Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə18/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   ...   14   15   16   17   18   19   20   21   ...   80

 

"AL B AYRAQ" - leqal bolşevik qəzet i, "Hü mmət" partiyasının orqanı. İlk və yeganə nömrəsi 1920 il mart ın 31-də 

Bakıda  A zərbaycan  dilində  çıxmışd ır.  Redaktoru  Əliheydər  Qarayev  idi.  Qəzet  A zərbaycan  Xalq  Cü mhuriyyəti 

Höku mətinin  fəaliyyətini tənqid edir, Birinci dünya müharibəsində iştirak edən dövlətlərin  işğalçılıq siyasətinə qarşı çıxır, 

bolşevizmə  xid mət edərək,  kütlələri sosialist inqilab ı  uğrunda  mübarizəyə  çağırırdı.  "Al  bayraq" qəzeti  dövlətə qarşı  çıxış 

etdiyi üçün Azərbaycan Xalq Cü mhuriyyəti Höku məti tərəfindən bağlan mışdır. 

ALEKS ANDROPOL - Gü mrü şəhərinin keç miş (1837-1924 illərdə) adı. 

ALEKS ANDROPOL  MÜQAVĠLƏS Ġ  (1920)  -  Türkiyə  ilə  Ermən istan  arasında  müharibəni  dayandırmaq  və 

uzunmüddətli sülh yaratmaq məqsədilə bağlan mış müqavilə (bax Gü mrü müqaviləsi (1920)). 



ALMAN  MĠLLĠ  ġ URAS I  -  A zərbaycandakı  alman  ko loniyalarının   mənafeyin i  müdafiə  etmək  məqsədilə  fəa-

liyyət  göstərmiş  qurum.  1918  il  noyabrın  19-da  yaradılmışdı.  Şura,  ilk  növbədə,  almanla rın  Azərbaycandakı  ə mla kının  

qorunması  məsələləri  ilə  məşğul  olurdu.  Sayları  az  olduğundan  seçki  senzinə  uyğun  gəlməmələrinə  baxramayaraq,  milli 

təmsilçilik  prinsipinə  uyğun  olaraq  Azərbaycan  Milli  Şurasının  1918  il  19  noyabr  tarixli  qəra rı  ilə  a lman   əhalisindən  də  bir 

nümayəndəni  Parlamentin  tərkibinə  daxil  etmək  və  onun  seçimini  alman  milli  təşkilatlarına  həvalə  etmək  nəzərdə  tutulmuşdu. 

Azərbaycan Parlamentində  mill a zlıqların nümayəndələri üçün ayrılmış 4 yerdən birini alman  azlığının  nümayəndəsi    mandatını  

Yelenendorfdan  (indiki  Xanlar)  olan deputat  Lorens  Yakov  Kun aldı.  Onun  Parlamentdəki,  xüsusilə aqrar  komissiyasındakı  işi, 

əsasən alman koloniyalarının mənafelərinin müdafiəsinə yönəlmişdi. 



ALMANĠYA-RUS ĠYA SAZĠġ Ġ (1918) - Alman iya  ilə Rusiya Sovet Federativ Sosialist Respublikası arasında 1918 il 

avqustun 27-də bağlanmış Brest-Litovsk müqaviləsinə mə xfi ə lavə. 



ALMAS  ĠLDIRIM,  İldırım  Əbdülməhəmməd  oğlu Almaszadə  (24.3.1907,  Bakı  yaxınlığındakı  Qala  k.-I  14.1.1952, 

Türkiyə,  Qalabucaq  ş.)  -  Azərbaycan  istiqlal  şairi.  Bakıda  İttihad  məktəbin i  bitirmiş  (1925),  1927  ildə  Bakı  Dövlət 

Universitetinin Şərq fakültəsinə daxil olmuş, lakin "tacir oğlu‖ olduğu üçün oradan çıxarılmışdır. "Cığırdaş" 

şair, "müsavatçılara aşiq və Türkiyə çavuşlarının həqiqi şagirdi", bolşevizm  ideologiyası üçün "zərərli bir 

insan"  kimi  təqib  olunan  Almas  İldırım  1928  ildə  Dağıstana,   sonra  isə  Türkmənistana sürgün edilmişdir. 

1933 ildə İrana, oradan da 1934 ildə Türkiyəyə mühacirət et miş, müə llimliklə  məşğul olmuşdur. 

Yaradıcılığa  20-ci  illərdə başlamış, " Yaşıl yarpaq", "Gənc qızıl qələmlər" ədəbi təşkilatlarının 

üzvü  olmuşdur.  İlk  şeri  ("A  dağlar")  1923  ildə  İstanbulda  çıxan  "Həyat"  jurnalında  dərc  olunmuşdur. 

"Dün, bu gün" (S.Rüstəmlə  müştərək, 1926), "Dağlar səslənirkən" (1930)  kitablarındakı lirik və ictimai-

siyasi ruhlu şeirlərində ("Nəriman", "Müstəmləkə olmuş Şərqə", "9 yanvar", "Potyomkin" və s.) dövrün 

nəbzi  güclüdür.  "Dağlar  s əslənirkən"  kitabı  "kommunizmə  zidd  fikirlər"  olması  bəhanəsi  ilə  müsadirə 

edilərək  satışdan  yığışdırılmışdı.  Türkiyədə  yaşadığı  illə rdə,  əsasən  vətən  həsrəti,  onun  tarixi  taleyi 

mövzularında yazıb-yaratmış, istiqlal şairi kimi tanın mışdır: 

Hanı məni gül qoynunda doğuran,  

Xəmirimi göz yaşıyla yoğuran,  

Beşiyimdə "layla balam" çağıran,  

Azərbaycan, mənim baxtsız anam oy!..  

Neçə bir il həsrətinlə yanam oy?! 

 

Könlümə tək Kəbə yapdım səni mən,  

Sənsiz nedəm qürbət eldə günü mən, 


130 

 

Sənsiz  nedəm Allahı mən, dini mə n,  



Azərbaycan, mənim tacım, taxtım oy!..  

Oyanmazmı kor olası baxtım oy?! 

 

Almas İldırımın bu dövr yaradıcılığı A zərbaycan mühacir poeziyasının parlaq nümunələrindəndir: "Boğulmayan bir 



səs" (1936), "Azərbaycan  mahnıla rı"  (1938), "Bayatılar" (1943,  1947), "Seçilmiş şeirləri" (nəşri 1953), "İgidlə rə səsləniş" 

(nəşri  1990)  kitabları,  "Qa ra  dastan",  "Bir  gün  gələcək",  "Sürgün"  və  s.  poemaları.  Almas  İldırım  haqqında 

"Azərbaycanfilm" kinostudiyasında sənədli film çəkilmişdir (rej. Z.Məhərrə mov, 1990). Bakıda adına küçə var. 

 

Əsərləri: Azərbaycanın didərgin salınmış övladı - şair Almas İldırım şeirlərilə, B., 1990; Qara dastan. Şeir və poemalar (tərtibçi 



M aarif Teymur), B., 1994. 

 

Əd.: Cəfər Rəmzi, İldrım Almaszadə, "Ədəbiyyat və İncəsənət" qəz., 1988, 18 mart; Osmanoğlu M., "Yurd üçün qanlı bir çiçək 

olmadım...",  "Gənclik"  jurnalı,  1988,  №10;  Teymurov  M.,  "Azərbaycan. M ənim  tacım,  taxtım  oy",  "Azərbaycan  gəncləri",  1989,  19 

sentyabr; Vəliyev K., "Əlvida, ey  gözəl Bakı, əlvida!", "Açıq söz", 1990, №l; Nəbi Xəzri, "Allahım, mən neçin şair doğuldum", "Əİ", 

1990, 30 noyabr; Nəbiyev B., Didərgin şair, B., 1995.  



 

ANAPLI  (Mə mmədov) Əbülhəsən (1894, Quba -1921, Ba kıda  dəfn edilmişdir) - a ktyor. 1910-11 illə rdə "Səfa" və  

"Nicat"  mədəni-maarif cə miyyətlərinin teatr truppalarında,  1916  ildən Zülfüqar və  Üzey ir "Hacıbəyli 

qardaşlarının opera-operetta artistləri dəstəsi"ndə fəaliyyət göstərmiş, Qafqazın, İranın b ir ço x şəhərində 

qastrol  səfərlərində  olmuşdur.  Komik  a ktyor  olan  Anaplı  Xa lq  Cü mhuriyyəti  dövründə  (1918-20) 

Azərbaycan  dra maturgiyasının  ən  ya xşı  nü munələrində  -"Hac ı  Qara"da  (M .F.A xund zadə)  Kərə mə li,    

"Evliykən        subay"da  (Z.Hac ıbəyli)  Qaraç ı,  "Arşın  mal  a lan"da  və  "Məşədi  İbad"da  (Ü.Hac ıbəyli) 

Vəli, Ha mba l və s. ro lları ifa et mişdir. 

Bu  illərdə o, eyni  za manda  musiqili teatr s əhnəciklərində çıxış  et miş,  milli teatr s ənətimizin  

təbliğatçıla rından  olmuşdur.  "Hacıbəyli  qardaşlarının  opera-operetta  artistləri  dəstəsi"  Əbülhəsən 

Anaplının  şərəfınə  "Cəhənnəm"  tamaşasını  göstərmişdir.  Qarabağda  qastrolda  olarkən  ermən i-daşnak 

qaraguruhçuları tərəfindən xaincəsinə qətlə yetirilmişdir. 

"ANARXĠYA" -  Bakıda  fəaliyyət göstərmiş ən iri anarxist təşkilat.  1905  ildə yaradılmış bu 

təşkilata  ermən i  terrorçu  "Hnçak"  partiyasının  keç miş  üzvü  S.Ka laşyants  başçılıq  edirdi.  Ka laşyantsın  (ədəbi  təxə llüsü 

A.Sevuni)  1906  ilin  əvvəlində  nəşr  etdirdiyi  "Mübarizəyə  və  anarxiyaya  doğru"  kitabçasında  anarxizm  hərəkatının  

prinsipləri  şərh  olun muşdu.  1905  ildə  ermən i-daşnakların  a zərbaycanlılara  qarşı  törətdikləri  qırğından  sonra  anarxistlərin  

təsiri  xey li  gücləndi.  Bu  za man  və zifəli  şə xslərə  və  sənayeçilərə  qarşı  terror  a ktları  geniş  hal  ald ı  ki,  bu  da  anarxistlərin  

fəaliyyəti üçün əlverişli şərait yaratdı. Anarxistlərin başlıca  prinsipi onla rın  insan azadlığına  zidd saydıqları hər hansı dövlət 

hakimiyyətinin  məhv edilməsi id i. Əsası hələ  M.Bakunin  və P.Kropotkin tərə findən qoyulmuş anarxist təsəvvürlərə görə, 

Rusiyada  xalq ın  iradəsi  ilə anarxizm  ideyalarına əsaslanan inqilab  labüddür. Sonra  isə dövlətçiliyin  xarabalıqları ü zərində 

kollekt iv ə məyə və mü lkiyyətə əsaslanan azad şəhər və kənd ic ma ları yarad ılmalıdır. O dövr anarxistlərin in fəa liyyətində iki 

əsas cərəyan özünü göstərirdi -  Kropotkin in ardıcılları anarxist-ko mmunistlər və həmkarlar təşkilatlarında işləyən anarxist-

sindikalistlər.  Kropotkin  deyird i  ki,  "bizim  ko mmunizmimiz-anarxist,  höku mətsiz  ko mmunizmd ir,  a zad  insanların  

ko mmunizmid ir". 

Bakı  anarxistlərin in  sosial  tərkibinin  xüsusiyyəti  onda  idi  ki,  onların  sıralarına  fəhlələrdən  başqa,  sonralar  xeyli 

sayda sinfi simasını it irmiş ünsürlər, o cü mlədən ermən i quldurları da qoşulmuşdu. Təşkilata bir neçə sosial-de mo krat və  

"Hnçak"  partiyasının  üzv ləri  də  daxil  olmuşdu.  Anarxistlərin  Bakıda  ilkin  fəaliyyət  istiqamətlərindən  biri  anarxizm 

banilərinin   ideyalarının  təbliği,  broşür  və  intibahnamə lərin  nəşri  idi.  Bu   məqsədlə  mətbəə  də   yaradılmışdı.  La kin  ə məli 

fəaliyyətdə  onlar  əsasən  ekspropriasiya  və  terrorçuluqla  məşğul  olurdular.  A zərbaycan  xalq ına  qarşı  q ırğın lar  törətməyə  

çalışan ermənilər bu  işdə xüsusi fəallıq göstərirdilər. Fərdi terrorla yanaşı, iqtisadi təxribat da törədilird i.  Siyasi və iqtisadi 

tələblərlə  bağlı  o lan  "məfkurə li  anarxizm"  tədric lə  prinsipsiz  e kspropriatorluğa,  zora kılıqla  pul  qoparmağa,  soyğunçuluğa 

çevrildi.  1906  ilin   sentyabrında  daşnaklar  anarxistlərin  ö ldürdüyü  Mantaşov  zavodunun  direktoru,  " Daşnaksutyun" 

partiyasının  üzvü  C.Dolu xanovun  qisasını  alaraq  S.Kalaşyantsı  qətlə  yetirdilər.  Buna  cavab olaraq  anarxistlərin  yaraqlılar 

dəstəsi "Daşnaksutyun"a müharibə elan etdi.  Nəticədə  1906-07  illərdə 17 daşnak və 11 anarxist öldürüldü. 1908-09  illərdə  

Bakıda  anarxistlərin   həbsi  kütləv i  xarakter  ald ı  və  nəticədə  anarxizm  hərəkatı  xeyli  itki  verərək,  əslində,  Azərbaycanın 

siyasi səhnəsindən çıxdı. 



 

Əd.:    К  о  м  и  н  B.B.,  Анархизм  в  России,  Калинин,  1969;    Багирова  И.С.  Политические  партии  и  организации 

Азербайджана в начале XX вeкa, B., 1997. 



 

ANAġ KĠN  İvan  İvanoviç  (1880,  Tambov  quberniyası  -1938)  -  fəhlə  hərəkatı  iştirakçısı.  A zərbaycanda  sovet 

hakimiyyəti qurulması uğrunda mübarizə  aparmışdır.1901 ildə Ba kıya  gəlmişdir. 1905 ildən Rusiya Sosial-De mokrat Fəhlə  

Partiyasının  (RSDFP)  və  Bakı  fəh lə  deputatları  sovetinin  üzvü  olmuşdur.  1917  il  Fevral  inqilabından  sonra  RSDFP-nin  

bolşevik Bakı  ko mitəsinin, qırmızı hərbi drujinanın ü zvü, Ba kın ın Qaraşəhər rayonu fəhlə deputatları sovetinin sədri,  Bakı 

Fəhlə Konfransı rəyasət heyətinin üzvü olmuşdur. 1919 ilin  aprelində Zaqafqaziya hə mkarlar ittifaq ları ö lkə  şurasının sədri, 

həmin  ilin  mayında  RK(b)P  Qa fqaz  ölkə  ko mitəsinin  üzvü  seçilmişdir.  Azərbaycan  Xalq  Cü mhuriyyəti  e lan  olunduqdan 

sonra dövlət əleyhinə geniş 


131 

 

pozuculuq  fəaliyyəti  göstərmişdir.  Be lə  ki,  Azərbaycan  Höku mətinin  yasaqlarına  baxmayaraq,  tətil  komitəsinin  əsas 



rəhbərlərindən  biri  olan  Anaşkin  ardıcıl  tətillər  təşkil  et miş,  fəhlə ləri  Höku mətə  qarşı  itaətsizliyə  çağ ırmışdır.  Bununla 

əlaqədar,  dəfələrlə  həbs  olunmuşdur.  1920  ilin   yazında  Moskvaya,  III  Ümu mrusiya  həmkarlar  ittifaqları  qurultayına 

nümayəndə  göndərilmişdir.  A zərbaycanda  sovet  hakimiyyəti  elan  edild ikdən  sonra  Bakıya  qayıtmış,  partiya  və  təsərrüfat 

işlərində çalış mış, 1928 ildən A K(b)P MK-n ın Mərkəzi Nəzarət Ko missiyasında işləmişdir. Bir müddət Saratovda fəaliyyət 

göstərdikdən  sonra,  yenidən  Azərbaycana  qayıtmış,  neft  sənayesində  texniki  təhlükəsizlik  ü zrə  institutun  direktoru 

işləmişdir. Repressiya olunmuşdur. 



ANATOLLU  (Səfərov)  Əh məd   Mu xtar  oğlu  (1894-1963)  -  aktyor,  peşəkar  mə zhə kə  ustası,  Azərbaycanın  

əməkdar  artisti  (1940).  Səhnə  fəaliyyətinə  1911  ildə  "Səfa"  mədəni  maarif  cəmiyyətinin  teatr  truppasında  başlamışdır. 

Müsəlman  Artistlər  Birliyin in  fəal  ü zvlərindən  olmuşdur.  Azərbaycan  Xalq  Cü mhuriyyəti  dövründə  (1918-20)  Üzeyir  və 

Zülfüqar  "Hacıbəyli  qardaşlarının  opera-operetta  artistləri  dəstəsi"ində  fəaliyyət  göstərmiş,  bir  ço x  şəhərlərdə  qastrol 

səfərlərində  olmuşdur.  Eyni  za manda  müstəqil  surətdə  çıxış  et miş,  bayram  və  el  şənliklərində,  şəhər  yoxsullarına,  kasıb  

tələbələrə  maddi  yard ım  göstərmə k  məqsədilə  təşkil  o lunmuş  xeyriyyə  konsertlərində  iştira k  et mişdir.  1920  ildən 

Azərbaycan  Opera  və  Balet  Teatrında,  Azərbaycan  Dra m  Teatrında  və  Musiqili  Ko mediya  Teatrında  işlə mişdir. 

Ü.Hacıbəylinin  "Arşın  mal  alan",  "O  olmasın,  bu  olsun"  ("Məşədi  İbad")  musiqili  ko med iyalarında  Vəli  və  Hambal, 

"Koroğlu" operasında Təlxək rollarında oynamışdır. 

ANTANTA  (fr.  entente  -  "ra zılıq")  -  A lmaniya  tərə findən  gözlən ilən  təcavüzə  qarşı  1904-07  illərdə  yarad ılmış  

B.Britaniya-Rusiya-Fransa  ittifaqı.  İttifaqın  adı  1904  il  ing ilis -fransız  müqaviləsinin  mətnində  fransız  sözü  olan  "entente 

cordial" ("antant kordivl" kimi tələffü z edilir) - "qəlblər və ya ürə klər ra zılığı" kimi izah ed ilmişdir. Sonralar ona 20-dən ço x 

dövlət  qoşulmuşdur.  Birinci  dünya  müharibəsi  illərində  B.Britaniya,  Fransa  və  Rusiyaya  qoşularaq  Almaniya  b lokuna 

(Almaniya,  Avstriya  -  Macarıstan,  Osmanlı  imperiyası,  Bo lqarıstan)  qarşı  vuruşan  dövlətlər  də  Antanta  ölkələri 

adlandırılmışdır.  Rusiya  və  Ru mıniya  Birinci  dünya  müharibəsi  illərində  Almaniya  bloku  ölkələri  ilə  separat  sülh 

bağlayaraq,  ittifaqın  tərkibindən  çıxmış lar.  Sovet  Rusiyasının  müharibədən  çıxması,  B.Britaniya  və  Fransanın  sovet 

hakimiyyətinə  qarşı  kəskin  reaksiyası  nəticəsiz  qalmad ı.  Antanta  blokunda  müttəfiqlərarası  kö klü  pa rçalan ma   baş  verdi. 

1917  il  dekabrın  23-də  B.Britaniya  ilə  Fransa  arasında  bağlan mış  məxfi  konvensiyaya  görə  müttəfiqlər  keçmiş  Rusiya 

imperiyasının  ərazi  bölgüsünü  aparmış,  Qafqaz  ingilis  nüfüz  sahəsinə  aid  edilmişdi.  Qafqaz,  Xəzər  hövzəsi,  xüsusən  də 

Bakı  bölgəsi  Antanta  ilə  Alman iya  bloku,  həmçinin  Antanta  ilə  Sovet  Rusiyası  arasında  mübarizə  obyekti  o lmuşdur.  Bu  

prinsipial məsələni İ.Stalin daha açıq ifadə etmişdi: "Qafqazın inqilab üçün mühüm əhəmiyyəti onun yalnız xa mma l, yanacaq, 

ərzaq  mənbəyi  olması  ilə  deyil,  həm  də  Avropa  və  Asiya,  xüsusilə  Rusiya  və  Türkiyə  arasındakı  mövqeyi  və  mühü m 

iqtisadi  və  strateji  yollara  (Batu m-Bakı,  Batu m-Təbriz,  Batum  -Təbriz-Ərzuru m)  ma lik  o lması  ilə  müəyyən  edilir...  Qaf-

qazda, nəhayət, kim  möhkə mlənəcək, neftdən və Asiyanın dərinliy inə  aparan  ən  mühüm yollardan  kim   istifadə edəcək, 

inqilab,  yo xsa,  Antanta  -  bütün  məsələ  bundadır".  Antanta  dövlətləri  Osman lı  -  Almaniya  qoşunlarının  irəlilə məsindən, 

Osmanlı o rdusunun İran, Qafqaz, Türküstan istiqamətində həmləsindən, Bakı neftinə sahib ola biləcəklərindən bərk ehtiyat 

edirdi.  Antanta  dövlətlərin in  nü mayəndələri  Zaqafqaziya  ko missarlığ ının  yaradılması  prosesində  iştirak  etmişlər. 

B.Britaniya höku məti Zaqafqaziya Federasiyasını bütünlüklə dəstəkləməy i qərara almış və Qafqazla bağlı nəzərdə tutduğu 

geniş strateji planı həyata keçirmək  məqsədilə bölgəyə hərbi missiya göndərməyi qərarlaşdırmışdı (bax Böyük Britaniyanın 



hərbi  ek spedisiyası).  Lakin  general  Denstervilin  başçılıq  etdiyi  B.Britaniya  hərbi  ekspedisiyası  iflasa  uğramış,  qısa 

müddətdən  (1918,4  avqust-14  sentyabr)  sonra  Bakını  tərk  etməyə  məcbur  olmuşdu.  Birinci  dünya  müharibəsi  Almaniya 

bloku dövlətlərin in bir-birinin ard ınca məğ lubiyyəti və barışıq imzalan ması ilə başa çatdı. Antanta Birinci dünya müharibəsi 

illərində qarşıya qoyduğu başlıca məqsədə - Alman iyanın darmadağın edilməsinə na il oldu. 

1918  il  30 oktyabr Mudros (Mondros) barışığına görə  Osmanlı qüvvələri te zliklə  Cənubi A zərbaycanı və  Cənubi 

Qafqazı  tərk  etməli,  Antanta  qüvvələri  Bakını  işğal  etməli  idi.  Azərbaycan  Xalq  Cü mhuriyyətinin  fövqəladə  səlahiyyətli 

nümayəndəsi kimi Əlimərdan bəy Topçubaşov İstanbulda Mudros barışığının Azərbaycana aid h issəsi ilə bağlı bir neçə dəfə 

etiraz notaları  ilə çıxış etmişdir. Antanta qüvvələrinin baş ko mandanı və nü mayəndəsi kimi general U.Tomsonun başçılığı 

altında  ingilis  qoşunları  1918  il  noyabrın  17-də  Bakıya  daxil  olmuşdu  (bax  To mson  bəyannaməsi).  Antanta  dövlətlərinin  

Azərbaycandakı  nü mayəndələri  bəyanatlarında  Azərbaycan  Cümhuriyyətinin  Paris  sülh  konfransında  iştirak  edəcəyini 

bildirmişdilə r.  La kin  Antanta  dövlətlərinin  Qafqaz  respublikaları  ilə  bağlı  mövqeləri  fərqli  olmuşdur.  Sülh  konfransında 

yüksək nüfüza  malik olan böyük dövlətlər içərisindən  məh z Fransa yeni yaranmış Qafqaz respublikalarının  müstəqilliyinin  

tanınması əleyhinə olmuşdur. Fransa höku məti A zərbaycanla  iqtisadi əlaqələr yarat mağa  mey l göstərsə də, Azorbaycan və 

Gü rcüstanı nə hüquqi, nə də faktiki cəhətdən tanımaq istəmirdi, ermənipərəst siyasət yeridirdi. İtaliyanın Qafqaza münasibəti 

ingilislərin  mövqeyi  ilə  sıx  bağlı  olmuşdur.  İngilis  qoşunları  Qafqazdan  çıxmaqla  yanaşı,  nə  ABŞ-ın,  nə  də  Fransanın  bu 

regionda  birtərəfli  qaydada  qüvvətlənməsinə  yol  vermə k  istəmird ilər.  Bu   məqsədlə  italyanla rın  Qafqa za  cə lb  edilməsi 

ideyası ilk dəfə  ingilislər tərəfindən irəli sürüldü. Belə  ki,  İtaliyanın Qafqazda ingilisləri əvəz etməsi  Yaxın Şərqdə  mövcud 

olan qüvvələr nisbətini pozmurdu. İngilislərlə italyanlar arasında aparılan danışıqlar 1919 il martın 24-də 

 

 


132 

 

gizli  saziş  imzalan ması  ilə  nəticələndi  (bax  İngiltərə-İtaliya  sazişi).  1919  il  mayın  10-da  B.Britaniya  komandanlığı  ingilis 



hərbi şurasının Cənubi Qa fqazdan ç ıxmaq qərarı barədə Azə rbaycan və Gürcüstan hökumətlərinə məlu mat  verdi. Mayın 10-

da  İtaliyanın  bir  hərbi  korpusu  artıq  Batuma  daxil  olmuşdu.  Mayın  16-da  fövqəladə  İtaliya  missiyası,  may ın  22-də  hərbi 

ekspertlər  qrupu  Bakıya  gəldi.  İtaliya  hökuməti  Qafqa za  ordu  göndərilməsinə  tərəfdar  o lduğunu  bildirdi.  İyunun  28-də 

B.Britaniya hökuməti  ingilis ordusunun Qafqazdan və ümu milikdə,  keçmiş  Rusiya ərazisindən çıxardılması haqqında Paris 

sülh konfransına rəsmi şəkildə məlu mat verdikdə Antanta dövlətləri Qafqazdan çıxan ingilis ordusunu İtaliya ordusu ilə əvəz 

etmə k  haqqında  qərar  qəbul  etdilə r.  La kin   İta liyada  höku mət   kab inəsinin  dəyişməsi  nəticəsində  yeni  yaradılmış  F.Nitti 

hökuməti İtaliyanın Qafqaza ordu göndərməsindən imtina etdi. F.Nittinin belə qərar qəbul etməsi Azərbaycanı və Gürcüstanı 

çətin vəziyyətə salırdı. İtaliyanın əvvəlki baş naziri Orlandodan fərqli olaraq, Nitti " Böyük Ermənistan" yaradılması, Türki-

yənin parçalanması ideyasını Antanta dövlətlərinin avantürası hesab edirdi. İngilis  qoşunlarının Qafqazdan çıxarılması  ilə  B. 

Britaniya  Höku məti  O.Uordrop  başda  olmaq la,  Qafqaza  ö zünün  siyasi  missiyasını  göndərdi.  Uord ropun  rəhbərlik  etdiyi 

ingilis  missiyasından  başqa,  mayor  de  Nonankurun  rəhbərlik  etdiyi  Fransa,  polkovnik  Haskelin  rəhbərlik  etdiyi  A merika, 

polkovnik  Qabbanın  rəhbərlik  etdiyi  İtaliya  missiyaları  Qafqaza  gəldilər.  Antanta  dövlətlərin in  işgüzar  nümayəndələri  də 

Qafqazla, xüsusilə Azərbaycan Xalq Cü mhuriyyəti ilə əməkdaşlıq etmişdilər. 

Versaldakı Azərbaycan nümayəndələri Antanta Ali Şurası tərəfındən Azərbaycan Xalq Cü mhuriyyətinin tanınması 

yönündə  ardıcıl,  intensiv  fəaliyyət  göstərmişdir  və  nəhayət,  Antanta  dövlətlərinin  təşəbbüsü  ilə  çağırılmış  Paris  sülh 

konfransının  Ali  Şurası  blokun  aparıcı  dövlətlərindən  biri  olan  B.Britaniyanın  təklifi  ilə  1920  il  yanvarın   11-də 

Azərbaycanın dövlət müstəqilliyin i de-fa kto olaraq tanımış dır.  Lakin Antanta dövlətlərinin  Cənubi  Qafqaz respublikala rına  

yardım  xarakterli bütün vədləri deklarativ  məzmun daşımış və öz qüvvələrinin ü midinə qalan bu dövlətlər  Sovet Rusiyası 

tərəfındən işğal olun muşdur. 

 

Əd.: Həsənov  C, Azərbaycan bcynəlxalq  münasibətlər  sistemində (1918-1920-ci  illər), B., 1993; Nəsibzadə  N., Azərbaycanın  xarici 

siyasəti (1918-1920), B., 1996; Qasımov M., Birinci dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti (1914-1918-ci illər), 3 hissədə, 2-

ci hissə (1917-ci il noyabr- 1918-ci il noyabr), B., 2001; y e n ə  o n u n, Avropa və Amerika ölkələrinin müasir tarixi, 2 hissədə, 1-ci hissə (1918-1945-

ci illər), B., 2003. 



 

ANTANTA ALĠ ġURASI - Paris sülh konfransına (1919-20) rəhbərlik etmiş ali orqan (bax Versal Ali Şurası). 

APREL  Ġġ ĞALI  (1920)  -  beynəlxalq  hüquq  normalarını  kobudcasına  pozan  təcavüzkar  sovet  qoşunları  tərə-

findən  Azərbaycan  Xalq  Cümhuriyyəti  ərazisin in  işğalı  və  müstəqil  Azə rbaycan  dövlətinin  aradan  qaldırılması.  1920  il 

aprelin  27-də  həyata  keçirilmişdir.  Sovet  tarixşünaslığında  Aprel  işğalı  sa xtalaşdırılaraq,  əvvəlcə  "çevriliş",  sonradan  isə 

"inqilab" adlandırılmışdır.  20 yüzilliy in 20-ci illərinin  ko mmunistləri "Aprel çevrilişi" ifadəsini  işlədərkən, tarixi  reallığı  - 

Aprel işğalını  inkar ed ir və qürrələnirdilər ki, "...b iz sovet hakimiyyətini hazır şəkildə aldıq, onu bizə boşqabda gətirdilər". 

Aprel  işğalı  ko mmunistlər üçün asanlıqla başa gəlsə də, onun hazırlan ma  me xanizmi uzun  müddət formalaşdırılan  mə krli 

siyasətin nəticəsi id i. Sovet Rusiyası Qafqa za, xüsusilə də A zərbaycana dair siyas ətində, əslində, çar Rusiyasının varisi kimi 

çıxış  edirdi.  Bakı  bolşeviklər  üçün  təkcə  nefti,  habelə  müstəsna  iqtisadi  potensialı  ilə  deyil,  həm  də  bütün  Yaxın  və  Orta 

Şərqin siyasi mərkəzi kimi əhəmiyyətli id i.  1918  ildə daşnak-bolşevik S.Şau myanın başçılıq etdiyi  Bakı Xalq Ko missarları 

Soveti süqut etsə də, Bakı uğrunda mübarizə daim diqqət mərkəzində idi: "Bakın ı almaq bizə olduqca və olduqca zəruridir. 

Bütün səyinizi buna verin" (V.İ.Lenin ).  1919 ilin fevralında  mərkəzdən "...bakılıların əhvali-ruhiyyəsindən sürətli və həlle-

dici  hərə kət  üçün  istifadə"  etmək  göstərişi  alan  Xə zər-Qa fqaz  cəbhəsinin  hərbi-inqilab  şurası  məqsədyönlü  və 

təxirəsalın ma z  tədbirlər  görməkdə  id i.  Ba kı  bolşevikləri  1919  ilin  ya zından  Höku mət  ə leyhinə  fəa liyyətlərini  daha  da 

genişləndirdilər:  ingilis əsgərləri arasında təbliğat apararaq, onların vətənə dönmək tələbi ilə çıxış etmələrinə nail o ldular; 

Azərbaycan ordusu və donanmasının "inqilabiləşdirilməsinə" səy göstərildi; fəhlə lərdən iba rət hərbi drujinala r yaradıldı və  

onların  hərbi  sursatla  təchiz  olun ması  intensivləşdirild i;  hakimiyyətə  qarşı  ideolo ji  təbliğat  genişləndirild i;  Qarabağda 

ermənilərin  sifarişli  qiya mı  təşkil  olundu  və  bununla  Höku mət  böhranına  zə min   yaradıld ı.  Bu   dövrdə,  hətta  Türkiyənin  

mənafey i na minə "canıyananlıq" da nümayiş etdirildi.  Bütün bunlara baxmayaraq bolşeviklər Sovet Rusiyasının  müda xiləsi 

olmadan  daxildə  üsyanın  qələbə  çalacağına  əmin  deyildilər.  Belə liklə,  1920  ilin  yanvarında  istiqlaliyyətinin  de-fakto 

tanındığı  Azərbaycan  Xalq  Cü mhuriyyəti  üçün  xaricdən  gözlənilən  yeganə  ciddi  təhlükə  bolşevik  təcavüzü  id i.  Odur  ki, 

Sovet  Rusiyasının  Denikin  ordusuna qarşı  hərbi  ittifaq  bağlamaq  haqqında  nota  xarakterli  təklifi  Azərbaycan  Hökuməti  və 

siyasi partiyaları tərəfindən birmənalı qarşılan madı. Bolşeviklərin  xarici siyasətini düzgün qiy mətləndirən  Azərbaycan Xalq  

Cü mhuriyyətinin xarici işlər naziri Fətəli xan Xoyski G.Çiçerinin təklifıni rədd etdi. A zərbaycan sosialistləri və "ittihad"çıları 

Çiçerinin notasına  müsbət cavab verilməsini tələb etdilər.  Hakimiyyətdaxili  mübarizənin  gücləndiyi bir dövrdə  Rusiyanın 

təzyiqi  də  art ırd ı.  Sovet  Rusiyası  Azərbaycan  Höku mətinə  yeni  notalar  göndərməkdə  davam  edird i.  Beynəlxalq  və ziyyəti 

nəzərə a lan G.Çiçerin 1920 ilin martında V.İ.Leninə  yazmışdı: "Azərbaycana qarşı zora kılıq akt ı beynəlxalq münasibətlərdə  

dostlarımızı bizə qarşı qoyar...  Bizi  imperialist hesab etmələrinə yol verməməliy ik".  Odur ki, bolşeviklər  xarici  müdaxiləni 

pərdələ mək  məqsədilə   Azə rbaycanın  milli  höku mətin i  devirmə k  üçün  ölkən in  ö z  da xilində  silahlı  üsyana  hazırlığa  

başladılar.  1920  il  fevralın  11-12-də  RK(b)P  Bakı ko mitəsi, "Hü mmət" və " Ədalət" təşkilatlarının  qurultayı oldu.  Ölkədə 

fəaliyyət göstərən 

 

 


133 

 

bütün kommunist təşkilatlarını vahid "Azərbaycan Kommunist (bolşeviklər) Partiyası" adı altında birləşdirmək qərara alındı. 



AK(b)P-nin  I  qurultayı  qanuni  Azərbaycan  Xalq  Cü mhuriyyəti  Höku mətin i  zorakıhqla  devirmə k  xətti  götürdü.  Lakin  

bolşeviklərin  bir  qismi  silahlı  üsyanın  uğurla  nəticələnəcəyinə  şübhə  ilə  yanaşmaqda  davam  edird i.  Stalin  yazırdı:  "Bu  

üsyanın  heç  bir  şansı  yoxdur.  Buna  görə  də  Azərbaycanın sərhədlərini  keçmək  lazım  gələcəkd ir".  Belə  b ir  tarixi  şəraitdə 

Antantanın  Cənubi  Qafqaz  respublikalarına  hərbi  yardım  göstərməməsi,  Rusiya  tərəfindən  müdaxilə  təhlükəsinə  qarşı 

Gü rcüstan və Azərbaycanın hərbi qüvvələrin i əlaqələndirmək cəhdlərin in nəticəsiz qalması, ermənilərin  xaricdən sifarişlə 

qaldırdıq ları qiyam,  istiqlal  mübarizəsi aparan Türkiyənin Sovet Rusiyası ilə sıx əlaqələr qurmaq siyasəti və Azərbaycanın 

öz daxilində siyasi durumun sabit olmaması respublikanı  xarici təcavüzlə təkbətək qoydu. Digər tərəfdən, hələ A zərbaycan 

Xalq  Cü mhuriyyəti  Höku mətin in  hakimiyyətdə  olduğu  bir  zamanda,  aprelin  26-dan  27-nə  keçən  gecə  Azərbaycan 

Müvəqqəti  İnqilab  Ko mitəsinin  adından  hərbi  yardım  xahişilə  Moskvaya  radioteleqram  göndərildi.  Radioteleqramda 

deyilirdi ki, "Bakıda çevriliş baş vermişdir və biz  Qırmızı qoşunların Ba kıya yeridilməsini  xahiş edirik". Hə min  mühüm fakt  

Azərbaycanda Aprel işğalının sovet ordusu tərəfindən həyata keçirild iyini və məhz xa rici hərbi təcavüz baş tutduğunu sübut 

edir. Bunu, eyni za manda, digər tarixi sənədlər də açıq-aşkar, b irbaşa təsdiqləyir. 

Be ləliklə,  A zərbaycanın  işğalı  məqsədilə  qabaqcadan hazırlan mış  Bakı  ə mə liyyatının  həyata  keçirilməsi  daha  da 

sürətləndirildi və beynəlxalq hüquq normalarını kobudcasına pozaraq Azərbaycanın hüdudlarını keçən 11 -ci Qırmızı ordunun 

birbaşa hərbi  müdaxiləsi  Azərbaycan  Xalq  Cümhuriyyətinin  müqəddaratını  həll  etdi.  Azərbaycan  Parlamenti baş  vermiş  fakt 

qarşısında qalaraq,  reallıqla  hesablaşmağa  məcbur  oldu.  Ərazisində  təcavüzkar  xarici  hərbi  qüvvələrin  11  -ci  Qırmızı  ordu 

hissələrinin  olduğu bir  ş əraitdə,  açıq silahlı  təzyiq  altında  qalan  Azərbaycan  Parlamenti  1920  il  apre lin  27-də AK(b)P M K, 

RK(b)P Qafqaz Ölkə Ko mitəsinin Bakı bürosu və Bakı Fəhlə Konfransı adından kommunistlərin təqdim etdikləri u ltimatumu  

gündəliyə  çıxard ı  və  qızğın  müzakirələrdən  sonra,  axşam  saat  11  radələrində,  hakimiyyətin  aşağıdakı  şərtlərlə  Azərbaycan 

İnqilab Ko mitəsinə verilməsi barədə qərar qəbul etdi: 1) Rus ordusu Bakıya daxil olmadan dəmir yolu ilə birbaşa Anadolunun 

imdadına gedəcək; 2) Azərbaycanın istiqlalı və ərazi bütövlüyü hər cür təcavüz və ilhaqdan qorunacaq; 3) Azərbaycan ordusu 

buraxılmayacaq; 4) Azərbaycanın siyasi partiyalarının hürriyyət və sərbəstliyi mühafızə ediləcək; 5) keçmiş dövlət xadimləri, 

Höku mət ü zvləri və millət vəkillərindən heç bir kəs siyasi cinayətdə ittiham edilməyəcək, dövlət idarələri qulluqçularının iş 

yerləri  saxlanılacaq,  yalnız  rəhbər  vəzifə li  şə xslər  dəyişdiriləcə k;  6)  a zad  şəra itdə  toplanacaq  Azərbaycan  şuraları 

hakimiyyətin idarə  formasını təyin edəcək. 

Göründüyü  kimi,  1920  ilin  28  apreli  ərəfəsində  Azərbaycanda  siyasi  və  iqtisadi  böhran  mövcud  olsa  da,  dövlət 

çevrilişi və ö lkən in xarici hərb i qüvvələr tərəfindən işğalı daxildən qaldırılmış üsyan nəticəsində baş vermədi. Bunun 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


134 

 

üçün "inqilabi  şəraitin  yetişməsi"ni  iddia  və  təbliğ  edən  ilkin  şərtlər,  əslində,  yox  idi.  Aprel  işğalı  xarici  qüvvənin  -11-ci 



Qırmızı ordunun əvvəlcədən və planlı surətdə hazırlan mış "ild ırım sürətli öldürücü" yürüşü nəticəsində baş verdi. Bunu ilk 

vaxtlarda bolşeviklərin  özləri də etiraf edirdilər: "Müsavat hakimiyyəti devrilibsə, bu o demək deyildir ki, bizim partiyamız 

güclü  idi.  Bu  ona  görə  belə  oldu  ki,  Qırmızı  ordu  güclü  idi.  "Əgər  11-ci  Qırmızı  ordu  sutkada  25  km  irəliləy irdisə, 

Azərbaycanda  bu  sürət  sutkada  50  k m  oldu".  Paris  sülh  konfransındakı  Azərbaycan  nümayəndəliyi  Cü mhuriyyətin 

devrilməsindən  xəbər  tutan  kimi,  ap relin  28-də  San-Re mo   konfransına  bu  barədə  nota  təqdim  etdi.  La kin  nə  bu,  nə  də  

sonrakı müraciətlər heç bir nəticə vermədi. 23 ay fəaliyyət sürməsinə baxmayaraq, Azərbaycan xalqın ın dövlətçilik tarixində 

xüsusi yeri o lan Azərbaycan Xalq Cü mhuriyyəti süqut etdi. Aprel işğalından 71 il sonra "Azərbaycan Respublikasının Dövlət 

Müstəqilliyi haqqında Konstitusiya aktı"nda (1991 il  18 oktyabr) bu tarixi təcavüzə siyasi qiy mət verildi:  "1920 il aprelin 



27-28-də RSFSR-in XI Qırmızı Ordusunun Azərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn 

subyekti olan Azərbaycan Xalq Cümhuriyyətini devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin". 

 

Əd.:  Azərbaycan  tarixi,  7  cilddə,.  c.5,  B.,  2001;  Azərbaycan  Respublikası  (1991-2001),  B.,  2001;  Azərbaycan  Kommunist 

Partiyası  tarixinin  oçerkləri,  c.l,  B.,  1986;  Rəsulzadə  M.Ə.,  Azərbaycan  Cümhuriyyəti,  B.,  1990;  Cəbiyev  H.R.,  23  saat  Yalamadan 

Bakıya  (bax  Sovet  hakimiyyəti  uğrunda.  Xatirələr  məcmuəsi,  B.,  1967);  Əhmədova  F.,  Nəriman  Nəri-manov  -  ideal  və  gerçəklik,  B., 

1998; M ahmudov Y.M ., Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti, B., 2002; Е ф р е м о в M ., Взятие Баку , Военный вестник,1922, 

№7; Р  а  т г  а у з  е р Я., Борьба за Советский Азербайджан. К истории апрельского переворота, Б.,  1928; Д а р а б а д и П., Военные 

проблемы политической истории Азербайджана в начале  XX вeкa, Б., 1991;Н а с и р о в Т., Борьба за власть большевиков Азербайджана 

(1917-1920), Б.,1993; Х у д и е в Р., Оккупация Азербайджана Советской Россией в апреле  1920 r. "Azərbaycan tarixinin problemləri

müasir tədris və elmi nəşrlərdə onların əksi" konfransının materialları kitabında, B., 1995.  



Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin