ĠuĢa təkcə ĢuĢalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaĢımız üçün əziz bir


insanın  qiyməti  onun  faydalı  əməyi  ilə  ölçülür.  Bu



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə8/14
tarix03.02.2017
ölçüsü1,22 Mb.
#7292
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

insanın  qiyməti  onun  faydalı  əməyi  ilə  ölçülür.  Bu, 
unudulmamalıdır. 
 
 
 
 
 
 
 
 
 
 

 
 
77 
Yunis HÜSEYNOV,  
tarix  üzrə fəlsəfə doktoru 
 
QARABAĞIN  KEÇMĠġĠNƏ  SƏYAHƏT 
 
Qarabağın  tarixi  qədim  dövrlərlə  sıx  bağlıdır.  Kür  və 
Araz  çaylan  arası  ərazilər  tarixi  inkişafın  ən  qədim 
məskənlərindən  biridir.  Azərbaycanın  əlverişli  təbii  şəraiti  ən 
qədim  dövrlərdən  insanın  burda  məskunlaşmasına  hərtərəfli 
şərait  yaratmışdı.  Dünya  arxeoloji  abidələri  içərisində 
özünəməxsus yer tutan Azıx mağarası nadir insan məskənidir. 
Mağaranın  mədəni  təbəqəsi  sübut  edir  ki,  Qarabağ  ərazisində 
ibtidai  insanlar  1,5-2  milyon  il  bundan  əvvəl  yaşamışlar. 
Maddi-mədəni əşyalarsa təsdiqləyir ki, Azərbaycanda həyat on 
minlərlə  nəsil  qədər  qədimləşmişdir.  Saysız-hesabsız  daş 
məmulatı  və  istehsal  tullantıları  burda  əmək  alətlərinin 
hazırlandığını  göstərir.  Azıxantrop  ovçuluq  və  yığıcılıqla 
məşğul  olmuşdur.  Mağarada  olan  10  mədəni  təbəqə  inkişafın 
mərhələli dövrlərini ardıcıllıqla əvəz edir. 
Azıx  mağarasında  ibtidai  insanın  alt  çənə  sümüyünün 
bir hissəsinin tapılması onun 18-22 yaşlı oğlan olmasını sübut 
edir. Qədim insan qalıqları içərisində Azıx adamı (azıxantrop) 
xüsusi  yer  tutur.  Azıxantrop  ibtidai  incəsənətə,  tikinti 
vərdişlərinə də malik olmuşdur. Paleolit dövrünün ən mühüm 
tapıntıları Azıx mağarasında olduqca çoxdur. 
Mustye 
dövrü 
mədəniyyəti 
Azıx 
və 
Tağlar 
mağaralarında  nisbətən  daha  yaxşı  saxlanılmışdır.  Tağlar  və 
Şuşa mağaraları mustye dövrünə aid əşyalarla zəngindir. 
Qarabağda Neolit, Tunc, Dəmir dövrlərinə aid də çoxlu 
maddi əşyalar əldə edilmişdir. Burda xeyli miqdarda kurqan da 
var.  Xocalı  qəbiristanlığı  Tunc  və  Dəmir  dövrlərinə  aid 
arxeoloji  abidə  kimi  qədim  dövrün  nadir  əşyalarını  özündə 
birləşdirir.  Burda  daş  qutular  və  kurqanlardan əlavə,  müxtəlif  
tipli saxsı qablar, qılınc, xəncər, nizə, ox ucları, balta-təbərzin, 
qızıl,  tunc  bilərziklik,  balıqqulağı,  əqiq,  şüşə,  pasta,  tuncdan 

 
 
78 
hazırlanmış  əmək  alətləri,  at  əsləhətləri  və  sair  aşkar 
olunmuşdur. 11 nömrəli kurqandan tapılan muncuğun üzərində 
Assuriya  çarı  Adadniraninin  adı  həkk  olunmuşdur.  Bunu 
akademik  İ.İ.Meşşaninov  oxumuşdur.  Bu  yazı  Qarabağın 
deyil,  bütün  Azərbaycanın  siyasi  tarixinin  öyrənilməsində 
olduqca böyük dəyərə malikdir. 
Ağdam  yaxınlığındakı  Üzərliktəpə  orta  tunc  dövrünə 
aid maddi abidələrdən biridir. Burda abadlıq işləri aparılarkən 
təpə-abidə dağıdılmışdır. Həmin dağılan ərazidə üç-dörd min il 
bundan  əvvələ  aid  xeyli  maddi-mədəniyyət  qalıqları  aşkar 
olunmuşdur.  Aparılan  arxeoloji  qazıntılar  zamanı  çoxlu  əmək 
alətləri,  məişət  əşyaları,  təsərrüfat  quyuları  tapılmışdır.  Bu 
yaşayış  məntəqəsində  əhalinin  əkinçilik,  maldarlıqla  məşğul 
olmaları  da  müəyyən  olunmuşdur.  Üzərliktəpədə  yaşayış 
arasıkəsilmədən təxminən iki min il davam etmişdir. 
Tariximizin qədim dövrünün müəyyən hissəsini özündə 
əks  etdirən  yaşayış  məskənlərindən  biri  də  Xındırıstan  kəndi 
yaxınlığındakı  Rəsultəpədir.  Arxeoloji  qazıntılar  zamanı 
müxtəlif dövrlərə aid təsərrüfat küpləri, bardaq,  bəmi, xeyrə, 
cam və digər əşyalar tapılmışdır. 
Respublikamızda  genotaflardan  ibarət  qəbiristanlıq 
Xocavənd  bölgəsinin  Ağoğlan  məbədinin  ərazisindədir. 
Ağoğlan  məbədinin  ətrafında  hələ  eramızdan  əvvəl  kahinlər 
yaşamışlar.  Burda  böyük  təsərrüfat  sahələri  kahinlərə  məxsus 
olmuş və qul əməyindən də istifadə olunmuşdur. 
Bütün  bunlar  bir  daha  sübut  edir  ki,  həmin  dövrlərdə 
Qarabağda  erməni  olmamışdır.  Burda  tarixi  səhifələmədən 
antik  və  orta  əsr  mənbələrindən  Ermənistan  haqqında  qısaca 
söhbət açmaq istərdim. 
“Ermənistan” coğrafi adı antik və orta əsr mənbələrində 
Fərat və Dəclə çaylarının yuxan axarlarını əhatə edən ərazilərə 
aid  edilirdi.  Müxtəlif  miqrasiyalar,  xüsusilə,  XIX  əsrin  sonu 
XX  əsrin  əvvəllərində  Rusiya  imperiyasının  köçürmə  siyasəti 
nəticəsində ermənilər Cənubi Qafqazda yayılmağa başlamışlar. 
1918-ci  ilin  may  ayında  ermənipərəst  qüvvələrin  fəal  köməyi 

 
 
79 
ilə Azərbaycanın qərb ərazisində Ermənistan dövləti yaradıldı. 
Bu isə tarixi ədalətsizlik və cinayət idi. 
Məlum olduğu kimi, Qarabağ antik dövrdə və erkən orta 
əsrlərdə  qədim  Azərbaycan  dövləti  Albaniyanın  ayrılmaz 
tərkib hissəsi olmuşdur. Qədim tarixi mənbələrdə göstərilir ki, 
Qarabağ 
Albaniyanın 
Uti 
və 
Arsax 
vilayətlərinin 
ərazilərini  təşkil  edirdi.  Sonralar,  yəni,  ərəb  işğalı  zamanı, 
düzənliklərdə  yerləşən  Uti,  Aran,  Arsax  birlikdə  Aqvan 
adlandırılmışdı.  Albaniya  dövlətinin  Kür  çayının  cənubunda 
yerləşən  ərazisi  dörd  iri  vilayətə  Arsax,  Uti,  Paytakaran  və 
Sünik  vilayətlərinə  bölünürdü.  Qeyd  olunan  bu  vilayətlər 
haqqında  bir  qədər  ətraflı  məlumat  verilməsi  məqsədəuyğun 
olar. 
Arsax türkmənĢəli sözüdür. “Dünyanın qərb hissəsi” 
deməkdir. Bu məfhum erməni mənşəli deyil və ola da bilməz. 
Bu, uydurmadır və heç bir elmi əsası yoxdur. Həmin dövrdə və 
XIX  əsrin  əvvəllərinə  kimi  burda  bir  nəfər  də  olsun,  erməni 
yaşamamışdır. Qarabağın dağlıq və Mil düzünün bir hissəsini 
əhatə edir, 12 kiçik inzibati vahidə bölünürdü.  Yerli əhalisi  – 
qarqarlar, utilər, xəzərlər, barsilər, hardmanlar, savdeylər 
idi.    Arsax  I-IV  əsrlərdə  alban  arşakilərinə,    VI-VIII  əsrlərdə 
isə  mehranilərə  tabe  olmuş,  Albaniyanın  ictimai  və  siyasi 
həyatında  mühüm  rol  oynamış,  705-ci  ildən  ərəb  xilafətinin 
tərkibinə daxil edilmişdi. 
Paytakaran  Mil  və  Muğan  düzlərinin  cənubundan 
başlayaraq Xəzər dənizinə qədər uzanan ərazini əhatə edirdi. 
Sünik  Albaniyanın  cənub-qərb  hissəsində,  Arsaxdan 
cənub-qərbdə  yerləşirdi.  Onun  ərazisinə  Zəngəzur  və  ondan 
qərbdəki torpaqlar daxil idi. 
Uti  Paytakarandan  qərbdə,  Arsaxdan  şimalda  İberiya 
sərhədinə qədər uzanan ərazini əhatə edirdi, inzibati cəhətdən 
kiçik  ərazilərə  (qavarlara)  bölünürdü.  Uyi  vilayətində  qarqar 
və  savd  tayfaları  yaşayırdılar.  I-VI  əsrlərdə  alban  arşaki 
sülaləsinin,  VI-VIII  əsrlərdə  mehranilər  alban  sülaləsinin 
hakimiyyəti altında olmuşdur. 

 
 
80 
Aparılan  elmi  araşdırmalar  sübut  edir  ki,  Qərbi 
Azərbaycan  ərazisində  yerləşən  “Ermənistan”  ermənilərin 
vətəni deyil, bu etnos gəlmədir. Ermənilər Fərat çayının yuxarı 
axarlarında kiçik tayfa halında yaşamış, sonralar səyyar həyat 
keçirərək dünyanın bir çox ərazilərinə səpələnmişlər. 
Özlərini  Qarabağa  aid  edən  ermənilər  tarix  qarşısında 
oğru və ləkəli olduqlarını həmişə gizlətmişlər. İndi də belədir. 
Qədim Albaniyanın sosial tərkibində ermənilərin olmaması bir 
daha sübut edir ki, onlar Azərbaycanda da yaşamamışlar. 
Tarixi arayıĢ. I əsr Ermənistanın siyasi taleyi haqqında 
numizmatika  materialı  olduqca  böyük  maraq  kəsb  edir.  Bu 
material 
çarlığın 
devrilməsindən, 
Ermənistanın 
işğal 
edilməsindən  xəbər  verir,  Ermənistan  üzərində  Romanın 
qələbələrini  təsvir  edir.  Qeyd  olunan  dövrün  pullarının 
üzərində  Ermənistan  alleqorik,  alçaldılmış  və  təhqir  olunmuş 
şəkildə  Roma  imperatorun  ayaqları  altında  oturmuş  erməni 
qadını  simasında,  itaətə  gətirilən  vəhşi  öküz  şəkildə,  aman 
diləyən  erməni  döyüşçüsü  obrazında  təsvir  edilmişdir.  387-ci 
ildə  Ermənistan  İran  və  Roma  arasında  bölüşdürüldükdən 
sonra siyasi bir qurum kimi tarix səhnəsindən silinmişdir. 
Qarabağ  adının  meydana  çıxması  XII  əsrə  aiddir. 
Alimlər Qarabağ toponimini peçeneq-kəngərlərin bir qolu olan 
Qarabay  (Qarabağ)  tayfasının  adı  ilə  bağlayırlar.  Hələ  lap 
qədimdən  Qarabağda  çoxsaylı  türk  tayfaları  –  barsilər, 
sabirlər, hunlar yaşayırdılar. 
İki  türk  mənşəli  sözün  birləşməsindən  əmələ  gələn 
Qarabağ  toponiminə  biz  ilk  dəfə  1284-cü  ildə  Fəzlullah 
Rəşidəddinin  (1247-1318-ci  illər  arasında  yaşamışdır)  “Cami-
ət  Təvarix”  əsərindən  məlumat  əldə  edirik.  O,  qeyd  edir  ki,  
“Qazan xan bu qıĢ Qarabağda  qıĢlamaq haqqında qərara 
gəldi”.  Tarixçi  eyni  zamanda  vergi  verən  əyalətlər 
içərisində Qarabağın da adını çəkir. 
Qarabağ toponimi türk mənşəlidir. Rəng bildirən söz və 
istilahlardan  düzəlmiş  toponimlər  siyahısına  aid  edilən 
Qarabağ  ifadəsi  bir  çox  mənbələrdə  “geniş  bağ”  (qara  bağ) 

 
 
81 
mənası  kimi  açıqlanır.  Belə  güman  olunur  ki,  adın  birinci 
hissəsi,  yəni,  “qara”  sözü  qədim  türkdilli  xalqlarda  rəng 
mənasında deyil, “çox”, “böyük”, “geniş” mənasında işlənmiş, 
ikinci  hissə  “bağ”  sözü  isə  fars  sözü  olub,  təsərrüfatda 
bağçılığın  geniş  inkişafı  ilə  əlaqədar  yaranmışdı.  Deməli, 
Qarabağ qədimdir, türkdilli xalqların vətənidir.  
Qarabağ  Azərbaycanda  olan  doqquz  iqlim  qurşağının 
altısını  özündə  birləşdirir.  Diyar  mülayim  iqlimə,  zəngin  və 
nadir  bitki  və  heyvanlar  aləminə,  həyat  üçün  misilsiz  su 
mənbələrinə  malikdir.  Əlverişli  təbii-coğrafi  mövqedə 
yerləşən,  qərblə  şərq,  şimalla  cənub  arasında  körpü  rolu 
oynayan Azərbaycanın bu ərazisi tarixi-etnoqrafik əyalət kimi 
əvvəlcə  Albaniya  dövlətinin,  VII  əsrdən  bütün  Azərbaycanla 
birlikdə  ərəb  xilafətinin  tərkibinə  daxil  olmuşdur.  IX-X 
əsrlərdə  Sacilər  dövlətinin,  X  əsrdə  Cəlairlər,  XI-XII  əsrlərdə 
Şəddadilər,  XII-XIII  əsrlərdə  Atabəy-Eldəgizlər,  XIII  əsrin 
ikinci  yarısından  XIV  əsrə  qədər  Hülakülər  (Elxanilər),  XV 
əsrdə  Qaraqoyunlu  və  Ağqoyunlu  dövlətlərinin  tərkibində 
olmuşdur.  1501-ci  ildə  isə  Şah  İsmayıl  Xətainin  yaratdığı 
Azərbaycan  Səfəvilər  dövlətinin  13  vilayətinin  biri  kimi  şah 
tərəfindən təyin edilən bəylərbəyi tərəfindən idarə edilmişdir. 
1578-1590-cı illər Səfəvi-Osmanlı müharibəsi dövründə 
Qarabağ müvəqqəti olaraq osmanlılar tərəfindən işğal edilmiş, 
XVII  əsrdə  I  Şah  Abbas  Azərbaycan  torpaqlarını  geri 
qaytarmaq  uğrunda  osmanlılarla  apardığı  müharibələr  zamanı 
azad 
olunaraq 
yenidən 
Ziyadoğluların 
idarəçiliyinə 
verilmişdir.  1727-ci  ildə  Qarabağ  bəylərbəyiliyinin  ərazisi 
Beyləqandan  başlayaraq  Tiflisə  qədər  geniş  bir  ərazini  əhatə 
edirdi. 
XVII  əsrin  əvvəllərinə  kimi  xristianlar  Qarabağın 
inzibati  hakimiyyətində  heç  bir  zaman  təmsil  olunmamışlar. 
Burda  mövcud  olan  xristian  alban  məliklərindən  dördü 
kənardan  gələn,  biri  isə  yerli  olmuşdur.  Şah  Abbas  həmin 
alban  xristian  məliklərə  müəyyən  hüquqlar  vermişdir. 
“Xəmsə”  adlanan  məliklərin  təsiri  bir  kənddən  kənara 

 
 
82 
çıxmırdı.  Eyni  zamanda  yeri  gəlmişkən  deyək  ki,  alban 
xristian  məliklərin  əhalisi  ümumi  Qarabağ  əhalisinin  cüzi  bir 
hissəsini  –  8,4  faizini  təşkil  edirdi.  Qarabağ  məlikləri  diyarın 
siyasi, ictimai həyatında yadda qalan mövqe tutmamışlar. 
....  Nadir  şahın  qətlindən  sonra  iyirmiyə  qədər  kiçik 
feodal  dövləti  –  xanlıqlar  yarandı.  Onlardan  biri  də  Qarabağ 
xanlığı  idi.  Xanlığın  tarixi  bu    yazının  müəllifi  tərəfindən 
respublikamızda  və  xarici  ölkələrdə  nəşr  olunan  elmi 
jurnallarda,  “Şuşa”  qəzetində  işıqlandırıldığı  və  onun  elmi 
əsərində  geniş  şərh  olunduğu  üçün  həmin  problemlərin  geniş 
izahına  ehtiyac  yoxdur.  Lakin  bəzi  problemlərin  nəzərə 
çatdırılması yerinə düşərdi. 
Əvvəla,  Qarabağdan,  Qarabağ  xalçasından,  Qarabağın 
milli  geyimlərindən,  əl-tikmə  işlərindən  danışarkən  deməliyik 
ki,  bu  mənəvi  mədəniyyətin  hamısı  Azərbaycan  xalqına 
məxsusdur.  Burda  heç  bir  gəlmə  elementi  yoxdur  və  ola  da 
bilməz.  Bunların  hamısı  Yaxın  və  Orta  Şərq  ölkələrində 
yüksək  səviyyədə  dəyərləndirilmişdir.  Qarabağ  atı,  Qarabağ  
qoyunu, Qarabağ inəyi hər yerdə tanınırdı. 
HAġĠYƏ.  Əgər  ermənilər  Qarabağın  sakinləri 
olsaydılar,  onda  Qarabağ  donuzu,  Qarabağ  eşşəyi  də  olardı. 
Bunlar  bir  daha  sübut  edir  ki,  ermənilər  Qarabağa  çox-çox 
sonralar gəlmişlər. 
Cənubi Qafqazda ilk dünyəvi qəza məktəbi 1830-cu ildə 
Şuşada  açılmışdı.  “Məclisi-üns”  və  „„Məclisi-fəramuşan”  öz 
məzmun  və  üslubları  ilə  seçilirdi.  Qarabağ  musiqi  məktəbi 
Şərq  aləmində  məşhur  idi.  Görkəmli  rus  musiqişünası 
V.Vinoqradov  yazırdı:  “Şuşa  musiqiçiləri  Azərbaycan 
musiqisinin  tarixini  yaratmış  və  onu  yalnız  öz  vətənlərində 
deyil,  həm  də  Şərqin  başqa  Ölkələrində  təmsil  etmişlər”. 
Qarabağın  tacı  olan  Şuşa  “Zaqafqaziyanın  konservatoriyası” 
adını şərəflə  daşımışdır.  Yaxın  və  Orta  Şərq  ölkələrinin  nadir 
memarlıq abidələri Qarabagda inşa edilmişdir. Şuşada yüzlərlə 
elm,  mədəniyyət  və  incəsənət  xadimi  doğulub  boya-başa 
çatmışdır.  M.P.Vaqifin  ədəbi  yaradıcılığı  Şuşa  mühiti  ilə  sıx 

 
 
83 
bağlı  olmuşdur.  Belə  dühaları  və  dəyərli  şəxsiyyətləri  isə 
yalnız və yalnız Şuşa mühiti yetişdirə bilərdi. 
Qarabağ xanlığı rus işğalına kimi müstəqil  olaraq 75 il 
mövcud  olmuşdur.  1822-ci  ildə  ləğv  edilərək  Rusiya 
imperiyasının əyalətinə çevrilmişdir. 
1920-ci  il  Aprel  çevrilişindən  sonra  Qarabağ  problemi 
meydana çıxdı. Qarabağ birdir, onun dağı da var, aram da. Bu 
isə  təbiidir.  Bu  qondarma  ərazi  bölgüsündən  it  sümükdən 
yapışan  kimi  ermənilər  də  möhkəm  yapışmaq  qərarına 
gəldilər.  Sovet  hökuməti  və  bu  işdə  onların  arxasında 
dayanırdı.  Nəhayət,  Dağlıq  Qarabağ  problemi  dövlət 
səviyyəsində həll olunma müstəvisinə keçirildi. 
Dağlıq  Qarabağ  məsələsi  dəfələrlə  RK(b)P-nin  Qafqaz 
bürosunda,  partiyanın  Zaqafqaziya  diyar  Komitəsində,  eyni 
zamanda
 
AK(b)P-nin  MK-da  müzakirə  olundu.  Kremldə 
özlərinə  yuva  salan  daşnakların  fəal  köməyi  ilə  ermənilər 
getdikcə  azğınlaşır  və  qədim  tarixi  ərazimizin  bir  hissəsinin 
Ermənistana  verilməsini  tələb  edirdilər.  Onların  tələbinin 
arxasında  yalnız  bir  məsələ  dururdu.  Burda  ermənilərin 
yaşamaları məsələsi.
 
Mərkəz yaxşı bilirdi ki, Ermənistan SSR 
Azərbaycanın  qərb  torpaqlarında  –    İrəvan  xanlığı  ərazisində 
yaranmışdır.  N.Nərimanovun  tutduğu  qətiyyətli  mövqe 
ermənilərin  bu  arzusuna  son  qoydu.  Geniş  izahata  ehtiyac 
olmadığından onu qeyd edək ki, mərkəzin tələbi ilə Qarabağın 
dağlıq ərazisinin muxtariyyəti ideyası ortaya atıldı. Məsələnin 
qızğın  dövründə  Qarabağ  xanlığının  ərazisi  olan  Zəngəzur 
ermənilərə 
hədiyyə 
verildi... 
Uzun 
sürən 
qızğın 
mübahisələrdən sonra 1923-cü il iyulun 7-də Azərbaycan SSR 
Mərkəzi  İcraiyyə  Komitəsi  “Dağlıq  Qarabağ  Muxtar 
Vilayətinin  yaradılması  haqqında”  dekreti  imzaladı.  Dekret 
Kremlin kobud təzyiqi altında verilmişdi. Tarixin bu ədalətsiz 
qanunu  torpaqlarımızın  sinəsinə  sancılan  qılınc  idi. 
Azərbaycan SSR-in tərkibində yaradılmış bu qondarma qurum 
mövcud  olduğu  (1991-ci  il  noyabrın  26-na  kimi)  illərdə  qan 
çanağı  rolunu  oynamışdı.  Hazırda  baş  verən  siyasi  hadisələr 

 
 
84 
deyilənləri sübut edir. 
SSRİ  dağılandan  sonra  ermənilər  başa  düşdülər  ki, 
müstəqilliyə nail olan müttəfiq respublikalar tarixi torpaqların 
geri  qaytaracaqlar.  O  cümlədən  də,  Azərbaycan  Respublikası 
da  özünün  qədim  ərazisini  bərpa  edəcək,  ermənilərə  verilən 
torpaqlarımız  geri  qaytarılacaq.  Qorxuya  düşən  erməni 
quldurları  himayədarlarının  köməyi  ilə  silaha  əl  atdılar, 
Qarabağda günahsız qan axıtdılar. 
Haqq,  ədalət  bizim  tərəfimizdədir.  Qarabağ  bizim 
qədim  torpağımızdır.  Heç  vaxt,  heç  zaman  Azərbaycan  xalqı 
və  onun  müstəqil  dövləti  bu  ərazinin  bir  qarışını  da  yağı 
düşmənə verməyəcək.  
 
 
Şuşa qəzeti,  
oktyabr,  2011,  №19

 
 
85 
Yunis HÜSEYNOV, 
Tarix üzrə fəlsəfə doktoru 
 
ƏMĠR TEYMURUN AZƏRBAYCANA HƏRBĠ 
YÜRÜġLƏRĠ 
 
XIV 
əsrin  əvvəlləri  tariximiz  tarixşünaslığımızda 
mürəkkəb  dövr  kimi  səciyyələndirilir.  Dövrün  hadisələri 
zənginliyi ilə bir-birindən fərqlənirdi və bu hadisələr bütün Şərqi 
lərzəyə  salan  Əmir  Teymurun  siyasi  həyata  başlaması  ilə  sıx 
bağlı  idi.  Azərbaycan  Makedoniyalı  İsgəndər,  Yuli  Sezar, 
Napoleon  Bonapart  kimi  sərkərdələrlə  eyniləşdirilən,  dünyanın 
görkəmli  sərkərdəsi  və  dövlət  xadimi,  “İkinci  Çingiz” 
adlandırılan və Avropa ölkələrində Tamerlan adı ilə də tanınan 
Əmir Teymurun əsas fəaliyyət meydanına çevrilmişdi. 
Əmir  Teymur  1336-cı  ildə  Amu-Dərya  ilə  Sır-Dərya 
çayları arasındakı Mavəraünnəhrdə, Xacə Ġlqar adlı kənddə 
anadan  olmuĢdur.  Atası  Turcay  Barlas  bəylərindən  idi.  O, 
yaşıdları  arasında  çevikliyi,  mərdliyi,  cəsurluğu  ilə  fərqlənirdi. 
At çapmaqda, ox atmaqda ad çıxarmışdı. Gənc yaşlarından hərbi 
yürüşlərdə iştirak edər, döyüş meydanında istədiyinə nail olmaq 
üçün  bütün  maneələri  dəf  edərdi.  Öz  gələcəyinə  də  daxilən 
inanırdı.  Əmir  Teymur  taleyinin  zirvəsinə  çatdığı  dövrdə  fərəh 
hissi  ilə  deyirdi:  “Mən  on  iki  yaĢımda  olarkən  özümdə 
fövqəladə fərasət və əzəmət hiss etdim. On səkkiz yaĢımda at 
çapmaq  və  ovçuluqda  olan  məharətim  barədə  hərtərəfli 
düĢünməyə və nəticələr çıxarmağa baĢladım. Əksər vaxtımı 
Qurani-Kərimi  oxumağa,  Ģahmat  oynamağa  və  at  çapmağa 
həsr etdim”. 
Monqol  xanı  Tucluq  Teymur  Mavəraünnəhri  ələ 
keçirdikdən sonra 25 yaşlı Teymuru Keş vilayətinə hakim təyin 
etmişdi.  O,  nüfuzlu  bir  türk  əmirinin  qızı  ilə  evlənmiş, 
Mavəraünnəhrin  hakimi  İlyas  Xocaya  qulluq  etmişdir.  Lakin 
ona  qulluq  etməyi  özünə  sığışdırmayan  Əmir  Teymur  qaynı 
Hüseynlə birlikdə İlyas Xocaya qarşı mübarizəyə başladı. Ancaq 

 
 
86 
Hüseyn Teymura xəyanət etdi. O, başa düşdü ki, Hüseynə etibar 
etmək  olmaz,  çünki  qaynı  özü  üçün  əsas  rəqib  olan  Teymuru 
aradan götürmək istəyirdi. 
İlyas  Xoca  monqol  xanlarının  hakimiyyətinə  qarşı  çıxan 
sərbadilərin  (“sərbadi”  fars  sözüdür,  mənası  “dara  çəkilənlər” 
deməkdir)  müqaviməti  ilə  qarşılaşdı.  1366-cı  ilin  yazında 
Teymur  və  Hüseyn  Səmərqənd  ətrafında  sərbadilərin
 
başçısı 
Mövlanzadəni  tutdular.  Lakin  Teymur  Mövlanzadəni  azad 
etdirdi.  Teymur  və  Hüseyn  Səmərqəndi  tutub,  şəhərə  daxil 
oldular.  Hakimiyyət  uğrunda  aparılan  mübarizə  torpaq 
sahiblərinin,  tacirlərin,  din  xadimlərinin  narazılığına  səbəb 
olurdu.  Bunu  Teymur  da  yaxşı  dərk  edirdi.  Ona  görə  də  vəd 
edirdi  ki,  hakimiyyətə  gəlsə,  vahid  dövlət  yaradacaq  və  ölkədə 
hərc-mərcliyə  son  qoyacaq.  Eyni  zamanda  hökmdar  taxtında 
əyləşməyə də tələsmirdi. Çünki Çingiz xanın soyundan deyildi. 
Ona  görə  də  Teymur  hökmdar  taxtına  həmin  soydan  olan 
Soyurqatmış xanı əyləşdirdi. 
Teymurun  övladı  öləndən  sonra  onun  Hüseynə  qarşı 
münasibəti düşmənçiliyə çevrildi. Hüseyn Bəlx qalasına köçdü, 
xəzinəni  də  bura  gətirib,  qalanın  müdafiəsini  gücləndirdi.  Belə 
şəraitdə Teymur Hüseynin güclənməsinə dözə bilməzdi. Teymur 
Bəlx  qalasına  hücum  etmək  və  rəqibini  aradan  götürmək 
qərarına gəldi. 
Tarixçilərin  yazdığına  görə  Bəlxə  hücum  ərəfəsində 
Teymurun  mötəbər  adamı  -  məkkəli  üləma  Seyid  Bərkə  bu 
döyüşün Teymur üçün uğurlu olacağını demiş və ona öz əli ilə 
hakimiyyət rəmzi olan təbil və bayraq vermişdi. 1370-ci il aprel 
ayının  9-da  Bəlxə  toplaşan  minbaşıların  və  tümən  başçılarının 
qurultayında  Teymur  türk  ənənələrinə  uyğun  ağ  keçə  üzərində 
yuxarıya  qaldırıldı  və  üləma  Seyid  Bərkənin  oxuduğu  Quran 
ayəsindən  sonra  Mavərünnəhr  ölkəsinin  əmiri  elan  olundu. 
Beləliklə də, dərin zəkaya və möhkəm iradəyə malik olan Əmir 
Teymur  istək  və  arzularına  çatdı  və  Səmərqəndi  ölkəsinin 
paytaxtı  elan  etdi.  Dərhal  da  tənəzzülə  uğramış  ölkəni  inkişaf 
etdirməyə və qayda-qanun yaratmağa başladı. 

 
 
87 
Yuxarıda  dediyimiz  kimi,  Əmir  Teymur  Çingiz  xan 
nəslindən  olmadığı  üçün  “xan”  titulu  qəbul  etmədi.  Əmir 
Teymur  kimi  də  qaldı.  O,  ömrünün  57  ilini  at  belində  hərbi 
səfərlərdə keçirdi və 27 ölkənin xaqanı oldu. 
Əmir Teymur Azərbaycana üç dəfə - 1386-1387-ci, 1392-
1395-ci  və  1399-1405-ci  illərdə  hərbi  yürüş  etmişdir.  Yalnız 
belə  bir  tarixi  faktı  göstərmək  kifayət  edər  ki,  onun  birinci 
yürüşü  ilə  ikinci  yürüşü  arasındakı  dövrlərdə  Azərbaycanın 
paytaxtı  Təbriz  şəhəri  feodal  ara  müharibələrinin  qanlı 
meydanına  çevrilmişdi.  Bu  mübarizəni  Əmir  Teymurun 
Təbrizdəki  əmirləri  ilə  yanaşı,  Cəlairi  Sultan  Əhməd  və  onun 
Əlincə  qalasındakı  əmirləri,  Təbrizin  daxili  əmirləri,  Marağa 
hakimi Yadigar şah, Mahmud Xalxali, Qara Yusif Qaraqoyunlu 
və  başqaları  aparırdılar.  1485-1492-ci  illərdə  Təbrizə  22  dəfə 
dağıdıcı hücum edilmişdi. 
XIV  əsrin  80-90-cı  illəri  tarixdə  Azərbaycan  üçün  daha 
ağır  dövr  kimi  qalmışdır.  Bu  dövr  Əmir  Teymurla  Qızıl  Orda 
xanı  Toxtamışın  Azərbaycana  yürüşləri  ilə  xarakterizə  olunur. 
1386-cı  ildə  Əmir  Teymur  İran  ərazisinə  daxil  oldu.  Onun 
qoşunları  Sultaniyyəni  tutub  Təbrizə  tərəf  irəlilədi  və  şəhəri 
tutdu. Bu hadisədən sonra Əmir Teymur Uçandan Həştrud yolu 
ilə Təbrizə gələrək Şənbi-Qazanda düşərgə saldı. Sultan Əhməd 
bundan sonra Naxçıvana gedərək oradan da Bağdada qayıtdı. 
Təbrizi  ələ  keçirən  Əmir  Teymur  şəhərdə  olan  görkəmli 
sənətkarları  və  elm  adamlarını  Səmərqəndə  göndərilməsi 
haqqında  göstəriş  verdi.  Təbrizdən  qaçan  cəlairli  Sultan 
Əhmədlə  İlyas  Xoca  arasında  qanlı  döyüş  baş  verdi.  İlyas 
Xocanın  bu  döyüşdə  yaralanması  Sultan  Əhmədi  ölümdən 
qurtardı.  Şərəf  əd-Din  Əli  Yəzdi  yuxarıda  qeyd  olunan  döyüş 
haqqında  yazmışdır:  “Əmir  ġeyx  Əli  Bahadırın  oğlu  Ġlyas 
Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin