Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə1/3
tarix14.01.2017
ölçüsü1,96 Mb.
#5615
  1   2   3

Øß Ã

Ð

Doğma, canım-varlığım qədər

sevdiyim Azərbaycanım

mənim qibləgahımdır

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

www.serqqapisi.az

Qiyməti 20 qəpik

Gündəlik ictimai-siyasi qəzet

qapısı

Qəzet 1921-ci

ildən çıxır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Qətər Dövlətinin

Nəqliyyat naziri Cassim Saif Əhməd Al-Sulaitini qəbul edib.

Nazir Cassim Saif Əhməd Al-Sulaiti ölkəmizdə mövcud olan müasir nəqliyyat in-

frastrukturunun onda dərin təəssürat yaratdığını bildirdi, bu sahədə əməkdaşlığın geniş-

ləndirilməsi  üçün  Azərbaycanın  müvafiq  qurumları  ilə  danışıqlar  aparıldığını  dedi.

Azərbaycanla əməkdaşlıq üçün böyük imkanların olduğunu qeyd edən nazir səfərinin

bu məsələləri müzakirə etmək üçün yaxşı fürsət yaratdığını vurğuladı.

Dövlətimizin başçısı ölkələrimizdə regional nəqliyyat infrastrukturu yaradılması is-

tiqamətində mühüm işlər görüldüyünü, bu sahədə uğurlar əldə edildiyini dedi. Azərbaycan

ilə  Qətər  Dövləti  arasında  nəqliyyat  sahəsində  əməkdaşlığın  inkişaf  etdirilməsi  üçün

yaxşı  imkanların  olduğunu  bildirən  Prezident  İlham  Əliyev  bu  sahədə  perspektivləri

müəyyənləşdirməyin və birgə səyləri artırmağın vacibliyini qeyd etdi.

Rəsmi xronika

  Naxçıvan şəhərinin mənzərəsi

ildən-ilə  yeni  tikililərin  həyata

vəsiqə  qazanması  ilə  daha  da

gözəlləşir. 

    Qədimliklə  müasirliyi  özündə

birləşdirən müxtəliftəyinatlı binaların

tikintisi  və  ya  mövcud  binaların

yenidən  qurulması  şəhərimizi  gö-

zəlləşdirməklə yanaşı, həm də ölkə -

mizin iqtisadi gücünü təcəssüm et-

dirir. Naxçıvan şəhərinin “Əlincə”

məhəlləsində tikilən hamam kom-

pleksi  və  avtomobil  dayanacağı,

avtomobil hissələrinin satışı, eləcə

də  avtomobil  bazarı  üçün  tikilən

obyektlər  belə  tikililərdən  olacaq.

    12 min kvadratmetr ərazidə inşa

olunan avtodayanacaq üçün tikilinin

zirzəmi  hissəsində  306  yerlik  av-

tomobil dayanacağı, yuxarı hissədə

isə 8540 kvadratmetr sahədə avto-

mobil satışını həyata keçirəcək bazar

yerləşəcək. Maşın bazarının kənar

hissələrində isə avtomobillərin eh-

tiyat hissələrinin satışı üçün nəzərdə

tutulmuş mağazalar, elektrik, çilin-

gər, yuyucu xidmətləri, yeməkxana

və  sair  fəaliyyət  göstərəcək.  Ob-

yektdə beton-qəlib işləri başa çat-

dırılıb,  hazırda  ikinci  mərtəbədə

mağazaların hörgüsü davam etdirilir. 

    2014-cü ilin mart ayından tikin-

tisinə başlanılmış hamam komplek-

sində isə son tamamlama işləri gö-

rülür. 1100 kvadratmetr ərazini əhatə

edən  və  Şərq  memarlığının  incə-

liklərini  özündə  əks  etdirən  kom-

pleksdə  qadın  və  kişilər  üçün  hər

biri  305  kvadratmetr  olmaqla

hamam zalları, ayrılıqda 5 hamam

otağı və soyunub-geyinmə otaqları

yerləşir. Zirzəmi hissədə isə bufet,

anbar, qazanxana, hamam aksesu-

arlarının satılacağı mağaza fəaliyyət

göstərəcək.  Hamamın  su  təminatı

üçün 3 ədəd 75 tonluq su çənindən

istifadə olunacaq. 

    Qeyd edək ki, hər iki obyektdə

tikinti işləri Naxçıvan Şəhər Abadlıq

və Təmir-Tikinti İdarəsinin inşaat-

çıları tərəfindən aparılır.

    Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  Sədrinin  2008-ci  il  17

sentyabr  tarixli  Sərəncamı  ilə  təsdiq  olunmuş  “2008-2015-ci  illərdə

Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı

təminatına  dair  Dövlət  Proqramı”  muxtar  respublikada  aqrar  sektorun

inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb edir. Proqramın qəbulundan

ötən müddət ərzində bu istiqamətdə xeyli nailiyyətlər əldə olunub, kənd

təsərrüfatı məhsulları istehsalçıları üçün geniş imkanlar açılıb. Bu isti-

qamətdə  həyata  keçirilən  tədbirlərin  nəticəsidir  ki,  ötən  2014-cü  ildə

muxtar respublikada 60 min 829 hektar sahədə əkin aparılıb, 355 milyon

manatdan çox kənd təsərrüfatı məhsulları istehsal edilib.

    2015-ci ilin muxtar respublikamızda, eləcə də ölkəmizdə “Kənd tə-

sərrüfatı  ili”  elan  olunması  isə  aqrar  sahənin  istehsalçıları  üçün  yeni

stimul  olub.  Torpaq  mülkiyyətçiləri  artıq  sahələrə  çıxaraq  yaz  əkini

kampaniyasına başlayıblar. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı

Nazirliyindən aldığımız məlumata görə, bu günədək 503,2 hektar sahədə

yaz əkini həyata keçirilib ki, bunun 284,2 hektarı arpa, 10 hektarı buğda

olmaqla, 294,2 hektarı taxıl, 10 hektarı dənli-paxlalı, 23 hektarı tərəvəz,

109 hektarı kartof, 6 hektarı bostan, 67 hektarı isə çoxillik ot bitkiləridir.

Hazırda sahələrdə şum aparılması və əkin davam etdirilir.

Xəbərlər şöbəsi

 

Muxtar respublikamızda yük-



sək sürətlə davam etdirilən ti-

kinti-quruculuq tədbirləri hə-

yatımızın ayrılmaz tərkib his-

səsinə  çevrilməklə  qədim  di-

yarımızın  hüsnünü  tamamilə

dəyişib. 

    Belə tədbirlər paytaxt şəhərimiz

Naxçıvanla yanaşı, rayon mərkəz-

lərini, ucqar dağ və sərhəd kəndlə-

rini, ən kiçik yaşayış məntəqələrini

belə ağuşuna alıb. Ötən il – “Mux-

tariyyət ili”ndə ən yüksək səviyyəyə

çatan quruculuq işləri 2015-ci ildə

də davam etdirilməkdədir. 

    Naxçıvan  Muxtar  Respublikası

Dövlət Şəhərsalma və Arxitektura

Komitəsinin verdiyi məlumata görə,

2015-ci  ildə  də  bir  sıra  obyektlər

üçün mövcud binaların yenidən qu-

rulması və ya yeni binaların tikintisi

nəzərdə tutulub. 

    Bu  il  Naxçıvan  şəhərində  720

şagird  yerlik  3  nömrəli  məktəbin,

Şərur rayonunun Axaməd kəndində

192, Babək rayonunun Xalxal kən-

dində  144,  Xəlilli  kəndində  192,

Culfa rayonunun Qızılca kəndində

120, Saltaq kəndində 252, Gal kən-

dində 96, Ordubad rayonunun Gi-

lançay kəndində 96, Şahbuz rayo-

nunun Daylaqlı kəndində 120 şagird

yerlik  məktəb  binalarının  tikintisi

həyata keçiriləcək. Bir neçə mək-

təbin binası isə yenidən qurulacaq.

Şərur rayonunun Kürçülü kəndində

234, Şərur şəhər 1008 şagird yerlik

2  nömrəli,  Kəngərli  rayonunun

Yurdçu kəndində 252 şagird yerlik

məktəb binalarının yenidən qurul-

ması bu sıradadır.

    Quruculuq  tədbirlərindən  Nax-

çıvan  Muxtar  Respublikası  Stan-

dartlaşdırma, Metrologiya və Patent

üzrə Dövlət Komitəsinə və Sədərək

rayonundakı Musiqi məktəbinə də

pay düşüb. Belə ki, hər iki obyekt

üçün yeni binalar inşa olunacaq.

    Babək  “Sirab”  Açıq  Səhmdar

Cəmiyyəti ötən il 0,5, 1, 1,5 litrlik

plastmas butulkalarda qazlı və qaz-

sız, 0,33, 0,5 litrlik şüşə butulka-

larda qazlı, 5, 10 və 19 litrlik plast-

mas taralarda qazsız olmaqla, ümu-

milikdə,  8  milyon  945  min  515

ədəd butulka və taralarda mineral

su  istehsal  edib.  Bunun  409  min

20  ədədi  sifarişə  uyğun  olaraq

muxtar respublika ərazisində satılıb,

7  milyon  30  min  157  ədədi  Bakı

şəhərində və respublikamızın müx-

təlif bölgələrində fəaliyyət göstərən

ayrı-ayrı ticarət obyektlərinə yola

salınıb, 1 milyon 506 min 338

ədədi isə Rusiya Federasiyasına,

Ukrayna, Belarus, Türkiyə, Türk-

mənistan və Qazaxıstan respub-

likalarına göndərilib. Gələcəkdə

digər xarici ölkələrdə də “Sirab”

suyunun  satışa  çıxarılması  nə-

zərdə  tutulur.  “Sirab”  mineral

suyunun ixrac olunması və ba-

zarda özünəməxsus yer tutması bu

əvəzsiz təbii sərvətimizin yüksək

keyfiyyəti və müalicəvi əhəmiyyəti

ilə bağlı olub, Babək “Sirab” ASC-

nin bazar iqtisadiyyatının tələblə-

rinə uyğun yüksəkkeyfiyyətli məh-

sul  istehsal  etməklə  rəqabətqabi-

liyyətli müəssisəyə çevrilməsinin

göstəricisidir. 

    Məlumat  üçün  bildirək  ki,  is-

tehsal prosesi tam avtomatlaşdırılmış

müəssisənin  sexlərində  müxtəlif

həcmli plastik və şüşə butulkalarda

olmaqla, 16 çeşiddə məhsul istehsal

edilir. 

  Bu gün müasir rabitə sistemi-

nin  yaradılması  və  yeni  texno-

logiyaların tətbiqinin genişlən-

dirilməsi iqtisadi inkişafın təmin

olunmasında  başlıca  amillər-

dəndir. Ona görə də muxtar res-

publikada bu məsələ diqqət mər-

kəzində saxlanılır, Rabitə və Yeni

Texnologiyalar Nazirliyinin fəa-

liyyəti gücləndirilir. Ardıcıl ola-

raq həyata keçirilən bu tədbirlər

fevral ayında da davam etdiril-

miş, abonentlərə keyfiyyətli rabitə

xidməti göstərilmişdir.

    Ötən ay muxtar respublika rabitə

işçiləri  üçün  əlamətdar  olmuşdur.

Belə  ki,  fevralın  27-də  Naxçıvan

Muxtar Respublikası Ali Məclisinin

Sədri cənab Vasif Talıbovun iştirakı

ilə Babək Rayon Rabitə İdarəsinin

yeni  binası  istifadəyə  verilmişdir.

Binada  Rabitə  İdarəsi  və  “Naxçı-

vanpoçt” Məhdud Məsuliyyətli Cə-

miyyətinin Babək rayon filialı üçün

müasir iş şəraiti yaradılmışdır. Açılış

tədbirində  242  kilometrlik  Sədə-

rək-Ordubad alternativ

fiber-optik  kabel  ma-

gistralının da təqdimatı

olmuş,  Babək  rayon

telekommunikasiya şə-

bəkəsi alternativ fiber-

optik  kabel  magis -

tralına  qoşulmuşdur.

Bəhs  olunan  dövrdə

mövcud  telefon  stan-

siyalarının  nömrə  tu-

tumlarının  artırılması  və  Naxtel

simsiz  rabitənin  genişləndirilməsi

istiqamətində işlər də davam etdi-

rilmiş, muxtar respublikada, ümu-

milikdə, 294 yeni telefon nömrəsi

istismara verilmiş, 5 fərdi mənzilə

optik  kabel  çəkilmişdir.  Bundan

başqa,  muxtar  respublikada  smart

qaz və elektrik sayğacların quraş-

dırılması ilə əlaqədar serverlər qo-

yulmuş  və  müvafiq  hazırlıq  işləri

görülmüşdür.

    Muxtar respublikanın şəhər, qə-

səbə  və  ən  ucqar  dağ  kəndlərinə

belə, optik kabel xəttinin çəkilməsi

əhalinin digər rabitə xidmətləri ilə

yanaşı, sürətli internetdən də isti-

fadəsinə şərait yaratmışdır. Bu da

internet  istifadəçilərinin  sayının

artmasına səbəb olmuşdur. Fevral

ayında  538  abunəçi  genişzolaqlı

internet  şəbəkəsinə  qoşulmuşdur.

Həmçinin  bu  dövrdə  muxtar  res-

publikanın  təhsil  müəssisələrində

106  kompüter  dəsti  quraşdırılmış

və internetə çıxışı təmin edilmişdir.

Poçt-rabitə  xidmətinin  nümunəvi

təşkili də ay ərzində diqqət mərkə-

zində  saxlanılmış,  abonentlərdən

485 min 536 manat elektrik ener-

jisindən,  1  milyon  309  min  421

manat  isə  qazdan  istifadə  haqqı

toplanılmış, mobil cihazların qey-

diyyatı üzrə toplanan vəsaitin dəyəri

13 min 680 manat olmuşdur.

    Rabitə  və  Yeni  Texnologiyalar

Nazirliyinin kollektivi mövcud im-

kanlardan  istifadə  edərək  bundan

sonra da muxtar respublika əhalisinə

nümunəvi xidmət göstərəcəkdir.



Naxçıvan Muxtar Respublikası

Rabitə və Yeni Texnologiyalar

Nazirliyinin mətbuat xidməti

2

    Yaz  mövsümünün  stomatoloji

müayinələri Naxçıvan şəhərindəki

ümumtəhsil  məktəblərini  əhatə

edəcəkdir.  Bu  müddətdə  müayi-

nələrə 11 min 435 nəfər məktəb-

linin cəlb edilməsi nəzərdə tutulub.

Artıq Naxçıvan şəhərinin 7 ümum-

təhsil məktəbində, eləcə də Ordu-

bad şəhərindəki Məhəmməd Füzuli

adına tam orta internat məktəbində

müayinələrin  ilk  mərhələsi  başa

çatıb.  Müayinələrlə  əhatə  edilən

3,4 min şagirdin 55 faizində çənə

qüsuru,  diş  əti  xəstəliyi,  kariyes

və  onun  fəsadları  müşahidə  olu-

naraq  onlar  qeydiyyata  alınıblar.

Məktəblərdə  fəaliyyət  göstərən

tibb kabinələrinin işçiləri  uşaqların

müayinədən keçirilməsində və sə-

nədləşmənin  aparılmasında,  eyni

zamanda  qeydiyyata  götürülmə-

sində yaxından iştirak edirlər.  

    Naxçıvan  şəhərindəki  Heydər

Əliyev  adına  tam  orta  məktəbdə

keçirilən tədbirdə Stomatoloji Mər-

kəzin  baş  həkimi  Səkinə  Məm-

mədova  çıxış edərək  dişlərə qul-

luğun insan sağlamlığında rolundan

danışıb. 

    Sonra  ağız  boşluğuna  qulluq

haqqında slaydlar nümayiş etdirilib. 

    Tibb kabinəsində məktəbin 800

şagirdi  profilaktik  müayinə lərə

cəlb edilib, ağız boşluğunun, diş-

lərin profilaktik müayinələri apa-

rılıb.  Kariyes  və  diş  əti  xəstəli yi

müşahidə olunan şagirdlərin vali-

deynlərinə onların müalicəyə cəlb

edilməsi tövsiyə olunub. Məktəb-

lərin yaz tətilindən sonra Naxçıvan

Dövlət Universiteti Tibb fakültə-

sinin  tələbələrinin  də  bu  müayi-

nələrdə iştirak edərək praktik vər-

dişlərə  yiyələnmələri  nəzərdə

tutulub. 



Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin

mətbuat xidməti

  Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və Stomato-

loji Mərkəzin iş planına uyğun olaraq, muxtar respublikamızda

bütün məktəbəqədər və məktəbyaşlı uşaqlar arasında ildə iki dəfə

stomatoloji müayinələrin aparılması nəzərdə tutulub. Bu məqsədlə

Naxçıvan Muxtar Respublikası Stomatoloji Mərkəzdə 6 həkim və 6

tibb bacısından ibarət briqada yaradılıb. Yanvarın 22-də start ve-

rilən ilkin mərhələnin profilaktik tədbirləri hazırda uğurla davam

etdirilir.

Naxçıvan Muxtar Respublikası

Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyinin təşkilatçılığı ilə  Novruz

bayramı münasibətilə martın 16-da

Naxçıvan  şəhərində,  muxtar  res-

publikanın  rayon  mərkəzlərində

bayram tədbirləri keçirilib. 

Naxçıvan Əlillərin Bərpa Mər-

kəzində keçirilən tədbirdə Naxçıvan

Muxtar  Respublikası  Əmək  və

Əhalinin Sosial Müdafiəsi nazirinin

müavini Qadir Əliyev və Naxçıvan

Şəhər İcra Hakimiyyəti başçısının

müavini  Nazilə  Ləzgiyeva  çıxış

edərək  Novruz  bayramı  münasi-

bətilə məhdud fiziki imkanlı şəxs-

ləri təbrik edib, onlara cansağlığı

arzulayıblar.

    Çıxışlarda qeyd olunub ki, mux-

tar respublikamızda məhdud fiziki

imkanlı şəxslər dövlətimizin qay-

ğısı əhatəsində yaşayırlar. Onların

sosial  müdafiəsinin  gücləndiril-

məsi,  tibbi-sosial  reabilitasiyala-

rının həlli, cəmiyyətə inteqrasiyası

istiqamətində  davamlı  tədbirlər

həyata keçirilir. Müvafiq kateqo-

riyadan olan məhdud fiziki imkanlı

şəxslər minik avtomobili, müxtəlif

texniki-bərpa  vasitələri  ilə  təmin

olunur,  tənha  yaşayan,  köməyə

ehtiyacı  olan  şəxslərə  evdə  sosi-

al-məişət  xidməti  göstərilir.  Bu

kateqoriyadan olan şəxslərin iste-

dadlarının  üzə  çıxarılması,  yara-

dıcılıq potensiallarının inkişaf et-

dirilməsi  də  diqqət  mərkəzində

saxlanılır.

    Vurğulanıb  ki,  əlamətdar  gün-

lərdə, o cümlədən Novruz bayramı

münasibətilə məhdud fiziki imkanlı

şəxslərlə görüşlərin təşkili davamlı

dövlət qayğısının ifadəsidir. 

    Həmin gün rayon mərkəzlərində

də  Novruz  bayramı  münasibətilə

tədbirlər keçirilib. Tədbirlərdə Əmək

və Əhalinin Sosial Müdafiəsi Na-

zirliyinin  və  müvafiq  rayon  icra

hakimiyyətlərinin  nümayəndələri

çıxış edərək məhdud fiziki imkanlı

şəxslərin sosial müdafiəsinin yaxşı -

laşdırılması  məqsədilə  həyata  ke-

çirilən tədbirlərdən danışıblar. 

    Yataq xəstəsi olan məhdud fiziki

imkanlı şəxslərə baş çəkilib, onların

yaşayış vəziyyəti ilə maraqlanılıb,

bayram sovqatı verilib. 

     Bayram tədbirlərində, ümumilikdə,

məhdud  fiziki  imkanlı  1000  şəxsə

bayram  sovqatı təqdim edilib.

    Tədbir  iştirakçıları  onlara  gös-

tərilən diqqət və qayğıya görə min-

nətdarlıqlarını bildiriblər.



Naxçıvan Muxtar Respublikası 

Əmək və Əhalinin Sosial Müdafiəsi 

Nazirliyinin mətbuat xidməti

    Martın  16-da  Novruz  bayramı

münasibətilə  Şahbuz  şəhərindəki

Ahıllar evində tədbir keçirilib. 

    Tədbirdə iştirak edən Naxçıvan

Muxtar  Respublikasının  Əmək  və

Əhalinin  Sosial  Müdafiəsi  naziri

Cavid Səfərov, Ailə, Qadın və Uşaq

Problemləri üzrə Dövlət Komitəsinin

sədri  Ramilə  Seyidova  və  Şahbuz

Rayon İcra Hakimiyyəti başçısının

müavini Mətanət Məmmədova çıxış

edərək  sakinləri  Novruz  bayramı

münasibətilə təbrik edib, onlara can-

sağlığı arzulayıblar.

    Çıxışlarda xüsusi qayğıya  ehtiyacı

olan insanların, o cümlədən ahılların

sosial müdafiəsinin təmin olunması

istiqamətində  həyata  keçirilən  təd-

birlərdən  danışılıb.  Vurğulanıb  ki,

muxtar respublikada həyata keçirilən

sosial-iqtisadi islahatlar nəticəsində

ahıl  və  məhdud  fiziki  imkanlı  və-

təndaşlara göstərilən xidmətlərin həc-

mi və keyfiyyəti əhəmiyyətli dərəcədə

yüksəlib, onların sağlam həyat tər-

zində yaşamaları, maddi və mənəvi

tələbatlarının ödənilməsi üçün hər-

tərəfli şərait yaradılıb. 

     Ahıl  insanların  sağlamlıqlarının

qorunmasına, tibbi reabilitasiyalarına

xüsusi diqqət yetirilir. Tənha ahıllara

evlərində baş çəkilərək qayğıları ilə

maraqlanılır, zəruri sosial problemləri

yerindəcə  həll  edilir,  onlar  həkim

müayinəsindən keçirilirlər. Son illər

bu kateqoriyadan olan şəxslərin cə-

miyyətə inteqrasiyası, habelə asudə

vaxtlarını səmərəli keçirmələri isti-

qamətində həyata keçirilən tədbirlər

intensiv xarakter alıb.

    Həmçinin qeyd edilib ki, Ahıllar

evi  sakinlərinin  rahat  yaşamaları

üçün yüksək şərait yaradılıb, onlara

mütəmadi tibbi və sosial reabilitasiya

xidməti göstərilir.

    Sosial  müdafiəyə  ehtiyacı  olan

şəxslərə  göstərilən  davamlı  dövlət

qayğısı  onların  rifahının  daha  da

yaxşılaşmasına xidmət edir.

    Tədbirin bədii hissəsində Şahbuz

Rayon  Mədəniyyət  Evinin  musiqi

kollektivi konsert proqramı ilə çıxış

edib.

    Sonda  sakinlərə  bayram  hədiy-



yələri təqdim olunub.

    Ahıllar  onlara  göstərilən  diqqət

və qayğıya görə minnətdarlıqlarını

bildiriblər.

* * *

    Qeyd edilməlidir ki, Uşaq Ürək



Cərrahiyyə  Mərkəzi  ilə  qarşılıqlı

əlaqələr Naxçıvanda uşaq invaziv

kardiologiyasının inkişafında əhə-

miyyətli  rol  oynayır.  Naxçıvanda

uşaqlar üzərində açıq ürək əməliy -

yatlarının təşkili isə qarşılıqlı əmək-

daşlığın  ən  böyük  uğurlarından

biridir.


    Ənənə halını almış belə tədbir-

lərin  davamı  olaraq,  M.A.Topçu-

başov adına Elmi-Cərrahiyyə Mər-

kəzi  Uşaq  kardocərrahiyyə  şöbə-

sinin  13  nəfərdən  ibarət  heyəti

ötən  şənbə  Naxçıvan  Diaqnosti-

ka-Müalicə  Mərkəzinə  gəlmişdir.

Heyətdə  uşaq  ürək  cərrahı,  tibb

üzrə fəlsəfə doktoru Elnur Həsənov,

invaziv  kardioloq  Elnur  İmanov,

3 cərrah, 3 anestezioloq-reanima-

toloq, 1 perfüzioloq həkim, 6 tibb

bacısı təmsil olunur. Mərkəzin in-

vaziv  kardioloqu  Elnur  İmanov

aksiyadan əvvəl qeyri-iş günlərində

Naxçıvana gələrək əvvəlcədən qey-

diyyata  alınmış  xəstələr  üzərində

yerli  həkimlərlə  birgə  25  EXO

müayinəsi aparmış, əməliyyata eh-

tiyacı olan anadangəlmə ürək qü-

surlu uşaqlar seçilərək onların si-

yahısı  hazırlanmışdır.  Artıq  ötən

üç gün ərzində 5 cərrahi müdaxilə

aparılmışdır. Xəstələr bir neçə gün-

lük həkim nəzarətindən sonra ev-

lərinə buraxılacaqlar.

    Şərur rayonundan gəlmiş vali-

deyn Babək İsmayılov bu aksiyanı

muxtar respublika əhalisinin sağ-

lamlığına göstərilən dövlət qayğı-

sının təzahürü kimi dəyərləndirərək

bildirib ki, anadangəlmə ürək qü-

suru olan oğlunun muxtar respub-

likamızdan kənarda müalicəsi ailə

üçün çətinlik yaradırdı. Naxçıvan

Diaqnostika-Müalicə Mərkəzində

humanitar aksiyanın keçiriləcəyin-

dən  xəbərdar  olunca  bu  səhiyyə

müəssisəsinə müraciət edib. Övladı

həkimlərin şəfqəti ilə əhatə olunub,

aparılan müayinələrdən sonra beş-

yaşlı  Mahirin  üzərində  açıq  ürək

əməliyyatı  aparılmasına  göstəriş

verilib. Təmənnasız olaraq həyata

keçirilən  bu  əməliyyatdan  sonra

övladı  tam  sağalıb.  Bu,  Novruz

bayramı  ərəfəsində  ailə  üçün  ən

böyük  sevinc  olub.  Digər  vali-

deynlər də belə humanitar aksiya-

ların  təşkilinə  şərait  yaradanlara,

onun icraçılarına hədsiz minnətdar -

lıqlarını ifadə etmişlər.

    Humanitar  aksiya  çərçivəsində

əməliyyat üçün seçilmiş digər  xəstələr

üzərində pulmonar ballono plastika,

botal  axacağın  bağlanması  əməliy -

yatları  aparılacaqdır.  Ordubaddan

gəlmiş 12 yaşlı Maral Məmmədova -

nın üzərində isə Naxçıvanda ilk dəfə

olaraq epişteyn anomaliyasının total

korreksiyası kimi nadir əməliyyatın

həyata  keçirilməsi  nəzərdə  tutul-

muşdur.  Bir  invaziv  əməliyyat  isə

uşaq  invaziv  kardioloqu  E.İmanov

tərəfindən həyata keçiriləcəkdir.

    Mart ayının 15-də Tələbə Qəbulu

üzrə  Dövlət  Komissiyası  2015-

2016-cı tədris ili üçün Azərbaycan

Respublikasında baza ali tibb təhsili

əsasında  həkim-mütəxəssislərin

hazır lanması məqsədilə rezidentura

səviyyəsinə  qəbul  imtahanının  I

mərhələsini  keçirib.  Naxçıvan  şə-

hərində  Naxçıvan  Dövlət  Univer-

sitetində  keçirilən  imtahanda  35

namizəd iştirak edib.     

    Birinci  mərhələdə  namizədlərə

baza  ali  tibb  təhsili  istiqamətinə

müvafiq  olaraq,  qəbul  proqramı

əsasında baza fənləri üzrə 100 test

tapşırığı  təqdim  olunub.  İmtahan

suallarının  cavablandırılmasına  2

saat 30 dəqiqə vaxt ayrılıb.

    Rezidentura  səviyyəsinə  qəbul

imtahanının  II  mərhələsi  iyulun

7-də keçiriləcək və ikinci mərhələyə

imtahanın birinci mərhələsində top-

ladığı  bal  40-dan  az  olmayan  na-

mizədlər buraxılacaqlar. 

    Qeyd edək ki, hər bir test tapşı-

rığının düzgün cavabı 1 (bir) balla

qiymətləndirilir  və  səhv  cavablar

namizədin imtahan nəticəsinə təsir

göstərmir.



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin