ĠuĢa təkcə ĢuĢalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaĢımız üçün əziz bir



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə6/14
tarix03.02.2017
ölçüsü1,22 Mb.
#7292
1   2   3   4   5   6   7   8   9   ...   14

olunmuĢdur.  
XurĢudbanu Natəvan Mehdiqulu xan qızı 1832-ci ildə 
ġuĢada  anadan  olmuĢ  və  1897-ci  ildə  orada  dünyasını 
dəyiĢmiĢdir.  Məzarı  Ağdam  Ģəhərində  Ġmarət  adlanan 
qəbiristanlıqdadır.  
Natəvan  «təxəllüsü»  XurĢudbanuya  1864-cü  ildə 
«Məclisi-ünsün» qərarı ilə verilmiĢdir. Natəvan fars mənĢəli  
söz  olub  mənası  qüvvətsiz,  gücsüz,  iqtidarsız,  zəif  və  aciz 
deməkdir.  Lakin  bu  sözləri  Natəvan  kimi  məğrur,  cəsarətli, 
geniş  dünyagörüşünə  malik  olan  ziyalı-şair  qadına  aid  etmək 
olmaz. Bu sadəcə olaraq təxəllüs kimi qəbul edilə bilər.  
X.B.Natəvan  65  illik  həyatı  dövründə  bir  çox 
haqsızlıqlarla  qarşılaşmasına  baxmayaraq,  ədəbi  yaradıcılıqla 
məşğul olmuşdur. Bu sahədə Şuşanın ədəbi mühiti də Natəvana 
böyük təsir göstərmişdir. Natəvan qəlblərə hakim kəsilən şeir və 
qəzəllər yazmışdır.  
Fransız  yazıçısı  Aleksandr  Düma  (Ata)  1858-ci  ildə 
Bakıda olarkən Natəvanla görüşmüş və bu görüşün təəssüratla-
rını Düma «Qafqaz» əsərində qələmə almışdır. A.Düma yazırdı:  
«Mənim  dəvət  olunduğum  evdəki  məclisdə  iki  tatar 
(Azərbaycanlı)  knyaz  qadını  və  kiçiyinin  əri  iĢtirak 
edirdilər…  Onlar  gəliĢimizi  səbirsizliklə  gözlədiklərindən 
bizi  sevinclə  qarĢıladılar.  Knyaz  qadınlarından  biri 
Qarabağın  son  hakimi  Mehdiqulu  xanın  arvadı  və  o  biri 
onun  qızı  idi….  A.Düma  Natəvanın  yadigar  olaraq  ona 
bağıĢladığı  əl  iĢini  yüksək  qiymətləndirərək  göstərir  ki, 

 
 
56 
baĢqa yerə getməyimlə əlaqədar olaraq bu gözəl hədiyyələri 
götürdüm».  
Natəvan  şerlərini  mili  ruhda,  olduqca  sadə  və  səmimi 
tərzdə  yazmışdı.  Onun  qəzəllərində  Şərq  musiqi  alətlərinin  – 
kamançanın,  setarın,  udun,  tənurun,  tarın  səsi  eĢidilir  və 
nəfəsi  gəlir.  Natəvanın  yaradıcılığında  həyatın  özünü,  gücünü 
görürük.  Natəvan  yaradıcılığı  öz  dövrünün  və  özündən  sonrakı 
bədii  yaradıcılığa  gələn  şairlərin  yetişməsinə  böyük  təsir 
göstərmişdir.  
Xan qızı Natəvan öz xalqını dərin məhəbbətlə sevirdi. O, 
Şuşaya  şirin  su  xətti  çəkdirmiş,  körpülər  tikdirmiş  və 
xeyriyyəçiliklə məşğul olmuşdur. Natəvan 1873-cü ildə ġuĢaya 
saxsı  borularda  «Xan  qızı»  bulağı  ilə  məĢhur  olan  bulaq 
çəkdirmiĢdir [26].  
Mir  Möhsün  Nəvvab  Hacı  Məhəmməd  oğlu  1833-cü 
ildə  ġuĢada  anadan  olmuĢ,  1918-ci  ildə  ġuĢada  dünyasını 
dəyiĢmiĢdir.  M.M.Nəvvab  geniĢ  dünyagörüĢünə  malik 
Ģəxsiyyət  idi. Yaxşı təhsil almış, ərəb və fars dillərini dərindən 
bilirdi.  M.M.Nəvvab  şair,  ədəbiyyatçı,  rəssam,  xəttat  və 
musiqişünas  idi.  O,  1872-ci  ildə  yaradılan  «Məclisi-
fəramuĢan»  ədəbi  məclisinə  rəhbərlik  etmişdir.  M.M.Nəvvab 
Şuşada  qiraətxana,  «üsuli-cədid»  məktəbi,  mətbəə  və 
cildxana  açmıĢdır.  Eyni  zamanda  o,  Qarabağ  şairlərinin 
yaradıcılıqlarından  bəhs  edən  «Təzkireyi-Nəvvab»  əsərinin 
müəllifidir. Nucumdan bəhs edən «Kifayətüt-ətfal» əsəri onun 
dəqiq  elmlərə  bələd  olduğunu  sübut  edir.  M.M.Nəvvabın  çoxlu 
rəsm əsərləri var.  
M.M.Nəvvabın  klassik  musiqi  haqqındakı  «Dər  elmi 
musiqi  vüzuh-ül-ərqam»  («Musiqi  elmində  rəqəmlərin 
aydınlaĢdırılması») əsəri Azərbaycanda musiqiyə həsr olunmuş 
ilk  əsərdir.  Müəllif  bu  əsərdə  orta  əsrlər  müsəlman  şərqinin 
(Fərabi, Ġbn Sina, Səfiəddin Urməvi, Əbdülqadir Maraği) və 
antik  dövrünün  (Platon,  Aristotel)  görkəmli  filosof 
musiqişünaslarının ideyalarını əsas tutaraq, musiqinin mənĢəyi, 
musiqi 
estetikası, 
ifaçılıq 
problemlərini, 
musiqinin 

 
 
57 
dinləyicilərə  emosional  təsiri,  onun  Ģəfaverici  xüsusiyyətləri 
haqqında ətraflı məlumat vermiĢdir [29, 217-218]. 
Haqverdiyev Əbdürrəhim bəy Əsəd bəy oğlu 1870-ci 
ildə  ġuĢada  anadan  olmuĢ,  1933-cü  ildə  Bakıda  dünyasını 
dəyiĢdirmiĢdir.  O,  yazıçı,  dramaturq  və  ictimai  xadim  idi. 
Ə.B.Haqverdiyev  bədii  yaradıcılıqda  əldə  etdiyi  yüksək 
nailiyyətlərə  görə,  1928-ci  ildə  Azərbaycan  SSR  Əməkdar 
Ġncəsənət  xadimi  adına  layiq  görülmüĢdür.  İlk  təhsilini 
Şuşada almışdır. Bundan sonra Ə.B.Haqverdiyev Tiflisdə realnı 
məktəbində oxumuş, 1891-ci ildə Peterburq Yol Mühəndisləri 
Ġnstitutunun  ġərq  fakültəsində  oxumuĢdur.  Peterburqda 
təhsilini  baĢa  çatdıran  Ə.B.Haqverdiyev  doğma  ġuĢaya 
qayıtmıĢ  və  yaradıcılıqla  məĢğul  olmuĢdur.  1905-ci  ildə 
Rusiyanın I Dövlət Dumasına deputat seçilmiĢdir. Ə.B.Haq-
verdiyev  yazdığı  əsərlərdə  tarixi  hadisələrə  üstünlük  vermişdir. 
Ə.B.Haqverdiyevin  yazdığı  dram  əsərləri,  mili  dramaturgiya-
mızın inkişafında böyük yer tutur [27, 124-125]. 
Axundov  Süleyman  Rzaqulu  bəy  oğlu  (təxəllüsü 
Süleyman  Sani)  1875-ci  ildə ġuĢada  anadan  olmuĢ,  1939-cu 
ildə  Bakıda  dünyasını  dəyiĢmiĢdir.  O,  1894-cü  ildə  Zaqaf-
qaziya Qori Müəllimlər Seminariyasını bitirmiĢ və pedaqoji 
iĢlə məĢğul olmuĢdur.  
S.S.Axundov  1906-cı  ildə  çağırılmış  Azərbaycan 
müəllimlərinin  birinci  qurultayına  nümayəndə  seçilmişdir.  O, 
1920-1921-ci  illərdə  Qarabağ  Vilayəti  Maarif  ġöbəsinin 
müdiri  vəzifəsində  iĢləmiĢ  və  1922-ci  ildə  Azərbaycan  Ədib 
və  ġairlər  Ġttifaqının  ilk  sədri  seçilmiĢdir.  Ədəbi-pedaqoji 
sahələrdə  səmərəli  fəaliyyətinə  görə  S.S.Axundov,  1932-ci  ildə 
Əmək  Qəhrəmanı  adına  layiq  görülmüĢdür.  Ədibin  çoxlu 
komediyaları, pyesləri və hekayələri var [28, 500]. 
Vəzirov Yusif Mirbaba oğlu (təxəllüsü Çəminzəminli) 
1887-ci  ildə  ġuĢada  anadan  olmuĢ,  1943-cü  ildə  Qorki 
vilayətinin Suxobezvodnoye kəndində dünyasını dəyiĢmiĢdir. 
Y.B.Çəminzəminli Şuşada və Bakıda təhsil almışdır. O, 1910-cu 
ildə  Kiyev  Universitetinin  hüquq  fakültəsinə  daxil  olmuĢ  və 

 
 
58 
1915-ci  ildə  oranı  yüksək  qiymətlərlə  bitirmiĢdir.  «Molla 
Nəsrəddin»  jurnalı  ilə  əməkdaĢlıq  edən  Y.V.Çəmənzəminli, 
jurnalın  səhifələrində  müxtəlif  mövzularda  məqalələrlə  çıxış 
etmişdir.  Azərbaycan  ədəbiyyatı  tarixində  tənqidi-realizmin 
nümayəndələrindən  biri  kimi  də  fəaliyyəti  çox  qiymətlidir. 
Y.V.Çəmənzəminli milli ədəbiyyatımızın roman janrında tarixi-
fəlsəfi romanın ilk nümunəsi olan1934-cü ildə yazdığı «Qızlar 
bulağı»  romanında  müəllif  Azərbaycan  tarixi,  filologiyası  və 
folklor materialları əsasında ulu babalarımızın həyat təcrübəsini 
mənəvi-əxlaqi,  fəlsəfi  görüşlərini,  yaşayış  tərzini,  xalq 
ənənələrini  real  boyalarla  təsvir  etmişdir.  Ədib  «Ġki  od 
arasında»  romanında  Qarabağ  xanlığını  Azərbaycanın 
rəmzi  kimi  göstərmiĢdir.  Bu  roman  milli  tarixi  roman 
janrımızın klassik nümunəsidir.  
Y.B.Çəmənzəminlinin 
ədəbi 
yaradıcılığı 
olduqca 
rəngarəngdir. [27, 339]. 
Vəzirov  Nəcəf  bəy  Fərhad  bəy  oğlu  1854-cü  ildə 
ġuĢada  anadan  olmuĢ,  1926-cı  ildə  Bakıda  dünyasını 
dəyiĢmiĢdir.  İlk  təhsilini  Şuşada  alan  N.B.Vəzirov,  Bakıya 
getmiş  və  orada  realnı  gimnaziyasında  oxumuşdur.  «Əkinçi» 
qəzeti  ilə  əməkdaşlıq  etmiş,  1874-cü  ildə  Moskva  şəhərindəki 
Əkinçilik  Akademiyasına  daxil  olub,  oranı  bitirmiĢdir.  O, 
rejissor kimi də fəaliyyət göstərmiĢdir.  
N.B.Vəzirov  milli  pyeslər,  komediyalar  və    dram 
əsərlərinin    müəllifidir.  Onun  meşə  təsərrüfatı    sahəsində 
böyük təcrübəsi var idi [30, 495]. 
Köçərli  Firudin  bəy  Əhməd  bəy  oğlu  1963-cü  ildə 
ġuĢada  anadan  olmuĢ,  1920-ci  ildə  Gəncədə  dünyasını 
dəyiĢmiĢdir. O, ilk təhsilini Şuşada Mirzə Kərim Münşüzadənin 
məktəbində  almışdır.  F.B.Köçərli  sonra  təhsilini  Şuşa  şəhər 
məktəbində  davam  etdirmiş,  1879-cu  ildə  Zaqafqaziya  Qori 
Müəllimlər  Seminariyasına  daxil  olaraq  oranı  1885-ci  ildə 
qurtarmıĢdır.  Seminariyanı  qurtardıqdan  sonra  o,  Qərbi 
Azərbaycanın, 
yəni 
İrəvan  gimnaziyasında,  sonra  isə 
Zaqafqaziya Qori Müəllimlər Seminariyasında dərs demişdir.  

 
 
59 
F.B.Köçərli 1908-ci ildə «Azərbaycan türk ədəbiyyatı» 
əsərini  yazıb  baĢa  çatdırmıĢdır.  Daha  sonra  bu  tədqiqat 
«Azərbaycan  ədəbiyyatı  tarixi  materialları»  adı  ilə  nəşr 
olunmuşdur. Kitabda Azərbaycan dilinin, ədəbiyyatının mənşəyi 
haqqında məlumat verilir. F.B.Köçərli Azərbaycan dilinin saflığı 
uğrunda  fəal  mübarizə  aparmışdır.  Azərbaycan  uşaq 
ədəbiyyatının  inkişafında  da  F.B.Köçərlinin  xidmətləri 
diqqətəlayiqdir.  
1918-1920-ci  illərdə  F.B.Köçərlinin şəxsi təşəbbüsü ilə, 
Zaqafqaziya  Qori  Müəllimlər  Seminariyasının  Azərbaycan 
şöbəsi  əsasında  açılmış  Qazax  Müəllimlər  Seminariyasının 
müdiri işləmişdir [31, 554]. 
F.B.Köçərli  ədəbiyyatşünas,  pedaqoq  və  publisist  kimi 
Azərbaycan tarixində özünəməxsus layiqli yer tutur.  
XIX əsrdə ġuĢada anadan olmuĢ və orada təhsil alan 
xeyli  şairlər  vardı.  Onlar  qəzəl  janrında  çoxlu  qəzəllər 
yazmıĢlar.  
Şuşa  XVIII  əsrin  ikinci  yarısından  başlayaraq  müsiqi 
mərkəzinə  çevrilmiş  və  Azərbaycan  milli  musiqisinin  mərkəzi 
olmuşdur. Bu inkişaf Qarabağ xanlığının xanı Ġbrahim xanın 
hakimiyyəti  (1759-1806-cı  illər)  dövründə  özünün  inkişaf 
mərhələsinə  çatmışdır.  İbrahim  xan  musiqi,  muğam  həvəskarı 
idi.  Onun  sarayında  mahir  musiqiçilər  və  xanəndələr 
toplaşmışdı.  Onlar  mili  bayram  olan  -  Novruz  bayramında, 
dini  mərasimlərdə,  əlamətdar  günlərdə  və  qonaqlıqlarda 
çalıb-oxuyurdular.  
Səttar  bəy,  Həsənçə,  Yusif,  Turkverdi  Həsən,  Mirzə 
Hüseyn,  Əli  ġirazi,  Qaraçı  Əsəd,  Pərinaz  oğlu  Məhəmməd, 
Mirzə  Ġsmayıl,  Qaraçı  Hacı  bəy,  Kosa  Məhəmməd  kimi 
xanəndə  və  çalğıçılar  ġuĢanın  musiqi  Ģöhrətini  yüksəklərə 
qaldırırdılar [36]. 
Bu  ənənə  sonrakı  illərdə  də  davam  etdirilmişdir.  Yaxın 
və  Orta  Şərqdə  məlahətli  səsləri  və  sənətləri  ilə  məşhur  olan  – 
Hacı  Hüsü,  MəĢədi  Ġsi,  MəĢədi  Məhəmməd,  Fərzəliyev, 
Keçəçi  oğlu  Məhəmməd,  Cabbar  Qaryağdı  oğlu,  Seyid 

 
 
60 
ġuĢinski,  Xan  ġuĢinski,  Zülfü  Adıgözəlov,  Mütəllim 
Mütəllimov Şuşada doğulub sənət zirvəsinə yüksəlmişlər.  
“ġuĢalı  musiqiçilər  Azərbaycanın  musiqi  tarixini 
yaratmıĢ, onu yalnız öz vətənlərində deyil, eyni zamanda da 
ġərqin baĢqa ölkələrində də təmsil etmiĢlər” [32, 9]. 
Azərbaycanın demək olar ki,  bütün məĢhur  musiqiçi 
və  müğənniləri  ġuĢanın  yetirmələridir.  Təsadüfi  deyildir  ki, 
ġuĢanı musiqi və poeziyanın beĢiyi adlandırırlar [33]. 
Hacı  Hüsü  Niftalı  oğlu  Şuşanın  Çölqala  məhəlləsində 
papaqçı  ailəsində  anadan  olmuşdur.  O,  ilk  musiqi  təhsilini 
Xarrat Qulunun musiqi məktəbində almıĢdır [34, 257]. 
Yusif  Vəzir  Çəmənzəminli  «Bir  gəncin  dəftəri» 
əsərində  yazırdı  ki,  «Hacı  Hüsünün  müəllimlərindən  biri  də 
mənim  atam,  ġərq  muğamlarını  dərindən  bilən  Mirbaba 
Mirabdulla oğlu olmuĢdur» [35, 84]. 
Hacı Hüsü özünün muğam sənəti ilə müasirlərinin dərin 
hörmətini  qazanmışdır.  Hacı  Hüsü  Yaxın  və  Orta  Şərqdə 
Rusiyada  da  məşhur  idi.  O,  bu  ölkələrdə  təşkil  olunan  toy 
mərasimlərində iştirak edirdi.  
1880-cı  ildə  Ġran  Ģahı  Nəsrəddin  Ģah  Hacı  Hüsünü 
oğlu  Ģahzadə  Müzəfərəddinin  toy  məclisinə  dəvət  etmiĢ  və 
toydan sonra, birinci mükafat Hacı Hüsüyə verilmiĢdir. Toy 
məclisində  xanəndəni  məĢhur  tarzən  Sadıqcan  müĢahidə 
etmiĢdir. Xarrat Qulunun sənətini uğurla davam etdirən Hacı 
Hüsü,  M.M.Nəvvabla  birlikdə,  1883-cü  ildə  onun  vəfatından 
sonra,  Qarabağ  xanəndələrindən  ibarət  «MusiqiĢünaslar 
məclisi» yaratdılar [34, 119]. 
MəĢədi  Ġsi  də  Xarrat  Qulunun  məktəbinin  yetirməsi 
idi.  O,  muğam  sənətini  mükəmməl  mənimsəmişdi.  Məşədi  İsi 
Sadıqcanla birlikdə Orta Asiyanın AĢqabad, DaĢkənd, Səmər-
qənd  Ģəhərlərində,  respublikamızın  bir  çox  Ģəhərlərində, 
Ġranda musiqi məclislərində iĢtirak etmiĢdir.  
O, Ġranın mərkəzi Tehran Ģəhərində keçirilən muğam 
müsabiqəsində  əldə  etdiyi  qələbəyə  görə  «ġiri  XurĢid» 
ordeni ilə təltif olunmuĢdur [34, 261]. 

 
 
61 
MəĢədi Məhəmməd Fərzəliyev də ġuĢanın yetiĢdirdiyi 
mahir  muğam    ustası  idi.  O,  özünəməxsus  xanəndəlik  yolu 
getmiş,  məlahətli  səsi  ilə  dinləyicilərin  dərin  hörmətini 
qazanmışdır.  Məşədi  Məhəmməd  60  il  Azərbaycanın  milli 
muğam sənətində fəaliyyət göstərmişdir.  
1864-cü  ildə  ġuĢada  anadan  olan  Keçəçi  oğlu 
Məhəmməd,  muğam  sənətini  Xarat  Quludan  və  Məşədi  İsidən 
öyrənmişdir. O, atasının sənətini özü üçün təxəllüs götürmüşdür. 
Keçəçi  oğlu  Məhəmmədin  bir  xanəndə  kimi,  musiqi 
mədəniyyətimizin inkişafı tarixində böyük xidməti vardır.  
Cabbar  Qaryağdı  oğlu  (1861-1944-cü  illər)  muğam 
ifaçılığı  sahəsində  şöhrət  qazanan  xanəndə  idi.  O,  mürəkkəb 
muğamları  məharətlə  ifa  edirdi.  C.Qaryağdı  oğlu  yüksək  səhnə 
mədəniyyətinə  malik  idi.  Sənət  dostları  onun  ifaçılıq  sənətinə 
birmənalı olaraq yüksək qiymət verirdilər.  
Cabbar  Qaryağdı  oğlunun  orijinal  sənət  yolu  - 
məktəbi  olmuĢdur…  O,  xanəndəlikdən  baĢqa  mahir 
musiqiĢünas və tədqiqatçı idi [34, 283]. 
Şuşanın muğam ifaçıları içərisində xüsusi yeri olan, Mir 
Möhsün  Ağa  Seyid  Ġbrahim  oğlu  ġuĢinskinin  adı  milli 
muğamlarımızın  çoxsaylı  dinləyicilərinə  yaxşı  məlumdur. 
Deyirlər ki, Cabbar Qaryağdı oğlu, Azərbaycan xalq musiqisinin 
düşünən beyni idisə, Seyid Şuşinski bu musiqinin çırpınan ürəyi 
idi.  
Seyid  Şuşinski  bütün  ömrü  boyu  (1889-1965-ci  illər) 
vətəninə, xalqına sədaqətlə xidmət etmişdir.  
Şuşa  şəhərinin  muğam  dünyasına  bəxş  etdiyi  nadir 
incilərdən  biri  də,  əvəzolunmaz  muğam  ustası  Xan  ġuĢinski 
(1901-1979-cu  illər)  idi.  O,  sözün  əsl  mənasında  el  məclis-
lərinin, səhnəmizin yaraşığı və bəzəyi idi. Xan Şuşinski həyatın 
bütün sahələrində – xanəndəlikdə, mədəniyyətdə, davranıĢ və 
danıĢıqda  da  xan  idi. Biz  şuşalılar  onu  görəndə,  dərin  mənalı 
söhbətlərini eşitdikdə valeh olurduq. Şəxsiyyət kimi, onda bütün 
gözəlliklər  var  idi.  Oxuduğu  muğamlar,  xüsusilə  də  «Qarabağ 
Ģikəstəsi» dinləyicilərə xüsusi əhval-ruhiyyə bəxş edərdi.  

 
 
62 
Xan  Şuşinski  40  il  öz  xalqına  mənəvi  xidmət  göstər-
mişdir. O, İlahinin yaratdığı qiymətli varlıq idi.  
Zülfü Adıgözəlov (1898-1963-cü illər) Qarabağ muğam 
məktəbinin  yetirmələrindən  biri  idi.  O,  1936-cı  ildən  ömrünün 
sonuna  kimi  Azərbaycan  Dövlət  Filarmoniyasının  solisti 
olmuşdur.  O,  klassik  muğamlarımızı  özünəməxsus  tərzdə  ifa 
edirdi.  Azərbaycanın  muğam  xadimləri  onun  sənətinə  yüksək 
qiymət vermişlər.  
Milli  muğam  ifaçılarımızdan  biri  də  Mütəllim 
Mütəllimovdur (1908-1980-cı illər). Onun məlahətli səsi insan 
qəlbini  riqqətə  gətirirdi.  M.Mütəllimov  muğamlarla  yanaşı, 
təsnifləri  də  böyük  məharətlə  ifa  edirdi.  Seyid  Şuşinski  onun 
haqqında demişdir:  
«Mütəllim  musiqini  yaxĢı  qavrayır.  Oxuduğu 
muğamlarda  mürəkkəb  gəziĢmələr  edir,  çətin  zəngulələr 
vurur,  onun  səsində  insan  qəlbinə  təsir  edən  xoĢ  ahənglər 
daha çoxdur» [34, 371]. 
Murtuza  MəĢədi  Rza  oğlu  (təxəllüsü  Bülbül)  1897-ci 
ildə  ġuĢada  Çuxur  məhəllədə  anadan  olmuĢ,  1961-ci  ildə 
Bakıda  dünyasını  dəyiĢmiĢdir.  Bülbül  yüksək  dövlət 
mükafatlarına  layiq  görülmüĢdür.  O,  Azərbaycan  xalq 
mahnıları  və  təsniflərini  yüksək  səviyyədə  ifa  edirdi.  Şuşa 
musiqi  məktəbinin  yetirməsi  olan  Bülbül,  Şuşada  təşkil  olunan 
xalq  məclislərində  iştirak  etməklə,  özünə  hörmət  qazandırırdı. 
1927-1931-ci  illərdə  Bülbül  Ġtaliyanın  Milan  Ģəhərində 
musiqi  təhsili  almıĢdır.  O,  Azərbaycan  Konservatoriyasını 
da qurtarmıĢdır. Bülbülün yaradıcılığının ən yüksək zirvəsi, 
dahi  Üzeyir  bəy  Hacıbəylinin  «Koroğlu»  operasında 
Koroğlu  surətidir.  Bu  surət  indi  də  yaddaĢlarda  qalır.  O, 
musiqimizin,  səhnəmizin  əsl  Koroğlusu  idi,  əvəzolunmaz 
Koroğlusu.  
Azərbaycan  vokal  sənətinin  inkişafında  Bülbülün 
xidmətləri tükənməzdir [30, 376]. 
Behdudov  RəĢid  Məcid  oğlu  1915-ci  ildə  Tiflisdə 
anadan  olmuĢ,  1989-cu  ildə  Moskvada  xəstəxanada 

 
 
63 
dünyasını  dəyiĢmiĢdir.  Rəşid  Behbudov  da  yüksək  dövlət 
mükafatlarına  layiq  görülmüş,  Azərbaycan  Dövlət  Filarmoni-
yasının  solisti  olmuş,  Azərbaycan  milli  kinofilmlərində  baş 
rollarda  çəkilmişdir.  O,  Azərbaycan  xalq  mahnılarının  və 
Azərbaycan bəstəkarlarının yazdıqları vokal əsərlərini məharətlə 
ifa  etmişdir.  Rəşid  Behbudovun  musiqi  yaradıcılığı  olduqca 
zəngin və yadda qalandır [30, 129]. 
Fikrət Əmirov, Zülfuqar Hacıbəyli, Niyazi, Əfrasiyab 
Bədəlbəyli,  Soltan  Hacıbəyov,  ƏĢrəf  Abbasov,  Süleyman 
Ələsgərov,  Zakir  Bağırov  və  baĢqaları  ġuĢa  musiqi 
məktəbinin yetirmələri idilər.  
Dünyanın  musiqi  tarixində  elə  şəhərlər  mövcuddur  ki, 
musiqi  onun  hər  bir  daşına,  dumanına,  çiskininə,  dağına, 
dərəsinə,  meşəsinə,  ormanlarına,  buz  bulaqlarına,  nəğməkar 
quşlarına sirayət etmişdir.  
Bu Ģəhərlərin sayı çox deyil. Biri Avstriyanın paytaxtı 
VYANA,  ikincisi  Ġtaliyanın  NEAPOL  və  üçüncüsü  isə 
GünəĢli  Azərbaycanımızın  qeyrət  qalası  olan  ġUġA 
Ģəhəridir.  
Şəkililər öz şəhərlərini – ġəkini qayalardan asılan şəhər 
adlandırırlar.  Biz  şuşalılar  isə  ġuĢanı  səmadan  asılan  şəhər 
adlandırırıq. Bunların hər ikisi həqiqətən də belədir.  
ġuĢa iĢğal olunanda rayonda 7 məktəbəqədər tərbiyə, 
22  ümumtəhsil  (onlardan  biri  ibtidai)  müəssisəsi,  orta 
texniki peĢə məktəbi, 2 (orta və yeddi illik) musiqi məktəbi, 
mədəni  –maarif  məktəbi,  kənd  təsərrüfatı  texnikumu,  6 
mədəniyyət evi,  12 klub,  20 kitabxana, 20 kino qurğusu var 
idi.  
Əlverişli  iqlimə  malik  olan  Şuşada  2  xəstəxana 
müəssisəsi,  11  feldĢer  –mama  məntəqəsi,  sanatoriya, 
istirahət evləri fəaliyyət göstərirdi.  
Şuşa  rayonunun  iqtisadiyyatında  heyvandarlıq  əsas  yer 
tutur. Şəhərin özündə musiqi  alətləri  fabriki,  istehsal  kombi-
natı, çörəkbiĢirmə müəssisəsi, Bakı radioqayırma müəssisəsi 
birliyinin  filialı  da  şəhərin  iqtisadi  həyatında  əhəmiyyətli  yer 

 
 
64 
tuturdu.  
XX əsrin 70 və 80-ci illərində ġuĢa təhsilinin yüksəliĢ 
illəri  idi.  Mirzə  Xosrov  Axundovun,  Ağa  Kazımovun, 
Keymah  Bəhmənovun,  Keykavuz  Bəhmənovun,  Mərdan 
Əliyevin,  Tofiq  Əliyevin,  Rüstəm  Zeynalovun,  Həbib 
Allahverdiyevin,  Tovuz  Abbasovanın,  DiliĢ  Mehdiyevanın, 
Zəhra  Məmmədovanın,  Yaqub  Quliyevin  və  baĢqalarının 
pedaqoji 
ənənələrini  layiqincə  davam  etdirən  gənc 
müəllimlər ordusu formalaĢmıĢdır.  
Öz  üzərində  daim  çalışan,  elmi,  siyasi,  pedaqoji  bilik 
səviyyələrini  təkmilləşdirən,  valideynlərin  və  dərs  dedikləri 
şagirdlərin    dərin  hörmətini  qazanan  -    filologiya  üzrə  fəlsəfə 
doktoru Namiq Babayev, Tariyel Kazımov, Saleh Heydərov, 
Rəfayıl 
Məmmədov, 
Fərazəndə 
ƏĢrəfova, 
Tamella 
Kazımova,  Maya  Əliyeva,  Tamella  Hüseynova,  Məlahət 
Babayeva,  Aidə  Zeynalova,  Ġslam  Əhmədov,  Zahid  Cəfərov 
və baĢqaları təlim-tərbiyə sahəsində olduqca böyük dəyərlər 
qazanmıĢdılar.  
1991-1992-ci  tədris  illərinə  qədər  ġuĢa  məktəblərini 
xeyli  saylı  Ģagird  qızıl  və  gümüĢ  medallarla  qurtarırdılar. 
Onlar  respublikamızın  ali  məktəblərinin  istənilən  fakültə-
lərinə qəbul olunurdular. Onu da deyim ki, orta məktəblərin 
X siniflərini  qızıl  və  gümüĢ  medallarla  qurtaran Ģagirdlərin 
böyük  əksəriyyəti,  Ģəhər  4  saylı  məktəbin  payına  düĢürdü
Bu məktəbdə zəngin fənn kabinetləri də var idi.  
Erməni  faşistləri  Şuşanı  işğal  etdikdən  sonra,  şəhərdə 
olan idarə və müəssisələr kimi, şəhərdə və kəndlərdə olan bütün 
təhsil  müəssisələrini  də  vəhşicəsinə  qarət  və  talan  etmişlər.  Bu 
vəhşilik,  onların  vəhşi  təbiətindədir.  Bunun  bir  sıra  səbəbləri 
var.  
Birinci  səbəb.  Xarici  ölkələrdə  güclü  erməni 
diasporunun  olmasıdır.  Mən  ona  görə  erməni  diasporunu 
güclü  adlandırıram  ki,  erməni  ünsürlərinin  tarixən  torpağı 
olmamıĢdır.  Ona  görə  də  bu  ünsür  başqa  xalqların  hesabına 
sərvət  toplamağa  məcbur  olmuşdur.  Onlar  torpağı  və  vətəni 

 
 
65 
oğurluq yolu ilə topladığı sərvətdə görürlər.  
Ġkinci  səbəb.  Erməni  ünsürünün  folkloru  yoxdur. 
Saylar,  bayatılar,  dastanlar,  çoxsaylı  bahar,  məiĢət  və 
zəhmətlə əlaqədar olan mərasimlər və əfsanələr erməni üçün 
olduqca  yad  və  qəbuledilməzdir.  Bütün  bunlar  sübut  edir  ki, 
erməni  tarix  boyu  başqa  xalqların  yaratdığı  mənəvi  sərvətləri 
oğurlamaq  yolunu  tutmuş  və  onları  özününküləşdirmək 
istəmişdir.  Lakin  buna  nail  ola  bilməmişlər.  Əgər  erməni 
ünsürünün  folkloru  olsaydı  uydurma  və  tarixdə  heç  bir  iz 
qoymayan  «Dənizdən-dənizə  Böyük  Ermənistan»  barədə 
orada, heç olmazsa bir fikir söylənərdi.  
Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin