Mövzu Makroiqtisadi qeyri-sabitlik və işsizlik


Təbii işsizlik səviyyəsi-



Yüklə 23,84 Kb.
səhifə2/5
tarix27.04.2023
ölçüsü23,84 Kb.
#103368
1   2   3   4   5
Mövzu 5 (1)

Təbii işsizlik səviyyəsi- friksion və struktur işsizliyinin məcmusu və ya sabit iqtisadiyyatla bağlı olan işsizlik səviyyəsidir ki, bu zaman real milli məhsul təbii səviyyəsində olur və həm ləngiyən, həm də sürətlənən inflyasiya olmur və ya bu zaman gözlənilən inflyasiya səviyyəsi həqiqi inflyasiya səviyyəsilə üst-üstə düşür.
İşsizliyin növləri
Işsizliyin növlərinin təsnifatı müxtəlif meyarlardan istifadəyə əsaslanır .
Iqtisadi ədəbiyyatda və təsərrüfat praktikasnda işsizliyin əsas növləri friksion, struktur, mövsümi, tsiklik, texnoloji hesab olunurlar.
Friksion işsizlik. Əmək bazarında insanların bir yerdən başqa yerə köçmələri, bir müəssisədən digərinə keçmələri ilə əlaqədar olan müəyyən işsizlik səviyyəsi vardır. Işçilərin onları qane edən iş yeri, işə götürənlərin isə müəyyən ixtisasa malik iş qüvvəsini tapması üçün müəyyən vaxt lazımdır.
Iş axtarmaq üçün lazım olan bu vaxt friksion işsizliyin əsasını təşkil edir. Bu onunla şərtlənir ki, hazırda olan iş yerləri haqqında tam dolğun informasiyanın olmadığı və ya bu informasiya həddindən artıq baha olduğu zaman işçilərin sayı ilə boş iş yerləri arasında müəyyən uyğunsuzluq mövcuddur. Onun səviyyəsi yeni iş axtarmaqla bağlı ümumi vaxt məsrəfləri ilə (1 aydan üç ayadək) müəyyənləşir.
Struktur işsizliyi. Struktur işsizliyin əsas səbəbi iqtisadiyyatda struktur dəyişikliklərin baş vərməsi nəticəsində iş yerləri ilə işsizlərin sayı arasında peşə ixtisas və ərazi uyğunsuzluğudur.İqtisadiyyatm inkişafı daim struktur dəyi- şiklikləri ilə müşayiət olunur: köhnələri sıxışdıran yeni texnologiyalar, əmtəələr yaranır. Kapital bazarında, əmtəə bazarında və əmək bazarında tələbin strukturunda dəyişikliklər baş verir. Nəticədə iş qüvvəsinin peşə-ixtisas strukturunda da dəyişikliklər baş verir ki, bu da onun ərazi və sahə üzrə təkrar bölgüsünü tələb edir. Struktur işsizliyi o zaman baş verir ki, struktur dəyişiklikləri nəticəsində iqtisadiyyatın bir sahəsində işini itirən işçilər digər sahələrdə (bölmələrdə, bölgələrdə) olan boş iş yerlərinə götürülə bilmirlər.
Struktur işsizliyi friksion işsizlikdən daha uzunmüddətli (adətən altı aydan artıq) olması ilə fərqlənir və peşə hazırlığı aşağı olan və ya köhnəlmiş peşə sahibləri üçün səciyyəvi olur və bir də iqtisadi cəhətdən geri qalmış rayonların əhalisini əhatə edir.
Struktur işsizliyin formalarmdan biri texnoloji işsizlikdir ki, yeni texnologiyalarm və yeni avadanlıqlarm tətbiqi nəticəsində yaranır, bu da insanların maşmla əvəzlənməsinə və onların azad olmasma aparır. Özü də bu zaman bazarın həcmi artarsa, məşğulluq əsasən yeni peşə və daha yüksək peşə hazırlığına malik işçilərin cəlb edilməsi hesabına artacaq.

Yüklə 23,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin