Mövzu 12. Əmək bazarı, məşğulluq və işsizlik


Müasir Azərbaycanda məşğulluq siyasəti



Yüklə 63,55 Kb.
səhifə5/12
tarix29.08.2022
ölçüsü63,55 Kb.
#63331
1   2   3   4   5   6   7   8   9   ...   12
Mövzu 12. Emek Bazari meshgulluq ve ishsizlik (Autosaved)

Müasir Azərbaycanda məşğulluq siyasəti

Əməyin baş verdiyi iqtisadi və hüquqi şəraitdə ümumi sosial tərəfilə yanaşı məşğulluq həm də istehsal tərəfinə malikdir. Məhz effektiv məşğulluq iqtisadiyyatın çıçəklənməsinin, əhalinin rifahının ilkin şərtidir. Yalnız effektiv məşğulluq istənilən sosial proqramın reallaşdırılması üçün maddi əsas yaradır. Ona görə də iqtisadi effektivliyin, məşğulluğun məhsuldarlığının artırılması, təkcə məşğulluq siyasətinin deyil, həm də iqtisadi siyasətin bütünlükdə prioritetidir.
Məşğulluq sahəsində nəzərdə tutulan dövlət tədbirləri
Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə görə “Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir”. Həmin maddənin digər müddəasına görə “İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır”.
2001-ci ilin iyun ayında “Məşğulluq Haqqında” Azərbaycan Respublikası Qanunu qəbul оlunmuşdur. 2006-2015-ci illər üçün “Azərbaycan Respublikasının məşğulluq strategiyası”, 2007-2010-cu illər üçün “Azərbaycan Respublikasının məşğulluq siyasətinin həyata keçirilməsi üzrə Dövlət Prоqramı” və “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı” qəbul edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”ında (MFP) məşğulluğun təmin olunması, təhlükəsiz və layiqli əmək şəratinin yaradılması, qadınların əmək bazarına çıxışının asanlaşdırılması, işsizliyin aradan qaldırılması üçün əmək bazarında iş axtaranların rəqabət qabiliyyətinin artırılması, uşaq əməyinin tətdiqinin beynəlxalq normalara uyğun tənzimlənməsi ilə bağlı fəaliyyətlər nəzərdə tutulmuşdur. Bu məqsədlə MFP-də işsizlərin əmək bazarında rəqabət qabiliyyətinin artırılması, onların yeni peşələrə yiyələnməsinə yönəlmiş kursların təşkili, işçilərin əmək hüquqlarının müdafiəsinin gücləndirilməsi və s. kimi tədbirlər nəzrdə tutulmuşdur.

Yüklə 63,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin