VƏLİyev dünyamali əMİr oğlu azərbaycanin qlobal иqtиsadиyyata иnteqrasиyasi


Xarici investisiya sahəsində dövlət siyasəti



Yüklə 7,05 Mb.
səhifə40/51
tarix10.03.2017
ölçüsü7,05 Mb.
#10912
1   ...   36   37   38   39   40   41   42   43   ...   51

10. 2. Xarici investisiya sahəsində dövlət siyasəti.
Bazar münasibətlərinin inkişafına və iqtisadi tərəqqiyə təkan verən mühüm amil­lər­dən biri Azərbaycanın qısa müddət ərzində beynəlxalq kapital hərəkətində fəal işti­rak etməyə baş­lamasıdır. Kapitalın beynəlxalq miqrasiyası dövrümüzün xa­rak­terik xü­su­siyyətini təşkil etməklə, təsərrüfat həyatının beynəl­miləlləşməsi­nin də­rin­ləşməsində və istehsalın səmərəliliyinin yük­səldilməsində mühüm ünsür ol­ma­sı­na baxmayaraq, ölkəmiz inzibati-amirlik sistemi dövründə bu prosesdən tamamilə kənar­da qalmışdır.

Məlum olduğu kimi müasir mərhələdə qlobal təsərrüfata qoşulmanın sə­mə­rəliliyi əhəmiyyətli dərəcədə ölkənin beynəlxalq rəqabət qabiliyyətinə nə də­rə­cə­də malik olmasından asılıdır. Amerikan iqtisadçısı M. Porterin təklif etdiyi sxem­dən istifadə etsək, ay­dın olar ki, uzun müddət Azərbaycan iqtisadiy­yatı­nın beynəlxalq rəqabət gü­cü əsas etibarilə istehsal amillərindən istifadəyə əsaslanmışdır.

Azərbaycan ixracatının 9/10-nun uzun müddət yanacaq-energetika kom­pleksi məhsulla­rın­dan ibarət olması o deməkdir ki, öl­kə­mizin dünya bazarında tutduğu birtərəfli möv­qe yerli isteh­salçıların təbii ehtiyatlarının verdiyi üstünlüklərdən istifadə et­mə­sindən irəli gəlir. Dünya dövlətlərinin təcrübəsi isə göstərir ki, belə bir üs­tün­lük daimi deyildir. Dünya bazarlarında ölkənin zəmanətli üstünlüyünü isə inves­ti­si­ya və innovasiyalar əsasında təmin etmək mümkündür. Bu yol inkişaf etmiş sə­na­ye ölkələrinin lider vəziyyətinə gəlməsində, postsənaye cəmiyyə­tinin yaran­ma­sında əsas rol oynamışdır. İnvestisiya yolu ilə rəqabət gücünün inkişaf etdi­ril­məsi milli firmaları müasir texnika və texnologiya, lisenziyaların əldə edilməsi və müştərək müəssisələrin yaradılması üçün investisiya qoyuluşlarına vadar edir. Firma və müəssisələr texnika və texnologiyanı idxal etməklə onların yerli şəraitə uy­ğunlaşdırılmasına çalışmalıdırlar. Lakin inkişaf etmiş ölkələrdə bu proses artıq arxada qalmış bir mərhələdir. Həyat bütün kəs­kinliyi ilə yeni texnikanın yalnız id­xalını deyil, öz qüvvəsi ilə yaradılmasını da tələb edir.

Təbiidir ki, müstəqillik əldə edildikdən sonrakı ilk illərdə ağır texniki-iqtisadi və maliyyə vəziyyətində olan Azərbaycan müəssisələri yüksək kapitaltutumlu həmin məsələlərin həllini öz qarşısına qoymaq üçün kifayət qədər potensiala malik deyildilər. Lakin investisiya və innovasiyalar hesabına rəqa­bət üstünlüyünə keçmək üçün onların belə bir şəraitdə xarici tərəfdaşların fəaliyyətinin bu və ya digər ünsürlərindən fay­dalanmaları olduqca vacibdir. Neft gəlirləri ilə yanaşı bu ünsürlərdən ən mühümü xarici investisiyaların cəlb olunmasıdır.

Hər şeydən əvvəl Azərbaycanın geopolitik mövqeyi, onun Avropa və Asiya qo­vşağında beynəlxalq biznesə qoşulmaq baxı­mından cəlbedicidir. Avropa-Asi­ya tranzit nəqliyyat yolları­nın Azərbaycan ərazisindən keçməsi, Xəzər də­ni­zi­nə yaxınlıq, ölkədə və regionda səmərəli və perspektivli bazarların olması istər is­teh­sal olunan, istərsə də ölkəyə gətirilən əmtəələrin satış imkan­larını ge­niş­lən­di­rir. TRACECA proqramı çərçivəsində qədim İpək Yolunun bərpası istiqamə­tin­də işlərin sürətlənməsi nəhəng xarici investorların, kredit təşkilatlarının ölkəyə marağını artırır.

Məlum olduğu kimi, Azərbaycan zəngin təbii xammal ehtiyatlarına malikdir. Təsadüfi deyil ki, son illərdə kar­bohidrogen ya­taq­la­rı­nın kəşfiyyatı, işlənilmə­si və istismarı üzrə 15 ölkənin 33 şirkətinin iş­ti­ra­kı ilə 23 bey­nəl­xalq müqavilə imza­lanmışdır. Bu müqavilələr üzrə 1997-2007-ci illər ərzində neft sektoruna 24413. 1 milyon ABŞ dol­ları investisiya qoyulub və bütövlükdə 60 milyard dolların qoyulması nəzərdə tutulur. Lakin neft Azərbayca­nın malik olduğu yeganə təbii ehtiyat de­yildir. Ölkəmiz digər mineral resurslarla da zən­gindir. Kifayət qədər inkişaf et­miş sənaye potensialına, ucuz və keyfiyyətli əmək ehtiyatlarına malikdir.

Xarici investisiyaların cəlb edilməsi yolu ilə beynəlxalq rəqabət qabiliyyətinin yük­­səldilməsi xüsusən Azərbaycan kimi keçid iqtisadiyyatı ölkələrində müstəqillik əldə edildikdən sonrakı ilk illərdə onsuz da ağır maliyyə vəziyyətində olan təsərrüfat subyektləri tərəfindən müstəqil olaraq həll edi­lə bilməzdi. Bu prosesin həyata keçməsi və sürətlənməsinə dövlətin ciddi mü­da­xi­lə­si neft gəlirlərinin ilk növbədə bu məqsədə yönəldilməsi və təşkilatçılıq tədbirlərini əhatə edən məqsəd­yönlü hökumət siyasəti tələb olunur.

Keçid iqtisadiyyatı ölkələrində dövlət orqanları qarşısında bu sahədə duran başlıca vəzifə milli və xarici investorlar qar­şısında milli maraqlara uyğun əlverişli investisiya mühitinin yaradılmasından və bu yolla elmi-texniki potensialın dəstək­lənməsi və inkişafına yardım edil­məsindən ibarətdir.

Məlumdur ki, beynəlxalq əmək bölgüsünün üstünlük­lərin­dən maksimum is­ti­fadə edilmədən, xarici iqtisadi əlaqələrin bütün formaları intensiv şəkildə ge­niş­lən­dirilmədən ölkə iqti­sadiy­yatının inkişafında qlobal dönüş mümkün deyildir. Xa­ri­ci kapital, texnika, texnologiya və digər istehsal amillərinin Respub­likaya gə­ti­ril­məsi bu məsələdə müstəsna əhəmiyyət kəsb edir.

Respublika istiqlaliyyət əldə etdikdən dərhal sonra müs­təqil sürətdə xarici ka­pital cəlb olunması üçün geniş tədbirlər həyata keçirməyə başlamışdır. 15 yan­var 1992-ci ildə qəbul edil­miş "Xarici investisiyanın qorunması" haqqında Azər­baycan Res­publikasının Qanunu ilə Respublika ərazisində xarici investisiya qo­yuluşunun hüququ və iqtisadi prinsipləri müəyyən edilmişdir. Qanun iq­tisa­diy­yatda xarici mad­di və maliyyə ehtiyatlarının, qabaqcıl xarici texnikanın və tex­no­lo­giyanın idarəetmə təc­rübə­sinin cəlb olunmasına, bunlardan səmərəli istifadə olun­masına yönəldil­miş­dir və xarici investisiyaların hüquqlarının müdafiəsinə təminat verir.

Azərbaycan Respublikası ərazisində xarici investisiya hü­qu­qi cəhətdən tam və qeyd-şərtsiz müdafiə olunur. Belə müdafiə müvafiq qanunvericilik aktları ilə təmin olunur. Eyni zamanda xarici investisiya Respublikada qanunericiliyin də­yişdirilməsi ilə bağlı hallarda da bəzi təminatlar alır. Belə ki, sonrakı qanun­ve­rici­lik­lər investisiya qoyuluşu şəraitini pisləşdirərsə on il ərzində xarici investora in­ves­tisiyanın qoyulduğu zaman qüvvədə olmuş qanunvericilik tətbiq edilir. Qa­nun­da milliləşdirmə və regvizisiya ilə bağlı təminatlar da müəyyən edilir. Qərara alın­mışdır ki, xarici investisiya xalqa və dövlət mənafeyinə zərər vuran hallar is­tis­na olmaqla, rekvizisiya edilmir. Milliləşdirmə və rekvizisiya təd­birləri görüldükdə xa­rici investora dərhal müqabil və səmərəli kompensasiya ödənilir. Kom­pen­sa­siya xarici valyuta ilə ödənilir və investorun arzusu ilə xaricə köçürülə bilər.

Qanunla xarici investisiyalar, həm müştərək müəssisələrin, həm də 100% xa­ri­ci kapitala malik müəssisələrin yaradılması üçün cəlb edilə bilər. Xarici fiziki və hü­qu­qi şəxslər Azərbaycan Respublikasının ərazisində mövcud olan bütün müəs­si­sə­lərin səhm və digər qiymətli kağızlarını satın ala bilər, dövlət və bələ­diy­yə müəs­sisələrinin özəlləşdirilməsində iştirak edə bilər, xarici bankların tə­sis­çisi ola bilər. Belə bankların fəaliyyətinin lisenziya­laşdırılması qaydası müəyyən edil­mişdir. Onlar birləşib assosia­siyalar, konsernlər, konsorsiumlar və başqa birliklər yarada bilərlər.

Xarici kapitalın iştirakı ilə yaradılmış müştərək müəssisə­lərə öz fəaliyyətini həyata keçirmək üçün "Azərbaycan Respub­likasının Torpaq məcəlləsi"(12 fevral 1992-ci il) əsasında torpaq daimi istifadəyə verilə bilər. Xarici investorlar təbii ehtiyat­lardan istifadə etmək hüququnu konsessiya əsasında əldə edə bilərlər.

"Xarici İnvestisiyanın Qorunması" haqqında Qanunla [15] müvafiq vergi və rüsumlar ödənildikdən sonra xarici inves­torların investisiya ilə əlaqədar qanuni əsaslarla xarici valyuta şəkilində əldə etdikləri gəlir və başqa məbləğləri, o cüm­lə­dən kompensasiya və zərərin ödənilməsi məbləğlərinin xaricə köçü­rül­məsinə tə­minat verilir. Azərbaycan Respublikası ərazisində xa­rici investorların götürdük­lə­ri mənfəət həmin pul vahidi şəklində yenidən investisiya kimi qoya bilər (rein­vestisiya), Azərbaycan Respublikasının banklarında saxlana bilər, Milli Bankın müəyyən etdiyi qaydada xarici valyuta almaq üçün sərf edilə bilər.

Xarici investisiyalı müəssisə istehsal etdiyi məhsula (işlərə, xidmətlərə) qiy­mət qoymaq, ölkənin daxili bazarında onun satışı şərtlərini müəyyən etmək, bu ba­zardan məhsul (işlərə, xidmətlərə) göndərənləri seçmək ixtiyarına malikdir. Ta­mamilə xarici inves­tora məxsus müəssisələr və nizamnamə fondunun 30 fai­zindən çoxu xarici investisiyadan ibarət olan müəssisələr öz istehsal etdikləri məh­sulu (işləri, xidmətləri) lisenziyasız ixrac edə bilərlər.

Birgə müəssisənin nizamnamə fonduna xarici investorun əmanəti kimi və ya ta­mamilə xarici investora məxsus müəssisənin yaradılması üçün Respub­lika­ya gə­tirilən əmlak gömrük rüsu­mundan azad edilir. Xarici investisiyalı müəs­si­sə­ni əcnəbi işçi­lərinin öz ehtiyacları üçün gətirdikləri əmlak gömrük rüsumun­dan azad edilir.

Beləliklə, xarici investisiyalar haqqında qanunvericilik ba­za­sının təhlili göstərir ki, öl­kə­də müstəqillik əldə edildikdən sonra geniş normativ baza yaradılmışdır. İnvestisiya fəaliy­yəti aşağıdakı mühüm zəmanətlər verilməsi yolu ilə təşviq edilir:

- əmlakın milliləşdirilməsi və müsadirəsi əleyhinə zəma­nətlər;

- qanunvericilikdə dəyişikliyə qarşı zəmanət;

- ölkəyə əmtəələrin rüsumsuz idxalı üzrə zəmanət;

- əsassız yoxlamalara qarşı zəmanət;

- əldə edilmiş mənfəətin xaricə azad çıxarılması haqqında zə­manət;

- investorun şəxsiyyətinin və onun əmlakının təhlü­kəsiz­liyinə zəmanət;

- ikiqat vergitutmaya yol verilməyəcəyi haqqında zəma­nət.

Qanunun 5-ci maddəsi ilə müəyyən edilmişdir ki, investisiya qoyuluşu sahəsində xarici investorların fəaliyyətinin hüququ rejimi Azərbaycan Respubli­ka­sının hüquqi şəxslərinin və vətəndaşlarının əmlakı, əmlak hüquqları, habelə inves­tisiya fəa­liyyəti üçün yaradılmış rejimdən az əlverişli ola bilməz.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 fevral 2008-ci ildə Macarıstanda səfərdə olarkən qeyd etmişdir: “ Xarici sərmayənin həcminə görə Azərbaycan bölgədə birinci sıralardadır. Azərbaycanda bütün investisiyalar, o cümlədən xarici investisiyalar çox etibarlı şəkildə qorunur. Bizim üçün strateji olan layihələr, hətta qanun kimi qəbul edilir və beləliklə, həm investorlarda, həm də yerli qurumlarda tam əminlik var ki, bu sazişlərə, layihələrə, razılaşmalara heç kim müdaxilə etməyəcəkdir. Biz xarici investisiyaları maksimum dərəcədə qorumaq üçün əlimizdən gələni edirik və bu günə qədər bu sahədə heç bir narahatçılıq olmamışdır. Biz bu etibarı qazanmışıq və yüksək qiymətləndiririk. Azərbaycan bu yaxınlarda Dövlət İnvestisiya Şirkətini yaratmışdır. Şirkətin əsas məqsədi ondan ibarətdir ki, dövlət xarici investisiyaları cəlb etmək üçün özü müəyyən layihələrdə səhmdar kimi iştirak edə bilər, edir və edəcəkdir”.

Azər­baycan iqtisadiyya­tında xarici investisiyaların rolu 1995-ci ildən sonra sürətlə artmışdır.

1995-ci ildə ölkəmizə 375, 1 mln. dollar xarici investisiya qoyulduğu halda, 2007-ci il­də onun məbləği 11540, 3 mln. dollara çatmış və ya illik məbləği 31 dəfə artmışdır. Cəmi in­­ves­tisiyalarda onun xüsusi çəkisi də davamlı artım göstərərək 2002-ci ildə 80%-ə qədər yüksəlmişdir. Sonrakı illərdə yerli sahibkarlığın maddi-texniki bazasının möhkəmlənməsi daxili investisiyaların durmadan artmasına və xarici və daxili investisiyalar arasındakı nisbətin ikincisinin xeyrinə dəyişməsinə səbəb olmuşdur.

Neft kontraktlarının icrası ilə əlaqədar olaraq cədvəl 10. 2 məlumatlarından göründüyü kimi respublikaya cəlb olunmuş birbaşa xarici investisiyaların böyük əksəriyyəti neft sektoruna yönəldilmişdir.

Cədvəl 10. 2.

Xarici investisiyalar (mlyn. ABŞ dolları)*






2000


2002


2003


2004


2005


2006


2007

Cəmi xarici investisiya

o cümlədən:



927, 0

2234, 9

3371, 0

4575, 5

4893. 2

5052. 8

6760. 3

Maliyyə kreditləri

262, 9

223, 0

238, 3

293, 0

698, 4

983. 5

1425. 8

Neft sənayesi

546, 1

1693. 0

2972, 4

4088, 1

3799. 9

3422. 3

4176. 3

Birgə və xarici investisiyalı

müəssələr ondan:



118



318, 9


45, 4


104. 2


230. 5


368. 4


376. 0


Türkiyə

31. 6

55. 6

17. 1

80. 1

96. 2

136. 6

139. 1

ABŞ

11. 2

41. 4

4. 9

8. 4

24. 8

70. 0

71. 4

İran

2. 9

2. 7

-

-

1. 2

17. 5

18. 0

Almaniya

1. 7

1. 7

-

2. 1

21. 5

17. 4

17. 6

Rusiya

-

0. 7

1. 2

1. 8

39. 5

4. 6

4. 5

Böyük Britaniya

6. 8

108. 1

9. 0

4. 2

5. 1

39. 1

40. 0

Birləşmiş Ərəb Əmirlikləri

2. 8

0. 2

4. 4

4. 4

5. 7

18. 3

18. 8

İsveçrə

-

-

-

-

0. 5

2. 7

2. 6

Fransa

39. 3

25. 7

2. 2

2. 2

2. 6

11. 1

11. 3

Kipr

-

-

-

-

0. 2

5. 4

5. 6

Çin

-

-

-

-

0. 2

1. 3

1. 5

İtaliya

-

-

-

-

4. 6

2. 8

3. 0

Pakistan

-

-

-

-

-

3. 1

3. 0

Norveç

-

31. 6

-

-

-

-

-

Yaponiya

16. 4

23. 7

-

-

-

-

-

Digər ölkələr

5. 3

27. 5

6. 6

1. 0

28. 4

38. 5

39. 6

Neft bonusu

-

-

58. 6

21. 6

1. 0

17. 0

67. 7

Portfel investisiyalar

-

-

-

19. 0

78. 0

57. 8

-

Digər investisiyalar

-

-

56. 3

49. 6

85. 4

203. 8

714. 5

*[43. s. 124, 125]
Azərbaycan iqtisadiyyatına xarici kapitalın cəlb edil­məsi­nin ən mühüm va­si­tə­lə­rin­dən biri özəlləşdirmə prosesidir. Yeni sahələrin o cümlədən xarici sər­ma­yə­çilər üçün xüsusilə cəlbedici olan metallurgiya, kimya, energetika, ma­şın­qa­yır­ma, nəq­liy­yat, ra­bitə və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin özəl­ləş­di­rilməyə açılması xa­rici sərmayə axınına güclü təkan vermişdir.

Yeyinti, yüngül sə­naye məhsullarının, in­şaat material­larının və digər məhsulların istehsalı ilə məşğul olan müəssisələrin xa­ri­ci şirkətlər tərəfindən özəlləşdirilməsi, energetika, metal­lur­giya müəssisələrinin uzun­müddətli idarə etməyə verilməsi həyata keçirilən tədbirlərin uğurundan xəbər verir.

Bütün bunları nəzərə alaraq investisiyaların ölkəyə cəlb edilməsi ilə bağlı aşağıdakı tədbirlərin həyata keçirilməsi zəruri hesab edilir.

1. Azərbaycan Respublikasında xarici investisiya qoyuluş­larının təc­rü­bəsi ümumiləşdirilərək və ölkənin inkişaf perspektivləri nəzərə alınmaqla uzun­müddətli dövlət investisiya proqramı tərtib edilməli və bu sahədə dövlət siya­sə­tinin daha da təkmilləşdirilməsi üçün kompleks tədbirlər görülməlidir.

2. Ölkəyə xarici investisiyaların cəlb olunmasının daha da liberal­laş­dırılması isti­qa­mə­tində işlərin sürətləndirilməsi, "Xarici inves­tisiyaların qorunması haqqında" və "İnvestisiya fəaliyyəti haqqın­da" qanunların təkmilləşdirilməsi sürətləndirilməlidir.

3. Qeyri-neft sektoruna investisiya axınının sürətləndiril­məsi işinə xüsusi qay­ğı göstərilməlidir. Bu zaman Azərbaycanın maşınqayırma, yüngül və yeyinti sə­naye kimi ənənəvi emaledici sə­naye sahələri, kənd təsərrüfatının inkişafı xü­susi əhəmiyyət kəsb etməlidir.

Xüsusi ixrac zonalarının yaradılması, neft sahəsində ol­duğu kimi iqtisadiy­yatın digər sahələrində də xarici şirkətlərlə konsorsiumun yaradılması, məhsulun pay bölgüsü üzrə sazişlərin imzalanması və bu sazişlərə qanun statusunun veril­mə­si də qeyri-neft sektorunda xarici sərmayələrin əhəmiyyətli dərəcədə artırıl­ma­sında səmərəli mexanizm ola bilər.

Sərmayələrin sahələr və regionlar üzrə tarazlığının təmin edilməsi baxı­mın­dan, regionlarda infrastruktur, ilk növbədə elek­trik enerjisi, qaz, su ilə təmi­na­tın yaxşılaşdırılması, təşviq tədbir­lərinin həyata keçirilməsi zəruridir.

5. Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi məqsədilə bu sahəyə ma­liy­yə yardımı göstərilməsi üçün dövlət proqramının real həyata keçirilməsi me­xa­nizm hazırlanmasıdır. Eyni zamanda beynəlxalq təşkilatlardan qeyd edilən struk­tur­ların inkişafı üçün ayrılmış kreditlərin və yardımların istifadəsində pəra­kən­də­li­yin aradan qaldırılması və bu işlərin bir mərkəzdən idarə olunması üçün tədbirlər görülməsi.

6. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkə­lərdə sahibkarlıq fəaliyyəti nəticəsində əldə etdikləri əmlak, pul və s. varidat sərmayə şəklində Azər­baycana gətirilərsə bunlara da xa­rici sərmayə üçün nəzərdə tutulmuş qay­da­lar və təminatlar tətbiq olunmalıdır.

7. Azərbaycan Respublikasının xarici investisiyaların cəlb olunması ilə bağlı rey­tinqinin yüksəldiyi nəzərə alınmaqla ölkəyə hökumət zəmanəti tələb olun­mayan investisiyaların cəlb edilməsi praktikasından geniş istifadə edilməlidir.

Respublikamızda müştərək müəssisələr 1988-ci ildən yaradılmağa başlan­mış­­­dır. Lakin onların sayı yalnız 1992-ci ildə "Xarici investisiyaların qorunması" haq­­­qın­­da qanun qəbul edildikdən sonra sürətlə artmışdır. Azərbaycanda 2006-ci ildə xarici investisiyalı müəssisələrin və işinin əsas göstəriciləri cədvəl №10.3 məlumatları ilə xarakterizə edilir. Cəd­­vəl­dən göründüyü kimi xarici investisiyalı müəssisələrin sayı 1.01.2007-cb ildə 863 ol­muş­dur. Onların buraxdıqları məhsulların həcmi 10.2 mlrd. manat təşkil et­miş­­dir. Baş­qa sözlə 2006-cı ildə ÜDM-un 60% xarici investisiyalı müəssisələrdə is­teh­­sal edilmiş­dir. 742 müəssisədən 477 xarici mülkiyyət, 265-i isə qarışıq mülkiyyətdir.

Xarici investisiyalı müəssisələrin mənşəyi ölkələr üzrə araşdırıldıqda mə­lum olur ki, say etibarı ilə bu sahədə Türkiyə birinci yeri qoruyub saxlayır. Lakin on­ların çoxu kiçik və orta müəssisələrdir. Ona görə də Türkiyə firmalarının ya­rat­dıqları xarici investisiyalı müəssisələr analoji müəssisələrin 35, 5%-ni təşkil etdiyi halda, istehsal etdikləri mal və xidmətlər cəmisi 8, 7%-dir.

Ölkəmizdəki xarici investisiyalı müəs­sisələrin 95, 6%-i, onların istehsal etdikləri mal və xidmətlərin isə 99, 7%-i həmin ölkələri təmsil edən firmalara məxsusdur. Azərbaycanda fəaliyyət göstərən xarici investisiyalı müəssisələrin cəmisi 54-ü MDB ölkələrinə, onların isə 40-ı Rusiyaya aiddir. Bu sahədə uzaq xarici öl­kə­lər getdikcə mütləq hegemonluğu ələ keçirirlər.

Statistik məlumatların təhlili göstərir ki, 2006-cı ildə Azərbaycanda fəaliyyət göstərən xarici və müştərək müəssisələrin cə­misi 25%-i sənaye sahəsində fəaliyyət göstərdi. Lakin onlar əsas etibarilə iri həcmli və böyük kapitala malik müəssisələr olduqları üçün xarici və müştərək müəssisələrdə istehsal edilən məhsulun (iş və xidmətlərin) 84,3%-i sənaye məh­sul­larının payına düşür. Ölkəmizdə sənaye məhsulunun 28%-i həmin müəs­si­sə­lər­də istehsal edilir. Tikinti, topdan və pərakəndə satış, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, nəqliyyat, anbar təsərrüfatı və rabitə sahəsində də xarici və müştərək müssisələr müəyyən mövqeyə malikdirlər.

Müştərək müəssisələr məşğulluq probleminin həll olunmasında müsbət rol oy­nayırlar. Respublika iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 2006-cı ildə 149 manat təşkil etdiyi [44, 2003, s. 113] halda, müştərək müəssisələrdə həmin məbləğ 747 manat və ya 5 dəfə çoxdur. 2000-ci ildə sənayedə fəaliyyət göstərən xarici in­ves­ti­siyalı müəssisələrin əsas iqtisadi göstəriciləri 10. 3 saylı cədvəldə verilən rəqəmlərlə xarakterizə edilir. [44, 2007, s. 115].


Cədvəl № 10. 3.

Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin