VƏLİyev dünyamali əMİr oğlu azərbaycanin qlobal иqtиsadиyyata иnteqrasиyasi


Dövlət büdcəsinin gəlirlərinin strukturu (%-lə)



Yüklə 7,05 Mb.
səhifə37/51
tarix10.03.2017
ölçüsü7,05 Mb.
#10912
1   ...   33   34   35   36   37   38   39   40   ...   51

Dövlət büdcəsinin gəlirlərinin strukturu (%-lə)






1997


2000


2003


2005


2006


2007


2008

Cəmi

100

100

100

100

100

100




Vergilər Nazirliyi

81, 6

71, 2

67, 0

69, 6

68, 9

73, 4

67, 6


Dövlət Gömrük komitəsi

16, 8


20, 1


17, 4


18, 3


13, 3


13, 4


14, 8


Sair mənbədən gəlirlər

1, 6


8, 9


15, 6


12, 1


17, 8


13, 2


17, 5


Vergi gəlirlərinin mühüm mənbəyi olan əlavə dəyər vergisi və fiziki şəxslərdən gəlir vergisi üzrə vergi dərəcələrinin aşağı salınması nəticəsində onların vergi gəlirlərində xüsusi çəkisinin azalmasına səbəb olmuşdur. Belə ki, vergi gəlirlərində əlavə dəyər vergisinin payı 1998-ci ildə 20, 9%-dən 2007-ci 11, 5%-ə fiziki şəxslərdən gəlir vergisinin xüsusi çəkisi isə müvafiq olaraq 18, 5%-dən 9, 96%-ə qədər azalmışdır.

Sivil dünya ölkələrində olduğu kimi hüquqi şəxslərin mənfəət vergisindən dövlət büdcəsinə daxil olmaların mütləq və nisbi əhəmiyyəti durmadan artır. Belə ki, onun məbləği 1999-cu ildə 73, 4 mln. manatdan 2007-ci ildə 2195, 0 mln. manata qədər artmış, vergi gəlirlərində xüsusi çəkisi isə 13, 1%-dən 38, 1%-ə qədər yüksəlmişdir.

Dövlət büdcəsi xərclərinin tərkibində iqtisadiyyata yönəldilən xərclər durmadan artır ki, bu da ölkənin gələcək iqtisadi tərəqqisi üçün möhkəm zəmin təşkil edir. Belə ki, dövlət əsaslı vəsait qoyuluşu 2000-ci ildə 26, 5 mln. manatdan 2007-ci ildə 1915, 4 mln. manata qədər artmış və xüsusi çəkisi 3, 47%-dən 2007-ci ildə 30, 3%-ə yüksəlmişdir.


9. 5. Sığorta bazarı
Azərbaycanda maliyyə bazarının tərkib hissəsi kimi hazırda sığorta sahəsi də inkişaf mərhələsindədir. Sovet dövründə ölkəmizdə sığorta işi SSRİ Dövlət Sığorta qurumlarının inhisarında idi. İlk özəl sığorta şirkətləri 1990-cı ilin axırları 1991-ci ilin əvəllərində yaranmağa başlamışdır. Müstəqillik əldə edildikdən sonra sığorta işinin qanunvericilik bazası yaradıldı. 1993-cü ilin yanvarında ölkəmizdə ilk dəfə “Sığorta haqqında” Qanun qəbul edildi.

Azərbaycanda sığorta şirkətlərinin yaradılması 1992-1993-cü ildən etibarən sürətlənməyə başlamışdır. Lakin onların yaranması ölkədə maliyyə kredit sferasının iflic vəziyyətində olduğu dövrə təsadüf edirdi ki, bu da təsirsiz ötüşmədi. Məhz həmin dövrdə yaranan şirkətlər banklar tərəfindən verilən kreditləri “Sığorta etməyə” başlamışdırlar. Cəmisi bir neçə yüz dollar məbləğində nizamnamə kapitalı olan şirkətlər özlərinin aktivindən yüzlərlə dəfə çox kreditləri qaytarılmamaq risqindən sığorta edirdilər. 1995-ci ildən sonra isə sərt pul-kredit siyasətinin həyata keçirilməsi prosesində onların çoxu iflas etdi və sayları 63-dən 46-ya qədər azaldı.

1995-ci ildən sonra sığorta bazarının qanunvericilik bazasının möhkəmlən­dirilməsi sahəsində əhəmiyyətli tədbirlər görülməyə başlandı.

Nəqliyyat vasitələri sahiblərinin 1996-cı ildə vətəndaşlıq məsuliyyətinin məcburi sığortalanması haqqında, 1997-ci ildə isə hərbçilərinin məcburi dövlət sığortası haqqında “Qanun qəbul edildi”. “Məhkəmə və hakimlər”, “Yanğın təhlükəsizliyi”, “Rabitə” və “Gömrük bəyannaməsi” haqqında qanunlarda sığorta haqqında xüsusi maddələr nəzərdə tutulmuşdur.

Sonraki illərdə hakimlərin və inzibati orqanlar işçilərinin məcburi sığortalanması, tibbi sığorta, məcburi ekoloji sığorta, hüquqi şəxslərin və özəl sahibkarların yanğın risqindən sığortalanması haqqında qanunlar qəbul edildi. Sığorta bazarının dövlət tənzimlənməsi sistemində də tədbirlər görüldü. Məsələn, müstəqillik əldə edildikdən sonra sığorta bazarının tənzimlənməsi məqsədilə Nazirlər Kabineti nəzdində Dövlət Sığorta Nəzarəti yaradıldı. 2001-ci ilin aprel ayında sığorta bazarına nəzarət funksiyaları Maliyyə Nazirliyinə verildi və nazirliyin strukturunda Sığorta Nəzarəti İdarəsi yaradıldı.

Dünyanın aparıcı neft şirkətləri ilə “Əsrin müqaviləsi” bağlandıqdan və xarici neft, servis, nəqliyyat neft infrastrukturu ilə əlaqədar başqa şirkətlərin axını başladıqdan sonra sığorta bazarında yenidən canlanma özünü göstərdi. Bu proses 2000-ci ildən sonra xeyli sürətləndi. Son 7 ildə yəni 2000-2006-cı illərdə sığortaçıların məcmun kapitalı 4 dəfə artaraq, 11, 5 mlrd. manata çatmışdır. Onların nizamnamə kapitalı isə eyni dövrdə 7 dəfə artmışdır. (44. 2007. s. 355)

Azərbaycan Respublikasının sığorta bazarının beynəlxalq standartlar səviyyəsində inkişaf etdirilməsi, o cümlədən sığorta bazarının peşəkər iştirakçıları arasında sağlam rəqabətin təmin olunması, sığortaçıların maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin gücləndirilməsi, peşəkarlarının yüksəldilməsi, sığortaların mənafelərinin müdafiəsi mexanizminin təkmilləşdirilməsi, həmçinin sığortaya dövlət nəzarətinin səmərəliliyinin artırılması üçün hazırlanmış "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmişdir.

2008-ci il 1 yanvar tarixinə respublikada 29 sığorta şirkəti (o cümlədən. 7 xarici investisiyalı birgə sığorta şirkəti). 1 təkrar sığorta şirkəti və 7 sığorta broker şirkəti (o cümlədən. 4 xarici investisiyalı birgə sığorta şirkəti) fəaliyyət göstərir.

Sığorta bazarında təmərküzləşmə prosesi sürətlənməyə başlamışdır. Belə ki, 2001-2006-cı illərdə 1 sığorta təşkilatının payına düşən nizamnamə kapitalının orta məbləği 12, 7 dəfə artaraq 121, 9 mln. manatdan(AZN) 1, 55 mlrd. manata çatmışdır. Nazirlər Kabinetinin 9. IV. 2004-cü il tarixli qərarı ilə sığorta şirkətlərinin nizamnamə kapitalının minimum həddi 1. 01. 2008-ci ildə 800 min AZN, 1. 01. 2009-cu ildə 900 min AZN, 1. 01. 2010-cu ildə isə 1mln. AZN təşkil etməlidir.

Sığorta qurumlarının məcmu kapitalının tərkibində nizamnamə kapitalının xüsusi çəkisi 2000-ci ildə 52, 5%-dən 2006-cı ildə 92, 4%-ə qədər yüksəlmişdir.

Sığorta ənənəsinin yeni yaranmağa başlaması ilə əlaqədar olaraq ölkəmizdə əhalinin sığorta mədəniyyəti aşağı səviyyədədir.

Bu səbəbdən ölkəmizdə sığorta işində əməklilik(pensiya) sığortası həyatın yığım xarakterli sığortalanması, ümumi məsuliyyətin sığortalanması, könüllü tibbi sığorta, maliyyə işlərinin sığortalanması və. s. növləri inkişaf etmişdir.

Respublika yarandıqdan sonrakı ilk illərdə sığorta haqqlarının tərkibində icbari sığorta yüksək idi. Son illərdə isə könüllü sığortanın payı yüksələrək 2006-cı ildə 92%-ə çatmışdır. Sığorta şirkətlərinin fəaliyyətində keyfiyyət dəyişiklikləri əhəmiyyətli dərəcədə sığorta mükafatlarının həcmi ilə müəyyən edilir. 2000-2006-cı illərdə isə onların həcmi 6 dəfəyə qədər artmışdır. Lakin ÜDM ilə müqayisədə onun miqdarında o qədər də ciddi dəyişiklik özünü göstərmir. Belə ki, sığorta mükafatlarının ÜDM-a olan nisbəti 2000-ci ildə 0, 33%-dən 2006-cı ildə 0, 50%-ə yüksəlmişdir. Onu da nəzərə almaq lazımdır ki, sığorta şirkətləri arasında sığorta mükafatlarının toplanması üzrə birinci on yerin yalnız beşi milli şirkətlərə məxsusdur, qalan beş yeri isə müştərək sığorta şirkətləri əhaliyə çoxsaylı xidmət növləri təklif edirlər. Lakin onların çoxu informasiya baxımından ictimaiyyətə açıq deyillər və informasiya az olduğu üçün sahibkarlar və fiziki şəxslər, onlar haqqında aydın və tam təsəvvürə malik deyillər. Öz mövqelərinə görə ilk on yeri tutan sığorta şirkətləri müasir marketing və reklam texnologiyasından geniş istifadə etdiyi halda, digər şirkətlər belə imkandan məhrumdurlar. Onların çoxunda reklam işinə və yaxud öz fəaliyyətinin səmərəliliyinin artırılması üçün marketinq tədqiqatlarının aparılmasına vəsait çatışmazlığı ciddi hiss olunur. İnternet texnologiyası potensialından zəif istifadə olunur. Ölkəmizdə sığorta şirkətlərinin fəaliyyəti əsas etibarı ilə iqtisadiyyatın energetika sahəsinə yönəldilmişdir. Kiçik biznes sahəsində sığorta işi çox zəifdir. Ölkəmizdə mövcud olan çoxsaylı və bəzi hallarda isə ziddiyyətli xarakter daşıyan qanunların yenidən işlənərək yeni sığorta məcəlləsinin yaranmasına ehtiyac vardır. Sığorta fəliyyətinin inkişafına dövlət məmurlarının himayəçiliyi də mənfi təsir göstərir.

2006-cı ildə Azərbaycanın sığorta bazarında aşağıdaki 10 şirkət liderlik edirdi.




























2007-ci ildə Azərbaycan Respublikasinda













Siğorta Şirkətlərin Renkinqi

























Mövqe

Şirkət

2007-ci ildə Sığorta haqqları (mln. man)

2007

2006

1

5

Azərsığorta

20,68

2

4

MBASK

14,66

3

1

Atəşkəh

14,57

4

3

Standart İnsurance

14,1

5

2

Azalsığorta

13,35

6

8

Xalq Sığorta

13,19

7

6

Beynəlxalq Sığorta Şirkəti

11,31

8

25

Pasha Sığorta

7,74

9

7

A-Group

6,74

10

28

AzSığorta

5

 

 

Yekun

121,34


9.6. Azərbaycanın müasir benyəlxalq maliyyə mühitə inteqrasiyasının perspektiv istiqamətləri
Sovet imperiyasının süqutu nəticəsində çoxsaylı müstəqil döv­lətlərin yaranması və onların dünya birliyi ilə 70 il ərzində kəsilmiş əlaqələrinin bərpa olunmağa başlanması böyük bir coğrafi ərazidə yeni iqtisadi məkanın formalaşması prosesinə yol açmışdır. Bu proses TRACECA proqramı adlanan Böyük İpək Yolunun əsaslarının qoyulması ilə yeni vüsət almışdır.

Yeni iqtisadi məkan artıq bir tam şəklində bütünləşmiş ümumdünya təsərrüfatı sisteminin tərkibi kimi formalaşır, onunla üzvi sürətdə qaynayıb qarış­ma­ğa çalışır. Nəhəng nəqliyyat dəhlizi bu bütünləşməyə yol açsa da, həmin tari­xi prosesin gedişi əhəmiyyətli dərəcədə «görünməyən yollardan», yəni kapitalın sər­bəst hərəkəti və fəaliyyəti üçün əlverişli iqtisadi mühitin yaradılmasından asılıdır. Uzun müddət inzibati - amirlik üsulları ilə idarə olunmuş postsovet res­pub­likaları çox mürəkkəb bir siyasi və iqtisadi şəraitdə bazar iqtisadiyyatı prin­sip­lərini tətbiq etməyə çalışırlar. Bunun nəticəsində formalaşan iqtisadi məkan yeni məz­mun alır, fərqli iqtisadi elementləri və infrastrukturu özündə birləşdirən yeni iqti­sadi mühit yaranmağa başlayır.

Azərbaycan özünün əlverişli strateji mövqeyi ilə bu yeni iqtisadi məkanın mərkəzində, Qərblə Şərqin kəsişmə nöqtəsində yerləşmişdir. İki qitə arasında yaradılan nəhəng kommunikasiya qurğularının respublika ərazisindən keçməsi onun strateji rolunu daha da artırmışdır. Respublikamızda nüfuz dairəsi uğrunda dünyanın aparıcı dövlətlərinin ciddi rəqabət mübarizəsi, yalnız mövcud olan zən­gin təbii sərvətlərlə deyil, həmçinin əhəmiyyətli dərəcədə bu amil ilə əlaqədardır.

Təbiətin və tarixi gedişin respublikamız üçün yaratdığı bu üstün strateji mövqedən və amillərdən bacarıqla və rasional şəkildə istifadə olunması işində indiki nəslin üzərinə böyük tarixi məsuliyyət düşür.

Formalaşan yeni geosiyasi şərait tələb edir ki, respublikamız yeni iqtisadi mə­kan və iqtisadi mühitin tələb etdiyi «görünməyən yolların» da mərkəzində dayansın.

Ümumdünya təsərrüfatı sisteminin və iqtisadi məkanın aparıcı elementi beynəlxalq maliyyə mühitidir.

Beynəlxalq maliyyə mühiti dedikdə beynəlxalq biznesin fəaliyyəti üçün zə­ruri olan dünya maliyyə bazarlarının yaranması və inkişafı şərtlərini müəyyən edən şərait nəzərdə tutulur. Beynəlxalq maliyyə bazarları, beynəlxalq bank sis­te­mi və beynəlxalq portfel investisiyalarının idarə olunma şəbəkəsi, yəni kapital ba­zarı onun mühüm tərkib hissələri, milli və beynəlxalq maliyyə korparasiyaları isə onun əsas iştirakçılarıdır.

Yaranan yeni iqtisadi məkanda beynəlxalq ticarət, beynəlxalq kapital və ma­liyyə axınları sürətlə genişlənməyə başlamışdır. TRACECA proqramı üzrə ümumdünya əhəmiyyətinə malik olan nəhəng layihələrin həyata keçirilməsi bu pro­sesi daha da sürətləndirir. Böyük perspektivə malik iş imkanlarının açıl­ması yeni iqtisadi məkanda yeni beynəlxalq maliyyə mərkəzinin ya­ranacağı imkanın xeyli artırmışdır. TRACECA proqramının əsas qovşağının Azər­baycan ərazisindən keçməsi adı çəkilən mərkəzin məhz Bakıda yerləşməsi üçün şərait yaratmışdır.

Keçmişdə belə bir ehkam mövcud idi ki, guya beynəlxalq maliyyə mərkəz­ləri yalnız bol kapitalın mənbəyi olan ölkələrdə yaranır. Lakin tarixi təcrübə gös­tərir ki, dünyanın müasir maliyyə mərkəzləri ölkənin kapital ixrac və idxal edən ölkə olmasından aslı olmayaraq, kapitalın toplanması və təmərküzləşməsi özünü göstərən yerlərdə yaranır. Təsadüfi deyildir ki, Sinqapur, Honkhonq kimi ölkələr hələ iqtisadi cəhətdən zəif inkişaf etmiş olduğu və milli borc kapitalı bazarı əslin­də olmadığı dövrlərdən beynəlxalq maliyyə mərkəzlərinə çevrilməyə başlamışlar. Məhz bu mərkəzlər həmin ölkələrin sonralar sürətli inkişafını təmin edən mühüm amillərdən birinə çevrilmişdir.

Beynəlxalq maliyyə mərkəzlərinin əsas funksiyası qlobal və ya regional miqyasda maliyyə fondlarının təklif edənlərdən ehtiyacı olanlara ən səmərəli şə­kildə ötürülməsini təmin etməkdir.

Məlum olduğu kimi maliyyə mərkəzlərində dörd növ maliyyə əməliyyatı hə­yata keçirilir. Birinci növ əməliyyatlara yerli investor və ya depozit sahibinin yerli borc alana fond təmin etməsi daxildir. İkinci növ əməliyyata yerli investorların xa­rici borc alıcısına maliyyə fondları verməsi, üçüncü növ əməliyyatlara xarici in­vestor və depozit sahiblərinin yerli borc alıcısına fond ötürməsi aiddir. Dördüncü növ əməliyyatlara isə həmin bazarda fəaliyyət göstərən əcnəbilərin digər əcnəbi­lərə - borc alanlara fond vermələri aiddir. Birinci növ maliyyə əməliyyatlarının həyata keçirildiyi bazarlar milli maliyyə bazarlarıdır. Digər üç maliyyə əməliyyat­ları beynəlxalq maliyyə bazarlarının funksiyalarına daxildir. Onlardan sonuncusu, yəni əcnəbilər arasında hər hansı bir bazarda həyata keçirilən maliyyə əməliy­yatları xüsusi əhəmiyyətə malikdir. Bu əməliyyatların həyata keçirildiyi bazarlara «sərhəddənkənar» maliyyə bazarları deyilir.

Ən inkişaf etmiş beynəlxalq maliyyə mərkəzlərində belə göstərilən sonun­cu əməliyyatın payı olduqca azdır. London, Tokio və Nyu-York kimi dünyanın ən böyük maliyyə mərkəzlərində maliyyə əməliyyatlarının bütün növləri həyata keçi­rilir. Digər maliyyə mərkəzləri (məsələn, Paris, Frankfurt, Sürix, Cenevrə, Ams­terdam, Sinqapur və Honkonq) isə bu əməliyyatların yalnız ikisi və ya üçünü hə­yata keçirən regional mərkəzlərdir. Əcnəbilərlə əcnəbilər arasında maliyyə əmə­liyyatları aparan mərkəzlərə Lüksemburq, Kayman Adaları, Bahamalar, Hollandi­ya Antpilləri və Bəhreyni misal göstərmək olar.

Əslində milli qanunların icazə verdiyi və maliyyə biznesi ilə məşğul olanlar cəlb edilə bilən hər yerdə potensial olaraq beynəlxalq maliyyə mərkəzləri yarana bilər. Lakin belə mərkəzlərin yaradılmasının ilkin şərti ölkədə siyasi və iqtisadi sabitliyin təmin edilməsi, iqtisadiyyata dövlət müdaxilələrinin minimuma endirilməsidir. Dövlət tərəfindən milli və beynəlxalq iqtisadi biznesin fəaliyyəti və inkişafı üçün əlverişli hüquqi, siyasi, sosial, iqtisadi və maliyyə mühiti yaradılması müstəsna əhəmiyyətə malikdir. Bu məqsədlə dövlət müasir anlayışlara uyğun maliyyə inqilablarının ölkəyə daxil olması üçün hərtərəfli şərait yaratmalı, məq­sədyönlü tədbirlər sistemi həyata keçirməlidir. Bu inqilabların üç aparıcı aspekti mövcuddur: beynəlxalq maliyyə institutlarının qlobal iştirakı, beynəlxalq maliyyə inteqrasiyası və maliyyə yeniliklərinin (innovasiya) sürətli inkişafı.

İqtisadi, o cümlədən maliyyə biznesinin hərəkətverici mühərriki dövlətlər və firmalararası rəqabətdir. Beynəlxalq rəqabət dövlətləri məcbur edir ki, maliyyə biznesi üçün daha əlverişli şərait yaratsın, daxili bazarda fəaliyyətə dövlət müda­xiləsini azaltsın və kapitalın beynəlxalq hərəkətini liberallaşdırsın.

Tarixi baxımdan Londonun nəhəng beynəlxalq maliyyə mərkəzinə çevril­məsi İngiltərənin sənaye çevrilişinin beşiyi olması ilə əlaqədar olsa da, başqa bir amil də bu işdə həlledici rol oynamışdır. Bu amil - maliyyə münasibətlərinin mer­kantilizm görüşlərinin təsiri altında ciddi məhdud­laşdırıldığı bir dünyada nisbi sər­bəstləşdirilməsindən ibarətdir. Yaxın qırx il ərzində Londonun Avrodollar bazarı­nın mərkəzinə çevrilməsi də beynəlxalq maliyyə əlaqələrinin liberallaşdırılması ilə əlaqədardır. Dünyanın müxtəlif maliyyə mərkəzlərinin bu və ya digər növ ma­liyyə əməliyyatları sahəsində öncüllük qazanmaları da eyni şəkildə ciddi liberal­laşdırma tədbirlərinin nəticəsində mümkün olmuşdur.

Müasir maliyyə inqilabının ikinci tərəfi - beynəlxalq maliyyə inteqrasiyası, daxili və beynəlxalq maliyyə bazarları arasında mövcud olan sərhədlərin aradan qaldırılması və onlar arasında çoxtərəfli əlaqələrin yaradılması ilə əlaqədardır. Elə bir şərait yaradılmalıdır ki, maliyyə kapitalı maneəsiz olaraq daxili bazardan beynəlxalq bazara və əksinə hərəkət edə bilsin. Ölkə daxilində əlverişli iqtisadi və maliyyə mühiti yaradılarsa, milli kapitalın xaricə axması problemi də öz-özünə aradan qalxa bilər. Ölkəmizin beynəlxalq maliyə inteqrasiyası sürətlənərsə, nə­həng maliyyə institutları öz filial və nümayəndəliklərini açarlar.

Beynəlxalq maliyyə sisteminin hərəkətverici mühərriki rəqabət, rəqabətin yaratdığı dinamik güc isə maliyyə yenilikləridir (innovasiya). Maliyyə yenilikləri şirkətlərin keçmişdə əlləri çatmadığı maliyyə mənbələri əldə etmələrinə, investor və borc vəsaiti alanların vergi boşluqlarından yararlanmalarına, portfellərin diver­sifikasiyası yolu ilə maliyyə risklərinin azaldılmasına imkan verir.

Məlum olduğu kimi beynəlxalq maliyyə axınları beynəlxalq maliyyə varida­tının hərəkəti və ya da beynəlxalq maliyyə vasitəçiləri (banklar) kanalı ilə həyata keçirilir. Hər iki kanalda maliyyə yenilikləri üçün şərait yaradılması beynəlxalq maliyyə mühitinin vacib şərtlərindən biridir. Müvafiq maliyyə alətləri və texnologi­yasının, maliyyə bazarı infrastrukturunun yaradılması qarşıya qoyulan problemin həlli üçün mühüm əhəmiyyətə malikdir. Mövcud bank sistemi və vergi qanunve­riciliyinin beynəlxalq maliyyə bazarı standartlarına uyğunlaşdırılmasının da müs­təsna rolu vardır.

Valyuta liberallaşdırılması idxalat sahəsində məhdu­diyyətlərin qlobal maliyyə - iqtisadi mühitə inteqrasiyası üçün mühüm amillərdən biridir. Bu sahibkar azadlığını təmin edən tədbirdir. Lakin bu məsələdə həddən artıq ehtiyatlı olmaq lazımdır. Müasir şəraitdə, hər şeydən əvvəl, xarici transmilli şirkətlərin güclü rəqabətinə məruz qalan daxili bazar liberallaşdırılmalıdır.

Daha geniş valyuta liberallaşdırılması aparılarkən nəzərə almaq lazımdır ki, bütün dünya ölkələrində valyuta əməliyyatlarına tam azadlıq, yalnız həmin ölkələr dayanıqlı iqtisadi artım müstəvisinə çıxdıqdan sonra verilmişdir. Məsələn, ixracat gəlirlərinin bir hissəsinin məcburi satılması Qərbi Avropa ölkələrində, yalnız XX əsrin 80-ci illərində aradan qaldırılmışdır. Avropa Birliyinin düşünülmüş valyuta siyasəti inteqrasiya prosesinə mane olmadan milli valyutaların möhkəmlənməsi və rəqabət aparan Avronun tədavülə buraxılması ilə nəticələndi. Eyni siyasət Yaponiya və yeni sənaye ölkələrində də müsbət nəticə vermişdir.

Xarici valyuta ilə əməliyyatların tam liberallaşdırılması milli sahibkarların yalnız daxili bazarda fəaliyyət göstərən çoxsaylı hissəsinin rəqabət mövqeyini möhkəmləndirmir, əksinə zəiflədəcək və onların beynəlxalq əmək bölgüsündə iştirakını çətinləşdirir.

Valyuta yalnız ixracat məhsulları istehsal edən iş adamları üçün lazım deyildir, o həmçinin daxili bazara məhsul çıxaranlar üçün də vacibdir. Ölkə daxilində mövcud olan köhnəlmiş əsas fondların (maşın və avadanlıqların) yenilənməsi çox vaxt idxalat hesabına həyata keçirilir. Belə idxalat azaltmaq üçün idxaləvəzləyici siyasət lazımdır. Bunun üçün də xeyli valyuta lazımdır.

Məlumdur ki, ölkə ixracatının xammal yönümlülüyünü sürətlə aradan qaldırmaq və onun diversifikasiyasını təmin etmək az-çox uzun müddət tələb edir. Bu isə iqtisadi fəaliyyətin yeni növlərinin yaranmasına səbəb olan düşünülmüş sənaye və xarici ticarət siyasətinin aparılmasını tələb edir.

Bank sektorunda beynəlxalq inteqrasiya prosesləri tədqiq edilərkən nəzərə almaq lazımdır ki, XX əsrin son onilliyi dünyada bank kapitalı və onların aktivlərinin kəskin sürətdə artması, beynəlxalq maliyyə institutlarının möhkəmlənməsi, bank işində rəqabətin kəskinləşməsi ilə xarakterizə edilir. Dünyanın 20 ən böyük bankının məcmu kapitalı 1988-2001-ci illər ərzind 159 mlrd. dollardan 547 mlrd. dollara, məcmu aktivləri isə 4 trln. dollardan 12, 4 trln. dollara qədər yüksəlmişdir. [326, 2003, №10, s. 17] Beynəlxalq ticarətin sürətlə genişlənməsi bank əməliyyatları həcminin artmasına gətirib çıxarmışdır. Bu isə bank kapitalının əsas göstəricilərinin yaxşılaşdırılmasını tələb edir. Bank fəaliyyətinin beynəlmiləlləşməsi bank əməliyyatlarının ərazi ekspansiyası üçün yalnız vasitə deyil, eyni zamanda müştərilərə xidmət üçün təbii zərurətdir.

Göstərilən təmayüllər dünya istehsalı həcminin obyektiv olaraq genişlənməsi, transmilli şirkətlərin miqyasının artması və habelə zamanın tələbi ilə bankların dünya bank xidməti bazarında apardıqları siyasətə yenidən baxmaları ilə əlaqədardır. Müştərilər uğrunda rəqabət mübarizəsi kəskinləşdiyi bir şəraitdə beynəlxalq bank işi olduqca mürəkkəbləşmişdir və beynəlxalq inteqrasiya proseslərində iştirak edilməsi miqyası və formaları haqqında qərar qəbul edilməsi olduqca risklidir. Beynəlmiləlləşmə prosesinin dərinləşməsi bu risklərin sayını və miqyasını artırır.

Beynəlxalq miqyasda bank fəaliyyətinin inkişafı prosesində iki strateji xətt özünü göstərir. Hər şeydən əvvəl, nəhəng transmilli banklar ərazi ekspansiyasına yeni ofislər açılmasına, yeni ölkələrin zəbt olunmasına üstünlük verirlər. Digər tərəfdən isə (ikinci strategiya) əsas diqqət maliyyə məhsuluna, yəni bank fəaliyyətinin müəyyən məhsul üzərində cəmləşdirilməsinə verilir.

Qloballaşma nəhəng banklara artım və genişlənmək, məhsul və xidmət­lərinin, əməliyyatları apardıqları bazarların differensiallaşdırılması üçün yeni-yeni imkanlar açır. Qlobal banklar öz müştərilərini yalnız şirkətlər və nisbətən xırda banklar hesabına deyil, həmçinin xarici dövlət strukturları hesabına da genişləndirmək imkanı əldə etmişlər.

XX əsrin ikinci yarısında bank kapitalının mühüm xüsusiy­yətlərindən biri bu kapitalın ərazi ekspansiyası hesabına intensiv inkişafıdır. Beynəlxalq bank əməliyyatlarının həyata keçirilməsi zəruriliyi, xüsusən digər ölkələrdə bank şöbə və filiallarının möv­cudluğu zamanın tələbidir. Çünki onların olmaması müştərilərin itirilməsi deməkdir.

Nəhəng transmilli bankların ərazi ekspansiyasının mühüm istiqamətlərindən biri digər maliyyə-kredit institutları ilə birləşmə və ya onları «udma» siyasətidir. XX əsrin 90-cı illərində bu təmayül özünü daha güclü göstərir. [326, 2003, №10, s. 18-20]

Xarici bankların ərazi ekspansiyası Şərqi Avropa ölkələrinin misalında daha aydın görünür. Son 10-15 il ərzində xarici banklar Mərkəzi və Şərqi Avropa ölkələrində bank sektorunda liderliyi ələ keçirmişlər. Onların əksəriyyətində qeyri-rezidentlər bank sisteminin məcmu kapitalının və bank aktivlərinin yarısından çoxu üzərində nəzarəti ələ keçirmişlər, demək olar ki, bütün kredit təşkilatları onlara məxsusdur. [326, 2003, №8, s. 97]

Azərbaycanda 1 yanvar 2004-cü ildən bank sektorunda xarici kapitalın iştirakına qoyulmuş limit ləğv edildiyi bir şəraitdə bank strategiyası hazırlanarkən Şərqi Avropa ölkələrində bank sisteminin liberallaşdırılmasının nəticələrinin nəzərdən keçirilməsi məqsədəuyğundur.

Təhlil göstərir ki, dünya bank biznesinin liderləri Şərqi Avropa ölkələrində iştirak etməkdən çəkinmirlər. Bu ölkələrdə orta və nisbətən kiçik banklar nəzarəti ələ keçirmişlər. Şərqi Avropa ölkələrində xarici banklar cəmi bank aktivlərinin 57%-nə nəzarət edirlər. Bu ölkələrin çoxunda onlar hakim mövqeni ələ keçirmişlər. Qeyri-rezidentlərin nəzarət etdikləri kredit təşkilatlarındakı aktivlər Estoniyada ümumi aktivlərin 95%-ni, Xorvatiyada 82%-ni, Çexiyada 78%-ni, Slovakiyada 75%-ni, Polşa, Latviya və Macarıstanda 70%-ni təşkil edir. Bolqarıstanda 35 bankdan 25-i xaricilərin nəzarətindədir. Şərqi Avropanın 20 ən böyük bankından yalnız dördü, 10 ən böyük bankından isə yalnız biri xaricilərə məxsus deyildir. [326, 2003, №8, s. 99]. Bu ölkələrin demək olar ki, hamısında bank sistemi «sistem» olmaqdan çıxmışdır: onlar daxili iqtisadi şəraitin tələb etdiyi qanunauyğunluqlara tabe deyillər və xarici transmilli bankların filiallarına çevrilmişlər. Yerli və xarici banklar arasında rəqabət öz aktuallığını itirmişdir. Yerli bazarlarda xarici bankların rəqabəti onlar arasında gedən qlobal rəqabətin yalnız davamıdır.

Beynəlxalq maliyyə təşkilatları bank sahəsində geniş liberallaşdırma tələblərini irəli sürərkən və iri transmilli bankların ölkəyə geniş daxil olmasına şərait yaradılmasını tövsiyə edərkən makroiqtisadi sabitliyin və davamlı iqtisadi artımın təmin olunması arqumentini irəli sürürlər. Hesab olunur ki, xarici nəhəng bankların ölkəyə sərbəst daxil olması maliyyə-kredit xidmətlərinin müxtəlifliyini, yüksək keyfiyyətini və onlardan istifadənin asanlığını təmin edir, yerli bank məmurlarının professionallığını artırır və s. Həmin bankların kredit risklərini və borcların etibarlılığını müəyyən etmə üsulları maliyyə ehtiyaclarının daha səmərəli bölüşdürülməsinə səbəb olacaqdır. Lakin onu da nəzərə almaq lazımdır ki, Şərqi Avropa dövlətlərində xarici bankların kreditləşdirmə istiqamətləri yerli iş adamlarının ehtiyaclarına o qədər də cavab vermir. Xüsusən xırda və orta sahibkarların, kənd təsərrüfatı müəssisələrinin onlardan kredit alması xeyli çətindir. Xarici banklar adətən qiymətli kağızlarla əməliyyatlara və real sektorun kreditləşdirilməsinə üstünlük verirlər. [326, 2003, № 8, s. 104-105]

Azərbaycan Bank sahəsində inteqrasiya problemləri təhlil edilərkən hər şeydən əvvəl göstərmək lazımdır ki, onun əsas təsərrüfat subyektləri dövlət və enerji-xammal maliyyə-sənaye qruplarıdır. Azərbaycan Respublikası Milli Bankı bu gün özünün başlıca vəzifəsini inflyasiya ilə mübarizədə və manatın məzənnəsinin sabitliyinin təmin olunmasında görür. Bu çox vacibdir. Lakin o birtərəfli məqsədə çevrildikdə ziyanlı ola bilər.

Azərbaycan maliyyə, valyuta, bank sahəsində beynəlxalq iqtisadi inteqrasiyanın aparıcı istiqamətləri müəyyən edilərkən bu sahədə liberallaş­dır­ma­nın müsbət və mənfi cəhətləri təhlil edilməli, digər dövlətlərin təcrübəsi nəzərə alınmalıdır.


Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin