı işğal altında saxlay ırd ılar. 

Şahlıq  rejiminə  və  xarici  işğalçılara  qarşı  bütün  İranı  bürüyən  xalq  hərəkatı  -  konstitusiyalı  quruluş  və  demokratik 

dəyişikliklə r uğranda mübarizə, ço x çə kmədən,Cənubi Azərbaycanda milli azad lıq hə rəkatı xa rakteri almağa başladı. 

Rusiyada baş verən hadisələr, Azərbaycanın şimalında azad lıq hərəkatın ın qələbəsi,  milli dövlətçilik ənənələrinin  

dirçəlişi və Azərbaycan Xalq Cü mhuriyyətinin həyata keçirdiyi islahatlar ölkənin cənubunda milli azadlıq  hərəkatını daha da 

qüvvətləndirdi.  Cənubi  A zərbaycanda  milli  azadlıq  hərəkatına  1905-11  illər  İran  inqilabının  fəal  iştirakçısı  olan  Şey x 

Məhəmməd Xiyabani (1879-1920) rəhbərlik edirdi. 

Xiyabaninin başçılıq etdiyi azad lıq  mücah idləri daxili  irticaya və yadelli işğalçılara qarşı  mübarizə aparmaqla bə-

rabər,  ölkə  miqyasında  yeniləşmə  -  de mokratik  dəyişikliklə r  aparılmasına  da  tələb  edir,  bütün  İranda  xalq  inqilabının  

qələbəsinə,  şahlıq  re jimin in  a radan  qaldırılmasına  və  respublika  tipli  de mokratik  dövlət  yaradılmasına  çalışır,  yeni 

yaradılacaq demokratik  İran dövlətinin  tərkibində  Cənubi A zərbaycana  mu xtariyyət verilməsi uğrunda  mübarizə ed ird ilər. 

Cənubi Azərbaycan əhalisinin vahid cəbhə halında azadlıq  mücadiləsinə qalxmasında Azərbaycan Demo krat Firqəsi (ADF) 

mühüm rol oynayırdı. ADF-nin Mərkəzi Ko mitəsinə Şey x Məhəmməd Xiyabani rəhbərlik edirdi. 

Xiyabaninin  göstərişi ilə hərəkət edən demokratlar Təbriz, Ərdəbil, Xoy, Urmiya, Sərab, Zəncan və b. Azərbaycan 

şəhərlərində  əhalini  mitinqlərə  qald ırır,  ingilispərəst  İran  hökumətinin  istefasını  və  ö lkədə  demokratik  islahatlar 

keçirilməsin i  tələb   edird ilər.  Milli  azadlıq  hərəkatının  genişlən məkdə  olduğu  bir  şəraitdə  -  1918  ilin  əvvəllərində  rus 

qoşunları  Cənubi  A zərbaycandan  çıxarıldı.  Bundan  istifadə  edən  İngiltərə  ö z  hərb i  qüvvələrini  Cənubi  Azərbaycanda 

yerləşdirməyə başladı. İngilislər  Bakı neft inə can atırdılar.  İngiltə rə höku məti, ə lavə ola raq, genera l  Denstervilin  başçılığı 

ilə   İrana  yeni  hərb i  qüvvələr  də  göndərdi.  Genera l  Denstervilə   Ənzə lini,  Rəşti  və   Bakını  ə lə   keç irmək  barədə  göstəriş 

verilmişdi. 

İngilislərin,  guya  "türk  təhlükəsini"  "qabaqlamaq"  məqsədilə,  Cənubi  Azərbaycanın  Türkiyə  ilə  həmsərhəd 

rayonların ı  ələ  keçirmələri  və  bununla  bütün  İranı  nəzarət  altına  almaları  ö lkədə  narazılığ ı  daha  da  artırd ı.  Cənubi 

Azərbaycanda milli a zadlıq hərə katını daha da gücləndirdi. 

Belə bir şəraitdə keçmiş rus  zabitləri tərəfindən silahlandırılmış erməni quldurları Şərqi A nadoluda və Şimali 

Azərbaycanda  olduğu  kimi,  Cənubi  Azərbaycanın  Türkiyə  ilə  sərhəd  bölgələrində  də  Azərbaycan  türklərinə  qarşı 

soyqırımına  başladılar.  Fransız  zabitləri  və  Amerika  missionerləri  tərəfindən  qızışdırılan  aysorlar  və  kürdlər  də 

Azərbaycan xalqına qarşı törədilən bu qanlı qırğında fəal iştirak edirdilər. Yaranmış ağır vəziyyətdə qardaş Türkiyənin 

hərbi  qüvvələri  Cənubi  Azərbaycan  türklərinin  köməyinə  çatdı.  1918  ilin  martından  başlayaraq  Maku,  Urmiya  və  

Salması  işğalçılardan  və  erməni-aysor-kürd   quldurlarından  təmizləyən  türk  hərbi  hissələri  Təbrizə  daxil  oldular. 

Beləliklə, Cənubi Azərbaycan ərazisində də azərbaycanlılara qarşı həyata keçirilən soyqırımının qarşısı alındı 

Lakin  Tü rkiyə  üçün  yaranmış  çox  ağır  beynəlxalq  şəraitdə  türk  hərbi  qüvvələri  1918  ilin  noyabrında  Cənubi 

Azərbaycanı tərk et mə li oldula r.  Bundan istifadə edən  ingilislər Təbriz də da xil o lmaqla , bütün Cənubi Azə rbaycanı işğal 

etdilər.  Belə liklə,  İran  əra zisi  ta ma milə  ingilislərin  nə zarəti  a ltına  keçdi.  Bununla,  bölgədə  ermənilərin  də  mövqeyi 

möhkəmləndi.  Beləliklə,  A zərbaycan  türklərinin  başı  üstünü  yenidən soyqırımı  təhlükəsi  aldı.  Xalqını  birləşərək,  ö zünü 

müdafiə et mə kdən başqa çıxış yolu qalma mışdı. 

Yaran mış bu ağır şəraitdə 1919 il avqustun 9-da işğalçıların təzy iqi altında İran la İngiltərə arasında saziş bağlandı. 

Sazişin  şərtlərinə  əsasən  İran  İngiltərədən  asılı  dövlətə  çevrilirdi.  Odur  ki,  9  avqust  sazişi  xalq  hərəkatın ı  daha  da 

alovlandırdı.  Bütün İran, o cü mlədən Cənubi A zərbaycan bu alçald ıcı sazişə qarşı ayağa qalxd ı. Cənubi A zərbaycanın hər 

yerində izd iha mlı  mitinqlə r və  nümay işlər başlandı.  1919 ilin oktyabrında üsyana qalxan  Təbriz  mücahid ləri  İran  valisini 

şəhərdən qovdular. Bundan çox keçməmiş, Təbriz əhalisinin tələbi ilə ingilis hərbi h issələri də şəhərdən çıxarıldı. 

Milli  azadlıq  hərəkatı  getdikcə  daha  ardıcıl  xarakter  aldı  və  özünün  həlledici  mərhələsinə  daxil  oldu.  1920  il 

aprelin 7-də Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə Təbrizdə silahlı üsyan başlandı. Bütün Təbriz əhalisi üsyançıların 

müdafiəsinə qalxdı. Üsyanı yatırtmaq üçün mərkəzdən göndərilmiş polis dəstələri buna cəsarət göstərməyərək, şəhəri tərk 

etdilər.  Xalqın  misli  görünməmiş  fəallığı  nəticəsində  1920  il  7  Aprel  üsyanı  qan  tök ülmədən  qalib  gəldi.  Üsyanın  qalib 

gəldiyi  7  Aprel  günü  xalq  qarşısında  çıxış  edən  Şeyx  Məhəmməd  Xiyabani  həmin  gündən  etibarən  Azərbaycanın  adının 

dəyişdirilərək  "Azadıstan" ("Azadıstan məmləkəti", "Azadlıq ölk əsi") adlandırılacağını bəyan etdi. 

Təbriz  üsyançıları  dərhal  ə mə li  fəaliyyətə  başladılar.  Mərkə zdən  göndərilmiş  dövlət  mə mu rla rı  və  hərbi  qulluq-

çular vəzifələrindən kənar edildilər.  Bütün dövlət idarəçiliyi ADF fəalların ın əlinə  keçdi.  Beləliklə, bütün İran  ərazisində 

demokratik  dəyişikliklər  və  yeniləş mə  uğranda  başlanmış  hərəkat,  nəticə   etibarilə ,  milli  a zadlıq  hərəkat ına  çevrild i. 

Azərbaycanın  müstəqil  dövlətçilik  ənənələrinin   dirçəldilməsinə   başlandı.  Xalq   a zadlığa  can  atır,  özünün  müstəqil,  milli 

dövlətini yaratmaq istəyirdi. 

Təbrizdə silah lı üsyan qələbə çaldıqdan sonra Xoy, Ərdəbil, Astara, Marağa, Əhər və Zəncanda da üsyanlar baş 

 

 



145 

 

verdi.  Cənubi  A zərbaycanda  baş  verən  milli  a zadlıq  hərə katı  İran ın  başqa  yerlərində  də  da xili  irt icadan  və  ingilislə rdən 



narazı olan qüvvələr tərəfindən rəğbətlə qarşılandı. 

İrticaya və ingilis ağalığına qarşı ü mu mxalq narazılığ ının bütün İranı əhatə etdiyi şəraitdə Təbriz üsyançıları daha 

qəti addımlar at mağa başladılar. 1920 il iyunun 23-də Təbrizdə Ş.M.Xiyabaninin başçılığ ı ilə  Milli Hökumət yaradıld ı. A DF 

fəallarından ibarət olan M illi Höku mətin tərkibinə əhalinin mü xtə lif təbəqələrinin nü mayəndələri da xil id i. 

Milli Hö ku mətin  fəaliyyətə başladığı 24 İyun günü Təbrizdə ü mu mxalq bayramına çevrildi.  Bütün müəssisələrdə, 

tədris  ocaqlarında  iş  dayandırıld ı,  baza rla r,  dükanlar  bağlandı.  Milli  Höku mətin  qərarı  ilə,  İran  valisi  də  daxil  olmaq la, 

mə rkə zdən  göndərilmiş  bütün  dövlət  mə mu rla rı  Təbrizdən  çıxa rıld ıla r.  Bu,  fa ktiki  olaraq,  Cənubi  Azə rbaycanda  mürtəce 

şahlıq  rejiminin-İran  hakimiyyətinin  devrilməsi  və  milli  dövlətçilik  ənənələrinin  dirçəlişi  demək  id i.  Şey x  Məhəmməd  

Xiyabaninin başçılıq etdiyi Milli Hö ku mət isə müstəqil demo kratik respublika funksiyasını yerinə yetirirdi. 

Bununla belə,  xa lqın ta ma milə  müstəqil yaşamaq əzminə ba xmayaraq, Milli Höku mət təkcə  Cənubi Azərbaycanın  

deyil, bütün İranın demokratikləşdirilməsi və ö lkədə konstitusiyalı quruluş yaradılması, daxili irticaya və  ingilis ağalığına 

son  qoyulması  uğrunda  mübarizə  xəttini  davam  etdirir,  Cənubi  A zərbaycana  qarşı  yerid ilən  ayrıseçkilik  siyasətinə  qarşı 

çıxırd ı.  Beləliklə,  xalq ın  tam  müstəqilliyə  can   atmasına  və  faktiki  o laraq,  özünün  müstəqil  demokratik  respublikasını 

yaratmasına baxmayaraq, Milli Höku mət Cənubi Azərbaycanın tam müstəqilliyi uğrunda deyil, yeni yarad ılacaq demokratik 

İranın tərkibində milli mu xtariyyət hüququ əldə etmək uğrunda mübarizə aparırdı. Milli Höku mətin rəhbərləri inanırd ılar ki, 

Təbrizdən  sonra  bütün  İran  ayağa  qalxacaq,  şahlıq  idarə  üsulu  devriləcə k,  xa lq  hakimiyyətə  gələcək  və  bütün  ölkədə 

respublika  quruluşu  bərqərar  olacaqdır;  yeni  yaradılacaq  ü mu miran   xa lq  höku mət inin  təşkilində  və  tərkib ində 

azərbaycanlılar mühüm rol oynayacaqlar. Xiyabani əmin id i ki, "Təbriz İrana nicat verəcəkdir!". 

Be ləliklə,  qarşısına  İrandan  ayrılıb  müstəqil  Azərbaycan  dövləti  yarat maq  kimi  siyasi  vəzifə  qoymayan  M illi 

Höku mət  iqtisadiyyat,  maarif, səhiyyə və s. sahələrdə islahatlara başladı. İlk növbədə dözülməz vəziyyətə düşmüş yoxsul 

əhalinin,  o  cü mlədən  təbrizlilərin   vəziyyətini  yaxşılaşdırmaq  üçün  mü xtəlif  xarakterli  tədbirlər  görüldü.  Savadsızlığın  

ləğvinə başlandı. Milli  mə ktəblər,  xəstəxana lar aç ıld ı. Təbrizdə yoxsul uşaqları üçün puls uz qız  məktəbi  fəaliyyətə başladı. 

Yeni  açılmış  milli  məktəblərdə  dərs  demək  üçün  Bakıdan,  Tü rkiyədən,  habelə  Tiflisdən  müəllimlər  dəvət  olundu.  Milli 

qvardiya yaradılması üçün hazırlıq işlərinə başlandı. Milli Höku mətin  öz jandarm və polis dəstələri yaradıld ı. Polis məktəbi 

açıld ı. Eyni zamanda yeni iş yerləri açılması, pul islahatı keçirilməsi, bank-maliyyə sistemi yaradılması, bələd iyyə seçkiləri 

keçirilməsi üçün hazırlıq  işləri görülməsinə, torpaq islahatına başlandı.  Bu  məqsədlə yeni idarələr,  müəssisələr, nazirliklər 

yaradıldı. 

Gö ründüyü  kimi,  Milli  Hö ku mətin  həyata  keçirdiy i  bütün  tədbirlərin,  habelə  nəzərdə  tutulan  islahatların  özü  də, 

əslində, Cənubi A zərbaycanda Respublika tipli  müstəqil, demokratik dövlət yaradılmasına yönəlmişdi.  Yaradılmaqda olan  

müstəqil  Azərbaycan  dövləti  Azadıstan  məmləkəti  adlanırdı.  Buna  müvafiq  olaraq  bütün  rəsmi  sənədlərdə,  blanklarda, 

habelə  nazirliklərin,  idarə   və  müəssisələrin  adı  ə ks  olunan  lövhələrdə  A zərbaycan  adı  "Azadıstan"la  əvəz  olundu. 

azərbaycanlıların  u lu  vətəni  o lan  qədim  "Azərbaycan"  adının   dəyişdirilməsi  səhv  addım  olsa  da,  ö lkə mizin  cənubunda 

respublika  tip li  yeni  dövlətin  yaradılması  xalq ın  mürtəce  şahlıq  rejimindən  qurtularaq  azad,  müstəqil  yaşamaq,  qədim 

dövlətçilik ənənələrin i dirçəltmək arzularını əks etdirirdi. 

Xiyabani ö z doğ ma xalq ını daim maariflən məyə, in kişaf naminə mübarizəyə çağırır, müstəqilliyin, azadlığın yaln ız 

bu yolla ə ldə olunacağına  inanırd ı. O, Təbrizin şəhər bağında təşkil olun muş yığıncaqla rda öz  mütərəqqi fikirlə rini təbliğ  

edirdi.  Şey x  Məhəmməd  Xiyabaninin  15  iyun  1920  ildə  söylədiyi  nitqində  onun  mübarizəsinin  əsas  ideyaları  ö z  əksini 

tapmışdır: 



"Mənliyini  sevmək  təbii  və  ümumi  bir  qanundur.  Hər  bir  adam,  hər  bir  canlı  bəşər  özünü  başqasından  çox 

sevər. Buna görə də bir cəmiyyət öz rifah halını yaxşılaşdırmağı başqasından gözl əməməlidir. Xüsusilə özünə nisbətən 

rabitə və yaxınhğı olmayanlardan yardım və xidmət gözləmək yersizdir. Öz şəxsiyyətinə hörmət etmək, ona inanmaq da 

mənliyini sevməklə bir sırada qoyulmalıdır. Bir xalq, bir cəmiyyət təkəbbürlü və özündən bədgüman olmamalıdır. İnsan 

öz şəxsi etimadının əsasını laxladan alçaqlığı, acizlik qədər təvazökarlığı qəbul etməməlidir. Bəşəriyyət bütün üzvlərinin 

birlikdə  olan  fəaliyyətinə  və  yardımına  möhtacdır.  Elə  təsəvvür  edilməməlidir  ki,  dünyada  yaşayan  kiçik  bir  xalq 

bəşəriyyətə xeyir verə bilməz və  onun varlığına etinasız  miinasibət bəsləmək olar. Çox təəssüf olsun ki, biz öz qədr və  

qiymətimizi  çox  az  bilmiş,  bəlkə  də  özümüzdə  olan  mə nlikdən  xəbər  tutmamışıq.  Bu,  fərdlərin  həyatında  təcrübədən 

keçirilmişdir. Yüksək xüsusiyyətə malik olan, ali fikirlərə xidmət edən, öz dərəcə və heysiyyətini qiymətləndirən və bunun 

qorunması üçün çalışan şəxslər həmişə yüksək məqama çatmışlar. Məhz buna görədir ki, bir çox ədib və filosoflar öz 

şəxsiyyətləri  naminə  ali  dərəcəyə  çatmış  və  padşahları  belə  öz  zəhmət  və  qüdrətlərinə  hörmət  göstərməyə  məcbur 

etmişlər.  Onlar  saraylarda  ən  parlaq  yer  tutmuşlar.  Xalqlar  dəxi  bu  əzəməti,  mənəvi  qüvvəni,  mənliyi  və  öz  varlığına 

etimadı  üzə  çıxarmaqla  tərəqqi  və  inkişafa  nail  ola  bilərlər.  Azad  və  müstəqil  olmaq  istəyən  bir  xalq,  öz  həyatına  və 

ictimai  məsələlərə  laqeyd  qala  bilməz.  Biz  dəxi  mütərəqqi  xalqlar  cərgəsinə  çatmaq  üçün  öz  fikir  və  hissiyyatımızı 

onların dərəcəsinə qaldırmalıyıq. 

Bir xalqın şərafəti üçün birinci şərt onun müstəqil olmasıdır. 

146 

 

Müstəqil olmayan bir xalqın əzmi və hörməti yoxdur. Xalqın istiqlaliyyətini onun əxlaqi fəziləti saxlaya bilər. 



Hər bir xalqın istiqlaliyyətini qoruyan onun mərdlik və şücaətidir''. 

Cənubi A zərbaycanda milli a zadlıq hərəkat ı dərinləş məkdə  idi. Azə rbaycan xa lqı, ölkənin  şimalında olduğu kimi, 

cənubunda  da,  faktiki  olaraq,  özünün  respublika  tipli  demokratik  dövlətini  yaratmağa  başlamışdı.  Azadıstan  məmlə kətinin  

uğurları bütün İranı hərəkətə gətirmişdi. Lərzəyə düşən şahlıq rejimi, həmçinin İranı öz asılılığında saxlamağa çalışan və Bakı 

neftinə  can  atan  ingilislər  real  təhlükə  qarşısında  qalmışdılar.  Odur  ki,  İran  irticası  və  ona  yaxından  kömə k  edən  ingilislər 

Tehranda  Milli  Höku mətə  qarşı  qəsd  hazırla mağa  başlamışdılar.  Tehran  rejimi  bir  tərəfdən,  Milli  Höku mətin  başını 

qarışdırmaq  üçün  Ş.M.Xiyabani  ilə  danışıqlar  aparır,  mü xtəlif  vədlər  verir,  digər  tərəfdən  isə  Təbrizə  hücum  planı 

hazırlayırdı.  Bütün  hazırlıq  işləri  başa  çatdırıldıqdan  sonra  1920  il  sentyabrın  12-də  təpədən  dırnağadək  silahlanmış  irtica 

qüvvələri Təbrizə hücum etdilər. Təbriz üsyançıları  iki gün ərzində qəhrəmancasına  müqavimət göstərdilər. Lakin sayca çox 

olan və yaxşı silahlanmış niza mi höku mət qüvvələri üstünlüyü ələ ala  bildi. Sentyabrın  14-də Xiyabani öldürüldü və üsyan 

qan  içində  boğuldu.  Beləliklə,  Azərbaycan  xalqın ın  istiqlal  mübarizəsinin  daha  bir  parlaq  səhifəsi  tarixə  qovuşdu.  Şimali 

Azərbaycanda  Sovet  Rusiyasının  qanlı  bolşevik  rejimi  Azərbaycan  Xalq  Cümhuriyyətinin  varlığına  son  qoyduğu  kimi, 

Cənubi Azərbaycanda da İranın irticaçı şahlıq rejimi Azadıstan məmləkətini qan içində boğdu. Vaxtilə Güliistanda və 

Türkmənçayda Azərbaycanı öz aralarında iki yerə parçalamış qüvvələr onun azadlığa çıxmasına yol vermədilər. Yenə də 

Azərbaycanın şimalı Rusiyanın, cənubu isə İranın tərkibində qaldı. 

 

Əd.: Həbibov Ə., Cənubi Azərbaycanda azadlıq hərəkatı, B., 1988; Tağıyeva Ş.Ə., 1920-ci il Təbriz üsyanı, B., 1990. 

 

AZADLIQ  ÖLKƏSĠ  –  A zərbaycanın  cənubunda şahlıq  rejiminə  qarşı  Şey x  Məhəmməd  Xiyabaninin  başçılığ ı 

altında milli azadlıq hərəkatı nəticəsində yaradılmış respublika tipli demokratik dövlət qurumu, Milli Hö ku mət (1920, aprel - 

sentyabr) (ba x Azadıstan).  

 

 

 

 

 

 

 

 

"AZƏRBAYCAN"  -  qəzet,  A zərbaycan  Xalq  Cü mhuriyyəti  Höku mətinin  orqanı.  Gəncədə,  sonralar  isə  Bakıda 

Azərbaycan  və  rus  dillə rində  nəşr  olunmuşdur.  4  nömrəsi  Gəncədə,  sonrakı  nömrə ləri  isə  Bakıda  ç ıxmışdır.  Qə zetin  ilk 

nömrəsi  1918  il  sentyabrın  15-də  Gəncə  qubernatorunun  mətbəəsində  çap  edilmişdir.  Dörd   səhifədən  ibarət  olan   bu 

nömrənin   iki  səhifəsi  A zərbaycan,  iki  səhifəsi  isə  rus  dilində  buraxılmışdır.  Gəncədə  buraxılan  axırıncı  (dördüncü) 

nömrənin   üç  səhifəsi  rus,  bir  səhifəsi  isə  Azərbaycan  dilində  id i.  Qəzetin   Gəncədə  Azərbaycan  dilində  buraxılmış 

səhifələrinin başında qəzet in adı ilə  yanaşı "Türk və islamçılığa aid məqalələrə "Azərbaycan"ın səhifələri açıqdır" yazısı 

da verilmişdir. Qəzetin b irinci nö mrəsində "Heyəti-təhriyyə" ("Redaksiya heyəti") imzası ilə böyük bir yazı verilmişdir. Bu  

nömrədə  Bakının  azad  edilməsi  ilə  bağlı  xəbərlər  daha  çox  d iqqəti  cəlb  edir:  " Dünən  gecə  Azərbaycan  Cümhuriyyəti 

Höku məti  ad ına  Qafqaz  İslam  Ordusunun  komandanı  Nuru  paşa  həzrətləri  tərəfindən  belə  bir  teleqram  gəlmişdir: 

"Bismillahir  rəhmanir  rəhim!  Bakı  şəhəri  15.09.18,  saat  9-a  işləmiş  igid  ordu  hissələrimiz  tərəfindən  zəbt  olundu. 

Qafqaz, İslam Ordusunun komandanı Fərrux Nuri". 

"Azərbaycan" qəzetinin  hə min  nö mrəsində  Azərbaycan  Cü mhuriyyəti  Höku mət inin  sədri  F.x.Xoyskin in  adından 

Nuru paşaya cavab teleqramı da derc olun muşdur:  "Qafqaz  İslam  Ordusunun komandanı Səadətli Nuru paşa həzrətlərinə. 

Təhtik omandanızda  olan  cəsur  türk   əsgərlərimiz  tərəfindən  Azərbaycanın  paytaxtı  olan  Bak ının  düşmənlərdən  xilas 

edilməsi  münasibətilə  millətin  zati-həmiyyət-pərvəranələrinə  və  dünyanın  ən nəcib  əsgəri  olan  türk   oğullarına  minnətdar 

olduğumu ərz etməklə iftixar edirəm, əfəndim. Heyəti-vükəla rəisi Fətəli xan



. 

Qəzet in  yu xarıda  göstərilən  nömrəsində  Məhəmməd  Hadin in  türk  əsgərinin  şücaətini  vəsf  edən  "Türk  nəğməsi"  

şeri də dərc olun muşdu: 

 

Türkün tökülən qanları bihudə gedərmi?  

Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi? 

 Dörd ildə verilmiş bu qədər can hədər olmaz,  

Məfkurə yolunda tökülən qan hədər olmaz 

 

 

 



147 

 

Qiymətli olan xuni-şəhidan hədər olmaz,  



Dul qalmış köhəni-nisvan hədər olmaz. 

 Bax sən sonuna, hümməti-türkan hədər olmaz,  

Bədbəxt olan əfqani-yetiman hədər olmaz.  

Türkün tökülən qanları bihudə gedərmi? 

 Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi? 

 

"Azərbaycan" qəzetinin Bakıda Azərbaycan dilində nəşr olunmuş beşinci nömrəsi 1918 il oktyabrın 3-də, rus dilində  



isə oktyabrın  7-də bura xılmışdır.  Bu nö mrədən etibarən qə zetin  adı  altında  "Gündəlik  siyasi, ictimai,  ədəbi,  iqtisadi  türk 

qəzetəsidir"  sözləri  ya zılmağa  başlamışdır.  Qəzet  Azərbaycan  dilində  çıxan  a ltıncı  nö mrəsindən,  rus  dilində  isə  beşinci 

nömrəsindən "mühərrirləri:  Ceyhun bəy Hacıbəyli və Şəfi bəy  Rüstəmbəyli"  imzaları  ilə buraxılmışdır.  Həmin il noyabrın 

28-dən isə Azərbaycan dilində olan nömrə lər  Ceyhun bəy Hacıbəylinin, rus dilində olan nömrə lər Şə fi bəy Rüstəmbəylinin  

redaktorluğu ilə nəşr edilmişdir. 

1918

 

il dekabrın  31-nə qədər "Azərbaycan" qəzetinin  Azərbaycan dilində 75 nömrəsi, rus dilində  isə  70 nö mrəsi 



işıq üzü görmüşdü. 

1919


 

il  yanvarın  16-da  bura xılmış  89-cu  nömrəsindən  etibarən  "Azərbaycan"  qəzetini  Üzeyir  bəy  Hac ıbəyli  im-

zalamışdır.  Həmin  il  iyulun  4-də  çapdan  çıxmış  216-cı  nömrəsindən  qəzetə  "müvəqqəti  müdir  Xəlil  İb rahim"  rəhbərlik 

etmişdir.  1919  il  sentyabrın  3-dən  1920  il  aprelin  28-nə  kimi  Üzeyir  bəy  Hacıbəyli  yenidən  qəzetin  redaktoru  olmuşdur. 

"Azərbaycan" qəzetinin 1918 il sentyabrın 15-dən1919 il de kabrın  31-nə  qədər 358 nö mrəsi, 1920 il yanvarın  1-dən apre lin  

28-nə qədər isə 85 nö mrəsi çap olun muşdur. Bütövlükdə 1918-20 illər a rasında qəzetin cə mi 443 nö mrəsi çıxmışd ır. 

"Azərbaycan"  qəzetinin  sentyabrın  19-da  rus  dilində  çapdan  çıxmış   ikinci  nö mrəsində  Şə fi  bəy  Rüstəmbəyli 

"Düşünmək  vaxtıdır"  məqaləsində  "Daşnaksutyun"  partiyasının  şovinist  siyas ətini  tənqid  edərək  yazırdı:  " Bizim  üçün 

vacibdir ki, e rməni xa lq ı nəhayət "Daşnaksutyun" partiyasının siyasi avantürasının məhvə məhku mluğunu başa düşsün, hələ 

nə qədər ki gec deyil, ondan üz döndərsin, öz qonşuları  ilə sə mimi və  mehriban yaşamaq yoluna qədəm qoysun. Başqa yol 

onlar üçün daim fəlakətli olacaqdır". 

Qəzet in  Gəncədə  çıxmış   dördüncü  nömrəsinin  A zərbaycan  dilindəki  səhifəsində  Abid  imza lı  müə llifin  " Ye rin i 

bulmuş arzular" başlıqlı geniş məqaləsi verilmişdir. Məqalədə 19 əsrin əvvəllərində Şimali A zərbaycan xanlıqların ın Rusiya 

tərəfindən  işğal edildiy i dövrdən başlayaraq,  xalq ın başına aç ılmış  müsibətlə rdən, A zərbaycan  xa lqın ın yadelli  işğalçılara  

qarşı azadlıq mübarizəsindən və nəticədə öz istiqlalına nail olmasından bəhs olunurdu. 

Paris sülh konfransında (1919-20) iştirak etmək üçün Azərbaycan Xalq  Cü mhuriyyəti nü mayəndə heyətinin tər-

kibinə  müşavir  kimi "Azərbaycan" qəzetinin redaktoru Ceyhun bəy Hacıbəyli də da xil edilmişdi.  Qəzet in 1919  il 9 yanvar 

tarixli  83-cü nö mrəsində Ceyhun bəy Hacıbəyli o xuculara   mürac iətində ya zırdı:  "Vətən və  millət yolunda əlimdən gələn 

xidməti və öhdəmə düşən vəzifəmi qəzeti- 

 


148 

 

mizin  müdiri sifətilə ifaya  məşğul ikən, vətən övladlarının xahiş və əmrinə  müti olaraq, cahan sülh konfransına  gön-



dərilməklə öhdəmə daha ağır və məsuliyyətli, lakin müqəddəs bir vəzifə düşdü. 

Bu böyük xidməti möhtərəm arkadaşlarım ilə bərabər ifa  üçün  Avropaya getmək  lazım  olduğuna  görə, qəzetə 

ida-rəsi işindən müvəqqəti olaraq ayrılıb əziz vətənimizin istiqlalı məsələsinin istədiyimiz yoldakı həlli-hüsn ifasından asılı 

olan məsul vəzifəmizin  haqqında var qüvvəmizlə çalışacağımızı əlavə etməyi və möhtərəm oxucularımıza kamali-sidq və 

səmimiyyət ilə xudahafiz deməyi özümə fərz bildim". 

Azərbaycan  Xa lq  Cü mhuriyyəti  Höku mətin in  qərar,  sərənca m,  fə rman  və   digər  normativ   sənədlərinin   xüsusi 

nəşrlərdə  verilməsi  "Azərbaycan"  qəzetinin  səhifə lərində  daha  çox  nə zəri  məqalə lərin,  A zərbaycana,  hə mçin in  dünya  və 

region ölkələrinə aid geniş xəbərlərin, o xucuları maraq landıran başqa yazıların dərc edilməsinə şərait yarad ırd ı. 

Öz  işini  1918  il  noyabrın  16-da  yenidən  bərpa  edən  Azərbaycan  Milli  Şurasının,  xüsusilə  onun  Azərbaycan 

Parlamentinin  çağırılması sahəsindəki fəaliyyəti "Azərbaycan" qəzetinin  səhifələrində geniş  işıqlandırılırd ı. Qəzetdə Milli 

Şuranın  sədri  Məhəmməd  Əmin  Rəsulzadənin  Parlamentin  çağırılması  ilə  əlaqədar  noyabrın  19-da  "Bütün  Azərbaycan 

əhalisinə müraciət‖i, Şurada gedən müzakirələrin materialları və qəbul o lunmuş qərar da dərc edilmişdi. 

Azərbaycan  Xalq  Cü mhuriyyəti  Parla menti  1918  il  de kabrın  7-də  işə  başladıqdan  sonra  qəzet  onun  fəaliyyətini 

geniş  işıqlandırmış,  Parlamentin  mühü m  iclaslarından  stenoqrafik  hesabatları  "Azərbaycan  Məclisi-Məbusanında" 

rubrikası  altında  dərc  etmişdir.  Bundan  başqa,  qəzetdə  "Rəsmi  xəbərlər",  "Teleqraf  xəbərləri",  "Rusiyada", 

Ermənistanda",  "Gürc üstanda",  "Türkiyədə",  "İrəvan  müsəlmanlarının  halı",  "Teatr  və  musiqi"  və  digər  daimi 

rubrikala r da var idi. 

"Azərbaycan"  qəzetinin  səhifələrində  Məhəmməd  Əmin  Rəsulzadə,  Üzey ir  bəy  Hacıbəyli,  Xəlil  İbrahim,  Fərhad  

Ağazadə,  Hacı  İbrahim  Qasımov,  Məhəmməd  ağa  Şahtaxtlı,  Adil  xan  Ziyadxanov,  Əlabbas  Müznib,  Şəfiqə  Əfəndizadə, 

İstanbulda  təhsil  alan  Əmin  Abid  və  b.-nın  Azərbaycanın  tarixinə,  mədəniyyətinə,  maarifinə,  siyasi  vəziyyətinə  və  s.  aid 

silsilə   məqalə ləri dərc o lunurdu. Qə zetin səhifə lərində Məhə mməd  Hadi, Əhməd  Cavad və b. şairlərin şeirlə rinə  də geniş 

yer verilirdi. 

Qəzetdə erməni-daşnak qulduru Andronikin Zəngəzu r,  Na xç ıvan və Qarabağda Azərbaycan xalq ına qarşı törətdiyi 

soyqırımı, vəhşiliklər, Ermən istan Respublikası ərazisində yaşayan azərbaycanlıların acı taleyi, onların kütləvi surətdə məhv 

edilməsi və ata-baba torpaqlarından qovulması haqqında çoxlu məlu mat lar dərc  edilmişdi. 

1919 ilin may ında Azərbaycanın istiqlaliyyətinin elan olun masının birinci ildönümü, həmçinin 1920 il yanvarın 11-

də  Paris  sülh  konfransının  Ali  Şurası  tərəfindən  Azərbaycanın  müstəqilliyin in  de-fak to  tanınması  münasibətilə  

"Azərbaycan" qəzetində çoxlu təbriklə r, məqa lələ r və s. materia lla r dərc o lunmuşdu. 

 

 

 



 

 

"Azərbaycan"  qəzeti  1918-20  illə r  ərzindəki  saylarında  Azə rbaycanın  dövlət,  ictima i-siyasi,  iqtisadi  və  mədəni 



həyatını  geniş  əks  etdirmişdir.  Azə rbaycan  Xa lq  Cü mhuriyyəti  tarixinin   öyrənilməsində  "Azərbaycan"  qəzetində  dərc  

olunmuş materialların, ilk mənbə kimi əhəmiyyəti böyükdür. 

"Azərbaycan"  qəzeti  o  za man  ö z  istiqla lına  qovuşmuş  Azərbaycan  xa lqının   milli  oyanışında  ço x  mühüm  ro l 

oynamışdır. 



 

Əd.: Paşayev A., Açılmamış səhifələrin izi ilə, B., 2001. 

Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin