VƏLİyev dünyamali əMİr oğlu azərbaycanin qlobal иqtиsadиyyata иnteqrasиyasi



Yüklə 7,05 Mb.
səhifə36/51
tarix10.03.2017
ölçüsü7,05 Mb.
#10912
1   ...   32   33   34   35   36   37   38   39   ...   51

Bankların kredit portfelinin təhlili göstərir ki, bu portfeldə vaxtı keçmiş borcların dinamikasında vəziyyət müsbət istiqamətə doğru dəyişir.

Milli Bank sisteminin inkişafında onların resurs bazasının genişlənməsi mühüm əhəmiyyətə malikdir. Bankların passiv əməliyyatları əhalidə mövcud olan, istifadə olunmayan vəsaitlərin səfərbər olunmasına xidmət edir. Onlardan banklar aktiv əməliyyatlarını maliyyələşdirmək üçün istifadə edirlər.

Bank sisteminin passivlərinin strukturu aşağıdakı rəqəmlərlə xarakterizə olunur (mln.man.)







01. 01. 2006

01. 01. 2007

01. 01. 2008

1. Cəmi öhdəliklər

1863, 7

3399

5677

Depozitlər cəmi

1380, 9

2342

3438

Maliyyə sektorundan alınmış kreditlər

315, 8

763

1720


Digər öhdəliklər

167, 1

294

469

2. Kapital

388, 3

670

1098

Cəmi passivlər

2251

4069

6725

Göründüyü kimi bankların resurs bazasının formalaşmasında depozit və əmanətlərin payı yüksəkdir (61%). Depozitlərin tərkibində hüquqi şəxslərin rolu artır ki, bu da əhəmiyyətlidir.

Qeyd etmək lazımdır ki, depozit və əmanətlərin artım tempi səhmlərin nəzarət zərfi dövlətə məxsus olan banklarla müqayisədə özəl banklarda yüksəkdir.
Əhalidən cəlb edilmiş əmanətlər


İllər

Cəmi əmanətlər

(mln.man.)


Manatla

Xarici valyuta ilə


Manatla əmanətlərin xüsusi çəkisi %-lə

Xarici valyuta ilə əmanətlərin xüsusi çəkisi %-lə

Tələb olunanadək

Müddətli

Tələb olunanadək

Müddətli

2001

117, 1

1, 9

10, 2

33, 7

71, 3

10, 33

89, 66

2002

153, 4

3, 5

10

27, 3

112, 6

8, 8

91, 19

2003

251, 9

7, 7

11, 2

40, 3

192, 7

7, 5

92, 49

2004

403, 2

16

14, 2

61

312

7, 49

92, 5

2005

494, 6

27, 8

28, 1

82

356, 7

11, 3

88, 69

2006

819, 5

79, 9

170, 4

98, 1

471, 1

30, 54

69, 45

2007

1477, 4

209, 1

476, 3

127, 3

664, 7

46, 39

53, 58




İllər

Adam başına düşən əmanətin məbləği AZN

Əmanətlərin ÜDM-ə nisbəti %-lə




2000

9, 8

1, 6

2001

14, 4

2, 2

2002

18, 8

2, 5

2003

30, 7

3, 5

2004

48, 77

4, 7

2005

59, 25

3, 9

2006

97, 13

4, 5

2007

171, 9

5, 8

Cəlb olunmuş vəsaitlərin müddət strukturu təhlil edildikdə aydın olur ki, burada müddətli depozitlərin payı artım təmayülü göstərir.

Banklar vəsaitlərin banklararası kredit bazasından cəlb edilməsi üzrə əməliyyatları da kifayət qədər genişləndirməyə başlamışlar.

Bankların məcmu kapitalı yüksək artım tempinə malikdir. 2007-ci il ərzində burada 64%-lik artım olmuşdur. Bank kapitalının artım tempi bank aktivlərinn və öhdəliklərinin artım tempini üstələmişdir. Bu isə bankların kapital bazasının genişlənməsinin nəticəsidir.

Azərbaycanda mövcud olan bankların cəmi kapitalı 1098 mln. dollar (1. 01. 2008-ci ildə) təşkil edir. Müqayisə üçün göstərmək lazımdır ki, dünyada fəaliyyət göstərən orta səviyyəli bankların hər birinin kapitalından qat-qat aşağıdır. Lakin bu sahədə ölkəmizdə özünü göstərən sürətli artım göz qabağındadır. Ölkədə son illərdə daxili yığım və investisiyalar sahəsində baş verən artım bank sektorunun yüksək inkişaf imkanlarına malik olduğunu göstərir. Bank sisteminin pul-kredit imkanları əhəmiyyətli dərəcədə ölkədə mövcud olan pul bazasından, onun strukturundan asılıdır. Statistika məlumatlarından göründüyü kimi pul təklifi amillərinin bütün elementlərində ciddi irəliləyiş mövcuddur.

Beləliklə, Milli Bank sonrakı illərdə ölkənin maliyyə sisteminin aparıcı həlqəsi sayılan bank sisteminin sağlam və səmərəli fəaliyyətini təmin etmək üçün bank sisteminin inkişaf strategiyasını uyğun olaraq kompleks tədbirlərini davam etdirməlidir. Bu tədbirlər bank sisteminin iqtisadi əhəmiyyətinin artırılmasını, onun maliyyə vasitəçilik funksiyasının genişləndirilməsini təmin etməklə, kiçik və orta sahibkarlığın və regionların maliyyə xidmətləri ilə əhatə olunmasını genişləndirməklə pul-kredit siyasətinin alətlərinin effektiv tətbiqinə imkan verir.

Milli Bankın sənədlərində göstərildiyi kimi etibarlı bank sisteminin formalaşması yüksək və peşəkar idarəçilik sisteminin təşkilini tələb etdiyindən banklarda beynəlxalq standartlara cavab verən korporativ idarəetmə prinsiplərinin tətbiqinə xüsusi diqqət yetirilir.

Regionlar üzrə sərbəst pul vəsaitlərinin bank sisteminə cəlb edilməsi iqtisadiyyatın pulla təminatının yaxşılaşdırılmasında mühüm amil olduğundan bank sisteminin regional əhatəsinin genişləndirilməsi diqqət mərkəzində saxlanılmalıdır.

Bu məqsədlə bankların regional filial şəbəkələrinin genişləndirilməsinin təşviqi davam etdirilməli, müvafiq xarici texniki yardımın reallaşdırılması üçün hökumət orqanları ilə birlikdə tədbirlər intensivləşdirilməlidir.

Əmanətlərin sığortalanması sisteminin təşkili bank sisteminin maliyyə vəsaitlərinin effektiv mobilizasiyasının ən əhəmiyyətli vəsaitlərindəndir. Bu əsasda müvafiq sığorta mexanizminin institusional quruculuğunun, o cümlədən qanunvericilik bazasının formalaşdırılması istiqamətində işlər sürətləndirilməlidir.

Maliyyə-bank xidmətlərinə bərabər çıxış imkanlarının təmin edilməsi üçün ipoteka kreditləşdirilməsi mexanizminin inkişaf etdirilməsi son dərəcədə vacib əhəmiyyət kəsb edir. Ucuz mənzil tikintisinin təşviq edilməsi üçün ipoteka subsidiyalaşdırılması və ipoteka kreditlərinin təminatı mexanizmlərinin formalaşdırılması ipoteka haqqında qanunla təmin edilmişdir.

Beynəlxalq standartlara cavab verən qanunvericilik bazasının mövcud olması şəraitində səmərəli pul-kredit siyasətinin həyata keçirilməsi və çeşidli maliyyə tənzimləmə alətlərinin tətbiqi üçün daha geniş imkanlar yaranır. Bu əsasən «Banklar haqqında» və «Azərbaycan Respublikası Milli Bankı haqqında» Azərbaycan Respublikasının Qanunlarının yeni redaksiyada qəbul edilməsi ilə təmin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2004-cü il tarixli fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin inkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramı»nda nəzərdə tutulmuş tədbirlərin icrasına başlanmışdır. Bu konteksdə ödəniş sistemlərinin əhatə dairəsinin genişləndirilərək regionlara istiqamətlənməsi, vahid elektron ödəniş məkanının yaradılması, plastik kartlarla ödənişlərin daha da inkişaf etdirilməsi, ödəniş sisteminin iştirakçıları olan kommersiya banklarında daxili informasiya və hesablaşma sistemlərinin beynəlxalq standartlara uyğunlaşdırılması təmin edilməyə başlanmışdır.

2007-ci ildən banklar beynəlxalq bazarlardan da aktiv vəsaitlər cəlb etməyə başlamışlar. İlin sonuna 1, 2 mlrd. manat borc cəlb edilmişdir və 20 bankın xarici borcu vardır. Hazırda xaricdən cəlb edilmiş vəsaitlər bank sisteminin öhdəliklərinin 1/5-ni təşkil edir. Xarici investisiyaların cəlb edilməsi bankların maliyyə mənbələrinin artımı ilə yanaşı, ölkənin bank sisteminin nüfuzunun möhkəmlənməsi və bu sektora xarici təcrübə və yeni texnologiyaların cəlb edilməsi deməkdir.

"Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 fevral tarixli Fərmanına əsasən Əmanətlərin sığortalanması Fondu 2007-ci ilin avqustunda fəaliyyətə başlamışdır. 2008-ci il 1 yanvar tarixinə fəaliyyətdə olan 46 bankdan 37-si bu sistemə buraxılmışdır. Təxminən əmanətlərin 68 faizi, yəni 1, 8 mln. əmanətçi üzrə 1 mlrd. manat əmanət həmin Fond tərəfindən qorunur.

Bank sisteminin dinamik inkişafı sektorun iqtisadiyyatdakı mövqeyini gücləndirmiş və maliyyə dərinliyi artmışdır. Aktivlərinin ÜDM-ə nisbəti 21, 3 faizdən 26. 7 faizə, kredit qoyuluşlarının nisbəti isə 13, 0 faizdən 18, 1 faizə yüksəlmişdir.

Bank sisteminin institusional inkişafı istiqamətində də irəliləyişlər özünü göstərir. "Azərbaycan Beynəlxalq Bankı″ Səhmdar Kommersiya Bankının və "Kapital Bank″ Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməsi ilə əlaqədar Dövlət Əmlakının İdarə Edilməsi üzrə dövlət Komitəsinin rəhbərliyi altında Milli Bank da təmsil olunmaqla, komissiya yaradılmışdır. Artıq "Kapital Bank″ ASC-nin dövlətə məxsus səhimlərinin 50 faizədək azaldılması prosesi tamamlanmış və yeni emissiya olunmuş səhmlərin satışı başa çatmışdır.

Alternativ maliyyə mənbələri sahəsində 7 yeni kredit ittifaqı və 2 yeni bank olmayan digər kredit təşkilatı fəaliyyətə başlamışdır. Ümumilikdə, 2008-ci il 1 yanvar tarixinə ölkədən 96 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir. Bunlardan 77-si kredit ittifaqıdır ki, onların da 73-ü regionların payına düşür. Bu sahədə hüquqi bazanın formalaşdırılması üçün bank olmayan kredit təşkilatları barədə qanun layihəsi hazırlanmışdır.




9. 4. Büdcə quruculuğu və iqtisadi inkişafda

büdcənin rolu.
Ölkəmizdə müstəqil büdcə quruculuğunun hüquqi bazasının yaradılması, suveren dövlət aparatının əsaslarının qoyulması ilə eyni vaxtda başlanmış və paralel şəkildə gedir.

25 may 1991-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında Konstitusiya Qanununda ölkənin maliyyə suverenliyinin təmin edilməsinə vahid və müstəqil büdcə sistemi yaradılmasına cəhd edilmişdir.

Azərbaycan Respublikasının büdcəsi respublika büdcəsini, Naxcıvan Muxtar Respublikası yerli büdcələri birləşdirir.

Ölkəmizdə hər büdcə ili üzrə dövlət büdcəsinin tərtibi, təsdiqi, icrası və icraya nəzarətin hüquqi, iqtisadi və təşkilati əsasları 18 may 1999-cu ildə qəbul edilmiş “Dövlət büdcəsi haqqında” Qanunla müəyyən edilmişdir.

Ölkəmizdə büdcə quruculuğu 2002-ci ilin iyul ayında “Büdcə sistemi haqqında Azərbaycan Respublikasının Qanunu” ilə daha da təkmilləşdirilmişdir. Həmin qanun Azərbaycan Respublikasında büdcə sisteminin təşkilinin, büdcələrin tərtibi, təsdiqi, icrası və onların icrasına nəzarətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, habelə dövlət büdcəsi ilə büdcədən kənar dövlət fondlarının, yerli büdcələrin qarşılıqlı əlaqələrinin əsas prinsiplərini müəyyən edir.

Büdcə sistemi bu sistemə daxil olan büdcələrin vahid prinsiplər əsasında fəaliyyətinə və onların müstəqilliyinə əsaslanır. Büdcə sisteminin vahidliyi tənzimləyici mədaxil mənbələrindən istifadə etmək, məqsədli büdcə fondları yaratmaq, maliyyə ehtiyatlarını müxtəlif səviyyəli büdcələr arasında bölüşdürmək vasitəsilə büdcələrin qarşılıqlı əlaqəsinə əsaslanır. Büdcə sisteminin vahidliyi eyni büdcə təsnifatı, büdcə sənədləri və formalarından istifadə olunması, büdcələrin icrasına dair müntəzəm hesabatın və icmal büdcə hesabatının hazırlanması və qanunvericiliklə müəyyən olunmuş qaydada təqdim edilməsi yolu ilə təmin edilir. Büdcələrin müstəqilliyi mövcud qanunvericiliyə uyğun olaraq müdaxil mənbələrinin və vahid büdcə təsnifatı çərçivəsində xərclərinin istiqamətlərini müəyyənləşdirmək hüququnun olması ilə təmin edilir. Büdcələrarası münasibətlər aşağıdaki prinsiplərə əsaslanır: Respublika büdcə sistemi səviyyəsində gəlirlərin bölgüsü; büdcə sistemi səviyyəsində tənzimləyici gəlirlərin bölgüsü; Azərbaycan Respublikasının büdcə hüququnun və yerli (bələdiyyə) hüquqlarının eyniliyi; Naxçıvan Muxtar Respublikasını büdcəsinin, yerli (bələdiyyə) büdcələrin Azərbaycan Respublikasının dövlət büdcəsi ilə münasibətlərinin eyniliyi.

Müstəqillik illərində Azərbaycanda baş verən iqtisadi proseslər, aparılan radikal islahatlar dövlət büdcəsinə, onun gəlirlərinin və xərclərinin dinamikasına və strukturuna öz təsirini göstərmişdir. Belə ki, islahatlarla əlaqədar olaraq dövlətin iqtisadiyyata müdaxiləsinin azalması nəticəsində dövlət büdcəsi gəlirlərinin və xərclərinin ÜDM-ə nisbəti ildən-ilə dəyişmişdir. İslahatların başlanğıc illərində ölkədə iqtisadi tənəzzülün getməsi və vergi sisteminin yenicə formalaşması və vergi mexanizminin zəifliyi nəticəsində büdcə gəlirləri üzrə proqnoza əməl etmək mümkün olmurdu. Nəticədə dövlət büdcəsində böyük kəsir əmələ gəlirdi və bu kəsiri Milli Bankın krediti hesabına örtülürdü ki, bu da inflyasiyanı sürətləndirən başlıca amillərdən biri idi. 1995-ci ildən başlayaraq hökumət tərəfindən yeridilən büdcə-vergi siyasəti makroiqtisadi sabitliyə, iqtisadi artıma, əhalinin sosial vəziy­yətinin yaxşılaşmasına nail olmağa və bunun üçün də büdcə kəsirini minimuma endirməyə və onu qeyriinflyasiya mənbələri hesabına örtməyə yönəlmişdir.

Görülən tədbirlər nəticəsində vəziyyət yaxşılaşmağa başlamış və büdcə kəsirinin ÜDM-ə nisbəti 1994-cü ildə 10, 3% olmuşdursa, 1995-ci ildə 5, 2% düşmüşdür.

Sonrakı illərdə büdcə kəsirləri aşağıdakı məlumatlardan göründüyü kimi ÜDM-ə nisbətən azalma meyli göstərmiş, 2007-2008-ci illərdə müvafiq olaraq 2, 4 və 4, 4% təşkil etmişdir.



İllər


Büdcə kəsrinin məbləği(mln. AZN)

ÜDM-a nisbətən faizlə

2000

49

1, 0%

2001

22, 6

0, 4

2002

21, 6

0, 3

2003

13, 6

0, 2

2004

42, 1

0, 7

2005

48, 1

0, 7

2006

78, 7

0, 4

2007

544, 0

2, 4

2008

1126, 4

4, 4

Dövlət büdcəsinin kəsirləri daxili (qısamüddətli dövlət istiqraz vərəqələri, özəlləşdirmədən daxilolmalar, daxili uduşlu istiqrazlar) və xarici mənbələr (xarici kreditlər) hesabına ödənilir. 2008-ci ildə büdcə kəsiri ilin əvvəlinə vahid xəzinə hesabının qalığının bütün məbləği, özəlləşdirmədən və dövlət istiqrazlarının satışından əldə edilən gəlirlər hesabına ödənilir.

1996-cı ildən ölkədə baş verən iqtisadi artım büdcə gəlirlərinin artmasında da öz əksini tapmışdır. 1996-cı ildə dövlət büdcəsinin gəlirləri ÜDM-in 17, 6%-ni təşkil etmişdir.

1997-ci ildə isə büdcə gəlirləri ÜDM-in 16, 8%-nə, xərcləri isə ÜDM-in 19, 4%-nə bərabər olmuşdur. Aşağıdaki məlumatlardan göründüyü kimi 2000-ci ildən sonra ölkəmizdə büdcənin ÜDM-də xüsusi çəkisi artmağa başlamışdır.







Gəlirlər

Xərclər

mln. AZN


ÜDM-da payı(%-lə)

mln. AZN


ÜDM-da payı(%-lə)

2000

714, 6

15, 1

764, 0

16, 2

2001

784, 8

14, 7

807, 5

15, 2

2002

910, 2

15, 0

931, 8

15, 4

2003

1220, 9

17, 4

1234, 5

17, 6

2004

1509, 5

18, 0

1502, 1

17, 9

2005

2055, 2

17, 3

2140, 7

18, 0

2006

3868, 8

21, 8

3790, 1

21, 4

2007

6952, 9

25, 5

7608, 3

27, 9

2008

7392, 5

29, 3

8518, 9

33, 7

Adambaşına dövlət büdcəsi gəlirləri və xərcləri də sürətli artır.










2000

2001

2003

2006

2007

2008

Adambaşına büdcə gəlirləri

manat


88, 4


96, 4


147, 7


453, 4


671, 0


856, 7





dollar

98, 8

103, 5

150, 4

509, 4

808, 5




Adambaşına büdcə xərcləri

manat


94, 5


99, 2


149, 4


444, 2


734, 3


987, 2





dollar

105, 7

106, 5

152, 1

499, 1

884, 7



Son illərdə büdcə gəlir və xərclərinin sıçrayışlı artımı əsas etibarilə neft amili ilə əlaqədar olsa da qeyri-neft sektorunun gəlirləri də əhəmiyyətli dərəcədə artma meyli göstərir.

Belə ki, 2007-ci ildə Neft Fondunun dövlət büdcəsinə transferi 2006-cı ildə olduğu səviyyədə (585 mln. AZN) planlaşdırılmışdır. Dövlət büdcəsində 2007-ci ildə qeyri-neft gəlirlərinin əhəmiyyətli dərəcədə artımı qeydə alınmışdır. Eyni artım tempi 2008-ci ilin büdcə layihəsində də planlaşdırılmışdır. Büdcənin gəlir və xərclərinin strukturu da ölkədə baş verən iqtisadi proseslərə uyğun olaraq təkamül edir. Aşağıdakı məlumatlardan göründüyü kimi büdcə gəlirlərinin tərkibində Vergilər Nazirliyi və Gömrük komitəsinin kanalları ilə daxilolmalar azalma meyli göstərdiyi halda sair mənbələrdən gəlirlər (Dövlət Neft fondundan daxil olmalar, dövlət əmlakının icarəyə verilməsindən daxil olmalar, AB-nin qrantı və. s) artır.


Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin