Mövzu 12. Əmək bazarı, məşğulluq və işsizlik


Azərbaycanda işsizlik problemi



Yüklə 63,55 Kb.
səhifə9/12
tarix29.08.2022
ölçüsü63,55 Kb.
#63331
1   ...   4   5   6   7   8   9   10   11   12
Mövzu 12. Emek Bazari meshgulluq ve ishsizlik (Autosaved)

6. Azərbaycanda işsizlik problemi
İşsizliyin ölçülməsi üçün nə vaxt və kimin işsiz hesab edilməsini dəqiq müəyyənləşdirmək lazımdır. Ölkədə işsizliyin hesaba alınması ilə Dövlət Statistika Komitəsi (DSK) və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti məşğul olur.DSK işsizlərin sayını dövlət statistika orqanlarından alınan məlumatlar əsasında məşğulluq problemlərinə dair seçmə tədqiqatların keçirilməsi vaxtı müəyyənləşdirir. Belə tədqiqatlar/yoxlama, təftişlər ildə bir dəfə keçirilir.
Beynəlxalq Əmək Təşkilatının (BƏT) verdiyi tərifə əsasən, əhalinin iqtisadi aktivliyini ölçmək üçün müəyyənləşdirilmiş yaşda olan insanlar və təftiş zamanı eyni vaxtda üç əsas kateqoriyaya cavab verənlər işsiz hesab olunur. Bu kateqoriyalara daxildir:

  1. Işə (gəlir gətirən məşğuliyyətə) malik olmayanlar;

  2. Təhqiqat həftəsinə (işsizliyi ölçmək üçün müəyyənləşdirilmiş vaxta) dörd həftə qalmış istənilən vasitələrdən istifadə edərək iş axtarışında olanlar;

  3. Təhqiqatın keçirildiyi vaxtdan sonra iki həftə ərzində işə başlamağa hazır olanlar.

Azərbaycan Respublikasının “Məşğulluq haqqında” qanununa görə, işsiz şəxs - müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçmiş, işləməyən və əmək haqqı (əmək gəliri) almayan, Azərbaycanın ərazisində yaşayan, yaşadıqları yerə görə məşğulluq mərkəzlərində uyğun iş axtarışı məqsədilə qediyyata alınmış, iş axtaran və işə başlamağa hazır olan əmək qabiliyyətli vətəndaşdır. Mövcud qanunvericiliyə uyğun olaraq, 15 yaşına çatmayanlar; pensiya (ailə başçısını itirməyə görə uşaqlar üçün təyin olunmuş pensiyalar istisna olmaqla) hüququ qazanmış vətəndaşlar; qeydiyyata alındıqdan sonrakı 10 gün müddətində münasib iş axtarmaq məqsədi ilə üzürsüz səbəbdən müvafiq icra hakimiyyəti orqanına gəlməyənlər və ya bu müddət ərzində təklif edilən iki münasib işdən imtina edənlər (vətəndaşa eyni iş təkrarən təklif oluna bilməz); ilk dəfə işaxtaranlar və azadlıqdan məhrum etmə cəzasını çəkənlərişsiz sayıla bilməz. İşsizlərə həmçinin ümumtəhsil, peşə-texniki məktəblərində, eləcə də ali, orta ixtisas və d. təhsil müəssisələrində təhsil alan əmək qabiliyyətli vətəndaşlar aid edilə bilməz.
Beləliklə, bu gün işsizlərin sayı iki metodla müəyyənləşdirilir. DSK bu sayı əhalinin məşğulluq problemi üzrə seçmə yolu ilə təhqiqatı və işsizliyin ölçülərək nəticələrinin bütün əhalinin sayına aidiyyatı yolu iləmüəyyənləşdirir. Məşğulluq xidməti işsizlərin sayını onların bu xidmətin rayon və şəhər şöbələrində könüllü əsasda qeydiyyatdan keçməsi ilə müəyyənləşdirir.
2012-ci ildə dünyada işsizlərin sayı 197 milyon nəfərədək artıb. İşini itirənlərin 25 faizi inkişaf etmiş,75 faizi isə inkişaf etməkdə olanların, daha çox Cənub-Şərqi Asiya, Afrika dövlətlərinin, Saxaranın cənubundakı ərazilərdə yerləşən ölkələrin payına düşür. Bu gün ən həyəcanlı fakt işsizliyin uzunmüddətli olmasıdır. İnkişaf etmiş dövlətlərdə işsizlərin 1/3-i bu vəziyyətdə bir ildən artıq qalırlar. İnkişaf etməkdə olan ölkələrdə 870 milyon insan gündə iki dollardan az qazanır, onların 400 milyonu isə yoxsulluqdan da aşağı səviyyədə yaşayır.
Hazırda Avropa ölkələrində işsizliyi müəyyən etmək üçün olduqca təkmil ölçmə texnologiyası tətbiq olunur. Məsələn, Beynəlxalq Əmək Təşkilatının müəyyənləşdirdiyi mexanizmə görə son 4 həftə ərzində işsiz qalan və aktiv şəkildə iş axtaran vətəndaşlar işsiz sayılırlar. Yəni, Avropada hər ay bütün ölkələri əhatə etməklə müxtəlif sorğular vasitəsilə işsizliyin səviyyəsi öyrənilir.
"Məşğulluq haqqında" qanuna görə, Azərbaycanda məşğulluq orqanlarında işsiz kimi qeydiyyatdan keçən insanlar işsiz sayılırlar7. Azərbaycanda işsizliyin aradan qaldırılması, əhalinin sosial cəhətdən imkansız ailələrinin məşğulluq probleminin həlli istiqamətində bir sıra addımlar atılır. Bu istiqamətdə atılan addımlar sırasında "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı"nı göstərmək olar. Ölkədə həyata keçirilən iqtisadi islahatlar nəticəsində 2005-2010-cu illər ərzində Azərbaycan insan inkişafı sahəsində dünya ölkələri sırasında irəliləyişə nail olub.2014-cü ildə Azərbaycanda işsizlik səviyyəsi 5 faizədək enmişdir.





Yüklə 63,55 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin