VƏLİyev dünyamali əMİr oğlu azərbaycanin qlobal иqtиsadиyyata иnteqrasиyasi


AZƏRBAYCANIN QLOBAL PROSESLƏRƏ QOŞULMASININ MALİYYƏ VƏ VALYUTA ASPEKTLƏRİ



Yüklə 7,05 Mb.
səhifə38/51
tarix10.03.2017
ölçüsü7,05 Mb.
#10912
1   ...   34   35   36   37   38   39   40   41   ...   51

AZƏRBAYCANIN QLOBAL PROSESLƏRƏ QOŞULMASININ MALİYYƏ VƏ VALYUTA ASPEKTLƏRİ
10. 1 Müasir inflyasiyanin daxili və xarici amillərinin nisbəti.
İqtisadiyyatın inkişafına və əhalinin maddi durumuna bilavasitə təsir göstərən inflyasiya ilə mübarizənin çətinliyi ondadır ki, o, tarixən olduqca mürəkkəb və ziddiyyətli bir problemdir. Tədavülə əmtəə bazarının tələblərindən çox pul buraxılması nəticəsində pulun qiymətdən düşməsi kimi başa düşülən bu ictimai bəlanın meydana gəlməsinə pul dövriyyəsi və mal təklifi sferasında çoxsaylı amillər təsir edir. Həmin çoxfaktorlu hadisə daxili amillərlə yanaşı, həm də xarici təsirlərlə yaranıb inkişaf edir. Onu da nəzərə almaq lazımdır ki, hər cür qiymət artımı inflyasiya olmadığı kimi, ölkədə maliyyə sabitliyinin əldə edilməsi və ya pozulması da yalnız inflyasiya ilə əlaqədar deyildir. Keçmişdə klassik iqtisadçılar iqtisadi və maliyyə sabitliyi dedikdə, məhz qiymətlərin səviyyəsini nəzərdə tuturdular. Çünki o zamanlar həqiqətən qiymətlərin sabitliyi iqtisadiyyatın sabit inkişafını təmin edirdi. Qloballaşma şəraitində isə ölkədə maliyyə-iqtisadi sabitliyin təmin olunması üçün qiymətlərin sabitliyi ilə yanaşı, iqtisadiyyatın tam məşğulluq şəraitində daxili və xarici müvazinətin qorunub saxlanması da çox vacibdir.

Onu da nəzərə almaq lazımdır ki, iqtisadi sabitliyin qorunmasının mühüm amili olan inflyasiya zamanı yalnız əmtəələrin qiyməti deyil, eyni zamanda, onun dəyərini ölçənin özü də, yəni pulun dəyəri də dəyişir.

Başqa sözlə, pulun alıcılıq qabiliyyətinin azalması və qiymətin yüksəlməsi bir-biri ilə qarşılıqlı sürətdə əlaqədardır. Yəni, inflyasiya pulun alıcılıq qabiliyyətinin azalması və qiymətlərin artması kimi başa düşülür. Lakin “pulun alıcılıq qabiliyyəti” dedikdə, adətən, çox mühüm bir məsələ unudulur. Belə ki, məlum olduğu kimi, pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi özünü iki formada göstərir: pulun daxili və xarici alıcılıq qabiliyyəti. Milli valyutanın daxili alıcılıq qabiliyyətinin azalması və ya artması daxili bazarda mal kütləsinin qiymətlərinin dalğalanmasında öz əksini tapır. Milli valyutanın xarici alıcılıq qabiliyyəti isə onun məzənnəsində, yəni digər valyutalara nisbətən dəyərinin (qiymətinin) artıb-azalmasında ifadə olunur. Devalvasiya - milli valyutanın qiymətdən düşməsini, revalvasiya isə onun dəyərinin artmasını ifadə edir.

Milli valyutanın daxili alıcılıq qabiliyyəti ilə xarici alıcılıq qabiliyyəti arasında sıx qarşılıqlı əlaqə vardır. Məsələn, ölkə daxilində qiymətlərin davamlı olaraq yüksəlməsi nəticəsində hər bir milli valyuta vahidinə satın alınan mal və xidmətlərin miqdarı əvvəlki dövrə nisbətən azalır. Bu halda, pul özünün daxili alıcılıq qabiliyyətini inflyasiya ilə əlaqədar olaraq itirmiş olur. Pulun xarici alıcılıq qabiliyyətinin, yəni məzənnəsinin azalması onun başqa valyutalara nisbətən qiymətdən düşdüyünü ifadə edir. Bu isə ixrac olunan malların qiymətlərini aşağı salmaqla idxal qiymətlərini yüksəldir. Təbiidir ki, idxal qiymətlərinin yüksəlməsi öz növbəsində daxili bazarda qiymətlərin artımına səbəb olur. Milli valyutanın bahalaşması daxili qiymətləri yüksəldərək, ixracata mənfi təsir edir, idxal mallarının qiymətlərini isə milli valyuta ilə ucuzlaşdırır.

Təəsüflər olsun ki, inflyasiya ilə əlaqədar müzakirələr aparılarkən çox vaxt ona birtərəfli münasibət bəslənilir: bəzən yalnız daxili bazar qiymətlərinin artmasından, bəzən isə milli valyutanın digər valyutalara nisbətən qiymətdən düşməsindən ayrılıqda söhbət açılır. İnfilyasiya ilə mübarizənin səmərəliliyi və iqtisadi sabitliyin qorunması isə tələb edir ki, onun dərin kökləri hərtərəfli araşdırılsın, həm daxili, həm də xarici aspektləri diqqətlə öyrənilib nəzərə alınsın.

Təhlil göstərir ki, 2006 – 2007-ci illərdə ölkəmizdə özünü büruzə verən inflyasiya çoxfaktorlu mahiyyətə malikdir. O, daxili və xarici amillərin mürəkkəb kombinasiyasının təsiri nəticəsində meydana gəlmişdir.

İnflyasiya, təbii olaraq, ilk növbədə çoxsaylı daxili amillərin təsiri altında yaranır və dərinləşir. Başda monetar amillər gəlir, çünki makroiqtisadi sabitliyin əsasını ilk növbədə pula olan tələb və təklif arasında tarazlığın olması təşkil edir. Bu və ya digər səbəblərlə əlaqədar olaraq, tədavülə mal dövriyyəsinin tələblərindən artıq pul nişanlarının buraxılması, bir qayda olaraq, qiymətlərin artması və pulun qiymətdən düşməsi ilə nəticələnir. Ona görə də qiymətlərin sabitliyinin təmin olunmasında pul amilləri mühüm rol oynayır. Təsadüfü deyildir ki, ölkəmizin Milli Bankının fəaliyyətinin əsas məqsədi öz səlahiyyətləri daxilində qiymətlərin sabitliyinin təmin edilməsidir. Ona görə də Milli Bank pul siyasətində əsas diqqəti ölkədə pul kütləsinin həcminə yönəldir.

1998-1999-cu illərdə deflyasiya (pul qıtlığı) dövründən sonra iqtisadiyyatın pul resurslarına olan tələbatının ödənilməsi məqsədilə tədavüldəki pul həcmi ildən-ilə yüksələn xətt üzrə artırılmağa başlandı. Bu artım illər üzrə aşağıdakı kimi olmuşdur: 2000 – 15, 9%, 2001 –16, 0%, 2002 – 7, 8%, 2003 – 15, 4%, 2004 – 31, 9%, 2005 – 22. 5%, 2006 – 86. 8% və 2007 – ci ildə 71. 4% təşkil etdi. Bu artım 2001-ci ildən sonra ÜDM-in artım sürətini xeyli qabaqlamışdır. 2007-ci ildə isə tədavülə ÜDM-in artımından təxminən 3 dəfə çox pul kütləsi buraxılmışdır. İnflyasiyaya təsiretmə baxımından pul təklifinin strukturu da vacibdir. Belə ki, Azərbaycanda pul kütləsinin böyük bir hissəsi (80%-ə qədəri) nəqd pul şəklində bank sistemindən kənarda dövr edirdi. 2007-ci ildə bu nisbət 46%-ə qədər azalmışdır. Pul bazarında isə dövriyyədəki pullar daha çoxdur.

Milli Bankın hesabatında (2007-ci il) göstərildiyi kimi 2007-ci ildə də əvvəlki ildə olduğu kimi məcmu tələbin komponentlərinin artım tempi məcmu təklifin komponentlərinin artım tempini üstələmişdir. Məcmu tələb amillərinin artımında hökumətin sosial xərclərinin, bütövlükdə son istehlak xərclərinin və dövlət investisiya xərclərinin yüksəlməsi əhəmiyyətli təsir gücünə malik olmuşdur.

Dövlət büdcəsinin istehlak və sosial yönümlü xərclərinin artım tempi məcmu tələbin daha sürətlə genişlənməsi üçün mühüm təkanverici amil olmuşdur. 2007-ci ildə bu proses əmtəə və xidmətlərə daxili tələbin daxili təklifi əhəmiyyətli üstələməsi ilə nəticələnmiş, bazarda yeni tarazlığın yaranması qiymətlərin nisbətən artmasına səbəb olmuşdur.



Qeyri-neft sektoru üzrə əmək məhsuldarlığı və gəlirlər





2006

2007

Qeyri-neft sektoru üzrə real əmək məhsuldarlığının artımı, %

102. 6


107. 7



Qeyri-neft sektoru üzrə orta aylıq əmək haqqının nominal artım tempi, %

129. 7


149


Qeyri-neft sektoru üzrə orta aylıq əmək haqqının real artım tempi, %

119. 7


127. 7



Real əmək haqqının artımının real əmək məhsuldarlığının artımını üstələmə əmsalı, %

116. 7

118. 6

Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin