ĠuĢa təkcə ĢuĢalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaĢımız üçün əziz bir



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə10/14
tarix03.02.2017
ölçüsü1,22 Mb.
#7292
1   ...   6   7   8   9   10   11   12   13   14

- Bəs bu ermənilər hardaydılar? 
Vaqif sakit səslə: 
-  Ermənilər  buralara  çox  sonralar  gəlmiĢlər.  Bunlar 
Çingiz  və  Əmir  Teymurun  yürüĢləri  zamanı  qaçıb,  bu 
dağlara  sığınmıĢlar.  Görmürsünüzmü,  erməni  yaĢayan 
yerlərə  “sığnaq”  deyirlər”.  Onların  vətəni  olmayıb. 
Ermənilər səyyar həyat sürüblər. Erməniyə  vətən məhfumu 
yaddır.  Harda  yaxĢı  güzaran  tapsalar,  onlar  üçün  ora 
“vətən” hesab olunur. 
Şimaldan  gələn  həyəcanlı  xəbərlər  Qarabağ  xanlığının 
sarayında  narahatçılığa  səbəb  olurdu.  Mirzə  Əliməhəmməd 
ağaya  Tiflisdən  belə  bir  yazılı  məlumat  gəlmişdi  ki,  Qızlar 
istiqamətində  rus  qoşunları  toplaşır.  Rusiya  imperiyasının 
nümayəndələri İraklinin yanına gəlir, nə isə aralarında danışıqlar 
aparılır. Qubalı Fətəli xan da Kür çayını tez-tez keçərək Qarabağ 
kəndlərini dağıdır və əhalini əsir aparırdı. İranda da xanlar biri-
biri ilə mübarizə aparır, hətta Arazdan şimala da keçirdilər. 
Belə  bir  mürəkkəb  şəraitdə  İbrahimxəlil  xan  Qarabağ 
xanlığının sərhədlərinin təhlükəsizliyi qayğısına qalır və Şuşanın 
möhkəmləndirilməsi işini davam etdirirdi. 
Məliklər  yenə  də  xanlığın  daxilində  pozuculuq  işlərini 
davam  etdirir,  onun  hərbi  qüvvələri  və  daxili  durumu  haqqında 
ruslara məlumat verirdilər. 
İbrahimxəlil  xan  qaynı  Cümşüdü  yanına  çağırtdırıb, 
məsələni  aydınlaşdırmağı  qərara  aldı.  Xan  Ağasi  bəylə  oturub, 
düşüncəyə dalmışdı. Bu zaman Cümşüd xanın otağına daxil oldu 
və  salam  verdi.  Xan  onun  salamını  almadı.  Cümşüd  bir  qədər 
ayaq  üstə  qaldıqdan  sonra  xan  onu  qəzəblə  süzüb,  oturmağa 
icazə verdi. İbrahimxəlil xan qəzəblə danışmağa başladı: 
-  Balam,  sən  erməni,  mən  müsəlman,  məndən  pislik 
görmüsən? 

 
 
99 
Cümşüd itaətkarcasına: 
-  Allah  eləməsin,  xan  -  dedi,  -  həmişə  sizdən  hörmət 
görmüşük, biz bir ovuc erməni sizə nə edə bilərik. Biz ermənilər 
kimik  ki,  sizin  bir  sözünüzü  iki  eləyək.  Evdə  oturub,  ev  yiyəsi 
ilə dava eləmək olarmı? 
- Yaxşı bəs bu məliklər məndən nə istəyirlər? Eşitdiyimə 
görə,  Dizaq  məliyi  İsa  özünü  ləyaqətsiz  aparır,  ruslara 
arxalanmaq fikrinə düşüb, hətərən-pətərən danışır. Haram olsun 
ona verdiyim çörək! Bu saat silahlı dəstə göndərib, onun başını 
bədənindən üzdürüb, itlərə yem etdirərəm... 
Cümşüd  sakit  səslə  xana  xatırlatdı  ki,  bu  başı  batmış 
məliklər  mənim  atama  da  yağı  kəsilmişdilər,  qudurğanlıq 
edirlər, onlar ən ağır cəzaya layiqdirlər. 
Xan  qəti  bir  səslə  Cümşüdə  dedi  ki,  papağınız  donuz 
dərisindəndir,  amma  gerisindən  xəbəriniz  yoxdur.  Adam  gərək 
tutduğu  işin  gerisini  yaddan  çıxarmasın.  I  Pyotr  sizə  yalandan 
nələr  vəd  etmişdi,  axırı  nə  oldu?  Siz  bu  torpağa  qonaq  kimi 
gəlmisiniz, 
harda 
olmusunuzsa, 
ordan 
biabırcasına 
qovulmusunuz.  Onun-bunun  yalançı  və‟dlərinə  aldanıb,  yerli 
əhaliyə  qarşı  mübarizə  aparmısınız.  Nəticədə  də  qırılıb  məhv 
olmusunuz. 
İbrahimxəlil xan Ağasi bəyə müraciət edərək dedi: 
-  Bu  saat  300  nəfər  silahlı  dəstə  göndər,  İsanın 
məsələsini  həll  etsinlər,  malını,  mülkünü  müsadirə  edib, 
yoxsullara  paylasınlar.  Mən  onu  Dizaq  sığnağına  yüzbaşı 
qoydum, daha özümə düşmən demədim. 
Xanın  bu  sözlərindən  dərhal  sonra  Kələntər  Ağasi  bəy 
ayağa qalxdı və “baş üstə” deyib otaqdan çıxdı. 
Cümşüdün  sifəti  qorxusundan  tamamilə  dəyişmişdi, 
xanla  otaqda  tək  qalması  onu  sanki  işıqlı  dünyadan  ayırmışdı. 
Onun  belə  bir  vəziyyətə  düşməsi  İbrahimxəlil  xanın  sərt 
baxışlarından yayınmadı. 
- Gedə bilərsən, - xanın qəzəbli səsi eşidildi. 
Cümşüd  bütün  gücünü  toplayıb,  birtəhər  otaqdan 
çıxmağa hazırlaşarkən xan bir daha qətiyyətlə dedi: 

 
 
100 
-  Get,  ermənilərə  de  ki,  nə  qədər  gec  deyil,  ağıllarını 
başlarına yığsınlar, sonra gec olar. 
Gərgin  vəziyyətdə  olan  Cümşüd  sarayın  artırmasına 
çıxdıqdan sonra dərindən nəfəs aldı, cibindən dəsmalını çıxarıb, 
alnının tərini sildi və saraydan uzaqlaşdı... 
Otaqda  tək  qalan  İbrahimxəlil  xan  bir  qədər  fikrə  daldı, 
sonra  ayağa  qalxaraq  o  baş-bu  baş  gəzməyə  başladı. 
Şahməhəmməd  otağa  daxil  olub,  xana  hansısa  məsələ  barədə 
məlumat  verməyə  başladı.  Bu  zaman  Vaqif  içəri  girdi, 
Şahməhəmməd  söhbəti  yarımçıq  saxladı...  Vaqifin  otağa  daxil 
olması  xanı  gərgin  vəziyyətdən  qurtardı.  Şahməhəmmədin  ona 
verdiyi  məlumat  sanki  yaddan  çıxdı,  söhbət  yarımçıq  qaldı. 
İbrahimxəlil xan bir qədər əsəbi halda: 
-  Axund,  -  dedi:  -  görürsən  ermənilər  yenə  də  sakit 
durmurlar,  elə  deyirsən  xoşluqla  dolan.  Bu  da  xoşluq!  Badaralı 
Gapı  Ballıca  yolunu  kəsib,  gəlib-gedənə  sataşır.  Bu  yaramazı 
məhv etmək lazımdır. 
Vaqif düşüncəli tərzdə: 
-  Bunların  hamısı  məliklərin  işidir.  Elə  bilirlər  ki,  rus 
gəlib, bunları xan edəcək, məgər bunlar hələ də başa düşmürlər 
ki,  Nadir  şahın  onlara  verdiyi  saxta  hüququn  vaxtı  çoxdan 
qurtarıb. Bir ovuc erməninin nə istədiyini heç özləri də bilmirlər. 
Bu, bədbəxtçilikdir. 
Daha 
sonra 
Vaqif 
təəssüf 
hissilə  bildirdi  ki, 
araqarışdıranlar, əlbəttə, cəzalarını almalıdırlar. Başqa çıxış yolu 
yoxdur. Bunlar sakit otursaydılar, elə Loristanda qalardılar, daha 
qaçıb,  Qarabağa  gəlməzdilər.  İsa  da  və  ona  kömək  olan 
yaramazlar  da  öz  layiqli  cəzalarını  mütləq  almalıdırlar.  Bəzi 
qonşu  xanlıqların  bizə  qarşı  pozuculuq  hərəkətlərini  davam 
etdirdikləri  bir  zamanda  ermənilərin  düşmənçilik  hərəkətləri 
yolverilməzdir. Qəti tədbirlər görmək vaxtı gəlib-çatıb. 
Şimaldan  Rusiya  imperiyasının,  cənubdan  İranın  Şimali 
Azərbaycan  xanlıqları  üçün  təcavüzkarlıq  hərəkətlərinin 
gücləndiyi  bir  zamanda  məlikləri  susdurmaq  və  onları 
zərərsizləşdirmək  zamanın  ən  mühüm  tələblərindən  biri  idi. 

 
 
101 
İbrahimxəlil 
xan 
Vaqiflə, 
Kələntər 
Ağasi 
bəylə, 
Şahməhəmmədlə  və  başqa  saray  məmurları  ilə  hərtərəfli 
məsləhətləşmələrdən  sonra  qardaşı  oğlu,  Qarabağ  xanlığında 
igidliyi  və  mərdliyi  ilə  məşhur  olan  Batmanqılınc  Məhəmməd 
bəyi yanına çağırıb dedi: 
-  Oğlum,  səninlə  fəxr  edirəm.  İgidlərini  də  yığ  başına, 
get Badaralı Gapını aradan götür. İlk növbədə, Badara məliyini 
asdırarsan!  Daha  sonra  yerin  deşiyində  də  olsa,  Gapını  tapıb, 
lazımınca  cəzasını  verərsən.  Qoy  bilsin  ki,  duz-çörəyə  xəyanət 
nə  deməkdir.  Mən  özüm  Naxçıvana  gedirəm.  Naxçıvan  xanı 
məni  tanımaq  istəmir.  Gapı  məsələsini  həll  etdikdən  sonra 
Xudafərin körpüsünə çıxarsan, ordan da Naxçıvana gedərik. 
Məhəmməd  bəy  əmisindən  aldığı  tapşırığı  yerinə 
yetirmək  üçün  elə  həmin  gün,  İbrahimxəlil  xan  isə  iki  gündən 
sonra  səfərə  çıxdı.  Xan  sarayda,  şəhərdə  və  xanlığın  başqa 
yerlərində  asayişi  təmin  etmək  üçün  yerində  qoyduğu  Kələntər 
Ağasi bəyə böyük səlahiyyətlər verdi. 
Məhəmməd  bəy  Badaraya  gəlib,  əmisindən  aldığı 
tapşırıqları tamamilə yerinə yetirdi. Sonra Xudafərin körpüsünə 
doğru  hərəkət  etdi.  Xan  Xudafərin  körpüsünə  çatdıqda 
Məhəmməd bəyi başının adamları ilə birlikdə onu gözlədiklərini 
gördü.  Məhəmməd  bəy  Gapının  eybəcər  başını  xanın  ayaqları 
altına atdı... 
İbrahimxəlil  xan  Naxçıvan  xanı  Kəlbəli  xanla 
münasibətlərini qaydaya salıb, geri qayıtdı. 
Rus-Osmanlı  müharibəsi  1768-ci  ildən  davam  edirdi. 
Müharibə  1774-cü  ildə  Kiçik  Qaynarca  sülhü  ilə  başa  çatdı  və 
Rusiya  Krımı  işğal  etdi.  Bununla  da,  Qara  dənizə  çıxış  yolu 
qazandı.  Rusiya Şərq planını həyata keçirməyə  başladı. Bu, ilk 
növbədə,  məliklər  və  keşişlər  tərəfindən  sevinclə  qarşılanırdı. 
Məliklər  və  keşişlər  ruslardan  yenə  ümid  gözləyirdilər. 
Rusiyanın verdiyi boş vədlər erməniləri məhv olmaq dərəcəsinə 
gətirib-çıxarmışdı.  Keşiş  Ohan  erməni  sığnaqlarını  gəzir, 
nəsihətlər  verir  və  erməniləri  məliklərə  inanmamağa  çağırırdı. 
O,  sığnaqlardan  qayıtdıqdan  sonra  Vaqiflə  görüşmək  və 

 
 
102 
məsləhətləşmək  qərarına  gəldi.  Ohan  görüşə  gələrkən  Axund 
həyətində  bənövşə  dərirdi.  O,  keşişi  mehribancasına  qarşılayıb, 
evə apardı. Ohan dedi: 
-  Axund,  səninlə  məsləhətləşməyə  gəlmişəm.  Yenə  bu 
yaramaz məliklər sarsaqlaşıblar, Allah axırını xeyir eləsin... 
Vaqif böyük bir maraqla Ohanı dinləməyə başladı. O, isə 
sözünə ara vermədən əsəbi halda danışırdı. Deyirdi ki, məliklər 
rus  padşahına  bir  ərizə  yazıblar.  Ərizə  iftira  və  yalanlarla 
doludur. Onların bu hərəkətləri adamı dəhşətə gətirir. 
Vaqif Ohanı dinlədikcə xəyala dalır və daxilən əsəbi hal 
keçirirdi. 
Vaqif Ohandan soruşdu: 
- Onlar ruslardan nə istəyirlər? 
- Nə istəyəcəklər, istəyirlər ki, rus bura gəlib bir erməni 
hökmranlığı qursun. Mən qorxuram ki, yenə qan tökülər, camaat 
qırılar. Vartapet Minasın qəbrinə lənət... 
Vaqifin  təklifi  bu  oldu  ki,  məliklərin  hərəkətlərini 
İbrahimxəlil xana bildirmək lazımdır. Camaat qırılınca qoy beş 
məlik, beş də tüğyan etmiş keşiş ölsün. İbrahimxəlil xan, Vaqif 
və  Ohan  məsləhətləşib  qurtardıqdan  sonra  keşiş  Ohan  evinə 
getdi.  Otaqda  qalan  İbrahimxəlil  xanla  Vaqif  hərtərəfli 
məsləhətləşməyə  və  qəti  qərar  çıxarmağa  başladılar.  Vaqif 
ümidverici bir səslə İbrahimxəlil xana dedi: 
-  Xan  sağ  olsun,  erməniləri  qırsaq,  onda  rusların  əlinə 
bəhanə düşər, bundan bizə heç bir xeyir gəlməz. Mənə elə gəlir 
ki,  rusların  ən  başlıca  siyasəti  İrana  qapı  açmaqdan  ibarətdir. 
Ona  görə  də  rus  ermənidən  istifadə  etmək  istəyir.  Orinin  İrana 
səfərini  yada  salmaq  kifayətdir.  Biz  də  yazaq.  Bildirək  ki, 
erməni  kimdir,  onlar  bizim  torpaqlara  nə  vaxt  gəliblər,  beş-on 
ermənini  məliklər  və  keşişləri  birə  kimi  canımıza  salıb,  öz 
murdar  məqsədləri  üçün  onlardan  istifadə  edirlər.  Mənim 
məsləhətim  belədir.  Bir  yaxşı  kağız  yazım,  sənin  xan  övladı 
olduğundan,  iyirmi  ildir  ki,  Qarabağ  torpağında  hökmranlıq 
etməyindən,  xanlığın  gücündən,  sənin  şəxsi  nüfuzundan  rus 
hökumətinə  ətraflı  məlumat  verim.  Eyni  zamanda  da  Rusiya 

 
 
103 
hökumətinə bildirək ki, himayənizə girməyə və bac verməyə də 
razıyıq.  Kağız  sabah  hazır  olar.  Kağızı  Musa  Soltan  vasitəsilə 
rus  nümayəndəsinə  çatdırmaq  olar.  Musa  Soltan  bacarıqlı, 
dilavər  bir  adamdır.  Beləliklə,  biz  rusu  erməni  fırıldaqlarından 
ayırıb, öz tərəfimizə çəkə bilərik. 
Xan  Vaqifin  təklifini  qəbul  etdi.  Vaqif  məlik  Abonun 
tutulub,  zindana  salınmasını  da  məsləhət  bildi.  Ona  görə  ki, 
aranı qarışdıran odur. Ayrı tənbeh lazım deyil. 
Vaqif  saraydakı  otağına  çəkilib,  Rusiya  imperatriçəsi  II 
Yekaterinaya olduqca tutarlı bir məktub yazmağa başladı. Bu, o 
məktub  idi  ki,  Peterburq  sarayında  Qarabağ  xanlığına  qarşı 
hazırlanan  məkrli  planı  tamamilə  heçə  çıxardı.  Ermənilərin 
1783-cü  ilin  mart  ayında  Peterburqa  yazdıqları  böhtanla  dolu 
ərizələrinin  üzərinə  knyaz  Potyomkin-Tavriçeski  yazmışdı: 
“İbrahimxəlil  xanı  hakimiyyətdən  salıb,  Qarabağda  erməni 
əyaləti yaratmaq lazımdır”. 
Vaqifin  Peterburqa  yazdığı  məktub  1783-cü  ilin  aprel 
ayında  çatdı.  Bu  məktub  Potyomkini  əvvəlki  niyyətindən 
danışırdı.  O,  bu  məktubun  üzərinə  belə  bir  dərkənar  yazmışdı: 
“İbrahimxəlil  xanın  bizə  qarşı  bəslədiyi  sədaqət  rus  çariçası 
üçün ən gözəl bir bacdır” deyərək öz fikrini ifadə etmişdir. Bu 
barədə  Potyomkin  Qarabağ  xanı  İbrahimxəlil  xan  Cavanşirə  də 
xəbər göndərmişdi. 
Qarabağ  xanlığının  bu  dövrdə  xarici  siyasətinin  ən 
başlıca  vəzifələrindən  biri  rus  işğalının  qarşısını  almaq,  erməni 
böhtanlarını heçə çıxarmaq, onların bu diyara gəlmə olduqlarını 
ruslara  başa  salmaqdan  ibarət  idi.  İbrahimxəlil  xanla  birlikdə 
Vaqif də bu sahədə böyük işlər görürdü. Rusiya ilə münasibətlər 
tədricən qaydaya düşürdü... 
Rusiya  Cənubi  Qafqaz  uğrunda  mübarizəsini  bir  an  da 
olsa,  təxirə    salmırdı.  Özünə  möhkəm  dayaq  yaratmaq  üçün 
bütün  vasitələrdən  istifadə  edirdi.  1783-cü  il  iyulun  24-də 
Rusiya  imperiyası  ilə  Kartli-Kaxetiya  (Gürcüstan)  çarlığı 
arasında  Şimali  Qafqazın  Georgiyevsk  qalasında  traktat 
imzalandı.  Bu  traktata  əsasən  Gürcüstan  Rusiya  imperiyasının 

 
 
104 
himayəsi  altına  keçdi.  Gürcüstan  hakimi  II  İrakli  özünün  və 
varislərinin  adından  Rusiya  çarının  ali  hakimiyyətini  və 
himayəsini qəbul etməklə tarixi məsuliyyəti öz üzərinə götürdü. 
Traktata  əsasən  Rusiya  da  üzərinə  müəyyən  təəhhüdlər 
götürürdü.  Belə  ki,  II  İraklinin  çarlığının  bütövlüyünün  və 
Gürcüstan  taxt-tacının  qorunmasını  Rusiya  öz  üzərinə  götürür, 
hakimiyyətdə  vərəsəlik  hüququnu  qəbul  edirdi.  II  İrakli  daxili 
idarəetmə işlərində də müstəqilliyini saxlayırdı, xarici siyasətdə 
isə  Tiflis  şəhərində  olan  səlahiyyətli  rus  məmuru  ilə 
hesablaşmalı idi. Rusiya Tiflisdə hərbi qüvvə saxlamaq hüququ 
da əldə edirdi. 
Gürcüstanın 
Rusiya 
himayəsinə 
keçməsindən 
İbrahimxəlil  xan  da  xəbər  tutdu.  Vaxt  itirmədən  bütün  dövlət 
məmurlarının,  ağaların,  bəylərin  və  din  xadimlərinin  iştirakı  ilə 
geniş  müşavirə  çağırdı.  Yaranmış  beynəlxalq  şərait  müzakirə 
olundu. Müşavirə iştirakçıları ikili mövqedə dayandılar. Bir qrup 
İrandan, digər qrup isə Osmanlı Türkiyəsindən kömək istəməyi 
irəli sürürdü. Məsələ hərtərəfli müzakirə edildi. İbrahimxəlil xan 
və  Vaqif  bütün  çıxışları,  rəy  və  təklifləri  səbrlə  dinləyir,  heç 
kimin  sözünü  kəsmirdilər.  Kələntər  Ağasi  bəy  Şahməhəmməd 
İbrahimxəlil xanın və Axund Vaqifin məsələyə necə münasibət 
bildirəcəklərini  böyük  intizarla  gözləyirdilər.  Onlar  da  Qarabağ 
xanlığının  gələcək  taleyi  üçün  məsuliyyət  daşıdıqlarını  yaxşı 
bilirdilər. Mirzə Əliməhəmməd də dərin xəyal içərisində idi. Axı 
xanlığın tale yüklü məsələsi həll olunurdu. 
Vəliəhd Məhəmmədhəsən ağa da gərginlik içərisində idi. 
O, bu vəziyyətdən xilas olmaq üçün söz alıb, sakit tərzdə dedi: 
-  Mənə  elə  gəlir  ki,  ruslarla  razılaşmaq  məqsədə 
müvafiqdir.  Rus  hökumətinin  özü  də  buna  can  atır...  Rusiya 
dövləti güclü dövlətdir, son zamanların siyasi hadisələri də onun 
gücünü sübut edir. 
Məhəmmədhəsən 
ağanın 
bu 
çıxışı 
müşavirə 
iştirakçılarının  bir  hissəsində  mübahisələrə  səbəb  oldu. 
Ağalardan biri təəccüblü səslə dedi: 
-  İslam  məmləkətinə  kafir  buraxmaq  olarmı?  Dinimizi, 

 
 
105 
şəriət qanunlarımızı niyə nəzərə almırsınız? Allah mənə o günü 
göstərməsin! 
Nəhayət  İbrahimxəlil  xan  müşavirədə  yaranmış  gərgin 
vəziyyəti yumşaltmaq məqsədilə danışmağa başladı: 
-  Kim  deyir  ki,  Qarabağ  xanlığını  rusa  verək?  Mən  sağ 
ola-ola bu işə yol verərəmmi? 
Burda  xanın  səsində  bir  zəiflik  yarandı,  rəngi  dəyişildi, 
əsəblərini  sakitləşdirmək  üçün  qəlyan  çəkməyə  başladı.  Xanın 
vəziyyəti  məclisdəki  ab-havanın  dəyişilməsinə  və  iştirakçıların 
sakitləşmələrinə  səbəb  oldu.  Otaqda  dərin  sükut  yarandı. 
Yaranmış  vəziyyəti  Vaqifin  mənalı  və  tutarlı  çıxışı  aradan 
qaldırdı: 
-  Xan  sağ  olsun,  ümidsizliyə  qapılmaq  olmaz,  düşmən 
qapımızın ağzını kəsməyib? Atalar demişkən, nəyinən yoldaş ol, 
amma  əlindən  ağacı  yerə  qoyma!  Biz  də  öz  işimizi  əvvəlcədən 
ehtiyatlı  tutmalıyıq.  Xanlığın  müstəqilliyini,  təhlükəsizliyini  və 
suverenliyini  qoruyub-saxlamaq  məqsədilə  bütün  tədbirlər 
görülmüş  və  görülür.  Silahlı  qüvvələrimizin  sayı  7  minə 
qədərdir.  Bunların  3  mini  ləzgilərdir.  Lazım  gələrsə,  Əmmə 
xandan  əlavə  canlı qüvvə  almaq olar. Xanın  zəngin  xəzinəsi  və 
çoxlu ərzaq anbarları əhalini və ordunu uzun müddət saxlamağa 
kifayət edər. 
Vaqif  danışdıqca  ətrafdakıları  nəzərdən  keçirirdi.  Hamı 
onu maraqla dinləyirdi. Vaqif bundan istifadə edərək son fikrini 
açıqladı: 
-  Elçilərimizi  göndərək,  bizim  də  himayəyə  girmək 
arzumuzu  Tiflisdə  rus  nümayəndəsinə  bildirsin.  Biz  vəziyyəti 
sonra  bir  daha  götür-qoy  edərik.  Elə  bu  saat  rusun  himayəsinə 
girmirik ki! 
Vaqifin  fikri  məclisdə  yenidən  etirazların  başlanmasına 
səbəb  oldu.  Lakin  o,  inandırıcı  dəlillərlə  məclisi  yenidən 
sakitləşdirə bildi. 
İbrahimxəlil  xan  Vaqifin  çıxışını  dinlədikcə  sakitləşir, 
özündə  daxilən  yüngüllük  hiss  edirdi.  Ona  görə  də  neypuşu 
(qəlyanı)  xüsusi  bir  zövqlə  çəkir,  arabir  də  gülümsəyirdi. 

 
 
106 
Gözlənilmədiyi halda xan yenidən məclisi gözdən keçirib dedi: 
-  Axund  Vaqif  özü  Tiflisə  getməlidir.  Onunla  birlikdə 
səlahiyyətli  adamlar  da  gedəcək.  Yazı-pozu  işlərini  də  Mirzə 
Camal aparar,  yaxşı  xətti  var. Mən Axund Vaqifə geniş  ixtiyar 
verirəm.  Məsləhət  necədirsə,  elə  də  edər,  özü  arif  və  aqil 
insandır. 
Xanın təklifi məclis tərəfindən böyük razılıqla qarşılandı. 
Hamının gözlərində ümidverici bir işıq yarandı. Bu işıq gələcəyə 
yol açırdı... 
Qışın oğlan çağı idi. Şuşa qalası dümağ xalat geyinmişdi. 
Hava  sakit  və  şəffaf  idi.  Adamlar  nəfəs  aldıqca  yüngülləşir, 
yumşaq  qar  üstündə  həvəslə  gəzir,  tanışlar  bir-birinə  qartopu 
atırdılar.  Səma  açıq  olduğu  üçün  günəşin  parlaq  şüaları  hər 
tərəfə yayılır və təbiətə xüsusi gözəllik verirdi. 
Vaqif  uzaq  səfərə  hazırlaşmasına  baxmayaraq,  hərdən 
pəncərədən  təbiət  mənzərəsini  seyr  etməkdən  doymurdu. 
Vaqifin  arvadı  Mədinə  Vaqifin  yol  tədarükü  ilə  məşğul  idi.  O, 
qış  paltarlarını  səliqə  ilə  seçir,  təmiz  və  yaraşıqlı  geyim 
əşyalarını  evin  bir  tərəfinə  yığırdı.  Yol  üçün  geyim  əşyalarını 
Vaqif özü seçməli idi. Bu, belə də oldu. 
Vaqif  Tiflisə  böyük  ümidlə  gedirdi.  Gedirdi  ki,  xanın 
ona etibar etdiyi missiyanı layiqincə yerinə yetirə bilsin. Bunun 
üçün  o  özündə  güc  və  inam  hiss  edirdi.  Gedirdi  ki,  Qarabağ 
xanlığının varlığı üçün əlindən gələni etsin, Pənahəli xanın onlar 
üçün  qoyub-getdiyi  Qarabağ  xanlığını  qoruyub-saxlaya  bilsin... 
Bütün bunlar sanki Vaqifə qol-qanad verirdi. O, dağ qartalı kimi 
Tiflis istiqamətində uçmaq həvəsində idi... 
Vaqifin  başçılıq  etdiyi  Qarabağ  nümayəndə  heyəti 
Tiflisə  gedərkən  yolda  çox  əziyyət  çəkdi.  Soyuq  qış  havası, 
qalın  qar  yollarda  gediş-gəlişə  böyük  maneə  törədirdi.  Atların 
burunlarından  çıxan  hava  sanki  vulkana  bənzəyirdi.  Buz 
bağlamış  yollarda  atlar  arabir  büdrəyirdilərsə  də,  cəld  Qarabağ 
atları  üçün  bunlar  adi  bir  hal  idi.  Vaqifgil  Tiflisə  çatan  kimi  II 
İraklinin  mehmandarları  onları  gürcü  zadəganlarından  birinin 
evinə  apardı.  Uzun  yol  atların  yorulmasına  təsir  göstərmişdi. 

 
 
107 
Nökərlər  atları  rahatladılar,  onların  tərləri  silinib-qurulandı, 
arpa-saman verildi. 
Vaqif  bir  qədər  istirahət  etdikdən  sonra  həsrətində 
olduğu Tiflisi gəzməyə çıxdı. Sonra isə Tiflis hamamına getmək 
və  yorğunluğunu çıxarmaq istədi.  Bunu hiss edən Mirzə  Camal 
sakit bir tərzdə dedi: 
-  Axund,  yoldan  sonra  bu  qarlı  havada  hamama  getmək 
olmaz,  adam  xəstələnə  bilər,  bu  işi  sonraya  saxlamaq  yaxşı 
olardı. 
Vaqif  qırmızı  yanaqlı,  aydın  nitqə  malik  olan  Mirzə 
Camala ata məhəbbəti ifadə edən gözləri ilə baxaraq dedi: 
-  Oğlum,  mən  dağlarda  böyümüşəm,  soyuq,  şaxta  mənə 
kar  etməz.  Su  yolun  yorğunluğunu  canımızdan  çıxarar,  bir-iki 
gün evdə oturub-dincələrik. 
Vaqif  nümayəndə  heyəti  ilə  birlikdə  Tiflisi  gəzib,  yenə 
də  onlar  üçün  ayrılmış  iqamətgaha  qayıtdılar.  Bir  neçə  gündən 
sonra II İraklinin nümayəndəsi Vaqifin yanına gəlib, bildirdi ki, 
yanvarın  22-də  rəsmi  ziyarət  olacaq,  gəldim  ki,  sizi  xəbərdar 
edim. 
Tiflis  bayramsayağı  bəzədilmişdi.  Yanvarın  22-də  101 
topdan  açılan  atəş  bayramın  başlandığını  şəhər  əhalisinə  xəbər 
verdi. 
Rəsmi 
keçid 
çarın 
nümayəndəsi, 
polkovnik 
S.D.Burnaşevin  yaşadığı  mənzildən  başlayıb,  II  İraklinin 
sarayına  getməli  idi.  Vaqif  və  onun  başçılıq  etdiyi  nümayəndə 
heyəti  rəsmi  keçidə  qoşulmadılar,  kənarda  dayanıb,  onu  seyr 
etməyə başladılar. 
Rəsmi 
keçid 
qurtardıqdan 
sonra 
Rusiyanın 
nümayəndələri  bir-bir  yaxınlaşaraq  Rusiyanın  himayəsinə 
keçməsi  şərəfinə  İrakliyə əl  verib, təbrik  etdilər. Növbə Vaqifə 
çatdıqda  o,  irəli  yeriyib,  II  İraklinin  əlini  sıxdı  və  İbrahimxəlil 
xanın adından onu təbrik etdi. II İrakli qaşlarının altından Vaqifi 
süzərək türkcə dedi: 
-  Dostum  İbrahimxəlil  xana  məndən  çox-çox  salam 
söyləyin! 
Sonra  qonaqlar  yemək  otağına  dəvət  olundular.  II 

 
 
108 
Yekaterinanın və II İraklinin şərəfinə badələr qaldırıldı, sağlıqlar 
deyildi.  Söz  Vaqifə  verildi.  O,  dərin  məzmunlu  çıxış  etdi.  II 
İraklini  vali  kimi  şərəfləndirdi.  Bu,  II  İrakliyə  xoş  gəlmədi. 
Çünki  o,  artıq  İranın  dörd  valisindən  biri  deyildi.  Rusiyanın 
himayəsinə  keçmiş  müstəqil  padşah  idi.  Vaqifin  vali  deməsi 
Burnaşevi də razı salmadı. Vaqif İraklini padşah adlandırmaqla 
İranı narazı sala bilərdi. Bunu o, yaxşı bilirdi. Burnaşev ilk dəfə 
olaraq  incə  Şərq  diplomatiyası  ilə  qarşılaşdığını  hiss  etdi.  Hiss 
etdi  ki,  Vaqifin  çıxışı  Qarabağ  xanlığı  ilə  İranın 
münasibətlərinin pozulmamasına yönəldilmişdir. 
Vaqif və onun başçılıq etdiyi nümayəndə heyəti Tiflisdə 
iki  həftə  qaldı.  Bu  müddət  ərzində  o,  şəhərin  tarixi  yerləri  ilə 
tanış  oldu.  II  İraklinin  andiçmə  mərasimində  Qarabağ 
nümayəndələri  də  iştirak  etdilər.  Vaqif  II  İrakli  ilə  bir  daha 
görüşə  bilmədi.  Səbəb  o  idi  ki,  imzalanan  müqaviləyə  görə 
Gürcüstan  hakimi  yalnız  Burnaşevdən  başqa,  digər  xarici 
nümayəndə heyəti ilə görüşə bilməzdi, onun razılığı olmadan bir 
addım  da  ata  bilməzdi.  Rusiya  imperiyasının  müstəmləkəçilik 
siyasəti  ilk  anlardan  özünü  açıq  surətdə  göstərirdi.  Vaqif  bunu 
dərindən hiss edirdi. 
Vaqif  II  İraklinin  düşdüyü  vəziyyətdən  məyus  oldu. 
İrakli  nümayəndəsi  vasitəsilə  Vaqifə  Burnaşevlə  görüşməsini 
məsləhət gördü. Vaqif İraklinin təklifini qəbul etdi. 
Vaqif rus məmurunun qəbuluna böyük qürurla, Qarabağ 
xanlığının  gücünü  və  əzəmətini  nümayiş  etdirən  vəzir  kimi 
getdi.  Onun  mindiyi  Qarabağ  atı  Tiflis  küçələrindən  keçərkən 
adamlar  atın  yerişinə,  onun  sahibinə  maraqla  baxırdılar.  Atın 
hərdənbir kişnəməsi sanki Qarabağ xanlığının gücünü, əzəmətini 
nümayiş etdirirdi.  
Vaqif Burnaşevin qəbuluna tək getdi. Bəylərin məmurun 
yanına  getmələrinə  razı  olmadı.  Yalnız  özü  ilə  Mirzə  Camalın 
getməsini məsləhət bildi. Vaqif Burnaşevin otağına daxil olanda 
məmur  masanın  sol  tərəfində  dayanmışdı.  Vaqif  onu  diqqətlə 
süzdü...  Divardan  asılan  II  Yekaterinanın  iri  rəsmi  ilə 
Burnaşevin  arasında  heç  bir  fərq  olmadığı  Vaqifin  nəzərini 

 
 
109 
özünə cəlb etdi. İmperatriçənin sifəti, gözləri, qaşları, dodaqları 
eynilə  Burnaşevdə idi. Bu zaman Vaqif ürəyində “mal yiyəsinə 
oxşamalıdır”  atalar  sözünü  yada  saldı.  S.D.Burnaşev  Vaqifə 
nəzakətlə  əl  verib,  əyləşməsini  xahiş  etdi.  Hər  ikisi  əyləşdi. 
Mirzə  Camal  da  Vaqifin  sol  tərəfində,  masanın  qarşısında 
əyləşdi.  Onlar  bir  sıra  rəsmi  söhbət  etdilər,  tərcüməçi  Vaqiflə 
Burnaşevin  danışıqlarını  tələsmədən,  aydınlıqla  tərcümə  edirdi. 
Bu  arada  Burnaşev  Yekaterinanı  tərifləməyə  başladı.  Tiflisə 
qoşun  yeritməsini  əhalinin  asayişinin  qorunması  ilə  izah  etdi. 
Rusiyanın əsl məqsədindən, işğalçılıq siyasətindən bir kəlmə də 
olsun danışmadı və danışa da bilməzdi. 
Sonra Burnaşev əsl məsələyə keçdi: 
- Biz möhtərəm hökmdarımız İbrahimxəlil xanla da dost 
olmaq  istəyirik.  Mərhəmətli  çariçə  himayəedici  əlini  sizə  də 
uzatmaq  istəyir.  Xan  yalnız  bizim  himayəmizdə  öz  taxtında 
həmişəlik qala bilər...  
Uzaqgörən Vaqif Burnaşevin  bu saxta sözlərini dinləyir 
və  şərqlilərə  məxsus  şübhə  ilə  onun  incə  dodaqlarına  və  ağ 
dişlərinə  tamaşa  edirdi.  Burnaşev  danışığını  qurtarar-qurtarmaz 
Vaqif sözə başladı: 
-  Ġbrahimxəlil  xan  adlı-sanlı  nəslin  nümayəndəsidir. 
Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin