Mövzu 12. Əmək bazarı, məşğulluq və işsizlik


Əmək bazarının sərhədləri



Yüklə 63,55 Kb.
səhifə2/12
tarix29.08.2022
ölçüsü63,55 Kb.
#63331
1   2   3   4   5   6   7   8   9   ...   12
Mövzu 12. Emek Bazari meshgulluq ve ishsizlik (Autosaved)

Əmək bazarının sərhədləri
Əməyin iqtisadiyyatı sahəsində çalışan tədqiqatçılar arasında belə geniş yayılmış fikir var ki, əmək bazarında iqtisadi cəhətdən fəal bütün əhali iştirak edir. Belə bir mövqe şübhə doğurur.İlk öncə belə yanaşma istehsal və tədavül sferaları arasındakı fərqləri kifayətqədər qiymətləndirmir. Təkrar istehsal siklində onların hər birinin öz yeri var. Bunu nəzərə almamaq təkrar istehsal prosesini, daha dəqiq desək, işçi qüvvəsinin təkrar istehsalı və bu prosesə mənsub daxili qarşılıqlı əlaqələri poza bilər. Təkrar istehsalla tədavül arasında fərqi nəzərə almayan bu cür taktika mahiyyət etibarilə bazarın sərhədlərini genişləndirir, istehsalın özünü isə heçə endirir. İqtisadi cəhətdən fəal əhalinin məşğul və işsizlərə bölünməsi əmək bazarının funksiyasının nəticəsidir. İqtisadi cəhətdən bütün aktiv əhalinin fasiləsiz olaraq bazarda olması fikrini qəbul etmək o qədər də düzgün olmazdı:
1) Söz ümumiyyətlə bazardan deyil, bazarın konkret növü olan əmək bazarından gedir və bu anlayışla bazar iqtisadiyyatı heç də eyni məna vermir.
2) Hətta bazarı "bazar iqisadiyyatı" tək başa düşmə bazar hadisəsinin özünün sərbəst mövcudluğunu inkar etmir.Məhz bu hadisənin müxtəlifliyi elə bazar iqtisadiyyatının özünü təmsil edir.
Məşğul əhalinin əmək bazarında mövcudluğunun mənasızlığı həm də onunla təsdiqlənir ki, istənilən bazarda məhz bu və ya digər əmtəəyə olan təmin olunmamış tələbat satış-alış həcmini, yəni müəyyən bazarın tutumunu müəyyənləşdirdiyindən sırf bazar əhəmiyyətinə malikdir.
Tələbatın təmin olunmasına gəldikdə, o, fəaliyyəti mübadilə sferasından tamamilə digər sferaya - istehsal sahəsinə keçirir. Əmək bazarında təmin olunmamış tələbi muzdla işə götürəcək şəxsləri axtaran işçi qüvvəsinin satıcıları və özünə hələ uyğun işçi qüvvəsi axtaran işə götürənlər əks etdirirlər. Lakin artıq lazım olanı tapanlar və muzdla işə götürülmək haqqında müqavilə bağlamış əməyin satıcısı və alıcıları əmək bazarını tərk edirlər və işçi qüvvəsinin istifadəsi sferasına çəkilirlər.
Satıcı və alıcı əmək bazarının subyekti qismində çıxış edirlər. Lakin istənilən fərdin satıcı və ya alıcı kimi çıxış etdiyi digər bazarlardan fərqli olaraq, əmək bazarının subyekti sosial vəziyyətlərinə görə dəqiq təyin olunmuş insanlardır. Belə ki, satıcı rolunda daim öz istehsal vasitələrindən və deməli, yaşam vasitələrindən məhrum, öz işçi qüvvəsinin mülkiyyətçisi çıxış edir. Alıcı rolunda isə işlə təmin edən rolunda çıxış edən istehsal vasitələrinin mülkiyyətçisi cıxış edir.
Əmək bazarının formalaşması və inkişafı işçilərin (həmkarlar ittifaqı) və istehsal vasitələri üzərində mülkiyyətçinin (işlə təmin edənlər ittifaqı) birgə maraqlarını təmsil edən strukturların yaranmasını nəzərdə tutur ki, onlar müəyyən hallarda əmək bazarının subyekti kimi çıxış edirlər.
Əmək bazarının obyekti və ya alış-satış predmeti problemi ilə bağlı məsələ bir qədər mürəkkəb görünür. Belə bir fikir geniş yayılmışdır ki, əmək bazarında alış-verişin əsil obyekti əmək deyil, əmək bacarığıdır, yəni insanın işçi qüvvəsidir.
Beləliklə, bazarın məzmunu nədən ibarətdir? Əmək bazarında qalan iqtisadi cəhətdən fəal əhali kimlərdən ibarətdir və ya əmək bazarının sərhədləri necədir?
Əvvəla, bu şəxslər məşğul olmayan, yəni iş yeri axtaranlardır.
İkincisi, bu o kəslərdir ki, işlə təmin olunsalar da ondan məmnun deyillər və başqa və ya əlavə iş yerləri axtarırlar.
Üçüncüsü, məşğul olan, lakin iş yerini itirmək təhlüksəi altında olanlar. Nəticədə bu da əməyin təklifini müəyyənləşdirir.
Əməyə tələbatı isə iş yerlərinə malik olanlar irəli sürürlər. Bu tələbat birincisi, vakansiyalardan, ikincisi isə işlə təmin edəni təmin etməyən və onlara əvəz axtaran işçilərin sayından ibarətdir
Bununla bazarın əsas məzmunu, onun həcmi və işçi qüvvəsinə olan tələb və təklif müəyyənləşir ki, bu da öz növbəsində əmək bazarının vəziyyətini (konyunkturasını) müəyyənləşdirir. Deyilən fikirlər əmək bazarı ilə bağlı əsas kateqoriyaların cizgilərini və onlar arasında kəmiyyət nisbətini müəyyənləşdirməyə imkan verir.

Yüklə 63,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin