Urologiya 30. 01. 2017 Bölmə İctimai səhiyyə və uroloji xidmətin təşkili


) Sadalanan müayinələrdən hansı prostat vəzin xərçənginə düzgün diaqnoz qoymağa imkan verir?



Yüklə 1.52 Mb.
səhifə12/16
tarix13.04.2017
ölçüsü1.52 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   16

660) Sadalanan müayinələrdən hansı prostat vəzin xərçənginə düzgün diaqnoz qoymağa imkan verir?
A) Xarici cinsiyyət üzvlərinə baxmaq və palpasiyası

B) Sümük iliyinin biopsiyası

C) Sistoskopiya

D) Prostat vəzin biopsiyası

E) Prostat vəzin palpasiyası
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
661) Prostat vəzin xərçənginin yayılmasını müəyyən etmək üçün aşağıdakı rentgenoloji müayinələr zəruridir?
A) Lakunar sistoqrafiya

B) Çöküntü (qalıq) sistoqrafiya

C) Limfoqrafiya

D) Ekskretor uroqrafiya

E) Ağciyər və çanaq sümüklərinin rentgenoqrafiyası
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
662) T 1 No Mo mərhələsindəki prostat vəzin xərçəngi üçün xarakterikdir?
A) Kənarları qeyri dəqiq çox bərk olan prostat vəzi

B) Sidiyin ləngiməsi

C) Prostat vəzi gərgin-elastik konsistensiyalı, ağrısız, böyüməyib, paylardan birində periperiya üzrə tək bərk düyün

D) Hematuriya

E) Aralıqda ağrılar
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
663) T 2 No Mo mərhələsindəki prostat vəzin xərçənginin əsas əlaməti hansıdır?
A) Oma nahiyəsində ağrılar

B) Kənarları qeyri dəqiq çox bərk olan prostat vəzi

C) Prostat vəzi böyümüşdür, ağrısızdır, gərgin-elastik konsistensiyalıdır, paycıqlardan biri həddən artıq bərkdir, kələ-kötürdür, vəzin sərhədləri dəqiq deyil

D) Sidiyin axması

E) Sidiyin ləngiməsi
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
664) T 2 No M1 mərhələsindəki prostat vəzinin xərçənginin əsas simptomları hansıdır?
A) Sağ payın hesabına prostat vəzi böyüyüb, ağrısızdır, sol pay gərgin-elastik konsistensiyalıdır, sağ paycıq çox bərkdir və kələ-kötürlüdür, vəzin sərhədləri dəqiqdir

B) Paradoksal işuriya

C) Oma nahiyəsində ağrılar

D) Hamısı düzdür

E) Uretroraqiya
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
665) T4NxM2 mərhələsindəki fəsadlaşmış prostat vəzin xərçənginin simptomlarına aiddir?
A) Bütün sadalananlar

B) Oma nahiyəsində ağrılar

C) Hematuriya

D) Aralıqdakı ağrılar

E) Anuriya
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
666) Kişilərdə ən çox rast gəlinən bədxassəli şiş aşağıdakılardan hansıdır?
A) Prostat vəzin xərçəngi

B) Cinsiyyət üzvünün xərçəngi

C) Böyrəyin xərçəngi

D) Mədə xərçəngi

E) Sidik kisəsinin xərçəngi
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
667) Prostat vəzin xərçənginin ilkin kliniki əlaməti hansıdır?
A) Hematuriya

B) Dizuriya

C) Aralıqda ağrılar

D) İlkin əlamətlər yoxdur

E) Sidiyin ləngiməsi
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
668) Prostat vəzin xərçənginin erkən diaqnostikasının əsas metodu?
A) Prostat vəzin barmaqla müayinəsi

B) 50 yaşdan yuxarı kişilərin sklet sümüklərinin rentqenoloji müayinəsi

C) Prostatın ultrasəs müayinəsi biopsiya ilə

D) Hormonal tarazlığın müayinəsi

E) PSA-nın təyini
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
669) Prostat vəzin xərçəngində metastazlara ən çox rast gəlinir?
A) Ağ ciyərdə

B) Xayalarda

C) Sümüklərdə

D) Qara ciyərdə

E) Peritonda
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
670) Barmaqla rektal müayinə prostat vəzin xərçəngindən şübhələnməyə imkan verir?
A) 61-70 % xəstələrdə

B) 41-60 % xəstələrdə

C) 100 % xəstələrdə

D) 21-40 % xəstələrdə

E) 81-90 % xəstələrdə
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
671) Prostat vəzin xərçənginin ilkin mərhələsində qan zərdabında PSA (prostat spesifik antigen) artması orta hesabla neçə faiz müşahidə olunur?
A) 30% xəstələrdə

B) 20% xəstələrdə

C) 40% xəstələrdə

D) Müşahidə olunmur

E) 10% xəstələrdə
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
672) Prostat vəzin xərçənginin sitoloji müayinəsi üçün material əldə etmək üçün hansı yoldan istifadə etmirlər?
A) Bütün hallardan

B) Ultrasəsin nəzarəti altında prostat vəzin punksiyası

C) Prostat vəzin punksiyası və sekretin aspirasiyası

D) Prostat vəzin massajı

E) Sidik çöküntülərinin və spermanın müayinəsi
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
673) Prostat vəzin xərçəngində sümük metastazlarının aşkar etmək üçün hansı müayinə üsulu istifadə olunur?
A) Sistoqrafiya

B) Ekskretor uroqrafiya

C) Sümüklərin skanirlənməsi

D) Prostatın biopsiyası

E) İcmal rentgen şəkli
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
674) Prostat vəzin xərçəngində xəstələrdə anuriya və hidroureteronefrozun yaranması zamanı göstəriş nədir?
A) Sistostomiya

B) Ureterosistoneostomiya

C) Transuretral elektrorezeksiya

D) Nefrostomiya

E) Hemodializ
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
675) Prostat vəzin xərçəngi zamanı xroniki böyrək çatışmazlığının səbəbini aydınlaşdırmaq üçün hansı müayinə aparılmalıdır?
A) Radioizotor renoqrafiya

B) Ultrasəs müayinəsi

C) Xromosistoskopiya və ekskretor uroqrafiya

D) Xromosistoskopiya

E) Ekskretor uroqrafiya
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
676) Radikal prostatektomiya nəyi tələb edir?
A) Prostat vəzin,toxum kisəciklərinin çıxarılmasını və sidik kisəsi ilə sidik kanalı arasında anastomozun yaradılmasını

B) Prostat vəzin çıxarılmasını və ureterosistoneostomiyanı

C) Prostat vəzin və sidik kisəsinin rezeksiyasını

D) Prostat vəzi və limfa düyünlərinin çıxarılmasını

E) Prostat vəzin və sidik kisəsinin çıxarılmasını
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
677) Prostat vəzin xərçəngində endokrin terapiya nəyə yönəldilir?
A) Böyrəküstü vəzilərin funksiyasının yaxşılaşdırılmasına

B) Qanda sidik cövhərinin səviyyəsinin azaldılmasına

C) Sirkulyasiya edən testosteronun səviyyəsinin azaldılmasına

D) Testosteronun səviyyəsinin yüksəldilməsinə

E) Böyrəklərin funksiyasının yaxşılaşdırılmasına
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
678) Bədxassəli xərçəng şişi adətən yerləşir?
A) Prostat vəzin kranial hissəsində

B) Uretraya aid mərkəzi zonada

C) Prostat vəzin periferiyası ilə kapsulanın altında

D) Toxum qabarcığına yaxın

E) Prostat vəzin kaudal hissəsində
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
679) Xroniki böyrək çatışmazlığı və hidroureteronefroz ilə fəsadlaşmış prostat vəzin xərçənginin T4 mərhələsində müalicə başlanılmalıdır?
A) Nefrostomiyadan

B) Antiandrogenlərin tətbiqlərindən

C) Transuretral elektrorezeksiyadan

D) Sistostomiyadan

E) Estroqenoterapiyadan
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
680) Xayanın şişinin əmələ gəlməsinə kömək edən faktorlara aiddir?
A) Kriptorxizm

B) Virus infeksiyası əsasında epididimit

C) Xayalıq üzvlərinin zədələnməsi

D) Cinsi məhdudiyyət və ya ifratçılıq, onanizm

E) Xəstənin yaşı
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
681) Xayanın herminogen şişlərinə aid deyil?
A) Embrional xərçəng

B) Seminoma

C) Leydinq hüceyrələrinin şişi

D) Teratoblastoma

E) Teratoma
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
682) Xayanın herminogen şişlərinə aiddir?
A) Retikulosarkoma və rabdomiosarkoma

B) Xorionepitelioma

C) Bədxassəli leydiqoma və sertolioma

D) Hamısı

E) Fibroadenoma
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
683) Xayanın şişlərində ən çox işlədilən onkomarkerlər hansılardır?
A) AFP(alfa- fetoprotein) və B-XQT (xorionik-qonadatropin)

B) Turş fosfataza

C) Adinilattsiklaza

D) Qələvi fosfataza

E) Laktatdehidrogenaza
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
684) Qan zərdabında AFP(alfa-fetoprotein) səviyyəsinin yüksəlməsi nəyin göstəricisidir?
A) Xroniki priapizmin

B) Seminomanın olmasının

C) Metastazların olmasının

D) Qeyri-seminoma şiş elementlərinin olmasının

E) Sertoli hüceyrələri şişinin olmasının
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
685) Xayanın şişinin diaqnostikası üçün sadalananlardan biri istisna olmaqla bütün aşağıdakı müayinələr zəruridir?
A) Döş qəfəsi orqanlarının rentgenoqrafiyası

B) Çanaq arterioqrafiyası

C) Ultrasəs müayinəsi

D) Hamısı

E) Ekskretor uroqrafiya
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
686) Xayanın şişində hansı əməliyyat tətbiq edilir?
A) Emaskulyasiya (xayaların və xayalığın çıxarılması)

B) Toxum ciyəsinin bağlanması

C) Periton arxası limfa düyünlərinin çıxarılması və orxifunikuloepididimektomiya

D) Qasıq limfa düyünlərinin çıxarılması, toxum ciyəsinin bağlanması

E) Orxifunikuloepididimektomiya
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
687) Xaya şişinin hansı histoloji formasında periton arxası limfa düyünlərinin çıxarılması göstərişdir?
A) Xorionepiteliomada

B) Embrional karsinoma və teratoblastomada

C) Bütün hallarda

D) Teratomada

E) Seminomada
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
688) Xaya şişinin hansı histoloji forması kimya və şüa terapiyasına daha həssadır?
A) Teratoblastoma

B) Embrional karsinoma

C) Teratoma

D) Xorionepitelioma

E) Seminoma
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
689) Seminomanın T3 Nx Mo mərhələsində müalicənin aşağıdakı növü göstərişdir?
A) Orxiektomiya

B) Operasiyaya qədərki kimya və şüa terapiyası

C) Şevasyu operasiyası

D) Polikimyaterapiya və şüa terapiyası

E) Operasiyadan sonra şüa və polikimyaterapiya
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
690) Seminomanın T2 Nx Mo mərhələsində müalicənin aşağıdakı növü göstərişdir?
A) Orxiektomiya

B) Operasiyaya qədərki kimya və şüa terapiyası

C) Şevasyu operasiyası

D) Operasiya sonrası şüa terapiyası

E) Orxiektomiya, polikimyaterapiya və şüa terapiyası
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
691) Xayanın embrional xərçənginin T2 Nx Mo mərhələsində müalicənin hansı növü göstərişdir?
A) Orxiektomiya; peritonxarici limfadenektomiya

B) Orxiektomiya, Şevasyu operasiyası və polikimyaterapiya

C) Simptomatik müalicə

D) Operasiyaya qədərki polikimyaterapiya

E) Orxiektomiya
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
692) Xayanın diametri 6 sm ölçülü teratoması zamanı müalicənin hansı növü göstərişdir?
A) Şüa terapiyası

B) Kimyaterapiyası

C) Simptomatik müalicə

D) Orxiektomiya

E) Konservativ müalicə
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
693) T2-3 Nx Mo mərhələsində xayanın teratoblastomasının müalicəsi necə aparılır?
A) Orxifunikulektomiya + polikimyaterapiya

B) Əməliyyata qədərki şüa terapiyası

C) Orxiektomiya

D) polikimyaterapiya

E) Orxifunikulektomiya
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
694) 5 aylıq oğlan uşağına birtərəfli qasıq kriptorxizmi diaqnozu qoyulmuşdur. Ona nə məsləhətdir?
A) Orxiektomiya

B) Müalicəsiz müşahidə

C) Xayanın xayalığa endirilməsi

D) Qasıq kanalının reviziyası

E) Konservativ müalicə
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
695) 6 yaşlı oğlanda birtərəfli qasıq kriptorxizmi müəyyən edilib. Ona nə məsləhətdir?
A) Müalicəvi bədən tərbiyəsi

B) Dinamik müşahidə

C) Xayanın endirilməsi

D) 14-16 yaşlarında operativ müalicə

E) Xorioqonadotropin, polivitaminlər
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
696) 16 yaşlı gəncdə qasıq kanalında və xayalıqda xayaların olmaması müəyyən olunub. Fiziki cəhətdən normal inkişaf edib. Ona nə məsləhətdir?
A) İkitərəfli orxiektomiya

B) Əməliyyat-qarın boşluğunun təftişi xayanın endirilməsi ilə

C) Heç biri

D) Dinamik müşahidə

E) Hormonal terapiya (xorioqonadotropin, metiltestosteron) və əməliyyat-qarın boşluğunun təftişi xayanın endirilməsi ilə
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
697) Cinsiyyət üzvünün xərçəng önü xəstəlikləri sayılır?
A) Dərinin buynuzlaşması

B) Leykoplagiya və keyra eritroplaziyası

C) Leykoplagiya

D) Bütün sadalananlar

E) Keyra eritroplaziyası
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
698) İti uclu kondiloma və cinsiyyət üzvünün papillomasında uretroskopiya?
A) Virus kondilomasında göstərişdir

B) Qeyri-virus mənşəli kondilomada göstərişdir

C) Yalnız dizuriya hallarında göstərişdir

D) Vacibdir

E) Göstəriş deyil
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
699) Uretranın qeyri- virus mənşəli papillomasında hansı müalicə üsulu istifadə olunur?
A) Dinamik müşahidə

B) Uretranın rezeksiyası

C) Elektrokoaqulyasiya

D) Şüa terapiyası ilə birlikdə antibiotiklər

E) Antibiotiklər
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
700) Cinsiyyət üzvünün xərçəngi daha çox aşağıdakılardan hansı ilə differensiasiya edilir?
A) Siflis,fimoz,erzema

B) Siflis,xroniki yara ,erzema

C) Balanopostit,fimoz,erzema

D) Peyroni xəstəliyi ,siflis,xroniki yara

E) Siflis,xroniki yara,vərəm
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
701) Cinsiyyət üzvünün xərçənginin yaranmasına aşağıdakı faktorlardan hansıları şərait yaradır?
A) Virus kondiloması, leykoplakiya, balanit, balanopostit, fimoz

B) Xroniki uretrit, o cümlədən trixomonad mənşəli

C) Xroniki iltihab (balanit, balanopostit, fimoz) və s.

D) Hamiləliyə qarşı vasitələrdən istifadə

E) Hamiləliyə qarşı vasitələrdən istifadə və xroniki iltihab (balanit, balanopostit, fimoz) və s.
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
702) Cinsiyyət üzvünün xərçənginin hansı formalarını ayırd edirlər?
A) Heç biri

B) Papilyar və yaralı

C) İnvazivli

D) Düyünlü papilyar və yaralı

E) Adenomatozlu
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
703) Cinsiyyət üzvünün xərçənginə hansı histoloji formalar aiddir?
A) Yastıhüceyrəli buynuzlaşmamış və buynuzlaşmış xərçəng

B) Qonadoblastoma

C) Mezotelioma

D) Yastıhüceyrəli buynuzlaşmamış xərçəng və mezotelioma

E) Yastıhüceyrəli buynuzlaşmamış xərçəng
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
704) Cinsiyyət üzvünün xərçəngində hansı regonal limfa düyünləri metastaza məruz qalır?
A) Qalça və qasıq

B) Qasıq


C) Periton arxası

D) Divararalığı

E) Qoltuqaltı
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
705) Cinsiyyət üzvünün xərçənginə görə amputasiya məsələsinin həllində aşağıdakı hansı müayinənin aparılması zəruri deyil?
A) Sitoloji müayinə

B) Heç biri düzgün deyil

C) Əməliyyata qədərki biopsiya

D) Əməlyyat masasında biopsiya

E) Cinsiyyət üzvünün yara şəkilində tipik xərçənginin görünüşü və palpasiya edilən qasıq limfa düyünləri
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
706) Cinsiyyət üzvünün xərçənginin T1 No Mo mərhələsində tətbiq edilir?
A) Kimyaterapiya, şüa terapiya, pülüyün kəsilməsi

B) Cinsiyyət üzvünün amputasiyası və emaskulyasiyası

C) Şüa terapiya

D) Heç biri

E) Pülüyün kəsilməsi
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
707) Cinsiyyət üzvünün T2-3 N1 Mo xərçəngində istifadə edilir?
A) Şüa terapiyası + Şevasyu əməliyyatından

B) Dyuken əməliyyatından

C) Cinsiyyət üzvünün amputasiyası + Dyuken əməliyyatından

D) Şevasyu əməliyyatından

E) Kimyaterapiya+ cinsiyyət üzvünün amputasiyasından
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
708) Cinsiyyət üzvünün T4 Nx Mo xərçəngində istifadə olunur?
A) Şüa və kimyaterapiyası

B) Emaskulyasiya (xayalıq və cinsiyyət üzvünün çıxarılması)

C) Dyuken əməliyyatı + kimyaterapiya

D) Şevasyu əməliyyatı, cinsiyyət üzvünün amputasiyası, kimyaterapiya

E) Dinamik müşahidə
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
709) Cinsiyyət üzvünün başının T3 No M1 (yüngül) xərçəngində məsləhət görülür?
A) Cinsiyyət üzvünün amputasiyası + kimyaterapiya

B) Şüa terapiyası

C) Kimyaterapiyası

D) Sistostomiya + cinsiyyət üzvünün amputasiyası

E) Dinamik müşahidə
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
710) Cinsiyyət üzvünün xərçənginin T1 No Mo mərhələsində tam sağalma orta hesabla müşahidə olunur?
A) 100 % hallarda

B) 50 % hallarda

C) 30 % hallarda

D) 10 % hallarda

E) 80 % hallarda
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
711) Seminomanın T1-2 No Mo mərhələsində göstərişdir?
A) Əməliyyata qədər şüa terapiyası

B) Şevasyu əməliyyatı

C) Orxiektomiya əməliyyatından sonra kimyaterapiya

D) Əməliyyata qədər kimyaterapiya

E) Dyuken əməliyyatı
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
712) Kişilərdə sidik kanalının xərçəngində əsas diaqnostik üsul hansıdır?

A) Sistoskopiya

B) Sistoqrafiya

C) Radioizotop renoqrafiya

D) Ekskretor uroqrafiya

E) Uretroskopiya və retroqrad uretroqrafiya


Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
713) Xayanın şişi üçün hansı simptom səciyyəvidir?

A) Xayalığın əllənən şişi

B) Böyümüş qasıq limfa düyünləri

C) Xroniki priapizm

D) Böyümüş peritonarxası limfa düyünləri

E) Hemospermiya


Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
714) Xaya şişləri arasında hansı şişlər daha çox rast gəlinir?

A) Teratoblastomalar

B) Teratomalar

C) Embrional xərçənglər

D) Seminomalar

E) Androblastomalar


Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.

Bölmə 10. Ftiziourologiya

715) Böyrək vərəmindən daha çox kimlər əziyyət çəkirlər?
A) Uşaqlar

B) Qadınlar, kişilər

C) Kişilər

D) Qadınlar

E) Ahıl yaşlı şəxslər
Ədəbiyyat: M.C.Cavad-Zadə, K.A.İsmayılov. Urologiya. Tibb institutu üçün dərslik. Bakı-1989
716) Böyrəklərin vərəm disseminasiyası əsasən baş verir?
A) Eyni vaxtda hər iki böyrəyin zədələnməsi, digər orqanlardan böyrəklərin ikincili zədələnməsi

B) Digər orqanlardan böyrəklərin ikincili zədələnməsi

C) Bir böyrəkdə

D) Böyrəklərin birincili zədələnməsi

E) Eyni vaxtda hər iki böyrəkdə
Ədəbiyyat: M.C.Cavad-Zadə, K.A.İsmayılov. Urologiya. Tibb institutu üçün dərslik. Bakı-1989
717) Sidik-cinsiyyət vərəmində izolə olunmuş zədələnmə daha çox harda olur?
A) Böyrək ləyənində

B) Sidik kisəsində

C) Sidik axarlarında

D) Böyrəyin parenximasında

E) Prostatda
Ədəbiyyat: M.C.Cavad-Zadə, K.A.İsmayılov. Urologiya. Tibb institutu üçün dərslik. Bakı-1989
718) Tuberkulin sınağı müayinələrdə daha çox hansı dəyişiklikləri törədir?
A) Qlobulinlərin yüksəlməsi

B) Albuminlərin artması

C) Qanda sidik cövhərinin yüksəlməsi

D) Artan leykosituriya, eritrosituriya

E) Sidikdə vərəm mikobakteriyalarının görünməsi
Ədəbiyyat: M.C.Cavad-Zadə, K.A.İsmayılov. Urologiya. Tibb institutu üçün dərslik. Bakı-1989
719) Sidik sistemi orqanlarının vərəmi ilə planlı əməliyyata hazırlanan xəstələrin əməliyyatönü terapiyası nə qədər olur?
A) Bir həftə

B) Lazım gəlmir

C) Üç ay

D) Üç həftə

E) Altı ay
Ədəbiyyat: M.C.Cavad-Zadə, K.A.İsmayılov. Urologiya. Tibb institutu üçün dərslik. Bakı-1989
720) Vərəm mikobakteriyaları böyrəklərə daha çox hansı yollarla düşürlər?
A) Sidik axarlarının divarları ilə

B) Qalxan yolla

C) Hematogen yolla

D) Qonşu orqanlardan kontakt yolu ilə

E) Limfogen yolla
Ədəbiyyat: M.C.Cavad-Zadə, K.A.İsmayılov. Urologiya. Tibb institutu üçün dərslik. Bakı-1989
721) Böyrəklərin kəskin (milliar) vərəmi zamanı zədələnir?
A) Təkcə böyrəklər

B) Təkcə ağjiyərlər

C) Təkcə limfa düyünləri

D) Bütün sadalananlar

E) Təkcə sümük sistemi
Ədəbiyyat: M.C.Cavad-Zadə, K.A.İsmayılov. Urologiya. Tibb institutu üçün dərslik. Bakı-1989
722) Böyrəklərin vərəmi zamanı ilk növbədə meydana çıxır?
A) Böyrək məməciyinin zədələnməsi (spesifik papillit)

B) Kasacıqlar və ləyənin selikli qişalarının yaralı zədələnmələri

C) Böyrəyin qabıq maddəsində yumaqcıqların damar zonasında iltihabı dəyişikliklər

D) Spesifik ilthabi infiltrat

E) Parenximada vərəm qabarcıqlarının əmələ gəlməsi
Ədəbiyyat: M.C.Cavad-Zadə, K.A.İsmayılov. Urologiya. Tibb institutu üçün dərslik. Bakı-1989
723) Orta hesabla vərəmli xəstələrin neçə faizində makrohematuriya qeyd olunur?
A) 50 %

B) 5 %


C) 60 %

D) 30 %


E) 80 %
Ədəbiyyat: M.C.Cavad-Zadə, K.A.İsmayılov. Urologiya. Tibb institutu üçün dərslik. Bakı-1989
724) Böyrək vərəminin ilkin mərhələsinə nə aiddir? (A.L. Şabada görə)
A) Proseslərin yalnız böyrək parenximasını əhatə etməsi

B) Sidik yollarında vərəm yaralarının olmaması

C) Kliniki simptomların olmaması

D) Kliniki simptomların olmaması, proseslərin yalnız böyrək parenximasını əhatə etməsi

E) Böyrəklərdə vərəm kavernasının olmaması
Ədəbiyyat: M.C.Cavad-Zadə, K.A.İsmayılov. Urologiya. Tibb institutu üçün dərslik. Bakı-1989
725) Böyrək vərəminin II mərhələsinə aiddir? (A.L. Şabada görə)
A) Böyrək seqmentlərindən birində böyük ölçülü kaverna

B) İnfiltrativ proses

C) Papillit

D) Papillit, kiçik (1 sm qədər) tək-tək kavernalar

E) Kiçik (1 sm qədər) tək-tək kavernalar
Ədəbiyyat: M.C.Cavad-Zadə, K.A.İsmayılov. Urologiya. Tibb institutu üçün dərslik. Bakı-1989


Каталог: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?


Поделитесь с Вашими друзьями:
1   ...   8   9   10   11   12   13   14   15   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə