VƏLİyev dünyamali əMİr oğlu azərbaycanin qlobal иqtиsadиyyata иnteqrasиyasi



Yüklə 7,05 Mb.
səhifə39/51
tarix10.03.2017
ölçüsü7,05 Mb.
#10912
1   ...   35   36   37   38   39   40   41   42   ...   51

*- Qeyd: QN ÜDM-dən məhsula və idxala xalis vergilər çıxılmaqla hesablanmışdır.
2007-ci ildə qeyri-neft sektorunda muzdla işləyənlərin orta aylıq real əmək haqqı əvvəlki ilə nisbətən 27, 6%, real əmək məhsuldarlığı isə 7, 7% artmışdır. Təhlillər göstərir ki, əmək məhsuldarlığı əsasən sənaye və kənd təsərrüfatında bilavasitə istehsala xidmət edən əsas fondların təkmilləşdirilməsi və aqrotexniki tədbirlərin keyfiyyətinin yüksəldilməsi hesabına artmışdır. Lakin əmək haqlarının artım tempi əmək məhsuldarlığını üstələyir.

Ümumilikdə, 2007-cı ildə qeyri-neft sektorunda əmək haqqının artım tempi əmək məhsuldarlığının artım tempini 3, 6 dəfə üstələmişdir. Bu fərq isə istehsal məsrəflərini artıran mühüm amillərdən biridir.

Nəzərə almaq lazımdır ki, iqtisadiyyatın pula olan tələbinin ödənilməsində Milli Bankın emisiya fəaliyyəti çox vacib olsa da, kifayət deyildir. Bazar iqtisadiyyatı şəraitində geniş pul kütləsinin artırıl­masında (multiplikator effekti), yəni iqtisadiyyatın monetariza­siyasında kommersiya bankları sisteminin üzərinə də mühüm vəzifələr düşür. Ona görə də Milli Bank iqtisadiyyatın kreditləşdirilməsi sisteminin genişləndirilməsi sahəsində də öz fəaliyyətini intensiv­ləşdirmişdir. 2002-ci ildə uçot dərəcəsinin 10%-dən 7%-ə endirilməsi kredit bazarının canlan­dırılmasında müsbət rol oynamış, bank faizlərinin azalma təmayülünün yaran­masına, iqtisadiyyata kredit qoyuluşlarının həcminin artırılmasına səbəb olmuşdur. Pul təklifinin azaldılması məqsədilə faiz dərəcələri əvvəl 7, 5%-ə, sonra isə 8%-ə qaldırıldı. Bu, inflyasiyanın qarşısının alınması baxımından əhəmiyyətli olsa da, Azərbaycan iqtisadiyyatı üçün yüksək həddir.

Monetar idarəetmənin mükəmməl olması iqtisadiyyatda mövcud olan bir çox ciddi problemlərin köklü həllindən asılıdır. Bu isə struktur islahatlarının sürətlən­dirilməsini tələb edir. Struktur islahatları real sektorun fəaliyyətini canlandırmalı, onun bank sektoru ilə sıx inteqrasiyasına xidmət etməlidir.

Qiymət artımında ictimaiyyəti və ali hakimiyyət orqanlarını ən çox narahat edən məsələ inhisarçılığın ölkəmizdə yüksək səviyyəsidir. Bu haqda elmi ədəbiy­yatda və kütləvi informasiya vasitələrində kifayət qədər materiallar verilir. Dövlət başçısı inhisarlarla mübarizəni kəskinləşdirməyi tapşırır. Ölkəmizdə inhisarçılığa qarşı mübarizə əsasən, İqtisadi İnkişaf Nazirliyinin (İİN) səlahiyyətləri daxilindədir. Normativ aktlarla tanışlıq göstərir ki, nazirliyin bu sahədə kifayət qədər səlahiyyətləri vardır. Məsələn, “Haqsız rəqabət haqqında” Qanunun 11-ci maddəsinə görə, İİN bu sahədə qanun pozuntusu olduqda “onun aradan qaldırıl­ması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər”. “Antiin­flyasiya tədbirləri haqqında” Prezidentin son fərmanında da bu işin gücləndirilməsi haqqında nazir­liyə tapşırıq verilmişdir.

İnflyasiyanın dərinləşməsində ölkəmizdə kölgə iqtisadiyyatının mövcud­luğu, əhalinin bir qrupunda böyük miqdarda “qara pulların” mövcud olmasıdır. Bu da heç, şübhəsiz ki, əmtəə bazarını daim təzyiq altında saxlayır.

Ölkədə yığımla investisiyalar arasında uzun illər mövcud olmuş uyğun­suzluq da inflyasiyanı yaradan “daimi” amillərdəndir. Araşdırmalar göstərir ki, sahibkarlıq mənfəətinin kapitala (investisiyaya) çevrilməsi prosesi əvvəllər çox zəif idi. Halbuki, bizdə mənfəət norması (xüsusən, yanacaq-enrgetika kompleksində) olduqca yüksəkdir. Yığımın (mənfəətin) artması isə çox vaxt investisiyanın genişlənməsi ilə nəticələnmir. Yalnız onu demək kifayətdir ki, daxili investisiyalar 2004-cü ildə cəmi investisiyaların 23, 6%-ni, ÜDM-in isə 13, 2%-ni təşkil etmişdir. Bu çox aşağı səviyyədir. Ona görə də görülən tədbirlər nəticəsində bu nisbət sonrakı illərdə ciddi olaraq artırılmışdır. Məlum olduğu kimi, investisiya artdıqca yığım iqtisadi inkişafa yönəlmiş olur. Bu isə valyuta tələb edən investisiya mallarına, texnologiyaya, nəqliyyat vasitələrinə, yüksək ixtisaslı kadrlara olan tələbi artırır. Ona görə də inflyasiyanın qaşısının alınmasının ən etibarlı yolu - neft gəlirləri artdıqca çoxalan istehlak tələbi üçün əmtəə kütləsi istehsalı sürətlə genişləndirilməlidir. Azərbaycanın gələcəyi də bundan asılıdır. Bu baxımdan, investisiyaların strukturu da böyük əhəmiyyət kəsb edir.

Müasir inflyasiyanın yaranması və inkişafında xarici amillərin rolu da sürətlə artır. Məlum olduğu kimi, Azərbaycanda xaricdən gətirilən mallara aludəçilik çoxdan mövcuddur. “Çatışmazlıq”, “kəsir” və yaxud “defisit” kimi deyimlərin tarixi planlı iqtisadiyyatın uzun illər hökmran olduğu sovet dövrünün dərinliklərinə gedib çıxır. Müstəqillik əldə edildikdən sonra, məlum səbəblərə görə, istehsalın kəskin azalması ilə gündəlik tələbat malları sahəsində “çatışmazlıq” və ya “kəsir” faciəli həddə çatdı və ölkənin idxaldan asılılığı ağılasığmaz dərəcədə çoxaldı. Əgər biz sovet dövründə xarici malları “piştaxta altından” əldə edirdiksə, indi liberal iqtisadiyyatın tələblərinə uyğun olaraq, onların gətirilməsinə və satılmasına, demək olar ki, heç bir məhdudiyyət qoyulmur. Bu sahədə, yəni, daxili istehsalın artırılması və idxalın əvəz olunması işində son illər əhəmiyyətli müsbət dəyişikliklər özünü göstərir. Yalnız onu göstərmək kifayətdir ki, 1995 – 2007-ci illər ərzində idxalatın fiziki həcmi 9 dəfəyə qədər, ÜDM istehsalı isə 12. 2 dəfə artmışdır.

Məlum olduğu kimi, ardıcıl olaraq həyata keçirilən “açıq iqtisadiyyat” inkişaf modeli nəticəsində ölkəmizin dünya birliyi ilə inteqrasiya prosesləri yüksələn xətt üzrə inkişaf edir. Bu isə təbii olaraq, inflyasiya proseslərində xarici amillərin rolunu artırmışdır. Bütün digər ölkələrdə olduğu kimi, Azərbaycanda da beynəlxalq iqtisadi əlaqələr bir neçə kanallar vasitəsilə həyata keçirilir. Bunların ən başlıcası mal dövriyyəsi, kapital və maliyyənin beynəxalq hərəkətidir. İnflyasiyanın xarici kökləri də ilk növbədə məhz bu kanallarla əlaqədardır. Belə ki, Azərbaycanda 90-cı illərdə özünü göstərmiş hiperinflyasiya zamanı idxal qiymətləri ciddi rol oynamışdır. Çünki həmin dövrdə daxili bazarda xaricdən gətirilən mallar böyük paya malik idi. Lakin sonralar istehlakda xarici məhsulların xüsusi çəkisi 1995-ci ildəki 41, 5%-dən 2000-ci ildə 11, 8%-ə qədər azalmışdır. Lakin bununla yanaşı, xaricdən gətirilən ərzaq məhsullarının həcmi mütləq rəqəmlərlə artır (məsələn, 2002-2006-cı illər ərzində 2, 3 dəfəyə qədər çoxalma baş vermişdir). Bu, xarici ticarət kanalının ölkədə inflyasiya səviyyəsinə təsir imkanlarının potensial olaraq qalmaqda və qlobal proseslərin təsiri altında artma meyli göstərməkdə davam etdiyini göstərir.

Üstəlik, bütün dünyada enerji daşıyıcılarının qiymətinin yüksəl­məsi xarici ticarətdə iştirak edən malların qiymətinin sürətli artımına səbəb olur. Lakin bu amilin təsiri son inflyasiyanın meydana gəlməsində ziddiyyətli rol oynamışdır. Məlum olduğu kimi, 2005 – 2007-ci illərdə istehlak mallarının qiymətləri 32.8%, o cümlədən ərzaq məhsulları 40.5%, qeyri-ərzaq malları və xidmətlər - 9,9% artmışdır. Başqa sözlə, həmin dövrdə inflyasiya ərzaq məhsulları üzrə “normal” hədd hesab edilən birrəqəmli səviyyədəki həddi ötüb keçmişdir. Lakin son illərdə görülən tədbirlər nəticəsində əhalinin real gəlirləri daha sürətlə artır.

Milli Bankın hesabatında (2007-ci il) göstərildiyi kimi 2007-ci ildə qlobal inflyasiya proseslərinin fəallaşması, iqtisadiyyatda məcmu tələbin və istehsal xərclərinin artımı inflyasiya tempinin nisbətən sürətlənməsinə gətirib çıxarmışdır.

2007-ci ildə İEOÖ-də tələbin və dünya enerji qiymətlərinin yüksək artım tempi nəticəsində qlobal inflyasiya prosesləri aktivləşmiş və bu öz təzahürünü ölkədə qiymətlərin səviyyəsinin yüksəlməsində göstərmişdir.


Qrafik. Ümumi və baza inflyasiya (orta illik, %)

Belə ki, neftin yüksək qiyməti fonunda idxal mallarının bahalaşması in­flyasiya idxalında əhəmiyyətli rola malik olmuşdur. 2007-ci ildə ticarət tərəfdaşlarında 8,5%-lik inflyasiya (orta çəkili) Azərbaycana inflyasiyanın idxalını şərtləndirmişdir. Hesablamalara görə 2007-ci ildə ölkədə qeydə alınmış in­flyasiyanın 8 faiz bəndi idxal inflyasiyasının hesabına baş vermişdir.

Ərzaq məhsulları qiymətlərinin artımında idxalın rolu kifayət qədər yüksəkdir.

2007-ci ildə yüksək iqtisadi artımla yanaşı, bir sıra qlobal və daxili iqtisadi amillərin təsiri altında Azərbaycanda inflyasiya prosesləri aktivləşmiş və orta illik inflyasiya 16,7 faiz təşkil etmişdir. İnflyasiyanın fəallaşmasında ilk növbədə xərc amilləri mühüm rol oynamışdır. Neftin dünya qiymətinin artması nəticəsində partnyor ölkələrdə xərc inflyasiyası ilə yanaşı dünya ərzaq bazarlarında tələb və təklifin nisbəti tələbin xeyrinə dəyişmişdir ki, bu da ölkəyə inflyasiya idxalını sürətləndirmişdir.

Eyni zamanda zəruri islahat tədbiri kimi həyata keçirilmiş enerji daşıyıcılarının qiymətlərinin dünya bazarı səviyyəsinə çatdırılması nəticəsində iqtisadiyatda daxili istehsal məsrəfləri yüksəlmişdir. İnflyasiya prosesləri xərc amilləri ilə yanaşı tələb amillərindən də təsirlənmişdir. Belə ki, məcmu tələbin artım tempi təklifin artım tempindən 4 dəfə çox olmuşdu. Lakin inflyasiyanın yüksəlməsinə baxmayaraq, əhalinin real pul gəlirləri 20 faiz artmışdır.

Manatın nominal məzənnəsinin sabitliyinin təmin olunmasına baxmayaraq, partnyor ölkələrlə inflyasiya səviyyəsində fərqlər manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsinin 2007-ci ildə 5,4 faiz möhkəmlənməsinə səbəb olmuşdur. Lakin qeyri-neft sektoru üzrə manatın real effektiv məzənnəsi 2000-ci ildən bəri 10, 9 faiz ucuzlaşdırmışdır ki, bu da ortamüddətli dövrdə xarici ticarət şəraitinin əlverişli qaldığını göstərir.

Milli Bank il ərzində öz səlahiyyətləri çərçivəsində fəal antiinflyasiya siyasəti yeritmişdir. Bu siyasət çərçivəsində faiz dəhlizi prinsipinin realizə edilməsinə başlanmış, dəhlizin əsas parametri olan uçot dərəcəsi 2 dəfə dəyişdirilərək 9,5 - 13 faizə çatdırılmışdır. Eyni zamanda, Milli Bank pul kütləsinin artımını məhdudlaşdırmaq üçün öz notlarının həcmini 2,2 dəfə artırmışdır. Neft gəlirlərinin davamlı artımı şəraitində valyuta bazarında təzyiqi yumşaltmaq məqsədi ilə kapitalın ölkədən çıxması rejiminin liberallaşdırılması barədə qərar qəbul olunmuşdur. Bu tədbir artıq özünün sterilizasiya effektlərini verməkdədir.

Beləliklə 2007-ci ildə Milli Bank yeritdiyi pul-məzənnə siyasəti ilə inflyasiyanın məhdudlaşdırılmasına təsir göstərmiş. Milli valyutanın məzənnəsinin əhəmiyyətli möhkəmlənməsinin qarşısının alınmasını təmin etmişdir.

İnflyasiyanın xarici kökləri dedikdə, pulun xarici alıcılıq qabiliyyətinə təsir edən xarici ticarət və tədiyə balanslarının vəziyyəti, xarici ticarət şərtləri, kapital və maliyyə axınları və s. Bu kimi mühüm amillər də həmişə diqqət mərkəzindədir. Xarici iqtisadi tarazlıq pozulduqda milli valyutanın məzənnəsində qeyri-sabitlik özünü göstərir.

Dünya bazarlarında enerji daşıyıcıları qiymətinin yüksəlməsi və Azər­baycanda ixracatın ümumi fiziki həcminin son dövrdə dinamik olaraq artması nəticəsində ölkəyə valyuta axınları genişlənir. Belə ki, ixracatın ümumi fiziki həcmi 2006-cı il ərzində 46,6%, o cümlədən neft və neft məhsulları ixracı 62% çoxalmışdır. 2007-ci ildə isə ixracat daha 95% artmışdır. Bundan başqa, neft sektorunun yüksək rentabelli olması və ölkədə makroiqtisadi sabitlik Azərbaycan iqtisadiyyatını xarici iş adamları üçün cəlbedici etmişdir. Belə ki, il ərzində birbaşa və digər xarici investisiyalar 2006-cı il ərzində 53, 8%, 2007-ci ildə isə 34% artmışdır. Xarici kapitalın iştirakı ilə ölkə iqtisadiyyatına kredit qoyuluşları 2006-cı ildə 2 dəfə, 2007-ci ildə isə 2.8 dəfə çoxalmışdır.

Beləliklə, son dövrdə ölkəyə valyuta daxilolmalarında ciddi artım müşahidə edilir. Əlverişli xarici iqtisadi konyuktura, neft və digər məhsulların ixracının artması, ölkəyə kapital və maliyyə axınları - Milli Bankın valyuta bazarında tənzimləmə əməlyatları aparmasına baxmayaraq, Azərbaycan manatının dollara nisbətən bahalaşmasına səbəb olmuşdur.

Beləliklə, deyilən məsələlərin təhlili göstərir ki, bu gün yaranmış daxili və xarici iqtisadi konyuktura Azərbaycanın maliyyə-kredit orqanları rəhbərlərini iki seçim qarşısında qoymuşdur: inflyasiya və yaxud manatın bahalaşması.

Bugünkü Azərbaycan reallığında inflyasiyaya qarşı yönəldilmiş tədbirlər, yəni manatın təklifinin məhdudlaşdırılması siyasəti, təbii olaraq, onun bahalaşmasına gətirib çıxarmışdır. Bu baxımdan, cədvəl №10.1-də verilən rəqəmlər diqqəti cəlb edir.



Cədvəl məlumatlarından göründüyü kimi manat dollara nisbətən 2005-ci ildən başlayaraq bahalaşır. Bu bahalaşma 2005-ci ildə 3,859%, 2006-cı ildə 5,959%, 2007-ci ildə isə 3.920% olmuşdur. 2006-cı ildə bahalaşma artan templə getmiş və həmin ilin son rübündə hər ay iki faizdən çox olmuşdur. 2007-ci ildə Milli Bankın gördüyü tədbirlər nəticəsində manatın bahalaşması tempi zəifləmişdir, lakin valyuta axınının artması külli miqdarda nəğd maliyyə ehtiyat ları yaradacaqdır. Bu isə yalnız valyuta bazarında tələb və təklif arasında uyğunsuzluğu artırmaqla kifayətlənməyəcək, eyni zamanda, makrosəviyyədə tələb inflyasiyasına yol aça bilər.

Cədvəl 10. 1.
Manatın dollara nisbətən məzənnəsinin dinamikası*


Ay

Il

Ilin əvvəlinə nisbətən %

Fərqi %




2006







3

0, 911

98, 002

-1, 998

4

0, 906

98, 51

-1, 49

5

0, 901

99, 035

-0, 965

6

0, 897

99, 532

-0, 468

7

0, 892

100, 135

0, 135

8

0, 882

101, 271

1, 271

9

0, 876

101, 906

1, 906

10

0, 873

102, 257

2, 257

11

0, 872

102, 327

2, 327

12

0, 871

102, 444

2, 444

Ay

Il

Ilin əvvəlinə nisbətən%

Fərqi %




2007







1

0, 871

100, 08

0, 08

2

0, 869

100, 299

0, 299

3

0, 867

100, 484

0, 484

4

0, 866

100, 67

0, 67

5

0, 862

101, 09

1, 09

6

0, 857

101, 74

1, 74

7

0, 855

101, 942

1, 942

8

0, 853

102, 110

2, 110

9

0, 852

102, 110

2, 110

10

0, 850

102, 471

2, 471

11

0, 848

102, 712

2, 712

12

0, 846

102, 955

2, 955

İL

Məzzənə

Ötən illərə nisbətən %

Fərqi %

2002

0, 972







2003

0, 982

98, 992

-1, 008

2004

0, 982

99, 969

-0, 031

2005

0, 946

103, 859

3, 859

2006

0, 893

105, 959

5, 959

2007

0, 858

103, 92

3, 92

*[46, 1/2008, s. 26]
Tədiyə balansında yaranmış irihəcmli profisit və neft gəlirlərinin inkişaf məqsədləri üçün fəal istifadəsi şəraitində valyuta bazarında xarici valyutanın təklifi əhəmiyyətli artmışdır. Xarici valyutanın təklifinin tələbi üstələməsi şəraitində manatın ABŞ dollarına qarşı məzənnəsi 2006-cı il ərzində “tənzimlənən üzən məzənnə rejimi” çərçivəsində 5, 1%, 2007-ci ilin 11 ayında isə 16% möhkəmlən­mişdir. Milli Bankın valyuta bazarına aktiv müdaxilələri manatın məzənnəsinin kəskin möhkəmlənməsinin qarşısını almışdır.

2006-cı ilidə beynəlxalq və daxili valyuta bazarlarında baş verən proseslər manatın portnyor ölkələrin valyutalarına nəzərən nominal ikitərəfli məzənnələrin dinamikasında öz əksini tapmışdır. Dövr ərzində manatın nominal məzənnəsi ticarət portnyoru olan bir qrup ölkələrin valyutalarına nəzərən möhkəmləndiyi halda, digər qrup ölkələrin valyutalarına nəzərən dəyərdən düşmüşdür.

Manatın nominal ikitərəfli məzənnəsinin dinamikası real ikitərfli məzən­nələrin dəyişməsinə təsir göstərmişdir. 2006-cı ildə manatın məzənnəsi Rusiya istisna olmaqla real olaraq bütün ölkələrin valyutalarına nəzərən bahalaşmışdır.

2006-cı ildə manatın ABŞ, Türkiyyə, Gürcüstan, Qazağıstan, Yaponiya kimi ölkələrin valyutalarına nəzərən real ikitərəfli məzənnəsinin möhkəmlənməsi tempi nominal ikitərəfli məzənnənin möhkəmlənməsi tempini üstələmişdir. Eyni zamanda manat avroya, funt sterlinqə və İsrail şekelinə nəzərən nominal olaraq dəyərdən düşdüyü halda real olaraq möhkəmlənmişdir.

Ticarət portnyoru olan ölkələrin valyutalarına nəzərən ikitərəfli nominal məzənnələrin dəyişimini ticarətin xüsusi çəkilərini nəzərə almaqla həndəsi ortasını əks etdirən manatın nominal effektiv məzənnəsi 2006-cı ilin dekabrında 2005-ci ilin dekabrına nəzərən ucuzlaşmışdır. Belə ki, nominal effektiv məzənnə ümumi ticarət çəkili 2, 1%, idxal çəkili 0, 6%, ixrac çəkili 3, 3% ucuzlaşmışdır. [46, 2006, s. 42-48]

Bütün bunlar isə ölkənin pul-kredit və valyuta siyasətinin mühüm tərkib hissəsi kimi, sterilizasiya adlanan (bir növ filtrdən keçirmə) əməliyyatlarının əhəmiyyətini Azərbaycan tarixində misli görünməmiş dərəcədə artırır. Dünya təcrübəsində sterilizasiya siyasəti adətən pul emisiyası funksiyasını yerinə yetirən Mərkəzi Bank tərəfindən həyata keçirilir. Azərbaycanda isə bu siyasətin həyata keçirilməsində Milli Bankla yanaşı, ali hakimiyyət orqanları və fiskal orqanlar da iştirak edirlər. Çünki neft dollarlarının artımı nəticəsində manatın bahalaşması prosesinin qarşısının alınması yalnız Milli Bankın ənənəvi əməliyyatları vasitəsilə həyata keçirilərsə, bu, maliyyə-kredit sahəsində qeyri-sabitlik yaranmasına səbəb ola bilər. Neft gəlirlərinin mühüm bir hissəsinin Neft Fondunda toplanması həmin gəlirlərin mühüm sterilizasiya vasitəsidir.

Ümumiyyətlə götürüldükdə, genişmiqyaslı sterilizasiya siyasəti dövlətin pul-kredit və valyuta siyasətinin aparıcı istiqamətinə yalnız inflyasiya və manatın bahalaşmasının qarşısının alınmasında Milli Bank tərəfindən həyata keçirilən əməliyyatların kifayət etmədiyi özünü büruzə verdikdən və bu sahədə prezident fərmanı qəbul edildikdən sonra çevrilmişdir.

Məlum olduğu kimi, neft gəlirləri dövlət büdcəsinə hər barel neftə görə əvvəllər 24, sonralar isə 50 və 80 ABŞ dolları hesabı ilə daxil edilmişdir. Mövcud qaydaya görə, qiymətin artımı hesabına respublikaya daxil olan valyuta vəsaitinin 25%-i Dövlət Neft Fonduna, 75% isə Dövlət Neft Şirkətinə daxil olur.

Neft gəlirləri artdıqca onların daha çox kapitaltutumlu obyektlərə və sənaye sahələrinə yönəldilməsi müstəsna əhəmiyyət kəsb edəcəkdir. Çünki investisiyalar belə obyektlərə yönəldikdə onların “mənimsənilməsi” uzun müddət tələb edir. Bu zaman artan neft gəlirlərinin istehlak bazarına təsiri azalmış olur. Yəni investisiya layihəsinin reallaşması dövründə həmin pullar bir növ “dondurulmuş” olur. Lakin bu dondurma məhsuldar “dondurulmadır” və “don açıldıqda” mal təklifi əhəmiyyətli dərəcədə artacaq və tələblə təklif arasındakı uyğunsuzluğu müvafiq ölçüdə aradan qaldıracaqdır.

Azərbaycan Milli Bankının pul siyasəti rejimi “Tənzimlənən üzən məzənnə rejimində inflyasiyanın idarə olunması” kimi müəyyən olunmuşdur. Bu rejim aşağıdakı elementlərdən ibarətdir:



Pul siyasətinə dair gündəlik qərarlar pul bazasının və ABŞ dollarının məzənnəsinin dəyişimində dərhal öz əksini tapır. Pul bazasının və manatın ABŞ dollarına nəzərən məzənnəsinin dəyişimi isə pul kütləsinə və NEM-ə təsir göstərir. Bu da müəyyən vaxt ərzində inflyasiya üzrə hədəfə nail olmağa imkan verir.

Operativ hədəflərdən asılı olaraq pul siyasəti alətlərinin kəmiyyət parametrləri, o cümlədən açıq bazar əməliyyatlarının həcmi, valyuta mübadiləsinin məbləği və s. müəyyənləşdirilir.

Maliyyə bazarlarının inkişaf səviyyəsini nəzərə alaraq Milli Bank 2007-ci ildən etibarən pul siyasətinin beynəlxalq standartlara uyğunlaşdırılması çərçivəsində “faiz dərəcələri dəhlizi” yanaşmasının tətbiqinə başlamışdır. Yeridilən pul siyasətinin reallaşması mexanizmlərinin mütərəqqi formalarından olan faiz dəhlizinin tətbiqi yeni əməliyyat strukturunu nəzərdə tutmaqla Milli Bankın iqtisadiyyatda pulun dəyərinə təsir etmək imkanlarını genişləndirəcəkdir.

2006-2007-ci illərdə inflyasiya prosesləri əsasən aşağıdakı amillərin təsiri altında formalaşmışdır:

· məcmu xərclərin, o cümlədən fiskal faktorların əhəmiyyətli təsir etdiyi istehlak və investisiyaların sürətlə artması və nəticədə, məcmu tələbin məcmu təklifi əhəmiyyətli üstələməsi;

· tədiyə balansının profisitinin artması və bu amilin pula təklifinin artımını əsas mənbəyinə çevrilməsi;

· məsrəf inflyasiyası, sənaye topdansatış qiymətlərinin əhəmiyyətli artması və bunun istehlak inflyasiyasina artırıcı təsiri;

· inhisarçılığın təsiri;

· partnyor ölkələrdən inflyasiya idxalı və s.

Tələbin sürətlə artması, valyuta bazarında xarici valyuta təklifinin kəskin genişlənməsi, xarici və daxili struktur faktorların intensivləşməsinə baxmayaraq həyata keçirilmiş pul siyasəti inflyasiyanın 2006-cı ildə təkrəqəmli səviyyədə saxlanmasına imkan vermişdir.

2006-cı ildə makroiqtisadi siyasətin səmərəliliyinin əsas göstəricisi sayılan orta illik inflyasiya tempi 8, 3% təşkil etmişdir. Əhalinin pul gəlirlərinin artım tempi orta illik inflyasiyanı 15, 1% bəndi üstələmişdir.

“Milli Bank haqqında” 2004-cü ildə qəbul edilmiş Qanunun 4. 1 maddəsinə görə, həmin bankın “əsas məqsədi öz səlahiyyətləri daxilində qiymətlərin sabitliyinin təmin edilməsidir”. Lakin hər kəsə aydındır ki, qiymətlərin sabitliyi yalnız monetar amillərdən deyil, eyni zamanda, Milli Bankla yanaşı, əhəmiyyətli dərəcədə İqtisadi İnkişaf, Maliyyə nazirlikləri və Dövlət Gömrük Komitəsindən də asılıdır. Onların fəaliyyəti ciddi şəkildə əlaqələndirilməlidir.


Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin