Azərbaycan tarixi



Yüklə 40,07 Kb.
səhifə1/3
tarix06.05.2023
ölçüsü40,07 Kb.
#108569
  1   2   3
Quba xanliginin yaranmasi v Ftli xani-1


Quba xanlığının yaranması
XVIII əsrə Azərbaycan dövlətçilik tarixində Quba xanlığı əsas yer tutur. "Azərbaycan tarixi" kitabında göstərilir ki, XVIII əsrin ortalarında Quba xanlığı Hüseynəli xan (1722-1758) idarə edirdi. Onun iqamətgahı əvvəlcə Xudat, sonra isə Quba olmuşdur. Burada zərbxana və silah emalatxanaları vardı. Hüsenəli xanın dövründə Salyan, Axtıpara, Altıpara, Doqquzpara Quba xanlığına birləşdirildi. 1770-ci ildə Azərbaycana olmuş S.Qmelinin verdiyi məlumata görə, Qulqan, Şabran, Rüdbar və digər qonşu ölkələr Quba xanlığının himayəsində olmuşlar. Xarici siyasət baxımından, o, Rusiya ilə əlaqə saxlayırdı.
Əlverişli coğrafi-strateji mövqeyə malik Quba xanlığının ərazisi Azərbaycanın zəngin vilayətlərindən biri hesab olunurdu. Qubanın Azərbaycanı Dağıstan, Şimali Qafqaz və Cənubi Rusiya ilə birləşdirən mühüm ticarət yolu üzərində yerləşməsi, onun münbit torpaqlarında müxtəlif kənd təsərrüfatı bitkilərinin becərilməsi bu xanlığı daha da əhəmiyyətli edir. Ölkənin təsərrüfatı inkişaf edir, əhalinin sayı artır. Quba şəhərində çoxlu silah emalatxanaları və pul kəsmək üçün zərbxanalar inşa edilir. Hüseynəli xan burada möhtəşəm bir saray da tikdirir. Xanlıq Bakı, Şamaxı, Şəki və Dərbənd xanlıqları, Dağıstanın feodal hakimlikləri ilə həmsərhəd olur. İnzibati cəhətdən 10 mahaldan ibarət xanlıqda Təngi, Şeşpara, Gülhan, Altıpara, Doqquzpara, Şabran və başqaları daha mühüm əhəmiyyət kəsb edir.
Quba xanlığı əlverişli coğrafi mövqedə yerləşirdi. Münbit torpağı, səfalı iqlimi burada əkinçiliyi, bağçılığı və maldarlığı inkişaf etdirməyə imkan verirdi. Hüseynəli xanın oğlu Fətəli xanın dövründə (1758-1789) Quba xanlığının mövqeyi daha da möhkəmləndi. Fətəli xan öz dövrünün görkəmli dövlət xadimi idi. A.Bakıxanov yazırdı: "...Fətəli xan tədbirli, mərhəmətli, əzmində sabitqədəm, məmləkəti idarə etmək işlərində mahir bir adam idi". XIX əsrin rus burjua tarixçisi P.Q.Butkov onu geniş ağıla malik, igid, bacarıqlı, düşüncəli və yorulmaq bilməyən bir şəxs kimi səciyyələndirir.

Yüklə 40,07 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin