Urologiya 30. 01. 2017 Bölmə İctimai səhiyyə və uroloji xidmətin təşkili


) Passiv sidiklik-sidik axarı reflyuksu hansı müayinə üsulu ilə aşkar edilir?



Yüklə 1,52 Mb.
səhifə16/16
tarix13.04.2017
ölçüsü1,52 Mb.
#13885
1   ...   8   9   10   11   12   13   14   15   16

919) Passiv sidiklik-sidik axarı reflyuksu hansı müayinə üsulu ilə aşkar edilir?
A) Ultrasonoqrafiya

B) Ekskretor uroqrafiya

C) Sistoskopiya

D) Sistoqrafiya

E) Urodinamik müayinələr
Ədəbiyyat: Детская урология: Пугачев А. Г., руководство для врачей- М: Геотар-Медиа 2009
920) Sidiklik-sidik axarı reflyuksun cərrahi müalicəsinə göstərişlər arasında hansı birindən başqa qalanları düzgündür?
A) Xroniki pielonefritin tez-tez kəskinləşməsi

B) Parenximada çapıqların formalaşması

C) Mənsəblərin lateral ektopiyası

D) Böyrək fəaliyyətinin zəifləməsi

E) Sidik ifrazının pozğunluqları
Ədəbiyyat: Реконструктивно-пластические операции на мочевых путях у детей
921) Uşaqlarlarda normal sidik ifrazı ilə yanaşı sidiyin daimi axması nə zaman xarakterikdir?
A) Ektopik ureterosele zamanı

B) Total epispadiya zamanı

C) Arxa uretranın klapanı üçün

D) Sidik axarı mənsəbinin sfinkterdənxaric ektopiyası zamanı

E) Neyrogen sidik kisəsi üçün
Ədəbiyyat: Реконструктивно-пластические операции на мочевых путях у детей
922) Uşaqlarda sidik kisəsi divertikulunun təyinində aşağıdakılardan hansı xarakterik əlamət deyil?
A) Qazanılma divertikul (yalançı)

B) Çoxsaylı divertikul

C) Anadangəlmə divertikul (həqiqi)

D) Pieloektaziya

E) Tək divertikul
Ədəbiyyat: Детская урология:руководство для врачей- М: Геотар-Медиа Пугачев А. Г 2009
923) 3 yaşlı uşaqda qasıq yırtığı və kriptorxizm ağrılarla müşahidə olunarsa müalicə taktikası necə olmalıdır?
A) Təcili cərrahi müalicə

B) 5 yaşdan yuxarı cərrahi müalicə

C) Planlı cərrahi müalicə

D) Hormonal terapiya

E) Qısamüddətli hormonal müalicə kursu və cərrahi müalicə
Ədəbiyyat: Urological surgery. Sam D. Graham, Jr, M. D Virgina Urology Center Richmond 2006
924) 1,5 yaşadək uşaqlarda xaya hidropsunun əmələ gəlmə səbəbi hansıdır?
A) Döldaxili yüksək təzyiqin olması

B) Peritonun yataq çıxıntısının bitişməməsi

C) Sidik yollarının infeksiyası

D) Qan damarları və limfa sistemi arasında olan disprporsiya

E) Qasıq-xayalıq nahiyəsinin travması
Ədəbiyyat: Детская урология:руководство для врачей- М: Геотар-Медиа Пугачев А. Г 2009
925) Kriptorxizmin etiologiyasında göstərilən səbəblərdən hansı birindən başqa qalanları düzgündür?
A) Xaya ayaqcığının qısa olması

B) Qasıq yırtığına çönən peritonun yataq çıxıntısı

C) Embrional bağlar

D) Hormonal çatışmazlıq

E) Xayanın hipoplaziyası
Ədəbiyyat: Крипторхизм. Ерохин А. П., Воложин С. И- М, 1995
926) Kriptorxizmin ağırlaşmaları göstərilən səbəblərdən hansı birindən başqa qalanları düzgündür?
A) Xayanın maliqnizasiyası

B) Meatostenoz

C) Autoimmun proseslər və kontrlateral sağlam xayanın zədələnməsi

D) Sonsuzluq

E) Xayanın burulması
Ədəbiyyat: Ерохин А. П., Воложин С. И. Крипторхизм.- М, 1995
927) Birtərəfli kriptorxizmi olan xəstələrdə fertillik necədir?
A) Kriptorxizmin növündən asılıdır

B) 80%-ə qədər saxlanılır

C) 60-65%-ə qədər saxlanılır

D) Sağlam xaya hesabına 100% saxlanılır

E) Çox hallarda xəstələr infertildir
Ədəbiyyat: Ерохин А. П., Воложин С. И.Крипторхизм.- М, 1995
928) İkitərəfli kriptorxizmi olan xəstələrdə fertillik saxlanılır
A) 12-20%-dən yüksək deyil

B) 100%


C) Xəstələr infertildir

D) 25%


E) 40%
Ədəbiyyat: Крипторхизм. Ерохин А. П., Воложин С. И- М, 1995
929) Orxiopeksiyanın prinsipləri arasında ən əsası hansıdır?
A) Xaya və onun elementlərını zədələməmək

B) Xayanı qaldıran əzələnin kəsilməsi

C) Xayanın elementləri ilə birlikdə gərginlik yaratmadan endirilməsi

D) Daimi traksiya və dartilma üçün şəraitin yaradılması

E) Xayanın ətli qişaya etibarlı fiksasiyası
Ədəbiyyat: Крипторхизм. Ерохин А. П., Воложин С. И- М, 1995
930) Xayanın qasıq retensiyası üçün nə xarakterikdir?
A) Palpasiya zamanı xayanın aralıq tərəfə yerini dəyişməsi

B) Palpasiya zamanı xayanın təyin edilməməsi

C) Palpasiya zamanı xayanın qasıqüstü nahiyəyə tərəf yerini dəyişməsi

D) Qasıq kanalı boyunca xayanın yerini dəyişməsi

E) Palpasiya zamanı xayanın bud tərəfə yerini dəyişməsi
Ədəbiyyat: Крипторхизм. Ерохин А. П., Воложин С. И- М, 1995
931) Uşaqlarda varikoselenin diaqnostikasına aşağıdakılardan hansı aiddir?

1. Palpasiya

2. Ultrasəs müayinəsi

3. Doppleroqrafiya

4. Diafanoskopiya
A) Yalnız 4

B) 1, 2, 3

C) 2, 3, 4

D) 3, 4


E) 2, 3
Ədəbiyyat: Tüm Tus Soruları,Eylül 2008,cild 5,2936 səh.
932) Xayanın aralıq ektopiyası üçün nə xarakterikdir?
A) Xaya palpasiya olunmur

B) Xaya dərialtı yerləşir və qasıq kanalı boyu yerini dəyişir

C) Xaya sərbəst olaraq xayalığa düşür

D) Xaya aralıqda təyin olunur

E) Xaya dərialtı yerləşir və buda doğru yerini dəyişir
Ədəbiyyat: Крипторхизм. Ерохин А. П., Воложин С. И- М, 1995
933) Xayanın yalançı retensiyasını əmələ gətirən səbəb hansıdır?
A) Hipofiz-hipotalamus səviyyəsində hormonal requlyasiyanın pozulması

B) Xayanın enmə prosesinin pozulması

C) Antenatal patologiyalar

D) Kremaster refleksin yüksək olması

E) Hormonal disbalans
Ədəbiyyat: Крипторхизм. Ерохин А. П., Воложин С. И- М, 1995
934) Silikon endoprotezlə xayanın protezləşdirilməsinin məqsədləri arasında hansı birindən başqa qalanları düzgündür?
A) Kosmetik qüsurların bərpası

B) Dismorfofobik həyəcanlanmanın profilaktikası

C) Fertilliyin bərpası

D) Psixopatiyanın profilaktikası

E) Sosial adaptasiyanın yaxşılaşdırılması
Ədəbiyyat: Крипторхизм. Ерохин А. П., Воложин С. И- М, 1995
935) Xayanın burulması üçün nə xarakterikdir?
A) Ani başlanğıcla, hiperemiya, tədricən ödemin çoxalması əlamətləri

B) Zəif, az qeyd edilən ağrı əlamətlərı

C) Zəif hiperemiya və ağrısız xayalıq ödemi

D) Ani başlanğıcla xəstəliyin tezliklə xayalığın ödeminə keçməklə kəskin ağrı sindromu və xayalığın hiperemiyası əlamətləri

E) Yaşdan asılı olaraq qeyd olunan əlamətlər
Ədəbiyyat: Основы хирургической андрологии. А. Люлько, Н. Минков- К 1993
936) «Kəskin xayalıq» sindromuna gətirib çıxaran xəstəliklərin hansı birindən başqa qalanları düzgündür?
A) Xayanın burulması

B) Xayanın postravmatik zədələnməsi

C) Xaya artımının burulması

D) Xaya və xaya artımı hidatidinin burulması

E) Kriptorxizm
Ədəbiyyat: Основы хирургической андрологии. А. Люлько, Н. Минков- К 1993
937) Sidik kisəsinin neyrogen disfunksiyalarında ən informativ müayinə üsulu hansıdır?
A) Profilometriya

B) Uretranin profloumetriyası

C) Ureteromanometriya

D) Retroqrad sistometriya

E) Sistoqrafiya
Ədəbiyyat: М. Д. Джавадзаде, Э. Я Гусейнов Реконструктивно-пластические операции на мочевых путях у детей Баку: Чашыоглу, 2005. 292стр
938) Enurezin mahiyyəti nədir?
A) Fiziki gərginliklə əlaqədar sidiyin qeyri iradi olaraq itirilməsi

B) İmperativ sidiyin saxlanılmazlığı

C) Yuxu zamanı sidiyin qeyri iradi olaraq yatağa ifrazı

D) Sidik ifrazının pozğunluğu

E) Gecə vaxtı fizioloji sidik ifrazı
Ədəbiyyat: М. Д. Джавадзаде, Э. Я Гусейнов Реконструктивно-пластические операции на мочевых путях у детей Баку: Чашыоглу, 2005. 292стр
939) Varikoselenin müalicəsinə aşağıdakılardan hansı aid deyil?

A) Sol xaya venasının bağlanması və kəsilməsi

B) Xaya venasının laporoskopik bağlanması

C) Xayanın endirilməsi

D) Endovaskulyar xaya venasının flebosklerozlaşdırılması

E) Xaya arteriya və venasının bağlanması


Ədəbiyyat: М. Д. Джавадзаде, Э. Я Гусейнов Реконструктивно-пластические операции на мочевых путях у детей Баку: Чашыоглу, 2005. 292стр
940) Urodinamik müayinə üsullarından hansı biri invaziv deyil?
A) Uretranın profilometriyası

B) Urofloumetriya

C) Rektomanometriya

D) Retroqrad sistometriya

E) Elektromioqrafiya
Ədəbiyyat: М. Д. Джавадзаде, Э. Я Гусейнов Реконструктивно-пластические операции на мочевых путях у детей Баку: Чашыоглу, 2005. 292стр
941) Hansı müayinə üsulu urodinamik müayinələrə aid deyil?
A) Urofloumetriya

B) Elektromioqrafiya

C) Xromosistoskopiya

D) Retroqrad sistometriya

E) Uretranın profilometriyası
Ədəbiyyat: М. Д. Джавадзаде, Э. Я Гусейнов Реконструктивно-пластические операции на мочевых путях у детей Баку: Чашыоглу, 2005. 292стр
942) Uşaqlarda boş sidik kisəsində daxili təzyiq sakit halda nə qədərdir?
A) 10-30sm. su süt.

B) 50-60sm. su süt.

C) 30-40sm. su süt.

D) 40-50sm. su süt.

E) 5-10sm. su süt.
Ədəbiyyat: Урология: учебник под ред. Н.А. Лопаткина. Изд. 4-е, переработанное и дополненное.-М.:Медицина, 2002
943) Uşaqlarda dizuriya aşağıdakıların hansından başqa qalan bütün sadalananlarda rast gəlinir?
A) Sidik kisəsinin şişləri

B) Sidik axarının daşı

C) Orxit

D) Sidik kisəsinin daşı

E) Sistit
Ədəbiyyat: Реконструктивно-пластические операции на мочевых путях у детей
944) Uşaqlarda pollakiuriya aşağıdakıların hansından başqa bütün sadalananlarda rast gəlinir?
A) Sistalgiya

B) Böyrək şişləri

C) Sidik kisəsinin vərəmi

D) Sidik kisəsinin neyrogen disfunksiyası

E) Sidik kisəsinin daşı
Ədəbiyyat: Урология. ред. С.Х. Аль-Шукри, В.Н. Ткачук/- М.: «Академия», 2005.-448с
945) Periodik (Ailəvi Aralıq dənizi xəstəliyi) xəstəliyində aşağıdakılardan hansı baş verir?
A) Amiloidoz

B) Membranoproliferativ qlomerulonefrit

C) Minimal dəyişiklik xəstəliyi

D) Membranoz qlomerulonefrit

E) Qlomerulonefrit
Ədəbiyyat: Tüm Tus Soruları,Eylül 2008,cild 5,2936.
946) Uşaqlarda sidik axarının ən dar yeri (2mm) hansı nahiyəsidir?
A) Qalça damarları ilə kəsişmə nahiyəsində

B) Ləyən-sidik axarı seqmenti nahiyəsində

C) Sidik axarı-sidiklik seqmenti nahiyəsində

D) Kisəönü nahiyədə

E) İntramural nahiyədə
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
947) Hidrosele ilə olan uşaqlarda maye hansı səhifələr arasında yığılır?
A) Xarici toxum fassiyası və xayalığın ətli qişası arasına

B) Daxili toxum fassiyası və xayanın xüsusi qişasının visseral fassiyası arasına

C) Xayanın ağlı qişası və xayanın xüsusi qişasının visseral fassiyası arasına

D) Xayanın xüsusi qişasının parietal və visseral səhifələri arasına

E) Xarici və daxili toxum fassiyası arasına
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
948) Uşaqlarda diafanoskopiyanın müsbət nəticəsi hansı xəstəliyə xarakterikdir?
A) Xaya qişalarının hidropsu

B) Xayanın şişində

C) Kəskin orxoepidimitdə

D) Xroniki epidimitdə

E) Qasıq - xaya yırtığında
Ədəbiyyat: Урология. ред. С.Х. Аль-Шукри, В.Н. Ткачук/- М.: «Академия», 2005.-448с
949) Uşaqlarda urofloumetriyanın xüsusiyyətlərinə nə təsir edir?
A) Sidiklik - uretral seqmentin keçiriciliyinin pozulması

B) Uretranın keçiriciliyinin pozulması

C) Ləyən-sidik axarı seqmentinin keçiriciliyinin pozulması

D) Böyrək fəaliyyətinin pozulması

E) Detruzorun funksional vəziyyəti və sidiklik- uretral seqmentin keçiriciliyinin pozulması
Ədəbiyyat: Джавад-заде М.Д.,Державин В.М. Нейрогенные дисфункции мочевого пузыря. Москва,Медицина,1989,314с.
950) Uşaqlarda urofloumetriyaya əks-göstəriş nədir?
A) Sistostoma olması

B) Uretranın strikturası

C) Sidik kisəsinin ekstrofiyası, sidiklik-aralıq fistulası, uretero- rektal- fistulası

D) Sidik kisəsinin neyrogen disfunksiyası

E) Kəskin sidik ləngiməsi
Ədəbiyyat: Джавад-заде М.Д.,Державин В.М. Нейрогенные дисфункции мочевого пузыря. Москва,Медицина,1989,314с.
951) Uşaqlarda birincili sidiklik - sidik axarı reflyuksunun yaranma səbəbinə hansı aid deyil?
A) Sidik kisəsinin neyrogen disfunksiyası

B) Sidik axarı mənsəbinin Lyeto üçbucağından kənarda yerləşməsi

C) Sidik axarı mənsəbinin daim açıq olması

D) Parauretral divertikul

E) Sidik axarının sidiklikdaxili hissəsinin selikli qişaaltı tunelinin qısa olması
Ədəbiyyat: Cavadzadə M.C. İsmayılov K.İ. “Urologiya”Bakı.1980
952) Uşaqlarda böyrəklərin urat daşlarında müayinə planına nə daxildir?
A) Qanda kreatininin təyini

B) Qanda kalsiumun təyini

C) Qanda qələvi fosfatazanın təyini

D) Qanın laxtalanmasının təyini

E) Sidik turşusunun qanda və sutkalıq sidikdə təyini
Ədəbiyyat: Пытель Ю.А. Уратный нефролитиаз / Ю.А. Пытель. - М. : Медицина, 1995. - 182 с.
953) Uşaqlarda uretranın postravmatik zədələnməsinin əsas simptomları hansılardır?
A) Tez-tez, ağrılı sidik ifrazı aktı

B) Sidik ifrazının kəskin ləngiməsi

C) Qasıqüstü və ya aralıq hematoması

D) Makrohematuriya

E) Uretrorgiya
Ədəbiyyat: Mанагадзе Л.Г. Лопаткин Н.A. Лоран O.Б. Оперативная урология. 2003
954) Uretranın travmatik zədələnməsində əsas diaqnostik metod hansıdır?
A) Enən sistouretroqrafiya

B) Qalxan uretrosistoqrafiya

C) Ekskretor uroqrafiya

D) Pnevmosistoqrafiya

E) Sistoskopiya
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
955) Uretranın daralmasının əsas səbəbləri hansıdır?
A) Cərrahi əməliyyatın yubanması

B) Çoxlu qanitirmə

C) Çanağın flebiti

D) Hematoma

E) Zədələnmiş uretranin tamlığının pozulması, uclarının ayrılması və yayılmış urohematoma
Ədəbiyyat: Cavadzadə M.C., Ismayılov K.A. Urologiya 1989
956) Uşaqlarda sidik kanalının zədələnməsinin diaqnostikasında əsas hansı üsul tətbiq edilir?
A) Retroqrad uretroqrafiya

B) Ultrasəs müayinəsi

C) Ekskretor uroqrafiya

D) Retroqrad sistoqrafiya

E) Kompüter tomoqrafiya
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
957) Vilms şişi histoloji olaraq nədən təşkil olunub?
A) Differensə olunmamış embrional şiş toxumasından

B) Birləşdirici toxuma hüceyrələrindən

C) Neyroblastoma

D) Epitelial hüceyrələrdən

E) Qığırdaq və əzələ toxumasından
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
958) Böyrəyin sadə kistasının əsas ultrasəs əlamətləri hansıdır?
A) Dairəvi formalı həcmli törəmə

B) Dairəvi formalı tutumlu törəmə

C) Hamar konturlu törəmə

D) Dairəvi formada hipoexogen strukturlu həcmli törəmə

E) Dairəvi formada heterogen törəmə
Ədəbiyyat: Джавад-заде М.Д.,Шимкус Э.М. Хирургия аномалий почек,Баку,Азернешр, 1977,348с.
959) Uşaqlarda nalvari böyrəyin fəsadları içərisində nə yüksək faiz təşkil edir?
A) Hidronefroz

B) Hematuriya

C) Pielonefrit

D) Arterial hipertenziya

E) Sidikdaşı xəstəliyi
Ədəbiyyat: Джавад-заде М.Д.,Шимкус Э.М. Хирургия аномалий почек,Баку,Азернешр, 1977,348с.
960) Uşaqlarda obstruktiv meqaureterin patomorfoloji əsası nədən ibarətdir?
A) Xroniki sistit

B) Mənsəblərin medial yerləşməsi

C) Sidik kisəsinin neyrogen pozğunluqları

D) Sidik axarının intramural hissəsinin daralması və aşağı sistoidin neyro-muskulyar displaziyası



E) Ureterosele
Ədəbiyyat: Реконструктивно-пластические операции на мочевых путях у детей



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin