Urologiya 30. 01. 2017 Bölmə İctimai səhiyyə və uroloji xidmətin təşkili



Yüklə 1,52 Mb.
səhifə8/16
tarix13.04.2017
ölçüsü1,52 Mb.
#13885
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

Bölmə 7. Sidikdaşı xəstəliyi

429) Hansı regionlarda urolitiazla xəstələnmə daha çox müşahidə olunur?
A) Tropiki nəm iqlimdə

B) Soyuq orta qurşaqlı iqlimdə

C) Quru isti iqlimdə

D) Orta nəmlikli iqlimdə

E) Dəniz kənarı iqlimdə
Ədəbiyyat: Джавад-Заде М.Д., Гамзаева З.К. Почечнокаменная болезнь в Азербайджане: В кн. Клиническая патофизиология почек и водно-солевого обмена, Тез., Иркутск, 1983, с.10.
430) Bunlardan hansı sidikdaşı xəstəliyinin etioloji faktorlarına aiddir?
A) Sidik infeksiyası (pielonefrit)

B) Oksalat turşusu mübadiləsi pozğunluğu

C) Fosfor-kalsium mübadiləsi pozğunluğu

D) Bütün sadalananlar

E) Purin mübadiləsi pozğunluğu
Ədəbiyyat: Джавад-Заде С.М. Современный взгляд на патогенез, течение и лечение мочекаменной болезни // Урология, 1999, №5, с. 10-12.
431) Sidiyin reaksiyası qələvi olduqda hansı daşlar yarana bilər?
A) Oksalat daşları

B) Sidiyin qələvi reaksiyası daşın xarakterinə təsir etmir

C) Sidik turşusu(urat) daşları

D) Sistin daşları

E) Fosfat daşları
Ədəbiyyat: Урология: учебник под ред. Н.А. Лопаткина. Изд. 4-е, переработанное и дополненное.-М.:Медицина, 2002.- 495 с.
432) Hiperkalsemiya və hiperkalsiuriya hansı daşların əmələ gəlməsinə səbəb olur?
A) Fosfat daşlarına

B) Sidikturşusu (urat) daşlarına

C) Oksalat və fosfat daşlarına

D) Sistin daşlarına

E) Heç biri
Ədəbiyyat: Кругляк Л.Г. Камни в почках и другие заболевания мочевыделительной системы. - СПб. : Питер, 2002. - 232 с.
433) Böyrək kanalcıqlarında sidik turşusu reabsorbsiyasının azalması hansı duzların əmələ gəlməsinə gətirib çıxarır?
A) Fosfat duzlarının

B) Oksalat duzlarının

C) Sadalananlardan istəniləninin

D) Sistinli sidik duzlarının

E) Urat (sidik turşusu) duzlarının
Ədəbiyyat: Пытель Ю.А. Уратный нефролитиаз / Ю.А. Пытель. - М. : Медицина, 1995. - 182 с.
434) Aşağıdakılardan hansı sidik daşı xəstəliyinin klinik təsnifatına aid deyil?
A) Daşların sayına görə(tək ,çoxsaylı)

B) Daşların yerləşməsinə görə (kasacıq,ləyən daşı,ikitərəfli kasacıqların daşları)

C) Əmələgəlmə tezliyinə görə (birincili ,residiv)

D) Xarakterinə görə (infeksiyalaşmış infeksiyalaşmamış)

E) Daşların ölçüsünə görə
Ədəbiyyat: Урология: учебник под ред. Н.А. Лопаткина. Изд. 4-е, переработанное и дополненное.-М.:Медицина, 2002.- 495 с.
435) Böyrək daşının əmələ gəlməsinə daha çox nə səbəb olur?
A) Böyrək xarici ləyən

B) Böyrək hipoksiyası

C) Arterial hipertenziya

D) Böyrək daxili ləyən, pielonefrit və urodinamikanın pozulması

E) Xroniki qlomerulonefrit
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
436) Sidik daşlarının yaranmasına və inkişafına təsir etməyən faktorlara nə aiddir?
A) Sidikdə müdafiə kolloidlərinin olmaması və ya konsentrasiyasının aşağı olması

B) Sidiyin yüksək qatılığı

C) Urostaz

D) Sidikdə oksalatın, sidik turşusunun, kalsiumun konsentrasiyasının yüksək olması

E) Qanda Na və kreatinin səviyyəsinin yüksək olması
Ədəbiyyat: Урология. Пер. с англ. Резник М.И., Шеффер Э. Дж. М. - Спб.: ЗАО "Издательство БИНОМ" "Невский диалект", 2002. 264 С.
437) Obstruktiv pielonefritlə ağırlaşma zamanı böyrək sancılarını aşağıdakılardan hansı ilə differensasiya etmək lazımdır?
A) Mədə və onikibarmaq bağırsaq xorasının deşilməsi ilə

B) Sadalananların hamısı ilə

C) Kəskin xolesistitlə

D) Uşaqlıqdankənar hamiləlik ilə

E) Kəskin apendisit və kəskin pankreatit ilə
Ədəbiyyat: Урология-национальное руководство под ред. акад РАМН -Н.А. Лопаткина.
438) Urat daşları olan xəstənin müalicəsində aşağıddakıalrdan hansı doğrudur?
A) Bitki mənşəli qidaların artırılması

B) Gün ərzində qəbul edilən mayenin artırılması(sutkada 2000 ml-dən artıq maye)

C) Sadalananların hamısı

D) Sidiyin qələviləşməsi üçün 3-7 mmol kalium hidrokarbonatın sutkada 2-3 dəfə təyin edilməsi

E) Ət məhsullarının azaldılması
Ədəbiyyat: Урология-национальное руководство под ред. акад РАМН -Н.А. Лопаткина.
439) Perkutan nefrolitotripsiyanın ağırlaşmaları aşağıdakılardan hansılardır?
A) Plevral boşluq və ya qarın boşluğu orqanlarının zədələnməsi

B) Magistral damarların zədələnməsi

C) Sadalananların hamısı

D) Kəskin pielonefrit

E) Kapsulaltı və yaxud paranefral hematomanın əmələ gəlməsi
Ədəbiyyat: Урология-национальное руководство под ред. акад РАМН -Н.А. Лопаткина.
440) Bunlardan hansı sidik yollarında daşların yaranmasına və inkişafına səbəb olmur?
A) Sidikdə oksalat və sidik turşularının çox olması

B) Sidiyin yüksək qatılığı

C) Urostaz

D) Tikiş materialı (ipək, lavsan və s.)

E) Sidikdə kreatinin və sidik cövhərinin yüksək olması
Ədəbiyyat: Урология для врачей общей практики. /ред. Л.Липшульц, И.Клайнман/.- С-Петербург.-1997 .-250с.
441) Daş əmələgəlmənin risk faktorlarına nə aid deyil?
A) Qanda və sidikdə oksalat turşusunun, sidik turşusunun və kalsiumun miqdarının yüksək olması

B) Leykosituriya, eritrosituriya

C) Uraturiya, oksalaturiya

D) Qanda sidik jövhəri və kreatininin yüksək olması

E) Fosfaturiya.
Ədəbiyyat: Урология для врачей общей практики. /ред. Л.Липшульц, И.Клайнман/.- С-Петербург.-1997 .-250с.
442) Hansı daşlar rentgenneqativdir?
A) Fosfatlar

B) Uratlar

C) Oksalatlar

D) Uratlar və oksalatlar

E) Qarışıq tərkibli daşlar
Ədəbiyyat: Ужегов Г.Н. Почечно-каменная болезнь : Симптомы, лечение, профилактика / Г.Н.Ужегов. - М. : Вече, 2002. -158 с.
443) Hansı daşlar rentgenpozitivdir?
A) Fosfatlar və uratlar

B) Uratlar

C) Uratlar və oksalatlar

D) Oksalatlar + fosfatlar

E) Fosfatlar
Ədəbiyyat: Ужегов Г.Н. Почечно-каменная болезнь : Симптомы, лечение, профилактика / Г.Н.Ужегов. - М. : Вече, 2002. -158 с.
444) Sidikdaşı xəstəliyində xroniki pielonefriti neçə faiz hallarda aşkar edirlər?
A) 100%-hallarda

B) 80%-hallarda

C) 10%-hallarda

D) 30%-hallarda

E) 50%-hallarda
Ədəbiyyat: Урология. Пер. с англ. Резник М.И., Шеффер Э. Дж. М. - Спб.: ЗАО "Издательство БИНОМ" "Невский диалект", 2002. 264 С.
445) Neçə faiz hallarda pielonefrit sidikdaşı xəstəliyinin əmələ gəlməsindən əvvəl yaranır, yəni birincili olur?
A) 50%-hallarda

B) 30%-hallarda

C) 80%-hallarda

D) 10%-hallarda

E) 90%-hallarda
Ədəbiyyat: Урология для врачей общей практики. /ред. Л.Липшульц, И.Клайнман/.- С-Петербург.-1997 .-250с.
446) Sidik turşusu (urat) urolitiazın diaqnostikasında hansı müayinədən istifadə olunmur?
A) Qanda sidik turşusunun təyini

B) Sutkaliq sidikdə sidik turşusunun təyini

C) Böyrəklərin ultrasəs skanerlənməsi

D) Qanda turş və qələvi fosfatazanın təyini

E) Obzor və ekskretor uroqrafiya
Ədəbiyyat: Александров В.П., Тиктинский О.Л. Мочекаменная болезнь. СПб.-2001.
447) Kəskin obstruktiv pielonefritin təcili diaqnostikasında hansı ardıcıllıq daha optimaldır?
A) Sidik axarının müalicə-diaqnostik kateterizasiyası, arterial təzyiq və nəbzin ölçülməsi

B) Qanın və sidiyin kliniki analizləri, sidik axarının müalicə-diaqnostik kateterizasiyası

C) Radioizotop renoqrafiya, sidik axarının müalicə-diaqnostik kateterizasiyası, arterial təzyiq və nəbzin ölçülməsi

D) Qanın və sidiyin kliniki analizləri, böyrəklərin ultrasəs müayinəsi

E) Arterial təzyiq və nəbzin ölçülməsi, böyrəklərin ultrasəs skanirlənməsi, qanın və sidiyin kliniki analizləri, icmal və ekskretor uroqrafiya, sidik axarının müalicə-diaqnostik kateterizasiyası
Ədəbiyyat: Джавад-Заде С.М. Мочекаменная болезнь в эндемическом регионе // Военное издательство, Баку, 1996, 126с.
448) Hansı halda böyrək arterioqrafiyası məqsədəuyğundur?
A) Heç bir halda

B) Böyrək kasacıqlarının daşında

C) Süngəri böyrək və çoxlu daşlar zamanı

D) Böyrəyin mərcanvari daşında

E) Böyrək ləyəninin daşında
Ədəbiyyat: Оперативная урология: руководство для врачей ./ ред.Н.А.Лопаткин, И.П.Шевцов/.- Л.: Медицина.-1986.
449) Aşağıdakılardan hansı sidik daşı xəstəliyinin risk faktorlarına aiddir?
A) Alimentar faktor

B) Endemik zonalarda yaşamaq

C) Sadalananların hamısı

D) İrsi faktor

E) Sidik çıxarıcı yolların anomaliyaları
Ədəbiyyat: Урология-национальное руководство под ред. акад РАМН -Н.А. Лопаткина.
450) Retroqrad ureteropieloqrafiya nə zaman məqsədəuyğundur?
A) Kasajıqların, ləyənin və sidik axarının daşında(fosfat)

B) Böyrək ləyəni və sidik axarının daşında(oksalat)

C) Bütün hallarda

D) Heç bir halda

E) Sidik axarı, ləyən və kasajıqların daşında (urat)
Ədəbiyyat: Мартин И. Резник, Эндрю К. Новик Секреты урологии //(перевод под ред. С.Х. Аль-Шукри), Изд. 3, перераб. и доп.- М., 2003.- 400 с.
451) Radioizotop renoqrafiyası nə zaman məqsədəuyğundur?
A) Heç bir halda

B) Hər iki sidik axarlarının daşında

C) Böyrəklərin mərcanvari daşında

D) Bütün hallarda

E) Hər iki böyrəyin daşlarında
Ədəbiyyat: Урология для врачей общей практики. /ред. Л.Липшульц, И.Клайнман/.- С-Петербург.-1997 .-250с.
452) Böyrəklərin ultrasəs müayinəsinin aparılması nə zaman məqsədəuyğundur?
A) Böyrəklərin mərcanvari daşlarında

B) Bütün hallarda

C) Böyrək kasacıqlarının urat daşına şübhə olduqda

D) Sidik axarının daşında

E) Heç bir halda
Ədəbiyyat: Урология для врачей общей практики. /ред. Л.Липшульц, И.Клайнман/.- С-Петербург.-1997 .-250с.
453) İcmal və ekskretor uroqrafiya nə zaman məqsədəuyğundur?
A) Ancaq böyrəyin mərcanvari daşında və sidik axarının urat daşında

B) Hər iki böyrək ləyənlərinin daşlarında

C) Sidik axarının urat daşında

D) Böyrəyin (hər ikisinin) mərcanvari daşında

E) Bütün hallarda
Ədəbiyyat: Джавад-Заде С.М. Мочекаменная болезнь в эндемическом регионе // Военное издательство, Баку, 1996, 126с.
454) Sidiyin Neçiporenko üsulu ilə müayinəsi nə zaman məqsədəuyğundur?
A) Bütün hallarda

B) Kəskin irinli pielonefritdə

C) Heç bir halda

D) Böyrəklərin mərcanvari daşlarında və piuriyada

E) Xroniki kalkulyoz pielonefritin aktiv fazasında
Ədəbiyyat: Руководство по клинической урологии Пер. с англ. Под ред. Ф.Ханно, С.Б.Малковича, А.Дж.Уэфна - М.: Медицинской информационного агенство, 2004. - 328 С.
455) Sidiyin mikrofloraya görə əkilməsi nə zaman məqsədəuyğundur?
A) Bütün hallarda

B) Kəskin seroz pielonefrit və böyrək daşında

C) Sidik axarının daşı və kəskin irinli pielonefritdə

D) Heç bir halda

E) Xroniki pielonefritin fəal iltihabi mərhələsində
Ədəbiyyat: Урология: учебник под ред. Н.А. Лопаткина. Изд. 4-е, переработанное и дополненное.-М.:Медицина, 2002.- 495 с.
456) Zimnitski sınağı nə zaman məqsədəuyğundur?
A) Sidik axarının urodinamikanı pozan daşlarında

B) Böyrək ləyəninin urodinamikanı pozan daşlarında

C) Böyrəklərin mərcanvari daşlarında və böyrək çatışmazlığına şübhə olduqda

D) Böyrək kasacıqlarının daşında

E) Böyrək ləyəninin urodinamikanı pozmayan daşlarında
Ədəbiyyat: Оперативная урология. Классика и новации: руководство для врачей. Л.Г.Манагадзе, Н.А.Лопаткин, О.Б.Лоран, Д.Ю.Пушкарь, С.П.Даренков, Н.Л.Турманидзе, Р.Гогенфеллнер. М.: Медицина, 2003.-740с.;ил.
457) Uroloji praktikada biopsiyanın hansı növündən istifadə etmək olar?
A) Endoskopik biopsiya

B) Punksion biopsiya

C) Aspirasion biopsiya

D) İnsizion biopsiya

E) Bütün sadalananlardan
Ədəbiyyat: Урология-национальное руководство под ред. акад РАМН -Н.А. Лопаткина.
458) Genital herpesin müalicə prinsiplərinə aşağıdakılardan hansı aid deyil?
A) Herpesin ilk klinik epizodlarının müalicəsi

B) Residivlərin müalicəsi

C) Uzun sürən supressiv terapiya

D) Palçıq müalicəsi

E) Müalicənin mümkün qədər erkən başlanması
Ədəbiyyat: Урология-национальное руководство под ред. акад РАМН -Н.А. Лопаткина.
459) Xəstədə urat daşları və duzları sərbəst düşürlər. Diaqnostikada təklif olunanlardan daha vacib müayinələr hansıdır?
A) Müayinənin bütün növləri

B) Qanda transaminaza, qanda sidik turşusu, böyrəklərin ultrasəs müayinəsi

C) Sidiyin ümumi analizi, sutkalıq sidikdə sidik turşusu, qanda sidik turşusu, icmal və ekskretor uroqrafiya, böyrəklərin ultrasəs müayinəsi

D) Sidiyin ümumi analizi, icmal uroqrafiya, böyrəklərin ultrasəs müayinəsi

E) Sidiyin ümumi analizi, sutkalıq sidikdə sidik turşusu, qanda transaminaza
Ədəbiyyat: Руководство по клинической урологии Пер. с англ. Под ред. Ф.Ханно, С.Б.Малковича, А.Дж.Уэфна - М.: Медицинской информационного агенство, 2004. - 328 С.
460) Oksalat daşları və duzları sərbəst xaric olurlar. Lazım olan müayinə variantları hansıdır?
A) Bütün sadalananlar

B) Sidiyin ümumi müayinəsi, sutkalıq sidikdə kalsiumun təyini, sidiyin mikrofloraya görə əkilməsi

C) Qan zərdabında kalsium və fosfor

D) İcmal və ekskretor uroqrafiya

E) Böyrəklərin ultrasəs müayinəsi
Ədəbiyyat: Урология для врачей общей практики. /ред. Л.Липшульц, И.Клайнман/.- С-Петербург.-1997 .-250с.
461) Fosfat daşları və duzları sərbəst xaric olurlar, müayinənin lazımi variantları hansıdır?
A) Böyrəklərin ultrasəs müayinəsi

B) Qan zərdabında kalsium və fosforun təyini

C) İcmal və ekskretor uroqrafiya

D) Bütün sadalananlar

E) Qanın ümümi müayinəsi və sidiyin mikrofloraya görə əkilməsi, sidiyin pH-ı, sutkalıq sidikdə kalsiumun təyini
Ədəbiyyat: Урология для врачей общей практики. /ред. Л.Липшульц, И.Клайнман/.- С-Петербург.-1997 .-250с.
462) Xəstədə sidik axarının aşağı üçdə birinin 3mm daşı, ureteropieloektaziya(daşdan yuxarı) qeyd olunur. Müalicənin düzgün üsulu hansıdır?
A) Su yükü: gündə 1,5 L+ furosemid

B) Spazmolitik vasitələr, sidik axarını stimulyasiya edən fizioterapiya və su yükü

C) Spazmolitik vasitələr

D) Sidik axarını stimulyasiya edən fizioterapiya və su yükü

E) Sidik axarını stimulyasiya edən fizioterapiya
Ədəbiyyat: Александров В.П., Тиктинский О.Л. Мочекаменная болезнь. СПб.-2001.
463) Poliklinikada xəstəyə böyrək sancısı diaqnozu qoyulmuşdur, 3 gündür temperaturu 38,3 °C -dir, üşütməsi var.Həkimin taktikası necə olmalıdır?
A) Terapevtik şöbəyə yerləşdirmək

B) Evdə antibiotiklərlə müalicə etmək

C) Təcili uroloji stasionara yerləşdirmək ,spazmolitik və ağrıkəsicilər təyin etmək

D) Ağırkəsicilır, antibiotiklər təyin etmək

E) Arterial təzyiqi ölçmək
Ədəbiyyat: Руководство по клинической урологии Пер. с англ. Под ред. Ф.Ханно, С.Б.Малковича, А.Дж.Уэфна - М.: Медицинской информационного агенство, 2004. - 328 С.
464) Xəstədə hər iki sidik axarının aşağı üçdə birinin daşı, böyrək sancısı. sağtərəfli kəskin irinli pielonefrit, bakteremik şok qeyd olunur.Təcili yardım zamanı əvvəlcə ilk növbədə nə etmək lazımdır?
A) Təcili sağtərəfli punksion nefrostomiya etmək

B) Təcili sağtərəfli ureterolitotomiya aparmaq

C) Təcili sağ böyrəyin dekapsulyasiyası, nefrostomiya etmək

D) Venadaxili kortikosteroidlər, poliqlukin, ürək-damar preparatları yeritmək

E) Sağ sidik axarının kateterizasiyası
Ədəbiyyat: Руководство по клинической урологии Пер. с англ. Под ред. Ф.Ханно, С.Б.Малковича, А.Дж.Уэфна - М.: Медицинской информационного агенство, 2004. - 328 С.
465) Xəstədə 24 saatdı anuriya qeyd edilir, anamnezində urat daşlarının və duzlarının düşməsi qeyd olunur. Hansı təcili yardım göstərilməlidir?
A) Sidik axarlarının kateterizasiyası

B) Venadaxili 1 litr fizioloji məhlul

C) Təcili punksion nefrostomiya

D) Xəstəni nefroloji stasionara yerləşdirmək

E) Venadaxili 100 mq furosemid
Ədəbiyyat: Руководство по клинической урологии Пер. с англ. Под ред. Ф.Ханно, С.Б.Малковича, А.Дж.Уэфна - М.: Медицинской информационного агенство, 2004. - 328 С.
466) Urodinamika pozulmadan böyrək ləyəninin 25 x 25 mm ölçüdə (rentgenneqativ) urat daşı var. Hansı müalicəni başlamaq daha çox məqsədəuyğundur?
A) Dəridən punksion nefrolitolapaksiya ilə

B) Litolizdən (konservativ müalicə)

C) Distansion zərbə dalğalı litotripsiyadan

D) Pielolitotomiyadan

E) Müdaxilə göstəriş deyildir
Ədəbiyyat: Пытель Ю.А. Уратный нефролитиаз / Ю.А. Пытель. - М. : Медицина, 1995. - 182 с.
467) Urodinamiki pozğunluq olmadan böyrək ləyəninin 15x15 mm ölçülü oksalat daşında daha çox nə məqsədəuyğundur?
A) Dəridən punksion nefrolitolapaksiya

B) Müdaxilə göstəriş deyildir

C) Litoliz

D) Distansion zərbə dalğalı litotripsiya

E) Pielolitotomiya
Ədəbiyyat: Аль-Шукри С.Х., Ткачук В.Н., Дубинский В.Я. Дистанционная ударноволновая литотрипсия при различных клинических формах нефролитиаза.// СПб.-1997.- 190 с.
468) Urodinamik pozğunluq olmadan böyrək ləyəninin 10x10mm ölçülü fosfat daşı, xroniki latent pielonefritdə daha məqsədəuyğun müalicə üsulu hansıdır?
A) Zərbə-dalğalı litotripsiya

B) Litoliz

C) Pielolitotomiya

D) Müdaxilə göstəriş deyil

E) Dəridən punksion nefrolitolapaksiya
Ədəbiyyat: Оперативная урология. Хинман Ф., Пер. с англ. - М.: Геотар-Мед. 2003. - 1192 С.
469) Böyrək ləyəninin 20 x 18 mm ölçülü urat daşı, xroniki pielonefrit aktiv faza, pedinkulit, periureterit, hidrokalikozda müalicə üçün nə tətbiq etmək lazımdır?
A) Pielolitotomiya, ureteroliz

B) Litoliz

C) Punksion nefrolitotomiya

D) Zərbə-dalğalı litotripsiyanı

E) Antibakterial terapiya, operativ müdaxilə olmadan
Ədəbiyyat: Руководство по урологии. В 3-х томах. Под руководством Н.А.Лопаткина. М.Медицина, 1998.
470) Böyrək ləyəninin 25-30mm ölçüdə oksalat daşı, xroniki latent pielonefrit və kəskin hidrokalikozda nə göstərişdir?
A) Pielolitotomiya

B) Zərbə-dalğalı litotripsiya

C) Sidik axarının kateterizasiyası

D) Litoliz

E) Müdaxilə göstəriş deyil
Ədəbiyyat: Руководство по урологии. В 3-х томах. Под руководством Н.А.Лопаткина. М.Медицина, 1998.
471) Böyrək ləyəninin 15x16 mm oksalat daşında urodinamika pozulmadıqda optimal müalicə üsulu hansıdır?
A) Litoliz

B) Sanator-kurort müalicəsi

C) Pielolitotomiya

D) Distansion zərbə dalğalı litotripsiya

E) Punksion nefrolitoekstraksiya
Ədəbiyyat: Аль-Шукри С.Х., Ткачук В.Н., Дубинский В.Я. Дистанционная ударноволновая литотрипсия при различных клинических формах нефролитиаза.// СПб.-1997.- 190 с.
472) Xəstədə böyrəkdaxili ləyənin rentgenkontrast mərcanvari daşı, urodinamiki pozğunluq olmadan xroniki latent pielonefrit var. Ona hansı məsləhəti vermək olar?
A) Seksion nefrolitotomiya, nefrostomiya

B) Pielolitotomiya, nefrostomiya

C) Litoliz

D) Punksion nefrostomiya, nefrolitotomiya

E) Müdaxilə aparmamaq, dinamiki nəzarət
Ədəbiyyat: Трапезникова М. Ф., Дутов В. В. Рамки применения ДУВЛ-монолитотрипсии при коралловидных камнях почек Врачебное сословие. 2005.; 7: 4-6.
473) 40 yaşlı xəstədə böyrəkdaxili ləyənin rentgenkontrast mərcanvari daşı, hidrokalikoz, xroniki pielonefrit aktiv fazadadır. Onun müalicəsinə nə aiddir?
A) Litoliz

B) Punksion nefrolitotomiya

C) Zərbə-dalğalı litotripsiya

D) Müdaxilə aparmamaq

E) Pielolitotomiya, mümkündür nefrolitotomiya və nefrostomiya
Ədəbiyyat: Руководство по урологии. В 3-х томах. Под руководством Н.А.Лопаткина. М.Медицина, 1998.
474) 20 yaşlı xəstədə böyrəkxarici ləyənin rentgenkontrast mərcanvari daşı, xroniki latent pielonefrit, pedinkulitdir. Onun optimal müalicə üsulu hansıdır?
A) Müdaxilə aparmamaq

B) Pielolitotomiya, nefrostomiya, ureteroliz

C) Seksion nefrolitotomiya, nefrostomiya

D) Zərbə-dalğalı litotripsiya

E) Litoliz
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М. 2005 г.
475) 55 yaşlı xəstədə böyrəkxarici ləyəndə rentgenkontrast mərcanvari daş, aktiv fazalı xroniki pielonefrit, pedinkulitdir. Xəstəyə nə məsləhət görmək lazımdır?
A) Müdaxilə aparmamaq

B) Punksion nefrostomiya, litotripsiya ilə kombinasiyada

C) Seksion nefrolitotomiya, nefrostomiya

D) Arxa-köndələn pielolitotomiya, nefrostomiya, ureteropieloliz

E) Litoliz
Ədəbiyyat: M.C.Cavad-Zadə, K.A.İsmayılov. Urologiya. Tibb institutu üçün dərslik. Bakı-1989.
476) Süngərvari böyrəklərdə, böyrək parenximasının çoxsaylı daşlarında, aktiv fazalı xroniki pielonefritdə nə məqsədəuyğundur?
A) Cərrahi müdaxilə olmadan antibakterial terapiya

B) Litoliz

C) Nefrolitotomiya və nefrostomiya

D) Zərbə-dalğalı litotripsiya

E) Punksion nefrolitotomiya
Ədəbiyyat: M.C.Cavad-Zadə, K.A.İsmayılov. Urologiya. Tibb institutu üçün dərslik. Bakı-1989.
477) 35 yaşlı xəstədə böyrəkxarici ləyəndə lokalizasiya olunmuş ikitərəfli mərcanvari daş, urodinamikanın mülayim pozğunluğu, pielonefritdir. Ona nə məsləhət görmək olar?
A) İkitərəfli punksion nefrostomiya

B) Litoliz

C) İkitərəfli pielolitotomiya, nefrostomiya

D) Birtərəfli pielolitotomiya, nefrostomiya

E) Müdaxilə göstəriş deyil
Ədəbiyyat: Оперативная урология: руководство для врачей ./ ред.Н.А.Лопаткин, И.П.Шевцов/.- Л.: Медицина.-1986.
478) 50 yaşlı xəstədə sağdan pionefroz, soldan mərcanvari daş və xroniki pielonefritdir. Ona nə məsləhət görmək lazımdır?
A) Soldan zərbə-dalğalı litotripsiya

B) Müdaxilə göstəriş deyildir

C) Soldan pielolitotomiya və nefrostomiya

D) Sağdan nefrektomiya

E) Sağdan nefrektomiya, eyni zamanda soldan pielolitotomiya nefrostomiya
Ədəbiyyat: Оперативная урология: руководство для врачей ./ ред.Н.А.Лопаткин, И.П.Шевцов/.- Л.: Медицина.-1986.
479) Hər iki böyrəyin kasacıqlarının urat daşlarında, xroniki latent pielonefrit fonunda nə göstərişdir?
A) Litoliz

B) Zərbə-dalğalı litotripsiya

C) Sanator-kurort müalicəsi

D) Cərrahi müalicə

E) Punksion nefrolitotomiya
Ədəbiyyat: Пытель Ю.А. Уратный нефролитиаз / Ю.А. Пытель. - М. : Медицина, 1995. - 182 с.
480) Sidikliyin 30-25 mm ölçülü urat daşı və prostat vəzinin adenomasında nə məsləhət vermək lazımdır?
A) Müdaxilə göstəriş deyildir

B) Litoliz

C) Sistolitotomiya və sistostomiya

D) Sistolitotomiya, adenomektomiya və sistostomiya

E) Zərbə-dalğalı litotripsiya
Ədəbiyyat: Оперативная урология: руководство для врачей ./ ред.Н.А.Лопаткин, И.П.Шевцов/.- Л.: Медицина.-1986.
481) Ləyən -sidik axarı seqmentinin urat daşı, kəskin seroz pielonefritdə nə göstərişdir?
A) Pielolitotomiya, böyrəyin təftişi (nefrostomiya)

B) Zərbə-dalğalı litotripsiya

C) Sidik axarının kateterizasiyası

D) Punksion nefrolitotomiya

E) Antibiotiklər, konservativ müalicə
Ədəbiyyat: Пытель Ю.А. Уратный нефролитиаз / Ю.А. Пытель. - М. : Медицина, 1995. - 182 с.
482) Böyrək ləyəninin 15-17 mm ölçülü zəif kontrastlı, (şərti 85%-urat, +15%-oksalat) daşı, xroniki latent pielonefritdə nəyi məsləhət görmək mümkün deyil?
A) Punksion nefrolitotomiya

B) Pielolitotomiya

C) Hamısı doğrudur

D) Zərbə-dalğalı litotripsiya

E) Litoliz
Ədəbiyyat: Аль-Шукри С.Х., Ткачук В.Н., Дубинский В.Я. Дистанционная ударноволновая литотрипсия при различных клинических формах нефролитиаза.// СПб.-1997.- 190 с.


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin