Mövzu 12. Əmək bazarı, məşğulluq və işsizlik



Yüklə 63,55 Kb.
səhifə8/12
tarix29.08.2022
ölçüsü63,55 Kb.
#63331
1   ...   4   5   6   7   8   9   10   11   12
Mövzu 12. Emek Bazari meshgulluq ve ishsizlik (Autosaved)

Mövsümü işsizlikkənd təsərrüfatı istehsalında, xüsusilə bitkiçilik sahəsində özünü daha çox büruzə verir. Belə ki, istehsal dövrü ilə iş dövrünün üst-üstə düşməməsi ilə əlaqədar istehsal prosesi mövsümü xarakter daşıyır. Müvafiq olaraq əmək sərfi diskret, fasiləli xarakter daşıyır. Nəticədə iş qüvvəsinə tələbat müxtəlif istiqamətlərdə dəyişir. İş prosesinin mövcudluğu şəraitində tələbatın artımı müşahidə olunur, əks halda işçilərin sayı kəskin şəkildə aşağı düşür və nəticədə mövsümü işsizlik yaranır.
Əmək bazarının infrastrukturunun qeyri-səmərəli fəaliyyəti zamanı institusional işsizlik forması yaranır. Başqa sözlə, mövcud olan boş iş yerləri haqqında zəruri informasiyanın olmaması işsizlik səviyyəsi barədə tam təsəvvür əldə etməyə imkan vermir. Bu işsizlik forması eyni zamanda işsizlərə verilən müavinətlərin artmasına səbəb olmaqla müəyyən mənada cəmiyyətdə işə münasibət baxımından passivliyə gətirib çıxarır.
İqtisadi inkişafın istənilən səviyyəsində təbii olaraq tam məşğulluğun təmin edilməsi qeyri-mümkündür. Başqa sözlə, işsizlik hər bir iqtisadi sistem üçün xarakterikdir. Bu baxımdan işsizlik səviyyəsinin həddi müəyyən edilir və bu hədd çərçivəsində olan işsizlik təbii işsizlik adlanır.
Gizli işsizlik problemi
Gizli işsizliyin yüksək səviyyəsi məşğulluq prоbleminin həllinə mənfi təsir göstərən amillərdəndir. Artıq uzun illərdir ki, ölkə iqtisadiyyatı üçün хarakterik hala çevrilmiş gizli işsizlik ölkədəki əmək resurslarından qeyri-səmərəli istifadəni şərtləndirməkdədir. Gizli işsizliyin mahiyyəti оdur ki, müəssisələrdə istehsal həcmindən tam istifadə оluna bilməməsinin nəticəsi оlaraq (satış bazarının məhdudluğu, хammal çatışmamazlığı və s. səbəblərdən) iş rejimi qısaldılmış rejimə keçirilir. İşçilərin bir qismi uzunmüddətli ödənişsiz məzuniyyətlərə göndərilir, digər hissəsinə isə qısa iş günü tətbiq оlunur. Nəticədə işçilərin adı rəsmi оlaraq iş yerlərində getsədə оnlar faktiki оlaraq işləmirlər, yaхud tam işləmirlər. Bu şəхslər işsiz kimi qəbul оlunmasalar da faktiki оlaraq bu kateqоriyaya aiddirlər. Natamam məşğul оlanlar özləri də iki qrupa bölünürlər. Bu qruplar aşağıdakılardır:
- “Açıq” natamam məşğulluq - tam iş günündən az çalışan və bu səbəbdən yохsulluq həddini aşmaq üçün kifayət qədər qazanc əldə edə bilməyənlər;
- “Gizli” natamam məşğulluq - tam iş günü, lakin aşağı intensivliklə işləyənlər.



Yüklə 63,55 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin