Mövzu Makroiqtisadi qeyri-sabitlik və işsizlik



Yüklə 23,84 Kb.
səhifə1/5
tarix27.04.2023
ölçüsü23,84 Kb.
#103368
  1   2   3   4   5
Mövzu 5 (1)


Mövzu 5. Makroiqtisadi qeyri-sabitlik və işsizlik.
5.1. Işsizlik və onun növləri. İşsizliyin səbəbləri.
5.2. Işsizliyin göstəriciləri və onun dinamikasını müəyyənləşdirən amillər.
5.3. Əmək bazarının dövlət tərəfindən tənzimlənməsi.

5.1. Işsizlik və onun növləri. İşsizliyin səbəbləri
«lşsizlik» məfhumu ilk dəfə 1911-ci ildə Britaniya ensiklopediyasmda, sonra isə 1915-ci ildə ABŞ-ın Əmək Nazirliyinin hesabatmda işlədilmişdir. Hazırda işsizlik müxtəlif həcmlərdə, formalarda, müddətlərdə olmaqla dünyanın bütün ölkələrində var.
Hazırda iqtisadi nəzəriyyə işsizliyə belə tərif verir.
İşsizlik - sosial-iqtisadi hadisə olub, iqtisadi cəhətdən fəal əhalinin müəyyən hissəsinin işinin və müvafiq olaraq gəlirinin (işləmək istəyənlər adi faiz dərəcəsində iş tapa bilmirlər) olmaması deməkdir.
Beynəlxalq Əmək Təşkilatmm (BƏT) standartlarına əsasən, işsizlərə yaşı 16 və daha artıq olub, nəzərdən keçirilən dövrdə:
• işi (gəlirli məşğuliyyəti) olmayanlar;
iş axtaranlar, yəni dövlət və ya kommersiya məşğulluq qurumlarma müraciət edən, elanlardan istifadə edən və ya qəzetdə elan vərən, bilavasitə müəssisə rəhbərliyinə (işə götürənə) müraciət edənlər, şəxsi əlaqələrindən istifadə edənlər və ya öz işini yaratmağa cəhd edənlər;
• işə başlamağa hazır olanlar aiddir.
Əmək bazarında əməyə tələb və təklifin qarşılıqlı təsiri nəticəsində məşğulluq səviyyəsi müəyyənləşir.
Qərb iqtisadçılarınm çoxu bazar şəraitində müəyyən işsizlik şəraitinin olmasmı qanunauyğun və zəruri hesab edirlər. C.Keyns «məcburi işsizlik» anlayışını səmərəli məcmu tələbin kifayət qədər olmamasmdan alırdı. Tam məşğulluq dedikdə C.Keyns, onun elə vəziyyətini başa düşürdü ki, bu zaman səmərəli tələbin genişlənməsindən asılı olaraq məşğul olanların sayı heç cür dəyişmir və buna görə də onun sonrakı artımı sırf inflyasiya artımı olur, yəni öz əksini yalnız nominal kəmiyyətlərin artmasında tapır. Bu zaman məcburi işsizlik sıfra bərabərdir.
M.Fridmenin fikrincə, təbii işsizlik səviyəsi iş qüvvəsindən istifadənin iqtisadi məqsədəuyğunluğunu əks etlirir, necə ki, istehsal güclərinin yüklənmə dərəcəsi əsas kapitaldan məqsədyönlü və səmərəli istifadəni əks etdirir.

Yüklə 23,84 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin