Terminologiya məSƏLƏLƏRİ №2


İstifadə olunmuş ədəbiyyat



Yüklə 1,42 Mb.
səhifə15/16
tarix16.02.2017
ölçüsü1,42 Mb.
#8934
1   ...   8   9   10   11   12   13   14   15   16

İstifadə olunmuş ədəbiyyat


  1. Bünyadov T.Ə. Azərbaycanda maldarlığın inkişafı tarixindən. Bakı: Elm, 1969, 186 səh.

  2. Животные в мифологии. Овца.

  3. Quluzadə Nasir Vaqif oğlu. Qədim Azərbaycanda maldarlıq və onunla bağlı inanclar-mərasimlər (e. ə. VI-III minilliklər). Namizədik dissertasiyası, Bakı-2009, s. 101.

  4. Azərbaycan etnoqrafiyası, I cild, Şərq-Qərb, Bakı-2007, 544 səh.

  5. Azərbaycan etnoqrafiyası. I cild, Şərq-Qərb, Bakı – 2007, 544 səh.

  6. Антонова Е.Б. Очерки культуры древних земледельцев . Передней и Средней Азии. М.:Наука, 1984, 264 с.

  7. Məmmədov H.K. Qoçbaşı abidələr / Altay dünyası, № 5-6, Bakı: Altay, 1999, s. 46-49.

  8. Ələkbərov A.İ. Qoyun-qoç fiqurlu qəbir daşları və onların yayılma arealı (Azərbaycanın antik və orta əsr arxeologiyası problemləri Bakı: Nafta-Press, 2006ç s. 151-159.

  9. Abdulla B. Azərbaycan mərasim folkloru. Bakı: Qismət, 2005, 208 səh.

  10. Фетишизм и тотемизм. Культ животных www.egyptinfo.ru/about/culture/religion/arcientreligion/fetishizm.html.

  11. Абибуллаев О.А. Погребальные памятники из поселения Кюлтепе / Археологическая исследования в Азербайджане. Баку: Издательство АН Азерб.ССР. 1965, с. 29-44.

  12. Xəlilov X.D. Qarabağın elat dünyası. Bakı, Azərnəşr, 1992.

  13. Həvilov H. Martda mərək. Bakı, Azərnəşr, 1992, s. 23.


Гараева Айнур

Появление зоомифонимов с связи суевериями

Резюме
Статья посвящена зоомифонимам. Автор пытается исследовать зоо-лексем «овца» и «коза» с лингвистической и этнографической точки зрения. Интерпретация этимологии «козёл» на азербайджанском языке очень интересно.
Karayeva Aynur

The appearance zoomiphonyms with the connection of superstition

Summary
The article is dedicated to the zoomiphonyms. The author tries to investigate zoo-lexeme sheep and goat with the linguistic and ethnographic point of view. The interpretation of etymology of goat in Azerbaijani language is very interesting.

Çapa tövsiyyə edən: Sumqayıt Dövlət Universiteti
Rəyçilər: fil.e.d., İ.Məmmədli

fil.e.d.,professor N.Seyidəliyev

Mətanət Fərzəliyeva

Azərbaycan Müəllimlər İnstitutu,

dosent
PERSONALLIQ FUNKSİONAL-SEMANTİK

KATEQORİYASI İLƏ QRAMMATİK ŞƏXS

KATEQORİYASININ QARŞILIQLI ƏLAQƏSİ

(ŞƏXS VƏ PERSONALLIQ)

Açar sözlər: funksional-semantik sahə, funksional-semantik kateqoriya, şəxs kateqoriyası, personallıq, personallığın peniferiyası.

Ключевые слова: персональность, периферия персональ­ности, функционально-семантическое поле, функцио­наль­но-семантическая категория, категория лица.

Key words: functional-semantical area, functional-semantical category, periphery of personnel, personnel
Bu gün müasir nəzəri qrammatikanın problemləri sırasında qrammatik kateqoriyaların semantik strukturunun öyrənilməsi də ön planda dayanır. Yəni artıq qrammatik kateqoriyalara yanaşmanın tərzi dəyişir, onun semantikadakı qarşılığı və bunların adekvatlığı öyrənilməyə başlanılır. Bir tərəfdə qrammatik kateqoriya o biri tərəfdə isə funksional-semantik kateqoriya «üzbəüz dayanır». Bu, mühüm nəzəri problemlər­dən­dir. Eyni kateqoriyanın dilin qrammatik quruluşundakı, eyni zamanda dilin semantik strukturundakı yeri müəyyənləşdirilir. Kateqorial əlamətlər, necə deyərlər, «darıxdırıcı», «quru» qaydalardan çıxır, canlı semantik yaruslarda axtarılır. Çünki semantikadan fərqli olaraq «qrammatika, (dilin məntiqi fəlsəfəsi) hər şeydən əvvəl, sözlərin söz birləşmələrində, cümlələrdə əlaqənin ümumi qanunlarını müəyyən etməyə və bununla da məzmun vahidliyini və onun dildə ifadə vasitələrini aydınlaşdırmağa cəhd edir. Fikir necə ifadə olunur, dilin quruluşu nə deməkdir və onun inkişafının ümumi qanunauyğunluqları nədən ibarətdir, bu cəhətdən müxtəlif dillər bir-birindən nə ilə fərqlənir və bunlar arasında nə kimi ümumi cəhət olduğunu müəyyənləşdirmək kimi məsələlər yalnız praktik deyil, həm də böyük nəzəri əhəmiyyətə malikdir» (1:132 (289).

Qrammatika düşüncəni maddi dil cildinə salır, özü də onun özünəməxsusluğunun mühüm əlamətinə çevrilir. Qrammatika və semantika qarşılıqlı bağlılığa malik olsa da, əlbəttə bu sahələr bir-birindən fərqlənir, hər birinin spesifik əlamətləri də mövcuddur. Əgər semantika məfhum və anlayışların semlərini müəyyənləşdirirsə, qramatika dil vahidləri arasında əlaqəni ifadə edir. Dilə «insan düşüncəsini maddi dil qəlibinə salmaq imkanı» yaradan qrammatika deyildiyi kimi, fikirlər arasında əlaqə yaradır, amma bununla bərabər özü də təfəkkürün uzun zaman mücərrədləşmə fəaliyyətinin nəticəsinə çevrilir. Bu zaman iki kateqoiyadan söhbət gedə bilər: məna kateqoriyası və əlaqə kateqoriyası. Məna kateqoriyası ilə əlaqə (qrammatik) kateqoriya arasında tabelilik (bir-birinə tabe olmaq), yəni bağlılıq sindromu meydana gəlir, qrammatika uzun sürən düşüncənin nəticəsi olaraq semantik kateqoriyanı «öz içərisinə çəkir». Buna baxmayaraq, qrammatikada əlaqə kateqoriyası əsas olur.

Qrammatik kateqoriya, nəinki sözün əşya mənasını «müşayət edir», həm də onunla qarşılıqlı təsirdə «fəaliyyət göstərir». Sözdə adətən bir neçə qrammatik kateqoriya birdən-birə müəyyən edilir ki, bu da qrammatik kateqoriyalarla sözün əşya mənası arasındakı əlaqələrin bütün problemini olduqca mürəkkəbləşdirir. Bu əsnada göstərmək lazımdır ki, nəinki semantikanın «saf» olma etimalı böyükdür, dildənkənar və dildən əlahiddə təzahür oluna bilməz, öz növbəsində qrammatik kateqoriyalar da sözlərin nitq hissələri üzrə bölgüsündən xaricdə ola bilməz. Qrammatik-əlaqə kateqoriyasında da həmişə semantik kateqoriya mövcuddur, buna baxmayaraq, semantik kateqoriya daim dilin səthində yerləşmir, dilin «dərininə» işləyir. Həmin qarşılıqlı təsiri nə şərtləndirir? Həmin sahələrin hər birinin özünəməxsusluğu nədən ibarətdir? Bizim tədqiqat prosesində bu təsiri şərtləndirən dildaxili və dilxarici faktorlar açılacaq. Həmçinin də qrammatik semantikanın-kateqoriyalar semantikasının spesifikasının da aydınlaşdırılması (müasir Azərbaycan dili materialları əsasında) məsələsi qarşıda aktual məsələ kimi durmaqdadır.

Konkret olaraq qrammatik şəxs kateqoriyasının üzərində dayanaq. Biz bu kateqoriyanın qrammatik xüsüsiyyətlərini deyil, konkret olaraq semantik strukturunu müasir Azərbaycan dili faktları üzrə təhlil edəcəyik.

Hər şeydən əvvəl, semantik struktur qrammatik kateqoriyanın özündə mövcuddur. Qrammatik şəxs kateqoriyası da semantik strukturda, yəni funksional-semantik kateqoriya olan personallıqda mövcuddur.

Funksional-semantik kateqoriyanın (FSK) predmeti funksional qrammatikadır, yəni funksional morfologiyadır.

FSK-ın mərkəzi (nüvəsi) morfoloji paradiqmaların strukturu, funksional morfologiya anlayışıdır.

FSK nəzəriyyəsi rus dilçisi A.V.Bondarkonkun adı ilə bağlıdır.(2) Personallıq funksional-semantik kateqoriyanın ifadə vasitələri-morfoloji, leksik və sintaktik vasitələrdir. Onların özünəməxsus semantikası-nüvə və perifersiyası vardır. Personallıq kateqoriyasının nüvəsi qrammatik (morfoloji) şəxs kateqoriyasıdır. R.Yakobson qrammatik şəxs kateqoriyasının semantikasını müqayisəli planda təyin etmişdir (Якобсон Р.)

Birinci şəxs (danışan), ikinci şəxs (dinləyən). Münasibətlər, feli şəxs, feli subyekt, danışan şəxs, aktiv iştirakçı, məlumat faktı; qrammatik subyekt hərəkətdir. Feli şəxs və danışan şəxs arasında əlaqə, münasibət- FSK-a olan personallıqdır.

FSK–a kimi personallıq zəif mövqedə danışanla hərəkətin subyekti arasında münasibətdir. Personallıq kateqoriyasının morfoloji nüvəsi feli (qrammatik) şəxs və şəxs əvəzliyidir. Qrammatik şəxs nədir? Şəxs əvəzlikləri mən, sən, o, biz, siz, onlar. Bu əvəzliklər periferik modifikator rolunu oynayır. Nitq aktı, kommunikativ aktda iştirak edir.

«Qovuşuq morfoloji-kateqorial formaların dominant mövqeyində çıxış etdiyi funksional-semantik sahələrdə «ikihakimiyətlilik», struktur paralellik özünü göstərir. Fel və şəxs əvəzliklərinin koordinativ «əməkdaşlığının» əmələ gətirdiyi personalllıq (şəxlik) sahəsi buna misal ola bilər» (3: 20).

Personallıq-şəxslik deməkdir. Personallığı bir funksional-semantkik kateqoriya kimi fel və şəxs əvəzliklərinin koordinsiyası (qarşılıqlı birliyi) yaradır. Demək, personallıq müvafiq dil-nitq vahidlərinin köməyi ilə gerçəkləşir.

Personallığın periferiyası funksional-semantik sahədə yerləşir. Periferiya bir neçə cür olur: 1) personallığın morfoloji periferiyası; Nüvə ilə periferiya arasında sərhəd vardır. 2) personallığın intonasiya-sintaktik periferiyası. Məs.: Mən! Mən! Haman Rüstəm bəyəm. Topdağıtmaz Cümşüd bəyin evini xaraba qoydum... (Ə.Haqverdiyev).

A.V.Bondarko kitabında dildə semantik kateqoriyalaşmanın müxtəlif aspektlərini aşkar etmişdir. Əsərinin VI hissəsi «Personallıq semantikası və subyekt-predikat-obyekt münasibətləri» adlanır. Bu bölmədə şəxs və personallıq, şəxs semantikası, personal deyksisin tipləri, sahə strukturu, şəxs subyekti və şəxs obyekti, eləcə də personallıq funksional-semantik sahə kimi nəzərdən keçirilir.(2)

S.Abdullayev fikrincə, istər morfoloji nüvəyə malik olan, istərsə də belə optimal struktur nüvədən məhrum olan sahələri «funksional-semantik sahə» termini altında birləşdirmək daha məqsədəuyğun olar. Məsələ burasındadır ki, morfoloji nüvə ətrafında qruplaşan və sıx kateqorial formalar sisteminə malik olmayan müxtəlif sahə qurumları arasında da struktur-semantik və funksional baxımdan vahidlik yoxdur. Digər tərəfdən, «funksional-semantik sahə» termini sintaktik semantika, işlənmə sferası anlayışları, kommunikativ məzmunu baxımından təsdiqlik və inkarlıq kateqoriyasının semantk və funksional-kommunikativ xarakteri ilə daha dinamik şəkildə çulğalaşır. Başlıcası budur ki, daxili-analitik anlam sahənin xarakterik əlamətlərini özündə ehtiva edir: 1) konstituentlərin ümumi invariant semantik funksiyaya malik olması; 2) həmcins və qeyri-həmcins elementlərin çarpazlığı; 3) xarakteroloji strukturun meydanda olması; 4) mərkəz-periferiya üzvlənməsi: tərkib hissələrinin tədrici keçid və əvəzlənmələri, «ümumi» seqmentlərin meydanda olması (2: 20; 3: 19).

Şəxs kateqoriyası Azərbaycan dilində həm ismə, həm də felə xas kateqoriyadır. İsimlərdə xəbərlik kateqoriyası adı altında qeyd olunur. «Geniş mənada şəxs kateqoriyası adlaqndırıla bilən xəbərlik kateqoriyasının vasitəsilə nitq prosesində iş, hal, hərəkət, hadisə, hökm bildirilir, subyektin əməli fəaliyyəti ifadə olunur» (4: 95).

Felə aid olan şəxs kateqoriyasında iş, hal, hərəkət müəyyən məkan və zaman daxilində icra olunduğu kimi, həm də müəyyən şəxs tərəfindən icra edilir. İş və hərəkətin icrası hər bir şəxsin təkini və cəmini əhatə edir, dildə sistem təşkil edərək qrammatik şəxs kateqoriyasının formalaşmasına şərait yaradır.

Müasir Azərbaycan dilinin şəxs şəkilçiləri yüksək düşüncə və təkamül səviyyəsi ilə bir sistem yaradır və dildə üstün mövqə qazanır və dilimizin mükəmməl inkişaf yolunu dəqiq müəyyən etməyə şərait yaradır. Şəxs kateqoriyası dildə fikir bitkinliyi və predikativlik yaratmaq, hər an subyekt ehtiyacı olmadan fikri yığcam, qısa və intensiv ifadə etmək baxımından çox mühüm rola malikdir və bütün təsrif sisteminin əsasında durur (4:278).

«Personal» termin-anlayışı məntiqdə şəxs, personal mənalarını ehtiva edir. Felin qrammatik şəxs kateqoriyası semantikada-məntiqi semantikada personallıq kateqoriyası ilə bərabər-adekvat tutulur. Artıq bu məqamda personallığa-şəxs kateqoriyasına paradiqmatik və sintaqmatik səviyyədə nəzər salmaq və məsələni bu aspektdə həll etmək lazım gəlir. Həmçinin geniş funksional-semantik kateqoriya olan personallıq həmin səviyyədə təsirə məruz qalır. Ona görə də biz bu məqalədə həmin məsələlərə aydınlıq gətirmək üçün aşağıdakı məqsəd və vəzifələri icra etməyi planlaşdırmışıq:

-felin şəxs formalarının funksionallaşma şərtini üzə çıxarmaq;

-şəxs formasında paradiqmatik və sintaqmatik mənanı müəyyən etmək;

-felin şəxs kateqoriyasında invariant mənaları təyin etmək;

-prosesə uyğun mənaların –personallığın ifadə vasitələrini ortaya çıxarmaq; felin şəxssiz formaları, feli sifət, məsdər, hərəkətin adı və s.

-presonallıqda şəxssiz formalarla üzə çıxan semantik ifadə vasitələrinin xarakterini öyrənmək və onları qrammatik şəxs kateqoriyası ilə müqayisə etmək;

-şəxs kateqoriyası ilə felin növ kateqoriyasını və modallıq kateqoiyası arasındakı qarşılışlı əlaqəni tədqiq etmək.

Qrammatik şəxs kateqoriyası ilə personallıq kateqoriyasının qarşılıqlı əlaqəsini öyrənmək məntiq elmi ilə linqvistika arasında münasibətlərin yeni mərhələyə girməsi, dil və nitqin semantik tərəfinə ümumi dönüş, nitq fəaliyyətinin praqmatik komponentinə üz tutulması, kateqoriyalarda məna invariantlığının meydana gəlməsi faktları səbəb olmuşdur.

Bu fikirlər meydana gələndən sonra daha aydın şəkildə başa düşüldü ki, semanitikaya həmçinin ayrı-ayrı qrammatik kateqoriyaların semantik strukturunun təsviri də aiddir. N.Y.Şvedova bu xüsusda qeydlərini belə yekunlaşdırır: «sxemin komponentlərinin abstrakt mənaları və onların arasındakı münasibətlər qrammatik kateqoriyaların sematik strukturunun özəyi kimi çıxış edərək, onu ən ümumi şəkildə təmsil edir» (5:461).

Qrammatik kateqoriyaların semantik strukturu həmin özəyin və qrammatik formaların mənalarının qarşılıqlı təsviri ilə formalaşır.

«Kateqoriya ümumi əlamətləri eyni olan elementlər çoxluğudur, yəni müəyyən çoxluğa daxil olan (məsələn, isim, sifət və s.) elementlər eyni əlamətlərlə səciyyələnir. Əslində qrammatika bu bölgünün əsasını təşkil edir» (6: 172 (420 s.).

Tədqiqat işində əslinə qalanda forma və kateqoriyaların semantik potensialı öyrənilir, qrammatik formaların ayrılmış tərkib hissələrinin mənaları, eləcə də digər dil vasitələri, bura daxil olan personallıq semantik kateqoriyası, semantik vahidin minimal əlamətləri öyrənilir. Həmin metod A.V.Bondarko, T.V.Bulıqioy, M.M.Quxman, İ.B.Xlebnikova, E.İ.Şendels və başqaları tərəfindən təhlil edilmişdir. Həmin dilçilərin əsərlərində qrammatik kateqoriyaların semantik strukturu, həmçinin də personallıq vasitələri rus dilinin materialları üzrə təsvir olunmuşdur.(7)

Tədqiqatdan əldə olunan nəticələri imkan verib ki, həmin kateqoriyanın semantik strukturu üzə çıxsın və ənənəvi qrammatikada olan şəxs kateqoriyasının əsasları-nüvə periferiyaları dəqiqləşdirilsin. Şəxs qrammatik kateqoriyasının əsas invariant mənaları, bir-birinə bağlanmış, birləşdirilmiş formaların vahid sistemdə mövcudluğu, predikativlik mənasının ifadəsi aydınlaşdırılsın. Şəxs kateqoriyasının invariant mənalarının bu cür təyini ənənəcə genişdir. Ənənə qəbul edir ki, şəxs kateqoriyasının qrammatik formalarının səciyyəsi onun nitq aktının danışana münasibətini müəyyənləşdirsin. Burada növ kateqoriyası və onun şəxs kateqoriyası ilə əlaqəsi də şərh olunur. İfadə vasitələrinin semantikası ilə şəxssiz formaların uyğunluğu da araşdırılır.

Qrammatik şəxs kateqoriyasını bu planda şərh edərkən həmin kateqoriyanın semantik strukturunu təşkil edən prinsipləri və bu prinsiplərin realizasiyasını əvvəlcə nəzərdən keçirmək lazım gəlir.

Müasir Azərbaycan dilində felin şəxs kateqoriyasının paradiq­ma­ları: I şəxsin təkində: -am,-əm; -m;-ım, -im,-um,-üm; I şəxsin cəmində: -aq,-ək;-q,-k;-ıq,-ik,-uq,-ük; II şəxsin təkində: -n;-san,- sən; II şəxsin cəmində: -ın,-in,-un,-ün;-nız,-niz,-nuz,-nüz;-sınız,-siniz,-sunuz,-sünüz; III şəxsin təkində:-sın,-sin,-sun,-sün;-dır,-dir,-dur,-dür; III şəxsin cəmində:- lar,-lər;-sınlar,-sinər,-sunlar,-sünlər.

Tədqiqat bu formaların hər birinin semantikasını və funksionallaşmasını öyrənməklə başlanır. Bu zaman aşağıdakılara diqqət yetirmək lazımdır: 1. Cümlənin sintaktik modelinə onun strukturu nöqteyi-nəzərindən yanaşmaq; 2. Formaların leksik dolumu felin semantikasında; 3.Felin növ əsasları; 4. Liqvistikadankənar kontekst (8).

Morfoloji formaların törəməsi\morfosemlərin kompleks təyini, yəni dəsti və onun mahiyyəti, kontekstdə calaq vasitələr, formaların paradiqmatik və sintaqmatik mənalarının uyğunluğunu təyin edir. Paradiqmatik məna minimal və neytral kontekstdə üzə çıxır. Sintaqmatik məna ayrılır, bölünür: 1) paradiqmatik mənaların variantları; morfosemlər saxlanılır və müxtəlif kontekstdə gerçəkləşir, 2) keçid mənalar əsas morfosemlər kontekstdəki vasitələrin köməyilə neytrallaşır.

«Şəxs kateqoriyasından danışanda adətən birinci (danışan şəxs), ikinci (müraciət olunan şəxs) və üçüncü (haqqında danışılan şəxs) şəxsləri fərqləndirirlər. Şəxsin göstəricisi dillərin əksəriyyətində fellə ifadə olunur. Azərbaycan dilində şəxs kateqoriyası feldə təkrarla ifadə olunur: sən gəlir+sən, siz gəlir+siz (siniz). Şəxs kateqoriyası fel paradiqminə girməklə bütün zamanlarda eyni qalır. Özü də şəxs kateqoriyasında təkdə kateqorial aidlik heç bir etiraza səbəb olmur (mən), bu dildə danışana işarədir. Ancaq biz təkcə (mən), (sən) yox, həm də (o), (onlar) əhatə edə bilərik. Yəni cəmdə (biz) çoxlu miqdarda danışana aid edilə bilər (6: 172, 173).

Felin şəxs kateqoriyasının hər bir formasının öz xüsusi paradiqmatik və sintaqmatik mənası mövcuddur. Paradiqma sözlərin hallara salınması və ya dəyişməsi formalarını göstərən cədvəldir. Paradiqmalar söz formalarının bir-birinə qarşı duran müəyyən çoxluğu, yəni söz formaları bir bütöv daxilində qarşılıqlı münasibətdə olurlar, bu formalar şəkilçi dəyişmələri ilə bütövdə yeni məna kəsb edirlər.

Paradiqmatik əlaqə, münasibət eyni kateqoriyadan olmaqla bir-birini əvəz edə bilən dil vahidləri arasında olur. Məs.: şəxs kateqoriyasında, mən yazdım forması ellipsis şəklə düşür və onu yazdım (I şəxsin təkində) feli əvəz edir. Burada iki forma (mən yazdım= yazdım) bir-birini əvəz edə bilir. Müəllif nitqi hər iki formanın bir variantından istifadə edə bilər. Ona görə də burada paradiqmatik əlaqə mövcuddur. Antroposferada bu formaların hər hansı biri işlədilə bilər. Birinci formada mübtəda (mən) şəxs əvəzliyi ilə ifadə olunmuşdur. İkinci formada üslubi ellipsis mövcuddur. Yəni, mən sözü artıqlıq yaratdığı üçün mətndə ixtisar olunmuşdur, buraxılmışdır.

Əsas (paradiqmatik) məna predikativliyin iki yolla ifadəsidir. Birinci ifadə forması subyektin iştirakı ilə (mən yazdım) , ikinci isə subyektin iştirakı olmadan (yazdım). Burada «subyekt» «cümlədə söyləmin mərkəzi» mənasında başa düşülməlidir. «Nitqin predmeti», «hərəkətin subyekti», «şəxs», «hərəkəti icra edən», «insan»-bu əlaməti daşıyır. (agens yaxud pasiens). Agens iş-hərəkətin icraçısı kimi müəyyən edilir, amma iş-hərəkət anlayışının məzmunu açılmamış qalır (9: 4-14).

Personallıq kateqoriyasında agensin fərqləndirici əlamətləri bunlardır: -canlılıq;-hərəkətə gətirmə;-işlərin hal-vəziyyətini idarəetmə;-öz enerjisindən istifadə:-aktivlik, aktiv substansiya;-səy göstərmə və öz iradəsini izhar etmə;-müstəqillik, nisbi sərbəstlik;-məsuliyyət, təsirin vasitəli xarakteri;-iş-hərəkətin icrasının iradəsindən asılılığı; -təsirin niyyətliliyi və məqsədyönlülüyü.

Məs.: Mən çayı süzdüm. O, bağlamanı yerə qoydu. Bu tip cümlələrdə personallıq kateqoriyasının semantik çəkisi agens kimi xarakterizə edilir. Burada dinamik iş-hərəkət icra olunur.

Şəxsi göstərmək vəziyyəti: müəlliməm, müəllimsən, iş, hərəkətin şəxsə aid münasibətini müəyyənləşdirib hökm ifadə edir.

Şəxs kateqoriyası ümumi qrammatik kateqoriyalardandır. (10:91). Predikativlik qrammatik şəxs kateqoriyasının semantik struktur modeli ilə personallıq funksional-semantik kateqoriyası çərçivəsində aşağıdakı hallarda münasibət qurur. Bunlar arasında qarşılıqlı münasibət 2 cür olur.



  1. subyektlə əlamətin daşıyıcısı arasında qarşılıqlı münasibətin varlığı;

  2. subyektlə əlamətin daşıyıcısı arasında qarşılıqlı münasibətin yoxluğu (olmaması).

Birinciyə aid olan xüsusiyyətlər şəxsli və şəxssiz formalara aid edilir. Şəxsli formalar müəyyən, qeyri-müəyyən, ümumiləşmiş şəkildə olur. Şəxssizlər tək, cəm və ümumiləşmiş şəkldə mövcud olur. Müəyyənlikdə nitq iştirakçıları danışan, adresat, danışanın təkdə və cəmdə olması, eyni, yekcins və müxtəlifcinsliliyi; müəyyənlikdə nitq iştirakçılarının olmaması təkdə və cəmdə, adresatın özünün təkdə və cəmdə olması, cəmliyin eyni, yekcins və müxtəlifcinsli olması. Eyniliyin, oxşarlığın olmaması danışanla adresat, danışanla şəxs (nitqin iştirakçısı olmadan), danışanla adresat və şəxs, danışan və adresatlar, danışan və müəyyən şəxs, danışan və qeyri-müəyyən şəxslər arasındakı münasibətləri tənzimləyir. Deyilmişləri aşağıdakı misallarla aydınlaşdıraq. Misallar xalq yazıçımı İsmayıl Şıxlının «Dəli Kür» romanından gətirilir:

1.-Dedim ki, sizə veriləsi adamımız yoxdur (İ.Şıxlı. Dəli Kür, 223)

2.O başa düşdü ki, kişinin dişi bağırsaqlarını kəsir (173)

3.O darıxdı (158)

4.-Uşaqdan ötəri yaman qəribsəmişik (159).

Sonuncu nümunədə «biz» nitq prosesində iştirak etmir, ondakı fikri «qəribsəmişik» predikatı öz üzərinə götürür.

5. Onlar nəm qoxuyan otaqdan çıxdılar (155).

Müəllif nitqin keyfiyyətini təyin edir. Onun konkretliyi, konkret şəxs (mən yazdım), qeyri-konkretliyi (yazdım) meydana çıxır. Semantik uyğunluq yaranır (mən yazdım-yazdım).

Semantik predikativlik dedikdə, predikat-arqument münasibətləri nəzərdə tutulur.

Personallıq kateqoriyası sintaqmatik səviyyədə I şəxsdə bir sıra keçid mənalarını ifadə edir:



  1. ümumiləşdirilmiş şəxslə qarşılıqlı münasibət. Mən sənə deyirəm, bir də deyirəm.

  2. adresatla qarşılıqlı münasibət. Adresat-bildirmək, yığışanlara məlumat verməkdir. Məs.: O- Abutalıbov Bakı şəhərinin yolları haqqında prezidentə məlumat verdi.

  3. Şəxssiz subyektlə (personallaşma) qarşılıqlı münasibət. Mən gələndə, sən gələrkən, o gəlmişkən.

Ümumiyyətlə, personallıq kateqoriyasının funksional-semantik aspektlərinin mahiyyətini açmağa yönəlmiş «subyekt», «adresat», «aspekt», «danışan» və s. anlayış-terminləri semantik valentliklərdir. Məs.: O hərəkət edir (subyekt, personal adam); Sən məlumat verirsən (adresat, məlumat vermək), Onlar futbolda üstünlük qazandılar (aspekt üstün olmaq).

Sintaqmatik səviyyədə bu mənalar konkret şəkildə reallaşır: danışanla qarşılıqlı münasibət; danışan və adresat arasında qarşılıqlı münasibət, cəmlik və danışan arasındakı münasibət, danışan və toplu adresat arasındakı münasibət, danışan və şəxs (şəxslər), danışan və qeyri-müəyyən şəxslər.

Məs.: Vəli ilə üç-dörd ay aralı qalsaq, biz hər şeyi həll etmiş olaraq.Personallığı ifadə edən formalar həmçinin keçid mənalarını ifadə edir: Funksionallaşan bütün formalar dildə üslubi və modal-ekspressiv cəhətlər doğurur. Bütün şəxs kateqoriyası formalarının paradiqmatik mənalarının təhlili bu kateqoriyanın invariant mənalarını təyin edir. İnvariant mənaların biri paradiqmatik məna, digəri isə keçid mənalardır. Bu mənaların modelləri personallıq kateqoriyasının funksional-semantik kateqoriya çərçivəsində reallaşdırır.

Müasir Azərbaycan dilində felin şəxs kateqoriyasının semantik strukturu personallıq funksional-semantik kateqoriya çərçivəsində (müstəvisində) gerçəkləşir. Bu müstəvidə predikativlik başda dayınır. Predikativlik anlayışı modallıq (şəkil), zaman kateqoriyalarında olduğu kimi şəxs kateqoriyasına da daxil edilir. Şəxs kateqoriyasında da predikativ münasibət «mən qaçdım», «o ayıdır» əlaqələrində də mövcuddur. Bunlar hazır şəkildə deyil, nitq prosesində yaradılır. Həmin əlaqənin yaradılması ilə cümlə qurulur. Ona görə də dildə müəyyən qrammatik kateqoriyalar obyekt, adveribial, atributiv və predikativ münasibətlərin ifadəsi kimi özünü göstərir. Yuxarıdakı cümlələrdə məzmun reallıqla əlaqələnir. Danışanın gerçəkliyə münasibətini bildirərək öz-özlüyündə nisbətən bitmiş bir fikri təcəssüm edən, qrammatik cəhətdən ünsiyyətin mühüm vahidi olan cümləni təyin edib müəyyənləşdirən qrammatik kateqoriyaların toplusu olan predikativlik subyekt və predikat arasındakı münasitbətdən də «yuxarı eşelonda» dayanır. Bu baxımdan predikativlik həm də cümlənin mənasının gerçəkliyə aid olmasını göstərən bir qrammatik kateqoriyadır.

Şəxs şəkilçisi xəbərə aid əlamət olmayıb, şəxs kateqoriyasının ifadə vasitəsidir. Şəxs kateqoriyasının bu xüsusiyyəti eyni zamanda predikativliyin ifadəsinə xidmət göstərir. Lakin onlar bu zaman sintaktik kateqoriyanın, yəni xəbərin əlamətinə çevrilmir.

Z.Budaqova yazır ki, şəxs kateqoriyası xəbərlə ifadə olunan işi, əşyanı, əlaməti, keyfiyyəti, həmin hərəkəti icra edən şəxsi konkretləşdirir. Daha doğrusu, xəbərin mübtədaya aid olan münasibətini müəyyənləşdirir. Məlum olduğu üzrə, üç şəxs vardır. Birinci şəxs danışan şəxsdir. Bu şəxsin təki xəbərdə ifadə olunan əşya, əlamət, keyfiyyət, iş və s. özünə aid edir. Bu zaman qrammatik subyekt danışan şəxslə eyniləşir. Birinci şəxsin cəmi xəbərdə ifadə edilən əşya, əlamət, keyfiyyət, iş və s. bir qrup şəxsə aid olduğunu bildirir. Həmin qrup şəxsin tərkibində danışanın özü də daxil olur. Birinci şəxsin cəmi, əsasən, danışanın öz həmsöhbəti ilə fikir ümumiliyini göstərir.

İkinci şəxs danışanın müraciət etdiyi şəxsdir. Bu şəxsin təkində danışan, xəbərdə ifadə edilən əşya, əlamət, keyfiyyət, iş və s. həmsöhbətinə aid edir.

Üçüncü şəxs haqqında danışılan şəxs və əşyadır. Bu şəxsin təkində subyekt danışıqda iştirak etmir. Bu xüsusiyyətinə görə üçüncü şəxs birinci və ikinci şəxsdən fərqlənir.(11: 23, 24 (224 s.).

M.Hüseynzadə yazır: «Qeyri-müstəqil əvəzliklər şəxs şəkilçisi şəklində, yəni şəxs əlaməti halında fellərin şəxs kateqoriyasını ifadə edir. M, n ünsürləri ahəngə görə ı, i, u, ü vasitəsilə əşya bildirən sözə əlavə edilərək onu qrammatik cəhətdən müəyyən bir şəxslə bağladığı kimi, fellərin də şəxslənməsində iştirak edərək, müvafiq surətdə birinci və ya ikinci şəxsin təkini formalaşdırır...iş və hərəkətin şəxsə aid münasibətini müəyyənləşdirib hökm ifadə edir.(12: 177, 179 (320 s.).

Danışan nitqin tam müstəqil faktorudur. Belə ki, nitqin olub-olmayacağı, adətən, danışandan, onun iradəsindən, istək və arzularından asılıdır. Nitqə başlayıb-başlamamaq təşəbbüsü onun ixtiyarındadır və buna görə də hər bir nitq aktının fərdi xüsusiyyətləri danışan ilə əlaqədardır. Danışan şəxs ikinci bir şəxsə təsir göstərmək üçün nitqdən istifadə edir. Bu o deməkdir ki, hər hansı bir nitqə başlamaq həm də sosial mahiyyət kəsb edən səbəb ilə bağlıdır. Məs.: mən sevindim, sən sevindin, o sevindi, biz sevindik, siz sevindiniz, onlar sevindilər.

Motivə gəldikdə, məsələn, funksional-semantika aşağıdakı paradiqmanı meydana çıxarır: mən igidliyə görə mükafatlandırıldım, sən fərasətinə görə mükafatlandırıldın, o əməyinə görə mükafatlandırıldı; biz zəhmətimizə görə mükafatlandırıldıq, siz şücaətinizə görə mükafatlandırıldınız, onlar qəhrəmanlıq göstərdiyinə görə mükafatlandırıldılar.

Aşağıdakı motivlər də personallığı funksional-semantik kateqoriya kimi səciyyələndirir: kimə nə haqda məlumat vermək (Onlar kəndin ortasından keçən əyri yolla məscidə sarı irəlilədilər (İ.Şıxlı. Dəli Kür: 153); O yenidən qudasını saymazyana süzdü (İ.Şıxlı. Dəli Kür: 158); kimdən isə nə haqda isə soruşmaq (Siz Əşrəfin atası deyilsinizmi? (İ.Şıxlı.Dəli Kür: 158); Tək niyə oluruq? (İ.Şıxlı. Dəli Kür: 152); -Niyə təəccüb edirsən? (125) -Sən hara? Sən gərək bu saat heç gərdəkdən çıxmayasan. Otur yanımda (İ.Şıxlı. Dəli Kür: 99); təhrik etmək,( -Küfr danışma (155); rəğbət etmək arzusu (Siz də hücrənizdə onlara dərs deməkdə çox savab iş görürsünüz. (155) və s.

Deməli, nitq mexanizmində müəyyən şəxslər üzrə personalların-danışanın mövqeyi bu kimi motivləri kommunikasiya tipləri ilə-nəqli, əmr, sual cümlələri ilə gerçəkləşdirir. Bu mövqelər bir funksional-semantik kateqoriya kimi personallığının mahiyyətini üzə çıxarır.

Beləliklə, Azərbaycan dilində personallıq funksional-semantik kateqoriyasının morfosemləri və semləri geniş sahələri əhatə edir. Burada qrammatik şəxs kateqoriyası və felin semantik qruplarının bir-birinə təsiri və bir-birindən asılılığı da meydana çıxır.


Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin