VƏLİyev dünyamali əMİr oğlu azərbaycanin qlobal иqtиsadиyyata иnteqrasиyasi


Xarici və müştərək müəssisələrin fəaliyyəti (2006-ci il)*



Yüklə 7,05 Mb.
səhifə41/51
tarix10.03.2017
ölçüsü7,05 Mb.
#10912
1   ...   37   38   39   40   41   42   43   44   ...   51

Xarici və müştərək müəssisələrin fəaliyyəti (2006-ci il)*


Sahələr

Fəaliyyət göstərən müəssisələrin sayı

İşləyənlərin orta siyahı sayı, nəfər

Orta aylıq əmək haqqı, manat

Məhsulun (işlə­rin və xid­­mət­­lərin) həc­mi, mlrd manat

CƏMİ

863

63105

747

12, 1

Sənaye

234

28416

721

10, 1

Tikinti

86

13083

677

0, 7

Kənd təsərrüfatı

6

266

44

0, 06

Topdan və pərakəndə satış: avto­mo­billərin, məi­şət mal­­larının təmiri

251

4930

205

0, 08

Mehmanxanalar və restoranlar

27

2053

314

0, 06

Nəqliyyat, anbar təsərrüfatı və rabitə

81

4318

509

0, 7

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə fəaliyyəti

125

7087

2051

0, 4

Təhsil

26

1334

147

0, 005

Səhiyyə və sosial xidmətlər

12

655

294

0, 04

Digər kommunal sosial və fərdi xidmətlər

15

963

237

0, 02

* [44, 2007, s. 115]

Statistika göstəricilərdən eyni zamanda aydın olur ki, Azərbaycan sənayesində fəaliyyət gös­tərən xarici və müştərək müəssisələrin böyük əksəriyyəti hasilat sənaye­sində cəmlənmişdir. Başlıca olaraq xarici mülkiyyətə məxsus olan bu müəssisələr əsas etibarı ilə mineral ehtiyatların ixracı üzrə ixtisaslaşmışlar. Emaledici sənayedə də bü­tün­lük­lə xarici mülkiyyətə məxsus olan müəssisələrin xüsusi çəkisi yüksəkdir. Bu sa­hədə fəaliyyət göstərən müştərək müəssisələr isə əsas etibarı ilə daxili ba­zarda pərakəndə əmtəə dövriyyəsi ilə məşğul olurlar. İxracda onların payı azdır.

Xarici investisiyalı müəssisələrin fəaliyyəti regionlar üzrə təhlil edildikdə isə ay­dın olur ki, onların böyük əksəriyyəti (2006-ci ildə müəssisələrin 93, 4%-i, mal və xidmətlərin isə 98%-i) Bakı şəhərində cəmlənmişdir.

Onların qeyri-neft sektorunda və Azər­bay­canın bütün regionlarında proporsional şəkildə iştirakının təmin edilməsi üçün təş­kilatçılıq və təşviq tədbirləri genişlən­dirilməlidir. Azərbaycanın iqtisadi inkişa­fı­nın sürətlən­dirilməsi üçün xarici investisiyalı müəssisələrin iqti­sa­diyyatın müxtəlif sahələrində yeni texnika və texnologiyanın, müasir idarəçilik üsul­larının intensiv şəkildə tətbiqi vacibdir. Dövlət başçısının göstərdiyi kimi ölkəmizdə innovasiya fəa­liy­yə­ti­nin genişləndirilməsinə böyük ehtiyac vardır. Azərbaycanın qlobal iqtisadi sis­te­mə səmərəli qoşulması perspektivləri tələb edir ki, xarici investisiyalı müəs­si­sə­lər yalnız hasilat sənaye məhsullarının istehsalı və ixracı sahəsində ixtisas­laş­ma­sın, eyni zamanda daxili bazarın ehtiyaclarının ödənil­məsində və qeyri-neft sek­to­ru məhsullarının ixrac potensialının inkişaf etdirilməsində də əhəmiyyətli rol oy­na­sın. Həmin müəssisələrin yaradılması və fəaliyyəti sosial yönümlü tən­zim­lə­nən bazar iqtisadiyyatı modelinin strateji istiqamətlərinə uyğun şəkildə inkişafı ölkənin iqtisadi tərəqqisi üçün vacibdir.

Beləliklə, xarici investisiyalı müəssisələrin fəaliyyətinin yaxşılaş­dırılması bir sı­ra məsələlərin həll edilməsini, məsələn, vahid iqtisadi mexanizmin struk­tu­run­da qeyri-mütənasibliyin aradan qaldırılması, texniki və texnoloji tərəqqinin sürət­lən­dirilməsi, ərzaq, mənzil, ekologiya və digər sosial problemlərin həll edil­mə­sin­də onların rolunun artırılmasını tələb edir. Məhz, bunlarla əlaqədar olaraq qlobal iqtisadi sistemə səmərəli şə­kil­də inteqrasiyanın mühüm forması kimi xarici sərmayəli müəssisələrin inkişafı dövlətin iqtisadi siyasətinin strateji istiqamətlərindən birinə çevrilmişdir.


10. 3. Beynəlxalq kredit və Azərbaycanda xarici borc problemi.
Beynəlxalq kredit Azərbaycanın qlobal iqtisadi və maliyyə mühitinə in­teq­ra­si­­yasının mühüm kanallarından biridir və dövlət borcları problemi ilə sıx əlaqə­dar­dır. Döv­­­­lət borcu hökumət tərəfindən həyata keçirilən məqsədli maliyyə-kredit si­yasəti­nin vacib həlqələrindən biridir. Azərbaycanın dünya iqtisadi və maliyyə mü­hitində mövqeyinin möhkəmləndirilməsi üçün ölkə­mizin beynəlxalq ödəmə gü­cünün artırıl­ması və xarici borclara xidmətin təmin olunması, gənc dövlətimizin və onun iqtisadi subyektlərinin cari öhdəliklər üzrə etibarlı maliyyə tərəfdaşı kimi beynəlxalq reputa­siyasının yüksəldilməsi olduqca vacibdir.

Digər keçid iqtisadiyyatı ölkələrində olduğu kimi, Azər­baycanda da daxili və xa­­rici dövlət borcu münasibətlərində milli iqtisadi maraqları əsas götürən modern ma­liyyə siyasətinin həyata keçirilməsi, dövlət krediti kanalları ilə daxil olan və­sa­it­­dən maksimum səmərəli istifadə edilməsi və qaytarılması mexaniz­minin tək­mil­ləş­di­rilməsi, hüquqi bazanın inkişaf etdirilməsi döv­lətin səmərəli fəaliyyətinin əsas istiqamətlərindən biridir. Dövlət borcu müasir dövrdə dövlətin yeritdiyi ma­liy­yə siyasəti­nin mü­hüm tərkib hissəsi olmaqla, milli-iqtisadi təhlükəsizliyi müəyyən edən ciddi məsələlərdən biri hesab edilir.

Dövlət borcu - dövlətin fiziki və hüquqi şəxslər, xarici dövlətlər, beynəlxalq təş­kilatlar və beynəlxalq hüququn digər subyektləri qarşısında icra olunmamış ma­liyyə öhdəlikləridir.

Dövlət borclarının meydana gəlməsini şərtləndirən əsas səbəbləri aşağıdakı kimi qruplaşdırmaq olar:

İnvestisiya layihələrinin maliyyələşdirilməsi zərurəti;

Büdcə kəsirlərinin ödənilməsi;

Tədiyə balansı kəsirlərinin maliyyələşdirilməsi və val­yuta məzənnəsinin tənzimlənməsi;

Xarici ticarətin kreditləşdirilməsi;

Fövqəladə hadisələrin maliyyələşdirilməsi.

Azərbaycanın xarici borcunun yaranması Rusiya Fede­rasiyası ilə ''sıfır variantı'' haqqında sazişin bağlanması ilə baş­lanmışdır. Həmin sazişə görə Azərbay­can keçmiş SSRİ-yə olan iddialarından imtina edərək, əvəzində isə keçmiş SSRİ-nin xarici borclarına xidmət etmək üzrə bütün öhdəliklərdən azad olun­muşdur.

Azərbaycan Respublikası 1991-ci ildə müstəqillik əldə etdikdən sonra qlo­bal təsərrüffat sisteminə intensiv inteqrasiya strategiyasına uyğun olaraq dün­ya­nın apa­rıcı beynəlxalq ma­liyyə-kredit təşkilatlarının üzvlüyünə qəbul edil­miş və on­larla əməkdaşlığı fəal sürətdə inkişaf etdirir. Bu təşkilatlar arasında BVF, Dün­ya Bankı Qrupu, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Ban­kı, Asi­ya İnkişaf Bankı və digər maliyyə təşkilatları xüsusilə əhəmiyyətlidirlər. Hə­min təş­kilatlar ölkə iqti­sadiyyatının müxtəlif sahələrində layihə və proqramların hə­ya­ta keçirilməsi üçün maliyyə vəsaiti təqdim edir.

Xarici istiqraz və xarici borc məsələləri üzrə siyasi kursun müəyyən edil­mə­si və reallaşdırılması ölkənin iqtisadi strategiya­sının mühüm istiqamətlərindən biridir və dün­ya borc böhranı yarandıqdan sonra bu problemə diqqət bir çox ölkələrdə obyektiv olaraq artmışdır.

Xarici borclanmalar borclanma tipinə görə aşağıdakı ka­teqoriyalara bölünür:

Bilavasitə hökumət tərəfindən borclanmalar (G);

Hökumətə verilən və sonradan öncədən müəyyən edilmiş şərtlər əsasında təkrar razılaşma yolu ilə ssuda şəklində icraçıya ötürülən kreditlər (G/O);

Dövlət müəssisələri və təşkilatları tərəfindən hökumət zəmanəti ilə alınan kreditlər (G/G).

Maliyyə Nazirliyinin məlumatlarına əsasən borcun yaranma mənbələrinə görə Beynəlxalq İnkişaf Assosiasiyası (Dünya Bankı) və Eksimbanklar aparıcı mövqeyə ma­lik­­dir. (bax: cədvəl 10. 4)
Cədvəl № 10. 4.

Azərbaycana xaricdən cəlb edilən kreditlər və onun strukturu

1 yanvar 2008-ci il





İmzalanmış sazişlər üzrə cəlb olunmuş vəsait

İstifadə olunmuş və dövlət borcu hesab edilən kerditlər üzrə

I. Cəmi kreditlərin məbləği

ÜDM faiz nisbəti

Adam başına düşən xarici borc


4991. 0

16. 8%


580. 3 ABŞ dolları

2441. 9

8. 2%


283. 9 ABŞ dolları

II. Kreditlərin strukturu

1. İqtisadi islahatlar üçün cəlb

edilən kreditlər
Beynəlxalq Valyuta Fondu

Dünya Bankı


2. İnvestisiya layihələri üçün cəlb edilən kreditlər
Elektrik enerjisi sektoru

Kənd təsərrüfatı və meliorasiya

Yol tikintisi və nəqliyyat

Kimya sənayesi

Neft və qaz sektoru

İşğaldan azad olunmuş ərazilərin bərpası

Sosial sahələr

Digər sahələr


581. 2 11. 6%


299. 7 6. 0%

281. 6 5. 6%

4409. 7 88. 4%

1544. 6 30. 9%

318. 6 6. 4%

1307. 4 26. 2%

81. 4 1. 6%

158. 0 3. 2%

69. 1 1. 4%

649. 3 13. 0%

281. 2 5. 6%


15. 3%
4. 1%

11. 1%




    1. 84. 7%




    1. 35. 7%

    1. 7. 6%

  1. 19. 1%

    1. 1. 5%

153. 9 6. 3%

54. 7 2. 2%

180. 9 7. 4%

120. 1 4. 9%




Digər kateqoriyalara nisbətən bu iki qurumun ayırdıqları kreditlər güzəştli şərt­lərə malikdirlər. Onlar Azərbaycanın xarici dövlət borcunun yarısına qədərini təşkil edir. Bu sahədə növbəti yeri Avropa Yenidənqurma və İnkişaf Bankı tutur (yekun həcmdə xüsusi çəkisi 7, 5%). Həmin bankın ən iri kredit tranşı 53, 2 mln. dollar Yeni­kənd Su Elektrik Stansiyasının tikintisinə ayrılmışdır. Kreditorlar üzrə borcun strukturu 01. 10. 2006-cı il tarixdə aşağıdakı kimi olmuşdur:

BVF- 4. 1%, Dünya Bankı – 27. 9%, İİB – 3. 2%, AYİB – 6. 5%, KFV – 3. 2%, KTBİF - 1%, YBƏB – 15. 9%, Ekzim Banklar – 32. 7%, Kommersiya Bankları - 3%, Ölkələr – 2. 7%. Maliyyə Nazirliyinin məlumatına əsasən 1. 01. 2008-ci il tarixində xarici dövlət borcunun borclanma növünə görə təsnifatı aşağıdakı kimidir:

Bilavasitə hökumətə verilən kreditlər – 996. 6 mln. ABŞ dollar;

Hökumətə verilən və icraçıya ötürülən kreditlər – 586. 5 mln. ABŞ dollar;

Hökumət zəmanəti ilə təqdim edilən kreditlər – 858. 8 mln. ABŞ dollar.

Azərbaycan Respublikasının Beynəlxalq maliyyə-kredit təşkilatları və xarici ö­lkələrdən almış olduğu kreditlər cədvəl 10.4 məlumatlarından görün­düyü kimi iq­­tisadiyyatın çox geniş sahələrini əhatə edir. Bazar iqtisa­diyyatına keçid şə­rai­tində alınan kreditlərin təxminən 1/5-i struktur islahatlarının həyata keçiril­məsinə sərf edilmişdir. Bu qəbildən olan kreditlərə bank sis­teminin dirçəldilməsi, büdcə və tə­diyə balansı kəsirlərinin maliy­yə­ləş­dirilməsi üçün alınmış vəsaitlər daxil edi­lir. Hal­buki, büdcə və tədiyə balansı kəsirlərinin ödənilməsi məqsədilə alınan kre­ditlərin heç də hamısı struktur islahatı üçün istifadə edilmir. Bütün xarici kre­dit­lərin 88. 4%-i iqtisadiyyat sahələrinə yönəldilmişdir. Energetika və nəqliyyatın inkişaf et­dirilməsi məqsədlərinə 57. 1%-i yönəl­dilmişdir. Nəqliyyat sektoruna isə TRACECA proq­ramı çərçivəsində Böyük İpək Yolunun bərpa edilməsi məqsədilə Ələt-Qazıməm­məd yolunun tikintisi üçün 71, 1 mln. dollar ayrılmışdır. Azərbaycan iqtisadiyyatına cəlb olunan investisiya xarak­terli kreditlərin həcmi 2003-cü ildə 213. 0 mln. ABŞ dollarından 2007-ci ildə 2069. 3 mln. dollara qədər yüksəlmiş və cəmi xarici borcların 84. 7%-ni təşkil etmişdir.

Yuxarıdakı fəsillərdə qeyd edildiyi kimi Azərbaycan kimi keçid iqtisadiyyatı ölkələrində investisiyaların maliyyələşdirilməsi üçün xarici mənbələrə böyük ehtiyac vardır. İnvestisiya kredit­lərinin beynəlxalq hərəkəti qloballaşma prosesini sürətlən­dirir və inkişaf etməkdə olan ölkələrdə iqtisadi tərəqqi üçün əlavə imkan­lar yaradır. Bu əlavə vəsaitlərdən səmərəli istifadə olunması hə­min ölkələr qarşısında duran mühüm problemlərdən biridir.

İqtisadiyyata kredit qoyu­luş­la­rı­nın tərkibində də xarici investisiya kreditlərinin xüsusi çəkisi 1995-ci ildə 15, 2%-dən, 2005-ci ildə 14. 2%-ə qədər, sonrakı illərdə sürətlə artaraq 2007-ci ildə xüsusi çəkisi 59. 3%-ə yüksəlmişdir [44, s. 378-379]. Nəzərə almaq lazımdır ki, bey­nəl­xalq maliyyə-kredit təşkilatlarının investisiya kreditləri adətən güzəştli xarakter da­şıyır və onların art­ması ölkəmizdə xa­rici kreditlərin səmərəliliyinin mühüm göstəricilərindən biridir.

Respublikanın investisiya ehtiyatlarının maliyyələşdiril­məsində Dünya Ban­kı xüsusilə seçilir (27. 9 %) və həmin təşkilatla aparılan işin daha da genişləndirilməsi va­cib­dir. Eyni sözləri Avropa Yenidənqurma və İnkişaf Bankı və İslam İnkişaf Bankı haq­­qında da demək olar. Xarici borcun valyuta tərkibi çox müxtəlifdir. Ən yüksək xüsusi çəkiyə bütün borcların 32. 7 %-i SDR (xüsusi borcalma hüququ) ilə alınan borclar təşkil edir. Bu valyuta ilə borcu BVF və BİA verirlər. Onun dəyəri, məlum olduğu kimi hər gün ərzində dörd valyutadan iba­rət səbət əsasında müəyyən olunur. Səbət­dəki valyutaların pro­porsiyaları belədir: ABŞ dolları – 25. 4%, Avro - 20%, Yaponiya iyeni – 15, 9%.

SDR və İslam dinarı ilə verilmiş borcların valyuta tərkibi müəyyən edilərkən borclar həmin valyutaların səbətdəki faiz nisbətinə uyğun olaraq bölünür. Bu za­man aydın olur ki, borc­ların 20, 6 %-i ABŞ dolları, 19, 1 %-i yapon iyeni, 16, 6 %-i Avro, 3 %-i İsveçrə frankı və 2, 2 %-i islam dinarı valyutalarda əks olunublar.

Azərbaycanın xaricdən aldıqları borcların faiz dərəcələri orta hesabla 3, 5-4% təşkil edir ki, orta hesabla götürüldükdə bu o qədər yüksək hesab edilmir. Bu onunla əlaqədardır ki, bu borc­ların böyük əksəriyyəti beynəlxalq inkişaf insti­tut­ları tərəfindən güzəştli şərtlər­lə verilir. Məsələn, BYA üzv ölkələri fərdi orta­müd­dət­li inkişaf strategiyası çərçivə­sində kreditlər 30 il müddə­tinə illik 0, 75% hesabı ilə verilir. Alman və Yaponiya İnkişaf fondları da təxminən eyni şərtlərlə verir. BVF-nun kreditləri isə 3, 5-5% arasında dəyişir. Kommersiya şərtləri ilə kreditlər isə çox yüksək faizlə - LİBOR + (3, 5%), yəni təxminən 10%-lə təmin edilir. Uzun və orta müddətli kreditlər üzrə faiz dərəcəsi 2, 3 % və orta ödəniş müddəti 22 ildir. Faiz dərəcələrinin növləri üzrə bölgü belədir: sabit dərəcə 59, 4 %, dəyişkən dərəcə üzrə 31, 3 % və BVF-in kreditləri 7, 2 %.

Lakin Azərbaycan müxtəlif kommersiya və ixrac-idxal banklarından dəyi­şən faiz dərəcələri (üstəgəl müəyyən marj) ilə də kreditlər alır. Bu kreditlər ABŞ dol­ları, isveçrə frankı, yapon iyeni və avro ilə verilir. Azərbaycanın ümumi bor­cu­nun 27%-ni təşkil edən bu dəyişən faiz dərəcələri ilə alınan borclar çox riskli he­sab edilirlər. Çünki LİBOR-un nominal dərəcəsi 80-90-cı illərdə olduğu kimi çox ge­niş diapa­zonda dəyişikliyə məruz qala bilər. Belə hal təkrar olunarsa ölkənin tədiyə balansı üzərində əlavə ağır yük yarana bilər. Ona görə də onlardan minimum dərəcədə istifadə edilir.

Beləliklə, aparılan təhlil göstərir ki, Azərbaycanın xarici borcları postsovet res­publikaları arasında o qədər də yüksək nis­bi səviyyəyə malik olmasa da ilk illərdə sü­rətlə artmışdır. Bu artım 1995-2001-ci illərdə 4, 6 dəfə təşkil etmişdir. 2002-2005 ci illərdə artım cəmisi 55% olmuşdur. Onun xüsusi çə­kisi ÜDM-a nisbətən 1995-ci ildə 12%-dən 2001-ci ildə 29%-ə, 2006-ci ildə isə həmin nisbət 9, 9 %-ə qədər azalmışdır. Neft amili (və ya neft gəlirləri ) həmçinin əvvəlki illərlə müqayisədə xarici borclanmanın artım tempinin aşağı düşməsinə təsir göstərib. Belə ki, 2002-ci illə müqayisədə 2003-cü ildə Azərbaycanın xarici borcu 15, 9 % artaraq 1575 mln. ABŞ dolları, 2004-cü ildə isə artım 0, 8 % olmaqla 1588 mln. ABŞ dolları olub. 2005-ci ildə isə artım bir qədər də sürətlənərək 3, 9 %-ə yüksəlib. Beləliklə 2005-ci ildə Azərbaycanın xarici borcu 1650 mln. ABŞ dolları olub. 01. 01. 2008-ci ildə isə 2441. 0 mln. ABŞ dolları olub. Dünya ölkələrinin təcrübəsinə əsaslanaraq Azərbaycanın xarici borcunun yüksək olmadığını demək olar. 01. 01. 2008-cı ildə Azərbaycanda adambaşına xarici borcun məbləği 283. 9 ABŞ dolları olub ki, bu da bir çox keçid iqtisadiyyatlı və inkişaf etməkdə olan ölkələrlə müqayisədə xeyli aşağıdır. Azərbaycanda xarici borcun inkişaf etmiş ölkələrlə müqayisədə az olmasına təsir göstərən əsas amil kimi neft gəlirlərini də göstərmək olar.

2007-ci il ərzində respublikamızın iqtisadiyyatı üçün mühüm əhəmiyyəti olan müxtəlif layihələri maliyyələşdirmək məqsədi ilə 767, 2 mln. ABŞ dolları məbləğində 8 kredit sazişi imzalanmışdır. Müxtəlif beynəlxalq maliyyə-kredit təşkilatları tərəfindən ayrılan kreditlər strukturuna görə aşağıdakı kimi təsnif olunur:



-Dünya bankı (2 kredit) -260, 0 mln. ABŞ dolları

-Avropa yenidən qurma və inkişaf bankı(1 kredit) -92, 0mln. ABŞ dolları
-İslam İnkişaf bankı(1 kredit) -80, 0 mln. ABŞ dolları


-Almaniya höküməti(1 kredit) -42, 0 mln. ABŞ dolları

-Koreyanın “Şinhan” Bankı (1 kredit) -180, 0 mln. ABŞ dolları

-ABN AMRO Bank (1 kredit) -100, 2 mln. ABŞ dolları

-Səudiyyə İnkişaf fondu(1 kredit) -13, 0 mln. ABŞ dolları

Bu məbləğlər əsas etibarilə respublika iqtisadiyyatının prioritet sahələrinə - infrastrukturun bərpası, yenidən qurulması və inkişaf etdirilməsi üzrə layihələrin həyata keçirilməsinə yönəldilmişdir.

Azərbaycan Respublikasının xarici dövlət borcu 2007-ci il yanvar tarixində 2, 0 mlrd. ABŞ dolları olduğu halda il ərzində artaraq 2008-ci il 1 yanvar tarixində 2, 4 mlrd ABŞ dollarına çatmışdır. Ümumən, xarici dövlət borcunun strukturu 2008-ci il 1 yanvar tarixindən aşağıdakı əsas nisbi göstəricilərlə ifadə olunur:elektrik enerjisi sektorunun inkişafı və bərpası -35, 7%, nəqliyyat infrastrukturunun bərpası -19, 1%, iqtisadi islahatlar -15, 3%, kənd təsərrüfatı -7, 6%, sosial sahələr -7, 4%, işğaldan azad olunmuş ərazilərin bərpası -2, 2%, digər sahələrdə -12, 7 % . Beləliklə 2007-ci il 1 yanvar tarixində imtiyazlı kreditlərin məbləği 1, 35mlrd. ABŞ dolları, 2008 ci il 1 yanvar tarixində isə bu göstərici 1, 46 mlrd. ABŞ dolları təşkil etmişdir. 2007-ci ilin nəticələrinə görə 102, 2 milyon ABŞ dolları məbləğində əsas borc qaytarılmış və 68, 3 mln. ABŞ dolları məbləğində xarici dövlət borcu ilə əlaqədar faiz ödənişi həyata keçirilmişdir.
10. 4. Azərbaycan Respublikasının tədiyə balansının aktual problemləri.
Ölkənin beynəlxalq iqtisadi əlaqələrinin dünya bazar­larına inteqrasiyasının vəziyyətini və dinamikasını əks et­di­rən sənədlər arasında tədiyə balansı xüsusi yer tutur. Belə ki, tədiyə balansı mal idxalı və ixracı ilə yanaşı, beynəlxalq xarakterli xidmətlərin, pul köçürmə­lə­ri­nin, investisiyaların, kreditlərin və digər əməliyyatların hərtərəfli araşdırıl­masında, öl­kənin valyuta gəlirlərinin və xərclərinin uçotunun aparılmasında mühüm rol oy­na­yır. Qeyd olunan sahələr üzrə valyuta daxilolmalarını və ödənişlərini gös­tər­məklə tədiyə balansı iki bölmədən - cari əməliyyatlar balansından və kapitalın və maliyyənin hərəkəti balansından ibarətdir.

Bazar iqtisadiyyatını özünün iqtisadi inkişaf yolu kimi seçən Azərbaycan Res­publikasında tədiyə balansının tərtibatına 1995-ci ildən başlanmışdr. Azər­bay­can Respublikası Nazirlər Kabinetinin 8 fevral 1995-ci il tarixli 25 nömrəli qə­rarı ilə ölkədə hesabat tədiyə balanslarının hazırlanması Milli Banka həvalə olun­muş­dur. Bu məqsədlə yaradılmış xüsusi departament Dövlət Statistika Komi­tə­si­nin, Dövlət Gömrük Komitəsinin, Maliyyə Nazirliyinin, digər müvafiq dövlət orqan­larının və bank statistikasının məlumatları əsasında rüblük, yarımillik və illik tədiyə balanslarının tərtibi ilə məşğuldur. Artıq 1995-1998-ci illər üzrə hesabat tədiyə balansları işlənib hazırlanmışdır. Bu balanslar Azərbaycan Res­publikasının iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasını, onun inkişaf səviyyəsini və xarici iqtisadi əlaqələrin iqtisadiyyatda rolunu nümayiş etdirir. Belə ki, həmin illər üzrə tədiyə balansları Azərbaycan Respublikasının təxminən 5 min hüquqi və 600 mindən çox fiziki şəxslərinin il ərzində 80-dən artıq dövlətin çoxsaylı rezidentləri ilə apardıqları iqtisadi əlaqələri özündə əks etdirirdi. [103, s. 297]

Azərbaycan Respublikasının tədiyə balansının təhlili göstərir ki, ölkə iqtisa­diy­yatı 70 il ərzində Sovet imperiyasının yeritdiyi si­ya­sə­tin dərin izlərini özündə uzun müddət əks etdirməkdə davam etmişdir. Əlavə №15-in mə­lumatları göstərir ki, tədiyə balansının əsas tərkib hissəsi olan cari əmə­liy­yat­lar he­sabının kəsirlə yekunlaşmasının əsas səbəbi (1996-1999-cu illərdə) Azər­bay­can Res­pub­likası üçün xarakterik ticarət və xidmətlər balansında iri həcmdə mənfi sal­do­nun möv­cudluğu olmuşdur. Cari əməliyyatlar balansının kəsiri 1998-ci ildə ən yüksək həd­də - 1364, 5 mln. ABŞ dollara çatdıqdan sonra 2000/2001-ci illərdə azal­mış və 2001-ci ildə 51, 8 mln. dollar təşkil etmişdir. Bunun əsas sə­bə­bi beynəlxalq neft mü­qa­vilələrinin - neft hasilatı və onun nəqli mər­hə­lə­si­nə daxil olmasıdır. Cari əməliy­yat­lar hesabının ən mühüm tərkib hissəsi ticarət balansıdır.

1994-cü ildən başlayaraq ticarət balansı kəsirlə başa çatmışdır (Bax: əlavə 15). Bu meyl 1999-cu ilədək davam etmiş, yalnız 2000-ci ildən ölkənin xarici ticarətində müs­bət dəyişikliklər baş vermiş və balans müsbət saldo ilə yekunlaşmışdır. 2000-ci il­də ixracın payı artaraq 60%, idxalın payı isə 40% olmuş, ticarət balansı müsbət sal­do verərək 53 mln. ABŞ dolları təşkil etmişdir. 2004-cü ildə bu göstəricilər mü­va­fiq olaraq 51%, 49% təşkil etmişdir və müsbət saldo isə 160 mln. ABŞ dolları olmuşdur. İxracın həcminin id­xala nisbətən artması ixracın strukturunda neft və neft məhsullarının xüsusi çəkisinin artması ilə əlaqədar olmuşdur.

Həmin dövrdə xarici ticarət balansı kəsirinin coğrafi strukturunun təhlili göstərir ki, bu kəsirin başlıca mənbəyi MDB ölkələri ilə olan ticarətdir. 2001-2006-cı illərdə Avropa Birliyi ölkələri ilə xarici ticarət müsbət saldo verdiyi halda MDB ölkələri ilə ticarətin kəsiri artmaqda davam edir. Son illərdə tədiyə balansı üzrə maliyyə axınları ölkənin ödəmə qabiliyyətinin daha da yaxşılaşdığını, investisiya potensialının reallaşması prosesinin sürətləndiyini və xarici tərəfdaşların ölkəmizə etimadının artdığını göstərir.

Cari əməliyyatlar hesabının saldosu bir sıra müsbət faktorlar, xüsusən neft strategiyasının reallaşması nəticəsində 2004-cü ildə 2, 6 mlrd. dollar kəsirlə yekunlaşmışdır. Belə ki, ölkəyə daxil olmuş xarici kapitalın artması hesabına investisiya xarakterli malların və xidmətlərin idxalı çoxalmışdır.



Cədvəl № 10. 5

Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin