ĠuĢa təkcə ĢuĢalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaĢımız üçün əziz bir


Xoca  qoĢundan  bir  neçə  nəfərlə  Naxçıvandan  keçib



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə9/14
tarix03.02.2017
ölçüsü1,22 Mb.
#7292
1   ...   6   7   8   9   10   11   12   13   14

Xoca  qoĢundan  bir  neçə  nəfərlə  Naxçıvandan  keçib, 
Nəməkzar  ərazisində  Sultan  Əhmədə  çatdı.  Onunla  çoxlu 
döyüĢçü  var  idi...  Bu  döyüĢdə  Ġlyas  Xoca  yaralandı  və 
döyüĢdən  qaldı.  Bu  səbəbdən  Sultan  Əhməd  xilas  olub 
canını  qurtardı”  (Bax:  -  iqtibas  göstərilən  müəllifin 

 
 
88 
“Zəfərnamə”  əsərindən  götürülən  Azərbaycan  tarixinə  dair 
qeydlər. B., 1996, səh. 31). 
Əmir  Teymurun  Azərbaycana  yürüşləri  içərisində  Əlincə 
qalasının  müdafiəsi  xüsusi  yer  tutur.  Qala  14  il  teymurilərə 
inadlı  müqavimət  göstərməklə  tarixdə  özünə  şərəfli  ad 
qazandırmışdır.  Əlincə  qalası  1387-ci  ildən  1400-cü  ilə  kimi 
mühasirədə  qalmışdır.  Hücumlara  cavab  verə  bilməyən  cəlairli 
əmirləri  Əlincə  qalasında  sığınacaq  taparaq  burda  gizlən-
mişdilər. 
Əmir  Teymur  Azərbaycanın  cənub  torpaqlarının  böyük 
hissəsini  tutduqdan  sonra,  1387-ci  ilin  payızında  Naxçıvanın 
əzəmətli  Əlincə  qalasına  yaxınlaşdı.  İlyas  Xocanın  başçılıq 
etdiyi  qoşun  naxçıvanlıların  müqavimətini  çətinliklə  qıra  bildi. 
Naxçıvanın  Gərni  və  Sürməli  adlı  istehkamları  dağıdıldı.  Qala 
uzun  illər  müdafiə  şəraitində,  içərisində  olan  adamları  ərzaq  və 
su ilə təmin etmək imkanına malik idi. 
Sultan  Əhməd  xəzinəsini,  ailəsini  və  yaxın  adamlarını 
qalada  yerləşdirib,  müdafiə  işlərini  Əmir  Altuna  tapşırmışdı. 
Onun  sərəncamında  300-ə  yaxın  qorçu  (döyüşçü)  var  idi.  Şəki 
hakimi  Seyid  Əli  də  Əlincə  qalasının  müdafiəçilərinə  kömək 
edirdi. Ümumiyyətlə, Əmir Teymur Əlincə qalasına dörd dəfə - 
1387-ci, 1393-cü, 1397-ci və 1400-cü illərdə yürüş etmiş və heç 
birində  məqsədinə  nail  ola  bilməmişdi.  Qalanın  müdafiəsinə 
başçılıq  edən  Sultan  Tahir  ilə  Əmir  Altun  arasında  ailə 
zəminində  baş  verən  münaqişə  nəticəsində  qalanın  müdafiəsi 
zəifləyirdi.  Bu  dövrdə  Əmir  Teymur  Azərbaycanda  deyildi. 
Sultan  Tahir  xəzinəni  və  yaxın  adamlarını  götürüb,  Bağdada 
atası  Sultan  Əhmədin  yanına  getdi.  Beləliklə  də,  14  il  Əmir 
Teymura  tabe  olmayan  Əlincə  qalası  1400-cü  ildə  müdafiəsiz 
qaldığına görə süqut etdi. 
Ərəb  tarixçisi  Ġbn  ƏrəbĢah  yazır  ki,  Əmir  Teymur 
qalanı  ələ  keçirdikdən  sonra  öz  əzəmətilə  onu  heyrətə 
gətirən  bu  qalanı  xüsusi  ziyarət  etmiĢ  və  ona  heyran 
olduğunu bildirmiĢdir... 
Azərbaycanın  cənub  ərazilərinin  və  Əlincə  qalasının 

 
 
89 
mühasirəsi  Şirvanı  da böyük təhlükə qarşısında  qoydu.  1382-ci 
ildə HuĢəngin vəfatından sonra ġirvan feodalları onun əmisi 
oğlu  Ġbrahim  Ġbn  Sultan  Məhəmməd  ibn  Keyqubadı 
hökmdar  seçdilər.  O,  Məzyədilər  sülaləsinin  bir  qolu  olan 
Dərbəndi  ġirvanĢahları  sülaləsinin  ilk  nümayəndəsi  idi. 
ġimaldan ġirvanı  Qızıl Orda  xanı  ToxtamıĢ  təhlükə altında 
saxlayırdı. Əmir Teymur da ġirvanı təhlükə altına salmıĢdı. 
ToxtamıĢla  onun  düĢmənçilik  münasibətindən  ġeyx  I  Ġb-
rahim məharətlə istifadə edərək Əmir Teymura tabe olmağı 
üstün tutub, ona itaət etdiyini bildirdi. 
Tarixi mənbələr də qeyd edilir ki, 1386-cı ildə Qarabağa, 
Şirvanşahın  ərazisinə  daxil  olan  Dərbənddən  keçərək  Dəşti-
Qıpçağa  Əmir  Teymurun  görüşünə  gedən  I  İbrahim  Şirvanşah 
adını qoruyub-saxlamağa müvəffəq oldu. Qaynaqlar xəbər verir 
ki,  I  İbrahim  Əmir  Teymurun  görüşünə  getməzdən  əvvəl  ən 
inandığı  böyük  vəziri  Qazi  Əbu  Yəzidlə  məsləhətləşmiş  və 
Şirvanşaha  qaçıb,  dağlarda  gizlənməyi  məsləhət  görmüşdü. 
Lakin  I  İbrahim  həyatını  təhlükə  qarşısına  qoyaraq  Əmir 
Teymurun adına xütbə oxunmasını və sikkə kəsilməsini əmr etdi 
və itaətini bildirmək üçün bahalı hədiyyələrlə onun qərargahına 
yollandı. I İbrahim monqol hökmdarlarında dəbdə olduğu kimi, 
hər  hədiyyədən  doqquz  ədəd  təqdim  etmişdi.  Qulların  sayı  isə 
səkkiz  idi.  Əmir  Teymurun  vəziri  qulların  sayının  nə  üçün 
səkkiz olduğunu soruşduqda I İbrahim dərhal cavab vermişdi ki, 
doqquzuncu  qul  mən  özüməm.  Onun  bu  hərəkəti  Əmir 
Teymurun  xoşuna  gəlmiş,  onu  oğlu  adlandırmış  və  ona  fəxri 
hərbi paltar bağışlamışdı. Onu Şirvan və Şamaxının hakimi təyin 
edərək öz torpaqlarına qayıtmağa icazə vermişdi. Beləliklə də, I 
İbrahimin çevik və düşünülmüş siyasəti Şirvanı viran olmaqdan 
və fəlakətdən xilas etdi. Əmir Teymur bəzi torpaq mülklərini də 
I  İbrahimin  torpaqlarına  qatdı  və  öz  xələflərinə  Şirvanşahın 
övladlarının  (əhalisinin)  əmin-amanlığının  təmin  olunmasını 
vəsiyyət  edən  fərman  verdi.  Qızıl  Orda  xanı  Toxtamışın 
bütövlüklə  zərərsizləşdirilməsində  Əmir  Teymurun  ən  etibarlı 
köməkçisi  I  İbrahimin  böyük  xidmətləri  tarixi  mənbələrdə 

 
 
90 
özünün  parlaq  təcəssümünü  tapmışdır.  Şirvanşah  I  İbrahim 
Azərbaycan torpaqlarını vahid dövlət halında birləşdirmək üçün 
Əmir  Teymurla  olan  münasibətlərindən  məharətlə  istifadə 
edirdi.  Belə  ki,  o  öz  təsirini  Qarabağ,  ġəki,  Dərbənd  və 
Qəbələyə qədər yaymağa müvəffəq oldu. 
Əmir  Teymur  İslam  dininin  ən  böyük  müdafiəçisi  idi. 
Bunu  mənbələr  tutarlı  dəlillərlə  sübut  edir.  “Zəfərnamə” 
müəllifi  ġərəf  əd-Din  Əli  Yəzdi  yazırdı:  “Sahibqıran  (Əmir 
Teymur  -  Y.H.)  Kür  çayını  keçib,  sədaqətli  qoĢunun 
üzəngisini  Bərdəyə  tərəf  çəkdi.  Əhali  ona  tabe  oldu,  itaət 
göstərdi.  Qarabağda həbsdə olan Boqrat Tiflisini  hüzuruna 
çağırtdırdı  və  onu...  Məhəmməd  dininə  dəvət  etdi...  Boqrat 
tohidi  dilinə  gətirdi...  Sahibqıran  həzrətləri  mərhəmət  və 
hörmət bəsləyib Boqrata məxsus olan ölkənin (Gürcüstanın) 
hakimiyyətini özünə qaytardı... Sahibqıran həzrətləri həmin 
qıĢda səadət və iqballa Araz çayının sahilində qıĢladı. 
Əmir  Teymur  1387-ci  il  yanvarın  1-də  Bərdəyə  tərəf 
üz  tutdu.  Muğan  səhrasında  və  Ağdamda  ov  etdi,  Araz 
çayının kənarında məskən saldı. Çayın üzərində qayıqlardan 
körpü  saldılar  və  sağ-salamat  çayı  keçdi  və  Arran 
Qarabağını özünə məskən seçdi (Bax: “Zəfərnamə”, səh. 60). 
Əmir  Teymur  1399-1400-cü  ilin  qıĢında  -  Qarabağ 
qələbə  əzmli  ordunun  iqamətgahına  çevrildiyi  vaxt 
Gürcüstana  hərbi  yürüĢ  planlaĢdırdı...  Bu  zaman  Gürcüs-
tana  gedən  mühəssil  (vergi  toplayan)  geri  qayıtdı.  Məlik 
Georgi  (Gürcüstan  hakimi  -  Y.H.)  öz  qardaĢını  çoxlu  mal-
dövlət və vəsaitlə, hər cür töhfə, hədiyyə, ov heyvanları, ərəb 
atları  ilə  Ġslam  pənahı  olan  dərgaha  göndərmiĢdi.  Məlik 
Georginin  qardaĢı  əmirlərin  köməyi  ilə  ətək  öpməyə  nail 
oldu,  hədiyyələr  verib,  qardaĢının  xahiĢini  çatdırdı. 
Sahibqıran  Məlik  Georginin  günahlarını  bağıĢlayaraq 
buyurdu: “QardaĢına çatdır ki, aman verdim və bu ölkədən 
yürüĢ  üzəngisini  geri  çəkirəm,  o  Ģərtlə  ki,  bundan  sonra  öz 
həddini  bilsin,  müsəlmanlarla  ədəblə  davransın,  onların 
qanunlarına  əməl  etsin,  heç  bir  vəchlə  islam  əhlini  təĢviĢə 

 
 
91 
salmağı ağlına gətirməsin...” (“Zəfərnamə”, səh. 67.) 
Əmir Teymur 1402-ci il fevral ayının 16-da Qarabağa 
gələrək burda məskən salmıĢ və həmin ilin mart ayının 12-də 
ġəmkirə  getmiĢdi.  “Zəfərnamə”də  deyilir:  “ĠnĢa  etmək, 
qurmaq  dünyanın  böyük  tədbirlərindən,  bəni-Adəmin 
mühüm  iĢlərindən  sayılır.  Sahibqıranın  ali  məqsədi 
dünyanın  və  aləm  əhlinin  xeyrinə  cəhd  göstərmək 
olduğundan istər məskən saldığı və istərsə də səfərdə olduğu 
vaxtlarda  hardasa  az  müddətdə  düĢərgə  salıb  qaldıqda 
məmləkətlər  bəzəyinin  (Əmir  Teymurun)  fikri  xeyirli 
binaların  inĢasına  cəlb  olunurdu.  O  cümlədən,  günəĢ  sayəli 
düĢərgənin  zəfərli  cəmĢidi  payız  bürcünə  tərəf  dönəndə  və 
günəĢ  Ģöləli  (Sahibqıran)  Qarabağ  qıĢlağına  gələndə 
Beyləqanın  təmir  olunması  arzusu  mübarək  qəlbində  baĢ 
qaldırdı.  ġəhər  uzun  müddətdən  bəri  elə  viran  hala 
düĢmüĢdü  ki,  nə  binalarından  əsər  qalmıĢdı  və  nə  də  orda 
həĢəratdan baĢqa canlı gözə dəyirdi. 
...Soyuq mövsüm olmasına baxmayaraq, yarlıq verildi, 
mahir  mühəndislər,  iĢbilən  memarlar  Ģəhərin  xəndək,  qala 
divarları,  dörd  bazar,  çoxlu  evlər,  hamam,  saray,  bostan 
yerləri  və  sahələrinin  planını  hazırladılar.  Plana  əsasən 
ərazini  böldülər,  iplə  iĢarə  etdilər  və  onları  Ģahzadələr  və 
əmirlər  arasında  payladılar.  QoĢun  əhli  böyük  həvəslə  iĢə 
baĢladı.  Həmin  binaların  hamısını  biĢmiĢ  kərpicdən  tikib, 
bir  ay  müddətində  baĢa  çatdırdılar.  ġəhər  barısının 
uzunluğu  böyük  arĢın  ilə  2400  arĢın,  divarın  eni  11  arĢın, 
hündürlüyü  15  arĢına  yaxın,  xəndəyin  eni  30  arĢın,  onun 
dərinliyi  20  arĢına  yaxın  idi.  Hasarın  dörd  tərəfindən  hər 
birində  mötəbər  bürclər  qaldırdılar,  ortalarında  isə  baĢqa 
bürclər  tikdilər.  Ġki  tərəfində  iki  darvaza  qoydular.  Hər 
yerində  Ģərəfə  (əzan  yeri),  deĢik  (divar  üstü)  və  mazğal 
(səngəndaz)  düzəltdilər.  Əmir  Teymurun  göstəriĢi  bir  ay 
müddətində  həyata  keçirildi.  Ġlahinin  köməyi  ilə 
Sahibqıranın  zəkası  olmadan  bu  qədər  iĢləri  qısa  müddət 
ərzində  yerinə  yetirmək  mümkün  deyildi.  Bir  ay  ərzində 

 
 
92 
Beyləqan  orta  əsr  Ģəhərləri  içərisində  özünəlayiq  yaĢayıĢ 
məskəninə çevrildi. 
Sözsüz ki, Əmir Teymur olduqca qəzəbli şəxsiyyət idi. O, 
bəzən  məhəbbətin  üzərinə  qəzəb  və  kin  çiləyib,  cahanı  alt-üst 
edərdi,  razılıq  vaxtı  rəhm  etmək  üçün  lütflə  danışdıqda  aləm 
onun sözlərindən və əməllərindən bəzənərdi (səh.74). Beyləqan 
bərpa edilib gözəlləşdirildikdən sonra Əmir Teymur etibar etdiyi 
Bəhram  şahı  Beyləqanın  mühafizi  vəzifəsinə  təyin  etmişdi. 
Sahibqıranın  şəxsi  göstərişi  ilə  Beyləqandan  keçməklə  Araz 
çayından arx çəkilməsi həyata keçirildi. Arx bir ay müddətində 
çəkilib, başa çatdırıldı. 
Qarabağ  qıĢlağında  baĢ  verən  hadisələrdən  biri  də 
Əmir  Teymurun  ən  əziz  və  sevimli  adamı  olan  Seyid 
Bərkənin  gözlənilmədən  xəstələnməsi  və  vəfat  etməsi  idi. 
Əmir  Teymurun  göstəriĢi  ilə  onun  cənazəsi  Səmərqəndə 
aparıldı.  O,  bu  ağır  itkinin  təsiri  altına  düĢdü,  qəm-qüssə 
ona  hakim  kəsildi.  Onun  əhvali-ruhiyyəsini  aradan  qaldır-
maq üçün ov məĢğuliyyəti keçirmək qərara alındı. Bu məq-
sədlə  Əmir  Teymur  AğdaĢ  ərazisinə  gedərək  ov  etməklə 
məĢğul oldu. 
Tarixi mənbələrdə qeyd olunur ki, Əmir Teymur 1404-cü 
il  iyulun  19-da  Rum  və  Şam  yürüşlərini  başa  çatdırıb, 
Səmərqəndə  qayıtdı.  Onun  paytaxta  gəlişi  böyük  bayram 
şənliklərinə səbəb oldu. 
Əmir  Teymur  uğurlu  hərbi  yürüşlərdən  vəcdə  gələrək 
düşünürdü ki, göydə Allah tək olduğu kimi yerdə də hakim tək 
olmalıdır.  O,  Allaha  dərindən  inanırdı,  həmişə  yanında  Quran 
gəzdirirdi.  Ustadı  Seyid  Bərkə  Əmir  Teymurun  ən  yaxın 
məsləhətçisi  idi.  O,  hərbi  yürüşlərdən  əvvəl  və  ya  yazdığı 
məktublarda  ilk  olaraq  “Mən,  Allahın  qulu  Teymur”  sözləri  ilə 
başlayardı.  İşğal  etdiyi  ölkələrdə  alimlərə,  sənətkarlara  və 
tacirlərə toxunmazdı. 
Əmir  Teymur  Çinə  hərbi  yürüş  etmək  üçün  hazırlıq 
görürdü.  1405-ci  ilin  soyuq  fevral  gecələrindən  biri  idi.  Asiya 
qitəsinin  yarısından  çoxunu  fəth  etmiş  69  yaşlı  Əmir  Teymur 

 
 
93 
qədim  Otrar  şəhərində  amansız  ölümlə  mübarizə  aparırdı. 
İnanırdı  ki,  həkimi  Fəzlullah  onu  ölümün  pəncəsindən  xilas 
edəcək.  Məhz  ona  görə  də  Çinə  hərbi  səfərin  təxirə  salınması 
haqqında təklifləri qətiyyətlə rədd edirdi. Əmir Teymur həmişə 
olduğu  kimi  yenə  də  Allahdan  bu  səfərin  də  zəfərlə  başa 
çatdırılması üçün dualar edir və ondan möhlət diləyirdi... 
1405-ci  ilin  fevral  ayının  17-də  səhər  həkim  Fəzlullah 
özündə cəsarət tapıb, Əmir Teymura həqiqəti  söyləyə bildi. 
Həkim  göz  yaĢları  tökərək  Əmir  Teymura  dedi  ki, 
vəsiyyətini  etsin,  yoxsa,  gec  olar...  Əmir  iĢıqlı  həyatla  əbədi 
olaraq  vidalaĢdı...  O,  ölüm  ərəfəsində  yalnız  bir  neçə  söz 
deyə  bildi:  “Məni  Seyid  Bərkənin  ayağı  altında  dəfn  edin... 
Bir  də  ki,  nə  olursa-olsun,  qılıncı  əlinizdə  möhkəm  tutun... 
Zəifliyi qəlbinizə yaxın buraxmayın. Zəiflik ağlınızı çaĢdırar, 
ruhunuzu  məhv  edər,  məqsədinizin  həyata  keçirilməsinə 
böyük  əzmlə  çalıĢın.  EĢidirsiniz?  Zəif  olan  məqsədinə  çata 
bilməz!..” 
Əmir  Teymurun  vəfatından  sonra  onun  oğlanları  və 
nəvələri  arasında  hakimiyyət  uğrunda  mübarizə  başlandı.  Onun 
varisi  olan  Pir  Məhəmməd  bu  mübarizənin  qarşısını  ala 
bilmədi... Əmir Teymurun yaratdığı güclü dövlət dağıldı. 
1507-ci ildə Məhəmməd Şeybaninin başçılıq etdiyi köçəri 
özbəklər Orta Asiya və Xorasanı tutmaqla, teymurilər dövlətinin 
varlığına son qoydular. 
 
Şuşa qəzeti,  
iyun, 2012, №14 

 
 
94 
Yunis HÜSEYNOV, 
 tarix üzrə fəlsəfə doktoru 
 
YUSĠF VƏZĠR ÇƏMƏNZƏMĠNLĠNĠN “ĠKĠ OD 
ARASINDA” ROMANINDA ERMƏNĠ MƏSƏLƏSĠNĠN 
QOYULUġU 
 
Şuşada gözəl yaz fəsli hamının əhval-ruhiyyəsinə xoş təsir 
göstərirdi. Hamı öz işi ilə məşğul idi. İbrahimxəlil xan xanlığın 
bir sıra daxili və xarici problemlərini həll etmək məqsədilə geniş 
müşavirə  çağırmışdı.  Burda  demək  olar  ki,  saray  əyanları  ilə 
bərabər,  bütün  səlahiyyət  sahibləri  və  ali  ruhani  təbəqəsinin 
nümayəndələri  də  iştirak  edirdi.  Müzakirə  olunan  məsələlər 
haqqında İbrahimxəlil xan, vəliəhdi Məhəmmədhəsən ağa, vəzir 
Molla Pənah, şəhərin kələntəri Ağasi bəy, Mirzə Əliməhəmməd 
ağa öz rəy və təkliflərini bildirdilər. Müşavirə günorta namazına 
qədər  öz  işini  davam  etdirdi.  Müşavirə  başa  çatdıqdan  sonra 
Məhəmmədhəsən ağa Molla Pənahı, Mirzə Əliməhəmməd ağanı 
və  Ohan  keşişi  nahara  saxladı.  Süfrədə  boyanalı  aş,  üstündə 
quzu  soyutması,  yanında  sarımsaq-qatıq,  bağırbeyin,  bir  sözlə, 
can  dərmanı  desən,  vardı.  Məhəmmədhəsən  ağa  “bismillah!” 
deyib, qonaqları yeməyə dəvət elədi. Molla Pənah yeməyin şirin 
yerində: 
-  Doğrudan  da,  hər  fəslin  öz  yeməyi  var,  bu  yeməklər 
insanda xoş arzular oyadır... 
-  Məhəmmədhəsən  ağa  Vaqifin  sözlərinə  əlavə  olaraq 
bildirdi ki, boyananı Ağdamdan göndəriblər. 
Yemək  süfrəsi  qurtardıqdan  sonra  hamıya  qəhvə, 
Məhəmmədhəsən  ağaya  isə  darçın  çayı  gətirildi.  Darçın  çayı 
soyuqluq  verən düyünün insan bədəninə  gətirdiyi ziyanı  aradan 
qaldırır. 
Qəlyan  çəkmə  uzun  sürdü,  söhbət  öz  məcrasından  çıxdı 
və  bu  arada  üç-dörd  il  əvvəl  Qarabağa  Londondan  gələn  bir 
erməni yada düşdü. Molla Pənah təəssüflə bildirdi ki, heyf, onu 
görə bilmədim... 

 
 
95 
Mirzə  Əliməhəmməd  ağa  Vaqifin  sözünə  əlavə  etdi  ki, 
həmin  erməni  olduqca  alçaq  hərəkətlərə  yol  verib.  Xan  onun 
barəsində  çox  humanistlik  edib,  günahlarından  keçib.  Ohan 
keşiş 
Əliməhəmməd 
ağanın 
sözlərini 
məmnuniyyətlə 
təsdiqləyərək: 
-  Xan,  doğrudan  da,  o  yaramaz  barədə  humanist  mövqe 
tutdu,  ona  toxunmadı.  Bu  murdar  Həmədandan  idi.  Londonda 
təhsil  almışdı.  Sonra  Peterburqa  gəlmiş,  özü  kimi  yaramazlara 
qoşulmuşdu.  Onu  öyrədib,  Qarabağa  göndərirlər  ki,  get,  orda 
yaşayan  bir  ovuc  erməniləri  yerli  müsəlmanlara  qarşı 
mübarizəyə  çağır.  Bu  bədniyyət  alçaq  buralarda  vurnuxdu, 
başıboş  erməni  tacirlərindən  pul  yığdı.  Öçkilsəyə  getdi,  bizim 
yararsız  patriarxdan  xeyir-dua  aldı...  Məqsədinə  nail  olmayıb, 
Hindistana çıxıb-getdi. 
Peterburqdan  gələn  erməni  Yusif  Əminin  hərəkət-
lərindən  Mirzə  Əliməhəmməd  ağanın  xəbərdar  olduğunu  Ohan 
keşişə  bildirməsi  məsələyə  bir  daha  aydınlıq  gətirdi.  Mirzə 
Əliməhəmməd  ağa  keşişə  bildirdi  ki,  Qarabağa  şeytan  toxumu 
səpməyə gələn Yusif Əmin Gürcüstan hakiminin yanında olmuş, 
lakin  İrakli  onu  qovmuşdu.  Xan  bu  şeytanla  məşğul  olmağı 
mənə  tapşırmışdı.  Mən  ona  bildirdim  ki,  bütün  Azərbaycan 
xanlıqlarında bir ovuc gəlmə erməni yaşayır... Özləri də alverlə 
və  əkin-biçinlə  məşğul  olurlar.  Onlar  bizim  kimi  at  üstündə 
qılınc oynada bilməzlər. Nə isə sonda Yusif Əmin mənə dedi ki, 
mənim  arxamda  ingilis  padşahı  durur.  Göründüyü  kimi, 
ermənilər kiminsə fitnəsinin qurbanına çevrilirlər. 
Ohan  keşiş  əsəbi  halda  Mirzə  Əliməhəmməd  ağaya 
bildirdi ki, bizim bədbəxt başbilənlərimiz bilməlidirlər ki, ingilis 
və ya rus padşahlarının xatirinə iş görməklə heç bir şeyə nail ola 
bilməyəcəklər.  Müsəlmanlar  öz  torpaqlarında  bizə  yer  vermiş, 
qonaqpərvərlik  göstərmişlər.  Bunu  dəyərləndirməmək  sadəcə 
olaraq alçaqlıq olardı. 
Ohan  keşiş  danışdıqca  daxildən  sanki  alışıb-yanırdı. 
Əsəbilikdən  əlləri  və  dodaqları  titrəyir,  ermənilərin  cinayətkar 
hərəkətlərini  yada  saldıqca  odlanırdı.  Ohan  erməni  xalqına 

 
 
96 
rəhbərlik etməyə çalışanların tarixçəsini yada salaraq dedi ki, bu 
tarixçə çox qanlı və olduqca boş bir şeydir. 
Ohan  keşiş  Ori  haqqında  bildiklərini  tam  açıqlığı  ilə 
həmsöhbətlərinə  bildirdi.  Onun  Fransada,  Almaniyada  və 
Avstriyada  fırıldaqçılıqla  məşğul  olmasından,  sonra  I  Pyotrun 
yanına  gəlməsindən  ətraflı  məlumat  verdi  və  onu  lənətləndirdi. 
Eyni  zamanda  bildirdi  ki,  Şərq  dillərinə  bələd  olan  keşiş  Ori 
kimi murdarlar rus çarına gərəkli idi. I Pyotr Ori vasitəsilə İran 
şahı  Hüseynə  məktub  göndərib,  orda  yaşayan  ermənilərin 
vəziyyətini  yaxşılaşdırmağı  xahiş  etmişdi. Bu xahişin arxasında 
məkrli niyyətlər dururdu. 
İrana  “xoşməramla”  gedən  Ori  ordan  düşmən  kimi 
qayıtdı.  Tarixi  faktlar  sübut  edir  ki,  Həştərxan  vasitəsilə  İrana 
gedən  Ori  heyəti  öz  çirkin  əməllərini  görüb  qurtardıqdan  sonra 
Öçkilsəyə  gəlir,  ruhanilərə  və  məliklərə  böyük  vədlər  verərək 
geriyə  -  I  Pyotrun  sarayına  qayıdır.  Topladığı  məlumatı  çara 
çatdırır.  İndi  İran  səfərinə  çıxmaq  olardı...  Əlbəttə,  I  Pyotr  bu 
səfəri  həyata  keçirdi.  Aldadılmış  ermənilər  də  bu  səfərdə  fəal 
iştirak etdilər. Təbii ki,  I Pyotr  İranı  və  Qafqazı  tərk edib,  geri 
çəkildi. Bu işdən ermənilər təşvişə düşdülər və onlara qarşı yerli 
xalqların  kin  və  nifrəti  artdı.  Beləliklə  də,  kənar  ermənilərin 
hərəkətləri  Cənubi  Qafqaz  ermənilərinə  qarşı  düşmənçilikdən 
başqa,  heç  bir  şey  gətirmədi.  Keşiş  Ohan  bunu  yaxşı  başa 
düşürdü.  Hər  dəfə  erməni  məsələsi  dilə  gətiriləndə  Ohanın 
əhval-ruhiyyəsi pozulur, əlləri və dodaqları əsirdi... Əsəbi halda 
deyirdi: Qafqazda yaşayan ermənilər mənşəcə albanlardır. 
Keşiş  Ohan  xəcalət  çəkə-çəkə  həmsöhbətlərinə  “onları 
duz-çörək tutsun”, - deyərək dərin bir “ah” çəkdi. 
Şimali  Azərbaycan  xanlıqları  arasındakı  fikir  ayrılığı 
Qarabağ  xanlığında  birmənalı  qarşılanmırdı.  Baş  verən  siyasi 
hadisələr heç də  ürəkaçan deyildi.  Şimaldan və  cənubdan  gələn 
həyəcanlı  xəbərlər  İbrahimxəlil  xanı  narahat  etməyə  bilməzdi. 
Bütün bu fikirləri xəyalında təhlil edən İbrahimxəlil xan sarayın 
Bağrıqan dağına baxan pəncərəsinin önündə oturub, dərin xəyala 
dalmışdı. Hər tərəf qarla örtülü idi. Günəş şüaları qarın üzərinə 

 
 
97 
düşərək gözqamaşdırıcı bir mənzərə yaradırdı. Şuşanın məhəllə 
evlərinin bacalarından çıxan tüstü burularaq gah şəhərin şərqinə, 
gah  da  şimal-qərbinə  doğru  hərəkət  edirdi.  Bu,  küləyin 
istiqamətindən  asılı  idi.  Xan  təbiətin  möcüzəsinə  baxdıqca 
fərəhlənir,  xanlığı  və  onun  paytaxtı  Şuşa  ilə  fəxr  edirdi.  Bütün 
bunlara  baxmayaraq,  İbrahimxəlil  xan  daxilən  olduqca  narahat 
idi.  Belə  bir  vəziyyətdə  onun  qəlbindən  keçənləri  həll  etmək 
üçün maraqlı həmsöhbətə böyük ehtiyacı var idi. 
Belə  hallarda  xanın  ən  yaxın  həmsöhbəti  Vaqif  idi.  O, 
İbrahimxəlil  xanın  otağına  daxil  olarkən  onun  dərin  fikrə 
daldığını  hiss  elədi.  Xan  Vaqifi  görüncə  xəyal  dünyasından 
ayrıldı  və  vəzirin  salamını  alıb,  bir  qədər  rahat  oldu.  Kələntər 
Ağasi  bəy  də  burda  idi.  Vaqif  xanı  xəyallardan  tamamilə 
ayırmaq  və  ona  xoş  əhval-ruhiyyə  bəxş  etmək  məqsədilə 
tamamilə başqa bir mövzu ətrafında söhbətə başladı: 
-  Xan  sağ  olsun,  bu  gün  əlimə  bir  kitab  düşüb.  Kitab 
salnamə  xarakterində  olub,  qədim  rəvayət  və  əhvalatlardan 
xəbər verir. 
İbrahimxəlil  xan  tarixə  böyük  maraq  göstərdiyi  üçün 
maraqla soruşdu: 
Orda nədən söhbət gedir? 
-  Vaqif  xanın  əhval-ruhiyyəsində  baş  verən  sevinci  hiss 
edərək söhbətə başladı. 
-  Hələ  hicrəti-xatəmələnviyandan  (Məhəmməd  (s) 
Məkkədən  Mədinəyə  köçməsi  tarixi  nəzərdə  tutulur)  min  il 
qabaq  bizim  bu  Qarabağda  zərdüştlər  yaşamış,  Turan  elləri 
Dərbənddən, səddi-İskəndərdən keçib, buraları özlərinə  məskən 
etmişdilər.  “Salnamə”də  rəvayət  olunan  İran-Turan  müharibəsi 
bizim  Kür-Araz  arasında  vaqe  olmuşdur.  Bizim  bu  ölkənin 
başına çox qəribə qəziyyələr gəlmişdir. 
Bu  arada  Kələntər  Ağasi  bəy  söhbətə  müdaxilə  edərək 
bildirdi  ki,  Pənahəli  xan  Fətəli  xan  Əfşarın  üstünə  gedərkən 
məni də özü ilə aparmışdı. Lakin mən yaralandım və Ərdəbildə 
müalicə  olundum.  Orda  olduqca  məlumatlı,  həmişə  ibadətlə 
məşğul olan qoca bir şeyx var idi. Bir dəfə mənim yanıma gəlib, 

 
 
98 
yataq  döşəyimin  üstündə  əyləşərək  söylədi  ki,  Aran  böyük  bir 
ölkəymiş məqərər-səltənəti (mərkəzi-şəhəri) də Gəncə olmuşdur. 
İbrahimxəlil  xan  birdən  Vaqifə  belə  bir  sualla  müraciət 
etdi: 
Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin