Mövzu 12. Əmək bazarı, məşğulluq və işsizlik


Məşğulluq anlayışı və onun mahiyyəti



Yüklə 63,55 Kb.
səhifə4/12
tarix29.08.2022
ölçüsü63,55 Kb.
#63331
1   2   3   4   5   6   7   8   9   ...   12
Mövzu 12. Emek Bazari meshgulluq ve ishsizlik (Autosaved)

Məşğulluq anlayışı və onun mahiyyəti

Məşğulluq sferasında siyasət sosial siyasətin tərkib hissəsi, makroiqtisadi sabitliyin elementidir. Məşğulluq əldə olunan gəlirin və ya əmək haqqının ölçüsünü müəyyənləşdirdiyindən işləyənlərin həyat səviyyəsinin yüksəldilməsinin əsas amillərindən biri və buradan da əhalinin sosial müdafiəsinin elementi kimi çıxış edir.Makroiqtisadi səviyyədə məşğulluq ölkədəki iqyisadi vəziyyəti, işgüzar və maliyyə fəallığını, sənaye və kənd təsərrüfatı istehsalı səviyyəsini səciyyələndirir.Məşğulluqsferasında siyasət aşağıdakı sahələrdə nizamlamanı nəzərdə tutur: əmək münasibətləri və əmək bazarı ­(hüquqi nizamlama), işçi qüvvəsinin dəyəri və minimal əmək haqqı (iqtisadi nizamlama)və təhsil, kadr haqırlığı və təkmilləşdirilməsi sahələrində. Dövlətin bu coxsahəli fəaliyyəti geniş spektrli sosial və iqtisadi dəyişiklikləri müəyyənləşdirir və sonda əmək bazarı modelini formalaşdırır. "Məşğulluq" - iqtisadi kateqoriya olaraq insanların əmək bazarında ictimai faydalı əməkdə iştirakı ilə əlaqədar yaranmış münasibətlərini ifadə edir.
Bazar iqtisadiyyatına keçid sosial-əmək sferasında problemləri yeni şəkildə işıqlandırdı. Məlum oldu ki, bütün əmək qabiliyyətli əhalinin iş yerlərilə təmin olunması adi bir şey deyilmiş və işçi qüvvəsinin çatışmazlığı iş yerinin çatışmazlığı ilə əvəzləndi ki, bu da cəmiyyətimiz üçün yad olan işsizlik probleminin yaranması demək idi.
Postsovet dövründə “əmək” anlayışı ilə yanaşı “məşğulluq” anlayışı da spesifik məzmunla zənginləşmişdir. “Məşğulluq” kateqoriyasının məzmunu ilə yanaşı məşğulluqla bağlı proseslərə xidmət edən və onları nizamlayan bir sıra idarə sistemi də (istər dövlət, istərsə də qeyri-dövlət) sürətlə inkişaf etməyə başladı. Bu strukturların işinin operativliyindən və təcrübəliliyindən bir sıra xalq təsərrüfatı əhəmiyyətli proseslər - əmək bazarının funksiyası, kadrların hazırlığının təminatı və ixtisasının artırılması, işçi qüvvəsi və iş yerlərinin təkrar istehsalı, cəmiyyətdə sosial tərəfdaşlığın (partnyorluğun) nizamlanması və s. asılıdır.
Lakin "məşğulluq" və "əmək" anlayışları sinonim deyillər. Əmək – iş vaxtı – sutkanın müəyyən vaxtı ərzində baş verən fəaliyyətdir. İstənilən fəaliyyət kimi əmək də fasiləlidir və dövrü olaraq fəaliyyətin digər növləri, istirahətlə əvəzlənir. Hətta istehsal prosesinin daxilində əməyə istehsalın yalnız bir hissəsinin vaxtı – iş vaxtı və ya dövrü aiddir. Məşğulluq isə əməkdən fərqli olaraq fəaliyyət deyil, ictimai – iqtisadi və hüquqi münasibətlərdir və bura işçinin müəyyən iş yerində əmək birliyi ilə əhatə olunması daxildir. Nə qədər ki, işçi təsərrüfat yarımsistemi komleksində qalmaqda davam edirsə, bu münasibətlər fasiləsiz xarakter daşıyır. Məşğul sayılmaq üçün insana hər hansı bir iş yeri ilə bağlı olmaq lazımdır, yəni hər hansı bir istehsal kollektivinin üzvü olmaq, fərdi və ya özəl əmək fəaliyyəti qaydasında işləmək və s. lazımdır.
“Əmək” və “məşğulluq” kateqoriyalarının üst-üstə düşməməsi həmçinin istehsal anlayışları olan “zəh­mət­keş” və “məşğul” anlayışlarından da aydın olur. Belə ki, zəhmətkeş –iqtisadi zərurət səbəbindən işləmək məc­buriyyətində qalmış cəmiyyətin əmək qabiliyyətli üzvünün səciyyəsidir. O, işçi qüvvəsini satan sosial təbəqəyə aid olan, əmək haqqından asılı olan bir şəxsdir. Bu vaxt subyektin hər hansı bir iş yeri ilə əlaqəli olub-olmaması əhəmiyyət daşımır. Bunun əksinə olaraq “məşğul” - cəmiyyətin əmək qabiliyyətli üzvünün funksional səciyyəsidir və onun müəyyən iş yerində konkret təsərrüfat prosesinə qoşulmasını bildirir.
Məşğul və qeyri-məşğul əhaliyə bölünmə başqa cür mülkiyyət vəziyyətindən, cəmiyyətin sosial stratifikasiyasındakı yerindən asılı olmayaraq müxtəlif təsərrüfat proseslərinə daxil olmuş və ondan kənarda qalanlara bölünmə deməkdir. Nəhayət, əməklə məşğulluq arasındakı fərq əməyin və məşğulluğun effektivliyi kimi hadisələrin müqayisəsində daha aydın nəzərə çarpır.
Məşğulluğun effektivliyi əməyin effektivliyindən daha geniş kateqoriyadır. Sonuncunu hesablamaq üçün əməyin nəticələrini əmək fəaliyyəti şəraitinin təkrar istehsalına olunan xərclərlə müqayisə etmək kifayət edər. Xərclərin və nəticələrin kəmiyyətcə qiymətləndirilməsi adətən çətinlik törətmədiyindən əməyin effektivliyini müəyyənləşdirmək o qədər də çətin deyildir. Məşğulluğun effektivliyinin qiymətləndirilməsi daha geniş həcmdə amillərin, o cümlədən təkcə iqtisadi deyil, həm də sosial və iqtisadi amillərin hesaba alınmasını tələb edir. Məşğulluğun müəyyənləşdirilməsində açıq və gizli işsizlik, əməyin ödənilməsinin ölçüsü və təşkili, iş yerini itirdikdə sosial təminatdan və s. asılı olan cəmiyyətdəki sosial gərginlik dərəcəsi nəzərə alınmalıdır. Onların da qiymətləndirmə sisteminə daxil edilməsi məşğulluğun effektivliyinin kəmiyyətcə qiymətləndirilməsini mürəkkəbləşdirir.
Məşğulluq və əmək anlayışları fərqli olsalar da bir-birilə sıx surətdə bağlıdırlar. Məşğulluq - ayrı-ayrı fərdlərin konkret iş yerləri ilə qarşılıqlı əlaqələri yaradılması münasibətlərində, geniş xalq təsərrüfatı aspektində isə istehsalın şəxsi və maddi faktorları arasındakı nisbətilə ifadə olunur, çünki məşğulluq əməyin həyta keçirildiyi zəruri sosial çərçivədir.
Beləliklə, “əmək” və “məşğulluq” kateqoriyaları qarşılıqlı əlaqələri və asılılıqlarına baxmayaraq, sərbəstdirlər və fərqli, kifayət qədər mürəkkəb məzmuna malikdirlər.




  1. Yüklə 63,55 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin