Urologiya 30. 01. 2017 Bölmə İctimai səhiyyə və uroloji xidmətin təşkili


) Sidik daşı xəstəliyinin planlı operativ müalıcəsi hamiləliyin neçənci həftəsində optimal sayılır?



Yüklə 1.52 Mb.
səhifə14/16
tarix13.04.2017
ölçüsü1.52 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   16

789) Sidik daşı xəstəliyinin planlı operativ müalıcəsi hamiləliyin neçənci həftəsində optimal sayılır?
A) 14-18

B) 29-32


C) 32-36

D) 2-3


E) 1-2
Ədəbiyyat: Херт Г. Оперативная урогинекология: Руководство для врачей-М. Гэотар-Мед 2003
790) Genital sistemin şişində sidik sistemindəki dəyişikliklər nədən asılıdır?
A) Neyrohumoral təsirdən

B) Cinsiyyət üzvü şişinin yerləşməsindən

C) Bütün sadalananlardan

D) Cinsiyyət üzvü şişinin ölçüsündən

E) Hormonal dəyişiklikdən
Ədəbiyyat: Херт Г. Оперативная урогинекология: Руководство для врачей-М. Гэотар-Мед 2003
791) Uşaqlıq mioması zamanı operativ müalicə nə vaxt mütləq göstərişdir?
A) Dizuriyada

B) Sistit və dizuriya

C) Sistalgiyada

D) Sistitdə

E) Piyelonefritin tez-tez kəskinləşməsi və urodinamik pozğunluqlarında
Ədəbiyyat: Н. А. Нечипоренко, М. В. Кажина, В. В. Спас. Урогинекология 2005.
792) Ginekolojı əməliyyatlar zamanı sidik axarının aşağıda göstərilən zədələnmələrindən hansı mümkündür?
A) Sadalananların hamısı

B) Кəsilməsi

C) Sıxılması

D) Terminal hissəsinin çıxarılması

E) Bağlanması
Ədəbiyyat: Н. А. Нечипоренко, М. В. Кажина, В. В. Спас. Урогинекология 2005.
793) Əməliyyat zamanı sidik axarının zədələnməsi müəyyən edilərkən cərrahi taktika necə olmalıdır?
A) Sadalananların hamısı

B) Sidiyin derivasiyası

C) Peritonarxası sahənin drenajı

D) Peritonun tamlığının bərpası

E) Sidik axarı tamlığının bərpası
Ədəbiyyat: Н. А. Нечипоренко, М. В. Кажина, В. В. Спас. Урогинекология 2005.
794) Sidik axarı zədələnməsi zamanı sadalananlardan hansı edilməlidir?
A) Sidik axarının kateterizasiyası

B) Stent


C) Nefrostomiya

D) Ureterostomiya və ureterokutaneostomiya

E) Bütün qeyd olunanlar
Ədəbiyyat: Н. А. Нечипоренко, М. В. Кажина, В. В. Спас. Урогинекология 2005.
795) Buyalski üsulu ilə drenaj qoyulmasınа nə zaman göstərişdir?
A) Sidik axarının orta 1/3 hissəsinin rezeksiyası zamanı

B) Sidik axarının aşağı 1/3 hisəsinin zədələnməsi (urohematоmasız)

C) Sidik axarı bağlandıqda

D) Sidik axarının aşağı 1/3 hissəsinin rezeksiyası zamanı

E) Sidik axarının aşağı 1/3 hissəsinın zədələnməsi çanaq urohemotoması ilə
Ədəbiyyat: Н. А. Нечипоренко, М. В. Кажина, В. В. Спас. Урогинекология 2005.
796) Sidik axarının aşağı 1/3 hissəsinin yaralаnması və sidik flеqmonasında optimal müalicə variantı hansıdır?
A) Nefrostomiya və paraureteral toxumanın geniş drenajı

B) Paraureteral toxumanın geniş drenajı

C) Sidik axarlаrı uclarının anastamozu

D) Nefrostomiya

E) Uretеrokutaneostomiya
Ədəbiyyat: А.М. Мажбин. Оперативная урогинекология-М: 1982
797) Sidik axarının bağlanmasının 5-ci günü kəskin seroz pielonefritlə ağırlaşma zamanı seçim necə olmalıdır?
A) Pielostomiya

B) Liqaturanın çıxarılması

C) Perkutan nefrostomiya

D) Açıq nefrostomiya

E) Ureterosistoanestomiya
Ədəbiyyat: Херт Г. Оперативная урогинекология: Руководство для врачей-М. Гэотар-Мед 2003
798) Uşaqlıq xərçənginə ( IV mərhələ ) görə əməliyyat zamanı sidik axarının aşağı 1/3 hissəsinin zədələnməsi zamanı nə göstərişdir?
A) Ureterokutaneostomiyа

B) Nefrostomiya

C) Ureteroureteroanastomoz

D) Sidik axarının bağlanması

E) Pielostomiya
Ədəbiyyat: Херт Г. Оперативная урогинекология: Руководство для врачей-М. Гэотар-Мед 2003
799) Ən çox transperitoneal əməliyyatlar zamanı nə zədələnir?
A) Sidikliyin boynu

B) Lyeto üçbucağı

C) Sidikliyin ön divarı

D) Sidikliyin yan divarları

E) Sidikliyin arxa divarı
Ədəbiyyat: Херт Г. Оперативная урогинекология: Руководство для врачей-М. Гэотар-Мед 2003
800) Qadınlarda sidikliyin izolə olunmuş zədələnmələrində müalicə taktikası necədir?
A) Sistostomiya,defektin tikilməsi və sidikliyə foley kateterinin qoyulması

B) Sistostomiya

C) Sistostomiya və Foley kateteri ilə drenaj

D) Defektin tikilməsi

E) Foley kateteri ilə drenaj
Ədəbiyyat: Кан Д. В. Руководство по акушерской и гинекологичекой урологии- 2-ое издание- М: 1986
801) Qadınlarda sidikliyin və sidik axarının aşağı 1/3 hissəsinin eyni zamanda zədələnməsi zamanı aşağıdakılardan hansı mümkün deyil?
A) Sidikliyin defektinin tikilməsi

B) Sistostomiya

C) Sidik axarıyanı sahənin drenajı

D) Sidik axarı uclarının anastamozu

E) Ureterosistoanastomoz
Ədəbiyyat: Кан Д. В. Руководство по акушерской и гинекологичекой урологии- 2-ое издание- М: 1986
802) Qadınlarda uretranın geniş yaralanmalarında nə vacibdir?
A) Uretra və vaginanın ayrılıqda tikilməsi

B) Foley kateterinin qoyulması

C) Sistostomiya,uretra və vaginanın ayrı-ayrılıqda tikilməsi

D) Sistostoma və Foley kateterin qoyulması

E) Sistostoma
Ədəbiyyat: Херт Г. Оперативная урогинекология: Руководство для врачей-М. Гэотар-Мед 2003
803) Sidiklik -uşaqlıq yolu fistulasının diaqnostikası üçün sadalanan müayinələrin hansı əsas müayinə üsulu deyil?
A) Ekskretor uroqrafiya

B) Vaginanın güzgü ilə muayinəsi

C) Sistoqrafiya

D) Vaginoqrafiya

E) Sistoskopiya
Ədəbiyyat: Херт Г. Оперативная урогинекология: Руководство для врачей-М. Гэотар-Мед 2003
804) Sidiklik- uşaqlıq yolu fistulasının əsas simptomu hansıdır?
A) Uşaqlıq yoluna sidiyin axması

B) Sidiyin çatdırılmaması

C) Sidik kisəsindən menstruasiya

D) Sidik saxlanılmazlığı

E) Dizuriya
Ədəbiyyat: Херт Г. Оперативная урогинекология: Руководство для врачей-М. Гэотар-Мед 2003
805) Veziko - vaginal fistula zamanı uşaqlıq yolundan cərrahi əməliyyata göstərişlər hansıdır?
A) Fistulanın sidikliyin zirvəsində yerləşməsi

B) Fistulanın mənsəblər arası büküşdən aşağı yerləşməsi

C) Müştərək veziko-vaginal və uretero-vaginal fistulalar

D) Fistulanın mənsəblər nahiyəsində yerləşməsi

E) Sidiklik-uşaqlıq yolu fistulası və sidik axarının aşağı 1/3 hissəsinin daralması
Ədəbiyyat: Херт Г. Оперативная урогинекология: Руководство для врачей-М. Гэотар-Мед 2003
806) Veziko-vaginal fistula zamanı sidiklikdaxili müdaxiləyə göstəriş nədir?
A) Vagino-rektal fistulanın olması

B) Müştərək veziko-vaginal və uretero-vaginal fistula

C) Müştərək veziko-vaginal və vagino-rektal fistula

D) Fistulanın mənsəblər nahiyəsində yerləşməsi

E) Fistulanın mənsəblərarası büküşdən aşağı yerləşməsi
Ədəbiyyat: Н. А. Нечипоренко, М. В. Кажина, В. В. Спас. Урогинекология 2005.
807) Veziko-vaginal fistula zamanı transperitoneal müdaxiləyə göstəriş nədir?
A) Sidikliк-vaginо- rektal fistulanın olması

B) Fistulanın mənsəblərarası büküşdən yuxarıda yerləşməsi və sidikliyin tutumunun kiçik olması

C) Fistulanın mənsəblərarası büküşdən yuxarıda yerləşməsi

D) Veziko-vaginal və uretro-vaginal fistulanın eyni zamanda olması

E) Fistula mənsəblər nahiyəsində yerləşməsi
Ədəbiyyat: Н. А. Нечипоренко, М. В. Кажина, В. В. Спас. Урогинекология 2005.
808) Uretro-vezikal fistulanın əsas diaqnostik üsulu hansıdır?
A) Sistoskopiya

B) Ekskretor uroqrafiya

C) Uşaqlıq yolunun güzgü ilə müayinəsi

D) Vaginoqrafiya

E) Sistoqrafiya
Ədəbiyyat: Руководство по урологии – Н. А. Лопаткин – М. 1998
809) Uretero-vaginal fistulanın kliniki təzahürü hansıdır?
A) Böyrək nahiyəsində ağrılar və sidik saxlanılmazlığı

B) Böyrək nahiyəsində ağrılar

C) Sidiyin uşaqlıq yolundan daimi axması və böyrək nahiyəsində ağrılar

D) Sidik saxlanılmazlığı

E) Sidiyin axması
Ədəbiyyat: Руководство по урологии – Н. А. Лопаткин – М. 1998
810) Sidik axarı-vaginal fistulanın müayinə üsulu hansıdır?
A) Sistoskopiya

B) Ekskretor uroqrafiya və vaqinoqrafiya

C) Ekskretor uroqrafiya, vaqinoqrafiya və retroqrad ureteroqrafiya

D) Retroqrad ureteroqrafiya

E) Sistoqrafiya
Ədəbiyyat: Руководство по урологии – Н. А. Лопаткин – М. 1998
811) Sidik axarı-vaginal fistula zamanı nefrektomiya nə zaman göstərişdir?
A) Böyrək fəaliyyəti olmadıqda

B) Xroniki pielonefritdə

C) Xroniki böyrək çatışmazlığında

D) Zədələnən tərəfin böyrəyinin kafi fəaliyyəti

E) Xroniki sistit
Ədəbiyyat: Urological surgery. Sam D. Graham, Jr, M. D Virginia Urology Center Richmond 2006.
812) Ureterosistoaneostoniyaya nə zaman göstərişdir?
A) Sidik axarının orta 1/3 hissəsinin fistulası

B) Böyrəк fəaliyyətinin olmaması

C) Böyrək fəaliyyəti kafi saxlanılmaqla fistulanın sidik axarının aşağı 1/3 hissəsində yerləşməsi

D) Sidiyin saxlanılmazlığı

E) Mikrosistik
Ədəbiyyat: Херт Г. Оперативная урогинекология: Руководство для врачей-М. Гэотар-Мед 2003
813) Boarı əməliyyatı nə zaman göstərişdir?
A) Sidik axarının aşağı 1/3 hissəsinin obliterasiyasında

B) Sidiklik-sidik axarı refluksunda

C) Böyrək fəaliyyətı olmadıqda

D) Sidik kisəsinin tutumu azaldıqda

E) Ureterohidronefrozda
Ədəbiyyat: Херт Г. Оперативная урогинекология: Руководство для врачей-М. Гэотар-Мед 2003
814) Fiziki gərginlik zamanı sidik saxlanmazlığının əsas etioloji faktoru nədir?
A) Doğuş travması

B) Vulvovaginit

C) Sistit

D) Uretrit

E) Sistаlgiya
Ədəbiyyat: Пушкарь Д.Ю., Гумин Л.М. Уродинамические исследования у женщин (2006)
815) Sadalananlardan hansı biri fiziki gərginlik zamanı sidik saxlanılmazlığının baş vermə səbəblərinə aid deyildir?
A) Postoperasion travmalar

B) Çoxsaylı doğuşlar

C) Fiziki gərginliyin çox olması

D) Pаtoloji doğuşlar

E) Xroniki sistit
Ədəbiyyat: Пушкарь Д.Ю., Гумин Л.М. Уродинамические исследования у женщин (2006)
816) Fiziki gərginlik zamanı sidik saxlanılmazlığının baş verməsinə nə səbəb olur?
A) Sfinkterin zəif olması

B) Çanaq dibi тохumalarının anadangəlmə çatışmazlığı

C) Bütün qeyd olunаnlar

D) Estrogen hormonların çatışmazlığı

E) Neyrogen səbəblər
Ədəbiyyat: Н. А. Нечипоренко, М. В. Кажина, В. В. Спас. Урогинекология 2005.
817) Aşağıdakılardan hansı sidik saxlanılmazlığın tipik əlamətlərinə aid deyil?
A) Uretradaxili təzyiqin maksimal aşağı olması

B) Maksimal uretrаdaxili qapayıcı təzyiqin aşağı düşməsi

C) Uretradaxili təzyiqin yüksəlməsi

D) Fiziki gərdinlik zamanı sidiklikdaxili təzyiqin uretrаdaxili təzyiqdən əhəmiyyətlı dərəcədə yüksəlməsi

E) Uretranın funksional uzunluğunun qısa olması
Ədəbiyyat: Н. А. Нечипоренко, М. В. Кажина, В. В. Спас. Урогинекология 2005.
818) Sidik saxlanılmazlığının ən tıpık göstəricisi hansıdır?
A) Sidik ifrazı akti müddətinin qısa olması

B) Sidik ifrazı akti müddətinin uzun olması

C) Sidik ifrazı akti müddətinin qısa olması və ifraz olunan sidiyin az olması

D) Sidik axıminin maksimal sürətinin artması

E) İfraz olunan sidiyin porsiаl tutumunun az olması
Ədəbiyyat: Н. А. Нечипоренко, М. В. Кажина, В. В. Спас. Урогинекология 2005.
819) Gərginlik zamanı sidik saxlanılmazlığı nə ilə differensasiya olunmalıdır?
A) Sidik axarı-vaginal fistula ilə

B) Veziko-vaginal fistula ilə

C) Bütün qeyd olunanlarla

D) Sidik axarının sfinkterdən хaric ektopiyası ilə

E) Sidikliyin neyrogen disfunksiyası ilə
Ədəbiyyat: Н. А. Нечипоренко, М. В. Кажина, В. В. Спас. Урогинекология 2005.
820) Gərginlik zamanı sidik saxlanılmazlığı olarsa, müalicəvi bədən tərbiyəsi yönəldilməlıdır?
A) Diafraqma əzələlərinin möhkəmləndirilməsinə

B) Çanaq dibi və aralıq əzələlərinin möhkəmləndirilməsinə

C) Sidik kisəsi və düz bağirsaq sfinkterlərinin möhkəmləndirilməsinə

D) Çanaq dibi və aralıq əzələlərinin möhkəmləndirilməsinə, sidik kisəsi və düz bağirsaq sfinkterlərinin möhkəmləndirilməsinə

E) Sidik kisəsi və düz bağirsaq sfinkterlərinin və diafraqma əzələlərinin möhkəmləndirilməsinə
Ədəbiyyat: Н. А. Нечипоренко, М. В. Кажина, В. В. Спас. Урогинекология 2005.
821) Ön kolporafiyaya nə göstərişdir?
A) Aşkar ureterosele

B) Sistosele və aşkar ureterosele

C) Sistosele

D) Arxa veziko-uretral buçağın 120 dərəcədən çox olması

E) Bütün qeyd olunanlar
Ədəbiyyat: Херт Г. Оперативная урогинекология: Руководство для врачей-М. Гэотар-Мед 2003
822) Sidik saxlanılmazlığında uretra plastikası əməliyyatı yönəldilmişdır?
A) Uretranın uzadılması

B) Arxa veziko-uretral bucağın korreksiyasına

C) Bütün qeyd olunanlar

D) Uretranın qasıq simfizinə görə əyilmə bucağının azaldılmasına və eyni vaxtda sidik kisəsi boynunun qaldırılmasına

E) TOT əməliyyatı
Ədəbiyyat: Херт Г. Оперативная урогинекология: Руководство для врачей-М. Гэотар-Мед 2003
823) Sidiyin saxlanılmamazlığı üzrə əməliyyatının hazırlığına nə aiddir?
A) Uroloji, genekoloji və nevroloji kompleks müayinə aparılması

B) Bağırsağın hazırlanması

C) Konservativ müalicə

D) Uroloji, genekoloji və nevroloji kompleks müayinə aparılması, sidik- cinsiyyət üzvlərinin əsaslı hazırlığı və aralıq dərisinin sanasiyası

E) Sidik- cinsiyyət üzvlərinin əsaslı hazırlığı və aralıq dərisinin sanasiyası
Ədəbiyyat: Херт Г. Оперативная урогинекология: Руководство для врачей-М. Гэотар-Мед 2003
824) Gərginlik sidik saxlanılmaması əməliyyatından sonra gözlənilən ağırlaşmalar hansılardır?
A) Sistit

B) Sidik ifrazının tutulması

C) Sidik ifrazının tutulması və sistit

D) Sidiyin saxlanılmaması

E) Kəskin pielonefrit
Ədəbiyyat: Херт Г. Оперативная урогинекология: Руководство для врачей-М. Гэотар-Мед 2003
825) Ölçüsü 5 sm olan parauretral irinləməmiş kista zamanı nə göstərişdir?
A) Kistanın elektrokoaqulyasiyası

B) Uroloqun və ginekoloqun dispanser nəzarətinə götürülməsi

C) Kistanın punksiyası

D) Kistaya daimi katetеr- irriqatorun qoyulması

E) Operasiya – transvaginal kistanın kəsilməsi
Ədəbiyyat: А.М. Мажбин. Оперативная урогинекология-М: 1982
826) Uşaqlığın amputasiyasından 12 gün sonra sidik axarı uşaqlıq yolu fistulası formalaşmışdır. Xəstəyə nə göstərişdir?
A) Ureterosistoneostomiya və ya Boari əməliyyatı 6-8 aydan sonra

B) Ureterosistoneostomiya və ya Boari əməliyyatı 3-4 aydan sonra

C) Nefrostomiya və 3-4 ay sonra Boari əməliyyatı

D) Pielostomiya

E) Ureterokutaneostomiya
Ədəbiyyat: Херт Г. Оперативная урогинекология: Руководство для врачей-М. Гэотар-Мед 2003
827) Böyük qanaxma ilə müşayiət olunan keysəriyyə əməliyyatı zamanı xəstədə hər iki sidik axarı bağlanmış, anuriya baş vermişdir. Оna nə göstərişdir?
A) Bir və ya iki tərəfli ureterokutaneostomiya

B) Ureterosistoneostomiya və ya Boari əməliyyatı

C) Konservativ müalicənin davamı

D) Bir və ya ikitərəfli punksion nefrostomiya

E) Yaranın təftişi, sidik axarlarından tikişlərin cıxarılması
Ədəbiyyat: Херт Г. Оперативная урогинекология: Руководство для врачей-М. Гэотар-Мед 2003
828) Sidik kisəsinə kecən uşaqlıq boynunun xərçəngi, makrohematuriya, anemiya, iki tərəfli hidroureteronefrozla müşahidə olunarsa bu zaman nə etməli?
A) Sistostomiya

B) Sidik kisəsinə epsilonaminokapron turşusu, 3% formalinin yeridilməsi

C) Daxili qalca arteriyalarının bağlanması və sistostomiya

D) Hemostatik terapiyanın davamı

E) Ureterokutaneostomiya, daxili qalça arteriyalarının bağlanması
Ədəbiyyat: Херт Г. Оперативная урогинекология: Руководство для врачей-М. Гэотар-Мед 2003
829) Keysəriyyə əməliyyatından sonra 30 yaşli xəstədə sidik axarının aşağı 1/3 hissəsinin7 sm məsafədə obliterasiya qeyd olunur. Bu zaman hansı əməliyyat göstərişdir?
A) Ureterosistoneostomiya

B) Ureterosiqmostomiya

C) Boari əməliyyatı

D) Nefrektomiya

E) Ureterokutaneostomiya
Ədəbiyyat: Херт Г. Оперативная урогинекология: Руководство для врачей-М. Гэотар-Мед 2003

Bölmə 12. Andrologiya və seksopatologiya

830) Monorxizm nədir?
A) Xayanın birtərəfli ageneziyası

B) Xayanın atrofiyası

C) Xayanın hipoplaziyası

D) Birtərəfli kriptorxizm

E) Xayanın qonad ageneziyası
Ədəbiyyat: Крипторхизм. Ерохин А. П., Воложин С. И- М, 1995
831) Anorxizm nədir?
A) Xayaların ikitərəfli enməməsi

B) Qonad ageneziyası

C) Anadangəlmə xayaların hipoplaziyası

D) Hermafroditizm

E) Feminələşici xayaların sindromu
Ədəbiyyat: Крипторхизм. Ерохин А. П., Воложин С. И- М, 1995
832) Hansı ferment testosteronu dihidrotestosterona çevirir?
A) Lipaza

B) NO-sintaza

C) Quanilatsiklaza

D) 5-α reduktaza

E) Amilaza
Ədəbiyyat: Крипторхизм. Ерохин А. П., Воложин С. И- М, 1995
833) Xayanın hansı hüceyrələri endokrin fəaliyyətə cavabdehdir?
A) Leydiq hüceyrələri

B) Haller toru

C) Xayanın ağlı qişası

D) Sertoli hüceyrələri

E) Toxum kanalcıqları
Ədəbiyyat: Крипторхизм. Ерохин А. П., Воложин С. И- М, 1995
834) Kişilərdə sonsuzluq əmələ gəlir?
A) Ekzogen və adətkar intoksikasiya nəticəsində

B) Cinsiyyət orqanlarının anadangəlmə və xromosom inkişaf anomaliyalarında

C) Ağır infeksion - toksik təsir nəticəsində

D) Venoz durğunluq

E) Bütün sadalananlar səbəblərdən
Ədəbiyyat: Крипторхизм. Ерохин А. П., Воложин С. И- М, 1995
835) Spermatogenezə aşağıdakı hansı faktorlar təsir göstərir?

1. İonlaşdırıcı şüalanma

2. Yerli hərarətin yüksəlməsi

3. Alimentar amil

4. Yerin maqnit sahəsi
A) Yalnız 2

B) 1, 2 ,3

C) Yalnız 4

D) 2, 3


E) 1, 4
Ədəbiyyat: Андрология. Мужское здоровье и дисфункция репродуктивной системы Э. Нишлага, Г. М. Бере- М. 2005.
836) Varikosele nəticəsində spermatogenez nəyə görə pozulur?
A) Xaya sinirlərinin zədələnməsi səbəbindən

B) Yerli hərarətin yüksəlməsinə görə

C) İonlaşdırıcı şüalanma səbəbindən

D) Yerin maqnit sahəsinin təsirindən

E) Alimentar amildən
Ədəbiyyat: А. В. Люлько Хирургическая андрология- Киев. 3 изд 2005.
837) Kişilərdə hansı sonsuzluqlar olur?
A) Ekskretor və sekretor

B) İnkretor və sekretor

C) Sekretor

D) İnkretor

E) Ekskretor
Ədəbiyyat: Андрология. Мужское здоровье и дисфункция репродуктивной системы Э. Нишлага, Г. М. Бере- М. 2005.
838) Nə qədər müddətə hamiləlik baş verməyibsə nigah sonsuz sayılır?
A) 3 il müddətində

B) 3 ildən artıq müddətdə

C) 6 ay müddətində

D) 1 il müddətində

E) 2 il müddətində
Ədəbiyyat: П. А. Щеплева, О. И. Аполихина Андрология. Клинические рекомендации-М. 2005.
839) Nisbi sonsuzluqda tətbiq olunan bioloji sınaq hansıdır?
A) Postkoital test

B) Bəbək simptomu

C) Hormonal sınaq

D) Kristalizasiya fenomeni

E) Cinsi xromatinin təyini
Ədəbiyyat: П. А. Щеплева, О. И. Аполихина Андрология. Клинические рекомендации-М. 2005.
840) Kişinin fertillik qabiliyyəti necə təyin edilir?
A) Toxum kisəciklərinin müayinəsi və androgenlərin miqdarının təyini

B) Androgenlərin miqdarının təyini və eyakulyatin müayinəsi

C) Toxum kisəciklərinin və prostat vəzisi şirəsinin müayinəsi

D) Androgenlərin miqdarının təyini

E) Eyakulyatın müayinəsi
Ədəbiyyat: П. А. Щеплева, О. И. Аполихина Андрология. Клинические рекомендации-М. 2005.
841) Eyakulyatın normada miqdarı nə qədərdir?
A) 5 - 7 ml qədər

B) 2 - 5 ml qədər

C) 7 ml-dən artıq

D) 1 ml qədər

E) 2 ml qədər
Ədəbiyyat: В. Е. Мирский, В. В. Михайличенко, В. В. Заезжалкин
842) 1 ml eyakulyatda spermatozoidlərin miqdarının aşağı sərhədi nə qədər olmalıdır?
A) 20 milyon

B) 80 milyon

C) 60 milyon

D) 40 milyon

E) 100 milyon
Ədəbiyyat: П. А. Щеплева, О. И. Аполихина Андрология. Клинические рекомендации-М. 2005.
843) Aktiv hərəkət edən spermatozoidlərin eyakulyatda normada miqdarı nə qədərdir?
A) 60% - dən çox

B) 20% - dən çox

C) 40% - dən çox

D) 50% - dən çox

E) 30% - dən çox
Ədəbiyyat: П. А. Щеплева, О. И. Аполихина Андрология. Клинические рекомендации-М. 2005.
844) Nekrospermiya nədir?
A) Eyakulyatda ancaq spermatogenez hüceyrələrin olması

B) Eyakulyatda spermatozoidlərin olmaması

C) Eyakulyatda spermatogenez elementlərinin olmaması

D) Eyakulyatda ancaq ölü spermatozoidlərin olması

E) Eyakulyatda ancaq zəif hərəkət edən spermatozoidlərin olması
Ədəbiyyat: Андрология. Мужское здоровье и дисфункция репродуктивной системы Э. Нишлага, Г. М. Бере- М. 2005.
845) Aspermiya nədir?
A) Eyakulyatda ancaq spermatogenez hüceyrələrin olması

B) Eyakulyatda spermatogenez hüceyrələrin və spermanın olmaması

C) Eyakulyatda spermatozoidlərin olmaması

D) Eyakulyatda spermatogenez hüceyrələrin olmaması

E) Eyakulyatın ifraz olunmaması
Ədəbiyyat: Андрология. Мужское здоровье и дисфункция репродуктивной системы Э. Нишлага, Г. М. Бере- М. 2005.
846) Sekretor sonsuzluğun səbəbləri nədir?
A) Xayaların ilkin çatışmazlığı

B) Xayaların diskorelyasion çatışmazlığı

C) Xayaların ilkin, ikincili və diskorelasyon çatışmazlığı

D) Xayaların ikincili çatışmazlığı

E) Toxum yollarının obturasiyası
Ədəbiyyat: Андрология. Мужское здоровье и дисфункция репродуктивной системы Э. Нишлага, Г. М. Бере- М. 2005.
847) Ekskretor sonsuzluğu göstərilənlərdən biri istisna olmaqla bütün sadalananlar törədə bilər?
A) Sidik kanalının və cisiyyət vəzi artımlarının xəstəlikləri, inkişaf qüsurları

B) Aspermatizm

C) Toxum çıxarıcı yolların qazanılma destruksiyası

D) Toxum çıxarıcı yolların anadangəlmə və qazanılma obstruksiyası

E) Hipoqonadizm
Ədəbiyyat: Андрология. Мужское здоровье и дисфункция репродуктивной системы Э. Нишлага, Г. М. Бере- М. 2005.
848) Sekretor və ekskretor sonsuzluğun differensasiyası hansı müayinə üsulu ilə aparılır?
A) Xayalığın termoqrafiyası

B) Henitoqrafiya

C) Ultrasonografiya

D) Xayanın biopsiyası və henitografiya

E) Doppleroqrafiya
Ədəbiyyat: Андрология. Мужское здоровье и дисфункция репродуктивной системы Э. Нишлага, Г. М. Бере- М. 2005.
849) Sekretor sonsuzluqda hansı müalicə aparılır?
A) Vitaminlərlə

B) Hormonal dərmanlarla

C) Xayaların köçürülməsilə

D) Vitaminlərlə və hoormonal dərmanlarla

E) Fizioterapevtik müalicə
Ədəbiyyat: Андрология. Мужское здоровье и дисфункция репродуктивной системы Э. Нишлага, Г. М. Бере- М. 2005.
850) Ekskretor sonsuzluqda hansı müalicə aparılır?
A) İynə refleksoterapiya

B) Antibakterial

C) Hormonal

D) Cərrahi müalicə

E) Vitaminoterapiya
Ədəbiyyat: Андрология. Мужское здоровье и дисфункция репродуктивной системы Э. Нишлага, Г. М. Бере- М. 2005.
851) Kişilərdə klimaks aşağıdakı hansı səbəblərdən başlanır?
A) Yaşla əlaqədar cinsiyyət vəzilərin involyusiyası nəticəsində onların hipofunksiyası

B) Prostat vəzinin adenoması ilə əlaqədar

C) Prostat vəzinin adenoması ilə əlaqədar və hipotalamus - hipofiz - xaya hormonal sistemində əmələ gələn dəyişiklər

D) Hipotalamus - hipofiz - xaya hormonal sistemində əmələ gələn dəyişiklər

E) Bütün sadalananlar
Ədəbiyyat: Андрология. Мужское здоровье и дисфункция репродуктивной системы Э. Нишлага, Г. М. Бере- М. 2005.


Каталог: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?


Поделитесь с Вашими друзьями:
1   ...   8   9   10   11   12   13   14   15   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə