Mövzu 12. Əmək bazarı, məşğulluq və işsizlik



Yüklə 63,55 Kb.
səhifə1/12
tarix29.08.2022
ölçüsü63,55 Kb.
#63331
  1   2   3   4   5   6   7   8   9   ...   12
Mövzu 12. Emek Bazari meshgulluq ve ishsizlik (Autosaved)

Mövzu 12. Əmək bazarı, məşğulluq və işsizlik





  1. Əmək bazarı anlayışı, onun mahiyyəti, sərhədləri və infrastrukturu

  2. Müasir Azərbaycanda əmək bazarı

  3. Məşğulluq anlayışı və onun mahiyyəti

  4. Müasir Azərbaynda məşğulluq siyasəti

  5. İşsizlik anlayışı, mahiyyəti, nəticələri və qarşısının alınması yolları

  6. Azərbaycanda işsizlik problemi



1. Əmək bazarı anlayışı, onun mahiyyəti, sərhədləri və infrastrukturu
Əmək bazarı anlayışı və onun mahiyyəti
İnkişaf etmiş əmtəə təsərrüfatında öz predmeti ilə fərqlənən çoxlu bazar mövcuddur. Əmtəə mübadiləsinin təbii bazası olan əmək bölgüsünün dərinləşməsilə əlaqədar bazarların daha çox bölünməsi və onların ixtisaslaşması baş verir. Müxtəlif ölkələrin iqtisadiyyatının struktur inkişafının xüsusiyyətləri bazarların ayrı-ayrı növlərinin inkişaf səviyyəsində öz əksini tapır.
İqtisadiyyatın sahə strukturundan asılı olmayaraq bazar iqtisadiyyatına malik istənilən ölkədə əmək bazarı mövcuddur. Işçi qüvvəsinin əmtəə qismində çıxış etdiyi bazar təsərrüfatında işçilərin iş yerlərinə münasibətdə hərəkəti əmək bazarı ilə şərtlənir. Əmək bazarında işçi qüvvəsinin alış-satışı həyata keçirilir. Iş yerinin mülkiyyətçisi işçi qüvvəsini satın aldıqda istehsal prosesində təsərrüfat fəaliyyətinin əsas amillərinin birləşməsi üçün iqtisadi və hüquqi şərtlər yaranır.
Beləliklə, əmək bazarı - işçi qüvvəsinə tələb və təklifin məcmusudur və iş yerlərinin artıb-əksilməsi, iş yeri və iqtisadi fəal əhalinin sahə, ərazi, demoqrafik və peşə-ixtisas istiqamətlərində təsərrüfat sahələri üzrə yerləşməsi onunla şərtlənir. Bazar iqtisadiyyatı rəqabət şəraitində həm özünütənzimləməni, həm də dövlət tərəfindən istiqamətlənmiş təsiri özündə ehtiva edir.
Əmək bazarı obyektiv hadisədir o mənada ki, o, insanların iradəsindən asılı olmayaraq, cəmiyyətdə sosial-iqtisadi münasibətlərin xarakterilə müəyyənləşir. Hər hansı bir cəmiyyətdə əgər işçi qüvvəsi əmtəədirsə və istehsal faktorlarının birləşməsinin özü əməyin alqı-satqısı ilə şərtlənirsə, onda əmək bazarı göz qabağındadır. Əmək bazarınınsa inkişaf səviyyəsi bu bazarın infrastrukturunun nə səviyyədə formalaşmasından, onda müxtəlif institutların hansı dərəcədə mövcudluğundan asılıdır. Göstərilən infrastruktur bazarın özündən fərqli olaraq, obyektiv xarakterə malik deyildir.
Əmək bazarında işçi qüvvəsini istehsal vasitələri ilə bağlayan münasibətlər yaranır ki, bu da işə götürənlə muzdlu işçilərin bir-birinə bağlanmasını şərtləndirir. Bununla da birincilərin əməyə, ikincilərinsə əmək haqqına olan ehtiyacları ödənilmiş olur. Əksər iqtisadiyyatçıların fikrincə, bu cür münasibətlər işçi qüvvəsinin dəyəri qanununun əsasında formalaşır.

Yüklə 63,55 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin