ĠuĢa təkcə ĢuĢalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaĢımız üçün əziz bir


Ģəhidlərinin yası elə yüksək səviyyədə qeyd olunurdu ki, bu



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə4/14
tarix03.02.2017
ölçüsü1,22 Mb.
#7292
1   2   3   4   5   6   7   8   9   ...   14

Ģəhidlərinin yası elə yüksək səviyyədə qeyd olunurdu ki, bu 

 
 
34 
mərasimi  Ġranda  keçirilən  mərasimlərlə  müqayisə  etmək 
olmazdı.  Ġmam  Hüseynin  xatirəsi,  indi  olduğu  kimi,  əziz 
tutulurdu.  
ġuĢa qalasının birinci mühasirəsi Ġbrahim xana sübut 
etdi ki, ġuĢa alınmazdır. Əgər qalanın əhalisi ərzağa qənaət 
etsələr,  qızılbaĢlar  Ģəhəri  ala  bilməzlər.  Ətraf  yerlərdən 
ərzaq toplayıb qalaya gətirmək üçün xeyli iĢ görüldü. Ərzaq 
bol  olardısa,  ġuĢa  uzun  müddət  mühasirədə  qala  bilərdi. 
Ağa  Məhəmməd  Ģah  Qacarın  ġuĢaya  hücumunu  mümkün 
qədər ləngitmək üçün tədbirlər görülürdü» [6, 165-166]. 
Əsgəran qalası süqut etdikdən sonra Şuşa qalasına gedən 
yollardan  biri  qızılbaşların  əlinə  keçdi.  Ağa  Məhəmməd  şah 
Qacara  qarşı  aparılan  mübarizə  tarixində  Şuşa  qalasının  ikinci 
dəfə  mühasirəsi,  şuşalıların  qəhrəmanlıq  tarixində  ən  yadda 
qalan  hadisə  idi.  Qala  müdafiəçilərinin  hamısı  Azərbaycanlı 
türklərindən  ibarət  idi.  Əsgəran  qalası  uğrunda  aparılan 
mübarizədə qızılbaşlar xeyli canlı qüvvə itirdilər.  
Şuşa  qalası  dörd  gün  idi  ki,  Ağa  Məhəmməd  şahın 
qoşunları tərəfindən mühasirəyə alınmışdı. Şəhərə çıxış və giriş 
yolları  kəsilmişdi.  Şuşalılar  son  damla  qanları  axana  kimi 
müqəddəs  saydıqları  şəhəri  müdafiə  etməyə  hazır  idilər. 
Mühasirədə  olan  şəhərin  bütün  hərbi  əməliyyatlarına  İbrahim 
xan, M.P.Vaqif və başqa hərbiçilər rəhbərlik edirdilər. Şuşa ağır 
günlərini  yaşayırdı.  Eyni  zamanda  da  Şuşa  qalası  uğrunda 
aparılan  hərbi  əməliyyatlar,  Ağa  Məhəmməd  şah  Qacarın  son 
hərbi əməliyyatı idi.  
Şuşada  əli  silah  tutanların  hamısı  qızılbaşlara  qarşı 
mübarizəyə  qalxmışdı.  Qadınlar,  qocalar  və  uşaqlar,  qala 
müdafiəçilərinə 
hərtərəfli 
köməklik 
göstərirdilər. 
Ağa 
Məhəmməd  şah  Qacar  mühasirədə  olan  Şuşanı  qəti  hücumla, 
qısa müddətdə ələ keçirmək istəyirdi.  
Qacar  şahına  qarşı  mübarizənin  çətinliklərindən  biri  də 
Qarabağ  xanlığında  üç  il  davam  edən  (1794-1797-ci  illər) 
quraqlıq kənd təsərrüfatına ağır təsir göstərmişdir. Ərzaq qıtlığı 
yaranmışdı.  Aclıq  və  xəstəlik  başlanmışdır.  Bütün  bunlar  Şuşa 

 
 
35 
qalasının  müdafiəçilərini  qorxutmur,  əksinə,  onlarda  düşmənə 
qarşı kin və nifrəti artırır və mübarizə ruhunu gücləndirirdi.  
Ağa Məhəmməd şah Qacar Şuşanın cənub-şərq tərəfində 
yerləşən  QIZIL  QAYA  ilə  ÇAXMAQ  meĢəsi  arasında 
yerləĢən,  çox  da  böyük  olmayan  ərazidən  Şuşanın  qala 
divarlarını fasiləsiz olaraq top atəşinə tutmağı əmr etdi. Məqsəd 
divarları  dağıtmaq  və  oradan  şəhərə  daxil  olmaq  idi.  Ağa 
Məhəmməd  şah  Qacarın  göstərişi  ilə  topçular  qala  divarlarının 
bir nöqtəsini top atəşinə tutdular, hasar yuxarıdan aşağıya doğru 
dağıdıldı.  Topçular  yalnız  qalanın  aşağı  hissəsində,  Qırx 
pilləkən adlanan ərazinin qarşısına baxan ərazidə tikilən hasarı 
vura bilirdilər. Bu işə hərbi təcrübəyə yaxşı bələd olan hərbçilər 
cəlb  olunmuşdular.  Həmin  topçular  arasında  Həmid  Ultein  adlı 
bir nəfər hərbçi xüsusilə fərqlənirdi.  
Həmid  Ultein  əvvəllər  Bağdad  hakiminə  xidmət  edirdi. 
Ağa  Məhəmməd  şah  Qacar  Təbrizə  gələrkən  Təbriz  hakimi 
Həmidi  tərifləyib,  onun  peşəkar  topçu  olduğunu  Qacar  şahına 
bildirmişdir.  Həmid  özünün  ixtiyarında  olan  dörd  ağır  topla 
ġuĢa  qalasının  hasarlarını  atəĢə  tutdu.  Toplardan  atılan 
mərmilər  qala  hasarlarına  təsir  etmirdi.  Ona  görə  də  Həmidin 
göstərişi ilə iki top mərmisini möhkəm dəmir millərlə dəmirçilər 
və  çilingərlər  bir-birinə  möhkəm  bağlayaraq  topların  lülələrinə 
qoydular.  Bununla  da  toplar  atəş  açarkən,  onların  lülələrindən 
iki  mərmi  çaxmağa  başladı.  Beləliklə  də  toplardan  atılan 
mərmilərin  təsir  dairəsi  iki  dəfə  artdı.  Atəş  nəticəsində  qala 
divarları yuxarı hissədən uçub töküldü. Həmid bu üsulu Osmanlı 
topçularından  öyrənmişdi.  Qalanın  müdafiəçiləri  gecə  vaxtı 
divarları təmir edib, əvvəlki formasına salırdılar.  
İbrahim  xan  bilirdi  ki,  topların  açdığı  atəş  nəticəsində 
dağılan  divarlardan  qızılbaş  qoşunu  şəhərə  girə  biləcəklər.  O, 
qərara  gəldi  ki,  topları  və  topçuları  məhv  etmək  lazımdır. 
İbrahim  xanın  bu  fikri  Qacar    şahına  məlum  idi.  Ağa 
Məhəmməd  şah  Qacar  çox  yaxşı  bilirdi  ki,  Ġbrahim  xan 
qorxmaz və eyni zamanda da bacarıqlı bir hərbiçidir.  
İbrahim  xan  Şuşanın  müdafiəçilərinə  lazımi  tapşırıqlar 

 
 
36 
verdikdən  sonra,  düşmən  toplarını  məhv  etmək  üçün  şəhərdən 
çıxdı. O, özü ilə birlikdə bir neçə igidlərlə bərabər, topların atəş 
açdıqları yerə çatdı və topları zərərsizləşdirə bildi. İbrahim xanın 
göstərişi  ilə  barıt  doldurulmuş  çələngləri  topların  altında 
partlatmaqla, onların lülələrini topun gövdəsindən ayıra bildilər.  
Ġbrahim  xan  və  onun  döyüĢçüləri  Ağa  Məhəmməd 
Ģah  Qacarın  toplarını  sıradan  çıxarıb,  qalaya  qayıdarkən, 
qalaya  gedən  bütün  yolların  düĢmən  qoĢunları  tərəfindən 
tutulduğunu gördülər. Ona görə də onlar şimala doğru getmək 
məcburiyyətində  qaldılar.  Beləliklə  də,  Ağa  Məhəmməd  şah 
Qacarın  topları  sıradan  çıxarıldısa  da,  əvəzində  uğrunda 
fədakarlıqla  mübarizə  aparılan  Şuşa  qalası  əldən  getdi.  İbrahim 
xanın Topxanaya hücumu qəhrəmanlıq nümunəsi idi.  
Ağa Məhəmməd şaha məlumat  verdilər ki,  İbrahim xan 
Şuşadan  çıxıb.  Onun  tutulması  haqqında  düşünməyən  Qacar 
şahı, Şuşanı ələ keçirməyə üstünlük verdi.  
İbrahim  xan  göstərdiyi  cəhdlərə  baxmayaraq,  yolunda 
ölümünə razı olan doğma və müqəddəs Qala-şəhər olan ġuĢaya 
qayıda bilmədi. Bu müvəqqəti ayrılıq idi… 
İbrahim  xanın  Şuşaya  qayıda  bilməməsi,  qala  müdafiə-
çilərinə mənəvi cəhətdən ağır təsir göstərdi. İbrahim xan  yaxın 
adamları  ilə  birlikdə  Dağıstana,  qohumu  Ümmə  xanın  yanına 
getdi.  
Bu  hadisədən  sonra  Ağa  Məhəmməd  şah  Qacar  qala 
müdafiəçilərinə xəbər göndərdi ki, əgər müdafiədən əl çəksələr, 
təslim  olsalar  cəzadan  qurtaracaqlar.  Can,  mal  və  namus 
amanda  olacaqdır.  Əksinə,  müqavimət  göstərilsə,  şəhər  silah 
gücünə tutulsa, Kirman  və Tiflis faciələri onları da gözləyir.  
Şuşalılar  yaxşı  bilirdilər  ki,  Ağa  Məhəmməd  şahın 
vədinə inanmaq olmaz. O, olduqca qəzəbli və rəhimsizdir. Buna 
görə də qala müdafiəçiləri müşavirə keçirmək qərarına gəldilər. 
Şuşanın ali ruhani təbəqəsi Şuşanın təslim olmasının tərəfdarları 
idilər.  Bir  qrup  isə,  sona  kimi  müqavimət  göstərmək  təklifini 
irəli sürürdülər.  
Müşavirə  Şuşa  ruhanilərinin  başçısı  Hacı  Babəkin 

 
 
37 
evində  keçirildi.  Müşavirəyə  şəhərin  digər  sosial  təbəqələrinin 
nümayəndələri də dəvət olunmuşdular. Müşavirədə bir məsələ: - 
«ġəhər  təslim  edilsin,  ya  yox?»  İbrahim  xanın  sərdarlarından 
biri olan Ġbrahim ġamaxi müşavirədə çıxış edib dedi:  
Ümüdsüzlüyə  qapılmaq  lazım  deyil.  Biz  Ağa 
Məhəmməd  Ģah  Qacarın  topxanasını  dağıtdıq,  qoĢunundan 
xeyli  əsgər  və  baĢçı  məhv  etdik.  Hökmdarımız  Ġbrahim  xan 
azadlıqdadır.  Biz  təslim  olsaq  ona  nə    cavab  verə  bilərik, 
onun üzünə baxa bilərikmi? Qacar Ģahının sözünə inanmaq 
olmaz.  MüĢavirədə  iĢtirak  edənlərə  Ġsmayıl  ġamaxinin 
sözləri  təsir  göstərdi.  Onlar  Kirman  və  Tiflis  faciələrindən 
xəbərdar idilər. Ġsmayıl  ġamaxi  daha sonra bildirdi ki,  Ağa 
Məhəmməd  Ģah  Qacara  silahlı  müqavimət  göstərən,  ona 
böyük zərbələr vuran ĢuĢalıları heç cür bağıĢlamaz… 
Hacı Babək bir qədər mübahisədən sonra bildirdi ki, mən 
Ağa  Məhəmməd  şahla  görüşüb  onu  razı  sala  bilərəm  ki,  şəhər 
əhalisinə toxunmasın. Nəhayət Hacı Babək Ağa Məhəmməd şah 
Qacarla  görüşüb  onu  razı  sala  bildi  ki,  şəhər  əhalisinə 
toxunmasın.  Hacı  Babək  evə  qayıdandan  sonra,  müşavirə 
iştirakçılarına  bildirdi  ki,  Ağa  Məhəmməd  Ģah  Qacar 
ĢuĢalılardan  iki  yüz  min  əĢrəfi  istəyir.  Qurani-Kərimə  də 
and  içdi  ki,  Ģəhər  əhalisinə  toxunmayacaq.  Lakin  o,  öz 
andına əməl etmədi… Ağır cəzasını da aldı.  
Ağa  Məhəmməd  şah  Qacar  Şuşaya  varid  olub,  İbrahim 
xanın  böyük  oğlu  Məhəmmədhəsən  ağanın  imarətində 
yerləĢdi.  Vəd  olunmuş  bacı  aldıqdan  sonra,  göstəriş  verdi  ki, 
İbrahim  xanın  bütün  əmlakının  siyahısını  ona  gətirsinlər. 
Qarabağ xanının bütün varı, mülkü zəbt edildi.  
İbrahim xanın Qarabağ xanlığının  ərazisində olan bütün 
mülkü Ağa Məhəmməd şah Qacara çatdı…  
Qarabağın  və  Qarabağ  xanlığının  tarixinə  həsr  edilən 
etibarlı  mənbə  olan  «Qarabağnamlər»  İbrahim  xanın 
Şuşadan çıxması müxtəlif mənalarda şərh olunur.  
Mirzə Adıgözəl bəy yazırdı: 
“QızılbaĢ  qoĢunu  Ağa  Məhəmməd  Ģah  Qacarla 

 
 
38 
bərabər  Araz  kənarına  gəldi.  Buna  görə,  ġuĢa  qalasında 
dayanıb,  əldə  olan  qüvvə  ilə,  qaniçən  bir  düĢmənlə 
vuruĢmaq  mümkün  deyildi.  Uca  mərtəbəli  xan,  əhl-əyal, 
övlad  və  nəvələrini,  canlarından  keçən  bəylərin  əhl-
əyanlarını  götürüb  Car  və  Talaya  hərəkət  etdi.  Ġbrahim 
xanın kürəkəni Nəsir xan, ġahsevən Əta xan, kürəkəni Səlim 
xan  və  Qarabağın  sair  məĢhur  bəyləri  də  Ġbrahim  xanla 
birlikdə səfər etdilər [3, 57]. 
Mirzə Camal bəy Cavanşir Qarabaği də Ağa Məhəmməd 
şah Qacarın Şuşaya ikinci hücumunu və İbrahim xanın Şuşadan 
çıxmasını yuxarıda göstərildiyi kimi qeyd edir.  
Əhməd  bəy  CavanĢir  qeyd  edir  ki:  -  “Ağa 
Məhəmməd  Ģah  Qacar,  bu  bakirə  qalaya  (Ģərqdə  bütün 
alınmaz qalalar belə adlandırılırdı) – ġuĢaya döyüĢsüz daxil 
oldu.  Qəzəbli  Ģaha  elə  gəlirdi  ki,  bunlar  hamısı  yuxudur. 
Lakin  o,  özünə  gəldikdən  sonra  Ģadlığının  həddi  yox  idi  [1, 
167]. 
Təəssüflə deməliyik ki, Qarabağın və Qarabağ xanlığının 
tarixinə  həsr  edilən  salnamələrin  müəllifləri  də  İbrahim  xanın, 
Qacar  şahla  döyüşə  girmədən,  Şuşanı  tərk  edərək  Car  və 
Balakənə getdiyini qeyd edirlər. Bu düzgün deyil.  
Ağa  Məhəmməd  şah  Qacarın  Qarabağa  hər  iki  hücumu 
Azərbaycan  tarixində,  özünəməxsus  yer  tutur.  İbrahim  xan 
başda  olmaqla  bütün  qarabağlılar  bu  hücumlar  zamanı  əsl 
qəhrəmanlıqlar  göstərmiş  və  düşmənə  ağır  zərbələr  vurmuşlar. 
Qacar  şahına  qarşı  aparılan  mübarizədə  1797-ci  il  ġuĢanın 
müdafiəsi  də  unudulmazdır.  İbrahim  xan  başda  olmaqla 
qızılbaşların toplarının sıradan çıxarılması və onlardan minlərlə 
əsgər və hərbiçinin öldürülməsi və  yaralanması  bir daha parlaq 
sürətdə  göstərir  ki,  Şuşa  heç  də  döyüşsüz  Ağa  Məhəmməd  şah 
Qacarın  əlinə  keçməmişdir.  Bunu  tarixi  qaynaqlar  və  mənbələr 
də sübut edir. 
Ağa  Məhəmməd  şah  Qacarın  toplarının  məhv  edildiyi 
ərazi ĢuĢalılar tərəfindən Topxana adlandırılır.  
Borodino  ruslara  nə  qədər  əziz  və  Ģərəflidirsə, 

 
 
39 
ġuĢanın  Topxanası  da  bütün  Azərbaycan  xalqı  və  ĢuĢalılar 
üçün  bir  o  qədər  əziz  və  Ģərəflidir.  Bu  ġuĢanın  unudulmaz 
tarixidir. ġuĢanın qəhrəmanlıq salnaməsidir 
Şuşa qalasının qapıları,  Topxana  hadisəsindən  iki  gün 
sonra  Ağa  Məhəmməd  şah  Qacarın  üzünə  açıldı.  Amma  o, 
verdiyi  sözə,  Qurani-Kərimə  and  içib  öhdəsinə  götürdüyü 
vədlərə  əməl  etmədi.  Müqəddəs  kitab  onu  bağışlamadı.  O, 
tezliklə  öz  adamları  tərəfindən  qətlə  yetirildi.  Vahiməyə  düşən 
İran  ordusu  tələsik  Şuşanı  tərk  etdi.  Şuşada  hökmranlıq  etmək 
xəyalında olan Ağa Məhəmməd şah Qacar burada həyatını itirdi.  
Ağa  Məhəmməd  şah  Qacarın  Şuşada  qətlə  yetirilməsi 
xəbəri İbrahim xana çatdı. Əhali onu gözləyirdi.  
Ağa  Məhəmməd  şah  Qacar  öldürüldükdən  sonra, 
İbrahim  xanın  Şuşada  olmamasından  istifadə  edən,  xanın 
qardaşı  oğlu,  igidliyi  ilə  şöhrət  qazanan  Məhəmməd  bəy 
CavanĢir hakimiyyəti ələ keçirdi.  
«…  Ġbrahim  xan  Dağıstan  qoĢunu  və  sərkərdələri, 
habelə  ġahsevən  və  Qarabağ  camaatı  ilə  birlikdə  Balakən-
dən  Qarabağa  tərəf  hərəkət  etdi.  Ġlk  növbədə  Məhəmməd 
bəy  CavanĢiri  (Batman  qılıncı)  zərərsizləĢdirmək  lazım  idi. 
Bu  məqsədlə  oğlu  Mehdiqulu  ağanı  Qarabağ  bəylərinin  bir 
neçə övladı ilə oraya göndərdi [4, 128]. 
Mənbələrdə  deyildiyi  kimi  Məhəmməd  bəy  Mehdiqulu 
ağanın  və  onun  silahdaşlarının  Qarabağa  gəlişindən  sonra, 
səmimiyyətdən və xanın itaətindən çıxmayacağını bildirdisə də, 
ürəyində  hakimiyyət  həvəsi  var  idi.  İbrahim  xanın  böyük  oğlu 
Məhəmmədhəsən  ağanın  Qarabağa  gəlişi  Məhəmməd  bəyin 
bütün iddialarına son qoydu. Nəhayət, Ġbrahim xan qoĢun əhli, 
yaxın adamları – Nəsir xan və Əta xan ġahsevənlə Qarabağa 
– ġuĢaya gəldi [4, 129]. 
Qarabağa  gələn  xan  keçmiĢdə  olduğu  kimi,  yenə 
hökumət taxtında oturdu [3, 59]. 

 
 
40 
ġUġANIN ƏHALĠSĠ 
 
Bünövrəsi Sarıcalı Pənah xan tərəfindən qoyulan, siyasi, 
iqtisadi,  sosial  və  mədəni  sahələrdə  sürətlə  inkişaf  edən  Şuşa  – 
Pənahabad  Qarabağ  xanlığının  mərkəz  şəhərinə  çevrilirdi.  Bu 
inkişaf  1753-cü  ildə  baĢa  çatdı.  Pənah  xan  ġuĢanın  qədim 
Azərbaycan  memarlıq  abidələri  ənənələri  əsasında  tikmək 
üçün  adamlar  göndərib  Təbriz,  Ərdəbil  və  baĢqa 
Ģəhərlərdən  ustalar  gətirmiĢdir.  Sonralar  həmin  ustaların 
özləri  də  ailələri  ilə  birlikdə  ġuĢanın  sakini  oldular  [9,  s. 
316]. 
Pənah xan Pənahabad tikildikdən sonra burada zərbxana 
açdırıb  pul  kəsdirdi.  Pənahabadın  əhalisi  azərbaycanlı 
türklərindən ibarət idi. Pənahabad qalası 1750-ci ilin sonlarında 
tikilib  başa  çatdıqdan  sonra  Pənah  xan  ġahbulağı  qalasının 
sakinləri  olan  bütün  rəiyyətləri  –  əyanların  mülazimlərin, 
ellərin  və  birpara  kəndlərin  kəndxudalarının  ailələrini 
köçürüb  bu  qalanın  içində  yerləĢdirdi.  O  vaxta  qədər 
burada yaĢayıĢ evləri yox idi [4, 116]. 
Pənahabada  köçürülüb  yerləşdirilən  ailələrin  xeyli 
hissəsi,  ilk  qala  mərkəz  olan  (1748-ci  il)  Bayat  qalasının 
sakinləri  idilər.  Deməli  yuxarıda  göstərildiyi  kimi  Pənahabada 
köçüb  gələnlər  Bayat,  ġahbulaq  və  Qarabağın  digər 
ərazilərindən  gələnlər  idilər.  Pənahabad  Azərbaycanın  – 
türk Ģəhəri idi. Qalada Azərbaycan türklərindən baĢqa, heç 
bir millətin nümayəndəsi olmamıĢdır. Şuşada salınan məhəllə 
adları  –  Təbrizli,  Culfalar,  Hacı  Yusifli,  Merdinli,  Saatlı, 
Köçərli,  Xoca-Mərcanlı,  Çuxur  məhəllə,  Qurdlar,  Çölqala, 
Qazançalı adları bunu bir daha sübut edir. Tarixi faktlar sübut 
edir ki, rus işğalına kimi Şuşa qalasının sosial tərkibi dəyişilməz 
qalmışdır.  
1805-ci  il  14  may  Kürəkçay  traktatına  qədər,  Ağa 
Məhəmməd şah Qacarın qoşunlarından başqa Şuşa qalasına heç 
bir  xarici  ölkənin  qoşununun  ayağı  dəyməmişdir.  Qarabağın 
dağlıq ərazisində isə xristian albanların əcdadları yaşayırdılar.  

 
 
41 
Pənahabad  qalası  siyasi  iqtisadi  və  mədəni  cəhətdən 
inkişaf etdikcə onun əhalisi artırdı. XVIII əsrin son rübündə və 
XIX  əsrin  əvvəllərində  ġuĢa  Ģəhərində  iki  minə  qədər  ailə 
yaĢayırdı [16, 50]. Nəzərə alsaq ki, 2000 ailənin hər birinin beĢ 
nəfər  üzvü  olardısa,  onda  qala  əhalisinin  10  min  nəfər 
olduğunu qəbul edə bilərik.  
XIX  əsrin  əvvəllərinə  aid  olan  məlumatların  təhlili 
göstərir  ki,  xristianlığı  qəbul  edən  albanların  sayı 
Qarabağda  olduqca  az  idi.  Bunu  1823-cü  ildə  tərtib  edilən 
(əlbəttə  dəqiq  olmayan)  «Qarabağ  əyalətinin  təsviri»ndə 
aydın  görmək  olar.  Həmin  mənbədə  qeyd  edilir  ki,  1823-cü 
ildə  Qarabağ  xanlığında  yaĢayan  20035  ailədən  15729-u 
azərbaycanlı,  4306-sı  isə  mənbədə  səhv  olaraq  xristian 
albanları əvəzinə «erməni» kimi göstərilmiĢdir.  
Bu  onunla  əlaqədar  idi  ki,  Rusiya  imperiyası  həmin 
dövrdə,  vətəni,  torpağı  olmayan,  torpaqlarımıza  kənardan 
gətirilib  yerləşdirilən  və  bu  günə  kimi  mənşəyi  dəqiqləş-
dirilməyən  ermənilərdən  ibarət,  özünə  siyasi  dayaq  yaratmaq 
niyyətinin nəticəsi idi.  
Onu  da  nəzərə  almaq  lazımdır  ki,  1804-1813-cü  illər 
Rusiya-Ġran  müharibələri  dövründə  Qarabağ  xanlığının,  o 
cümlədən  də  xanlığın  Ģöhrəti  olan  ġuĢa  qalasının  əhalisinin 
sayı  xeyli  azalmıĢdı.  Cənubi  Qafqaz  uğrunda  aparılan  bu 
mübarizədə  Qarabağın  azərbaycanlı  əhalisinin  bir  hissəsi 
öldürülmüş, bir hissəsi  isə ailəsini və canını qoruyub saxlamaq 
üçün qonşu ölkələrə mühacirət etmişlər. 1805-ci ildən keçən 7 il 
ərzində  Qarabağ  xanlığından  4845  azərbaycanlı  ailəsi  öz 
yaĢayıĢ  yerini  tərk  edib,  Ġrana  getməyə  məcbur  olmuĢlar» 
[17, 579]. 
Sonuncu  Qarabağ  xanı  Mehdiqulu  xan  da  Rusiyanın 
işğalçılıq  siyasətinə  və  amansız  təqiblərə  dözməyərək  1822-ci 
ildə  İrana  qaçarkən  özü  ilə  bərabər  xeyli  sayda  Qarabağ  sakini 
olan azərbaycanlını da ora aparmışdır. Əlbəttə onların içərisində 
Şuşa əhalisinin də xeyli hissəsi var idi.  
Mənbələrdə  göstərilir  ki,  1823-cü  ildə  ġuĢa  qalasında 

 
 
42 
1532  ailə  yaĢayırdı.  Onlardan  min  nəfərdən  çoxu 
Azərbaycan  ailəsi  idi.  Qalan  az  hissəsi  erməniləĢmiĢ 
albanlardan  və  digər  millətlərin  nümayəndələri  idilər. 
Sonuncular  Rusiya  ilə  Ġran  arasında  1813-cü  il  12 
oktyabrında  imzalanmıĢ  Gülüstan  sülh  müqaviləsindən 
sonra  Rusiya  imperiyası  tərəfindən  kənardan  gətirilən 
ailələr idi.  
XVIII əsrin sonuna və XIX əsrin əvvəllərinə aid olan 
qaynaqlarda  və  mənbələrdə  göstərilir  ki,  bu  dövrlərdə 
Qarabağ  xanlığında  və  onun  mərkəzi  Ģəhəri  olan  ġuĢa 
qalasında  əhalinin  90-95  faizini  Azərbaycan  türkləri  təĢkil 
edirdi. 
1828-ci  il  Türkmənçay  və  1829-cu  il  Ədirnə  sülh 
müqavilələrindən sonra Rusiya imperiyası cənubi Qafqazda 
Ġranının  və  Osmanlı  Türkiyəsinin  mövqelərinə  siyasi  və 
iqtisadi  cəhətdən  ağır  zərbə  vurdu.  İrandan  və  Osmanlı 
Türkiyəsindən  1828-1830-cu  illərdə  Cənubi  Qafqaza  erməni 
ünsürlərinin kütləvi sürətdə köçürülüb gətirilməsi baĢlandı. 
O  dövrə  aid  olan  sənədlərdə  göstərilir  ki,  1830-cu  ildə  Ġran 
ərazisində  yaĢayan    40  min  və  Osmanlı  ərazisindən  isə  84 
min  erməni  ailəsi  Cənubi  Qafqaza  köçürülüb  gətirilmiĢdir 
[19, 59]. 
Yuxarıda  göstərilən  rəqəmlərlə  razılaşmaq  olmaz,  ona 
görə ki, Cənubi Qafqaza  köçürülüb gətirilən erməni ailələrinin 
sayı  iki  yüz  əlli  mindən  çox  idi.  Bu  köçürmələrin  nəticəsi 
olaraq  XIX  əsrin  80  ili  ərzində  Cənubi  Qafqazda  erməni 
ünsürlərinin  sayı  təxminən  4,5  dəfə  artmıĢdı.  N.N.ġavrov 
yazırdı:  «Zaqafqaziyada  yaĢayan    1  milyon  300  min  nəfər 
erməninin 1 milyondan çoxu yerli deyildir. Onlar bu vilayətə 
bizim tərəfimizdən köçürülüb gətirilmiĢdir» [19, 64]. 
Qarabağ  xanlığı  Rusiya  imperiyası  tərəfindən  ləğv 
edildikdən  sonra  burada,  mərkəzi  ġuĢa  Ģəhəri  olmaqla 
Müsəlman  Hərbi  Dairəsi  yaradıldı.  Bu  hərbi  dairə,  ġəki, 
ġirvan, Qarabağ və Lənkəran əyalətlərini əhatə edirdi.  
Rusiya İmperiyası tərəfindən 1840-cı  il 10 aprel  tarixli 

 
 
43 
inzibati-ərazi islahatına əsasən, 1841-ci il yanvar ayının 1-də 
Kaspi  vilayətinin  tərkibində  ġuĢa  qəzası  yaradıldı.  ġuĢa 
qəzası  CavanĢir,  Göyçay,  Cavad,  Cəbrayıl,  Zəngəzur 
qəzaları ilə həmsərhəd idi. ġuĢa qəzası  1846-cı  ildən 1867-ci 
ilə  kimi  Bakı,  1867-ci  ildən  isə  Yelizavetpol  (Gəncə) 
quberniyalarının  tərkibində  olmuĢdur.  ġuĢa  qəzası  Mığri, 
Kəbirli,  CavanĢir,  Vərəndə  məntəqələrinə  bölünürdü.  1867-
ci  ilin  dekabr  ayında  verilən  fərmana  əsasən  Zəngəzur  və 
CavanĢir  məntəqələri  ġuĢa  qəzasından  ayrıldı  və  müstəqil 
qəzalara çevrildilər. ġuĢa qəzası 1929-cu ildə ləğv edilmiĢdir 
[20, 579]. 
1828-ci  il  Türkmənçay  sülh  müqaviləsindən  sonra 
ġuĢa Ģəhərinin əhalisi hiss ediləcək dərəcədə artmıĢdır.  
ġuĢanın  əhalisinin  sosial  tərkibi  haqqında  dövrün 
sənədlərində məlumat verilir.  
1830-cu  ilin  məlumatına  görə  ġuĢada  56  bəy,  64 
müsəlman  ruhanisi,  200  tacir  və  emalatxanası  olan  266 
sənətkar  yaĢayırdı.  1897-ci  ildə  keçirilən  ümumrusiya 
siyahıyaalınmasına  görə  ġuĢada  2272  nəfər  zadəgan,  270 
nəfər  din  xadimi,  1416  nəfər  tacir,  2738  nəfər  sənətkar,  97 
nəfər dövlət məmuru, 334 nəfər hərbiçi qeydə alınmıĢdır [13, 
70]. 
2013-cü  il  yanvar  ayının  1-nə  kimi  ġuĢa  Ģəhərinin 
əhalisinin sayı təxminən 31 min nəfərə çatmıĢdır.  

 
 
44 
ġUġANIN ĠQTĠSADĠ HƏYATI 
 
Şuşa şəhəri Qarabağ xanlığının paytaxtı olmaqla bərabər, 
onun  iqtisadi  həyatında  da  aparıcı  yer    tuturdu.  Şuşa  şəhəri 
Qarabağ  xanlığında  kustar  sənayesinin  mərkəzi  idi.  Şəhərdə 
yüzlərlə sənətkar yaşayırdı.  
Şuşa  şəhərində  toxunan  xalçalar,  nəinki  Yaxın  və  Orta 
Şərqdə,  habelə  dünya  bazarlarında  böyük  şöhrət  qazanmışdı. 
Şuşa  xalçaları  keyfiyyətinə,  xarici  görünüşünə  görə 
başqalarından  fərqlənirdi.  Şuşa xalçaları  bir  qayda  olaraq,  azad 
bazar üçün, eyni zamanda da sifarişlə toxunurdu.  
Şuşada ipək toxuculuğu da inkişaf etmişdir. 1832-ci ildə 
Şuşada 324 usta və fəhləsi, 132 dəzgahı olan 42 ipək toxuculuq 
müəssisəsi vardı. Bu müəssisələrdə dəsmal, örpək, dama-dama 
Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin