Mövzu Makroiqtisadi qeyri-sabitlik və işsizlik



Yüklə 23,84 Kb.
səhifə5/5
tarix27.04.2023
ölçüsü23,84 Kb.
#103368
1   2   3   4   5
Mövzu 5 (1)

Qismən məşğulluq. Rəsmi statistikada natamam iş günü işləyənlərin hamısı tam məşğullar siyahısına daxildirlər. Onları tam məşğul hesab edən rəsmi statistika işsizliyin səviyyəsini aşağı salır. Iş tapmağa ümidini itirən işçilər.
İş tapmağa ümidini itirən işçiləri işsizlər sırasına aid etməyən rəsmi statistika işsizliyin səviyyəsini aşağı salır. Yanlış informasiya. Işləməyənlərin bəziləri həqiqətən iş axtarmadıqları halda iş axtardıqlarını bildirirlərsə, bu halda işsizliyin səviyyəsi şişirdilmiş olur, gizli iqtisadiyyat da işsizliyin səviyyəsinin şişirdilməsinə səbəb olur.
Beləliklə, işsizliyin səviyyəsi ölkənin iqtisadi vəziyyətinin ən mühüm göstəricilərindən olsa da, onu bizim iqtisadiyyatımızın sağlamlığının dəqiq barometri hesab etmək olmaz.
İşsizliyin dinamikasma təsir edən amillərdən ən əsasları aşağıdakılardır:
Demoqrafik amillər - əhalinin doğuş, ölüm səviyyəsində, cins və yaş strukturunda, orta ömür uzunluğunda, miqrasiya axmlarmm istiqaməti və həcmlərində dəyişikliklər nəticəsində iqtisadi fəal əhalinin paymın dəyişməsi.
Texniki-iqtisadi amillər - ETT- nin iş qüvvəsinə qənaəti şərtləndirən sürəti və istiqamətləri. Elmtutumlu Rusiya istehsallarmm dağıdılması, iqtisadi və sosial nəticələr nəzərə almmadan bütün səviyyələrdə konvərsiyalarm aparılması müəssisələrin kütləvi müflisləşməsi və iş qüvvəsinin uçqunvari artması təhlükəsini yaratdı.
İqtisadi amillər - milli istehsalın, investisiya fəallığınm, maliyyə-kredit sisteminin vəziyyəti, qiymətlərin və inflyasiyanm vəziyyəti. A.Oukenin təklif etdiyi qanuna görə, işsizliyin səviyyəsi ilə ÜMM arasında əks əlaqə mövcuddur: hər bir işsizlik «dalğası» ÜMM-in real həcminin azalması ilə əlaqədardır.
İnstitusional amillər - qanunvəriciliyin, bazarm infrastrukturunun vəziyyəti, qaydalar, adət-ənənələrin spesifikliyi və s.
5.3. Əmək bazarının dövlət tərəfindən tənzimlənməsi.
İşsizliyin ciddi sosial-iqtisadi nəticələri əmək sahəsinə dövlət müdaxiləsinin zəruriliyini şərtləndirdi ki, bu da əmək münasibətlərinin şəklinin dəyişməsinə səbəb olur, bazar qüvvələrinin azadlığını məhdudlaşdırır. O, əmək bazarının məqsədyönlü tənzimlənməsi siyasətini həyata keçirir. Dövlət əmək münasibətlərini (işə götürmə və işdən çıxarma, iş gününün davamiyyəti, əməyin təhlükəsizliyi, minimum əməkhaqqı, istirahət günləri və məzuniyyətlərin verilməsi, əmək münaqişələrinin həll edilməsi, tətillərin keçirilməsi və s.) milli və beynəlmiləl səviyyədə tənzimləyən qanunvəricilik sistemini yaradır.
Əmək bazarında dövlət siyasəti iki əsas formada həyata keçirilir:
fəal - yeni iş yerlərinin yaradılması, məşğulluq səviyyəsinin yüksəldilməsi və işçilərin hazırlanması və təkrar hazırlanması yolu ilə işsizliyin aradan qaldırılması;
passiv - müavinət ödənməsi yolu ilə işsizlərin dəstəklənməsi.
Tam məşğulluğun əldə olunmasına yönümlənmiş fəal siyasətin aparılması inkişaf etmiş ölkələrdə əmək bazarında dövlət siyasətinin prioritet istiqamətidir. Bu siyasətin əsas tədbirlərinə aiddir:
iqtisadiyyata yeni iş yerlərinin yaradılmasının əsas şərti kimi çıxış edən investisiyaların dövlət tərəfindən həvəsləndirilməsi;
struktur-işsizlərin yenidən hazırlanması və ixtisasının dəyişdirilməsinin təşkili;
friksion və struktur işsizliklərinin azaldılması məqsədilə əmək bazarında vasitəçilik funksiyasını yerinə yetirən məşğulluq xidmətinin, əmək birjalarmm inkişaf etdirilməsi, boş iş yerləri barədə məlumatlarm verilməsi;
bir çox ölkələrdə əhalinin məşğulluğunun təmin edilməsinin ən mühüm metodu kimi nəzərdən keçirilən xırda və ailə sahibkarlıqlarma dəstək verilməsi;
sahibkarların əhalinin müəyyən qruplarma - gənclərə, əlillərə - iş yerləri ayırmasınm dövlət tərəfindən həvəsləndirilməsi (vergi və qanunvəricilik tədbirləri ilə);
dövlət sektorunda - təhsil, tibbi xidmətlər sahələrində, kommunal təsərrüfatlarda, ictimai binalar və qurğularm tikilməsində - iş yerlərinin yaradılması;
ictimai işlərin təşkili;
ölkə və region üzrə işsizliyin orta göstəriciləri səviyyəsini dəfələrlə üstələyən bütöv «yaralı» ərazilərin fərqləndirilməsi;
Yüklə 23,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin