Urologiya 30. 01. 2017 Bölmə İctimai səhiyyə və uroloji xidmətin təşkili


) Sağtərəfli varikoseli nə zaman müşahidə olunur?



Yüklə 1,52 Mb.
səhifə15/16
tarix13.04.2017
ölçüsü1,52 Mb.
#13885
1   ...   8   9   10   11   12   13   14   15   16

852) Sağtərəfli varikoseli nə zaman müşahidə olunur?
A) Peritonarxası boşluğun şişləri

B) Qara ciyərin şişləri

C) Sağ böyrək venasının daralması

D) Piylənmə

E) Nefroptoz
Ədəbiyyat: А. В. Люлько Хирургическая андрология- Киев. 3 изд 2005.
853) Kişilərdə klimaks necə müalicə olunur?
A) Neyrosedativ və stimullaşdırıcı müalicə

B) İldə 2- 3 kurs az dozalarda androgenlərlə müalicə aparmaqla

C) Bütün sadalananlar

D) Hipodinamiyanı aradan götürməklə, artıq çəkini azaltmaqla, fiziki işi artırmaqla

E) İldə 2- 3 kurs az dozalarda androgenlərlə müalicə aparmaq, hipodinamiyanı aradan götürmək, artıq çəkini azaltmaq, fiziki işi artırmaq
Ədəbiyyat: Андрология. Мужское здоровье и дисфункция репродуктивной системы Э. Нишлага, Г. М. Бере- М. 2005.
854) Neyroreseptor impotensiyanın səbəbləri hansıdır?
A) Cinsi orqanlarda atrofiyanın və sklerozun əmələ gəlməsi

B) Venoz durğunluq

C) Cinsi orqanlarda xroniki iltihab və venoz durğunluq

D) Cinsi orqanlarda xroniki iltihab və venoz durğunluq və neyrofibromatoz

E) Bütün sadalananlar
Ədəbiyyat: Андрология. Мужское здоровье и дисфункция репродуктивной системы Э. Нишлага, Г. М. Бере- М. 2005.
855) Palomo əməliyyatında nə icra olunur?
A) Testikulyar arteriya bağlanılır

B) Proksimal testikulosafen anastomozun formalaşdırılması

C) Toxumçıxarıcı axar bağlanılır

D) Testikulyar arteriya və vena bağlanılır

E) Testikulyar vena bağlanılır
Ədəbiyyat: А. В. Люлько Хирургическая андрология- Киев. 3 изд 2005.
856) Spinal impotensiyada ereksiya və eyakulyasiya mərkəzlərinin pozulması aşağıdakıların hansının hesabına baş verir?
A) Baş beyinin damarlarının zədələnməsi

B) Onurğa beynində iltihab və distrofik dəyişiklər nəticəsində

C) Onurğa beyninin şişləri

D) Onurğa beyninin travmatik zədələnmələri

E) Onurğa beyninin travmatik zədələnmələri, onurğa beynində iltihab və distrofik dəyişiklər nəticəsində, onurğa beyinin şişi
Ədəbiyyat: А. В. Люлько Хирургическая андрология- Киев. 3 изд 2005.
857) Psixogen impotensiyanın səbəbləri nədir?
A) Kriptorxizm

B) Psixi xəstəliklər

C) Anorxizm

D) Nevrozlar və reaktiv vəziyyətlər

E) Psixi xəstəliklər, nevrozlar və reaktiv vəziyyətlər
Ədəbiyyat: П. А. Щеплева, О. И. Аполихина Андрология. Клинические рекомендации-М. 2005.
858) Ekstrakorporal mayalanmaya nə zaman göstərişdir?
A) Vaginal eyakulyasiyanın mümkün olmaması

B) Qeyd olunanların hamısı düzdür

C) Sonsuzluğun autoimmun faktorları

D) Müxtəlif dərəcəli patospermiya

E) Müxtəlif genezli azospermiya
Ədəbiyyat: П. А. Щеплева, О. И. Аполихина Андрология. Клинические рекомендации-М. 2005.
859) Endokrin impotensiyanın səbəbləri hansılardır?
A) Bütün sadalananlar

B) Hipofizin xəstəlikləri

C) Xaya və böyrəküstü vəzilərin xəstəlikləri

D) Anorxizm

E) Qalxanvari və mədəaltı vəzilərin xəstəlikləri
Ədəbiyyat: П. А. Щеплева, О. И. Аполихина Андрология. Клинические рекомендации-М. 2005.
860) Genetik impotensiya nə zaman müşahidə olunur?
A) Bütün sadalananlar

B) Klaynfelter sindromunda

C) Kallman sindromunda

D) Şerişevski - Terner sindromunda

E) Daun sindromunda
Ədəbiyyat: Андрология. Мужское здоровье и дисфункция репродуктивной системы Э. Нишлага, Г. М. Бере- М. 2005.
861) Seksual pozğunluğu olan xəstənin obyektiv müayinəsinə nə daxildir?
A) Hormonal müayinə

B) Xarici cinsiyyət orqanlarının müayinəsi

C) Prostat vəzinin və toxum kisəciklərinin palpator müayinəsi

D) Antropometriya

E) Bütün sadalananlar
Ədəbiyyat: Андрология. Мужское здоровье и дисфункция репродуктивной системы Э. Нишлага, Г. М. Бере- М. 2005.
862) Seksual pozğunluğu olan xəstələrin müayinəsində hansı laborator üsullardan istifadə olunur?
A) Hormonal müayinə və prostat vəzinin şirəsinin müayinəsi

B) Sidiyin mikrobioloji təhlili

C) Uretral epitelinin lyuminessent sitoloji müayinəsi

D) Prostat vəzi şirəsinin müayinəsi

E) Toxumun müayinəsi
Ədəbiyyat: Андрология. Мужское здоровье и дисфункция репродуктивной системы Э. Нишлага, Г. М. Бере- М. 2005.
863) Cinsiyyət üzvünün venooklüziya mexanizminin qiymətləndirilməsi üçün hansı müayinə tətbiq olunur?
A) Kompüter tomoqrafiyası

B) Kavernoz toxumanın biopsiyası

C) Farmakodopleroqrafiya

D) Spontozoqrafiya

E) Kavernozmetriya
Ədəbiyyat: А. В. Люлько Хирургическая андрология- Киев. 3 изд 2005.
864) Cinsi pozğunluğu olan xəstələrə göstərilən müayinələrin hansı aparılmır?
A) Prostat vəzinin müayinəsi

B) Sistoskopiya

C) Vegetativ sinir sisteminin müayinəsi

D) Kavernoz və kremaster reflekslərin müayinəsi

E) Piramidal yolların vəziyyətini təyin edən reflekslərin müayinəsi
Ədəbiyyat: П. А. Щеплева, О. И. Аполихина Андрология. Клинические рекомендации-М. 2005.
865) Cinsiyyət üzvünün protezləşdililməsinə əks-göstəriş nədir?
A) Artifisial cinsiyyət üzvü

B) Uretro-kavernoz fistula

C) Psixi xəstəlik

D) Peyroni xəstəliyi

E) Kavernoz fibroz
Ədəbiyyat: А. В. Люлько Хирургическая андрология- Киев. 3 изд 2005.
866) Peyroni xəstəliyini nə törədə bilməz?
A) İltihabi

B) Travmatik

C) Virus

D) Genetik

E) Autoimmun
Ədəbiyyat: А. В. Люлько Хирургическая андрология- Киев. 3 изд 2005.
867) Peyroni xəstəliyi zamanı ilkin müalicə necədir?
A) Kombinə olunmuş müalicə

B) Düyünlərin xaric olunması və defektin plastik materialla örtülməsi

C) Konservativ müalicə

D) Düyünlərin xaric olunması əməliyyatı

E) Maqnit- lazer terapiyası
Ədəbiyyat: А. В. Люлько Хирургическая андрология- Киев. 3 изд 2005.
868) Kəskin priapizmdə ereksiya necə olur?
A) Sidiklik boynunun davamlı spazmı

B) Eyakulyasiyasız penisin uzunluğu cinsi əlaqədən sonra itir

C) Yalnız yan kavernoz cisimlərin gərginləşməsi və kəskin ağrı

D) Yalnız spongioz cisimlərin gərginləşməsi

E) Kavernoz toxumlarin kəskin irinli iltihabi
Ədəbiyyat: П. А. Щеплева, О. И. Аполихина Андрология. Клинические рекомендации-М. 2005.
869) Kəskin priapizmdə konservativ müalicə effekt vermədikdə ilk növbədə nə etmək lazımdır?
A) Kavernoz cismin çərtilməsi

B) Kaverno- kavernoz anastomozun qoyulması

C) Peniloplastika

D) Kavernoz cisimlərin punksion şuntlanması

E) Safeno -kavernoz anastomozun qoyulması
Ədəbiyyat: В. Е. Мирский, В. В. Михайличенко, В. В. Заезжалкин
870) Priapizmda aparılan cərrahı əməliyyat hansıdır?
A) Xarici cinsiyyət üzvünün intrakavernoz şinalanması

B) Əl-Xorab üsulu ilə kaverno-spongioz anastamozun qoyulması

C) Mərmər əməliyyatı

D) Mərmər əməliyyatı və xarici cinsiyyət üzvünün arxa venasının rezeksiyası

E) Xarici cinsiyyət üzvünün arxa venasının rezeksiyası
Ədəbiyyat: П. А. Щеплева, О. И. Аполихина Андрология. Клинические рекомендации-М. 2005.
871) Kavernoz cismin fibrozu (sklerozu) zamanı ED (erektil disfunksiyanın) hansı müalicə metodu məsləhətdir?

A) Falloendoprotezləmə

B) Cinsiyyət üzvünün revaskulyarizasiyası

C) Seks-terapiya

D) Psixoterapiya

E) Medikamentoz müalicə


Ədəbiyyat: А. В. Люлько Хирургическая андрология- Киев. 3 изд 2005.
872) Qasıq formalı kriptorxizmi və normal ölçülü xayası olan 20 yaşlı xəstəyə nə məsləhətdir?
A) Orxiektomiya

B) Androgenlər

C) Qasıq kanalının təftişi və xayanın endirilməsi

D) Dinamik müşahidə

E) Protez xayanın qoyulması
Ədəbiyyat: В. Е. Мирский, В. В. Михайличенко, В. В. Заезжалкин
873) Retroqrad eyakulyasiya nədir?
A) Eyakulyatın olmaması

B) Eyakulyatın az miqdarda olması

C) Eyakulyasiya zamanı spermanın yalnız sidik kisəsinə atılması

D) Eyakulyatın çox miqdarda olması

E) Ağrılı eyakulyasiya
Ədəbiyyat: П. А. Щеплева, О. И. Аполихина Андрология. Клинические рекомендации-М. 2005.
874) İntrakavernoz inyeksiya nə zaman təyin olunmur?
A) Kavernoz cisimlərin patoloji venoz drenajı zamanı

B) Üzvi mənşəli erektil disfunksiyada

C) Vakum erektorların və inyeksiyanın kombinasiyalı təyini

D) Psixogen mənşəli erektil disfunksiya

E) Penis və damarlarında aparılan rekonstruktiv əməliyyatlardan sonra
Ədəbiyyat: А. В. Люлько Хирургическая андрология- Киев. 3 изд 2005.
875) Erektil disfunksiyanın müalicəsinin ilkin etapında hansı aparılmır?
A) Psixo-seksual terapiya

B) Vakum-konstruktor aparatlar

C) Peroral terapiya

D) İntrakavernoz terapiya

E) Viaqranın təyini
Ədəbiyyat: Андрология. Мужское здоровье и дисфункция репродуктивной системы Э. Нишлага, Г. М. Бере- М. 2005.
876) Qeyd olunanlardan hansı biri xarıci cinsiyyət üzvünün erektil deformasiyasına səbəb olmur?
A) Peyroni xəstəliyi

B) Penisin fibroplastik indurasiyası

C) Penisin anadangəlmə əyri olması

D) Total kavernoz fibroz

E) Kavernoz cisimlərin lokal fibrozu
Ədəbiyyat: А. В. Люлько Хирургическая андрология- Киев. 3 изд 2005.
877) Hiperqonadotrop hipoqonadizm zamanı qanda hansı hormonların səviyyəsi yüksək olur?

1.FSH

2.LH

3.AKTH

4.PROLAKTİN

A) 3,4


B) 2,3

C) 1,3


D) 2,3,4

E) 1,2
Ədəbiyyat: А. В. Люлько Хирургическая андрология- Киев. 3 изд 2005.


878) Fosfodiesteraza-5 inhibitoru hansıdır?

A) Viaqra

B) Dopamin

C) Jenşen

D) Testosteron propionat

E) Yoximbin


Ədəbiyyat: П. А. Щеплева, О. И. Аполихина Андрология. Клинические рекомендации-М. 2005.

Bölmə 13. Uşaq yaşının urologiyası

879) Uşaqlarda oliquriya nə zaman xarakterikdir?
A) Böyrəyin vərəmində

B) Kəskin qlomerulonefritdə

C) Düyünlü periartritdə

D) Şəkərsiz diabetdə

E) Xroniki pielonefritdə
Ədəbiyyat: Детская урология:руководство для врачей- М: Геотар-Медиа Пугачев А. Г 2009
880) Oğlanlarda "kəskin xayalıq" sindromuna aşağıdakılardan hansı aid deyil?
A) Xaya hidatidinin burulması

B) Balanopostit

C) Kəskin orxit

D) Xayanın burulması

E) Xayanın travmatik zədələnməsi
Ədəbiyyat: Руководство по урологии – Н. А. Лопаткин – М. 1998
881) Uşaqlarda posttravmatik nefrogen hipertoniyanın yaranmasının əsas faktorları hansıdır?
A) Sidik axarının deviasiyası

B) İkincili sidik daşları

C) Yalançı hidronefroz

D) Böyrəyin ikincili büzüşməsi

E) Nekrotik papillit
Ədəbiyyat: Детская урология:руководство для врачей- М: Геотар-Медиа Пугачев А. Г 2009
882) Uşaqlarda sidik kanalından patoloji ifrazatın gəlməsinin əsas səbəbi hansıdır?
A) Xarici cinsiyyət üzvlərinin irinli-iltihabi xəstəlikləri

B) Sistit

C) Sidik kanalının yad cismi

D) Spesifik uretrit

E) Uretranın göbələk xəstəlikləri
Ədəbiyyat: Реконструктивно-пластические операции на мочевых путях у детей
883) Uşaqlarda böyrək büzüşməsi ilə əlaqədə hipertenziyanın əsas müalicə üsulları hansıdır?
A) Fizioterapevtik

B) Medikamentoz

C) Cərrahi

D) Etiotrop

E) Simptomatik
Ədəbiyyat: Детская урология:руководство для врачей- М: Геотар-Медиа Пугачев А. Г 2009
884) Xayanın bud ektopiyası üçün nə xarakterikdir?
A) Xaya dərialtı yerləşir və buda doğru yerini dəyişir

B) Xaya sərbəst olaraq xayalığa düşür

C) Xaya palpasiya olunmur

D) Xaya aralıqda təyin olunur

E) Xaya dərialtı yerləşir və qasıq kanalı boyu yerini dəyişir
Ədəbiyyat: Крипторхизм. Ерохин А. П., Воложин С. И- М, 1995
885) Uşaqlarda makrohematuriya zamanı hansı müayinə üsulu təcili aparılmalıdır?
A) Ekskretor uroqrafiya

B) Radioloji müayinələr

C) Sistouretroqrafiya

D) Sistoskopiya

E) Retroqrad pieloqrafiya
Ədəbiyyat: Детская урология:руководство для врачей- М: Геотар-Медиа Пугачев А. Г 2009
886) Nefrektomiyaya aşağıdakılardan hansı göstəriş deyil?
A) Hipoplaziyalı böyrək fəaliyyətinin saxlanılması ilə

B) Böyrək infarktı fəaliyyətinin itməsi və ya kəskin pozulması ilə

C) Büzüşmüş böyrək

D) Böyrək arteriyasının əsas şaxələrinin çoxsaylı stenotik proseslərlə zədələnməsi

E) Böyrəyin displaziyası
Ədəbiyyat: Детская урология:руководство для врачей- М: Геотар-Медиа Пугачев А. Г 2009
887) Uşaqlarda aşağıda qeyd olunan vəziyyətlərdən hansı biri müalicə tələb etmir?
A) Ekstrarenal anuriya

B) Arenal anuriya

C) Yenidoğulmuşların fizioloji anuriyası

D) Renal anuriya

E) Subrenal anuriya
Ədəbiyyat: Детская урология:руководство для врачей- М: Геотар-Медиа Пугачев А. Г 2009
888) Aşağıda qeyd olunan vəziyyətlərdən hansı biri sidik orqanlarının patologiyası ilə əlaqədar deyildir?
A) Renal anuriya

B) Arenal anuriya

C) Subrenal anuriya

D) Ekstrarenal anuriya

E) Prerenal anuriya
Ədəbiyyat: Руководство по урологии – Н. А. Лопаткин – М. 1998
889) Sidiyin kəskin ləngiməsi zamanı qeyd olunanlardan hansında kateterizasiyaya əks-göstərişdir?
A) Sidik kisəsinin şişləri

B) Fimoz


C) Uretranın zədələnməsi

D) Sidik kisəsinin daşları

E) Uretranın daşları
Ədəbiyyat: Руководство по урологии – Н. А. Лопаткин – М. 1998
890) Uşaqlarda patoloji hərəkətli böyrəyin yaranma səbəbləri arasında hansı birindən başqa qalanları düzgündür?
A) Qarının ön divarı əzələlərinin tonusunun zəifləməsi

B) Böyrəyin bağ aparatının zəifləməsi

C) Böyrəyin distopiyası

D) Skeletin inkişafı və böyrəyin fiksasiya aparatının formalaşmasının disproporsionallığı

E) Arıqlamaq
Ədəbiyyat: Реконструктивно-пластические операции на мочевых путях у детей
891) Uşaqlarda sidik saxlanmazlığında hansı orqanlar iştirak etmir?
A) Detruzor

B) Sidik kisəsinin boynu

C) Uretra

D) Xarici sfinktor

E) Döş diafraqması
Ədəbiyyat: Руководство по урологии – Н. А. Лопаткин – М. 1998
892) Uşaqlarda pielonefritin kəskinləşməsi ən çox hansı yollarla baş verir?
A) Hematogen

B) Qarışıq yol

C) "Qalxan yolla" (urinogen)

D) Limfogen yol

E) Neyrogen yol
Ədəbiyyat: Детская урология:руководство для врачей- М: Геотар-Медиа Пугачев А. Г 2009
893) Uşaqların ikincili büzüşmüş və hipoplastik böyrəyin differensial-diaqnostikasında həlledici metod hansıdır?
A) Renoqrafiya

B) Böyrək arterioqrafiyası

C) Ekskretor uroqrafiya

D) Dinamik radionukleid stsintiqrafiya

E) Böyrəyin biopsiyası
Ədəbiyyat: Детская урология:руководство для врачей- М: Геотар-Медиа Пугачев А. Г 2009
894) Uroflometriya zamanı göstərilıən parametrlərdən hansı aşkarlanmır?

A) Sidik axınının orta sürəti

B) Sidik ifrazına sərf olunan vaxt

C) Sidik axımının maksimal sürəti

D) İxrac olunan sidiyin həcmi

E) Detruzorun tonusu


Ədəbiyyat: Детская урология:руководство для врачей- М: Геотар-Медиа Пугачев А. Г 2009
895) Sidik ifrazı aktının funksional pozğunluqlarının diaqnostikasında əsas müayinə üsulu hansıdır?
A) Ekskretor uroqrafiya

B) Urodinamik müayinələr

C) Sistouretroqrafiya

D) Radioloji müayinələr

E) Sistoskopiya
Ədəbiyyat: Детская урология:руководство для врачей- М: Геотар-Медиа Пугачев А. Г 2009
896) Uşaqlarda sidik daşının əmələ gəlməsinin əsas səbəbləri hansılardır?
A) Polietioloji nəzəriyyə

B) Sidik sistemi orqanlarının inkişaf anomaliyası

C) Su-elektrolit balansının pozulması

D) Endokrin pozğunluqları

E) İqlim
Ədəbiyyat: Детская урология:руководство для врачей- М: Геотар-Медиа Пугачев А. Г 2009
897) Aşağıda adları göstərilən konkrementlərdən hansı rentgenkontrastlı sayılır?
A) Qarışıq daşlar

B) Oksalat

C) Karbonat

D) Fosfat

E) Urat
Ədəbiyyat: Руководство по урологии – Н. А. Лопаткин – М. 1998
898) Sidik kanalı daşının ən xarakterik simptomu hansıdır?
A) Proteinuriya

B) Ağrılı sidik ifrazı

C) Kəskin sidik ləngiməsi

D) Hematuriya

E) Piuriya
Ədəbiyyat: Руководство по урологии – Н. А. Лопаткин – М. 1998
899) Sidik ifrazı zamanı maksimal sidiklik təzyiqi necədir?

1. Oğlanlarda çox yüksəkdir

2. Qızlarda çox yüksəkdir

3. Oğlanlarda və qızlarda eynidir

4. Oğlanlarda zəifdir
A) 2, 4

B) 4


C) 1

D) 2


E) 3
Ədəbiyyat: Руководство по урологии – Н. А. Лопаткин – М. 1998
900) Sidiklik-sidik axarı seqmentinin antireflyuks müdafiəsinə cavab verən əsas anatomo-funksional şərt hansıdır?
A) Böyrək fəaliyyətinin zəifləməsi və mənsəblərin lateral ektopiyası

B) Sidik axarınin sidikliyə daxil olma bucağı

C) Lyeto üçbucağının dayaq fəaliyyəti

D) Sidik axarının intravezikal hissəsinin uzunluğu

E) Bütün sadalananlar
Ədəbiyyat: Реконструктивно-пластические операции на мочевых путях у детей
901) Hidronefroz zamanı angioqrafik müayinəyə nə vaxt göstərişdir?
A) İkincili pielonefrit

B) Böyrəkdaxili tip ləyən

C) Aşkar hidrokalikoz

D) Böyrək fəaliyyətinin zəifləməsi

E) " Lal" böyrək
Ədəbiyyat: Джавадзаде М. Д., Гусейнов Э. Я. Отдаленные результаты пластических операций при гидронефрозе у детей// Урол. и нефрология-1998-№3-С.15-18
902) Uşaqlarda adı çəkilən qüsurlardan hansında sidiyin axması olur?
A) Total epispadiya

B) Ektopik ureterosele

C) Aralıq hipospadiyası

D) Uretranın arxa klapanı

E) Subsinfizar epispadiya
Ədəbiyyat: Реконструктивно-пластические операции на мочевых путях у детей
903) Arxa uretranın klapanında daha ağır klinik gedişat hansı yaş üçün xarakterikdir?
A) 3-5 yaş

B) 1-3 yaş

C) 7 yaş

D) 7 yaşdan yuxarı

E) Yenidoğulmuş və südəmər uşaqlar
Ədəbiyyat: Детская урология: Пугачев А. Г., руководство для врачей- М: Геотар-Медиа 2009
904) Obstruktiv meqaureter ilə olan uşaqlarda cərrahi əməliyyatın gedişi necə olmalıdır?

A) Sidik axarının distal hissəsinin rezeksiyası və ureterosistoneostomiya

B) Sidik axarının boylama modelləşdirilməsi aparılır

C) Ureterosistoneostomiya aparılır

D) Sidik kisəsinin rezeksiyası aparılır

E) Sidik axarının proksimal hissəsinin rezeksiyası və ureterosistoneostomiya


Ədəbiyyat: Детская урология:руководство для врачей- М: Геотар-Медиа Пугачев А. Г 2009
905) Uşaqlarda arxa uretranın klapanının diaqnostikasında adı çəkilən tədqiqat üsullarından hansı biri düzgündür?
A) Miksion sistouretroqrafiya

B) Sistoskopiya

C) Polipozision sistoqrafiya

D) Miksion sistouretrokinematoqrafiya (və ya teleskopiya)

E) Uretroskopiya
Ədəbiyyat: Urological surgery. Sam D. Graham, Jr, M. D Virginia Urology Center Richmond 2006
906) Uşaqlarda sidiklik-sidik axarı reflyuksunun cərrahi müalicəsində antireflyuks müdafiəsinin əsas şərti hansıdır?
A) Böyrək fəaliyyətinin bərpası

B) Sidik axarının intravezikal hissəsinin müvafiq uzunluğu

C) Sidik kisəsinin neyrogen mənşəli pozğunluqlarının olmaması

D) Yeni yaradılmış selikaltı tunelin Lyeto üçbucağına çatdırılması

E) Sidik kisəsinin yerli iltihabi-trofik dəyişiklərinin olmaması
Ədəbiyyat: Реконструктивно-пластические операции на мочевых путях у детей
907) Uşaqlarda sidik kisəsinin ikinciili divertikulunun yaranmasına aşağıdakılardan hansı səbəb olmur?
A) Neyrogen sidik kisəsi

B) Sidik kisəsinin ekstrofiyası

C) İntravezikal obstruksiya

D) Detruzor-sfinktor dissinergiyası

E) Arxa uretranın klapanı
Ədəbiyyat: Детская урология: Пугачев А. Г., руководство для врачей- М: Геотар-Медиа 2009
908) Hipospadiya zamanı əməliyyatın birinci mərhələsinin aparıldığı optimal yaş həddi neçədir?
A) 1-2 yaş

B) 5-6 yaş

C) Yenidoğulmuşlarda və südəmər uşaqlarda

D) 7-10 yaş

E) 3-5 yaş
Ədəbiyyat: Детская урология: Пугачев А. Г., руководство для врачей- М: Геотар-Медиа 2009
909) Hipospadiya zamanı uretroplastikanın optimal aparılma vaxtı neçə yaşdır?
A) 6-7 yaş

B) 9-10 yaş

C) 13-15 yaş

D) 3-5 yaş

E) 12-14 yaş
Ədəbiyyat: Реконструктивно-пластические операции на мочевых путях у детей
910) Hipospadiya zamanı uretroplastika üçün əsasən istifadə edilən plastik material nədir?
A) Cinsiyyət üzvünün ventral səthinin dərisi

B) Xayalığın dərisi

C) Cinsiyyət üzvünün dorzal səthinin dərisi

D) Qarnın ön divarının dərisi

E) Pülüyün dərisi
Ədəbiyyat: Реконструктивно-пластические операции на мочевых путях у детей
911) Uşaqlarda hipospadiya zamanı meatotomiyanın nə vaxt aparılmalıdır?
A) Diaqnoz qoyulan kimi

B) 6-8 yaş

C) 1-2 yaş

D) Pubertat dövr

E) 3-5 yaş
Ədəbiyyat: Реконструктивно-пластические операции на мочевых путях у детей
912) Total epispadiya zamanı sidiyin daimi axmasının səbəbi nədir?
A) Sidik kisəsinin funksional pozğunluqları

B) Neyrogen sidik kisəsi

C) Sfinkter aparatının funksional pozğunluqları

D) Uretranın dorzal səthi ilə bütün uzunu boyu və sidiklik boynunun bitişməməsi

E) Stress sidiyin saxlanılmazlığı
Ədəbiyyat: Urological surgery. Sam D. Graham, Jr, M. D Virgina Urology Center Richmond 2006
913) Uşaqlarda nefroptoz zamanı cərrahi əməliyyata göstəriş nədir?

1. Böyrək fəaliyyətinin pozulması

2. Arterial təzyiqin artması

3. Ağrı sindromunun artması

4. Arterial təzyiqin aşağı düşməsi
A) 1, 3, 4

B) 2, 3


C) 3, 4

D) 1, 2, 3

E) Yalnız 3
Ədəbiyyat: Urological surgery. Sam D. Graham, Jr, M. D Virginia Urology Center Richmond 2006
914) Böyrəklərin kəskin travmasının diaqnostikasında göstərilən müayinə üsullarından hansı biri daha informativdir?
A) Sistoskopiya

B) Polipozision sistoqrafiya

C) Sistouretroqrafiya

D) Reorenoqrafiya

E) Ekskretor uroqrafiya və USM
Ədəbiyyat: Детская урология: Пугачев А. Г., руководство для врачей- М: Геотар-Медиа 2009
915) Uşaqlarda sidik kisəsi travmasında əsas diaqnostik üsul hansıdır?
A) Xromosistoskopiya

B) Sistoqrafiya

C) Ekskretor uroqrafiya

D) Sistoskopiya

E) Sidik kisəsinin kateterizasiyası
Ədəbiyyat: Детская урология: Пугачев А. Г., руководство для врачей- М: Геотар-Медиа 2009
916) Uşaqlarda uretranın tam zədələnməsinin patoqnomik simptomu hansıdır?
A) Hematuriya

B) Proteinuriya

C) Kəskin sidik ləngiməsi

D) Piuriya

E) Dizuriya
Ədəbiyyat: Реконструктивно-пластические операции на мочевых путях у детей
917) Uşaqlarda uretranın zədələnməsində qeyd edilən üsullardan yüksək informativ olanı hansıdır?
A) Qalxan uretroqrafiya

B) Urofloumetriya

C) Sistoqrafiya

D) Sistoskopiya

E) Ekskretor uroqrafiya
Ədəbiyyat: Детская урология: Пугачев А. Г., руководство для врачей- М: Геотар-Медиа 2009
918) Hermofroditizm zamanı uşağın cinsinin təyininə aşağıdakılardan hansı aid deyil?
A) Qanın biokimyəvi analizi

B) Fenotipik cinsin təyini

C) Qonad cinsinin təyini

D) Hormonal cinsin təyini

E) Genetik cinsin təyini
Ədəbiyyat: Пузырно-мочеточниковый рефлюкс Лопаткин Н. А, Пугачев А. Г. М:Медиа, 1990-203 с


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin