Urologiya 30. 01. 2017 Bölmə İctimai səhiyyə və uroloji xidmətin təşkili


) Böyrək şişlərinin əmələ gəlməsində daha çox əhəmiyyət verilir?



Yüklə 1,52 Mb.
səhifə11/16
tarix13.04.2017
ölçüsü1,52 Mb.
#13885
1   ...   8   9   10   11   12   13   14   15   16

593) Böyrək şişlərinin əmələ gəlməsində daha çox əhəmiyyət verilir?
A) Böyrəyin travmasına

B) Qlomerulonefritə

C) Böyrək və sidik yollarının inkişaf qüsurlarına

D) Hormonal disbalansa

E) Böyrək parenximasındakı iltihabi prosesə
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
594) Böyrək xərçəngində daha çox zədələnir?
A) Bütün seqmentlər eyni dərəcədə

B) Aşağı seqment

C) Yuxarı seqment

D) Hansının daha çox olması müəyyən edilməyib

E) Mərkəzi seqment
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
595) Böyrək şişləri arasında daha çox müşahidə olunur?
A) Hemangiomalar

B) Epitelial şişlər

C) Hemartomlar

D) Lİmfangiomalar

E) Böyrəküstü vəzi quruluşlu şişlər
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
596) Böyrək xərçənglərində metaztas daha çox müşahidə olunur?
A) Kontralateral böyrəkdə

B) Qara ciyərdə

C) Beyində

D) Ağ ciyərdə

E) Böyrəküstü vəzidə
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
597) Böyrək şişlərində limfogen metastazlara daha çox rast gəlinir?
A) Paraaortal və parakaval limfa düyünlərində

B) Qasıq nahiyəsindəki limfa düyünlərində

C) Körpücüküstü limfa düyünlərində

D) Divararalığında

E) Boyun nahiyəsindəki limfa düyünlərində
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
598) Böyrək xərçəngində şiş trombları daha çox müşahidə olunur?
A) Çanaq venalarında

B) Böyrək arteriyasında

C) Böyrək venasında və aşağı boş venada

D) Paravertebral venalarda

E) Xaya venasında
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
599) Böyrək xərçəngində olmur?
A) Polisitemiya

B) Anemiya

C) Arterial hipertenziya

D) Hiperpireksiya

E) Eozinofiliya
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
600) Böyrək parenximası şişlərinin əsasən ilk əlaməti sayılır?
A) Subfebril temperatur

B) Anemiya

C) Hematuriya

D) Beldə ağrılar

E) Böyümüş böyrəyin əllənməsi
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
601) Sidik kisəsi daxili immunoterapiaya və kimyaterapiya nə məqsədlə aparılır?

1. Residivin qarşısını almaq üçün

2. Şiş hüceyrələrinin implantasiyasının profilaktikası üçün

3. Makrohematuriyanın profilaktikası üçün

4. MOrqanizmin immun sistemini qüvvətləndirmək üçün
A) 2,3

B) 1, 2


C) Yalnız 3

D) 3, 4


E) Yalnız 4
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
602) Böyrək şişi böyrəkətrafı piy toxumasına, böyrəküstü vəziyə invaziya edib, lakin retrorenal fassiyadan kənara çıxmayıb. Bu TNM sisteminin hansı mərhələsinə uyğundur?
A) T1 N0 M0

B) T2 N0 M0

C) T3a N0 M0

D) T4 N1 M1

E) T3b N0 M0
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
603) Böyrək parenximası şişlərinin diaqnostikasında sistoskopiya müəyyən etməyə kömək edir?
A) Metastasın olmasını

B) Şişin quruluşunu

C) Xəstəliyin tərəfini

D) Xəstələnmiş böyrəyin fəaliyyəti

E) Sağlam böyrəyin fəaliyyətini
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
604) Böyrək şişindən şübhələndikdə xəstənin müayinəsini nədən başlamaq məqsədəuyğundur?
A) Aortoqrafiyadan

B) Ekskretor uroqrafiyadan

C) Retroqrad ureteropieloqrafiyadan

D) Ultrasonoqrafiyadan

E) Radioizotop renoqrafiyadan
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
605) Böyrək şişinin diaqnostikasında retroqrad ureteropieloqrafiya sayılır?
A) Ümumi qəbul olunmuş

B) Etibarsız

C) Təhlükəli

D) Təhlükəsiz

E) Etibarlı
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
606) Böyrək xərçəngində aortaqrammalarda nə müşahidə olunmur?
A) Böyrəyin magistral damarlarının nazikləşməsi

B) Böyrəyin müxtəlif hissələrində lakunalar və gölməçələr

C) Orqandaxili damarların deformasiyası

D) Böyrək parenximasında azdamarlı zonalar

E) Geniş böyrək arteriyası
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
607) Xərçənglə əlaqədar böyrəyin çıxarılmasında ilk növbədə hansının bağlanması yolverilməzdir?
A) Böyrək arteriyasının

B) Böyrək ləyəninin

C) Bütün böyrək ayaqcığının

D) Xaya venasının

E) Böyrək venasının
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
608) Bədxassəli şişin yeganə böyrəyin qütblərindən birində yerləşməsi zamanı yerinə yetirilməlidir?
A) Nefrektomiya

B) Böyrəyin rezeksiyası

C) Seqmentar arteriyanın embolizasiyası

D) Xəstəni müşahidə etmək

E) Şişin kəsilib götürülməsi
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
609) Böyrəyin qeyri operabel xərçəngində hematuriyanı konservativ yollarla saxlamaq mümkün olmadıqda, lazımdır?
A) Tez-tez təzə qan köçürməsini təşkil etmək

B) Nefrektomiyanı həyata keçirmək

C) Konservativ və simptomatik müalicəni davam etdirmək

D) Nefrostoma

E) Böyrək arteriyasının embolizasiyasını aparmaq
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
610) 6 aydan 5 yaşadək uşaqlarda ən çox rast gəlinən böyrək şişi?
A) Sarkoma

B) Yastıhüceyrəli xərçəng

C) Vilms şişi

D) Teratoma

E) Açıqhüceyrəli
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
611) Vilms şişi histoloji olaraq hansı toxumadan təşkil olunub?
A) Qığırdaq və əzələ toxumadan

B) Differensiasiya olunmamış embrional şişli toxumadan

C) Birləşdirici toxuma hüceyrələrindən

D) Epitelial hüceyrələrdən

E) Yuxarıda sadalananların hamısından
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
612) Uşaqlarda böyrəyin embrional şişi zamanı nə tətbiq edilir?
A) Kompleks cərrahi və şüa müalicəsi

B) Şüa terapiyası

C) Dərman terapiyası

D) Müalicənin cərrahi metodu

E) Bütün sadalanan metodlarla kompleks müalicə
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
613) Uşaqlarda böyrəyin şişində daha rahatdır?
A) Transperitoneal yanaşma

B) Noqamasu yanaşması

C) Torakoabdominal yanaşma

D) Bel yanaşması

E) Transtorakal yanaşma
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
614) Sidik axarının papilyar şişlərinə daha çox rast gəlinir?
A) Sidik axarının istənilən hissəsində eyni tezlikdə

B) Ləyən-sidikaxarı seqmentində

C) Orta üçdə birdə

D) Aşağı üçdə birdə

E) Yuxarı üçdə birdə
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
615) Sidik axarı və böyrək ləyəninin şişlərinə kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir. Bu nisbət təşkil edir?
A) 3:1

B) 1:2


C) 10:1

D) 2:1


E) 5:1
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
616) Böyrək ləyəninin şişlərində daha çox müşahidə olunur?
A) Hematuriya

B) Subfebril temperatura

C) Ağrı

D) Proteinuriya



E) Böyrəyin əllənməsi
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
617) Böyrək ləyəninin xərçəngində ən vacib müayinə üsulu hansıdır?
A) Retroqraf ureteropieloqrafiya

B) İnfuzion uroqrafiya

C) Böyrəyin skanirlənməsi

D) Böyrək və sidik yollarının icmal rentgenoqrafiyası

E) USM, KT
Ədəbiyyat: Böyrək xərçəngi olan xəstələrdə polisitemiya
618) Böyrək xərçəngində şüa terapiyasından nə zaman istifadə olunur?
A) Limfogen metastazlarda

B) Limfogen metastazlar və böyrək venasının şiş tromblarında

C) Böyrək venasının şiş tromblarında

D) Heç biri

E) Nefrektomiyadan sonra bütün xəstələrdə
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
619) Sidik axarının aşağı üçdə birinin papilyar xərçənginə görə sidik kisəsinin rezeksiyası ilə birlikdə olunan nefroureteroektomiyadan sonra göstərişdir?
A) Kimyaterapiya

B) Dispanser nəzarət

C) Hormonoterapiya

D) Yuxarıda sadalananların hamısı

E) Şüa terapiyası
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
620) Böyrək şişləri zamanı orqansaxlayıcı əməliyyata mütləq göstəriş hansıdır?
A) Hamısı

B) Xroniki böyrək çatışmazlığı

C) Vahid funksiyalı böyrəyin şişi

D) Yeganə böyrəyin şişi

E) Hər iki böyrəyin şişi
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
621) Sol böyrəyin xərçəngi və sağ ağciyərin yuxarı seqmentinin tək-tək metastazlarında nefrektomiya?
A) Göstəriş deyil

B) Yaşlılarda göstəriş deyil

C) Göstərişdir

D) Yalnız yaşlılarda göstərişdir

E) Yalnız gənclərdə göstərişdir
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
622) 56 yaşlı xəstə kişi poliklinikanın uroloquna sidikdə birdən qan görünməsi şikayəti ilə müraciət edib. Bu gün səhər sidikdə soxulcanabənzər laxtalar olmuşdur. Hematuriya davam edir. Başqa şikayətlər yoxdur. Daha çox ehtimal olunan diaqnoz?
A) Böyrək şişi

B) Sidik daşı xəstəliyi

C) Hemorragik sistir

D) Sidik kisəsinin şişi

E) Sidik axarının şişi
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
623) Sidik kisəsi şişinin yaranmasına imkan yaradan faktorlara aiddir?
A) Xroniki iltihabi xəstəliklər

B) Siqaret çəkmə

C) Analin rəngləyicilər

D) Orqanizmin immun reaksiyasının pozulması

E) Bütün sadalananlar
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
624) Sidik kisəsi şişinin xüsusi çəkisi insanın digər şişləri arasında təşkil edir?
A) 50-60 %

B) 40-50 %

C) 15-20 %

D) 3-4 %


E) 20-30 %
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
625) Sidik kisəsi şişləri arasında daha çox müşahidə olunur?
A) Hematoma

B) Mioma


C) Papilloma və xərçəng

D) Sarkoma

E) Fibroma
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
626) TNM Beynəlxalq xərçəng əleyhinə ittifaqın təsnifatına görə sidik kisəsi xərçəngində T 2 simvolu bildirir?
A) Epitelin səthi invaziyasını

B) Şiş dərin əzələ təbəqəsinə infiltrasiya edir

C) Şiş sidik kisəsinin bütün təbəqələrinə yayılır

D) Şiş epitelaltı birləşdiriji toxumanı infiltrasiya edir və əzələ qişasına yayılmır

E) Şiş əzələ təbəqəsinin səthinə infiltrasiya edir
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
627) İlkin diaqnostika zamanı sidik kisəsinin keçid-hüceyrəli karsinomasının neçə faizi qeyri-invaziv olur?

A) 25-30 %

B) 5-10 %

C) 30-40 %

D) 70-75 %

E) 15-20 %


Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
628) Sidik kisəsi şişlərinin əlamətləri arasında ən çox rast gəlinən?
A) Hematuriya

B) Ağrılar

C) Dizuriya

D) Sidiyə getmənin çətinliyi

E) Hiperpireksiya
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
629) Hematuriyanın mənbəyinin dəqiqləşdirilməsi üçün müayinəni başlamaq lazımdır?
A) Ekskretor uroqrafiyadan

B) Sistoskopiyadan

C) Sidiyin ümumi analizindən

D) Radioizotop müayinəsindən

E) Ultrasəs müayinəsindən
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
630) Sidik kisəsinin şişindən şübhələndikdə müayinəni başlamaq lazımdır?
A) Kompüter tomoqrafiyasından

B) Sidik yollarının icmal rentgenoqramfiyasından

C) Ekskretor uroqrafiyadan

D) Ultrasəs müayinəsindən

E) Sistoskopiyadan
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
631) Sidik kisəsinin xərçəngi daha çox yerləşir?
A) Sol yan divarda

B) Boyun nahiyəsində

C) Zirvədə

D) Sağ yan divarda

E) Lyeto üçbucağı zonasında
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
632) Sidik kisəsi şişinin klinikası üçün xarakterikdir?
A) Hematuriya və dizuriya

B) Dizuriya

C) Hamısı

D) Hiperpireksiya

E) Ağrılar
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
633) Sidik kisəsinin xərçəngində metastazlar daha çox harada müşahidə olunur?
A) Qara ciyərdə

B) Dalaqda

C) Regionar limfa düyünlərində

D) Ağ ciyərlərdə

E) Sümükdə
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
634) Sidik kisəsinin qeyri-invaziv şişlərinin neçə faizi sonrakı gedişatlarında invaziv olur?
A) 50-60 %

B) 15-20 %

C) 10-15 %

D) 20-30 %

E) 3-5 %
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
635) T3 No Mo mərhələsində sidik kisəsi xərçənginin cərrahi müalicəsi necə aparılır?
A) Sistektomiya

B) Elektrokoaqulyasiya

C) Sidik kisəsinin rezeksiyası

D) Transuretral elektrorezeksiya

E) Ureterosistoneostomiya
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
636) Sidik kisəsi xərçəngində transuretral elektrorezeksiya qeyri radikaldır?
A) T1 mərhələsində

B) T2 mərhələsində

C) T4 mərhələsində

D) T3 mərhələsində

E) T3 və T4 mərhələlərində
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
637) Sidik kisəsi xərçənginin T 4 mərhələsində istifadə olunur?
A) Elektrokoaqulyasiya

B) Konservativ müalicə

C) Sistektomiya

D) Transuretral elektrorezeksiya

E) Sidik kisəsinin rezeksiyası
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
638) T 4 mərhələli uzaq metastazları olan sidik kisəsi xərçəngində hansı əlillik dərəcəsi təyin olunur?
A) I qrup ömürlük

B) I qrup bir ildən sonra təkrar müayinə ilə

C) II qrup ömürlük

D) III qrup ömürlük

E) II qrup bir ildən sonra təkrar müayinə ilə
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
639) Kişilərdə uretranın xoşxəssəli şişlərindən hansı daha çox müşahidə olunur?
A) Poliplər

B) Papillomalar

C) İtiuclu kondiloma

D) Fibroma

E) Karbunkullar
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
640) Qadın uretrasının xoşxassəli şişini bədxassəlidən hansı yolla differensasiya edirlər?
A) Yaxmanin sitoloji müayinəsi

B) Biopsiya və yaxmanin sitoloji müayinəsi

C) Biopsiya ilə

D) Uretroskopiya ilə

E) Hamısı düzdür
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
641) Uretranın xoşxassəli şişlərində istifadə olunur?
A) Konserativ müalicə

B) Dinamik müşahidə

C) Uretranın rezeksiyası

D) Elektrokoaqulyasiya

E) Şüa terapiyası
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
642) Prostat vəzinin adenomasının inkişafına kömək edir?
A) İrsiyyət

B) Prostat vəzində xroniki iltihabi proses

C) Virus infeksiyası

D) Cinsi ifratçılıq

E) Orqanizmdəki hormonal dəyişiklik
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
643) Prostat vəzin adenoması daha çox hansı yaşda rast gəlinir?
A) 50

B) 60


C) 80

D) 55


E) 40
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
644) Aşağıdakılardan biri prostat vəzin adenomasında kəskin sidik tutulmasını yaradan faktorlardan deyil?
A) Uretranın selikli qişasının və prostatın ödemi

B) Detruzorun tonusunun qəfildən azalması (sidiyin həddən artıq saxlanması)

C) Sidik kisəsi sfinkterinin spazmı və innervasiyasının pozulması

D) Kiçik çanaqda venoz durğunluq (kongestiya)

E) Uretranın prostatın adenoması ilə sıxılması və deformasiyası
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
645) Prostatın adenomasının mərhələsi nəyə əsasən müəyyən edilir?
A) Detruzorun yığılma qabiliyyətini itirməsinə və qalıq sidiyin miqdarına görə

B) Böyrəyin funksiyasının pozulmasının dərəcəsinə görə

C) Xəstəliyin davametmə müddətinə görə

D) Əmələ gəlmiş fəsadlara görə (sidik kisəsindəki daşlar, xronik piolenefrit və s.)

E) Prostat vəzin adenomasının ölçüsünə görə
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
646) Xəstəlik fəsadsız keçdikdə adenomektomiyadan qabaq sadalananlardan biri istina olmaqla aşağıdakı bütün obyektiv müayinələr göstərişdir?
A) Heç biri

B) Sidik kisəsi nahiyəsinin perkussiya və palpasiyası

C) Xromosistoskopiya

D) Prostatın barmaqla rektal müayinəsi

E) Böyrək, sidik kisəsi və prostatın ultrasəs müayinəsi
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
647) Prostat vəzin adenomasının müalicəsində əməliyyatın növünün seçilməsində nəyin yerinə yetirilməsi zəruridir?
A) Onurğanın və çanaq sümüyünün skenləşdirilməsinin

B) Böyrəyin skenləşdirilməsinin

C) Böyrəyin dinamik sintiqrafiyasının

D) Böyrək və sidik yollarının ultrasəs müayinəsinin

E) Prostat vəzin skenləşdirilməsinin
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
648) Prostat vəzin adenomasının I mərhələsi üçün nə xarakterikdir?
A) Sidiyə getmənin çətinləşməsi

B) Qalıq sidik 100 ml

C) Azotemiya

D) Prostat vəzi böyüyüb, gərginləşib, ağrılıdır

E) Aralıqda ağrılar
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
649) Aşağıdakılardan biri prostat vəzin adenomasının II mərhələsi üçün xarakterik deyil?
A) Gecə tez-tez sidiyə getmə

B) Sidiyin axması

C) Kəskin sidik tutulması

D) Qalıq sidik 1000 ml

E) Qalıq sidik 100 ml
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
650) Prostat vəzin adenomasının III mərhələsi üçün xarakterikdir?
A) Paradoksal işuriya

B) Aralıqda ağrılar

C) Qalıq sidik 300 ml

D) Sidiyə getmənin çətinləşməsi

E) Daşvari bərklikli, ağrısız prostat vəzi
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
651) Kəskin pielonefritlə fəsadlaşmış prostatın adenoması olan xəstələrdə təcili birmərhələli adenomektomiyaya mütləq göstərişdir?
A) Prostat vəzin adenomasının II mərhələsi, ikitərəfli hidroureter

B) Prostat vəzin adenomasının III mərhələsi

C) Adenomanın subtriqonal yerləşməsi

D) Prostat vəzin adenomasının I mərhələsi

E) Adenoma düyünlərinin endovezikal yerləşməsi
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
652) Prostat vəzin adenoması zamanı sistostomiyaya göstərişdir?
A) Adenomanın subtriqonal yerləşməsi

B) Xəstənin ahıl yaşı

C) Prostat vəzin adenomasının II mərhələsi, kəskin pielonefrit, ahıl yaş

D) Prostat vəzin adenomasının I mərhələsi

E) Adenoma və xroniki pielonefrit
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
653) Prostat vəzinin adenoması zamanı transuretral elektrorezeksiyaya göstəriş nədir?
A) Adenomanın subtriqonal yerləşməsi

B) Adenomanın III mərhələsi

C) Böyük ölçülü adenoma

D) Adenomanın fibroz forması

E) Adenomanın I mərhələsi və fibroz forması
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
654) 60 yaşlı xəstə,ilkin kəskin sidik ləngiməsi ilə 2 dəfə kateterizasiya edilib,sonra sidik aktı bərpa olunub,qalıq sidik 300 ml-dir.USM-də ikitərəfli hidroureteronefroz, subtriqonal yerləşmiş, 6x5x4,5 sm ölçülü prostat vəzi qeyd edilir.Qan damar sistemi və ağ iyərlərdə yaşa uyğun dəyişikliklər var.Hb-120 q/l, EÇS-20 mm/saat-dır. Sidiyin xüsusi çəkisi 1006.Xəstəyə aşağıdakılardan hansı göstərişdir?
A) Sistostomiya

B) Transuretral elektrorezeksiya

C) Daimi kateterin qoyulması

D) Perkutan nefrostomiya

E) Adenomektomiya
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
655) 77 yaşlı xəstənin rektal müayinədə prostat vəzi bir qədər böyüyüb konsistensiyası daşvaridir.USM-da prostat vəzin sol payında hipoexogen sahə qeyd edilir,vəzin ölçüləri 2,8x3,5x3,4sm. Qalıq sidik-150ml-dir.Qanın və sidiyin ümumi analizi normaldır.Ehtimal olunan diaqnoz aşağıdakılardan hansı ola bilər?
A) Prostatın adenomasının II mərhələsi

B) Xroniki prostatit

C) Marion xəstəliyi

D) Prostat vəzin xərçəngi

E) Prostat vəzin vərəmi
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
656) Prostat vəzində daha çox rast gəlinir?
A) Fibroma

B) Leyomioma

C) Xərçəng

D) Adenoma

E) Sarkoma
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
657) Prostat vəzin xərçəngi hansı səbəbdən əmələ gəlir?
A) Hormonal pozuntular

B) Xroniki iltihab

C) Ekzogen kanserogen maddələr

D) Virus xəstəliyi

E) Adenoma
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
658) Prostat vəzin xərçəngi neçə yaşdan sonra müşahidə olunur?
A) 30 yaş

B) 20 yaş

C) 50 yaş

D) 10 yaş

E) 40 yaş
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
659) Barmaqla rektal müayinədə prostat vəzin xərçəngi üçün hansı dəyişikliklər xarakterikdir?
A) Prostat vəzi bərk-elastik konsistensiyalı, paylarından birində yumşalma hissələri

B) Prostat vəzi bir payın hesabına böyüyüb, çox gərgindir və ağrılıdır

C) Prostat vəzi bərkdir, ağrısızdır, səthi kələ-kötürdür.

D) Prostat vəzi böyüyüb, səthi hamardır, konsistensiyası elastikdir, paylararası şırım hamarlaşıb, vəzin sərhədləri aydındır, palpasiya ağrısıdır.

E) Prostat vəzi böyüyüb, paylararası şırım qalıb, səthi hamar deyil, yumşalma nahiyələri nisbətən bərk toxumalarla növbələşir
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin