VƏLİyev dünyamali əMİr oğlu azərbaycanin qlobal иqtиsadиyyata иnteqrasиyasi


Azərbaycan iqtisadiyyatının beynəlxalq rəqabət qabiliyyətinin artırılması – qlobal iqtisadiyyata inteqrasiyanın aparıcı istiqaməti kimi



Yüklə 7,05 Mb.
səhifə45/51
tarix10.03.2017
ölçüsü7,05 Mb.
#10912
1   ...   41   42   43   44   45   46   47   48   ...   51

11. 4. Azərbaycan iqtisadiyyatının beynəlxalq rəqabət qabiliyyətinin artırılması – qlobal iqtisadiyyata inteqrasiyanın aparıcı istiqaməti kimi.
Dünya bazarı ilə iqtisadi inteqrasiya strategiyası müəyyənləşdirilərkən dün­ya­da iqtisadi proseslərin inkişaf təmayüllərinin müasir xüsusiyyətləri diqqətlə öy­rə­nilib nəzərə alınmalıdır. Məlum olduğu kimi elmi-texniki tərəqqi inkişaf edib də­rin­ləşdikcə Qərbdə istehsalın təmərküzləşməsi və mərkəzləşdirilməsi, kapitalın in­hi­sarlaşması öz yüksək həddinə çatmışdır. Dünya iqtisadiyyatı üzərində nə­za­rət nəhəng Transmilli şirkətlərin əlində cəmlənmişdir. Beynəlxalq iqtisadi əlaqə­lər­də də onlar həlledici rol oynayırlar. Respublikamızda özəlləşdirmə siyasəti ardıcıl ola­raq keçirildiyi bir şəraitdə dünya iqtisadiyyatının göstərilən cəhəti nəzərə alın­maqdadır. Heç kəs üçün sirr deyildir ki, respublikamızda iri kapital yığımının həyata keç­mədiyi bir şəraitdə təsərrüfat obyektlərinin həddən artıq "xırdalanması" TMŞ-lə­rin ölkəmizdə şəriksiz hökmran­lığına gətirib çıxara bilər. Ona görə də res­pub­li­ka­mızda vaxtilə sahə prinsipi üzrə yaradılmış şirkətlərin özəlləşdirmə prosesində "xır­dalanmasına" yol vermək olmaz. Bu baxımdan bankların birləşdirilərək BUS Bankın yaradılması və sonra da kapital banka çevrilməsi, bankların nizamnamə kapitalına tələblərin artrılması tamamilə özünü doğruldur.

Ümumiyyətlə, istər daxili, istərsə də beynəlxalq iqtisadi problemlərin həllin­də milli kapitalın, milli sahibkarlığın formalaşması və inkişaf etdirilməsi res­publika­nın strateji məqsədlərindən biri hesab edilir. Yalnız bir tarixi faktı yada salmaq kifa­yət edər ki, XIX əsrin axırları, XX əsrin əvvəllərində ölkəmizdə tikilən və bu gün Bakının iftixarı olan iqtisadi və di­gər obyektlərin böyük əksəriyyəti milli kapital tərəfindən həyata keçirilmişdir.

Təsərrüfat həyatının beynəlmiləlləşməsi və respublikamızda ardıcıl olaraq "açıq qapı" siyasətinin həyata keçirilməsi istər xaricdə, istərsə də ölkə daxilində məhsulların yüksək rəqabətqabiliyyətli olmasını tələb edir. Respublika daxilində de­mək olar ki, artıq bütün məhsul növləri üzrə yerli və əcnəbi məhsullar üzrə yük­sək rəqabət gedir. Yerli istehsalçılara istehsalı təşkil etmək və onu inkişaf etdir­mək sahəsində tədbirlər sistemi həyata keçirilir. İdxalat tarif və qeyri-tarif tənzimləmələri vasitəsilə daha çox məh­dud­laşdırıla bilər. Lakin bu uzun müddət davam edə bilməz və bu tədbirdən beynəlxalq müqavilələrə uyğun olaraq, artıq geniş istifadə etmək mümkün deyildir.

Ona görə də yerli istehsalın dirçəldilməsi üçün emal olunan məhsulların key­fiy­yətinin və müvafiq olaraq onların rəqabətqabiliyyətinin yüksəldilməsi ölkə iqti­sa­diyyatının strateji məqsədlərindəndir. Daxili bazar da, xarici bazar da bunu tələb edir.

Beynəlxalq əmək bölgüsünün üstünlüklərindən səmərəli istifadə etməklə iqtisadi tərəqqinin təmin edilməsi əhəmiyyətli dərəcədə idxal və ixracın struktu­rundan asılıdır. Məhz bu cəhət ölkəmizin iqtisadi inteqrasiyasının dünya birliyi ilə bə­rabərhüquqlu və qarşılıqlıfayda prisnipi əsasında aparıldığını və ya onun dün­ya bazarının xammal əlavəsinə çevrilmiş olub-olmadığını müəyyən edir. 90-cı illərdə olduğu kimi Respub­li­ka idxalatının böyük əksəriyyətinin istehlak mallarından, ixracatın isə mineral xam­maldan ibarət olması, tamamilə aydındır ki, iqtisadi tərəqqini təmin edə bil­məzdi. İxrac potensialının hərtərəfli inkişaf etdirilməsi, onun çoxçeşidliliyinin artırıl­ma­sı, istehsalın hazır məhsul emalına doğru istiqamət­ləndirilməsi, satışa çıxa­rı­lan malların əmtəə görkəminin yaxşılaşdırılması ölkəmizə lazım olan valyuta eh­ti­yat­larının yaradılması və daha da artırılması üçün həlledici əhəmiyyət kəsb edir. Bu məqsədlə xarici ti­ca­rətdə liberallaşma siyasətinin ardıcıl yeridilməsi və təsərrüfat obyektlərinin bi­la­va­­si­tə xaricə çıxmasını təmin edilməsi olduqca əhəmiyyətli tədbirlərdəndir.

Dünya bazarı ilə səmərəli iqtisadi inteqrasiya yalnız iqtisadiyyatın geniş di­ver­sifikasiyası ilə mümkündür. Bu məqsədlə, gömrük kredit və valyuta me­xa­niz­min­dən və di­­gər iqtisadi alətlərdən bacarıqla istifadə edilməsi həyati əhəmiyyət kəsb edir. Öl­kə­nin iqtisadi struk­turunun formalaş­masında və xarici iqtisadi əla­qələrinin xarakterində valyuta si­ya­səti mühüm rol oynayır. Müasir şəraitdə ayrı-ayrı milli iqtisadiyyatlar arasında qar­şı­lıqlı asılılığın artması ilə əlaqədar ola­raq, valyuta məzənnəsi milli iqtisadiyyatın in­ki­şa­fının zahiri təzahürünə çevrilmiş, onun iqtisadi potensialını, əmək məhsuldarlığını müəyyən dərəcədə əks etdirir, is­tehsala güclü təsir göstərir.

Bu gün Milli Bankın həyata keçirdiyi valyuta siyasəti daxili qiymətlərin rəqabət gücünü və ixracın səmərəliliyini müəyyən dərəcədə azalda bilər. Bu isə ixracat sahələrinə və bütövlükdə qeyri-neft sektorunun inkişafına təsir göstərə bilər, idxalı isə sti­mul­laş­dırılaraq genişlənməsinə səbəb ola bilər. Neft gəlirlərinin sürətlə artmağa başlaması milli valyutanın mövqeyini xeyli möhkəmləndirir. Ona görə də Milli Bankın bu sahədə apardıgı tarazlaşdırılmış siyasəti tamamilə özünü dogruldur.

Ölkənin beynəlxalq iqtisadi inkişaf strategiyası qabaqcıl ölkə­lərin müsbət təcrübə­si və müasir dünyada gedən proseslər nəzərə alınmaqla hazırlanır, qeyri-neft sektorunun inkişafına qayğı göstərilir. Dünyada özünü gös­tərən geniş qloballaşma proseslərinə Azər­bay­canın uğurlu inteqrasiyası və sosial-iqtisadi tərəqqisi yalnız bu yolla təmin oluna bilrər.

Bu gün ölkənin müstəqil sosial-iqtisadi inkişafı gedişi üçün həyati əhəmiyyət kəsb edən və ilk baxışda həlli qeyri-mümkün görünən Azərbaycan iq­ti­sadiyyatının rə­qabət gücünün artırılması yolları dövlətin diqqət mərkəzindədir. Nə­zə­rə almaq lazımdır ki, bazar iqtisadiyyatı şəraitində dövlətin rolu bu sahədə azal­mır, əksinə daha da yüksəlir və getdikcə mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq rə­qabət meydanına təsərrüfat subyektləri - müəssisələr çıxsalar da onların bu sa­­hədə müvəffəqiyyəti bütün digər şərtlər daxilində ölkədə möv­cud olan ümumi iq­tisadi vəziyyət və o cümlədən ölkə iqtisadiyyatının və müəs­si­sə­lərin rəqabətqa­bi­liyyətinə mənfi və müsbət təsir edə bilər. Dövlət ölkə iq­ti­sa­diy­yatının və müəs­si­sə­lərin rəqabətqabiliyyətinin yüksəldilməsi üçün məq­səd­yön­lü tədbirlər sistemi hə­yata keçirmədikdə onun bu sahədə rolu mütəxəssislər tə­rə­findən mənfi xa­rak­te­rizə edilir. Bu tədbirlər sisteminin mərkəzi xəttini müəs­si­sə­lər tərəfindən əmək məh­suldarlığının yüksəldilməsi və onların malik olduqları mü­qayisəli üstünlüklərin möh­kəmləndirilməsi, üçün normal işgüzar mü­hitin yaradılması təşkil edir. Bu məqsədlə müəssisələrin xaricdən yeni tex­nika və Texnologiya gə­tir­mə­ləri hərtərəfli təşviq edilməlidir. Sovet döv­ründən qalmış bir eh­ka­ma görə, dövlət zəif, səmərəsiz və ziyanla işləyən müəs­sisələri himayə etməlidir. Bu yanlış bir fikirdir. Getdikcə qloballaşan bazar iq­ti­sadiyyatı tə­ləb edir ki, bey­nəl­xalq bazarda rəqabət apara bilən müəssisələr döv­lət tərəfindən dəstəklənsinlər və onlar öz üstünlüklərini daha da möhkəm­lən­dir­sinlər. Bu zaman nəzərə almaq la­zımdır ki, bu sahədə dövlət himayəçiliyi çox­la­rının düşündüyü kimi heç də həmin müəs­sisələrə dotasiya verilməsi demək de­yil­dir. Bu himayəçilik rəqabətqabiliyyətli müəssisələrin az məsrəf sərf etməklə, yük­sək keyfiyyətli məhsul istehsal et­mələri üçün əlverişli şərait yaradılmasından ibarətdir.

Dünya təcrübəsi əyani şəkildə göstərir ki, dövlətlərin çoxu rəqabət qa­bi­liy­yə­tini ilk mərhələdə beynəlxalq bazarda deyil, daxili bazarda yüksəltməyə çalışırlar.

Artıq bütün mütəxəssislər arasında belə bir fikir hakimdir: rəqabət mübari­zə­sində o ölkələr qalib çıxırlar ki, onlarda daxili tələb xarici firmaların deyil, ilk növ­bədə yerli firmaların məhsuluna əsaslanır. Yerli müəssisələrin xaricdə davam gətirə bi­lən məhsullar istehsal edə bilməsində ilk mühüm şərt onların əvvəlcə ölkə da­xi­lin­də rəqabətə dözə bilməsi, normal rəqabət mübarizəsi şəraitində daxili tə­lə­ba­tın ödənilməsində mühüm rol oynamağa başlamışdır. Bu işçi qüvvəsinə də aiddir. Halbuki, yüksək ixtisaslı hesab etdiyimiz işçi qüvvəsi bəzən daxili ba­zarda xarici işçilərlə rəqabətə davam gətirə bilmirlər. Xarici firmaların özləri ilə çox­saylı işçilər gətirmələrini müəyyən dərəcədə məhz bu amil ilə də izah etmək olar.

Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətinin yüksəldilməsində mü­hüm strateji istiqamət daxili tələbatın ödənilməsi üçün idxalı əvəzetmə siyasə­ti­nin yeridilməsidir. Bu siyasət ölkənin keçmişdə olduğu kimi qapalı xarakterinin ar­tı­rıl­masına deyil, istehlak mal­la­rı­nın idxalına yönəldilən valyuta ehtiyatlarına qənaət olunmasına, qənaət olunan val­yutanın texnologiya idxalına və hətta həmin texnologiyanın istehsalının res­pub­likada təşkil olunması məqsədlərinə tabe edilməsi çox vacibdir. Bu siyasət ölkənin ix­ra­cat potensialının artırılması üzrə strateji istiqamətin həyata keçirilməsində mü­hüm rol oynaya bilər. Uzunmüddətli və mürəkkəb proses olan beynəlxalq rəqa­bət qabiliyyətinin yüksəldil­məsinə müxtəlif ölkələr müxtəlif müddətdə, fərqli va­si­tə və üsullar ilə nail olurlar. Lakin dünya təcrübəsi göstərir ki, onlar bu məqsədə nail olmaq üçün bir qayda olaraq dörd ardıcıl mərhələdən keçirlər. Bu mərhələ­lə­rin hərəkətverici qüvvələri, yaxud ayrı-ayrı dövrlərdə onun inkişafının müəy­yən­edi­ci amilləri aşağıdakılardır: istehsal amilləri, investisiyalar, yeniliklər və sərvət.

Azərbaycan iqtisadiyyatı beynəlxalq rəqabət mübarizəsində öz üs­tün­lüyünü mövcud olan bol istehsal amillərindən intensiv və səmərəli istifadə olun­ması, onlardan əldə edilən maliyyə mənbələrini texnaloji inkişafa yönəltmək yolu ilə təmin edir. Bu sahədə bütün qüvvələr Azər­bay­cana təbiətin bəxş etdiyi zəngin təbii sərvətlərdən və ucuz işçi qüvvəsindən ağıl­la istifadə edilməsinə, müxtəlif kənd təsərrüfatı məhsullarının becərilməsi üçün daha əlverişli şəraitin yaradılmasına yönəldilmişdir. İlk növbədə daxili tələbatın ödə­nilməsi üçün bu sahələrdə qısa müddət ərzində əhəmiyyətli naliyyətlər əldə etmək mümkündür. Hazırkı mərhələdə resurs amillərindən innovasiya amillərinə keçilməsi məsələsi tam kəskinliklə qarşıya qoyulmuşdur.

Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı tədbirlər nəticəsində Azər­baycan iqtisadiyyatının beynəlxalq rəqabət qabiliyyəti qısa tarixi dövr ərzində əhə­miy­yətli dərəcədə artmışdır. Beynəlxalq təşkilatlar da buna böyük əhəmiyyət verirlər.

Məlum olduğu kimi dünya ölkələrinin iqtisadi göstəricilərinin qiymətləndi­ril­məsində “Ümumdünya İqtisadi Forumunun” (ÜİF) hazırladığı hesabatlar xüsusi yer tutur. Otuz ilə yaxındır ki, ÜİF dövlətlərin rəqabətə davamlılıq səviyyəsini öyrənməkdədir. 1979-cu ildən etibarən hazırlanan “Qlobal Rəqabət Hesabatları”nda dövlətlərin iqtisadiyyatlarının davamlı inkişafını və uzunmüddətli çiçəklənməsini şərtləndirən faktorlar araşdırılır. 2004-cü ildə dövlətlərin rəqabətə davamlılığının ölçülməsi üçün təkmil göstəricilər toplusu yaradılıb və Qlobal Rəqabət indeksi kimi ÜİF-ə təqdim edilib.

Məlumat üçün bildirək ki, dövlətlərin rəqabətə davamlılığı - “Qlobal Rəqabət indexsi” 12 əsas üzrə müəyyənləşdirilir. Burada təhsil və təlim, insan kapitalı, texniki-tərəqqi, makroiqtisadi sabitlik, səmərəli idarəetmə, qanunun aliliyi, şəffaf və təkmil işləyən qurumlar, korrupsiyanın azlığı, bazara yönümlülük, şirkətlərin təkmilləşdirilməsi, tələbat, bazarın həcmi və bir çox başqa istiqamətlər əsas götürülür.

ÜİF-nin Qlobal Rəqabət İndeksi 2006-2007-ci illərdə Azərbaycanda bütün istiqamətlər üzrə güclü inkişaf müşahidə olunduğunu, ölkənin nəhəng sıçrayışla dünya ölkələri arasında layiqli yer tutduğunu göstərir.

Birinci əsas kimi institusional qurumlar nəzərə alınır.

Bu istiqamət hökumətin, hüquqi şəxslərin fəaliyyəti, onların əldə etdiyi gəlir və ölkənin inkişafında rolu qiymətləndirilir. İnstitusional əsasın rəqabətə davamlılığının artrılmasına və inkişafa böyük təsiri var. Gəlirlərin paylaşdırılması, inkişaf strategiyasının və siyasətinin icrası, həmçinin sərmayə qoyuluşu, istehsalın təşkilində institusional əsas mühüm rol oynayır. Aşağıdakı cədvəl göstərir ki, Azərbaycan institusional əsas üzrə dünya ölkələri arasında 74-ci yer tutur və MDB məkanında liderdir.


Ölkələr

Sıra

Xal

Azərbaycan

74

3. 58

Ermənistan

86

3. 35

Gürcüstan

84

3. 36

Qırğızıstan

119

2. 74

Rusiya

112

2. 95

Tacikistan

78

2. 43

Ukrayna

97

3. 14

Hesabatda infrastrukturun yeniləşdirilməsi, inkişafı mühüm amil kimi nəzərə alınmışdır. İnfrastrukturun mövcudluğu iqtisadiyyatın səmərəliliyi üçün son dərəcə əhəmiyyətlidir. Yüksək səviyyəli infrastruktur bölgələrin inteqrasiyasını gücləndirir, bir neçə regionun və ya bir ölkənin bazarlarının digər ölkələrin bazarı ilə inteqrasiyasına güclü təkan verir. Bu istiqamət üzrə Azərbaycan dünya ölkələri arasında 60-cı yer tutur və MDB məkanında birincidir.




Ölkələr

Sıra

xal

Azərbaycan

60

3. 49

Ermənistan

87

2. 68

Gürcüstan

91

2. 56

Qazaxıstan

67

3. 19

Qırğızıstan

107

2. 20

Rusiya

66

3. 27

Tacikistan

93

2. 48

Ukrayna

71

3. 13

Makroiqtisadi mühütün sabitliyi sahibkarlıq üçün çox vacibdir və ümumilikdə ölkənin rəqabətə davamlılığı üçün mühüm əhəmiyyət kəsb edir. Bu göstərici üzrə Azərbaycan dünya ölkələri arasında 45-ci yer tutaraq, əksər MDB ölkələrini geridə qoyub:




Ölkələr

sıra

xal

Azərbaycan

45

5. 23

Ermənistan

66

4. 89

Gürcüstan

98

4. 31

Qırğızıstan

116

3. 47

Ukrayna

80

4. 66

Dördüncü əsas sağlamlıq və ibtidai təhsildir. Sağlam işçi qüvvəsi ölkənin rəqabətə davamlılığı və səmərəliliyi üçün vacibdir. Sağlamlığı zəif olan işçi bütün potensialı ilə işləyə bilmir və daha az produktivdir. Bu göstəriciyə görə Azərbaycan dünya ölkələri arasında 95-ci yeri tutur. Lakin nəzərə alsaq ki, son illər bu sahəyə diqqət gücləndirilib və məqsədyönlü tədbirlərin həyata keçirilməsinə başlanıb, yaxın gələcəkdə vəziyyətin dəyişəcəyi şübhəsizdir.

Ali təhsil və təlim beşinci əsas kimi götürülür. Məlumdur ki, istehsal prosesinin və istehsal məhsulunun keyfiyyətini artırmaq istəyən iqtisadiyyat üçün mükəmməl yüksək ixtisaslı kadrlar çox vacibdir. Xüsusilə müasir qloballaşan iqtisadiyyat hər an dəyişən mühütə uyğunlaşa bilmək qabiliyyətinə malik, yüksək təhsil almış işçi resursunun olmasını tələb edir. Bu göstəriciyə görə Azərbaycan dünya ölkələri arasında 79-cu, MDB məkanında isə 4-cü sıradadır.

Azərbaycanın boloniya sisteminə qoşulması və dövlət başçısının həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində bu sahədə geniş perspektivlər açılır.

İşçi bazarının effektivliyi (produktuvliyi) və çevikliyi yeddinci əsas kimi işçilərin iqtisadi prosesdə maksimum dərəcədə “istifadə” olunmasını təmin edir. Produktiv iqtisadiyyatı olan ölkədə işçilər düzgün şəkildə yerləşdirilir və lazımı stimullarla həvəsləndirilir ki, öz işlərində daha çox səy göstərsinlər. Bu göstəriciyə görə Azərbaycan dünya ölkələri arasında 38-cidir.


Ölkələr

Sıra

Xal

Azərbaycan

38

4. 47

Gürcüstan

57

4. 25

Qazaxıstan

78

4. 04

Qırğızıstan

55

4. 26

Rusiya

40

4. 44

Tacikistan

69

4. 12

Ukrayna

62

4. 21

Onu da qeyd etmək lazımdır ki, bu gün ölkədə effektiv maliyyə sektoru mövcuddur. Təbii ki, bu da maliyyə bazarının genişlənməsi, uğurlu büdcə siyasəti ilə bağlıdır. Belə halda vətəndaşlar maddi resurslardan səmərəli istifadə edə bilərlər. Bu zaman maddi resurslar siyasi məqsədlərdən çox, iş adamlarının əlində cəmləşdirilir, ya da sərmayə layihələrinə istiqamətləndirilir. Bu göstəriciyə görə Azərbaycan Rəqabət İndeksinə görə dünya ölkələri arasında 72-cidir.




Ölkələr

Sıra

Xal

Azərbaycan

72

3. 94

Ermənistan

102

3. 36

Gürcüstan

83

3. 72

Qazaxıstan

53

4. 33

Qırğızıstan

108

3. 30

Rusiya

98

3. 47

Tacikistan

118

3. 05

Ukrayna

63

4. 11

Texniki hazırlıq əsası iqtisadiyyatın produktivliyini artırmaq üçün yeni Texnologiyaları tez qavramaq qabiliyyətini qiymətləndirir. Bu çox mühüm isti­qamətdir, çünki bu sahədə olan fərqlər ölkələr arasında produktivliyin müxtə­lifliyinin göstricisidir. Bu göstəriciyə görə Azərbaycan dünya ölkələri arasında 78-cidir.




Ölkələr

Sıra

Xal

Azərbaycan

78

2. 69

Ermənistan

89

2. 50

Gürcüstan

104

2. 33

Qırğızıstan

120

1. 97

Tacikistan

105

2. 33

Ukrayna

86

2. 53

Bazarın həcmi istehsalın gücünə təsir göstərir, çünki geniş bazarlarda şirkətlər iqtisadiyyatın maksimum imkanlarından istifadə edir. Ənənəvi olaraq, şirkətlərin fəaliyyət göstərdiyi bazarlar onların yerləşdiyi ölkələrin sərhədləri ilə məhdudlaşırdı. Qloballaşma dövründə beynəlxalq bazarlar daxili bazarların əvəzləyicisi rolunu oynamağa başlayıb, bu xüsusilə kiçik ölkələrə daha çox aiddir. Bu göstəriciyə görə Azərbaycan dünya ölkələri arasında 65-ci sıradadır.




Ölkələr

Sıra

Xal

Azərbaycan

65

3. 76

Ermənistan

101

2. 93

Gürcüstan

94

3. 09

Qırğızıstan

106

2. 83

Tacikistan

105

2. 84

Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin