ĠuĢa təkcə ĢuĢalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaĢımız üçün əziz bir


-ci ildə  Pənahabad qalasının əsası qoyuldu



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə2/14
tarix03.02.2017
ölçüsü1,22 Mb.
#7292
1   2   3   4   5   6   7   8   9   ...   14

1170-ci ildə  Pənahabad qalasının əsası qoyuldu. Qala 
tikilib  başa  çatdıqdan  bir  il  sonra  Məhəmmədhəsən  xan  Qacar 
İraq  və  Azərbaycan  (Cənubi  Azərbaycan  nəzərdə  tutulur) 
qoşunu ilə Pənahabad qalasını almaq və Pənah xanı özünə tabe 
etmək  məqsədilə  Araz  çayını  keçib  qalanın  dörd  ağaclığında 
çadırlar qurdurdu. Lakin Pənah xanın qoçaq döyüşçüləri və əhali 
Məhəmmədhəsən  xanın  ordusuna  ağır  zərbə  vuraraq,  onu  geri 
qayıtmağa məcbur etdilər.  
Yuxarıda  qeyd  edildiyi  kimi  Pənahabad  qalasının 
binası  1170-ci  ildə  qoyulmuĢdur.  Bu  tariximizin  1756-57-ci 
ilinə  müqabildir.  Yeni  qalanın  tikilməsində  eyni  zamanda  da 
ərazinin  iqlim  şəraiti  də  nəzərə  alınmalıdır.  Bir  il  ərzində 
Pənahabad  kimi  möhkəm  bir  qalanın  tikilməsi  və  möhkəm-
ləndirilməsi  qeyri-mümkündür.  Nəzərə  alsaq  ki,  Məhəmməd-
həsən xan Qacar qala üzərinə 1757-ci ildə hücum etmişdirsə, bəs 
qalanı nə üçün tuta bilməmişdir?  
Mənə  belə  gəlir  ki,  minilliyin  yadigarı  olan  qədim  türk 
yurduna, özündən əvvəlki qala şəhərlərin ən əzəmətlisi, bir sözlə 
Allahın  əli  ilə  yaradılan  gözəl  məkanda  ucaldılan  Pənahabadın 
tarixi son zamanlarda dəqiqləşdirilmişdir. 
Ġndi  qətiyyətlə  deyə  bilərik  ki,  Pənahabadın 
bünövrəsi  1750-ci  il,  -  avqust  ayının  sonu  -  sentyabr  ayının 
ilk  günlərində  qoyulmuĢdur.  Çox  ehtimal  ki,  ehtiyat  üçün 
ġahbulağı  qalasının  da  tikintisi  davam  etdirilmiĢdir. 
«Qarabağnamə»  müəllifləri  də  Pənahabad  qalasının  inşa 
olunmasında müxtəlif fikirlər irəli sürürlər.  
Mirzə  Yusif  Qarabaği  «Tarixi-Safi»  salnaməsində 
yazırdı:  
«SoraqlaĢdıqdan  və  axtarıĢ  etdikdən  sonra  …  ġuĢa 
qalasının  yerini  müəyyən  etdilər.  Bu  yeri  Pənah  xan  özü 
gedib gördü və hər cəhətdən bəyəndi. Ərazinin ortasından su 

 
 
14 
axmadığı  üçün  bir  neçə  quyu  qazdırdı  və  bu  quyulardan 
çoxlu su çıxdı. Bundan sonra 1752 (1166)-cı ildə Pənah xan 
xoĢ bir gündə ġuĢa Ģəhərinin təməlini qoydu» [7, 18]. 
Mirzə  Adıgözəl  bəy,  Mirzə  Camal  bəy  CavanĢir 
Qarabaği  Pənahabad  qalasının  əsasının  qoyulmasını  1756-
1757-ci illəri göstərirlər. Əhməd bəy CavanĢir isə 1754-cü ili 
əsas götürür.  
Yuxarıda  göstərdiyimiz  tarixlər  Pənahabadın  bünöv-
rəsinin  qoyulması  kimi  qəbul  edilə  bilməz.  Ona  görə  ki, 
Qarabağın  tarixinə  həsr  edilən  ilk  salnamənin  müəllifi  Mirzə 
Adıgözəlbəyin  əsəri  Pənahabadın  tarixini  dəqiqləĢdirməyə 
imkan verir. Güman etməyə əsas verir ki, istər Mirzə Adıgözəl 
bəyin  və  istərsə  də  Mirzə  Camal  bəy  CavanĢir  Qarabağinin 
salnamələri  dikdə  olunub  yazılarkən  və  ya  üzləri  köçürülərkən, 
bu işləri görən adamlar tarixləri, özləri də bilmədən səhv qələmə 
almışlar. Başqa cür də ola bilməz.  
Rzaqulu  bəy  Mirzə  Camal  oğlu  «Pənah  xan  və 
Ġbrahim  xanın  Qarabağda  hakimiyyətləri  və  o  zamanın 
hadisələri» adlı əsərində yazırdı:  
«Xan (Pənah xan nəzərdə tutulur - Y.H.) hicri 1160-cı 
ildə  ġahbulağında  sakin  olan  bütün  rəiyyətləri,  əyanların, 
qulluqçuların,  ellərin  və  bəzi  kəndlərin  kəndxudalarının 
ailələrini  köçürüb  bu  qalanın  (Pənahabad  qalası  nəzərdə 
tutulur - Y.H.) içərisində yerləĢirdi. Əvvəllər bu yerlərdə heç 
bir abadlıq yox idi [7, 215]. 
Rzaqulubəy 
Mirzə 
Camal 
oğlunun 
yuxarıda 
göstərdiyimiz 1160-cı  il hicri tarixidir. Bu isə miladi  tarixinin 
1747-ci ilinə təsadüf olunur. Halbuki, Pənah xan həmin tarixdə 
Qarabağ xanlığını yaratmıĢdır. Həmin dövrdə xanlığın siyasi 
və  mədəni  mərkəz  Ģəhəri  yox  idi.  Görünür  əsas  dolaĢıqlıq 
hicri və miladi tarixlərinin dəqiq göstərilməməsindədir.  
ġuĢa-Pənahabad  qalası  1750-ci  ilin  yayının  sonu-
payızın əvvəllərində inĢa olunmağa baĢlaması heç bir Ģübhə 
doğurmur.  
ġuĢalı  Həsən  Ġxfa  Əlizadə  «ġUġA  ġƏHƏRĠNĠN 

 
 
15 
TARĠXĠ»  adlı  salnaməsində  qalanın  inşa  edilməsindən 
danışaraq belə bir fikir irəli sürür:  
“Miladi  1750-ci  ildə  ġuĢa  Ģəhərinin  bünövrəsi 
qoyulmuĢdur.  (O, ġuĢa  dedikdə  ilk  növbədə  qalanın  ilk  adı 
olan  Pənahabadı  nəzərdə  tuturdu).  Pənahəli  xan  tezliklə 
Ģəhərin  ətrafına  möhkəm  bir  hasar  çəkdirib  hər  növ 
təcavüzə  qarĢı  müdafiə  sistemi  və  möhkəm  bir  səngər 
düzəltdikdən  sonra,  daxili  islahat  və  inĢaat  iĢlərinə  baĢladı. 
Pənah  xan  Pənahabadı  (ġuĢanı)  qədim  Azərbaycan 
memarlıq abidələri ənənələri əsasında tikmək üçün adamlar 
göndərib  Təbriz,  Ərdəbil  və  baĢqa  Ģəhərlərdən  ustalar 
gətirtdirmiĢdir.  Sonralar  həmin  ustaların  özləri  də 
Pənahabadın sakini oldular” [9, 316]. 
Qarabağ salnamələrinin müəlliflərindən biri də Həsənəli 
Qaradağidir.  O,    “Qarabağ  vilayətinin  qədim  və  cədid 
keyfiyyət və övzaları» adlı salnaməsində qeyd edir ki:  
“Azərbaycana  Məhəmmədhəsən  xan  Qacar  hakim 
olmuĢdur. Hərçənd son illər ki,  hakimlər ilə,  xüsusən Əmir 
Aslan  xan  ilə  Pənah  xan  çox  dost  idi.  Lakin  bu  yeni  gəlmiĢ 
Məhəmmədhəsən  xandan  ehtiyat  edirdi.  Ona  görə  də 
mövcud  qalalar  (Bayat  və  ġahbulağı)  əgər  dava  düĢərsə, 
Ġran qızılbaĢlarına cavabverici tərzdə deyildi. Pənah xan və 
onun  yaxınları  yeni  bir  möhkəm  qalanın  binasına  qərar 
verdilər.  Bu  qalanın  elə  bir  mərkəzdə  olmasını  məsləhət 
gördülər  ki,  bura  həm  Aran,  həm  də  dağ  camaatına  yaxın 
olsun. Belə bir məkan indiki ġuĢa  Ģəhərinin yerini tapdılar. 
Təbii  bir  qaladır  ki,  hər  tərəfdən  hündür  qayalar,  əlçatmaz 
daĢlar  idi.  Yalnız  belə  bir  yerdə  Ġran  qızılbaĢlarından 
müdafiə  olunmaq  mümkün  idi.  ġuĢa  qalası  1754-cü  ildə, 
hicri  tarixi  ilə  1168-ci  ildə  bina  olunmuĢdu.  Ġlk  adı 
Pənahabad idi. Burada pul sikkəsi dəxi vurulurdu  [10, 357]. 
Onu da qeyd edək ki, Həsənəli Qaradağinin salnaməsinin 
tam mətni indiyə kimi əldə edilməmişdir.  
M.M.Mustafayev  Qarabağ  xanlığının  iqtisadiyyatına 
həsr  etdiyi  elmi  əsərində  qeyd  edir  ki,  «ġuĢa  qalasının 

 
 
16 
inĢasına  1750-ci  ildə  baĢlanmıĢ  və  bu  iĢ  1752-ci  ildə  baĢa 
çatmıĢdı» [(11, s. 33]. 
«Qarabağnamələr»in  1989-cu  ildəki  son  nəşrinin 
tərtibçiləri  də  ġuĢa  qalasının  inşası  barədə  başqa  fikir 
söyləyirlər.  Onlar  qeyd  edirlər  ki,  «Hicri  1170-ci  ili  ġuĢa 
qalasının  bina  olunması  tarixi  kimi  qəbul  etmək  olmaz.  Ona 
görə  ki,  Mirzə  Adıgözəl  bəyin  «Qarabağnamə»  əsərini 
diqqətlə nəzərdən keçirərkən məlum olur ki, tarixçi o dövrdə baş 
verən hadisələri ardıcıllıqla izah edir» [12, 41]. 
Doğrudan  da  Mirzə  Adıgözəl  bəyin  yuxarıda  qeyd 
etdiyimiz  salnaməsini  diqqətlə  oxuduqca  məlum  olur  ki,  o, 
qələmə  aldığı  hadisələri  təsvir  edərkən  tarixi  ardıcıllığı  əsas 
tutmuşdur. Tarixçi salnaməsinin dördüncü fəslinə belə bir başlıq 
vermişdir: - «ġuĢa qalasının bina olması və Ağa Məhəmməd 
Ģahın  atası  Qacar  Məhəmmədhəsən  xanın  mərhum  Pənah 
xanla müharibəsi haqqındadır» səhifələrini diqqətlə oxuduqda 
Pənahabad  (ġuĢa)  qalasının  bina  edilməsi  haqqında  məlumat 
əldə etmək olar.  
Mirzə Adıgözəl bəy yazırdı:  
«Bu Ģəhərin bina edilməsindən bir il keçdikdən sonra, 
Ağaməhəmməd  Ģahın  atası  Məhəmmədhəsən  xan  Qacar 
Astarabad,  Mazandaran  və  Gilan  vilayətlərindən  daĢların 
sayından  çox  və  yağıĢın  qətrələrindən  artıq  qaniçən  qoĢun 
topladı, ġuĢa Ģəhərini almaq məqsədilə hərəkət etdi [3, 40]. 
Göstərilən 
iqtibasdan 
aydın 
göründüyü 
kimi 
Məhəmmədhəsən xan Qacarın qoĢunları Qarabağda olduğu 
zaman Pənahabad qalası var idi.  
Bu hadisədən sonra Gəncə, Qarabağ, Qaradağ, Naxçıvan 
və  İrəvan  xanları,  Şəki  xanı  Hacı  Çələbiyə  qarşı  müharibə 
aparmaq  məqsədilə,  Gürcüstan  hakimi  II  Ġrakli  ilə  birləşmək 
üçün  Gəncədən  bir  qədər  aralıda  yerləşən  Qızılqaya  ərazisinə 
gəldilər.  Lakin  Gürcü  hökmdarı  namərdlik  edərək  Azərbaycan 
xanlarını  -  Qarabağ  xanı  Pənah  xanı,  Qaradağ  xanı  Kazım 
xanı,  Naxçıvan  xanı  Heydərqulu  xanı  və  Gəncə  xanı 
ġahverdi xanı tutub həbs etdirdi.  

 
 
17 
Aralarında  olan  düşmənçiliyə  baxmayaraq  ġəki  xanı 
Hacı Çələbi həbs edilən xanları əsirlikdən azad etdi.  
E.C.TakayĢvili tərəfindən rus dilinə tərcümə edilmiş və 
«Описание  событий»  başlığı  ilə  nəşr  olunmuş  adsız  gürcü 
salnaməsində  bu  hadisələrin  tarixi  dəqiq  qeyd  olunmuşdur. 
Salnamənin verdiyi məlumata görə yuxarıda göstərilən hadisələr 
1752-ci ilin mart ayında baĢ vermiĢdir [3, 41]. 
Bütün  bu  hadisələrin  təhlili  sübut  edir  ki,  özünə  qədər 
inşa  olunan  qalaların  ən  əzəmətlisi,  tayı  və  bərabəri  olmayan 
Pənahabad  qalasının  əsası  ən  geci  1750-ci  ilin  ikinci 
yarısında  və  ya  1751-сi  ilin  əvvəllərində  qoyulmuĢdur.  Biz 
isə 1750-ci ili qəbul edirik
Eyni  zamanda  onu  da  nəzərə  almaq  lazımdır  ki, 
Pənahabad  (ġuĢa)  qalası  qədim  türk  torpağında  inĢa 
olunmuĢdur. Bu yurdun min ildən çox tarixi vardır.  
Dövrün  etibarlı  mənbələri  olan  «Qarabağnamələr»in 
əksəriyyətində Məhəmmədhəsən xanın Qarabağa hücumunu 
1752-ci ildə baĢ verdiyi qeyd edilir. Bu barədə müxtəlif fikirlər 
də  var.  Bir  sıra  tarixçi  alimlərimiz  belə  hesab  edirlər  ki, 
Məhəmmədhəsən  xan  Qacar  ola  bilsin  ki,  Qarabağa  iki  dəfə 
hücum  etmişdir.  Əlbəttə,  bu  fərziyyələr  elmi  araşdırmalar 
əsasında  müəyyənləşdirilməlidir.  Bir  daha  qeyd  etməliyik  ki, 
Şuşa  qalasının  əsasının  1756-cı  ildə  qoyulmasını  qəbul  etmək 
olmaz.  
Pənahabad-ġuĢa Azərbaycanın qədim tarixə malik olan 
şəhər  mədəniyyətinin  nadir  incisidir.  Bu  inci  təkrarolunmaz 
olaraq,  onun  şanlı  tarixinə  həkk  olunmuşdur.  Şuşa  müqəddəs 
şəhərdir, Azərbaycan xalqının Kərbəla Ģəhəridir.  
Azərbaycan  Milli  Elmlər  Akademiyasının  müxbir 
üzvü, əməkdar elm xadimi YAQUB MAHMUDOV yazır:  
«ġuĢa  Azərbaycan  xalqı  üçün  son  dərəcə  müqəddəs, 
ziyarətgah qədər əziz olan yurd yeridir. Çünki dünyanın bu 
füsunkar  guĢəsi  bütün  tarixi  dövrlərdə  Azərbaycanın 
cənnəti  olan  Qarabağın  sinəsində  ona  həyat  verən  bir  ürək 
kimi  döyünmüĢ,  aranlı-yaylaqlı  bütün  Qarabağın  mərkəzi 

 
 
18 
olmuĢdur.  
Düzənli-dağlı  Qarabağ  üçün,  bütün  Azərbaycan 
ellərindən  ötrü  uzun  tarixi  dövr  ərzində  uca,  ĢiĢ  dağlar 
baĢında  səfalı  bir  yaylaq  yeri  olan  ġuĢa  el  arasında,  xalqın 
təfəkküründə  və  ədəbiyyatında  ġiĢə  kimi  də  məĢhur 
olmuĢdur» [13, 9-10]. 
Q.B.Zakir  və  F.B.Köçərli  də  öz  əsərlərində  ġuĢanı 
ġiĢə kimi iĢlətmiĢlər

 
 
19 
ġUġANIN ĠNKĠġAF TARĠXĠNDƏN 
 
Pənah  xanın  və  onun  oğlu  İbrahimxəlil  xanın  dövründə 
Pənahabad-ġuĢa  sürətlə  inkişaf  etmişdir.  Artıq  Ģəhər  XVIII 
əsrin  ortalarında  Azərbaycanın  inkişaf  etmiş  şəhərlərindən  biri 
idi. Hər iki xan qalanın inkişafına xüsusi qayğı göstərirdilər.  
Şuşanın  sürətlə  inkişaf  edib  böyüməsi,  onun  əlverişli 
təbii  mövqedə  yerləşməsi  idi.  Üç  tərəfdən  hündür  sıldırım 
qayalarla  əhatə  olunmuş  qalaya,  yalnız  ərazinin  şimal-şərq 
hissəsindən,  bir  o  qədər  də  əlverişli  olmayan  dar  bir  cığırla 
qalxmaq  olardı.  Sanki  Ulu  Tanrı  Pənahabad  üçün  hər  şeyi 
təbii plan əsasında bəxş etmişdir.  
«Pənah  xan  bir  xoĢ  gündə  ġuĢa  Ģəhərinin  təməlini 
qoydu.  ġəhər  cənub-qərbdən,  Ģimal-Ģərqdən,  eyni  zamanda 
da  qərb  və  cənub  tərəfdən  piyada  və  qeyriləri  üçün  gediĢ-
gəliĢ  mümkün  olmayan  möhkəm  hasar  və  təbii  sıldırım 
qayalarla əhatə olunmuĢdur» [7, 18]. 
Xanlıq  dövründə  tikilmiş  olan  qala  divarları  daş  və 
əhənglə  tikilmişdir.  Pənah  xanın  dövründə  inşa  olunan  qala 
hasarları  bir  qədər  də  möhkəm  deyildi.  Ona  görə  ki,  həmin 
hasarlar  sürətlə  və  tələsik  inşa  edilmişdir.  İbrahim  xan 
hakimiyyətə  gəldikdən  sonra,  Şuşa  qalasının  divarlarının 
yenidən tikilməsini həyata keçirdi. Bu barədə Mirzə Camal bəy 
CavanĢiri yazırdı: 
«ġuĢa  qalasının  hasar  divarları  müsəlman  tarixi  ilə 
1198  (1783-84)-ci  ildə  binası  qoyulmuĢ  və  üç  il  ərzində 
çəkilib  baĢa  çatdırılmıĢdır.  Qala  divarlarının  uzunluğu  2,5 
km-dir [4, 143]. 
İbrahim  xanın  hakimiyyəti  dövründə  inşa  edilmiş  qala 
divarları,  Pənah  xan  dövründə  tikilmiş  qala  divarları  ilə 
müqayisədə  olduqca  keyfiyyətli  və  möhkəm  idi.  Yeni  tikilmiş 
qala  divarları,  İbrahim  xanın  nəzarəti  altında  yüksək  ixtisaslı 
mütəxəssislər tikib başa çatdırmışlar.  
«Bu  divardan  nə  ton  mərmisi,  nə  də  baĢqa  bir  Ģey 
keçməzdi.  Çünki  divar  daĢ  və  əhənglə  tikilmiĢdir.  Bu 

 
 
20 
divarlardan  dörd  darvaza  açdılar.  ġimal  və  Ģərq  tərəfdən 
olan darvazaya –ġuĢa kənd darvazası deyilir. Ġki darvaza isə 
Ģimal  və  qərb  arasındadır.  Bunlardan  birinə  Ġrəvan 
darvazası,  digərinə isə Gəncə  və Çiləbörd darvazası  deyilir. 
Dördüncü  darvaza  isə  dağıdılmıĢ  və  hazırda  onun  yerinə 
divar tikilmiĢdir. Ġndi isə Ģəhərin ancaq üç darvazası var» [7, 
18]. 
«Xacə  Ģah»  romanının  müəllifi  Jan  Gevr  Şuşanın 
müdafiə istehkamları haqqında yazır: 
Ağa Məhəmməd xan Ərdəbilə çatanda ona dedilər ki, 
Ġbrahimxəlil xan CavanĢir ġuĢa Ģəhərini möhkəmləndirmiĢ-
dir və qərara almıĢdır ki, orada müqavimət göstərsin. Qacar 
xanı  düĢündü  ki,  Ġbrahimxəlil  xana  qüvvətlənməyə  fürsət 
verməsin,  ona  görə,  bilatəxir  onunla  vuruĢmaq  üçün  yola 
düĢdü.  Xudafərin  körpüsündən  keçib  sürətlə  irəlilədi… 
Ġbrahimxəlil  xan  CavanĢir  ġuĢa  hasarının  arxasında 
vuruĢmağa  hazırlaĢmıĢdı.  Ağa  Məhəmməd  xan  Qacarın 
dövründə  ġuĢa  kiçik,  gözəl  Ģəhər  idi,  möhkəm  hasarın 
hündürlüyü Ģəhərin bütün cəhətlərində bərabər idi, hasarın 
elə  yerləri  var  idi  ki,  oradan  mücahidlərin  baĢına  daĢ, 
qaynar su və ya ərimiĢ qurğuĢun tökmək olardı [6, 129-130]. 
Ağa  Məhəmməd  şah  Qacardan  əvvəl  də  Şuşa  qalası  bir 
neçə  xarici  işğala  qarşı  qəhrəmancasına  müqavimət  göstər-
mişdir.  Ağa  Məhəmməd  şah  Qacarın  və  Fətəli  xan  Əfşarın 
hücumlarının  qarşısının  alınması  və  onların  dəf  olunması 
Şuşanın tarixində silinməz izlər buraxmışdır. 
Şuşa  qalasında  İç  qala  olmamışdır.  Qalanın  ümumi 
hasarı olduqca etibarlı idi. Şəhərin inşası yuxarıda deyildiyi kimi 
yüksək  ixtisaslı  mütəxəssislər  tərəfindən  həyata  keçirilmişdir. 
Qalanın daxilində xana, onun övladlarına, qohumlarına, bəylərə, 
ağalara, ali din xadimlərinə, saray məmurlarına, tacirlərə məxsus 
olan  imarətlərin  ətraf  əraziləri  möhkəm  və  hündür  hasarlarla 
əhatə olunmuşdur. Bütün bu deyilənlər Şuşanın yaşlı sakinlərinə 
məlumdur.  
Deməli,  Şuşa  qalasında  İç  qalanın  olmaması  onun 

 
 
21 
coğrafi  mövqeyi  ilə  və  etibarlı  müdafiə  qurğularının  olması  ilə 
sıx  bağlı  idi.  Şuşa  qalasının  inkişaf  mərhələləri  Qarabağ 
xanlığının  siyasi,  iqtisadi  və  mədəni  inkişafı  ilə  sıx  bağlı  idi. 
Şuşa  qalasında  inşa  olunan  binaların  əksəriyyəti  iki  mərtəbəli 
idi. Üç mərtəbəli binaların sayı olduqca az idi. Daş və əhəngdən 
tikilən  binaların  otaqları  geniş,  hündür  və  işıqlı  idi.  Binaların 
geniş eyvanları var idi.  
Ġbrahim  xanın  böyük  oğlu  Məhəmmədhəsən  ağanın 
imarəti,  qalanın  aşağı  hissəsində,  Çuxur  məhəllədə,  «Leyli» 
qayasının  üstündə  inşa  edilmişdir.  Bina  Şuşanın  cənub-şərq 
hissəsində,  səfalı  və  mənzərəli  ərazidə  yerləşir.  İmarətin  sol  və 
sağ  hissəsində,  hündür  hasarın  ətrafında  iki  möhkəm  bürc 
tikilmişdir. 
Təsadüfi deyildir ki, Ağa Məhəmməd şah Qacar 1797-ci 
ilin  iyun  ayının  əvvəllərində  ġuĢa  qalasını  alarkən  Məhəm-
mədhəsən  ağanın  imarətində  yerləĢmiĢ  və  orada  da  qətlə 
yetirilmiĢdir.  
Şuşada  inşa  edilən  bina  və  imarətlər  şərq  arxitekturası 
ənənələri əsasında tikilmişdir. Bütün binaların eyvanları Qibləyə 
baxır.  
Qaraböyük  xanımın  imarəti,  Hacı  DadaĢın  imarəti, 
Hacı  Qulunun  imarəti,  M.M.Nəvvabın  mülkü,  Nəcəfqulu 
Ağanın  mülkü,  C.Qaryağdı  oğlunun  mülkü,  Zöhrabbəyov-
ların  mülkü  və  yüzlərlə  bəy,  ağa,  ruhani  və  tacir  mülkləri 
ġuĢanın bəzəyi idi.  
Pənah  xanın,  Ġbrahim  xanın,  Mehralı  bəyin, 
Mehdiqulu  xanın,  XurĢudbanu  Natəvanın  imarətləri  və 
habelə divanxana kompleksi Qarabağ xanlığının silinməz və 
unudulmaz tarixi yaddaĢıdır.  
Şuşa qalası 17 məhəllədən ibarətdir. Hər bir məhəllənin 
öz  adı  var.  M.Baharlı  «Əhvalati-Qarabağ»  adlı  öz  salnamə-
sində  qeyd  edir  ki,  bir  çox  adam  məndən  xahiş  etdilər  ki, 
Şuşanın  məhəllələrinin  ,  hamam  və  karvansaraların  adlarını 
yazım.  Elə  yeri  gəlmişkən  qeyd  edim  ki,  M.Baharlı  Qarabağın 
və  Qarabağ  xanlığının  tarixindən  daha  çox  onun  memarlıq 

 
 
22 
abidələri,  tarixi  şəxsiyyətləri  və  etnoqrafik  xüsusiyyətlərini 
qələmə almışdır. O, yazırdı:  
«Birinci məhəllə yuxarı məhəllədən xanlıq aradır. Bu 
məhəllənin  əsl  adı  Mir  (Mir  dedikdə  müəllif  ola  bilsin  ki 
rəhbər  və  baĢçı  nəzərdə  tuturdu  –  Y.H.)  adlanır.  Ona  görə 
ki,  ona  Xanlıq  ara  deyilir  ki,  Ġbrahim  xanın  imarətinin 
yanıdır».  
 
Ġkinci məhəllə Saatlı məhəlləsidir.  
Üçüncü məhəllə Köçərli məhəlləsidir. 
Dördüncü məhəllə Mamayı məhəlləsidir. 
BeĢinci məhəllə Xoca Mərcanlı məhəlləsidir.  
Altıncı məhəllə Dəmirçi məhəlləsidir.  
Yeddinci məhəllə Hamam qabağı məhəlləsidir.  
Səkkizinci məhəllə Təzə məhəlləsidir. 
 
AĢağı məhəllələrin adları bunlardır:  
 
Birinci məhəllə Qurdlar məhəlləsidir.  
Ġkinci məhəllə Seyidli  məhəlləsidir.  
Üçüncü məhəllə Culfalar məhəlləsidir. 
Dördüncü məhəllə Quyuluq məhəlləsidir. 
BeĢinci məhəllə Çuxur məhəlləsidir.  
Altıncı məhəllə Dördlər Qurdu məhəlləsidir.  
Yeddinci məhəllə Hacı Yusifli  məhəlləsidir.  
Səkkizinci məhəllə Dördçinar  məhəlləsidir. 
Doqquzuncu məhəllə Çölqala məhəlləsidir. 
                      [14, 277]. 
 
M.Baharlı 
Şuşa 
qalasının 
hamamları 
və 
karvansarayları  haqqında  da  ətraflı  məlumat  vermiĢdir
Tarixçinin verdiyi məlumata görə, qalada 18 hamam olmuĢdur. 
1822-ci  ildə  Qarabağ  xanlığı  Rusiya  imperiyası  tərəfindən 
ləğv  edildikdən  sonra  qalanın  xaricində  xristianlar  üçün  də 
bir  hamam  tikilmiĢdir.  17  hamam  müsəlmanlara  xidmət 

 
 
23 
edirdi.  İslam  dininə  görə  ermənilər  murdar  olduqlarına  görə 
onların hamamları qaladan xaricdə yerləşirdi, bu hamamın suyu 
Şuşadan xaric olan tullantı sulara da qarışa  bilməzdi… 
M.Baharlı  Şuşa  qalasında  tikilən  hamamları  belə  təsvir 
edirdi:  
«Ġlk  hamamı  Əbdüssəməd  bəy  tikdirmiĢdir.  Bir 
hamam Uğurlu bəy, bir hamam Qazi Mirzəli, bir hamam Əli 
bəy  Fuladov,  bir  hamam  Rüstəm  bəy,  bir  hamam  Rəhim 
bəy,  bir  hamam  Bəhmən  Mirzə,  iki  hamam  MəĢədiqulu 
xanın  qızı,  iki  hamam  Hacı  Rza  Xanqızı    ilə,  iki  hamam 
AğakiĢi,  bir    hamam  Hacı  Əbdürrəhim,  bir  hamam 
Xeyrənsə,  bir  hamam  Hacı  Saleh,  bir  hamam  ġahbaz,  bir 
hamam  Qaladan  xaricdə  xristianlar  üçün  tikilmiĢdir  [14, 
277-278]. 
Şuşanın  karvansaraylarını  M.Baharlı  aĢağıdakı  kimi 
təsvir edir:  
«Uğurlu  bəyin,  Hacı  Əmiraslan  bəyin  karvansarayı 
idi,  sonralar  onu  MəĢədi  Hüseyn  Mirsəyab  oğlu  alıb  təmir 
etdirmiĢdir.  Hacı  Hüseynin  Karvansarayı,  Timçəli  Hacı 
Məhərrəmin kravansarayı,  bir karvansarayı Hacı Böyük  və 
Hacı  Ġsgəndər,  bir  karvansaray  Ağa  Qəhrəman  Mirsəyaf 
oğlu,  bir  karvansaray  Abbas  bəy,  bir  karvansaray  Cavad 
Ağa, bir karvansaray Gövhər Ağa tikdirmiĢlər [14, 278].  
Şuşa  qalasının  17  məhəlləsinin  hər  birinin  ayrıca 
məscidi,  iki  cümə  məscidi  var.  Bu  iki  məscid  aĢağı  Gövhər 
Ağa və Yuxarı Gövhər Ağa məscidləridir. Məhəllə məscidləri 
hər  bir  küçənin  əhalisinin  sayına  uyğun  olaraq  inşa  edilmişdir. 
Məhəllə  məscidləri  içərisində  Çuxur  məhəllə  məscidi  özünün 
arxitektura  tikintisinə  və  həcminə  görə  fərqlənir.  Bu  məscidin 
qarşısında  tikilən  müqəddəs  ocaqda  (Şuşalılar  onu  Saqqaxana 
adlandırırlar) dini mərasimlər zamanı əhaliyə çay, gülab suyu və 
şirin  şərbət  paylanardı.  Şuşanın  yuxarı  hissəsində  inşa  olunan 
Həzrət  Abbas  məscidi  də  yerli  əhalinin  və  ətraf  yerlərdən 
gələnlərin izdihamlı ziyarət yeri  idi. Bir sözlə Pənahabadın  –
Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin