ĠuĢa təkcə ĢuĢalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaĢımız üçün əziz bir


parçalar,  Ģalvar  və  köynək  tikmək  üçün  qırmızı  parçalar



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə5/14
tarix03.02.2017
ölçüsü1,22 Mb.
#7292
1   2   3   4   5   6   7   8   9   ...   14

parçalar,  Ģalvar  və  köynək  tikmək  üçün  qırmızı  parçalar 
toxunurdu [11, 65]. 
1829-cu  ildə  Şuşada  fəaliyyət  göstərən  ipək  toxuculuq 
müəssisələrində 740 ədəd dəsmal, 6100 metr qırmızı parça və 
360  ədəd  müxtəlif  məhsullar  istehsal  olunmuĢdur  [18,  120]. 
Şuşada 16 nəfərin işlədiyi 7 kələfaçan emalatxana var idi. Şuşa 
toxucuları  yüksək  keyfiyyətli  kişi  və  qadın  corabları 
toxuyurdular.  Şuşa  tacirləri  həmin  corabları  satmaq  üçün  Tiflis 
şəhərinə aparırdılar.  
Şuşa  papaqçıları,  dərisi  Buxara,  Şiraz  və  yerli  quzu 
dərilərindən qiymətli papaqlar tikirdilər.  
Şuşanın  toxuculuq  müəssisələrində  pambıqdan  bez 
hazırlanırdı. Həmin müəssisələrdə 80 dəzgah var idi ki, burada 
da  28  sənətkarlıq  müəssisəsi  fəaliyyət  göstərirdi.  Bu 
müəssisələrin illik məhsulu orta hesabla 80 000 xan arĢını (rus 
arĢını  ilə  12000)  təşkil  edirdi.  İstehsal  olunan  toxuculuq 
məhsullarını  boyamaq  üçün,  şəhərdə  3  boyaqçı  emalatxanaları 
var idi ki, burada 6 nəfər çalıĢırdı [18, 120-121]. 
Şuşada  40  nəfər  adamın  işlədiyi  19  dəri  zavodu 
fəaliyyət  göstərirdi.  Zavodların  illik  məhsul  istehsalı  2  min 
ayaqqabı  altlığı,  1400-ə  qədər  keçi,  təxminən  1600  qoyun 

 
 
45 
dərisi təşkil edirdi. Şuşa şəhərində bir kustar tipli sabunbişirmə 
zavodu da vardır [18, 121]. 
Şuşa şəhərində barıt da istehsal olunurdu.  
Şuşa  şəhərində  22  nəfər  adamın  işlədiyi  2  kərpic 
zavodu fəaliyyət göstərirdi.  
Şuşa  şəhərində  qızıl  və  gümüĢdən  zərgərlər  bilərzik, 
qızılla bəzədilmiĢ toqqalar, bəzək sancaqları, sırğalar, paltar 
üçün  bəzək  əĢyaları  və  sairə  düzəldirdilər.  Pənah  xanın 
dövründə Şuşada sikkəxana da tikilmişdi.  
Şuşada  hər  bir  evdə  çörək  bişirmək  üçün  təndir  var  idi. 
Yerli  əhali  onlara  təndirxana  deyirdilər.  Bunlardan  əlavə 
məhəllələrin  mərkəzində  də  xüsusi  çörəkbişirmə  təndirləri  də 
var idi.  
Sənətkarlığın və ticarətin inkişafı Şuşa şəhərində və onun 
ətrafında  yerləşən  kəndlərdə  əmtəə-pul  münasibətlərinin 
inkişafında təsir göstərirdi.  
Şuşa  tacirləri  əzmkarlıqları  və  əməksevərlikləri  ilə 
fərqlənirdilər.  Siyasi  və  iqtisadi  inkişafın  nəticəsi  olaraq  ġuĢa 
Ģəhəri  XVIII  əsrin  sonu  –  XX  əsrin  əvvəllərində  ticarət 
mərkəzi  kimi  Cənubi  Qafqazda  Tiflis  Ģəhərindən  sonra 
ikinci  yerdə  dururdu.  Şuşadan  ticarət  karvanları  Azərbaycan 
xanlıqlarının  mərkəzlərinə  və  xarici  ölkələrə  gedirdi.  Xarici 
ticarətdə Rusiya və Ġran xüsusi yer tuturdu.  
Tiflisdən  ġuĢaya  müxtəlif  çit,  bəzəkli  paltarlar,  mahud, 
müxtəlif  rəngli  kolenkor  (pambıq  parça  növü),  sarı  rəngli 
pambıq  parçalar  olan nankalar, qırmızı boyaq, çay, müxtəlif 
rənglər və digər məhsullar gətirilirdi. Bakı xanlığından ġuĢaya 
dəmir, yazı kağızı, saxsı qablar, zəfəran və mazut gətirilirdi. 
Dərbənddən  ġuĢaya  qızıl  boya,  ġəki  xanlığından  silah,  evdə 
toxunan  mahud,  Ģal,  yapıncı,  xalça,  Gəncə  xanlığından  zəy, 
Naxçıvan xanlığından qalın pambıq parçalar və duz, Ərdəbil 
xanlığından  müxtəlif  parçalar,  Təbrizdən  parçalar,  istiot, 
darçın,  mixək,  badam,  qurudulmuĢ  meyvə,  Ġran  qəndi, 
tumaç,  ġirazdan  tütün,  Xoy  və  Urmiyadan  qumaĢ,  bez,  çit, 
Ərdəbildən qalın pambıq parça gətirilirdi [18, 129]. 

 
 
46 
Yaxın  və  Orta  Şərqin  şəhərlərində  olduğu  kimi  Şuşada 
da sənətkarların peşələrinə uyğun olaraq birlikləri var idi. Həmin 
birliklərə  Şuşada  əsnaflar  deyilirdi.  XVIII  əsrin  sonunda 
ġuĢada  qalayçıları,  çəkməçiləri,  papaqçıları,  dabbaqları, 
dulusçuları,  zərgərləri,  dərziləri,  sərracları,  çörəkçiləri  və 
digər  sənətkarları  öz  ətrafında  birləşdirən  əsnaflar  mövcud  idi. 
Bu əsnafların hər birinin on nəfərdən iyirmi  beĢ nəfərə qədər 
üzvü var idi [13, 88]. 
Şuşa  əsnaflarının  fəaliyyətini  tənzimləyən  ümumi 
qaydalar mövcud idi.  

 
 
47 
ġUġA SOVET HAKĠMĠYYƏTĠ DÖVRÜNDƏ 
 
1920-ci  il  aprel  ayının  28-də  Azərbaycanda  qanlı 
bolşevik  rejimi qurulduqdan sonra, respublikamızın  hər  yerində 
olduğu  kimi,  Şuşanın  da  qara  günləri  başlandı.  Qisasçılıq  hissi 
ilə  yaşayan  ermənilər,  sovet  rejimindən  istifadə  edərək,  Şuşada 
əhalinin  müxtəlif  sosial  təbəqələrinə  divan  tutmağa  başladılar. 
Moskvanın fəal köməyi ilə Qarabağda rəhbər vəzifələrə soxulan 
erməni ünsürləri «sinfi düĢmən» pərdəsi altında şuşalılara qarşı 
soyqırımı,  sürgünlər  və  müxtəlif  cəza  tədbirləri  həyata 
keçirirdilər. Xüsusilə, Şuşa ziyalılarına amansız divan tutulurdu.  
Keçmiş  mənşəyi  ilə  əlaqədar  olaraq,  heç  bir  günahı 
olmayan  adlı-sanlı  insanlar  istintaqsız  və  mühakiməsiz 
güllələnirdilər.  Onların  əmlakı  müsadirə  olunurdu.  Dəhşətli 
təqiblərdən yaxa qurtarmaq üçün şuşalıların xeyli hissəsi Ġrana, 
Türkiyəyə,  ġimali  Qafqaza  və  Orta  Asiya  respublikalarına 
qaçırdılar. Şuşanın yaşlı nümayəndələri söyləyirdilər ki, heç bir 
günahı  olmayan,  vətəninə,  xalqına  və  ailəsinə  sadiq  olan 
yüzlərlə  şuşalı  günün-günorta  çağı  güllələnir,  onların  cəsədləri 
şəhərin  yuxarı  hissəsində  yerləşən  su  anbarlarına  doldurularaq 
üzərlərinə daş töküb, torpaqla örtürdülər. 
1920-1938-ci  illər  Şuşanın  qanlı  və  qara  günləri  idi. 
Yüzlərlə  şuşalı  Müsavatçı,  Sovet  hakimiyyətinin  düĢməni, 
varlı  nəsillərin  nümayəndələri  elan  edilərək  fiziki  və  mənəvi 
cəhətdən məhv edilirdilər.  
Şuşanın  nəinki  sakinləri,  şəhərin  özü  də  repressiyalara 
məruz  qaldı.  Sovet  hakimiyyəti  illərində  Şuşanın  inzibati-ərazi 
bölgüsü  dəfələrlə  dəyişdirildi.  Erməni  daşnakları  Şuşa  və  onun 
sakinləri  üçün  cəllada  çevrilmişdilər.  Yerli  şuşalılar  kütləvi 
surətdə  şəhəri  tərk  edir,  onların  evləri  isə  kənardan  gətirilən 
ermənilərə  hədiyyə  edilirdi.  Beləliklə  də  azərbaycanlıların  sayı 
azalırdı.  
1923-cü ildə Dağlıq Qarabağ  Muxtar Vilayəti yaran-
dıqdan  sonra,  ġuĢa,  1750-ci  ildən  1920-ci  ilə  kimi,  yəni  170 
ilə  yaxın  yerinə  yetirdiyi  ənənəvi  statusdan  –  bütün 

 
 
48 
Qarabağın inzibati mərkəzi statusundan məhrum edildi [13, 
91]. 
1920-ci ildən 1960-cı ilə kimi Şuşada heç bir abadlıq işi 
aparılmamışdır. Ermənilər şəhərinin qədim memarlıq abidələrini 
yerlə  yeksan  edirdilər.  Pənah  xan  və  İbrahim  xanın 
hakimiyyətləri  dövrlərində  inşa  olunmuş  memarlıq  abidələrinə 
xüsusi  divan  tuturdular.  Əsgəran,  «Xəzinə  qayası»  ilə  üz-üzə 
kəmənddə  tikilən  istirahət  memarlıq  kompleksi  dağıdıldı. 
Şuşanın mərkəzində yerləşən karvansaraylar, hamamlar, xanlara 
və  onların  nəsillərinə  məxsus  olan  saray  və  malikanələr, 
müqəddəs  yerlər  dağıdılırdı.  Mən  bütün  bunları  şəxsən 
görmüşəm.  
Moskvanın  həyata  keçirdiyi  qeyri-qanuni  tədbirlərdən 
Xankəndində partiya və sovet rəhbərliyini ələ keçirən ermənilər, 
1963-cü  il  yanvarın  4-də  Şuşa  rayonunu  ləğv  edərək  onu 
Xankəndinin  tərkibinə  qatdılar.  Bu  bədnam  qərar,  1965-ci  il 
yanvarın  6-da ləğv  edildi  və  ġuĢanın  rayon statusu  yenidən 
bərpa olundu.  
Mən, 1963-cü ildə hazırkı Bakı Dövlət Universitetinin 
əyani  tarix  fakültəsinin  üçüncü  kursunda  oxuyurdum
Doğma Şuşaya qış tətilinə getmişdim. Həmişə məğrur, əzəmətli 
görünən ġuĢa ah-vay edib ağlayırdı, adama elə gəlirdi ki, şəhər 
Allahı köməyə çağırırdı…  
Ermənilər  ləğv  edilmiş  idarə  və  müəssisələrin  dəmir 
seyflərindən  tutmuş  bütün  avadanlıqlarını  maşınlara  yığıb 
Xankəndinə aparırdılar. Şuşa qarət edilirdi.  
Şuşanı  düçar  olduğu  fəlakətlərdən  xilas  etmək  üçün 
xalqımızın  cəsarətli  və  uzaqgörən  siyasi  liderə  böyük  ehtiyacı 
var idi. Belə bir lider Heydər Əliyev oldu
1969-cu il iyulun 14-də Ümummilli Liderimiz Heydər 
Əliyevin  Azərbaycanda  hakimiyyətə  gəlməsi,  Şuşanı  düçar 
olduğu  fəlakətlərdən  xilas  etdi.  1977-ci  ildə  Azərbaycan  SSR 
Nazirlər  Soveti  «ġuĢa  Ģəhərinin  tarixi  hissəsini  tarix-
memarlıq  qoruğu  elan  etmək  haqqında»  qərar  qəbul  etdi
Şuşanın  iqtisadi,  sosial  və  mədəni  həyatında  çox  mühüm 

 
 
49 
irəliləyiş başlandı.  
Şuşada,  bütün Azərbaycanda yeganə fabrik – ġərq Milli 
Musiqi  Alətləri  Fabriki  açıldı.  Fabrik  tar,  kamança,  ud, 
nağara  və  digər  musiqi  alətləri  istehsal  edirdi.  Fabrikin 
istehsal etdiyi məhsullar Gürcüstana, Orta Asiya respublika-
larına,  Qazaxıstana,  Hindistana,  Orta  və  Yaxın  ġərq 
ölkələrinə ixrac edilirdi.  
Ümummilli  Liderimiz  Heydər  Əliyevin  təĢəbbüsü  ilə 
Azərbaycan  mili  mədəniyyətinin  və  incəsənətinin  inciləri 
olan Üzeyir Hacıbəylinin, Bülbülün, XurĢudbanu Natəvanın, 
M.M.Nəvvabın  ġuĢada  ev  muzeyləri  yaradıldı.  1982-ci  ildə 
isə ġuĢada M.P.Vaqifin məqbərəsi açıldı.  
Şuşa  şəhərində  və  onun  ətraf  ərazisində  beĢ  yüzdən 
artıq  qədim  tarixi  memarlıq  abidələri  var  idi.  Həmin 
memarlıq  abidələrinin  250-ə  qədəri  beynəlxalq  əhəmiyyətli 
idi.  
Şuşa şəhərində və bütövlükdə Qarabağda erməni deyilən 
ünsürə aid heç bir tarixi memarlıq abidəsi yoxdur.  
Erməni  faşistləri  Şuşanı  1992-ci  il  mayın  8-də  iĢğal 
etdikdən  sonra,  milli-memarlıq  abidələrimizi  dağıtmıĢlar
Şuşanın  işğalı  zamanı  döyüşlərdə  195  nəfər  soydaşımız  şəhid 
olmuş,  165  nəfər  yaralanmış,  58  nəfər  əsir  düşmüş  və  girov 
götürülmüşdü.  
Sözsüz  ki,  qisas  yerdə  qalmayacaq,  son  sözü  Ģanlı 
Azərbaycan əsgəri deyəcəkdir.  

 
 
50 
ġUġA MƏDƏNĠYYƏTĠMĠZĠN MƏRKƏZĠDĠR 
 
XIX  əsrin  ikinci  yarısından  baĢlayaraq  Qarabağ 
xanlığının  mərkəzi  şəhəri  Şuşa  elm,  mədəniyyət,  ədəbiyyat  və 
incəsənət  sahəsində  sürətlə  inkişaf  etməyə  başladı.  Bu  inkişaf 
Azərbaycan  xalqının  milli  ruhunu  əks  etdirirdi.  Şəhərdə 
fəaliyyət  göstərən  mollaxanaların  və  mədrəsələrin  sayı 
genişlənir, şagirdlərin sayı artırdı.  
Yuxarıda  Şuşanın  memarlıq  abidələrindən  ətraflı  söhbət 
açmışıq.  Şuşa  şəhəri  özünün  quruluşuna  görə  Azərbaycan  və 
ümumilikdə  Şərq  memarlıq  nümunəsində  inşa  edilmişdir. 
ġəhərin  BazarbaĢı,  Rastabazar,  Meydan,  AĢağıbazar, 
ġeytanbazar  və  baĢqa  memarlıq  abidələri  ġuĢanın  fəxridir
Rastabazar  –  daĢlarla  döĢənən,  ətraflarında  tacir  dükanları 
və  müxtəlif  sənətkar  müəssisələri  olan  səkilər  idi. 
BazarbaĢından  baĢlayaraq  ġeytanbazarın  qurtaracağına 
qədər küçənin sol və sağ tərəfləri üstü örtülü idi. Qar və yağış 
yağanda həmin sahələrə düşmürdü.  
Şuşanın  mədəni  həyatı  onun  məhəllələrindən  və 
küçələrindən başlayırdı. Bütün küçələr xüsusi yonulmuş daşlarla 
döşənmişdi.  XX  əsrin  50-ci  illərinə  kimi  ġuĢa  küçələrinlə 
palçıq  olmazdı.  Gecələr  ay  iĢığında  yollara  döĢənən  daĢlar 
iĢıq  saçırdı.  Bu  təbii  iĢıq  idi.  1960-cı  ildən  baĢlayaraq 
Rastabazarlar,  küçələrin  bəziləri  qara  asfaltla  döşənildi, 
mərmər daşlar qara asfaltın altında qaldı.  
Mənim yaxşı yadımdadır, şəhərin mərkəzi küçəsi asfaltla 
örtülərkən  adama  elə  gəlirdi  ki,  tarixin  yaddaşı  olan  həmin 
daşlar sanki ağlayırdı, qoymayın bizi məhv etsinlər deyə fəryad 
qoparırdılar.  Rastabazarlara  döĢənən  iri  həcmli  hamar 
daĢları  Xankəndində  yaĢayan  erməni  məmurları  söküb 
aparır,  orada  özlərinə  ev  tikirdilər.  Tarixi  abidələrimiz 
anbarlara çevrilirdi… 
ġuĢa  Allahın  bütün  Azərbaycan  xalqına  əbədi  bəxş 
etdiyi  və  yaratdığı  əvəzolunmaz  təbii  abidədir.  Çünki  bu 
şəhərin bütün dünyada rəqibi yoxdur.  

 
 
51 
ġuĢa elm mərkəzi kimi də yaddaşlara həkk olunmuşdur. 
Tarixşünaslığımızın  mənbələri  olan  «Qarabağnamələr»in 
müəlliflərinin  hamısı  Şuşada  yaşamışlar.  Onların  bizə  miras 
qoyub  getdikləri  əsərlər,  Azərbaycan  tarixini  öyrənməkdə 
əvəzolunmaz mənbədir.  
Şuşa  alimləri  özlərinin  elmi  yaradıcılıqları  ilə,  dünya 
elmlərinin  müxtəlif  sahələrinə  dəyərli  töhfələr  vermişlər. 
Həmyerlilərimizdən  Azərbaycan  Milli  Elmlər  Akademiya-
sının  (keçmiĢ  Azərbaycan  SSR  Elmlər  Akademiyası) 
akademiklərindən  Əsədov  Səttar  Məcid  oğlu  biologiya 
elmləri  sahəsində,  Tutayuk  Validə  Xaspolad  qızı  biologiya 
elmləri sahəsində, Rüstəmov PaĢa Həbib oğlu kimya elmləri 
sahəsində,  Ġmanov  Lətif  Muxtar  oğlu  fizika  elmləri 
sahəsində, Allahverdiyev Cəlal Eyvaz oğlu riyaziyyat elmləri 
sahəsində  əldə  etdikləri  nailiyyətlərə  görə  akademik    adına 
layiq görülmüĢlər.  
Şuşa  torpağının  yetirmələri  olan,  müxtəlif  elm  sahələri 
üzrə  fəlsəfə  doktorlarının,  elmlər  doktorlarının,  professorların 
adlarını  saymaqla  qurtarmaq  olmaz.  Hazırda  onların  böyük 
əksəriyyəti  milli  elmlərimizin  hərtərəfli  inkişafı  naminə  səy  və 
bacarıqlarını əsirgəmirlər.  
Şuşalı  müəllimlərin  və  tibb  işçilərinin  bir  qismi  yüksək 
fəxri adlara layiq görülmüşlər.  
Şuşanın  təhsil  sahəsindəki  dəyərləri  tariximizin  aparıcı 
mövqelərində  öz  sözünü  demişdir.  Şuşanın  mədəni  inkişafı 
burada təhsilə olan ehtiyacı ön plana çəkirdi.  
Rusiya imperiyası 1829-cu il avqustun 2-də Zaqafqa-
ziyada  dövlət  məktəblərinin  açılması  haqqında  Nizamnamə 
təsdiq  etdi.  Bu  nizamnaməyə  görə  Azərbaycanın  bir  neçə 
qəzalarında  dövlət  məktəbləri  açılması  nəzərdə  tutulurdu. 
Açılacaq  məktəblərin  yerləri  də  müəyyənləşdirilmişdir.  Yeni 
açılacaq  məktəblər  –  Gəncədə,  ġuĢada,  Nuxada,  ġamaxıda, 
Bakıda,  Naxçıvanda,  Ordubadda  və  Qazax  nahiyəsində 
açılması  nəzərdə  tutulurdu.  1829-cu  il  Nizamnaməsinin 
nəzərdə tutduğu Ģəhərlərdən birincisi ġuĢa qəza məktəbinin 

 
 
52 
təntənəli açılıĢı oldu [21, 12]. 
1835-ci  ilin  may  ayının  12-də  Zaqafqaziya  məktəblə-
rinin  ikinci  nizamnaməsi  qəbul  olundu.  Yeni  nizamnaməyə 
əsasən  ibtidai  təhsili  inkişaf  etdirmək  və  Tiflis  gimnaziyasında 
təhsil ala biləcək şagirdlər hazırlamaq idi. Şuşa qəza məktəbi də 
öz  təhsil  sistemini  yeni  nizamnamənin  tələbləri  əsasında 
qurmağa və yüksək biliyə malik şagirdlər hazırlamağa başladı.  
Yuxarı  siniflərdə  (II-III  siniflərdə)  Ģəriət,  rus  dilinin 
qrammatikası,  coğrafiya,  tarix,  hesab  və  həndəsədən 
baĢlanğıc,  hüsnxət,  rəsm,  milli  dil  tədris  olunurdu.  Lakin 
yenə də dərslər rus dilində aparılırdı. Bununla birlikdə, onu 
da deyək ki, Azərbaycan dili rus Ģagirdləri üçün məcburi idi. 
1830-cu  ildə  Şuşa  qəza  məktəbində  3,  1835-ci  ildə  4,  1845-ci 
ildə  5,  1856-cı  ildə  7  nəfər  müəllim,  qeyd  edilən  illərə  uyğun 
olaraq, 30, 44, 187 və 223 nəfər Ģagird var idi [21, 15].  
Şuşa  qəza  məktəbinin  kitabxanasında,  1845-ci  ilin 
məlumatına  görə  301  adda  kitab  və  digər  tədris  ləvazimatı 
olmuĢdu [21, 15]. 
Şuşa  qəza  məktəbində  tədris  işlərinin  yüksək  səviyyədə 
qurulması  nəticəsində  1847-ci  ildə  həmin  məktəb  Ģəhər 
məktəbinə  çevrildi.  Yerli  müsəlman  əhalisi  təhsilə  böyük 
maraq  göstərirdi.  Ona  görə  də  məktəbdə  təhsil  alan  şagirdlərin 
sayı sürətlə artırdı.  
Şuşa şəhər məktəbinin ilk buraxılışından bir neçə nəfər – 
Əlibəy  Tahirov,  Firudin  bəy  Köçərli  və  Səfərəli  bəy 
Vəlibəyov,  1879-cu  ildə  Zaqafqaziya  (Qori)  Müəllimlər 
Seminariyasının  nəzdində  açılmıĢ  Azərbaycan  Ģöbəsinin  ilk 
məzunları olmuĢlar.  
1881-ci  il  noyabr  ayının  20-də  ġuĢada  6  sinifli  realnı 
məktəbi  –  təcrübi  bilik  verən  orta  ümumtəhsil  müəssisəsi 
açıldı.  
XIX  əsrin  ikinci  yarısında  ġuĢada  təĢkil  olunan  və 
dövrün yüksək intellektinə malik olan yerli ziyalıları özündə 
birləĢdirən  ədəbi  məclislərin  Ģəhərin  mədəni  həyatında 
xüsusi  yeri  olmuĢdur.  Belə  ədəbi  məclislərdən  biri,  1864-cü 

 
 
53 
ildə Xan qızı XurĢudbanu Natəvanın yaratdığı «Məclisi-üns» 
idi.  «Məclisi-üns»ün  yaradılmasında  «Qarabağnamələr»in 
müəlliflərindən biri olan Mirzə Rəhim Fəna  yaxından iĢtirak 
etmiĢdir
«Məclisi-üns» 
(Dostluq 
məclisi
özünün 
yığıncaqlarında  hər  bir  iştirakçıya  hörmətlə  yanaşır,  ehtiyacı 
olanlara  maddi  cəhətdən  köməklik  göstərirdi.  «Məclisi-üns»ün 
məşğələlərində – Mirzə Sadıq Piran, Mirzə bəy Məxfi, Məmo 
bəy  Məman,  Mirzə  Məhəmməd  Katib,  Mirzə  Ələsgər 
Növrəs, Hacı Abbas Agah, Ġsmayıl bəy Darucə və baĢqaları 
fəal  iĢtirak  edirdilər.  Onlar  Azərbaycan  milli  qəzəl  janrının 
inkişafına böyük tövhələr vermişlər.  
Şuşanın mədəni  həyatında özünəməxsus  yer tutan  ədəbi 
məclislərdən biri də 1872-ci  ildə  M.M.Nəvvabın təĢəbbüsü ilə 
yaradılan  və  onun  evində  fəaliyyət  göstərən  «Məclisi-
fəramuĢan»  idi.  M.M.Nəvvab  baĢda  olmaqla  məclisin  işində 
Abdulla  bəy  Asi,  Fatma  xanım  Kəminə,  Həsənəli  xan 
Qarabaği,  MəĢədi  Əyyub  Baki,  Xan  Qaradaqi.  Əbülhəsən 
ġəhid və baĢqaları iĢtirak edirdilər. «Unudulanlar» mənasını 
verən 
«Məclisi-fəramuşan»  1910-cu  ilə  kimi  özünün 
məĢğələlərini  yüksək  səviyyədə  davam  etdirmişdir.  Hər  iki 
ədəbi  məclisin  üzvləri  bir-biri  ilə  ədəbi  təcrübə  mübadiləsi 
aparmış,  Azərbaycan  mili  Ģerinin  müxtəlif  janrlarının 
zənginləĢdirilməsinə xidmət göstərmiĢlər [22, 4]. 
Şuşanın  mədəni  həyatında  M.P.Vaqifin,  Q.B.Zakirin, 
XurĢudbanu  Natəvanın,  M.M.Nəvvabın,  S.S.Axundovun, 
N.B.Vəzirovun,  Ə.Ə.Haqverdiyevin,  Y.B.Çəminzəminlinin, 
F.B.Köçərlinin və baĢqalarının ədəbi yaradıcılıqları olduqca 
böyük yer tuturdu.  
Əbəs  yerə  deyildir  ki,  F.B.Köçərli  ġuĢanı  «ġairlər 
yuvası»  adlandırırdı.  
Yuxarıda adları qeyd olunan qələm sahiblərinin həyat və 
fəaliyyətləri  haqqında  qısa  məlumat  verilməsi  məqsədəmüvafiq 
olardı.  
Molla  Pənah  Vaqif  1717-ci  ildə  Qazax  mahalının 
Salahlı  kəndində  anadan  olmuĢ,  1797-ci  ildə  ġuĢada  qətlə 

 
 
54 
yetirilmiĢdir. M.P.Vaqif öz zamanında bir çox ülum və fünuna 
(fənn  və  elmlər)  vaqif  olduğu  üçün  özünə  «Vaqif»  təxəllüsü 
ittixaz (qəbul) etmişdir [23, 159]. 
M.P.Vaqif  fars  və  ərəb  dillərini  də  mükəmməl  bilirmiş. 
Xalq  arasında  onun  böyük  hörmətə  malik  olması:  -  «Hər 
oxuyan  Molla  Pənah  olmaz!»  ifadəsində  tapmışdı.  Vaqif 
Şuşanın  Saatlı  məhəlləsində  məktəb  açmıĢ  və  uĢaqlara  dərs 
demiĢdir.  Az  müddət  ərzində  Vaqifin  şöhrəti  artmış  və  o, 
Qarabağın  şərəfli  və  şövkətli  adamlarından  birinə  çevrilmişdir. 
Ona  görə  də  Qarabağ  xanı  Vaqifi  saraya  dəvət  etmiş  və  onu 
özünə vəzir təyin  etmişdir. Vaqif Şuşa qalasının tikintisində və 
müdafiə  qabiliyyətinin  möhkəmləndirilməsində,  xanlığın  idarə 
olunmasında İbrahim xanın ən yaxın köməkçisi olmuşdur. Vaqif 
1769-cu  ildən  1797-ci  ilə  kimi  İbrahim  xana  baş  vəzir  kimi 
sədaqətlə  xidmət  etmişdir.  O,  Azərbaycan  poeziyası  tarixində 
özünün  yaradıcılığı  ilə  böyük  yer  tutur.  Klassik  Şərq  şerini 
dərindən  bilən  Vaqif  qəzəl,  müxəmməs,  müstəzad  və  başqa 
formalarda  əsərlər  yazmışdır.  Bununla  yanaşı  Vaqif  xalq 
ədəbiyyatı,  aşıq  şerinə  də  bağlı  olmuş,  təcnis,  xüsusilə 
qoĢmaları ilə milli poeziyamızı zənginləĢdirmiĢdir. Nikbinlik, 
həyatsevərlik  Vaqif  poeziyasının  əsas  xüsusiyyətidir.  Milli 
dilimizin təkmilləşdirilməsində Vaqifin xidməti böyükdür.  
M.P.Vaqif  heca  vəznində  yazdığı  şerlərdə  xalq  dilinin 
zəngin xəzinəsindən sənətkarlıqla istifadə etmiĢ, onun ədəbi-
bədii dil səviyyəsinə qaldırmıĢdır. Vaqif yaradıcılıq məktəbi, 
ġuĢada  və  bütövlükdə  Qarabağda  görkəmli  Ģairlərin 
yetiĢməsində mühüm rol oynamıĢdır [24, 383-384]. 
Qasım  bəy  Zakir  (Qasım  bəy  Əlibəy  oğlu  CavanĢir) 
1784-cü ildə ġuĢada bəy ailəsində anadan olmuĢ, 1857-ci ildə 
orada  vəfat  etmiĢdir.  Qasım  bəy  Zakir  Şuşada  mollaxanada 
təhsil  almış,  ərəb  və  fars  dillərini  öyrənmişdir.  Q.B.Zakir  Şərq 
ədəbiyyatını  dərindən  bilirdi.  O,  XIX  əsrin  birinci  yarısında 
Azərbaycan 
ədəbiyyatının  formalaĢmasında  baĢlayan 
tənqidi  realizmin  aparıcı  nümayəndələrindən  biri  idi.  Vaqif 
ənənələrinin  davamçısı  olan  Zakir  yaradıcılığında  xalq 

 
 
55 
poeziyasının  təsviri  olduqca  güclüdür.  Q.B.Zakirin  ədəbi 
yaradıcılığı  olduqca  zəngindir.  O,  qəzəl,  müxəmməs, 
müstəzad,  təcrübənd  və  tərkibbənd  formalarında  əsərlər 
yazmıĢdı [25, 292-293].  
Qasım  bəy  Zakirin  ədəbi  yaradıcılıqlarında  tənqidi 
realizm olduqca güclüdür.  
Qasım  bəy  Zakir  Cavanşir  Türkmənçay  sülh  müqavi-
ləsindən  sonra,  1828-ci  il  15  mart  tarixində  çar  fərmanına 
əsasən  «Ġran  müharibəsinə  görə»  gümüĢ  medalla  təltif 
Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin