Terminologiya məSƏLƏLƏRİ №2


The role of the metonymia and sinegdokha in the



Yüklə 1,42 Mb.
səhifə10/16
tarix16.02.2017
ölçüsü1,42 Mb.
#8934
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

The role of the metonymia and sinegdokha in the

literary design verse

Summary
In the poetry language of figurativly lexic organizing metaphors inside metonymia and sinegdokha is very important literary discription means. In the H. Arif´s literary language metonomic metaphors and sinegdokha is very important literary description means. In the H. Arif's literary language metonimic metaphors and sinegdokha for their carring function, leading position of the text semantic gets special style appointment. They are counted for their important poetry event in every verse language.

Article have been dealt about metonomic metaphors in the verse language and the style scientic methods of sinegdokha. Here are found the types of functional – literary apportunity of metaphors. It is the aim. The wide and rich style opportunities which having metonymy and sinegdokhas is defined the using in the verse language as the research object and have been opened the style functions their poetic speech.

H. Arif approaches to the word only from this position. The metonymy and sinegdokhas in his language don't go in to the simple word frame. They are literary words requires that talent and very sensitive features from creating them.


Çapa tövsiyə edən: Azərbaycan Texniki Universiteti



Rəyçilər: filologiya elmləri doktoru,professor S.Sadıqova

fil.üz.fəl.dok.,dos. S.Quliyeva
İlahə Musayeva

Sumqayıt Dövlət Universiteti.

ÜMUMİŞLƏK SÖZLƏRİN TEXNİKİ TERMİNOLOGİYADA

TERMİNLƏŞMƏSİ
Açar sözlər: terminativ, semiotika, ümumi semantika, termin.

Ключевые слова: терминативы, семиотика,семантика обшая, термин.

Key words: terminativus, semiotics,general semantics, terms.
Azərbaycan dilində ümumişlək sözlərin terminləşməsi prosesi həm davamlı, həm də çoxcəhətlidir. Ümumişlək sözlər terminləşə bilir, eyni zamanda, terminlər də ümumişlək sözlərə çevrilə bilir. Bu prosesin hər iki istiqamətdə getməsi terminologiyanı zəngilləşdirir. Buna görə də terminlə ümumişlək sözlər arasında keçilməz sədd qoymaq məqsədəuyğun sayıla bilməz. Çünki terminlər ümumişlək sözlərə aid bir sıra leksik-semantik prosesləri özündə əks etdirə bilir. Məsələn, açar ,sarğı,boğaz, qazan kimi ümumişlək sözlə texnikanın müxtəlif sahələrində termin kimi işlənir. Lakin bəzən dildə olan sözlər termin yaradıcılığında nəzərə alınmır,onun əvəzinə alınmalar işlənir. Xüsusilə texniki terminologiyada “eroziya (erasion,erosive wear)-aşınma”, ”kaptaj- (capping of well,catchment)-damlama”, ”şnek (anger; conveyer)- vintli konveyer“,”svab (swab) -dartılama pistonu,”; ”fiting” (fitting) -boru bağlayan”,”perforator (perforator,gun)-dəlikaçan və s.bu qəbildən olan onlarca dupletlər tam eynimənalı sözlərdən təşkil olunur və neytral səciyyə daşıyır.

Lakin nəzərə alınmalıdır ki, terminlər müəyyən elm sahələrinə aid spesifik anlayışlarla əlaqədar olduqları üçün iki funksiya daşımalı olur; nominativ (adlandırma) və definitiv (müəyyənləşdirmə). A.A.Potebnyaya görə, terminoloji nominativlik üçün terminin daxili formasının aydınlığı əsas şərtlərdən biridir. Bu xüsusiyyət müəyyən əşyanın nə üçün hər hansı başqa bir terminlə deyil,məhz hənim terminlə adlandırılmasını izah etməyə imkan verir. Eyni zamanda müəyyən anlayışın məzmun hüdudunu, həmin anlayışı başqa anlayışlardan ayıran əsas cəhətləri müəyyənləşdirmədən, yəni anlayışı müəyyən təsnifata aid etməyə imkan verən definisiyanı nəzərə almadan terminin nə dərəcədə uğurlu olub-olmadığını da qiymətləndirmək mümkün deyildir. Bu da terminoloji mənanın eyni cərgəyə, qrupa, sinfə aid olan bütün əşyaları əhatə etməsindən və başqa terminlərin mənaları ilə möhkəm məntiqi bağlarla bağlanmasından irəli gəlir. B.N.Qolovinə görə, terminlərdə obyekt mənası ön plana keçir, qiymətləndirici obyekt mənası itir, ya da zəifləyir. Ümumişlək sözlərin mənasında isə, başlıca olaraq, müəyyən cərgə, qrup, sinif daxilindəki konkret əşyalar haqqında məlumatlar əks olunur.Bu zaman terminin möhkəm müəyyən edilmiş bir mənası olmalıdır. Yəni termin yaradıcılığında sözün təkmənalılığı əsas götürülməlidir. Unutmaq olmaz ki, terminin çoxmənalılığı nöqsan sayılır. Terminlərdən hər biri daxil olduğu elm sahəsində konkret məna ifadə etməlidir.

Azərbaycan dilinin qrammatik quruluşu və leksik tərkibi imkan verir ki, hər bir müstəqil mənalı söz termin funksiyasında çıxış edə bilsin. Doğrudur, termin yaradıcılığı prosesində çox zaman keyfiyyət mənalı bəzi sözlər də terminləşə bilir, lakin bu hal mücərrəd, təcrid edilmiş şəkildə götürülən ayrı-ayrı sözlərə deyil, müəyyən birləşmə şəklindəki terminlərə aiddir. Məsələn, kəmər, sırğa, oymaq, təhlil, balta, açar kimi sözləri ayrılıqda götürüb termin kimi istifadə edə bilmərik. Lakin bu sözlər müəyyən birləşmə daxilində işlədildikdə terminləşir, qoruyucu kəmər; boru kəməri; kanat oymağı; qaldırıcı sırğa ;nizəvari balta kimi yeni terminlər yaranır.

Dilimizdəki ümumişlək sözlərdən elmi-texniki terminlər kimi istifadə edilir. Ona ğörə də dildə işlənən ümumişlək sözlər sahə terminologiyasında yeni məna, yeni anlayış əmələ gətirir. Bəzi ümumişlək sözlər terminoloji təyinat alaraq elm və texnikanın müxtəlif sahələrində termin kimi işlənir. Lakin terminoloji ədəbiyyatda bunlar termin yaradıcılığı hesab olunsalar da, əslində bu proses ümumişlək sözlər hesabına terminoloji leksikanın zənginləşməsidir.Məlumdur ki,bəzi ümumişlək sözlər zaman keçdikcə terminlərə çevrilərək terminoloji sistemdə yeni məna kəsb edir, daha doğrusu sözlərin əvvəlki mənasına daha yeni bir məna əlavə olunur. Bu yeni məna,əvvəlki mənasından fərqli olaraq, konkretləşir, bu və ya digər anlayışın ifadəsinə çevrilir. Məhz terminləri də həmin sözlərdən fərqləndirən əsas cəhət onların təkmənalılığıdır. Əlbəttə ki, terminlərin hamısı tək mənalı deyildir. Məsələn, ümumi ədəbi dildə qaz sözü bir neçə mənada işlənir. Birincisi, məişətdə işlətdiyimiz yanar qaz, ikincisi – quşlar sinifinə aid anlayışı bildirir, üçüncü mənada isə kimya sahəsində hidrogen qazı,karbon qazı terminləri işlədilir. Texnika sahəsində bu söz müxtəlif tərkiblər daxilində fərqli mənalar ifadə edir. Məsələn,qaz-neft yatağı;qaz karotaj;qaz konusu;qaz papağı; qaz quyusu; qaz turbini;qaz halqası;qaz nasosu; qaz tıxacı və s.

Bəzən bu və ya diğər oxşar əlamətləri olan,oxşar funksiya daşıyan məfhumlar eyni səs kompleksinə məxsus sözlərlə ifadə oluna bilər,daha doğrusu,özünəməxsus səs tərkibi və mənası saxlanılmaqla bəzi ümumişlək sözlər neft və qaz yataqlarının işlənməsi sahəsində spesifik termin kimi də işlənə bilər.Belə olduğu halda sözün əvvəlki mənası ilə yeni mənası arasındakı qarşılıqlı əlaqələrin xarakteri müxtəlif olur. Məsələn, Azərbaycan dilində “nəmlik”-nəm sözündən götürülmüşdür. “Süxur nəmliyi” -təbii şəraitdə dağ süxurlarının yumşaq məsamələrində, boşluq- larda,çatlarda suyun varlığı ilə xarakterizə olunur. “Elastiklik sözü “elastik”sözündən əmələ gəlmişdir. Elastik-yumşaq, kövrək mənasında işlənir. Elastiklik isə xarici qüvvələrin təsiri dayandırılarkən dağ süxurlarının öz əvvəlki forma və ölçüsünü bərpa etmək qabiliyyətini xarakterizə edir.

Ümumişlək məişət sözləri terminoloji mənada işlənərkən məna dəqiqləşməsi prosesi də baş verir.Məsələn,ədəbi dildə ümumişlək söz olan “oymaq” sözü əsasında yaranmış kanat oymağı (eye ring); nasos oymağı (pump liner); Azərbaycan dilində də oymaq sözü feldən düzəlmiş sözdür.İstər ingilis, istərsə də Azərbaycan dilində çoxmənalı sözdür. Beləliklə, kalka üsulu ilə tərcümədə Azərbaycan dilində təsadüf edilən sözdür. ”sırğa(bail)-sözü əsasında qaldırıcı sırğa(lifting bail);elevator sırğası (elevation bail);çəngəl(fork)-sözü əsasında yaranmış dayaq çəngəli (fork);yastıq (pillow)-dayaq yastığı (main thrust bearing);ələk (sieve, screen,shale shaker)-sözü əsasında gilli məhlul təmizləyən titrəyən ələk (shale shaker); konveyer ələk (conveyer screen);fırlanan ələk (drilling screening, rotary screen) və s.kimi sözlər ya ayrılıqda və ya da birləşmə daxilində başqa bir sözlə yeni məna qazanmış və terminə çevrilmişdir.

Ümumişlək sözlərin terminləşməsi prosesində, əsasən, iki cəhət özünü göstərir:

I.Ümumişlək söz heç bir dəyişiklik olmadan terminoloji leksikada texniki termin kimi işlənir.

II.Ümumişlək söz başqa sözə qoşulur və yeni bir leksik birləşmə yaranır və anlayışın formasına çevrilir.

Elm və texnikanın ayrı-ayrı sahələrində, həm də termin kimi işlənən bəzi sözlər neft və qaz yataqlarının işlənməsində heç bir dəyişikliyə uğramadan,bəziləri isə birləşmə şəklində işlənir. Məsələn, ilgək, siyirtmə (gerte valve)-qapaq (hood), dilçək (dog),yastıq içliyi (link brass), dəstək (shackle), ərsin (scraper), qoruyucu qurşaq (safety belt), yəhər (saddle), yəhərə oxşar (saddle shaped), rollikli başmaq (roller block), qazıma şamı (drill pipe stand).

Terminoloji məna almış belə ümumişlək sözləri neft və qaz yataqlarının işlənməsində aşağıdakı nümunələri göstərmək olar:qarmaq (hook)-tutucu qarmaq(fishing hook); kanat tutucu qarmaq(wire-line,rope grab);mərkəzləşdirici qarmaq (wall hook), qaldırıcı qarmaq(hoisting hook). Rejim (practice) –neft yataqları rejimi(oil formation regime); neft yataqlarının işlənmə rejimi(regime of oil field exploration);sıxışdırıb çıxarılma rejimi(displacement regime); quyu rejimi (well behavior); quyunun istismar rejimi (production conditions of well) və s.

Açar(tong) –qazıma boruları açarı (rotary tong);şarnirli açar(hinged tongs); zəncirli açar (chain wrench); Xəlilov açarı(Khalilov’s tong);əks açar (miner’s pick tong),əl açarı(manual tong), qayka açarı (nut wrench) və s.

Baraban(drum)-“jelonka barabanı”(bailing drum); “Dartaylama barabanı”(sand line reel),bucurğad barabanı(drawworks drum), qoruyucu boruları endirmək üçün baraban(casing wheel) və s.

Tərkibində ümumişlək sözləri iştirak edən terminlər əmələgəlmə üsuluna və tərkibindəki komponentlərin hansı mənbədən olmasına görə belə də qruplaşdırmaq olar:

I növ təyini söz birləşməsi modelinə uyğun olanlar.İ növ təyini söz birləşməsinə uyğun olanların özləri də müxtəlif xüsusiyyətlərə malikdirlər.qamma karotaj;küt qasıma;quru qaz;

1.2 sadə sözün və ya terminin birləşməsi yolu ilə yarananlar:universal preventor (universal preventor),nazim çarx (disk fly wheel),kor dəlik ( blind hole ),əsas kəmər (major string)

2. lı, li,lu,lü, - şəkilçili düzəltmə və ya mürəkkəb sözlə sadə sözün birləşməsi yolu ilə yarananlar: pərli balta (blade drilling bit,drag bit);turbinli gəmi ( turbo vessel)); magnitli frez(magnetic junk);gilli məhlul(drilling mud); almazlı balta(diamond bit);sarnirli xamut(hinge clamp);oynaqli acar(hinged tong)baliqquyruqlu balta(fishtail bit).

3.I tərəfi –li, lı, lu, lü II tərəfi düzəltmə və ya mürəkkəb sözdən ibarət olanlar: dişli baltabaşı (tooth bit); rotasiyalı vibroələk (rotary vibrating shale shaker); şkivli ötürücü ,ikipilləli semetləmə.

4.-ma,-mə şəkilçili düzəltmə sözlə bir sadə və ya düzəltmə sözün birləşməsi yolu ilə yarananlar: daraltma borusu, törəmə neft, axma, sürüşmə,sınama.

5.-ıcı, ici.ucu,ücü şəkilçili düzəltmə və ya mürəkkəb sözlə bir sadə və ya düzəltmə sözün birləşməsi yolu ilə yarananlar:sıxıcı patron, tutucu qarmaq, qoruyucu kəmər,qaldırıcı bucurğad, qaldırıcı val,sorucu klapan (suctiun valve), birləşdirici qıfıl (casing gubler,connecting clump), istiqamətləndirici balta (lead bit), tutucu yəhər (balta üçün) (bit hook),kəsici almaz (cutting diamond).

Ümumişlək məişət sözlərinin bir qismi beynəlxalq morfemlərlə texniki terminlərin yaranmasında iştirak edir.Neft və qaz yataqlarının işlənməsi sahəsində özünü göstərib. Məsələn, hidroturbin-hydroturbine; aerasiya edilmiş, havalaşdırılmış su – aerated water; mikrokarotaj – micro-logging.

Nəticə etibarı ilə qeyd etmək lazımdır ki,terminologiyanın zənginləşməsində ümumişlək sözlərin də bir kimi mühüm rolu var.


Ədəbiyyat siyahısı

1. Д.П.Торский. «Вопросы абстракций и образование попятий». Москва 1961.стр.122-123.

2. Б.Н.Головин. Термин и слово. Сб. «Термин и слово», Горкий,1980.с.7.

3. M.Ş.Qasımov özünün “Azərbaycan dili terminologiyasının əsasları” Bakı 1973,səh.13.



Илаха Мусаева

Роль общеупотребляемых бытовых слов обогащающих техническую лексику терминологию

Р е з ю м е

Общеупотребляемые слова обогатли терминологическую лексику в области разработки нефте-газовых залежей. В статье описывается переход обшеупотребляемых слов в термины. Часть этих слов принимают участые в создании международных технических терминов.



Ilaha Musaeva

Role of everyday life words in enriching

technico-terminological lexics

S u m m a r y

Everyday life words caused enriching terminological lexics in the sphere of development of oil-gas field. The article concerns the process of change of everyday life words into terms. Part of these words together with the international morphemes take part in the formation of technical terms.



Çapa tövsiyə edən: Sumqayıt Dövlət Universiteti

Rəyçilər: fil.üz.fəl.dok.S.Quliyeva

fil.üz.fəl.dok. İ.Abdullayeva

Ülviyyə Əliyeva

Bakı Dövlət Universiteti. Ulviyye_a@yahoo.com

İNGİLİS VƏ AZƏRBAYCAN DİLİNDƏ CÜMLƏNİN

NOMİNATİV TƏHLİLİ
Açar sözlər: nominativ, predikativ, sintaktik mövqe, əsas mövqe

Ключевые слова: номинативный, предикативный, синтаксические позиции, главные позиции

Key words: nominative, predicative, syntactic position, main position.

Sintaksisin əsasını cümlə nəzəriyyəsi təşkil edir. Cümlə başlıca sintaktik vahiddir. O, müəyyən məna və struktur əlamətlərə görə xarakterizə olunur. Cümlənin məna əlaməti onun baş üzvləri arasındakı münasibətlə müəyyənləşir. Belə ki, baş üzvlər arasındakı predikativ münasibət cümlənin məna cəhətini göstərir. Cümlənin struktural əlaməti dedikdə, müxtəlif cümlə üzvlərinin quruluş xüsusiyyətləri təsəvvür edilir. Buna da cümlənin struktural əlaməti aydınlaşdırılarkən sadə və mürəkkəb cümlələrin növləri bunlara aid cəhətlər tədqiq olunur və s. Söz və söz birləşməsinə nisbətən cümlə daha böyük dil vahididir. Eyni zamanda, cümlə dildə ünsiyyət vasitəsi rolunu yerinə yetirən kiçik kommunikativ vahiddir.İnsanlar arasında danışıq, fikir ünsiyyətini söz və söz birləşməsindən daha cox cümlə yerinə yetirir. Buna görə də dilçilikdə cümlənin kommunikativ vəzifəsi barədə daha çox söhbət açılır. Cümləni başqa dil vahidlərindən, birinci növbədə, onun kommunikativ vəzifəsi fərqləndirir. Bununla yanaşı, cümlə dildə nominativ vəzifəyə də malikdir. Söz və söz birləşmələrindən fərqli olaraq cümlə gerçəkliyin və ayrı-ayrı əşya hadisələrinin deyil, bütövlükdə onları əhatə edən hadisə və şəraiti ifadə və təsvir edir. Cümlədə əşya və hadisələr bir-birilə müqayisə olunur, onlar haqqında məlumat verilir, bir əşyanın başqasına münasibəti bildirilir, bir əşyanın başqasına təsiri ifadə olunur və s. Beləliklə, cümlə təbiət və cəmiyyətdə baş verən mənasız və olduqca mürəkkəb prosesləri güzgü kimi nitqdə canlandırmaq qüdrətinə malikdir.



Mətndə cümlənin funksiyaları

Cümlə mətndə iki funksiyanı yerinə yetirir – nominativ (adlandırma) və predikativ (modal). Bu funksiyalar onunla şərtlənir ki, cümlə müvafiq funksiyalarla eyniadlı qarşılıqlı əlaqəli iki məna bildirir – nominativ və predikativ.

İstənilən cümlənin mətn və ya söyləmdə nominativ mənası gerçəkliyin hansısa obyektlər sinfi haqqında mürəkkəb anlayışın müəyyən mücərrəd durum (hadisə, fakt, münasibət və s.) şəklində ifadə edilməsidir.

Cümlənin predikativ mənası onun nominativ mənası ilə, yəni adlandırılan durumla xarici gerçəklik arasında, daha dəqiq desək, xarici gerçəkliyin həmin durumla qarşılaşdırıldığı fərqləndirilmiş obyekti ilə əlaqəsini bildirir. Məsələn, Peter came («Pyotr gəldi») cümləsinin nominativ mənası, ilk növbədə, «Pyotrun gəlişi» mürəkkəb (situativ) anlayışı ilə ifadə olunmuş müəyyən mücərrəd durumu bildirir. Onun predikativ mənası isə həmin anlam-durumun xarici aləmin real obyekt-durumu ilə bilavasitə əlaqəli olduğunu xəbər verir, yəni həqiqətən də hansısa şəxs (Pyotr) haqqında danışılan hərəkəti (gəlmək) nitq başlayan ana qədər icra etmişdir.

Cümlə leksik tərkibə malik söz birləşməsindən predikativ mənasının olması ilə fərqlənir. Məsələn, Peter’sarrival («Pyotrun gəlişi») söz birləşməsinin leksik tərkibi real cümlə-söyləmdən kənarda işlədildikdə də müəyyən durumu adlandırsa da, məsələn, həmin durumun gerçəkliyə hansısa münasibəti olduğunu, məsələn, həqiqətən baş verib-vermədiyini bildirmir. Bütövlükdə cümlə isə bunun əksini iddia edə bilər. Müqayisə et: Peter’s arrival was postponed («Pyotrun gəlişi təxirə salınmışdır»).

Cümlənin nominativ mənası: Beləliklə, sadə cümlənin nominativ mənası müəyyən mücərrəd durum şəklində mürəkkəb anlamı adlandırır. Bu məna təməl məna, əsas mənadır, cümlənin predikativ mənası onun üzərində qurulur. Cümlənin vahid nominativ mənası iki əsas komponentdən yaranır. Bu komponentlər aşağıdakılardır: a) cümlənin nominativ mənasının leksik komponenti; b) cümlənin nominativ mənasının sintaktik (qrammatik) komponenti.

Cümlənin nominativ mənasının leksik komponenti: Cümlənin nominativ mənasının leksik komponentini müəllifin onu qurmaq üçün istifadə etdiyi sözlərin hamısının «situativ», yaxud «sintaktikləşdirilmiş» mənalarının bütün məcmusu təşkil edir. Bu zaman sözün situativ (sintaktikləşdirilmiş) mənasını onun kateqorial mənasından fərqləndirmək zəruridir.

Sözün müstəqil mənası onun lüğət vahidi qismində leksik-qrammatik mənasıdır ki, bu anlamda o, hansısa nitq hissəsinə aid edilir və xarici aləm obyektlərinin hansısa sinfinin sadə anlayışını ifadə edir. Tərifə görə, bu mənanı leksik və qrammatik aspektlər yaratmışdır. Sözün kateqorial mənasının leksik aspekti onun bütün fərdi leksik mənalarının sistemli məcmusundan ibarətdir. Həmin mənalar xarici aləmin hansısa obyektlər sinfinin keyfiyyət müəyyənliyini ifadə edir. Sözün kateqorial mənasının qrammatik aspekti isə onun qrammatik kateqoriyalarının ümumiləşdirilmiş mənalarının sistem məcmusudur ki, bunlar əks etdirilən obyektlər sinfinin daha mücərrəd keyfiyyət xarakteristikasını ifadə edir.

Məsələn, tam müstəqil mənaya malik «Pyotr» sözü ümumiləşdirilmiş «Pyotr adlı şəxs» anlayışını bildirərək, isim kateqoriyasına aiddir, bunlar xarici aləmin obyektləri haqqında əşya qismində anlayışları açıqlayırlar.

Bu vahid mənanın leksik aspekti isə əks etdirilən obyektlər sinfinin keyfiyyət göstəricisinin «kişi cinsinə məxsus şəxs» kimi ifadəsidir. Öz növbəsində, bu leksik tərkib, ən azı, iki müstəqil mənanın məcmusundan yaranmışdır:



Cümlənin nominativ strukturu: Qeyd edildiyi kimi, cümlənin nominativ strutkturu element qruplarında birləşə bilən elementlər tərəfindən yaradılır. Bu elementlər sintaktik mövqelər, element qrupları isə – sintaktik qruplar və ya tərkiblər (mövqelər) adlanır.

Fikrimizcə, sadə cümlədə hər bir söz cümlənin sintaktik strukturunda ayrıca bir mövqe, iki sözdən ibarət söz birləşməsi – iki mövqe tutur və i.a. Sintaktik qruplar («sintaktik qruplar /tərkib/» termini ilə yalnız müstəqil deyil, əvəzlik mənalı və sırf köməkçi mənalı sözlərlə tutlmuş mövqelərin sintaktik əlaqəli birləşmələrini də bildirmək təklif edilir) əlaqəli mövqelər və mövqe zəncirləri ilə formalaşdırılır. Minimum ölçülü sintaktik qrup iki mövqedən ibarətdir.



Cümlənin struktur-nominativ tipləri: Nominativ mənasına və strukturuna görə cümlələr iki əsas tipə bölünür: sadə və mürəkkəb. Sadə cümlə bir durum haqqında bilavasitə məlumatdan ibarətdir və bütövlükdə, «mürəkkəb», yaxud daha dəqiq desək, müəyyən sayda «sadə» mövqelərin əmələ gətirdiyi «qısa» nominativ mövqe kimi çıxış edir. Mürəkkəb cümlənin tərkibinə iki və daha artıq sadə cümlə daxildir. İngilis dilində ən geniş yayılanları ikicümləli, yəni iki sadə cümlədən ibarət olan mürəkkəb cümlələrdir.

Daha çox sayda sadə cümlədən ibarət mürəkkəb cümlələr, prinsipcə, ikicümləli cümlə şəklinə salına bilər.

Minimal tabesiz mürəkkəb cümlə iki sadə cümlə-mövqedən – aparıcı və sonrakı – ibarətdir. Məna və struktur baxımından, cümlələr bir birinə münasibətdə nisbətən müstəqil və bərabərhüquqludur. Bu, özünü, məsələn, bütün söyləmin mənasını o qədər də dəyişmədən tabesiz mürəkkəb cümləni ayrı-ayrı sadə cümlələrin ardıcıllığı şəklində parçalamağın mümkün olmasında göstərir. Müqayisə et: We came late, and he was already asleep («Biz gec gəldik və o artıq yatmışdı») - We came late. He was already asleep.

Əsas mövqelər: Mübtəda və xəbər (məna hissəsinin mövqeyini ehtiva edən) cümlənin nominativ strukturunda əsas, xüsusiləşməmiş, müstəqil mövqelərdir (cümlənin baş üzvləridir). Tamamlıq, təyin, zərflik ikinci dərəcəli, xüsusiləşməmiş, müstəqil mövqelərdir və onlar əsas və ya digər ikinci dərəcəli mövqelər yanında formalaşır.

Mübtəda və xəbər aşkar və ya gizli şəkildə hər bir cümlə-söyləmdə yer alaraq, onun əsas – predmet və ya prosessual durumu adlandıran nominativ mənasının əsas aspektlərini ifadə edir.

Mürəkkəb xəbər isə, bir qayda olaraq, iki hissədən ibarət olur – mənalı hissə və köməkçi hissə. Mənalı hissə xəbərin əsas nominativ mənasını ifadə edir. Köməkçi hissə, ilk növbədə, predikativ feli (morfoloji) mənaları bildirsə də, işlənən müstəqil mənaya malik olmayan leksik vahidlərin kateqorial əlamətlərindən asılı olaraq, xəbərin əlavə nominativ mənalarını ifadə edə bilər. Ənənəvi olaraq, mürəkkəb xəbərin iki struktur-nominativ tipi fərqləndirilir: mürəkkəb ismi və mürəkkəb feli. İrəlidə bu terminlər dırnaqsız işlədiləcəkdir. Belə fərqləndirmə onun mənalı hissəsini tutan müstəqil mənaya malik sözlərin kateqorial statusuna əsaslanır.

Öz nominativ mənasına görə, mürəkkəb ismi xəbər işarə edilən durumun statik əlamətini, sabit xarakterini onun nominativ mənasının daha mücərrəd prosessual aspektinin xüsusi mənası qismində ifadə edir. Qrammatik ənənədə xəbərin mənalı hissəsi ayrıca müstəqil sintaktik mövqe statusuna malikdir və adlıq hissənin, yaxud predikativin mövqeyi adlanır. O, müstəqil mənaya malik müxtəlif leksik vahidlərlə tutula bilər – isim, sifət, frazeoloji birlişmə, felin təsriflənməyən formaları.

Mürəkkəb xəbərin köməkçi hissəsi də ayrıca sintaktik mövqe statusuna malikdir və köməkçi fel adlandırılır. O, müxtəlif semantikalı köməkçi fellərlə tutulur. Mürəkkəb feli xəbər açıqlanan duruma diqqəti onun dəyişkən, dinamik xarakterinin nominativ mənasının daha mücərrəd prosessual aspektinin xüsusi mənası qismində cəlb edir.

Beləliklə, struktur-məna tipindən asılı olaraq, xəbərin mənalı hissəsinin mövqeyi mürəkkəb ismi xəbər üçün ad hissəsinin (predikativin) və ya mürəkkəb feli xəbər üçün fel hissəsinin mövqeyidir. Xəbərin mənalı hissəsinin mövqeyi müstəqil mövqedir, çünki müstəqil mənaya malik sözlər və müstəqil mənalı digər leksik vahidlərlə ifadə edilir. Bunlar xəbərin bütün və ya əsas leksik mənasını ifadə edir, cümlənin digər ikinci dərəcəli mövqelərindəki sözlərlə məna əlaqələrini formalaşdırır. Mürəkkəb ismi xəbər üçün köməkçi felin mövqeyi ləaqələndirmə mövqeyidir və mürəkkəb feli xəbər üçün xüsusi olaraq ifadə edilməmiş qalır.


ƏDƏBİYYAT


  1. A.Axundov. Ümumi dilçilik 1979. Maarif nəşriyyatı səh.48-50

  2. V.İ.Koduxov Общее языкознание Москва 1974 стр.123-140

  3. A.Qurbanov. Ümumi dilçilik səh.278-279

  4. Блох 2002- М.Я. Блох. Теоретические основы грамматики. - 3-е изд. - М., «Высшая школа», 2002 - 160 стр.

5. Блох 2000- М.Я. Блох. Теоретическая грамматика английского

языка (на Английском языке). - 3-е изд. - М., 2000 - 381 стр.

6. Волков В.С. Номинативная структура предложения. Типология синтаксических позиций (на материале английского языка). – Петропавловск-Камчатский: Камчат ГТУ, 2005. – 51 с.

7. Ахманова О.С. Словарь лингвистических терминов. М., 1966.

8. Падучева Е. В. О способах представления синтаксической структуры предложения.
У. Алиева


Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin